Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2476/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələblərinə” dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e2(011)-4472/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və "xxxx" BOKT MMC-i tərəfindən illik 30 % olmaqla 24 ay müddətinə Cavabdeh 23000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi ilə özünə məxsus ünvan 1 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsini BOKT qarşısında ipoteka ilə yüklü etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MMC-i Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə 09 fevral 2021-ci il tarixinə ümumi 33158.15 manat məbləğində, 18019.76 manat əsas borc, 7733.48 faiz borcu və 6118.00 manat dəbbə pulu və tərəflər arasında imzalanmış 04 fevral 2019-cu il tarixli kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən borc məbləğinin (əsas və faiz məbləğləri daxil olmaqla) 5 (beş) faizi miqdarında Borc verənə ödəməli olduğu 1286.91 manat (cərimə) məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus olan ünvan 1 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 33158.15 manat məbləğində (18019.76 manat əsas borc, 7733.48 faiz borcu və 6118.00 manat dəbbə pulu və tərəflər arasında imzalanmış 04 fevral 2019-cu il tarixli kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən borc məbləğinin (əsas və faiz məbləğləri daxil olmaqla) 5 (beş) faizi miqdarında Borc verənə ödəməli olduğu 1286.91 manat cərimə) məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun "xxxx" BOKT MMC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehlərin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması və istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi ərizə təqdim edərək, tərəflər arasında bağlanmış 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə 15 noyabr 2021-ci il tarixinə yaranmış 41986.26 manat məbləğində, (18019.76 manat əsas borc, 15872.40 manat faiz borcu və 8094.10 manat dəbbə pulu) borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus olan ünvan 1 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına iddiaçı "xxxx" BOKT MMC-nin xx.xx.2021-ci il tarixinə yaranmış 41986.26 manat məbləğində, (18019.76 manat əsas borc, 15872.40 manat faiz borcu və 8094.10 manat dəbbə pulu) borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra cavabdehlərin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədləri üçün 24 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 23000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus olan ünvan 2 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsi ipoteka predmeti kimi "xxxx" BOKT MMC-yə təqdim etmiş və bu barədə 04 fevral 2019-cu il tarixli 2018/00528-İP nömrəli İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 08 fevral 2019-cu il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. Bununla əlaqədar BOKT tərəfindən cavabdehə dəfələrlə müraciət edilərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsi xahiş edilmişdir. Bu səbəbdən BOKT tərəfindən cavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4472/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilimiş, Cavabdeh ilə iddiaçı "xxxx" BOKT MMC arasında bağlanmış 04 fevral 2019-cu il tarixli, 2019/00528 nömrəli kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh kredit müqaviləsi üzrə 18019.76 manat əsas borc, 15872.40 manat faiz borcu və 804 manat cərimə borcu olmaqla, cəmi 34696.16 manat iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulması, tələb Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin ilkin (likvid) qiyməti 100000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi, ipotekaya qoyulmuş Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldikdən sonra əmlak satıldıqda ən geci 1 ay ərzində mənzildə qeydiyyatda olan Cavabdeh mənzildən çıxarılması və həmin mənzilin onun tərəfindən boşaldılması, iddia qismən təmin edildiyi üçün iddiaçı "xxxx" BOKT MMC-si tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50 %, yəni 15 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, qalan 50 %, yəni 15 manat iddiaçıya aid edilməsi, Eyni zamanda iddia qismən təmin edildiyindən, 300 manat qiymətləndirmə xərcinin 50%, yəni 150 manat Cavabdeh, 50%, yəni 150 manat iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 427.3, 429.1.3, 442, 445.2.1, 449.1, 449.4, 448.1, 462.1, 467, 739.1-ci, 739.1, 741ci maddələrini, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33, 36 və 59-cu maddələri ilə əsaslandıraraq göstərmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, Cavabdeh ilə "xxxx" BOKT MMC arasında bağlanmış 04 fevral 2019-cu il tarixli, 2019/00528 nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 18019.76 manat əsas borc, 15872.40 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan hesablanmış cərimənin məbləği 10%-dək azaldılaraq cavabdehlərdən 809 manat cərimə tutulmalıdır. Həmçinin tələb Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin mənzil ilkin qiyməti (likvid dəyər) 100.000 manat olmaqla açıq hərracda satılmalı və satışdan əldə olunacaq məbləğ cavabdehin "xxxx" BOKT MMC-yə olan borcunun ödənilməsinə yönəldilməlidir. Mənzil satıldıqdan sonra ipoteka qoyan Cavabdeh yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxs mənzildən məcburi qaydada çıxarılmalı və mənzil boşaldılmalıdır. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilməsi hissəsində qətnamənin ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qiymətləndirmə şirkəti tərəfindən rəy tərtib edilib məhkəməyə təqdim edildikdən sonra, işə baxana hakim tərəfindən məhkəmə iclası təyin edilməsi barədə tərəflərə (cavabdeh və onun nümayəndəsi və vəkilinə) rəsmi qaydada bildiriş və elektron bildiriş göndərməli olduğu halda göndərilməmiş, qərəzli şəkildə cavabdehin və nümayəndəsinin iştirakı olmadan məhkəmə iclası keçirilmiş və yalnız iddiaçının məhkəməyə təqdim etmiş olduğu borc barədə arayış və iddia tələblərinin həcminin artırılmasına dair ərizə əsasında qətnamə qəbul etmişdir. Bununla da məhkəmə tərəfindən AR MPM-nin 9-cu maddəsinin imperativ tələbləri (çəkişmə prinsipi) kobud və qərəzli surətdə pozulmuşdur. Halbuki, iddiaçı tərəfin məhkəməyə təqdim etmiş olduğu maliyyə arayışı tərəflərindən mübahisələndirildiyi halda məhkəmə tərəfindən bununla bağlı müvafiq ekspertiza təyin edilməli və borcun faizlərin məbləğləri və hesablanma qaydası qanunvericiliyə uyğun aparılıb-aparılmadığı müəyyən edilməli idi. Qətnamənin əsaslandırıcı hissəsinə də diqqət yetirdikdə məlum olur ki, işə baxan hakim tərəfindən məhkəmə qətnaməsi tam müfəssəl əsaslandırılmalı olduğu halda şablon və kortəbii şəkildə qətnamə tərtib edilmiş, qanunvericilik normalarının qətnaməyə köçürülməsi ilə kifayətlənmişdir. Belə olduğu təqdirdə məhkəmə tərəfindən iddia tələblərinin təmin edildiyi hissədə hansı əsaslarla və hansı qaydada borc məbləğini hesablaması və dəyərləndirilməsi qeyri-müəyyən olaraq qalmışdır. Məhkəmə qətnamə qəbul edərkən nəticə hissəsində tələbin ipoteka predmetinə yonəldilməsi ilə bağlı iddia tələblərinə qiymət verərkən qeyd etmişdir ki, ... əmlak satıldıqda ən geci 1 ay ərzində mənzildə qeydiyyatda olan Cavabdeh mənzildən çıxarılsın və həmin mənzil onun tərəfindən boşaldılsın. Halbuki, cavabdeh tərəfindən qeydiyyatda olduğu mənzil ipoteka ilə yüklü edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2463/2022 nömrəli iş üzrə 20 iyul 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi 04 fevral 2019-cu il tarixli, 2019/00528 nömrəli kredit müqaviləsi üzrə 18019.76 manat əsas borc, 15872.40 manat faiz borcunun tutulması” hissəsində dəyişdirilməklə, əsas borc 17583,26 (on yeddi min beş yüz səksən üç manat, iyirmi altı qəpik) manat, faiz borcu isə 6172,90 (altı min bir yüz yetmiş iki manat, doxsan qəpik) manat müəyyən edilmişdir. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehdən 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli kredit müqaviləsi üzrə tutulması müəyyən edilən 18019.76 manat əsas borc, 15872.40 manat faiz borcu dəyişdirilməli və iş üzrə təyin edilmiş ekspert rəyi nəzərə almaqla həmin məbləğ əsas borc üzrə 17583,29 manat; faiz borcu üzrə 6172,90 manat müəyyən edilməlidir. İddiaçı tərəfindən hesablanmış dəbbə pulunun (cərimə) cavabdehin ödənilməmiş əsas borcuna uyğun olaraq cavabdehdən 804 manat cərimə tutulması, tələbin Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin mənzil ilkin qiyməti (likvid dəyər) 100000 manat olmaqla açıq hərracda satılması və satışdan əldə olunacaq məbləğ cavabdehin "xxxx" BOKT MMC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, mənzil satıldıqdan sonra ipoteka qoyan Cavabdeh yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxs mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya instansiya məhkəməsində icraat Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən-iddia tələblərinin təmin olunduğu hissədə ləğv edilməsini, işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-97/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2463/2022 nömrəli iş üzrə 20 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iş üzrə cavabdeh apellyasiya şikayətində qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətindəki dəlilləri borc məbləğinin düzgün hesablanmaması, ipoteka qoyulmuş əmlakın boşaldılması hissəsi ilə bağlı olmuş, borcun qətnamə ipoteka predmetinə yönəldilməsi, ipotekanın satış qiyməti və s. hissələr barədə hər hansı dəlil irəli sürülməmişdir. Apellyasiya məhkəməsi isə qətnaməni iddianın təmin edilən hissədə yoxladığını, qeyd etmiş, bu zaman yalnız əsas borc və faiz məbləğinin dəyişdirilməli olduğu qənaətinə gəlmiş, apellyasiya şikyətindəki dəlillərə əhəmiyyət vermədən ipoteka predmeti qeyriyaşayış sahəsi olduğu halda, birinci instansiya məhkəməsinin qətnaməsində yol verdiyi səhvi təkrarlamaqla, “əmlak satıldıqda ən geci 1 ay ərzində mənzildə qeydiyyatda olan cavabdehin mənzildən çıxarılması və həmin mənzilin onun tərəfindən boşaldılması”hissəsində qətnaməni düzgün hesab etmiş, qətnamənin əsas borc və faiz məbləği istisna olmaqla, iddianın təmin edilən digər hissələrinin dəyişdirilmədən saxlanılmalı olduğunu əsaslandırma hissəsində göstərmiş, nəticə hissəsində isə yalnız əsas borc və faiz hissəsində qətnaməni dəyişdirmiş, qalan hissələrə münasibət bildirməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək qətnamənin təmin edilmiş hissədə ləğv edilməsini xahiş etsə də məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların tələbləri pozulduğundan qətnamə bütövlükdə yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır.
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3 İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1, 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinə əsasən: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2021-ci ildə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi-iddianın həcminin artırılması barədə ərizə təqdim edilsə də, həmin məhkəmə iclasında cavabdeh tərəf iştirak etməmiş, məhkəmə tərəfindən iddianın həcminin artırılması barədə ərizənin cavabdehə təqdim edilməsi təmin olunmamış, bununla da çəkişmə prinsipinin şərtləri pozularaq prosesssual pozuntuya yol verilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və "xxxx" BOKT MMC-si tərəfindən illik 30 % olmaqla 24 ay müddətinə Cavabdeh 23000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi ilə özünə məxsus ünvan 1 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsini BOKT qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı tərəfindən müqavilə müddətinə hesablanmış borc məbləği ilə əlaqədar konkret dəlillər göstərilməmiş, habelə hər hansı sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan hesab edir ki, məhkəmə əsassız olaraq borc məbləğlərini qismən təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 aprel 2022-ci il tarixli 2(103)- 2463/2022 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə 21 iyun 2022-ci il tarixdə 9/3569 nömrəli rəy vermişdir. Həmin rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 04 fevral 2019-cu il tarixli, 2019/00528 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh ekspertiza qarşısında qoyulmuş sual üzrə müqavilənin müddətinin bitdiyi, yəni xx.xx.2021ci il tarixinə olan ödənişlər nəzərə alınmaqla iddiaçı "xxxx" MMC-yə olan borcu 23756,19 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 17583,29 manat; faiz borcu üzrə 6172,90 manat müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə mühasibatlıq-ekspertizasının təyin olunması barədə qərardadda qoyulan suallardan biri apellyasiya şikayətinin əsas dəlili hesab edilən 04 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun düzgün hesablanıb-hesablanmaması ilə bağlı olmuşdur. Təqdim olunmuş ekspert rəyində də əsas və faiz məbləğləri müəyyən edilmişdir. Məhkəmə kollegiyası mövcud sübutlara və eskpert rəyinə qiymət verərək qeyd edir ki, kredit müqaviləsi üzrə cavabdehə 23.000 manat məbləğində kredit 24 ay müddətinə verilmiş, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələblərinin pozulması halları mövcud olmuşdur. Bununla da cavabdehin bank qarşısında borcu yaranmışdır və cavabdeh apellyasiya şikayətində həmçinin borcun məbləğini mübahisələndirir. Birinci instansiya məhkəməsi, iddiaçı tərəfindən təqdim edilmiş arayışa əsasən əsas borcu - 18019.76 manat, faiz borcunu isə 15872.40 manat müəyyən etmişdir. Bununla belə apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi məqsədi ilə təyin edilmiş ekspert rəyində isə cavabdehin iddiaçı "xxxx" MMC-yə olan borcu 23756,19 manat məbləğində, o cümlədən: əsas borc üzrə 17583,29 manat; faiz borcu üzrə 6172,90 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, eksperiza rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil tərəflər tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin kredit borcu üzrə əsas və faiz borcu ekspertiza rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi əsas və faiz borc məbləği üzrə maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən 04 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə Banka ödənilməmiş əsas borcu 17583,29 manat, faiz borcunun məbləği isə 6172,90 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası cavabdehin cərimə borcu ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borc alan kreditin ödəniş cədvəlinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə hazırki müqaviləyə əsasən dəbbə pulu ödəməlidir. Hazırki işin hallarından göründüyü kimi cavabdeh tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca yerinə yetirilməmişdir. Həmin hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhz bu baxımdan məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borca mütənasib olmamışdır. Məhkəmə kollegiyası işin sadalanan faktiki hallarını nəzərə alaq hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləği 800 manat həddində müəyyənləşdirilməsi əsas borc məbləğinə mütənasüb olmaqla yanaşı ağlabatan və ədalətlidir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi – borcun ipotekaya yönəldilməsi hissəsində əsaslı olmuşdur. Belə ki, iş materialında olan "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh məxsus olan ünvan 1 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsi BOKT qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir və ipoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri 54000 manat məbləğində qiymətləndirilmişdir. Həmçinin iş materiallarında olan "xxxx" MMC-si tərəfindən verilmiş 24 sentyabr 2021ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 205 saylı binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin 24 sentyabr 2021-ci il tarixinə bazar qiyməti 110000 manat, likvid dəyəri isə 100000 manat müəyyən edilmişdir. İşin faktiki hallarıdan göründüyü kimi cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyindən iddiaçı tələbin ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini iddia etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti "xxxx" MMC-si tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatda göstərilən - 100000 manat müəyyən edilməlidir. Belə ki, işin araşdırılmış halları ilə ipoteka predmetinin dəyərinin həmin məbləğdən fərqli qiymətə olması müəyyən edilməmişdir. Göründüyü kimi iddia tələbi - Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi hissəsində də əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, tələbin ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra cavabdehlərin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə hissəsi də əsaslidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İstinad edilən normanın tələblərindən göründüyü kimi tutma ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Lakin Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi - tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi hissəsində əsassız olmuşdur. Belə ki, tərəflər arasında kredit müqaviləsi 04 fevral 2019-cu il tarixdə bağlanmış və "xxxx" BOKT MMC tərəfindən illik 30 % olmaqla 24 ay müddətinə Cavabdeh 23000 manat məbləğində kredit verilmişdir. Göründüyü kimi kredit müqaviləsi 24 ay müddətinə bağlanmış və hazırda həmin müqavilənin qüvvədə olma müddəti bitmişdir. Qüvvədə olmayan müqavilənin ləğv edilməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edildiyi üçün iddiaçı "xxxx" BOKT MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50 %, yəni 15 manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 50 %, yəni 15 manat iddiaçıya aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. İddia qismən təmin edildiyindən, 300 manat qiymətləndirmə xərcinin 50%, yəni 150 manat Cavabdeh, 50%, yəni 150 manat iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pulun 50 manatı Cavabdeh, 50 manatı isə "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e2(011)-4472/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə 17583,26 (on yeddi min beş yüz səksən üç manat, iyirmi altı qəpik) manat əsas borc, 6172,90 (altı min yüz yetmiş iki manat, doxsan qəpik) manat faiz borcu və 800 (səkkiz yüz) manat cərimə borcu olmaqla, cəmi 24556,16 (iyirmi dörd min beş əlli altı manat, on altı qəpik) manat iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyriyaşayış sahəsinə yönəldilsin. Həmin qeyri-yaşayış sahəsinin ilkin (likvid) qiyməti 100000 manat olmaqla açıq hərracdan satılsın, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcu ödənilsin. Cavabdeh ona məxsus olan ünvan 1 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılsin İddia qismən təmin edildiyi üçün iddiaçı "xxxx" BOKT MMC-si tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50 %, yəni 15 manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 50 %, yəni 15 manat iddiaçıya aid edilsin. 300 manat qiymətləndirmə xərcinin 50%, yəni 150 manat Cavabdeh, 50%, yəni 150 manat iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pulun 50 manatı Cavabdeh, 50 manatı isə "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Xumar Mərdanova Hakimlər imzalar: Elnur Həsənov Sabit Bəhrəmzadə
Əsli ilə düzdür. Hakim: Xumar Mərdanova