Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2469/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3 Miyaqub oğluna, Cavabdeh1, Cavabdeh2 (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3, X2 və X9 cəlb olunmaqla) qarşı “evə pay hüququnun tanınması və köçürülmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: evə pay hüququnun tanınması mənzilə köçürülmə tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 Miyaqub oğluna, Cavabdeh1, Cavabdeh2 (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3, X2 və X9 cəlb olunmaqla) qarşı “evə pay hüququnun tanınması və köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-266/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.1998-ci il tarixli müqavilənin surətindən görünür ki, X16 ona məxsus olan Əzizbəyov rayonu Buzovna Südçülük sovxozu Xətayi küçəsində 134,0 kv.metr torpaq sahəsində yerləşən yaşayış sahəsi 23,5 kv.metr, köməkçi sahəs İ otaqdan ibarət 11 nömrəli yaşayış evini ******* (dörd milyon) manata Cavabdeh1 satmış, müqavilə xx.xx.1998-ci il tarixdə Abşeron rayon 2-ci dövlət notariat kontoru tərəfindən 3M-2-167 nömrə ilə qeydiyyata alınmışdır.
2. xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 ona məxsus olan Əzizbəyov rayonu Buzovna qəsəbəsi Xətai küçəsində 1025.0 kv.metr torpaq sahəsi olan, yaşayış sahəsi 132,7 kv.metr, köməkçi sahəsi 23,7 kv.metr olan 5 otaqdan ibarət İİ saylı yaşayış evini qardaşı Cavabdeh3 bağışlamış, müqavilə xx.xx.2005-ci il tarixdə Abşeron rayon 2-ci dövlət notariat kontoru tərəfindən 4ə-9-1157 nömrə ilə qeydiyyata alınmışdır.
3. ünvan 1 ünvanda yerləşən ev Cavabdeh3 Miyaqub oğlunun adına xüsusi mülkiyyət hüququ ilə **********00-10301 saylı reystr nömrəsi ilə, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh3 Miyaqub oğluna, Cavabdeh1, Cavabdeh2 (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3, X2 və X9 cəlb olunmaqla) qarşı “evə pay hüququnun tanınması və köçürülmə” tələblərinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 2-ə 1/2 pay hüququnun tanınması, həmin evə köçürülməsinə və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1990-cı ildə nikaha daxil olmuş və nikahdan xx.xx.1991-ci il tarixində Rüstəmli (Dünyamalıyeva) Zəhra Rəşid qızı, xx.xx.1994-cü il tarixdə X3, xx.xx.2000-ci il tarixində X9 anadan olmuşlar. Cavabdeh2 ilə ailə qurandan sonra Qazağıstanın Alma-Ata şəhəri İliyski rayonuna getmiş və bir müddət orada yaşayandan sonra 1998-ci il tarixində Azərbaycana Cavabdeh2 bibisi oğlu Bayramın evinə gəlmişdirlər. Təxminən 1 ay Bayramın evində yaşamışlar və bu müddətdə yoldaşı Cavabdeh2 birgə nikah dövründə qazanılan pul vəsaitindən təxminən 25000 (iyirmi beş min) ABŞ dolları verərək Bakı şəhəri, Buzovna qəsəbəsində Qarabağ küçəsində içərisində pəncərəyə qədər tikilmiş yarımçıq tikili almışdır. Tikilinin yerləşdiyi torpaq sahəsində əlavə olaraq sahəsi 30 kv.m-ə yaxın olan dam olmuşdur. Bayramın evindən çıxmışlar və ev tikilib başa çatana qədər həmin damı təmizləyərək yaşayış halına gətirərək yaşamışdırlar. Sonradan onlar;n yanına qaynatas; Cəmşid Rüstəmov, qaynanası Xatıncan Rüstəmova gəldilər və onlar həmin damda yaşadılar. Ev 3 aya tikildi və bu tikintinin tez qurtarması üçün o, qardaşı və digər yaxın qohumları fəhləlik etmişdirlər. Evin damını düzəltmək üçün Rüstəmov X8 MR, Sədərək rayonu, Dəmirçi kəndindən, təmir işlərinə isə Bakı şəhərində işləyən ustalar gətirmişdir. Qeyd etmək istəyir ki, o və övladları son vaxtlara qədər elə bilirdilər ki, ev Cavabdeh2 adına hüquq qeydiyyata alınmışdır. Cavabdeh2 evin sənədləşdirilməsi barədə məlumat soruşanda o həmişə demişdir ki, ev onun adındadır. Bununla yanaşı ondan onun və uşaqlarının evdə faktiki olaraq daimi qeydiyyata düşməyi üçün işlərin görülməsini dəfələrlə xahiş etsələr də, Cavabdeh2 hər dəfə bir bəhanə ilə uzatmış, sonradan bildirmişdir ki, Cavabdeh2 qeyri-rəsmi olaraq başqa bir xanımla münasibətdədir və bu vəziyyətlə barışmamışdırlar. Sonradan o, ona və uşaqlarına qarşı ölümlə hədə qorxu gəlmiş və evdən çıxmağa məcbur etmişdir. Onun yaxın qohumlarından öyrənmişdir ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, Qarabağ küçəsində yerləşən 13 nömrəli fərdi evdən onun və uşaqlarının pay hüququnun yaranmaması üçün Cavabdeh2 ondan xəbərsiz və məlumat vermədən ailəsinin pulunu ödəməklə evi başqasının adına almışdır. Uşaqları ünvan 2-də yaşadıqları üçün orta məktəbə yaşayış ünvanına yaxın olan 26 nömrəli Tam Orta Məktəbinə getmişlər, təhsil almışlar və 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olmuşlar. Qazağıstandan gələndə gətirdiyi pul onların ev alıb yaşamaları üçün yeganə ümid yerləri olmuş, Cavabdeh2 Cavabdeh1 və Cavabdeh3 ilə əlbir olaraq evdən ona və uşaqlarına məxsus olan payı mənimsəmişlər. Belə ki, kommunal xidmət göstərən təşkilatlardan aldığı məlumatdan görünür ki, Cavabdeh2 əvvəl evi Cavabdeh1 adına, sonra isə onlara məlum olmayan müəyyən pul müqabilində Cavabdeh3 adına keçirtməyə nail olmuşlar. Maraqlısı budur ki, həmin evin onun ailəsinə məxsus olduğunu bilə-bilə Cavabdeh1 və Cavabdeh3 bu çirkin cinayət əməlinin iştirakçıları olmuşlar. ünvan 2 birgə nikah dövründə mənim ½ pay hüququ olan pul vəsaiti hesabına alındığı üçün həmin evə ½ mülkiyyət hüququ da ona məxsusdur. ünvan 2-ə faktiki mülkiyyət hüquqları olduğundan hazırki iddia tələbini qaldlrmaq üçün subyektiv hüququ vardır və iddia tələbi əsaslıdır.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-266/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3 Miyaqub oğluna, Cavabdeh1, Cavabdeh2 (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3, X2 və X9 cəlb olunmaqla) qarşı “evə pay hüququnun tanınması və köçürülmə” tələblərinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı pay hüququnun tanınması və köçürülməsini tələb etdiyi ünvan 1 ünvanda yerləşən evi Cavabdeh2 ilə birgə nikahları dövründə əldə etməsinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qanunvericliyin göstərilən müddəalarının tələbləri baxımından da məhkəmə hesab etmişdir ki, mübahasilə ev tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak kimi qəbul edilə bilməz. Məhkəmə qeyd etmişdir ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilməli olduğundan, bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıdıqlarından, məhkəmədə iddiaçı tərəf isə Cavabdeh2 ilə birgə nikah müddətində şəxsi vəsaitlərinin ailə ehtiyacları üçün istifadə olunduğuna dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının pay hüququnun tanınması və köçürülməsini tələb etdiyi mübahisəli ünvan 1 ünvanda yerləşən evi Cavabdeh2 Cümşüd oğlu ilə birgə nikah müddətində əldə etməsinə dair sübut təqdim etmədiyindən, o cümlədən həmin əmlakın ər-arvadın birgə əmlakı olaraq tələb etmək hüquqları yaranmadığından hazırki iddia tələbi təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin “cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı” tələbi hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Ona görə ki, iddiaçının cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Göründüyü kimi, iddiaçı mübahisəli mənzilin nə mülkiyyətçisi, nə də ki, onun birgə nikah dövründə əldə etdiyi əmlak deyildir. Ona görə ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallar işdə iştirak edən şəxslərin izahatları, məhkəməyə sübut kimi təqdim edilmiş digər sənədlərlə sübut olunmamışdır. Ona görə ki, məhkəmə iclasında tərəflərin izahatı və iş materialları müəyyən olunmuşdur ki, iddiaçı mübahisəli ünvan 1 ünvanda yerləşən evində qeydiyyatda deyildir və o, başqa bir ünvanda qeydiyyatda olmaqla, mübahisəli fərdi yaşayış evindən uzun müddətdir çıxmış, mübahisəli evdə yaşamır, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşdür. Məhkəmə hesab etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, o, mübahisəli mənzil üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. İddiaçı yalnız mübahisəli mənzilin məhz ona məxsus olduğunu və ya mənzil ilə bağlı digər qaydada qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Hazırki halda isə sözügedən mənzilin üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməsini təsdiq edən hər hansı bir sübutu olmadığından məhkəmənin qənaətinə görə, iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəsini etdiyi əmlaka dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının Cavabdeh3 və Cavabdeh1 qarşı sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Bundan başqa iş materiallarından müəyən edilir ki, mübahisəli əmlak tərəflərin birgə nikah dövründə əldə olunmamaqla bərabər, iddiçının əri Rəşid Rüstəmliyə hər-hansı aidiyyatı olmamışdır.Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı tələbi də əsassızdır və təmin edilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri, Ailə Məcəlləsinin 31-37-ci maddələri, Mülki Məcəllənin 139.1, 139-1, 139.3, 152.1, 157.2, 157.8, 225.1-ci maddəsi, Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(003)-266/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı ünvan 2-ə ½ pay hüququnun tanlnması, həmin evə köçürülməsinə və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının cavabdehlərdən ünvan 2 ünvanında olan onlara aid tikiliyə istifadə və sahiblik hüquqlarının tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquqlarını məhkəmədə müdafiə etmək hüququna malikdirlər. İddiaçının mülkiyyətçi hüquqları olmasa da, fərdi evin ona aid hissəsində sahiblik və istifadə hüquqları olmuşdur. Fərdi yaşayış evinin cavabdehin sənəd üzərində sahibliyində olmasının məhkəmə tərəfindən qəbul edilməsi əsassızdır. Bu faktı sübut edən hallar aşkar edilməmişdir. Belə ki, həmin ünvanda yerləşən evə dair bir-birinə ziddiyyət təşkil edən sənədlər mövcuddur. Məhkəmə iddiaçı tərəfindən təqdim olunan və sorğu əsasında Reyestr Xidmətindən əldə etdiyi sənədlərə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Məhkəmə sübutları qiymətləndirmədən qabaqcadan səhv nəticəyə gəlmişdir. İddiaçı 1990-cı ildə Cavabdeh2 ilə nikaha daxil olmuş və nikahdan xx.xx.1991-ci il tarixində Rüstəmli (Dünyamalıyeva) Zəhra Rəşid qızı, xx.xx.1994-cü il tarixdə X3, xx.xx.2000-ci il tarixində X9 anadan olmuşlar. Cavabdeh2 ilə ailə qurandan sonra Qazağıstanın Alma-Ata şəhəri İliyski rayonuna getmiş və bir müddət orada yaşayandan sonra 1998-ci il tarixində Azərbaycana Cavabdeh2 bibisi oğlu Bayramın evinə gəlmişlər. Təxminən 1 ay Bayramın evində yaşamışlar və bu müddətdə yoldaşı Cavabdeh2 birgə nikah dövründə qazanılan pul vəsaitindən təxminən 25000 (iyirmi beş min) ABŞ dolları verərək Bakı şəhəri, Buzovna qəsəbəsində Qarabağ küçəsində içərisində pəncərəyə qədər tikilmiş yarımçıq tikili olan torpaq sahəsi almışdır. Tikilinin yerləşdiyi torpaq sahəsində əlavə olaraq sahəsi 30 kv.m-ə yaxın olan dam olmuşdur. Ailə yarımçıq tikili ev başa çatana qədər həmin damı təmizləyərək yaşayış halına gətirmişlər və yaşamışlar. Sonradan onların yanına qaynatası Cəmşid Rüstəmov, qaynanası Xatıncan Rüstəmova gəliblər və onlar həmin damda birgə yaşayıblar. Ev 3 aya tikilmiş və bu tikintinin tez qurtarması üçün İddiaçı, qardaşı və digər yaxın qohumları fəhləlik etmişdirlər. Evin damını düzəltmək üçün Rüstəmov X8 MR, Sədərək rayonu, Dəmirçi kəndindən, təmir işlərinə isə Bakı şəhərində işləyən ustalar gətirmişdir. İddiaçı və övladları son vaxtlara qədər elə bilirdilər ki, ev Cavabdeh2 adına hüquq qeydiyyata alınmışdır. Cavabdeh2 evin sənədləşdirilməsi barədə məlumat soruşanda o həmişə demişdir ki, ev onun adındadır. Bununla yanaşı ondan onun və uşaqlarının evdə faktiki olaraq daimi qeydiyyata düşməyi üçün işlərin görülməsini dəfələrlə xahiş etsələr də, Cavabdeh2 hər dəfə bir bəhanə ilə uzatmışdır. Sonradan bəlli olmuşdur ki, Cavabdeh2 qeyri-rəsmi olaraq başqa bir xanımla münasibətdədir, İddiaçı və övladları bu vəziyyətlə barışmamışlar. Cavabdeh2 İddiaçı və övladlarına ölümlə hədə qorxu gəlmiş və evdən çıxmağa məcbur etmişdir. İddiaçı Cavabdeh2 yaxın qohumlarından öyrənmişdir ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, Qarabağ küçəsində yerləşən 13 nömrəli fərdi evdən onun və uşaqlarının pay hüququnun yaranmaması üçün Cavabdeh2 ailəsindən xəbərsiz və məlumat vermədən ailəsinin pulu ilə alınmış torpaq sahəsi və üzərində tikilən neçə illərdir yaşadıqları evi xx.xx.1998-ci il tarixində Cavabdeh1 adına almışdır. Cavabdeh1 xx.xx.2006-cı il tarixdə evi Cavabdeh3 bağışlamışdır. Cavabdeh3 evdə İddiaçı və övladlarının haqqının olmasını bilməsinə rəğmən evi Cavabdeh2 əli ilə mənimsəmişdir və bu onun səs yazılarında sübuta yetirilir, hansıki disk məhkəməyə təqdim edilmişdir. Məhkəmə bütün bu sübutları qiymətləndirməmişdir. İddiaçının uşaqları ünvan 2-də yaşadıqları üçün orta məktəbə yaşayış ünvanına yaxın olan 26 nömrəli Tam Orta Məktəbinə getmişlər, təhsil almışlar və 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olmuşlar. Ailənin Qazağıstandan gələndə gətirdiyi pul onların ev alıb yaşamaları üçün yeganə ümid yerləri olmuş, Cavabdeh2 Cavabdeh1 və Cavabdeh3 ilə əlbir olaraq evdən pay hüququ olan İddiaçı və övladlarını həmin evdən məhrum etmişlər. Bu məhkəmənin sorğu ilə Daşınmaz Əmlakın Dövlət Reyestrindən aldığı sənədlərlə sübut olunur. Sənədlərdən göründüyü kimi, Cavabdeh2 əvvəl evi Cavabdeh1 adına rəsmləşdirmiş, sonra isə bağışlama yolu ilə ev Cavabdeh3 adına keçirilmiş və o Cavabdeh2 evin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin evin Cavabdeh2 ailəsinə məxsus olduğunu bilə-bilə Cavabdeh1 və Seyidov X1 Rəşid Cəmşid oğlu ilə birlikdə bu çirkin cinayət əməlinin təşkilatçıları və icraçıları olmuşlar. ünvan 2 birgə nikah dövründə İddiaçı ½ pay hüququ olan pul vəsaiti hesabına alındığı üçün həmin evə ½ mülkiyyət hüququ da ona məxsusdur. ünvan 2-ə faktiki mülkiyyət hüquqları olduğundan hazlrki iddia tələbini qaldırmaq üçün subyektiv hüququ vardır və iddia tələbi əsaslıdır. Əgər mübahisəli fərdi ev iddiaçının ailəsinə məxsus deyildirsə həmin ailə niyə evi tikintisini həyata keçirmiş, həmin evdə yaşamışlar. İddiaçının uşaqları həmin evin yerləşdiyi ərazidə yerləşən məktəbə getmişlər, poliklinikada qeydiyyata alınmışlar. İddiaçının həmin evdə yaşamasına dair şahidləri olmuşdur və həmin şahidlərin məhkəmədə dindirilməsi xahiş olunsa da, məhkəmə şərait yaratmamışdır və israrla mövqeyini əvvəlcədən ortaya qoyaraq bildirmişdir ki, iddiaçının evə dair heç bir hüququ yoxdur. Halbuki, sənədlərdən də göründüyü kimi, Cavabdeh2 Cümşüd oğlu qohumları Cavabdeh3 və Cavabdeh1 ilə birlikdə müqvilə bağlamaqla çirkin əməllərini pərdələmişlər.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 çıxış edərək bildirmişdir ki, qətnamə ilə razı deyil. İş materiallarına fotoşəkillər əlavə etmişdir. İddiaçının yoldaşı Qazaxıstandan gətirdiyi pul vəsaiti hesabına yarımçıq tikilini başa çatdırılıb və övladları ilə birlikdə orada yaşayıblar.İddiaçının yoldaşı ailəsini döyərək evdən çıxarmış, qardaşı oğlu Səlimin adına keçirib.Səlim də qardaşına evi hədiyyə verib. Rayon məhkəməsində onların iştirakları təmin edilmədi. Məhkəmə sorğu vermişdir və məhkəməyə sənədlər təqdim edildi. 11 və 13 nömrəli evlərin texniki pasportları eyni torpaqda, ərazidə yerləşdiyi göstərilir.11 və 13 nömrəli evlərin sahəsi də eynilik təşkil edir. Cavabdeh3 verilən texniki pasporda üzərinə imtina qeyd edilmişdir. Lakin, həmin sənəd Cavabdeh3 hazırda var. 1998-ci ildə iddiaçı iddia edir ki,yarımçıq tikilini almışdır. Sovxoz direktrounun arayışı da var. Yarımçıq tikilinin orada olmasını təsdiq edilir. 21 aprel 1998-ci ildə arayış verilib, həmin ildə də iddiaçı qeyd edir ki, yarımçıq tikilini başa çatdırıb.Məhkəmənin iddiaçının subyektiv hüququnun olmamasını bildirməsi ilə razı deyil. Şahid dindirilməsi barədə vəsatəti də təmin edilməmişdir,qonşu ifadələri əhəmiyyət daşıyırdı. İddiaçının yoldaşının adına reyestrində məlumatlar da yoxdur. Cavabdeh1 və Cavabdeh3 adına sənədlər görünür. Səs yazısından da aydın olur ki,Cavabdeh3 bildirib ki, bankdan pul götürüb dayısına evin pulunu verəcək, evin payını da iddiaçıya verəcək.Həmin səs yazısına məhkəmədə dinlənilmədi. İddiaçının hüququ yoxdursa niyə pul verəcəyini iddiaçıya bildirib. Birgə nikah dövründə əldə edilən vəsait hesabına ev tikilib.Evin sənədi olmayıb. 2 eyni texniki pasport var. İkisi də Cavabdeh1 adına çıxıb. Evlərin sahələri də eynidir. Tikili hüquqi qeydiyyata alınmayıb. 1 ünvanda 2 texniki pasport çıxıb. 11 saylı evin sənədi var. Məhkəmə tikinti-ekspertizası keçirilməlidir. Cavabdehlər məhkəmə iclasına gəlmirlər. İddiaçı 2018-ci ildə evdən çıxıb. 13 saylı evi mübahisələndirirlər. 13 saylı evin sənədi yoxdur. Cavabdeh3 alğı-satqı müqaviləsi də yoxdur. Mülkiyyət sahibinin səs yazısı da var, etiraf edib. İddiaçının evində Maşallah yaşayır. 11 saylı evdə yaşaya-yaşaya 13 saylı evi tikiblər. Eyni həyətdədir. Həmin yerdə dam olub, Qazaxıstandan gətirilən vəsait hesabına yavaş-yavaş ev tikilib. Ümumiyyətlə, cavabehlərə evin heç bir aidiyyatı yoxdur. Bununla bağlı səs yazısını var. Onların şahidləri var, birinci instansiya məhkəməsi onları dindirmədi. Qonşuların şahid kimi dindirilməsini istəyirlər. Hansı ki, o qonşular evi tikəndə iddiaçını görmüşdü. Əgər evin tikintisinə dair sübutlar qoyula bilmirsə, onların yeganə yolu şahidlərin dindirilməsidir. Qarşı tərəf iddiaçının tikmədiyini deyir, onlar da iddiaçının tikdiyinə dair sübutu şahidlər vasitəsi ilə sübut etmək istəyirlər. 23.5 kv.metrlik ümumi sahəli çıxarışı var. 23.5 kv.metrlik sahə ümumi sahədir, bura o vaxt qaldıqları dam da daxildir. İddiaçının tikdiyi oradadır. 23.5 kv.metrlik ev tamamilə sökülüb. 23.5 kv.metrlik evin bura heç bir aidiyyatı yoxdur. Sənəddə iki ev 11 və 13 nömrə var. Arayış da iş materiallarına əlacə edilib. Həmçinin, iş üzrə ekspertiza təyin edilməlidir. Əgər ev rəsmi olaraq cavabdehin mülkiyyətindədirsə, niyə zəng edib Maşallahla fərqli məzmunda danışıb. İddiaçının yoldaşının iştirakını təmin edilməsini istəyirlər. 13 saylı fərdi yaşayış evin sahəsi 23.5 kv.metrdir. 148 kv.metr olan evin sənədi yoxdur. Cavabdeh etiraf etdi ki, 23.5 kv.metrlik sahəni cavabehin qardaşı almışdır. 23.5 kv.metrlik sahəyə iddiaçı köçüb, Nəsib adlı şəxsin adına olub. İddiaçının yoldaşı Nəsiblə razılaşıb, yarımçıq tikilini iddiaçının yoldaşı tikmişdir.Şəkillərdən də aydın olur. İddiaçının yoldaşı yarımçıq tikilini tikib və orada yaşayıblar. İddiaçıya şiddət göstərilib və yoldaşı məcbur edib ki, oradan çıxsın. 2018-ci ilə qədər iddiaçı orada yaşayıb.Uşaqlar orada məktəbə gediblər, poliknikada orada qeydiyyatda olublar.Şahidlərin dindirilməsini xahiş edir. Yarımçıq tikiliyə iddiaçı əziyyət çəkilib, pul qoyub. Müflis olmanı cavabdeh necə sübut edə bilər. İddiaçının evə 1/2 hissəsi tanınandan sonra həmin yerə köçməsini istəyir. Hazırda acınacaqlı vəziyyətdədirlər. Əzab-əziyyətlə evi tikmişdir, hazırda pay istəyir.
13. Məhkəmə iclasında iştirak edən İddiaçı çıxış edərək bildirdi ki, 1998-ci ildə Almata şəhərindən Bakıya gəlmişdir.Yarımçıq tikilini tikib yaşamışdır. Yoldaşı onda xəbərsiz evi baldızının oğlu Səlimə satıb.Səlim də deyir ki, ev onlarındır. Amma ev onlarındır, qonşular da şahiddirlər. Səlim dayısının fikrini təkrar edir. Səs yazılarında var ki, Səlim deyib ki, dayısından evi alıb. Yoldaşı tapşırıb ki, evi aldığını deməsin. Səlim ona deyib ki, 160.000 manata evi dayısından alır, başqa adama 80.000 manata satılırdı. O, evdə payını istəyir. O Qazaxıstandan gətirdiyi pul əsasında o evi tikib. Əvvəlcə bir ay yoldaşının bibisioğlugildə yaşayıblar, sonra yoldaşı bu həyəti tapıb. Damda yaşayaraq onlar o evi tikiblər. O özü o evin tikintisində əziyyət çəkib. Evin üzərinə dam örtüyü vurulan zaman yoldaşım usta gətirmişdir,o vaxt Maşallah heç Bakıda deyildi. Onun uşaqları orada yaşayıb, orada məktəbə gedib. Orada məktəbə qeydiyyata alınıblar. Maşallah onlar gələn vaxtı Qazaxıstandan qayıtmamışdı. O evdən 2018-ci ildə çıxıb. Onun evin Maşallahın adına olmasından xəbəri olmayıb. Elə bilib ki, ev yoldaşının adınadır. Yoldaşı ilə sözü düz gəlmədiyinə görə evdən çıxıb, xalasının yanına gedib. İndi kirayə evdə yaşayır. Maşallah ona dedi ki, dayısı evi satır. Evi ancaq o, alacaq, bankdan pul götürüb 11000 dollar verib, Naxçıvana gedib, qalanını da bankdan götürüb ödəyəcək. Bu sözlərin hamısını Maşallah ona deyib.Telefonda qalıb. Ümumi sahə 23.5 kvadrat olub. Onlar Qazaxıstandan müflis gəlməyiblər. 60.000 dollar və 2 Mercedes-Benz markalı maşınla qayıdıblar. Tır ilə gəliblər, əşyalarını ora qoymuşdur. Cavabdehə yoldaşı öyrədib. Müflis olmayıblar. Hamısı yalandır. O ev onun haqqıdır, onu tələb edir. Qazaxıstandan evi satıb gəliblər. Səsyazmada S.Maşallah bildirib ki, narahat olmasın, torpağı almışdır, heç kimdən qorxmur, amma heç bir yerdə onuna adını çəkməsin, dayısı, ilə qarşı-qarşıya qoymasın, 11.000 dollar beh vermişdir, qalanın da karta göndərəcək. S.Maşallah dayısının dediklərini yalandan təkrar edir. S.Maşallah 2015-ci ildən evlənmişdir, əgər onun evi idisə niyə evində qalmırdı, qardaşı ilə yaşayırdı. Ev onların deyil, o tikib.
14. Məhkəmə iclasında çıxış edən Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, dayısı Qazaxıstandan müflis olub gəlmişdir, onlar bunu hər kəsə reklam etməli deyildilər. Dayısı hörmətli şəxs olmuşdur. Evi qardaşı almışdır, sonra ona bağışlanma edilmişdir. Dayı iş adamı olub, Qazaxıstanda yaşayırdı, müflis olub ölkəyə qayıdıb. Hazırda da 10.000 dollar Türkiyədəki Osman adlı şəxsə borcu var.Qardaşı evi aldı, onlar evi tamamladılar,uzun müddət iddiaçı orada yaşayıb. Yaşadıqları müddətdə iddiaçı və yoldaşı arasında mübahisə olub 15 il öncə evdən gedib. Dayısı uzun müddət orada yaşayıb, 3-4 il öncəyə qədər.Sonradan iş planları ilə bağlı dayısıdan xahiş edib,kənddəki evinə köçdü. Hazırda iddiaçı ona qarşı niyə tələb irəli sürür bilmir. Yoldaşı həyatdadır, məsələni onunla həll etməlidir. Evində uzun müddət təmənnasız yaşayıb.Hazırda baldızı 3 ildir ki, orada yaşayır. Dayısı xəstədir, yeriyə bilmir. Yoldaşı iddiaçını aldadıbsa, onun günahı yoxdur. İddiaçını heç kim döyməyib, şiddət göstərməyib, özü evdən çıxmışdır. Dayısı iddiaçı və ailəsini indi də çağırır ki, birlikdə yaşasınlar, amma iddiaçı qəbul etmir, çünki onlar kəndi istəmirlər. 14 ha torpaq sahəsidir, ev isə 130-140 kv.metrdir. O evi almayıb, qardaşı alıb. Yarım tikili olub və həyətdə də balaca dam olub. 1998-ci ildə mən ora getməyib, oranı qardaşı alıb. Yarımtikili evi qardaşı başa çatdırıb. Balaca dam olub, sonrada sökülüb. Barışıq mümkün deyil.
15. Məhkəmə iclasında çıxış edən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, 1998-ci ildə xanımın yoldaşı Qazaxıstanda müflis olduğuna görə ailəsini götürüb Azərbaycana köçüb.Səlim və Maşallah baba və nənə üçün mübahisə predmeti olan ərazidə ev tikiblər. Ev Səlim və Maşallah tərəfindən tikilib. Razılaşıblar ki, baba və nənəni də gətirərlər,dayısıgillə bərabər birlikdə yaşayarlar.Bir müddət sonra qardaş digər qardaşa evi hədiyyə verib. Hazırda orada Maşallah yaşayır.Səlim başqa bir şəxsdən 1998-ci ildə alıb,2005-ci ildə qardaşı Maşallaha bağışlayıb,sonra da çıxarış alıblar. Cavabdeh3 iştirakı ilə səs yazılarını dinləyə bilərlər. Evin ilkin sahibi mənzili Səlimə satıb, notariat qaydada alğı-satqı təsdiqlənib. Ev tikilənə qədər damda yaşayıblar,ev tikildikdən sonra damı söküblər. Onlar yarımçıq tikilini tikənə qədər sarayda yaşayıblar. Orada əvvəl yarımçıq tikili olub. Yaşayış yeri olmayıb, amma yaşayış kimi yarım tikili olub. Onlar yaşayış binasını tikiblər. Hazırda o dam heç ümumiyyətlə yoxdur. İddiaçı 15 il bundan əvvəl cavabdehlə ailə daxili mübahisə nəticəsində ayrılıblar və qadın evdən çıxıb gedib. İddiaçının yoldaşı valideynləri ilə orada yaşayıb. Valideynləri dünyasın dəyişəndən sonra o, köçüb. Evi 1998ci ildə cavabdehlər tikiblər. Həmin ildə də köçüblər. Həyətdə bir ev olub,digəri yaşayış yeri deyil. Xanım haradasa 7-8 il yaşayıb. Sonuncu çıxarış alanda iddiaçı yaşamırdı.Orada bir neçə çıxarış alınıb, sonuncu 2023-cü ildə alınıb. Pulu S.Maşallahın qardaşı verib. Dayı onların pulu ilə evi tikib, onlar bunu inkar etmirlər. 60.000 dollar ilə Qazaxıstandan qayıdan şəxsin ev tikməsi absurddur. Cavabdehin qardaşı yarımtikilini alıb, dayı da tikmişdir. Onlar bunu inkar etmirlər.
16. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 çıxış edərək bildirdi ki, onlar o evdə böyümüşdür, oradan qardaşıyla məktəbə getmişdir.Səlim onlara deyib ki, evi alır, öz paylarını isə özləri alsınlar, amma onun dediyini deməsinlər.İndi yəqin ki, dayısından qorxur. Müəllimləri, qonşuları bilir ki,o ev onlarındır, evdə əziyyətləri var.Onların istədiyi ev 13 saylı evdir.
17. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X9 çıxış edərək bildirdi ki, bacısının dediyi kimi onlar yaşamışdır, əziyyəti onlar çəkmişdir, qonşular da bilir. Məktəbə orada gediblər. Ev onlarındır.
Tətbiq edilən hüquq normaları:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
20. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123.Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir;
Apellyasiya baxışının hədləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
26. İşin halları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 X10 ilə xx.xx.1990-cı il tarixdə 5 saylı Bakı “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və tərəflərin nikahından xx.xx.1991-ci il tarixində Rüstəmli (Dünyamalıyeva) Zəhra Rəşid qızı, xx.xx.1994-cü il tarixdə X3, xx.xx.2000-ci il tarixində X9 anadan olmuşlar.
27. Hazırda iddiaçı cavabdehlər Cavabdeh3 Miyaqub oğluna, Cavabdeh1, Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 2-ə 1/2 pay hüququnun tanınması, həmin evə köçürülməsini xahiş edir.
28. İşin halları ilə müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 2 Cavabdeh3 Miyaqub oğlunun mülkiyyətindədir. Cavabdeh3 Miyaqub oğlu və Cavabdeh1 iddiaçının əri Cavabdeh2 qohumlarıdır.
29. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 3 ünvanında yerləşən 11 və 13 saylı fərdi yaşayış evləri ilə bağlı sənədlər tələb edilmişdir. Sorğuya cavab olaraq göndərilmiş sənədlərdən müəyyən olunur ki, xx.xx.1998-ci il tarixli müqaviləyə əsasən Əzizbəyov rayonu Buzovna Südçülük sovxozu Xətayi küçəsində 134,0 kv.metr torpaq sahəsində yerləşən yaşayış sahəsi 23,5 kv.metr, köməkçi sahəsi 1 otaqdan ibarət 11 nömrəli yaşayış evini Seyidov X5 Nəsib Adil oğlundan almışdır.
30. xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 ona məxsus olan Əzizbəyov rayonu Buzovna qəsəbəsi Xətai küçəsində 1025.0 kv.metr torpaq sahəsi olan, yaşayış sahəsi 132,7 kv.metr, köməkçi sahəsi 23,7 kv.metr olan 5 otaqdan ibarət İİ saylı yaşayış evini qardaşı Cavabdeh3 bağışlamış, müqavilə xx.xx.2005-ci il tarixdə Abşeron rayon 2-ci dövlət notariat kontoru tərəfindən 4ə-9-1157 nömrə ilə qeydiyyata alınmışdır.
31. ünvan 1 ünvanda yerləşən ev Cavabdeh3 Miyaqub oğlunun adına xüsusi mülkiyyət hüququ ilə **********00-10301 saylı reystr nömrəsi ilə, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
32. Göründüyü kimi 1998-ci il tarixli alğı-satqı müqaviləsində yaşayış sahəsi 23,5 kv.metr, köməkçi sahəsi 1 otaqdan ibarət 11 nömrəli yaşayış evi göstərilmişdir. xx.xx.2005-ci il tarixli müqavilədə isə köməkçi sahəsi 23,7 kv.metr olan 5 otaqdan ibarət İİ saylı yaşayış evi qeyd edilmişdir. Mübahisə predmeti olan ünvan 2-ə Cavabdeh3 Miyaqub oğlunun hüquqları xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır.
33. İddiaçının tələbinin əsası odur ki, əslində mübahisə predmeti olan ev onun əri olan Cavabdeh2 məxsusdur. Ona görə də onun həmin evə ½ payı müəyyən edilərək həmin mənzilə köçürülməlidir.
34. Qeyd olunmalıdır ki, nə alğı-satqı müqaviləsi, nə bağışlama müqaviləsi, nə də Çıxarış mübahisələndirilməmişdir.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində qeyd edilir ki, Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
36. Həmin Məcəllənin 140-cı maddəsində qeyd edilir ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan ev onun ərinin mülkiyyətində olmadığından iddia tələbi Cavabdeh2 münasibətdə əsassızdır. Digər cavabdehlərə münasibətdə isə birgə nikah dövründə əldə edilmiş əmlakda payının müəyyən edilməsini iddia etmək üçün subyektiv hüququ yoxdur.
38. İddiaçının köçürülmə tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin tələb də əsassızdır. Belə ki, iddiaçının 1998-ci ildə mübahisə predmeti olan ünvana köçüb yaşaması işin mübahisəsiz halıdır. Cavabdeh bildirir ki, 15 ildir ki, evdən çıxıb getmişdir. İddiaçı özü bildirir ki, 2018-ci ildən həmin ünvanda yaşamır. Göründüyü kimi iddiaçı mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qarabağ küçəsi, 13 saylı evdə uzun müddətdir yaşamır.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilir ki, “...2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.”
40. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
41. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
42. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
43. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-266/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev