Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2478/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-6555/2021 saylı, 22.12.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “pul məbləğinin yenidən hesablanması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracdan satılmasına dair 03 mart 2020-ci il tarixli, 12/02-1 saylı protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 03.03.2020-ci il tarixli müqavilə üzrə pul məbləğinin yenidən hesablanmaqla qalıq borc məbləğinin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-6555/2021 saylı, 22.12.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilməsi qərara alınmışdır İddiaçı həmin qərardaddan şikayət vermişdir. Nəsimi Rayon Məhkəməsinin eyni saylı, 07 fevral 2022-ci il tarixli qərardadı ilə iddiaçının verdiyi şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.09.2017-ci il tarixli, 2(011)-147/2017 saylı qətnaməsi ilə ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı 32322 ABŞ dolları məbləğmdə əsas borc, 4420,36 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə, cəmi 36842,36 ABŞ dolları (ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə), iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manatın tutularaq iddiaçı “Bank VTB ( Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə cavabdeh İddiaçı məxsus olan ipoteka predmeti-Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin, 30 saylı mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin 90000 (doxsan min) manat olmaqla açıq hərracdan satılması, həmin yaşayış sahəsinə tutma yönəldildikdə və mənzil satıldıqdan sonra, cavabdehlər İddiaçı, X8, X9, X11, X5 və X10 tərəfindən 1 (bir) ay müddətində tərk edilmədikdə, həmin yaşayış sahələrindən çıxarılmaları, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına cavabdeh İddiaçı “Bank VTB (Azərhavcan)” Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh İddiaçı iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki vüz) manatın alınaraq "xxxx" MMC-nin hesabına, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan-100 (bir yüz) manatın alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Mülki iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1624/2018 saylı, 30.01.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin cavabdehlər İddiaçı, X8, X9, X11, X5 və X6 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli, 2(011)-147/2017 saylı qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli, 2(011)-147/2017 saylı qətnaməsinin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhəmənin 2(102)-4261/2018 saylı, 14.06.2018-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1624/2018 saylı, 30.01.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.12.2021-ci il tarixli, 2(005)-4332/2021 saylı qətnaməsi ilə iddiaçılar X2, İddiaçı, X3, X7, X1 və X4 cavabdehlər "xxxx" MMC-yə və "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi tələbi”nə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırda İddiaçı mübahisələndirdiyi hallarla bağlı (hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi, habelə müqavilə üzrə pul məbləğinin yenidən hesablanmaqla qalıq borc məbləğinin müəyyən edilməsi ilə əlaqədar) yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktlarında müəyyən olunmuş hallar mahiyyət etibarı ilə eynilik təşkil edir. Yəni iddiaçının hazırda qaldırdığı iddiada mübahisələndirdiyi məsələlərə (hərracın yekunları barədə protokola və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinə, habelə müqavilə üzrə borc məbləğinin müəyyən edilməsinə) artıq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-6555/2021 saylı, 22.12.2021-ci il tarixli qərardadı onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2478/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2478/2022
03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver