Məhkəmə qərarları › İş №2(103)-2468/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2468/2025

19.03.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2468/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Sabit Xanlar oğlu Bəhrəmzadədən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-549/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdə anadan olmuş övladı İddiaçı ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-549/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı anası Qanuni nümayəndə ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, 30 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-549/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnamə Cavabdeh nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yerləşdirilmişdir. Kollegiya qeyd edir ki, belə olan halda Cavabdeh nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-549/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin son günü 28 fevral 2025-ci il hesab olunur. Lakin apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə elektron formada verilmişdir. Göründüyü kimi, qanunla apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Kollegiya qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-549/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətini prosessual müddəti ötürməklə verilib-verilmədiyi məsələsini müzakirə etmədən apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bu halda kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-549/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyrimümkün hesab edilməli və apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-549/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar