Məhkəmə qərarları › İş №2(103)-2474/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2474/2023

31.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2474/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, X5 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi X4, digər nümayəndəsi və vəkili X3, Cavabdeh Azərbaycan Dövlət İnformasiya Agentiliyinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(006)-1158/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra-iddiaçı) cavabdeh Azərbaycan X1rşı (bundan sonra-cavabdeh və ya “AZƏRTAC”) iddia ərizəsi (sonradan iddianını dəqiqləşdirilməsi barədə ərizə) iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli, 321 saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin vəzifəyə bərpa olunması, işsizlik müddəti ərzində olan əmək haqqının və digər xərclərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(006)-1158/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6458/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2624/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6458/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(103)- 6175/2022 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın qismən təmin olunması, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə 324 saylı, 19 sentyabr 2020-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxmaya görə aylıq əmək haqqının ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-463/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) X10 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6175/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilmsəi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında tərəflər barışıq sazişini məhkəmə kollegiyasına təqdim edib, barışıq sazişinin təsdiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Təqdim olunmuş 31 may 2023-cü il tarixli barışıq sazişinin şərtlərinə görə tərəflər aşağıdakı şərtlərlə razılığa gəlirlər: Preambula a) Tərəflər arasında 24 oktyabr 2019-cu il tarixli əmək müqaviləsi ("Əmək Müqaviləsi”) bağlanmış və həmin Əmək Müqaviləsinə xx.xx.2020-ci il tarixdə Cavabdehin 324 nömrəli Əmri ("Xitam Əmri”) ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir; b) İddiaçı bundan narazı qalaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2020-ci il tarixli, 321 saylı əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması, işsizlik müddəti ərzində olan əmək haqqının və digər xərclərin ödənilməsi barədə qətnamə çıxarılmasını tələb etmişdir; c) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (006)-1158/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddiaçının iddiası rədd olunmuşdur. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədrinin 324 saylı, 19 sentyabr 2020-ci il tarixli əmri əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə verildiyindən, həmin əmrin ləğv edilməsinə və iddiaçının işə bərpa olunmasına heç bir əsas yoxdur. d) Qətnamədən narazı qalan iddiaçı Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (006)-1158/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. e) Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6458/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), V.İbayev və R.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (006)-1158/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. f) İddiaçı qərardan razı qalmayaraq kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2624/2022 nömrəli iş üzrə 06 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər – Z.Əliyev (sədrlik edən və məruzəçi), A.Hüseynov və Ə.Nurməmmədov) iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. g) Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6175/2022 nömrəli iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunmuşdur. Həmin qərarla cavabdehin İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə 324 saylı, 19 sentyabr 2020-ci il tarixli əmri ləğv edilmiş, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxmaya görə aylıq əmək haqqı ödənilməsi qərara alınmışdır. h) Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-6614/2022 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6175/2022 nömrəli iş üzrə 19 oktyabr 2022ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. i) Hazırda işə apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsində 2(103)-2474/2023 saylı iş ("Mübahisə”) çərçivəsində baxılmaqdadır; j) Tərəflər aralarındakı mübahisəni və narazılıqları qarşılıqlı razılıq əsasında bu Sazişi imzalamaq vasitəsilə tamamilə və birdəfəlik həll etmək niyyətindədirlər; k) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-ci, 14.3-cü, 52.3-cü, 52.4-cü, 191ci və 261.0.5-ci maddələrini rəhbər tutaraq, Tərəflər aşağıdakı şərtlərlə razılığa gəldilər:

1. Sazişin predmeti Tərəflər bu Sazişi imzalamaqla və onun məhkəmə qaydasında təsdiqini təmin etməklə aralarında olan bütün mübahisələri, o cümlədən Mübahisəni tamamilə və birdəfəlik qaydada bu Sazişdə göstərilən şərtlərlə həll edir, bir-birini hər hansı mövcud və ya gələcək tələblərdən, iddialardan, etirazlardan və ya narazılıqlardan azad edirlər.

2. Sazişin icrası 2.1. Bu Saziş qüvvəyə mindikdən sonra onun icrası üçün Tərəflər aşağıdakı hərəkətləri edəcəklər: 2.1.1. bu Saziş qüvvəyə mindikdən sonra ən gec 5 iş günü ərzində İddiaçı X7 Məcəlləsinin 69-cu maddəsinə əsasən öz təşəbbüsü ilə xitam verilməsi barədə notariat qaydasında imzalanmış ərizəsini (Əmək Müqaviləsinə xitam verilmə tarixi həmin ərizənin imzalanma tarixi olmaqla) Cavabdehə təqdim etməlidir; 2.1.2. Cavabdeh bu Sazişin 2.1.1-ci bəndində göstərilən ərizəni aldıqdan sonra aşağıdakıları etməlidir: a) Xitam Əmrini ləğv etmək və X7 Məcəlləsinin 69-cu maddəsinə əsasən “işçinin öz xahişi əsasında” xitam vermək və bu barədə əmrin surətini İddiaçıya təqdim etmək; b) İddiaçının əmək kitabçasında Xitam Əmrinin ləğv edildiyini və X7 Məcəlləsinin 69-cu maddəsinə əsasən İddiaçının öz xahişi ilə xitam verildiyi barədə qeyd aparmaq; c) X7 Məcəlləsinin 69-cu maddəsinə əsasən İddiaçının öz təşəbbüsü ilə xitam verildiyi barədə müvafiq icra hakimiyyətinin elektron sistemində müvafiq qeyd aparmaq; d) Cavabdeh qarşısında xidməti müqabilində və İddiaçının Cavabdehə qarşı qaldırdığı Mübahisə və ya gələcəkdə qaldıra biləcəyi bütün iddiaların, tələblərin və şikayətlərin tam və yekun əvəzi olaraq, İddiaçının bu Sazişdə göstərilən bank hesabına 60.000 (altmış min) manat məbləğində kompensasiya ödəmək (bu məbləğ qanunla tutulmalı olan bütün məcburi ödənişlərdən (vergi, məcburi sosial sığorta və sair) azaddır). Kompensasiya məbləğinə o cümlədən hər hansı ödənilməmiş əmək haqqı, məcburi iş buraxma dövrü üçün haqq və ya hər hansı digər ödənclər və istifadə olunmamış məzuniyyət günlərinə görə haqq da daxildir. e) Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu andan qüvvəyə minir. Saziş qüvvəyə mindiyi gündən etibarən 30 gün ərzində nəzərdə tutulmuş kompensasiya məbləği (60 min manat) cavabdeh tərəfindən iddiaçının bank hesabına tam həcmdə ödənilir.

3. Tərəflərin digər öhdəlikləri 3.1. Bu Saziş üzrə Cavabdehin aşağıdakı öhdəlikləri vardır: 3.1.1. bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək; 3.1.2. bu Sazişin mövcudluğunu, onun şərtlərini məxfi saxlamaq; 3.1.3. Mübahisə ilə bağlı Cavabdehin çəkdiyi xərcləri ödəmək. 3.2. Bu Saziş üzrə İddiaçının aşağıdakı öhdəlikləri vardır: 3.2.1. bu Saziş qüvvəyə mindikdən sonra Cavabdehə qarşı Əmək Müqaviləsindən və ya aralarında mövcud olmuş əmək münasibətlərindən irəli gələn və ya onlarla bağlı hər hansı dövlət orqanında, məhkəmələrdə və ya hər hansı digər müstəvilərdə hər hansı iddia, tələb, etiraz və ya şikayət irəli sürməmək; 3.2.2. bu Saziş qüvvəyə mindikdən sonra bütün müddət ərzində Sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində və ya internet informasiya ehtiyatlarında və ya hər hansı digər formada kütləvi və ya ictimai qaydada bu Sazişin məzmunu, o cümlədən ödənilmiş vəsaitin məbləği və digər məsələlər barəsində statuslar, şərhlər, başqa yazılar dərc etməmək və ya fikirlər səsləndirməmək; 3.2.3. bu Saziş qüvvəyə mindikdən sonra bütün müddət ərzində Cavabdehin kommersiya sirlərini, məxfi və özəl xarakterli bütün məlumatlarını mümkün ən güclü səylə qorumamaq; Cavabdehin nüfuzuna xələl gətirə biləcək hər hansı məlumatı hər hansı formada yaymamaq və ya Cavabdehə hər hansı digər formada zərər vura biləcək hərəkət etməmək; 3.2.4. bu Sazişin 2.1.2(a) bəndində göstərilən qaydada Əmək Müqaviləsinə xitam verildikdən sonra hər hansı səbəbdən işə bərpa olunduğu və ya bu Sazişin hər hansı müddəasını pozduğu halda, İddiaçıya bu Sazişin 2.1.2(d) bəndi ilə ödənilən kompensasiyanı tam məbləğdə bu cür pozuntunun törədildiyi və ya bu cür pozuntunun törədildiyinin Cavabdehə məlum olduğu vaxtdan 5 iş günü müddətində geri qaytarmaq; 3.2.5. Mübahisə ilə bağlı İddiaçının çəkdiyi xərcləri ödəmək; 3.2.6. bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək və bu Sazişin icrası üçün Cavabdehə lazımı dəstəyi göstərmək.

4. Digər müddəalar 4.1. Bu Saziş onun təsdiqi və mübahisəyə Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən xitam verildiyi barədə məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir. 4.2. Bu Sazişin imzalanması Cavabdeh tərəfindən hər hansı pozuntunun və ya İddiaçının hər hansı hüququnun pozuntusunun etirafı demək deyildir və bu cür təfsir oluna bilməz. 4.3. X12 3 nüsxədə imzalayır. Nüsxələrdən biri Bakı Apellyasiya Məhkəməsinə təqdim edilir. Digər iki nüsxə isə hər bir Tərəfdə bir nüsxə olmaqla saxlanılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi tərəflərin hüquqlarını pozmur, qanuna zidd deyildir, ona görə də, barışıq sazişi təsdiq edilməklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(006)-1158/2021 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş üzrə icraata xitam verilməsinin nəticələri, yəni işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384.0.5, 400, 402-403, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(006)-1158/2021 saylı qətnaməsi ləğv edilsin. Tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin. Preambula

a)Tərəflər arasında 24 oktyabr 2019-cu il tarixli əmək müqaviləsi ("Əmək Müqaviləsi”) bağlanmış və həmin Əmək Müqaviləsinə xx.xx.2020-ci il tarixdə Cavabdehin 324 nömrəli Əmri ("Xitam Əmri”) ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir; b)İddiaçı bundan narazı qalaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2020-ci il tarixli, 321 saylı əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması, işsizlik müddəti ərzində olan əmək haqqının və digər xərclərin ödənilməsi barədə qətnamə çıxarılmasını tələb etmişdir; c)Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (006)-1158/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddiaçının iddiası rədd olunmuşdur. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədrinin 324 saylı, 19 sentyabr 2020-ci il tarixli əmri əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə verildiyindən, həmin əmrin ləğv edilməsinə və iddiaçının işə bərpa olunmasına heç bir əsas yoxdur. d)Qətnamədən narazı qalan iddiaçı Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (006)-1158/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. e)Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6458/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), V.İbayev və R.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (006)-1158/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. f)İddiaçı qərardan razı qalmayaraq kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2624/2022 nömrəli iş üzrə 06 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər – Z.Əliyev (sədrlik edən və məruzəçi), A.Hüseynov və Ə.Nurməmmədov) iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. g)Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6175/2022 nömrəli iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunmuşdur. Həmin qərarla cavabdehin İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə 324 saylı, 19 sentyabr 2020-ci il tarixli əmri ləğv edilmiş, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxmaya görə aylıq əmək haqqı ödənilməsi qərara alınmışdır. h)Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-6614/2022 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6175/2022 nömrəli iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. i)Hazırda işə apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsində 2(103)-2474/2023 saylı iş ("Mübahisə”) çərçivəsində baxılmaqdadır; j)Tərəflər aralarındakı mübahisəni və narazılıqları qarşılıqlı razılıq əsasında bu Sazişi imzalamaq vasitəsilə tamamilə və birdəfəlik həll etmək niyyətindədirlər; k)Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-ci, 14.3-cü, 52.3-cü, 52.4-cü, 191ci və 261.0.5-ci maddələrini rəhbər tutaraq, Tərəflər aşağıdakı şərtlərlə razılığa gəldilər:

1. Sazişin predmeti Tərəflər bu Sazişi imzalamaqla və onun məhkəmə qaydasında təsdiqini təmin etməklə aralarında olan bütün mübahisələri, o cümlədən Mübahisəni tamamilə və birdəfəlik qaydada bu Sazişdə göstərilən şərtlərlə həll edir, bir-birini hər hansı mövcud və ya gələcək tələblərdən, iddialardan, etirazlardan və ya narazılıqlardan azad edirlər.

2. Sazişin icrası 2.1. Bu Saziş qüvvəyə mindikdən sonra onun icrası üçün Tərəflər aşağıdakı hərəkətləri edəcəklər: 2.1.1. bu Saziş qüvvəyə mindikdən sonra ən gec 5 iş günü ərzində İddiaçı X7 Məcəlləsinin 69-cu maddəsinə əsasən öz təşəbbüsü ilə xitam verilməsi barədə notariat qaydasında imzalanmış ərizəsini (Əmək Müqaviləsinə xitam verilmə tarixi həmin ərizənin imzalanma tarixi olmaqla) Cavabdehə təqdim etməlidir; 2.1.2. Cavabdeh bu Sazişin 2.1.1-ci bəndində göstərilən ərizəni aldıqdan sonra aşağıdakıları etməlidir: a) Xitam Əmrini ləğv etmək və X7 Məcəlləsinin 69-cu maddəsinə əsasən “işçinin öz xahişi əsasında” xitam vermək və bu barədə əmrin surətini İddiaçıya təqdim etmək; b) İddiaçının əmək kitabçasında Xitam Əmrinin ləğv edildiyini və X7 Məcəlləsinin 69-cu maddəsinə əsasən İddiaçının öz xahişi ilə xitam verildiyi barədə qeyd aparmaq; c) X7 Məcəlləsinin 69-cu maddəsinə əsasən İddiaçının öz təşəbbüsü ilə xitam verildiyi barədə müvafiq icra hakimiyyətinin elektron sistemində müvafiq qeyd aparmaq; d) Cavabdeh qarşısında xidməti müqabilində və İddiaçının Cavabdehə qarşı qaldırdığı Mübahisə və ya gələcəkdə qaldıra biləcəyi bütün iddiaların, tələblərin və şikayətlərin tam və yekun əvəzi olaraq, İddiaçının bu Sazişdə göstərilən bank hesabına 60.000 (altmış min) manat məbləğində kompensasiya ödəmək (bu məbləğ qanunla tutulmalı olan bütün məcburi ödənişlərdən (vergi, məcburi sosial sığorta və sair) azaddır). Kompensasiya məbləğinə o cümlədən hər hansı ödənilməmiş əmək haqqı, məcburi iş buraxma dövrü üçün haqq və ya hər hansı digər ödənclər və istifadə olunmamış məzuniyyət günlərinə görə haqq da daxildir. e) Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu andan qüvvəyə minir. Saziş qüvvəyə mindiyi gündən etibarən 30 gün ərzində nəzərdə tutulmuş kompensasiya məbləği (60 min manat) cavabdeh tərəfindən iddiaçının bank hesabına tam həcmdə ödənilir.

3. Tərəflərin digər öhdəlikləri 3.1. Bu Saziş üzrə Cavabdehin aşağıdakı öhdəlikləri vardır: 3.1.1. bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək; 3.1.2. bu Sazişin mövcudluğunu, onun şərtlərini məxfi saxlamaq; 3.1.3. Mübahisə ilə bağlı Cavabdehin çəkdiyi xərcləri ödəmək. 3.2. Bu Saziş üzrə İddiaçının aşağıdakı öhdəlikləri vardır: 3.2.1. bu Saziş qüvvəyə mindikdən sonra Cavabdehə qarşı Əmək Müqaviləsindən və ya aralarında mövcud olmuş əmək münasibətlərindən irəli gələn və ya onlarla bağlı hər hansı dövlət orqanında, məhkəmələrdə və ya hər hansı digər müstəvilərdə hər hansı iddia, tələb, etiraz və ya şikayət irəli sürməmək; 3.2.2. bu Saziş qüvvəyə mindikdən sonra bütün müddət ərzində Sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində və ya internet informasiya ehtiyatlarında və ya hər hansı digər formada kütləvi və ya ictimai qaydada bu Sazişin məzmunu, o cümlədən ödənilmiş vəsaitin məbləği və digər məsələlər barəsində statuslar, şərhlər, başqa yazılar dərc etməmək və ya fikirlər səsləndirməmək; 3.2.3. bu Saziş qüvvəyə mindikdən sonra bütün müddət ərzində Cavabdehin kommersiya sirlərini, məxfi və özəl xarakterli bütün məlumatlarını mümkün ən güclü səylə qorumamaq; Cavabdehin nüfuzuna xələl gətirə biləcək hər hansı məlumatı hər hansı formada yaymamaq və ya Cavabdehə hər hansı digər formada zərər vura biləcək hərəkət etməmək; 3.2.4. bu Sazişin 2.1.2(a) bəndində göstərilən qaydada Əmək Müqaviləsinə xitam verildikdən sonra hər hansı səbəbdən işə bərpa olunduğu və ya bu Sazişin hər hansı müddəasını pozduğu halda, İddiaçıya bu Sazişin 2.1.2(d) bəndi ilə ödənilən kompensasiyanı tam məbləğdə bu cür pozuntunun törədildiyi və ya bu cür pozuntunun törədildiyinin Cavabdehə məlum olduğu vaxtdan 5 iş günü müddətində geri qaytarmaq; 3.2.5. Mübahisə ilə bağlı İddiaçının çəkdiyi xərcləri ödəmək; 3.2.6. bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək və bu Sazişin icrası üçün Cavabdehə lazımı dəstəyi göstərmək.

4. Digər müddəalar 4.1. Bu Saziş onun təsdiqi və mübahisəyə Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən xitam verildiyi barədə məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir. 4.2. Bu Sazişin imzalanması Cavabdeh tərəfindən hər hansı pozuntunun və ya İddiaçının hər hansı hüququnun pozuntusunun etirafı demək deyildir və bu cür təfsir oluna bilməz. 4.3. X12 3 nüsxədə imzalayır. Nüsxələrdən biri Bakı Apellyasiya Məhkəməsinə təqdim edilir. Digər iki nüsxə isə hər bir Tərəfdə bir nüsxə olmaqla saxlanılır. İş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilsin. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verilən gündən 10 (on) gün müddətində, ondan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar