Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2472/2020 24.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov, Hakimlər: X25 və X22 ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 MMC-nin vəkili və nümayəndəsi X13 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, “xxxx” MTK, Cavabdeh2, X18, X11, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində xüsusi notarius Şahgəldiyev Rasim Mövsüm oğlu və DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “MTK-nin ümumi yığıncağının qərarının, bağışlama müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və s.” tələbinə dairmülki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixliqətnaməsindən iddiaçı tərəfindən verilmiş Apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər "Cavabdeh1" MMC və digərlərinə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, 1055-ci məhəllə, Əbdülvahab Salamzadə küçəsi, ev 3, giriş 2, 75 saylı mənzilin cavabdeh Paşayev X6 və onun MTK üzvlüyünə qəbul olunması barədə cavabdeh “xxxx” MTK-nın üzvlərinin xx.xx.2018-ci il tarixli ümumi iclasının qərarının, cavabdeh X12 adına verilən RX seriyalı, ******* saylı, qeydiyyat nömrəsi **********, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlər X18 və X11 arasında bağlanmış xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh X4 adına olan RX seriyalı ******* saylı, qeydiyyat nömrəsi **********, xx.xx.2018 qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlər X12 və X4 bütün ailə üzvləri ilə birlikdə mənzildən çıxarılaraq mənzilin boş vəziyyətdə cavabdehlər Cavabdeh2 və “xxxx” MTK tərəfindən ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: Cavabdeh1 MMC ilə xx.xx.2008-ci il tarixli sifariş müqaviləsi bağlayaraq Bakı şəhəri Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə tikilən hündür mərtəbəli binada 2 saylı blokda 3-cü mərtəbədə sahəsi 170 kv.metr olan 4 otaqlı mənzil almışdır. Müqavilədə qeyd edilməsə də, sonradan müəyyən olunmuşdur ki, mənzil 75 saylıdır. Müqavilənin 3-cü bəndinə uyğun olaraq üzərinə düşən öhdəliyi yerinə yetirərək sifarişçi qismində mənzilin hər kvadrat metrinə 700 ABŞ dollarından əvvəlcə 50000 ABŞ dolları, daha sonra 69000 ABŞ dolları, cəmi 119000 ABŞ dolları icraçı müəssisəyə ödəmiş və müəssisə bu barədə ona həmin məbləğin Azərbaycan manatının məzənnəsinə uyğun maliyyə arayışları vermişdir. Müqavilə bağlandıqdan sonra uzun müddət tikintinin başa çatmasını gözləmiş, mənzilin qapısını bağlayaraq maddi imkanı olduğu vaxtda təmir işlərinə başlayacağını qərarlaşdırmışdır. 2019-cu ilin aprel ayında mənzilinə gəlmiş və müəyyən etmişdir ki, cavabdeh müəssisənin direktoru Cavabdeh2 ona məxsus mənzili qanunsuz olaraq cavabdeh X37 satmış, sonuncu da mənzili təmir edərək orada yaşayır. Məhkəmənin sorğusu ilə cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən alınmış xx.xx.2019-cu il tarixli məktuba əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, ona məxsus mənzil xx.xx.2018-ci il tarixdə cavabdeh “xxxx” MTK üzvlərinin ümumi iclasının qərarı ilə (əslində saxtalaşdırılmış qaydada, guya iclasda 210 nəfər MTK üzvü iştirak edib) cavabdeh Paşayev X10 və o, MTK üzvlüyünə qəbul olunmaqla mənzilin payçısı hesab olunmuşdur. Cavabdeh “xxxx” MTK 2018-ci ildə digər Cavabdeh3 saxta yolla MTK üzvü kimi tanıdıqdan sonra ona maliyyə borcu olmaması barədə arayış və digər sənədlər verərək mənzilə dair mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə nail olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən digər Cavabdeh3 çıxarış verilərkən də müvafiq qanunvericiliyin tələbi pozulmuşdur. Belə ki, MTK tərəfindən inşa edilmiş binada yerləşən mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün zəruri olan sənədlər arasında notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsi və binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı olmamışdır. Cavabdeh X18 ona məxsus mənzilə dair qanunsuz olaraq mülkiyyət hüququ barədə sənəd aldıqdan sonra xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi əsasında həmin mənzili qızı cavabdeh X5 bağışlamış, sonuncu isə bu müqavilə əsasında mənzilə dair mülkiyyət hüquqlarını təsdiq edən çıxarış almış və hazırda da mənzildə yaşayır. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nüsrət Hüseynov, eləcə də Cavabdeh2 hazırkı iş üzrə xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iddia ərizəsinə verdikləri etirazda göstərmişlər ki, onun məhkəməyə təqdim etdiyi 73 nömrəli sifariş müqaviləsi və 2 ədəd maliyyə arayışı saxtadır. Bu dəlil əsassızdır. Mənzilin elektrik sayğacı xx.xx.2012-ci il tarixdən onun adına qeydiyyatdadır. Məhkəməyə təqdim etdiyi “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, mübahisə predmeti olan mənzilin abonent kodu (**********10075) xx.xx.2012-ci il tarixdən bu vaxta qədər ASC-nin məlumat informasiya bazasında onun adına qeydiyyatdadır. Cavabdeh tərəfin etirazında onun tərəfindən 10 illik ümumi iddia müddətinin ötürülməsindən bəhs edilir. Mülki Məcəllənin 384.0.4 maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Cavabdehlər “xxxx” MTK ilə X18 arasında mənzil alqı-satqısına və ya sifarişinə dair müqavilə olmamış, sonuncu ilə 2014-cü il tarixdə tamam başqa MTK arasında hansısa müqavilə olmuş, buna görə də cavabdeh Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər arasında mənzilin hansı əsasla əldə edilməsi barədə sənəd olmamışdır. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixliqətnaməsi ilə iddia ərizəsi təmin edilməmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmişdir. İddiaçı həmin qətnamə ilə razılaşmayaraq Apelyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini və iş üzrə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır: Mənzilin Paşayev X7 və onun MTK üzvlüyünə qəbul olunması barədə cavabdeh “xxxx” MTK-nın üzvlərinin xx.xx.2018-ci il tarixli ümumi iclasının qərarı saxtadır və ləğv olunmalıdır. MTKnın 250 nəfərə yaxın üzvünün guya yığıncaqda iştirak edərək Cavabdeh3 üzvlüyə qəbul etməsi tamam saxtalaşdırılmışdır. Onlarla sakinin dediyinə görə onların belə “yığıncaq”dan məlumatı olmamışdır. Sözügedən “yığıncaq” keçirilməmiş, sadəcə sənədlər hazırlanmışdır. O, mənzilin pulunu verib və cavabdeh X9 çox-çox əvvəl aldığına görə, mənzil ona qaytarılmalı, digər şəxsi isə Cavabdeh2 başqa mənzillə təmin etməlidir. Məhkəmə iclasında Cavabdeh1 MMC nə vaxt və hansı məqsədlə eyni adlı MTK-nə çevrilməsi müəyyən edilməmişdir. “Azəriqaz” İB-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, cavabdeh ona məxsus mənzili Cavabdeh3 ən azı 2014-cü il və ya ondan əvvəlki dövrdə satıb. Bu zaman Cavabdeh2 onun mənzili hansı qurum - Cavabdeh1 MMC, yaxud “Cavabdeh1" MTK və ya “xxxx” MTK adından satıldığı qeyri-müəyyən qalıb. Məhz bu qeyrimüəyyənliyin nəticəsidir ki, Cavabdeh3 aid özəlləşdirmə sənədləri arasında mənzil alqı-satqısı haqqında müqavilə yoxdur. Cavabdeh2 məhkəmə iclasında israrla iddia edirdi ki, onu tanımır, məhkəməyə təqdim etdiyi müqavilə və arayışlar saxtalaşdırılıb və bu niyyətlə cavabdehlər məhkəmədən müvafiq məhkəmə ekspertizasının təyin edilməsini tələb etdilər. Ancaq Cavabdeh2 şahid Rəşad Əlizadəyə məxsus müqavilə və maliyyə arayışları təqdim ediləndə, o məcburən etiraf etdi ki, həmin müqavilə Cavabdeh1 MMC-nə məxsusdur və imza da müavini Natiqə məxsusdur. Ancaq məhkəmə işin bu halına - cavabdehlərin etiraz və ifadələrindəki müqavilənin saxta olması, möhürün və imzanın qeyri-müəyyən olması, üzləşmə və müvafiq məhkəmə ekspertiza rəyindən sonra isə fakt qarşısında qalmalarına hər-hansı qiymət verməmişdir. Cavabdeh2 hərəkətlərində dələduzluq cinayətinin tərkibi olması və bu əsasa görə də xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsini xahiş etsə də, məhkəmə həmin maddənin tələbini pozaraq qanunun tələbinə riayət etməmiş və bunun səbəbini də qətnamədə göstərməmişdir. İddiaçı tərəfin mövqeyi: İddiaçı Salmanov X17 şikayətini, iddianı müdafiə edərək ona uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən müalicə olunduğuna görə son 5 ildə mənzillə ətraflı maraqlana bilməmişdir. Onun iştirak etdiyi yol nəqliyyat hadisəsində ağır xəsarət almış, nitqində və zehnində problemlər yaranmışdır. Ona görə son dövrlər mənzillə maraqlanmamışdır. Bərdə rayonunda yaşayır və orada işləyir. Mənzili tanışı vasitəsi ilə almışdır. Mübahisəli mənzil yerləşən bina Yasamal Rayon Polis İdarəsinin yaxınlığında yerləşir. Mənzil 4 otaqlı idi. 3-cü mərtəbədə yerləşirdi. Mənzili 2008-ci ildə əvəzini ödəyərək satın almışdır. Həmin vaxt pulu kooperativin ofisində vermiş, ona müqavilə verilmişdir. Həmin mənzili almasını dostu Rabil ona məsləhət görmüşdür. Həmin vaxt bina tam tikilməmişdir. 2012-ci ildən mənzilin işıq təchizatı müqaviləsi onunla bağlanmışdır. Mənzilin giriş qapısını qoymuşdur. Son vaxtlar mənzili satmaq üçün Bakı şəhərinə gələndə mənzildə başqa şəxslərin yaşadığını aşkar etmişdir. Bu barədə kooperativin sədri Bəxtiyara bildirdikdə sonuncu məsələni həll edəcəyini, ən pis halda ona başqa mənzil verəcəyini vəd etmiş, uzun müddət onu get-gələ salmışdır. Lakin sonda ona heç nə verməyəcəyini və istədiyi təşkilata müraciət etməsini bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili Əlizadə X23 şikayətini müdafiə edərək ona və iddia tələbinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 1-ci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmaması barədə gəldiyi nəticə əsassızdır. Məhkəmə təqdim olunan sübutlara hər hansı qiymət verməmiş və araşdırmamışdır. Təmsil etdiyi şəxsin müqaviləsi və maliyyə arayışı var. Ekspertiza zamanı onun müqaviləsinin saxta olmaması təsdiqini tapmış və həmin binada yaşayan və iclasda şahid qismində ifadə verən şəxsin müqaviləsi ilə eyni olduğu müəyyən olunmuşdur. Sonra MMC-nin nümayəndəsi bildirmişdir ki, müqaviləyə direktor Cavabdeh2 deyil, onun müavini Natiq imza atmışdır. Lakin MMC həmin şəxsin iclasda iştirakını təmin etməmiş, müqavilənin saxta olması dəlilindən vaz keçmişdir. İşə baxan məhkəmə də iddiaçının sənədlərinin qanuni olmasını qəbul etmişdir. Çünki iddia ancaq o əsasla rədd edilmişdir ki, iddiaçının cavabdehin kooperativə üzv olması barədə protokolu mübahisələndirməyə subyektiv hüququ yoxdur. Mənzilin qanuni sahibi həmin mənzilə dair başqasına qanunsuz verilmiş sənədləri mübahisələndirməyə subyektiv hüququnun olmaması absurddur. Bina 2006-cı ildə inşa edilməyə başlamışdır. 12 ildən sonra həmin binada satılmamış mənzil olmamışdır. 2018-ci ildə binada boş mənzil olmadığı üçün kooperativ onu X14 sata bilməzdi. Ona görə qətnamə ləğv olunaraq iddia təmin olunmalıdır. Cavabdehin etirazı: Cavabdeh "Cavabdeh1" MMC-nin nümayəndəsi və vəkili Hüseyinov X16 şikayətini qəbul etməmiş və bildirmişdir ki, düzdür 1-ci instansiya məhkəməsi iddianı cavabdehin dediyi əsaslarla-onun subyektiv hüququnun olmaması əsası ilə rədd etmişdir, lakin qeyd etmək istəyir ki, iddiaçının təqdim etdiyi müqavilə və maliyyə arayışı saxtadır, onlarda mənzilin nömrəsi yazılmamışdır. İddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Onlar iddia müddətinin tətbiqi barədə ərizə vermişdilər. Bina 2006-2007 illərdə tikilməyə başlanmışdır. İddiaçının 2008-ci ildə həmin mənzili necə alması və müqavilənin necə rəsmiləşdirilməsi məlum deyil. Bina 2017-ci ildə istismara qəbul edilmişdir. 2018-ci ildə binada boş mənzil olduğu üçün kooperativ onu Paşayev X8. Ona görə apelyasiya şikayəti rədd edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər X18, X11, 3 saylı Bakı "ASAN xidmət" mərkəzində xüsusi notarius Şahgəldiyev Rasim Mövsüm oğlu və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları bunlardır: "Cavabdeh1" MMC ilə sifarişçi İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə tikilən hündür mərtəbəli binada 2 saylı blokda 3-cü mərtəbədə sahəsi 170 kv.metr olan 4 otaqlı mənzilin tikintisi barədə xx.xx.2008-ci il tarixli sifariş müqaviləsi bağlanmış, mənzilin dəyəri 98770 manat sifarişçi tərəfindən icraçıya ödənilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli məktublarından görünür ki, qeyd edilmiş ünvanla bağlı abonent kodu (**********10075) xx.xx.2012-ci il tarixdən etibarən ASCnin məlumat informasiya bazasında İddiaçı adına, daha sonra X12 (abonent kodu: **********50750) adına xx.xx.2014-cü il tarixdə qeydiyyatda alınmışdır. "Cavabdeh1" MK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli protokolu ilə Paşayev X1 üzv qəbul olunmaqla Bakı şəhəri, Yasamal rayonu, Ə. Salamzadə küçəsi, ev 3, giriş 2, mərtəbə 3, 4 otaqlı 75 saylı mənzilin payçısı olması təsdiq edilmiş, sənədlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilməsi qərara alınmışdır. Təqdim olunmuş sənədlər əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeyd olunan mənzilə X12 mülkiyyət hüququ qeydiyyata alınmış və ona bu barədə RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X18 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3, giriş 2, mərtəbə 3, 4 otaqlı 75 saylı mənzili 3 saylı “ASAN Xidmət” Mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 4Ə-1504 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən X5 bağışlamış, müqavilə əsasında mənzil sonuncunun adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Cavabdeh MTK iddiaçıya məxsus müqavilə və maliyyə arayışının saxta olduğunu, həmin müqavilənin şirkətin direktoru tərəfindən imzalanmadığını, imzanın başqa şəxsə məxsus olduğunu bildirərək, iddianı qəbul etməmişdir. İşə birinci instansiyada baxılarkən iştirakı iddiaçı tərəfindən təmin edilmiş həmin binanın sakini şahid X29 izahatında bildirmişdir ki, mübahisəli mənzilin yerləşdiyi binanın sakinidir və yaşadığı mənzilə dair 2008-ci ildə Cavabdeh1 MMC ilə müqavilə bağlamış, onların müqaviləsini də Cavabdeh2 müavini Natiq imzalamış və möhür vurmuşdur. İşə baxan məhkəmə "Cavabdeh1" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli sifariş müqaviləsində və həmin müqaviləyə əlavə olunmuş maliyyə arayışlarında, "Cavabdeh1" MMC ilə Əli-zadə Lalə Saləddin qızı arasında bağlanmış xx.xx.2008-ci il tarixli sifariş müqaviləsində və həmin müqaviləyə əlavə olunmuş maliyyə arayışlarında olan möhür əkslərinin skan və ya hər hansı bir texnologiya vasitəsi ilə vurulubvurulmaması, yoxsa "Cavabdeh1" MMC-nin orijinal möhürü ilə eynilik təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli ekspertiza rəyi ilə mülki işin materiallarında olan Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2008ci il tarixli sifariş müqaviləsində və 2 ədəd maliyyə arayışında, Cavabdeh1 MMC ilə Əli-zadə Lalə Sadəddin qızının arasında bağlanmış xx.xx.2008-ci il tarixli sifariş müqaviləsində və 3 ədəd maliyyə arayışında olan möhür əkslərinin relyef klişedən sənədin üzərinə birbaşa vurulması, hər iki müqavilədə və maliyyə arayışlarında olan möhür əkslərinin ekspertizaya təqdim edilmiş eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etdiyi müəyyən olunmuşdur. Mübahisə ilə bağlı dəyərləndirmə: İlk növbədə qeyd olunmalıdır ki, 1-ci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçının tələb etdiyi mənzilin mübahisəli mənzil olmaması, onun adına verilmiş müqavilənin və maliyyə arayışının qanunsuz olması halına istinad etməmişdir. Hansıki, cavabdeh tərəf məhz həmin etirazları irəli sürmüşdü. Çünki məhkəmə baxışı zamanı iddiaçı həmin binada yaşayan başqa sakini şahid kimi dəvət etmiş, məhkəmə onu dindirmiş, həmin sakinin həyat yoldaşının adına rəsmiləşmiş analoji müqavilə və maliyyə arayışı tədqiq olunmuş və mənzilə dair sənədlərin eyniliyi, həqiqiliyi təsdiq olunmuşdur. Eyni zamanda iddiaçı sübut təqdim etmişdir ki, mənzilin elektrik sayğacı xx.xx.2012-ci il tarixdən onun adına qeydiyyatdadır (“xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, mübahisə predmeti olan mənzilin abonent kodu (**********10075) xx.xx.2012-ci il tarixdən bu vaxta qədər ASC-nin məlumat informasiya bazasında onun adına qeydiyyatdadır. Görünür qeyd olunan təkzibedilməz sübutlardan sonra işə baxan məhkəmə cavabdehin həmin dəlillərini qəbul etmədən iddianı başqa əsaslarla rədd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əslində cavabdeh tərəf qətnamədən apelyasiya şikayəti vermədiyi üçün iddiaçının sənədlərinin qanuniliyi ilə bağlı əsaslanma aparılmasına zərurət yox idi. Çünki cavabdehlər iddiaçının sənədlərinin qanunsuz olmaması barədə işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşmışlar. Məhkəmə kollegiyası iddiaçının sənədlərinin qanuni olmasını ona görə əsaslandırır ki, qətnamə bütövlükdə ləğv olunaraq iş üzrə yeni qətnamə çıxarıldığından, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar yoxlanılmalıdır. İşə baxan məhkəmə iddiaçıya məxsus müqavilə və maliyyə arayışlarındakı, həmçinin Əlizadə Lalə Sadəddin qızına məxsus müqavilə və maliyyə arayışında (şahid X20 həyat yoldaşı) əks olunmuş möhür ilə Cavabdeh1 MMC-yə məxsus orijinal möhürün eynilik təşkil etdiyini müəyyən etmək məqsədi ilə ekspertiza keçirmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli sifariş müqaviləsində və 2 ədəd maliyyə arayışında, Cavabdeh1 MMC ilə Əli-zadə Lalə Sadəddin qızının arasında bağlanmış xx.xx.2008-ci il tarixli sifariş müqaviləsində və 3 ədəd maliyyə arayışında olan möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuş, hər iki müqavilədə və maliyyə arayışlarında olan möhür əksləri ekspertizaya təqdim edilmiş eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli sənədlərdə möhürün həqiqiliyi təsdiq edildiyi halda həmin sənədlərin müqavilədə hüquqi şəxsin rəhbəri kimi adı göstərilmiş şəxs tərəfindən imzalanmaması həmin sənədlərin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Hazırkı iş üzrə mübahisələndirilən sənədlərdə olan möhür izinin mötəbərliyi öz təsdiqini tapmışdır. Bu baxımdan mübahisələndirilən sənədlərdə olan möhürün Cavabdeh1 MMC-nin səlahiyyətli şəxsi tərəfindən vurulduğu müəyyən edilir. Yaranmış vəziyyətdə isə sənədlərdəki imzanın həmin səlahiyyətli şəxs tərəfindən icra edilməməsi onların etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin sənədlər imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə belə çıxır ki, hüquqi şəxsin təmsilçisi müqaviləni bəyənmişdir. Belə ki, Mülki Məcəllənin 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış müqaviləni qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq müqaviləni, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmiş (bəyənmiş), müqavilə imzalandığı andan qüvvəyə minmişdir. Bundan başqa, ekspertiza zamanı həmçinin Cavabdeh1 MMC ilə Əli-zadə Lalə Sadəddin qızı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə də tədqiq olunmuşdur. Müəyyən olunur ki, qeyd olunan müqavilədə əks olunmuş imza da Natiq adlı şəxs tərəfindən icra olunmuşdur. Qeyd olunan hər iki müqavilə və maliyyə arayışlarındakı möhürün eyni olması və imzaların eyni şəxs tərəfindən icra olunması da iddiaçıya məxsus müqavilənin və maliyyə arayışlarının etibarlılığına dəlalət edir. Çünki Əli-zadə Lalə Sadəddin qızına məxsus müqavilənin və maliyyə arayışlarının etibarlılığı işin mübahisəsiz halıdır. İddiaçı tərəfin iş üzrə ekspertiza keçirilməsi barədə vəsatətinin əsası ondan ibarət olmuşdur ki, onunla eyni şəkildə (qaydada) MMC-dən mənzil əldə etmiş şəxs 2008-ci ildən hazıradək MTK tərəfindən inşa edilmiş binada sakindir və aldığı mənzildə də yaşayır. Bu hala cavabdeh tərəflər hər hansı etirazlarını bildirməmişlər. Ona görə iddiaçının mübahisəli mənzilə dair sənədləri eyni qaydada həmin MMC tərəfindən rəsmiləşdirildiyindən cavabdehin nümayəndəsinin iddiaçının sənədlərinin saxta olması ilə bağlı etirazı tamamilə əsassızdır. Cavabdeh X12 MTK üzvlüyünə qəbul olunması barədə xx.xx.2018-ci il tarixli ümumi iclasının qərarının, cavabdeh X12 adına verilən çıxarışın ləğv edilməsi ilə bağlı qiymətləndirmə: Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, mübahisəli mənzilin cavabdeh Paşayev X6 barədə müqavilə mövcud deyil. Kooperativdən başqa digər cavabdehlər nə işə birinci instansiyada baxılan zaman, nə də apelyasiya icraatı zamanı iştirak etməmişlər, mənzilin onlara satılmasını təsdiq edən müqavilə təqdim etməmişlər. Həmin cavabdehlər məhkəmə bildirişini rəsmi qaydada alsalar da, apelyasiya icraatında da iştirak etməkdən yayınmışlar. “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli məktublarından müəyyən olunur ki, mübahisəli ünvandakı mənzilə dair abonent kodu İddiaçı adına xx.xx.2012-ci il tarixdən, X12 adına isə xx.xx.2014-cüil tarixdə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, abonentin enerji təchizatı şəbəkəsinə qoşulması üçün tələb olunan zəruri sənədlərdən biri də ünvanın abonentə məxsus olmasını təsdiq edən hüquq müəyyənedici sənədlərdir (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış, müvafiq icra hakimiyyəti orqanının sərəncamı, bələdiyyə qərarı, order, alqısatqı və ya icarə müqaviləsi və s.). İş materiallarına əlavə edilmiş məktublardan görünür ki, həmin ünvan üzrə abonent kodu birinci İddiaçı, 2 ildən çox müddət keçdikdən sonra isə X12 adına qeydiyyata alınmışdır. Hansıki, X12 adına həmin mənzilə dair qeyd olunan tarixdə hər-hansı bir hüquqmüəyyənedici sənəd olması halı müəyyən edilməmişdir. Deməli, qeyd olunan hallar belə nəticəyə gəlməyə əsas verir ki, həmin mənzil əvvəl İddiaçı satılmış və onun həmin əmlaka hüquqları yaranmışdır. Məhkəmə kollegiyası həm də ona görə belə qənaətə gəlir ki, mənzilin Məmməd Paşayevə 2014-cü ildə satılmasına dair iş materiallarına heç bir sübut təqdim edilməmişdir. Mənzilin X14 verilməsi ilə bağlı sənədlər 2018-ci ilə aiddir. MTK-nin xx.xx.2018-ci il tarixli ümumi yığıncağında qəbul olunmuş protokola (qərarına) əsasən mübahisəli mənzil X12 adına keçirilməsi göstərildiyi halda mənzilə dair X12 abonent bazasına xx.xx.2014-cü il tarixdən qeydiyyata düşməsi aydın deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası cavabdehlər tərəfindən mübahisəli mənzilin Paşayev X3 təsdiq edən müqavilənin iş materiallarına əlavə edilməməsi, mənzilə hüquqları müəyyən olunmuş digər cavabdehlərin birinci instansiyada və Apelyasiya icraatı zamanı qətiyyən iştirak etməməsi, həmin mənzilə olan hüquqlarının müdafiəsi üçün heç bir təşəbbüs göstərməməsi, eyni zamanda 2008-ci ildən iddiaçının adına müqavilə və maliyyə arayışı verilməsi, xx.xx.2012-ci il tarixdən həmin ünvana İddiaçı adına abonent kodunun verilməsi halları ona dəlalət edir ki, mübahisəli mənzilə İddiaçı hüququ yaranmış, lakin buna baxmayaraq qanunsuz və əsassız olaraq daha sonradan digər şəxslərin adına rəsmiləşdirilmişdir. AzərbaycanRespublikasıMülkiMəcəllənin178.8 maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumun “Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən mübahisəli mənzilin pay haqqı (dəyəri) ilk dəfə iddiaçı X21 tərəfindən tam olaraq ödənilərək satın alınmışdır. Müqavilə bağlandıqdan sonra isə iddiaçı həmin mənzil üzərində istifadə və sahiblik hüquqları əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4 maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məcəllənin 157.8 maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 MMC (daha sonra isə MTK) mülkiyyətində olmayan mənzilə dair cavabdeh X12 həmin mənzillə bağlı payçı olması ilə əlaqədar “xxxx” MTK üzvlərinin ümumi iclasının (yığıncağının) 41 nömrəli xx.xx.2018-ci il tarixli protokolu və qərarı qəbul etməyə səlahiyyətli olmamış, həmin protokolun (qərarın) qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün iddiaçının mübahisəli mənzilin ona təhvil verilməsi tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin, şəxsin kooperativə üzv qəbul olunmasına dair ümumi yığıncağın qərarı o halda qəbul olunur ki, tərəf pay haqqını ödəsin və həmin kooperativdə paya sahib olsun. Bu hallar isə müqavilə və maliyyə arayışı ilə təsdiq olunur ki, hazırda həmin sənədlər mövcud deyil. Qeyd olunan hallar və həmin mənzilə artıq iddiaçının hüququnun yaranması həmin qərarın, eyni zamanda X12 adına verilən xx.xx.2018-ci il tarixli çıxarışın ləğvi üçün əsasdır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, Məmməd Paşayev və X11 arasında bağlanmış xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməli və cavabdeh X4 adına olan çıxarış ləğv edilməlidir. Məmməd Paşayev ilə Nərgiz Əyyubova arasında bağlanmış müqavilənin etibarlılığı X12 adına verilən xx.xx.2018-ci il tarixli çıxarışdan asılıdır. Belə ki, bağışlama müqaviləsi çıxarışın yaratdığı hüquqi nəticəyə - Məmməd Paşayevin mənzilə olan mülkiyyət hüququna əsaslanır. Həmin çıxarış ləğv olunduğundan onun yaratdığı hüququ nəticə, yəni Nərgiz Əyyubovanın mənzilə olan mülkiyyət hüququ da etibarsızdır. Məmməd Paşayev mənzilin mülkiyyətçisi olmadığına görə onun mənzil üzərində sərəncam vermək hüququ olmamışdır. Belə ki, Mülki Məcəllənin 152-ci maddəsinə görə əşya üzərində sərəncam vermək hüququ mülkiyyətçiyə aid olan hüquqdur. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, X12 mənzilin payçısı olması barədə ümumi yığıncağın qərarı (protokolu) ləğv edilməli, X12 mülkiyyət hüququna dair çıxarış ləğv edilməli, X4 adına olan bağışlama müqaviləsi etibarsız hesab edilməli və onun əsasında mülkiyyət hüququna dair çıxarış ləğv edilməlidir. Çünki iddiaçıya satılmış mənzil barəsində MTK-nın qəbul etdiyi qərar (ümumi yığıncağın qərarı (protokolu) özlüyündə etibarsız, əhəmiyyətsiz əqddir. Məhkəmə kollegiyası hesab edir ki, mənzil qanuni əsaslarla 2008-ci ildə iddiaçıya satıldığı üçün qeyd olunan protokolun əsassızlığı ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur. Məhkəmə kollegiyası təkcə bir məsələni qeyd edir ki, mənzilin Paşayev X2 yeganə əsası kimi, onun mənzilin payçısı olması barədə ümumi yığıncağın qərarı (protokolu) göstərilmiş və elə həmin sənəd əsasında ona Çıxarış verilmişdir. 41 No-li protokoldan çıxarışdan görünür ki, X18 210 nəfərin iştirak etdiyi iclasda kooperativ üzvlərinin ümumi yığıncağında mübahisəli mənzilin payçısı hesab olunmuşdur. Həmin sənədin özü çox şübhəlidir və ona görə mötəbər sübut kimi dəyərləndirilə bilməz. Binanın inşa edilməsindən 10 il sonra 210 nəfər kooperativ üzvünün yığışaraq həmin məsələni müzakirə etməsi absurddur. Çünki 12 il əvvəl mənzil alaraq orada yaşayan şəxslərin yığışaraq hansısa mənzili 3-cü şəxsə satmağa maraqları qalmamışdır. Əslində MTK həmin qanunsuz protokolla kooperativin mülkiyyəti olmayan əmlakı 3-cü şəxsin adına özəlləşdirmişdir. Birinci instansiya məhkəməsi mübahisəyə baxarkən işin yuxarıda qeyd olunan hallarına düzgün hüquqi qiymət verməmiş, mənzilə hüquq əldə edən şəxsin iddianı irəli sürməyə subyektiv hüququnun olmaması barədə əsassız nəticəyə gəlmişdir. İddiaçı mənzilin dəyərini ödədikdən sonra onun həmin mənzilə mülkiyyət hüquqları yarandığından məhkəmə kollegiyası iddiaçının hazırkı tələbi irəli sürməsi üçün iddia müddətini ötürməsi barədə cavabdehin etirazını qəbul etmir və bununla bağlı əlavə araşdırma aparılmasına zərurət görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1 maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin Apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2 maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilsin. Həmin iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixliqətnaməsi ləğv edilsin. İddia tələbi təmin olunsun. Bakı şəhəri, Yasamal rayonu, 1055-ci məhəllə, Əbdülvahab Salamzadə küçəsi, ev 3, giriş 2, 75 saylı mənzilin cavabdeh Paşayev X7 və onun MTK üzvlüyünə qəbul olunması barədə cavabdeh “xxxx” MTK-nın üzvlərinin xx.xx.2018-ci il tarixli ümumi iclasının qərarı ləğv edilsin. Cavabdeh X12 adına verilən RX seriyalı, ******* saylı, qeydiyyat nömrəsi **********, xx.xx.2018 qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ləğv edilsin, cavabdehlər X18 və X11 arasında bağlanmış xx.xx.2018-ci il tarixli bağışlama müqavilə etibarsız hesab edilsin və cavabdeh X4 adına olan RX seriyalı ******* saylı, qeydiyyat nömrəsi **********, xx.xx.2018 qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ləğv edilsin. Cavabdehlər X18 və X11 bütün ailə üzvləri ilə birlikdə mənzildən çıxarılaraq mənzil boş vəziyyətdə cavabdehlər Cavabdeh2 və “xxxx” MTK tərəfindən İddiaçı təhvil verilsin. Məhkəmə xərcləri (dövlət rüsumu və ekspertiza xərcləri) müştərək qaydada cavabdehlərdən tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov
Məhkəmə qərarları › İş №2(103)-2472/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2472/2020
24.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver