Məhkəmə qərarları › İş №2(103)-248/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-248/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-248/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və X6 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və iddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair birləşdirilmiş iddia ərizələri üzrə (Açar sözlər: kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Birləşdirilmiş birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2, Birləşdirilmiş birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-257/2022 saylı 05 yanvar 2022-ci il tarixli və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-698/2022 saylı 08 avqust 2022-ci il tarixli qətnamələrindən birləşdirilmiş birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit sazişinə əsasən müəyyən olunur ki, bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün, 43 ay müddətinə, illik 4,43 % olmaqla 49880,44 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və hesablanmış faizləri müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə əsasən banka ödəməyi öhdəsinə götürmüşdür.

2. İş materiallarında olan ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh 43 ay müddətinə, sonuncu ay xx.xx.2020-ci ilə tarixdə 1160,44 manat olmaqla, hər ay 1160 manat, cəmi 49880,44 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür.

3. İş materiallarında olan xx.xx.2016-cı il tarixli ödəniş tapşırığına əsasən cavabdeh 49880,44 manat məbləğində pulu bankdan almışdır.

4. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış MK/88848/51/1 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 22% olmaqla 30000 ABŞ dolları məbləğində kredit verilmişdir.

5. İş materiallarında olan ipoteka qoyan X10 ilə ipoteka saxlayan Bank of Baku ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Sonrakı İpoteka müqaviləsinə əsasən müəyyən olunur ki, ipoteka qoyan öz mülkiyyətində olan Bakı şəhəri, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,1393 ha torpaq sahəsində yerləşən 148 nömrəli binanın yarımzirzəmisindəki qeyri-yaşayış sahəsini kredit alanın bank qarşısında olan kredit alanın bankla bağladığı 21 dekabr 2016-cı il tarixli SU/7896/57/15 saylı kredit müqaviləsi üzrə Bank qarşısında olan öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri qiymətləndirmə aktına əsasən 100.000 manat təşkil etmişdir.

6. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH0217500 seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,1393 ha torpaq sahəsində yerləşən 148 nömrəli binanın yarımzirzəmisində 64,3 kvm ümumi, 55,9 kv m əsas, 8,4 kv m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 5768 nömrəli vərəqində qeydiyyata alınmışdır.

7. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, X7 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 148/ qeyri yaşayış sahəsi Bak of Baku ASC-nin Azneft filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

8. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Bank of Baku-nun ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı ərizəyə əsasən müəyyən olunur ki, Bank of Baku İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alnıması üçün müraciət etmişdir.

9. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin Bank of Baku ASC-yə ünvanladığı məktuba əsasən müəyyən olunur ki, ünvan 3 ünvanındada yerləşən qeyri-yaşayış sahəsinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.

10. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişə əsasən müəyyən olunur ki, ipoteka qoyan X9 və Cavabdeh xəbərdasrlıq edilmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/738 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli MK/88848/15/1 №-li kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləği xx.xx.2016-cı il tarixə əsas borc üzrə 24290,53 ABŞ dolları, faiz borcu üzrə 207,82 ABŞ dolları təşkil edir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 145 manat təşkil edir.

12. İş materiallarında olan arayışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli MK/88848/51/1 saylı müqaviləyə əsasən xx.xx.2016-cı il tarixə borc məbləği əsas borc üzrə 18840,87 ABŞ dolları, faiz borcu üzrə 5020,62 ABŞ dolları təşkil etmişdir. Müştərinin xahişi ilə xx.xx.2016-cı il tarixdə adına olan MK/88848/51/1 saylı kredit üzrə əvvəlcədən 104.14 USD ödəniş edilərək yerdə qalan 2861.49 USD (əsas borc 18840.87 USD + faiz 5020.62 USD = cəmi 23861.49 USD) borcu həmin günün Mərkəzi Bank məzənnəsi ilə (1 USD = 1.7575 AZN) konvertasiya edildikdən sonra əməkə gəlmiş 41936.57 AZN olan məbləğin üzərinə illik 4.43 % olmaqla 7943.86 AZN məbləğində müəyyən olunan faiz borcunu gəldikdən sonra yaranmış yekun 49880.44 AZN məbləğlə bağlı 43 ay müddətinə faizsiz ödəmək şərti ilə SU/78926/57/15 saylı saziş imzalanaraq MK/88848/51/1 saylı müqavilə restruktruzasiya olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci iddia üzrə birinci instansiya məhkəməsində icraat

13. İddiaçı ASC cavabdehlər Cavabdeh və X9 qarşı “kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə SU/78926/57/15 saylı, xx.xx.2016-cı il tarixli Kredit müqaviləsi üzrə 3285,6 manat əsas borcun, cəmi 3285,6 manat borcun və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdeh X9 məxsus olan Bakı şəhəri, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,1393 ha torpaq sahəsində yerləşən 148 nömrəli binanın yarımzirzəmisindəki qeyri-yaşayış sahəsi ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabeh Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi və əmlakın boşaldaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0.1393 ha torpaq sahəsində yerləşən 148 nömrəli binanın yarı zirzəmisindəki qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Lakin ipoteka qoyanın ölümündən 1 il 6 aydan artıq vaxt keçməsinə baxmayaraq vərəsəlik şəhadətnaməsi alınmamışdır. Bununla belə iş üzrə Cavabdeh ipoteka qoyan mərhum X7 oğlu olduğunu məhkəmədə bildirmişdir. Cavabdeh bildirir ki, ipoteka predmeti olan həmin daşınmaz əmlak Cavabdeh faktiki sahibliyində və istifadəsindədir. Həmin şəxs mirası faktiki qəbul etməklə onu sahiblənmişdir. Hesab edirlər ki, vərəsəyə qarşı tələb irəli sürülməklə işin icraatı davam etdirilməli və kreditor bankın hüquqları təmin edilməlidir. Vərəsəlik şəhadətnaməsi almaq üçün qanunda müəyyən edilmiş 6 aylıq vaxt bitdiyindən və ümumiyyətlə şəhadətnamənin nə vaxtsa alınacağı məlum olmadığından, hazırkı mərhələdə hansısa qeyri-müəyyən səbəbə görə və qeyri-müəyyən müddətə işin icraatını dayandırmaq əsaslı sayıla bilməz. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh "xxxx" ASC-nin xeyrinə SU/78926/57/15 saylı, xx.xx.2016-cı il tarixli Kredit müqaviləsi üzrə 3285.6 manat əsas borcun, cəmi 3285.6 manat borcun və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, həmin tutmanın ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdeh X9 məxsus olan Bakı şəhəri, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,1393 ha torpaq sahəsində yerləşən 148 nömrəli binanın yarımzirzəmisindəki qeyri-yaşayış sahəsi ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabeh Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi və əmlakın boşaldaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0.1393 ha torpaq sahəsində yerləşən 148 nömrəli binanın yarızirzəmisindəki qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Lakin ipoteka qoyanın ölümündən 1 il 6 aydan artıq vaxt keçməsinə baxmayaraq vərəsəlik şəhadətnaməsi alınmamışdır. Bununla belə iş üzrə Cavabdeh ipoteka qoyan mərhum X7 oğlu olduğunu məhkəmədə bildirmişdir. Cavabdeh bildirir ki, ipoteka predmeti olan həmin daşınmaz əmlak Cavabdeh faktiki sahibliyində və istifadəsindədir. Həmin şəxs mirası faktiki qəbul etməklə onu sahiblənmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, mərhum X9 məxsus daşınmaz əmlaka atası X2 və istifadə edir. Bu səbəbdən hesab edirlər ki, X1 daşınmaz əmlaka faktiki sahiblik etdiyindən mirası qəbul etmiş sayılır. Belə olan halda X4 öhdəliyi yaranmış olur ki, bu da o deməkdir ki, tələb həmin daşınmaz əmlaka yönəldilməli və açıq hərrac vasitəsilə satılmaqla öhdəlik icra edilməlidir. Şərh olunanlara əsaəsn hesab edirlər ki, vərəsəyə qarşı tələb irəli sürülməklə işin icraatı davam etdirilməli və kreditor bankın hüquqları təmin edilməlidir. Vərəsəlik şəhadətnaməsi almaq üçün qanunda müəyyən edilmiş 6 aylıq vaxt bitdiyindən və ümumiyyətlə şəhadətnamənin nə vaxtsa alınacağı məlum olmadığından, hazırkı mərhələdə hansısa qeyri-müəyyən səbəbə görə və qeyrimüəyyən müddətdə işin icraatını dayandırmaq əsaslı sayıla bilməz. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh "xxxx" ASC-nin xeyrinə SU/78926/57/15 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 3285.6 manat əsas borcun, cəmi 3285.6 manat borcun və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, həmin tutmanın ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdeh X9 məxsus olmuş, hazırda X4 faktiki sahibliyində və istifadəsində olan Bakı şəhəri, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,1393 ha torpaq sahəsində yerləşən 148 nömrəli binanın yarımzirzəmisindəki qeyri-yaşayış sahəsi ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabeh Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi və əmlakın boşaldaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iddia ərizəsinə mülahizələrini təqdim edərək bildirmişdir ki, bankla onun arasında bir neçə kredit müqavilələri olmuşdur. Belə ki, bu müqavilədən öncə bankla onun arasında 24 iyun 2015ci il tarixdə 30 000 ABŞ dolların cavabdehə 36 ay müddətinə MK/88848/51/1 №-li kreditin verilməsinə dair saziş bağlanmışdır. Bu sazişlə müəyyən olunmuş kredit borcunun bir hissəsi bağlanaraq, onun banka qalıq əsas borcu 18 840.87 ABŞ dolları, faiz borcu isə 5 020.62 ABŞ dolları, cəmi 23 861.49 ABŞ dolları qalmışdır. Bu borca görə o banka dəvət olunaraq 23 861.49 ABŞ dolları məbələğində olan borcunu həmin günə olan məzənnə ilə (1.70 manat dəyəri ilə) bağlamaq üçün onunla yeni, manatla kredit müqaviləsinin bağlanması təklif olundu. Bu səbəbdən onunla 49980.44 manat kreditin verilməsi barədə SU7892657/15 saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanıldı və həmin məbləğdə pul ona verilmədən 24 iyun 2015-ci il tarixli MK/88848/51/1 №-li ə kredit sazişinə görə qalmış 23 861.49 ABŞ dolları həmin günə olan məzənnə manatla 40 564. 53 qəpik təşkil edən borcun bağlanmasına yönəldilmişdir. Lakin yerdə qalan pulun fərqi 9 415.47 manat (49 980-40 564.53) ona qaytarılmamış, bu pul ona verilməmişdir. Buna baxmayaraq onun tərəfindən müntəzəm şəkildə SU7892657/15 saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən tərtib olunmuş borc cədvəlinə əsasən aylıq ödənişlər edilmişdir. Lakin hazırda iddiaçı “Bank of Baku“ ona qarşı 3285.6 manatı tələb edir ki bu da əsassız varlanma kimi qiymətləndirilməlidir. Bankla bağladığı SU7892657/15 saylı xx.xx.2016-ci il tarixli kredit müqaviləsinin məqsədi nə olduğu işdə olan hallara görə açıq-aydın müəyyən olur. Bu krediti bağlamaqda başlıca məqsəd 24 iyun 2015-ci il tarixli MK/88848/51/1 №-li kredit sazişinə görə qalmış 23 861.49 ABŞ dolları borcu olmuşdiur. Həmin borc xx.xx.2016-ci ilə olan manat məzənnəsi ilə 40564.53 manat təşkil edirdi. SU7892657/15 saylı xx.xx.2016-ci il tarixli kredit müqaviləsinə əsasən həmin kredit hesabına 49 980 manat ödənilmişdir. Yəni qeyd olunan borca görə 9 415.47 manat pul ödənilmişdir ki, bu puldan o yox, bankın özü faydalanmışdır. Buna baxmayaraq bank tərəfindən 6129.87 manatın (9415,47-3285,6=3285.6) artıq ödənişin edilməsinə baxmayaraq ondan yenə də 3285.6 manatın ödənilməsini tələb edir. Göründüyü kimi məqsəd 24 iyun 2015-ci il tarixli MK/88848/51/1 №-li ə kredit sazişinə görə banka olan 40 564.53 manat borca görə SU7892657/15 saylı xx.xx.2016-ci il tarixli kredit müqaviləsinə əsasan verilməli olan 49980 manatın tam olaraq həmin hesaba ödənilməsi iddiaçının məhkəməyə təqdim etdiyi 22 dekabr 2016-cı il tarixli YSM-SU-78926570/13-ÖT№-li ödəniş tapırığı ilə öz əksini tapmışdır. Ödəniş tapşırığından da müəyyən olunur ki, SU7892657/15 saylı xx.xx.2016- ci il tarixli kredit müqaviləsinə əsasan verilməli olan 49 980 manat tam olaraq 24 iyun 2015-ci il tarixli MK/88848/51/1 №-li ə kredit sazişinə görə banka olan 40 564.53 manat borca görə hesab AZ67JBBK03811001MK888481151C №-li hesaba köçürülmüşdür. Buna görə də bankın ondan tələb etdiyi 3285.6 manat əsassız varlanma kimi qiymətləndirilməli İddiaçı QSC-nin iddiası təmin olunmamalıdır. SU7892657/15 saylı xx.xx.2016-ci il tarixli Kredit müqaviləsi üzrə 3285.6 manat əsas borcun və 30 manat dövlət rüsumunun tutularaq banka verilməsi barədə iddiasının təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. xx.xx.2021-ci il tarixdə məhkəmə iclasında iştirak edən iddaiçının nümayəndəsi Nümayəndə2 cavabdehlərdən X7 vəfat etməsi səbəbindən mülki iş üzrə onu cavabdeh qismindən çıxartdıqlarını bildirmişdir. xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0.1393 ha torpaq sahəsində yerləşən 148 nömrəli binanın yarımzirzəmisindəki qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Lakin ipoteka qoyanın ölümündən 1 il 6 aydan çox vaxt keçməsinə baxmayaraq vərəsəlik şəhadətnaməsi alınmamışdır. Sözügedən daşınmaz əmlak digər vərəsələrin faktiki sahibliyi və istifadəsindədir.

18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 257/2022 saylı qərardadı ilə (hakim Fərid Əyyubov) İddiaçıSC-nin cavabdehlər Cavabdeh və X6 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbinə dair mülki işin tələbin cavabdeh X9 məxsus olmuş, hazırda X4 faktiki sahibliyində və istifadəsində olan Bakı şəhəri, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,1393 ha torpaq sahəsində yerləşən 148 nömrəli binanın yarımzirzəmisindəki qeyriyaşayış sahəsi ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabeh Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi və əmlakı boşaldaraq banka təhvil verilməsi hissəsində baxılmamış saxlanılması qərara alınmışdır

19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 257/2022 saylı qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddiaçı Bank of Baku”ASC-nin cavabdehlər Cavabdeh və X6 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi təmin edilərək Cavabdeh SU/78926/57/15 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 3285,6 (üç min iki yüz səksən beş manat, altmış qəpik) manat məbləğinə pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASCyə ödənilməsi qət edilmişdir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 448.1 və 739.1-ci maddələrinə istinadla əsaslandırılmışdır.

b) İkinci iddia üzrə birinci instansiya məhkəməsində icraat

21. İddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SU7892657/15 saylı xx.xx.2016-ci il tarixli kredit müqaviləsinə əsasən alınmış kreditin 2015-ci il tarixli MK/88848/51/1 nömrəli kredit sazişinə görə qalmış 23 861.49 ABŞ dolları (40 564.53 manat) məbləğində olan borcu ödənilməsinə yönəldilməsi nəticəsində tərəfindən artıq ödənilmiş 9 466.95 (doqquz min dörd yüz altmış altı manat 95 qəp) manat məbləğində pulun “Bank of Baku" Açıq Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

22. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bir neçə kredit müqavilələri bağlanmışdır. Belə ki, 24 iyun 2015-ci il tarixdə 30 000 ABŞ dolları ona 36 ay müddətinə MK/88848/51/1 nömrəli kreditin verilməsinə dair Bankla saziş bağlanmışdır. Bu sazişlə müəyyən olunmuş kredit borcunun bir hissəsi bağlanaraq, onun banka qalıq əasas borcu 18 840.87 ABŞ dollar faiz borcu isə 5 020.62 ABŞ dolları, cəmi 23 861.49 ABŞ dolları qalmışdır Bu borca görə o, xx.xx.2016-cı il tarixdə Banka dəvət edilərək, 23 861.49 ABŞ dolları məbələğində olan borcunu həmin günə olan məzənnə ilə (1.70 manat dəyəri ilə) bağlamaq üçün onunla yeni, manatla kredit müqaviləsinin bağlanması təklif olundu. Bu səbəbdən 49980.44 manatın ona kreditin verilməsi barədə onunla SU7892657/15 saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanıldı və həmin məbləğdə pul ona verilmədən 24 iyun 2015-ci il tarixli MK/88848/51/1 nömrəli kredit sazişinə görə qalmış 23 861.49 ABŞ dolları həmin günə olan məzənnə manatla 40 564. 53 qəpik təşkil edən borcun bağlanmasına yönəldilmişdir. Lakin yerdə qalan pulun fərqi 9 415.47 manat (49 980-40 564.53) iddiaçıya qaytarılmamış, bu pul ona verilməmişdir. Buna baxmayaraq onun tərəfindən müntəzəm şəkildə SU7892657/15 saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən tərtib olunmuş borc cədvəlinə əsasən aylıq ödənişlər edilmişdir. Lakin hazırda “Bank of Baku “Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Yasamal rayon Məhkəməsinə (İş № 2(004)- 6380/2021) ona qarşı 3285.6 manatı tələbi ilə bağlı iddia ərizəsi vermişdir. Verilən bu iddiadan o bilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti SU7892657/15 saylı xx.xx.2016 tarixli müqaviləyə görə ona verməli olduğu 49 980 manatı tam olaraq 24 iyun 2015-ci il tarixli MK/88848/5l/l nömrəli kredit sazişinə görə qalmış 23 861.49 ABŞ dolları olan dollar hesabına köçürmüşdür ki, həmin məbləğlər arasındakı fərqə görə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ondan 91415,47 manat artıq ğötürmüş və bunu kredit borcu kimi bu günə qədər də ona ödətdirmişdir. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyəti 24 iyun 2015- ci il tarixli MK/88848/51/1 nömrəli kredit sazişinə görə iddiaçı 51.48 manatı ödəmiş ki, həmin məbləğ ümumi ödənişlərdə əks olunmayıb. Beləliklə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ondan əsassız olaraq 9 466.95 (doqquz min dörd yüz altmış altı manat 95 qəp) manat məbləğində pul almışdır. Bankla bağladığı SU7892657/15 saylı xx.xx.2016-ci il tarixli kredit müqaviləsinin məqsəd nə olduğu işdə olan hallara görə açıq-aydın müəyyən olur. Bu krediti bağlamaqda başlıca məqsəd 24 iyun 2015-ci il tarixli MK/88848/51/1 nömrəli kredit sazişinə görə qalmış 23 861.49 ABS dolları məbləğində olan borcu olmuşdur. Həmin borc xx.xx.2016-ci ilə olan manat məzənnəsi ilə 40564.53 manat təşkil edirdi. SU7892657/15 saylı xx.xx.2016-ci il tarixli kredit müqaviləsinə əsasən həmin kredit hesabına 49 980 manat ödənilmişdir. Yəni qeyd olunan borca görə 9415,47 manat pul ödənilmişdir ki, bu puldan o yox bankın özü faydalanmışdır. Göründüyü kimi onun məqsədi 24 iyun 2015-ci il tarixli MK/88848/51/1 nömrəli kredit sazişinə görə banka olan 40 564.53 manat borca görə SU7892657/15 saylı xx.xx.2016-ci il tarixli kredit müqaviləsinə əsasan verilməli olan 49 980 manatın tam olaraq həmin hesab ödənilməsi iddiaçının məhkəməyə təqdim etdiyi 22 dekabr 2016-cı il tarixli YSM-SU-78926570/l3-ÖT nömrəli ödəniş tapşırığı ilə öz əksini tapmışdır. Ödəniş tapşırığından da müəyyən olunur ki, 24 iyun 2015-ci il tarixli MK/88848/51/1 nömrəli kredit sazişinə görə verilməli olan 49 980 maııat tam ularaq 24 iyun 2015-ci il tarixli MK/88848/51/1 nömrəli kredit sazişinə görə banka olan 40 564.53 manat borca görə AZ67JBBK038İ1001MK888481151C nömrəli hesaba köçürülmüşdür..

23. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(005)-698/2022 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia ərizəsi təmin edilərək, iddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 145 (bir yüz qırx beş) manatın iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməsi qət edilmişdir.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2.1, və 448.2-ci maddələrinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, digər prosessual hərəkətlər, məhkəmə icraatı iştirakçılarının izahatları a) Birləşdirilmiş birinci iddia üzrə apellyasiya şikayətinin dəlilləri

25. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və iddia tələblinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bankla onun arasında bir neçə kredit müqavilələri olmuşdur. Belə ki, bu müqavilədən öncə bankla onun arasında 24 iyun 2015-ci il tarixdə 30 000 ABŞ dolların ona 36 ay müddətində MK/88848/51/1 №-li kreditin verilməsinə dair saziş bağlanmışdır. Bu sazişlə müəyyən olunmuş kredit borcunun bir hissəsi bağlanaraq, onun banka qalıq əsas borcu 18 840.87 ABŞ dollar faiz borcu isə 5 020.62 ABŞ dolları, cəmi 23 861.49 ABŞ dolları qalmışdır. Bu borca görə o, Banka dəvət olunaraq 23 861.49 ABŞ dolları məbələğində olan borcunu həmin günə olan məzənnə ilə (1.70 manat dəyəri ilə) bağlamaq üçün onunla yeni, manatla kredit müqaviləsinin bağlanması təklif olunmuşdur. Bu səbəbdən onunla 49980.44 manatın ona kreditin verilməsi barədə SU7892657/İ5 saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanılmış və həmin məbləğdə pul ona verilmədən 24 iyun 2015-ci il tarixli MK/88848/51/1 №-li ə kredit sazişinə görə qalmış 23 861.49 ABŞ dolları həmin günə olan məzənnə manatla 40564.53 manat təşkil edən borcun bağlanmasına yönəldilmişdir. Lakin yerdə qalan pulun fərqi 9415.47 manat (49 980- 40 564.53) ona qaytarılmamiş, bu pul ona verilməmişdir.

b) Birləşdirilmiş ikinci iddia üzrə apellyasiya şikayətinin dəlilləri

27. Qətnamədən iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə hakim MK/88848/51/1 №-li kredit mügaviləsinə görə nə qədər borç qalması barədə ekspertiza təyin etmişdir. Lakin qərardadda sual səhv qoyulmuşdur. Belə ki, xx.xx.2016-cı il tarixə qədər yox, xx.xx.2016-cı il tarixə kimi qoyulmalıydı. xx.xx.2016 ildə 104.14 ABŞ dolları saat 14:34-də ödənilmişdir. Həmin ödəniş bankın təqdim etdiyi ödəniş cədvəlində də görünür. xx.xx.2016-cı il tarixdə o, banka 51.48 manat (30.28ABŞ dolları) bu muqaviləyə görə də ödəniş etmiş, qəbzi məhkəməyə təqdim etmişdir. xx.xx.2016ci il tarixdə o, qol çəkmişdir ki, SU7892657/15 saylı xx.xx.2016-cı il tarixli kredit aldığı 49880 manatı qoysunlar onun həmin bankda olan dollar hesabına. Ekspertiza səhv aparılıb, beləki bu 3 odəniş nəzərə alınmayıb.

c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

ç) Digər prosessual hərəkətlər

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2(103)-650/2023 nömrəli qərardadı ilə hər iki iddia üzrə mülki işlər bir icraatda baxılması üçün birləşdirilmişdir. d) Proses iştirakçılarının izahatı

31. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi.

32. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

33. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Maddə 445.2.1 öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır

36. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

37. Maddə 739.1 borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

38. Maddə 739.2 borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

46. Hazırki halda, birləşdirilmiş birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh hər iki apellyasiya şikayətinində qətnamələrin ləğv edilməsini xahiş etdiyindən hər iki qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-257/2022 saylı 05 yanvar 2022-ci il tarixli və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-698/2022 saylı 08 avqust 2022-ci il tarixli qətnamələri dəyişdirilmədən saxlanılmalıdır.

48. Kollegiya birləşdirilmiş birinci iş üzrə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə cavabdehin mülahizələri ilə bağlı qeyd edir ki, cavabdeh kredit borcunun artıq ödənildiyini, bankın əsassız varlandığını bildirsə də, iş materialları ilə cavabdehin kredit müqaviləsi bağlanarkən banka artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı müraciət etməsi, həmçinin mülahizədə qeyd edilən halların mövcudluğu müəyyən edilməmişdir.

49. Kollegiya birləşdirilmiş ikinci iş üzrə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən 9466,95 ABŞ dolları məbləğində pulun artıq ödənilməsi halı məhkəmə qarşısında sübuta yetirilməmişdir. Belə ki, məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş və nəticədə Cavabdeh banka borclu olduğu müəyyən edilmişdir. Bu halda məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən banka artıq ödəmə olmadığı sübuta yetirilmişdir

50. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/738 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli MK/88848/15/1 №-li kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləği xx.xx.2016-cı il tarixə əsas borc üzrə 24290,53 ABŞ dolları, faiz borcu üzrə 207,82 ABŞ dolları təşkil edir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 145 manat təşkil edir.

51. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini mötəbər sübut hesab edir.

52. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş arayışdan da görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli MK/88848/51/1 saylı müqaviləyə əsasən xx.xx.2016-cı il tarixə borc məbləği əsas borc üzrə 18840,87 ABŞ dolları, faiz borcu üzrə 5020,62 ABŞ dolları təşkil etmişdir. Müştərinin xahişi ilə xx.xx.2016cı il tarixdə adına olan MK/88848/51/1 saylı kredit üzrə əvvəlcədən 104.14 USD ödəniş edilərək yerdə qalan 2861.49 USD (əsas borc 18840.87 USD + faiz 5020.62 USD = cəmi 23861.49 USD) borcu həmin günün Mərkəzi Bank məzənnəsi ilə (1 USD = 1.7575 AZN) konvertasiya edildikdən sonra əmələ gəlmiş 41936.57 AZN olan məbləğin üzərinə illik 4.43 % olmaqla 7943.86 AZN məbləğində müəyyən olunan faiz borcunu gəldikdən sonra yaranmış yekun 49880.44 AZN məbləğlə bağlı 43 ay müddətinə faizsiz ödəmək şərti ilə SU/78926/57/15 saylı saziş imzalanaraq MK/88848/51/1 saylı müqavilə restruktruzasiya olunmuşdur.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birləşdirilmiş birinci iş üzrə birinci instansiya məhkəməsi iddianı təmin etməklə, birləşdirilmiş ikinci iş üzrə işə baxmış birinci instnasiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Birləşdirilmiş birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-257/2022 saylı 05 yanvar 2022-ci il tarixli və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-698/2022 saylı 08 avqust 2022-ci il tarixli qətnamələri dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar