Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2480/2023 31.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh 13 saylı Dövlət Notariat Kontoruna (X4, X22 və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər : “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hakimlər X9 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh 13 saylı Dövlət Notariat Kontoruna qarşı (X4, X22 və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-818/2021 saylı işi üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçının Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzilinə dair 13 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə/60 reyestr nömrəli alğı-satqı müqaviləsi və xx.xx.2020-ci il tarixli 4Ə/437 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, bina 100, 54 saylı mənzilə dair Maraqlı şəxs adına aparılmış qeydiyyat barədə çıxarışın ləğv edilməsi barədə iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-818/2021 saylı işi üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə təmin olunmuş, Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzilinə dair 13 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə/60 reyestr nömrəli alğı-satqı müqaviləsinin və xx.xx.2020-ci il tarixli 4Ə/437 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, bina 100, 54 saylı mənzilə dair Maraqlı şəxs adına aparılmış qeydiyyat barədə çıxarışın ləğv edilməsi qət olunmuşdur.
2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Quba regional "Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X12 tərəfindən verilmiş vəsiyyətnaməyə əsasən X20 ölən günədək ona məxsus olan bütün əmlakını (daşınar və daşınmaz əmlakını) ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı vəsiyyət edir; - Quba regional "Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X20 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ilin 0081 saylı ilə qeyd edilmişdir.Ölümünün səbəbi Beyin infarktıdır; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin surətinə əsasən 12 mart 2019-cu il tarixdə vəfat etmiş X1mış mirasın qəbul edilməsi üçün qanunla müəyyəndirilmiş müddət İddiaçı münasibətdə uzadılması qət edilmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı ünvan 3 ünvanlandığı xx.xx.2020-ci il tarixli, **********20 saylı məktubuna əsasən Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 100, 54 saylı mənzil xx.xx.1995-ci il tarixdə X7 adına ilkin qeydiyyatdan keçmişdir. 45 saylı DNK- nın 4Ə/14 reyestr nömrəli xx.xx.2016-cı il tarixli renta müqaviləsinə əsasən X16 adına qeydiyyatdan keçmişdir. 45 saylı DNK-nın xx.xx.2016-cı il tarixli 3M-79 reyestr nömrəli renta müqaviləsinin ləğvi barədə sazişə əsasən X7 adına qeydiyyatdan keçmişdir. 13 saylı DNK-nın 4Ə/60 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alğısatqı müqaviləsinə əsasən X13 adına qeydiyyatdan keçmişdir. Qusar rayon notariat ofisinin təsdiq etdiyi xx.xx.2020-ci il tarixli 4Ə/437 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; - AN-İ №0577625 saylı 13 mart 2019-cu il tarixli Daşınmaz Əmlakın alğı-Satqı müqaviləsinə əsasən satıcı X20 tam mülkiyyət üzrə ona məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 42,5 kv/m olan mənzili alıcı X14 mülkiyyətinə verir; - X14 ərizəsinə əsasən ünvan 4 43 min manata satılması barədə razılığa gəlmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin № ******* saylı çıxarışına əsasən mərhum X11 məxsus olmuş Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 100, mənzil 54 mərhumun adına ilkin qeydiyyatdan keçmişdir; - X2 ərizəsinə əsasən ünvan 4 43 min manata satılması barədə razılığa gəlmişdir.
3. Qətnamədən maraqlarına toxunan şəxs qismində Maraqlı şəxs apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 iyul 2022-ci il tarixli, 2(103)- 4313/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddianın qismən təmin edilməsi, Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzilinə dair 13 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə/60 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, qalan hissələrdə iddianın təmin edilməməsi qət edilmişdir.
5. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-85/2023 nömrəli 18 yanvar 2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayət təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyul 2022-ci il tarixli 2(103)-4313/2022 saylı qətnaməsinin qismən - iddianın rədd edilməsi hissəsində ləğv edilmiş və işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 337.1, 337.2, 337.4, 337.5; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 407.2, 416.1, 416.2, 418.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilə dair X22 ilə Maraqlı şəxs arasında xx.xx.2020-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbi rədd edərkən Maraqlı şəxs vicdanlı əldə edən olması qənaətinə gəlmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Maraqlı şəxs ilə bağlanmış əqdin etibarlılığı ilə bağlı qiymətləndirmə apararkən, həmin alğı-satqı müqaviləsinin iş materiallarında mövcud olmamasına diqqət yetirməmiş, əqdin qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün həmin əqdə dair notariat işini tələb edərək öyrənməmiş və əqdin qanunvericiliklə müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğunluğunu yoxlamamışdır. Kollegiya vurğulayır ki, qanunverici, etibarsız əqdləri subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif etməklə müvafiq maddələrdə qruplaşdırmışdır.Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamanı ehtiva edir. Bu baxımdan, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu, bu iradənin lazımi formada və doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. Həmçinin apellyasiya məhkəməsi Maraqlı şəxs vicdanlı alıcı olması qənaətinə gələrkən işin ən əsas və diqqətəlayiq məqamı olan Maraqlı şəxs X22 və ya onun anası X4 ilə əvvəllər bir-birilərini tanıyıb-tanımamalarını,mənzilin S.Babayevanın mülkiyyətində olması barədə daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqiliyi və tamamlığı prezumpsiyası baxımından bu qeydin mötəbərliyinə şübhə etmək üçün hansı əsasların olub-olmamasını ətraflı təhlil etməyərək, onun mübahisəli alğı-satqı müqaviləsini bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirib-etdirmədiyinə bu əqdə dair notariat işinə baxış keçirməklə hüquqi qiymət verməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnamədə daşınmaz əmlakla bağlı vicdanlı alıcılığa dair qanunvericilik normalarına, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında nümayiş etdirdiyi hüquqi mövqelərə istinad etsə də, yuxarıda qeyd edilən məsələrlə bağlı müvafiq hüquqi qiymətləndirmə aparmadan şəxsin vicdanlı alıcı hesab edilməsi barədə mövqeyi düzgün olmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi "Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi vicdanlı əldə etmə və reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi mövqeyi qətnamədə istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarının və sadalanan digər qərarlarının, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedent əhəmiyyətli qərarlarının da tələblərinə uyğun olmamışdır. Bundan əlavə, ilk əqdi etibarsız hesab edən məhkəmə hansı əsaslarla mübahisəyə Mülki Məcəllənin 337.5-ci maddəsi baxımından qiymət vermədiyini, əqdin etibarsızlığının nəticələrini tətbiq etməməsini qətnamədə göstərməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Sözügedən Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yoxlanılan hissədə qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi ikinci alğı-satqı müqaviləsi bağlanarkən əqdin etibarsızlığı əsaslarının hazırki işdə mövcud olub-olmamasını tam araşdırmamaqla gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1 -ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi xx.xx.2020-ci il tarixli 4Ə/437 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi hissəsində qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, kassasiya şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
6. Maraqlarına toxunan şəxs Maraqlı şəxs şikayətinin Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ, 29-cu maddəsinin İ və İİ hissələrinə; Mülki Prosessual Məcəlləsinin 9, 14-cü maddələrinə istinadən onunla əsaslandırılmışdır ki, ünvan 6 saylı mənzil birbaşa onun mülkiyyətində olmağına baxmayaraq, məhkəmə işə birtərəfli qaydada, onun hüquqlarını pozaraq, qətnamənin nəticələrinin onun hüquq və mənafelərinə toxunduğunu nəzərə almadan, onu işə cəlb etmədən, ona bildiriş göndərilmədən, xəbərdar edilmədən ədalətsiz olaraq qətnamə qəbul etmişdir. İddiaçı ünvan 5 ünvanında yerləşən 54 saylı mənzildə cəmi 1 ay kirayə qalmış, mənzilin sahibi olan X3 nə qohumluğu çatır, nə də ki, adıçəkilən şəxsə baxmamışdır. Alla Çebatareva tərəfindən tanımadığı, evində cəmi 1 ay kirayədə qalan şəxsə vəsiyyətnamənin verilməsi (həmçinin ölümündən cəmi 1 ay əvvəl vəsiyyətnamə vermişdir) də şübhə doğurur. Nəsimi Rayon Məhkəməsi iddiaçının iddia tələbini təmin etməklə, onunla bağlanmış alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsini və onun vicdanlı alıcı olduğunu nəzərə almamış, nəticədə Konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüququnu pozmuşdur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar Rayon Notariat Ofisi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli 4Ə/437 reyestr nömrəli alğı-satqı müqaviləsinə dair notariat işindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 6 saylı mənzil tam xüsusi mülkiyyət kimi xx.xx.2019-cü il tarixində X15 adına qeydiyyatdan keçmişdir; - xx.xx.2020-ci il tarixli AN-İN ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı X23 ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 42.5 kv/m olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəni alıcı Maraqlı şəxs mülkiyyətinə vermişdir;- “Elektoron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışa əsasən ünvan 7 ünvanında qeydiyyatda olan X4 tərəfindən notariat ofisinə ünvanlanmış ərizə ilə müəyyən edilmişdir ki, X4 qeydiyyatda olduğu vətəndaş X17 məxsus olan ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 42.5 kv/m olan mənzilin satılmasına etiraz etmir və gələcəkdə bununla bağlı heç bir mübahisəsi olmayacaq; - xx-xx-2020 10-11 nömrəli qəbzə əsasən Maraqlı şəxs alğı-satqı təyinatı üzrə Qusar rayon notariat ofisinin xüsusi notariusu X5 depozit hesabına 46000 manat ödəniş etmişdir; - xx-xx-2020 16-20 nömrəli qəbzə əsasən X23 alğı-satqı vergi təyinatı üzrə Qusar rayon notariat ofisinin xüsusi notariusu X5 depozit hesabına 281.25 manat ödəniş etmişdir.
8. Maraqlarına toxunan şəxs Maraqlı şəxs vəkili Nümayəndə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, ünvan 6 saylı mənzili vicdanlı alıcı kimi yəni Maraqlı şəxs X10 Qusar rayon Notariat ofisinin təsdiq etdiyi xx.xx.2020-ci il tarixli 4Ə/437 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən almış və adı çəkilən mənzilə dair ona çıxarış verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021 tarixli 2(006)-818/2021 saylı qətnaməsinə əsasən, Baki şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 100 ünvanında yerləşən 54 saylı mənzilə dair İ.Gülnarə ilə B.Samirə arasında bağlanmış Qusar rayon Notariat ofisinin təsdiq etdiyi xx.xx.2020-ci il tarixli 4Ə/437 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarısız hesab edilməsi və Gülnarənin adına aparılmış qeydiyyat barədə çıxarışın ləğv edilməsi qət edilmişdir. Qeyd etmək istəyir ki, Maraqlı şəxs vicdanlı alıcıdır və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021 tarixli 2(006)-818/2021 saylı və Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(103)-4313/ 2022 saylı qətnamələri onun maraqlarına toxunur. Maraqlı şəxs Baki şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 100 ünvanında yerləşən 54 saylı mənzili alana qədər X18 tanımamış və onunla heç bir qohumluğu, tanışlığı olmamışdır. Mübahisəli mənzilin satılması barədə həmin mənzilin olduğu həyətdə qonşular ona məlumat vermişlər.Mənzildə kirayənişinlər yaşadığından mənzilə baxıb bəyəndikdən sonra qonşulardan Samirənin telefonun alaraq ona zəng edib mənzili almaq istədiyini bildirmişdir. ünvan 6 saylı mənzil birbaşa Maraqlı şəxs mülkiyyətində olmağına baxmayaraq, məhkəmə işə birtərəfli qaydada, Maraqlı şəxs hüquqlarını pozaraq, qətnamənin nəticələrinin onun hüquq və mənafelərinə toxunduğunu nəzərə almadan, onu işə cəlb etmədən, bildiriş göndərilmədən, xəbərdar edilmədən ədalətsiz olaraq qətnamə qəbul etmişdir. O, Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(103)-4313/ 2022 saylı qətnaməsi ilə razıdır və hesab edir ki, qanuni və ədalətli qətnamə çıxarılmışdır. İddiaçı Baki şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 100 ünvanında yerləşən 54 saylı mənzildə cəmi 1 ay kirayə qalmış, mənzilin sahibi olan X3 nə qohumluğu çatır, nə də ki, adı çəkilən şəxsə baxmamışdır. Alla Çebatareva tərəfindən tanımadığı, evində cəmi 1 ay kirayədə qalan şəxsə - İddiaçı vəsiyyətnamənin verilməsi (həmçinin ölümündən cəmi 1 ay əvvəl vəsiyyətnamə vermişdir) də şübhə doğurur. Bakı Apellyasiya Məhkəməsində izahat verdiyi zaman Ə.X33 ilə dostluq etdiyini, yaxın münasibətlərinin olduğunu bildirsə də, 1960-cı il təvəllüdlü Eldarın 2019-cu ildə 59 yaşı, 1938ci il təvəllüdlü AÇebatarevanın isə 81 yaşı olması, onların arasında hər hansı bir dostluq, yaxınlıq olmasının qeyri-mümkünlüyünü sübut edir. X26 vəfat etdiyi vaxt İddiaçı onun dəfnində və yas mərasimində iştirak etməmiş, hətta Bakı Apellyasiya Məhkəməsində Gülnarənin vəkilinin verdiyi suala - Alla Çebatarevanın məzarının harada yerləşdiyi sualına belə cavab verə bilməmişdir. Baki şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 100 ünvanında yerləşən 54 saylı mənzili vicdanlı alıcı kimi Maraqlı şəxs X10 Qusar rayon Notariat ofisinin təsdiq etdiyi xx.xx.2020-ci il tarixli 4Ə/437 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən almışdır. Adı çəkilən mənzilə dair ona çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin və bütövlükdə mülki qanunvericiliyin əsas məqsədi mülki dövriyyə azadlığını təmin etməkdir. Daşınmaz əşyalar isə öz iqtisadi dəyərləri baxımından mülki dövriyyədə çox böyük əhəmiyyət və funksiyaya malikdir. Odur ki, mülki dövriyyənin inkişafında daşınmaz əşyalarla bağlı əşya hüquqlarının mövcudluğu, mahiyyəti və mənsubiyyəti baxımından hüquqi etimadın təmin olunması olduqca zəruridir. Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar.Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin,məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədova-nın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Ali Məhkəmənin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarındakı mübahisəli mənzilin bazar dəyərindən ucuz qiymətə satılmasına dair qeydi ilə bağlı isə vurğulanmalıdır ki, qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır. Hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2(006)-818/2021 saylı qətnaməsi ləğv olunmalı, iddia təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2(006)- 818/2021 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iki müqavilənin olduğunu, birinci müqaviləyə məhkəmələr tərəfindən münasibət bildirildiyini və etibarsız hesab edildiyini, Ali Məhkəmənin qərarında iş materiallarında digər müqavilənin olmadığı halda, ona qiymət verildiyini, məhkəmə tərəfindən ikinci müqavilə üzrə alıcının vicdanlı alıcı olması qənaətinə gələrkən tam araşdırma aparılmadığına istinad edildiyini, müqavilənin formasında hansısa hüquqi prosedurlarda pozuntuya yol verilmədiyini, lakin alıcının vicdanlı alıcı olmadığını, Babayeva Samirə və Maraqlı şəxs bir-birlərini tanıdıqlarını, 25-ci polis bölməsində alınmış Elmar adlı şəxsin izahatının və qonşular tərəfindən verilmiş aktların bunu sübut etdiyini, evin Nizami rayonunda, alıcının qeydiyyatının isə Binəqədi qəsəbəsində olduğu halda müqavilənin Qusar rayonunda bağlandığını, 2-ci müqavilənin tarixinin xx.xx.2020-ci il olduğunu, xx.xx.2020-ci il tarixində isə iddiaçının ölüm kağızını almağa nail olduğunu və vərəsəlik üçün notariusa müraciət etdiyini, bunu bildikdən sonra Babayeva Samirənin müqavilə bağlayaraq evi anasının rəfiqəsinin adına keçirdiyini qeyd etmiş, alıcı vicdanlı alıcı olsa belə, mənzili ona satan şəxsin digər şəxslə olan müqaviləsi etibarsız hesab edildiyi halda, məhkəmənin Mülki Məcəllənin 337-ci maddəsinə əsasən buna münasibət bildirməli olduğunu, birinci müqavilə etibarsızdırsa, onun hüquqi nəticəsi olmalı olduğunu hesab etdiyini diqqətə çatdırmış, Babayeva Samirə və yaxud Müzəffərova Elmira etibarsızlığı nəzərə alıb, satışdan əldə edilən pulu iddiaçıya versə idi, vicdanlı alıcı olan şəxsin hüquqlarının pozulmuş olmayacağını bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.
10. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh 13 saylı Dövlət Notariat Kontoru və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X4, X22, Maraqlı şəxs iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Bununla bərabər,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən qeyd edilməlidir ki,mübahisələndirilən qətnamə kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə müəyyən edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
12. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən: İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
13. Azərbaycan Respublikası Konstitusiyasının Konstitusiyanın 29-cu maddəsinə əsasən: İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələri nəzərdən keçirilməlidir: 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz; 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
15. Mülki Prosessual Məcəllənin aşağıdakı maddələri nəzərdən keçirilməlidir: 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır; 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin; 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 50.4. Qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər. 50.5. Qanun üzrə başqasının hüquq, azadlıq və qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan şəxsin ərizəsi ilə mənafeyi üçün iddia qaldırılmış şəxs, başlanmış proses barədə xəbərdar edilir və məhkəmə prosesində iddiaçı qismində iştirak edir. Tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr daşıyırlar; 51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. 51.2. Birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər. 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır; 55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. 55.2. Onlar bu Məcəllənin 4.3‒4.6-cı maddələrində müəyyən edilmiş qaydalara əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə edir və onun bütün vəzifələrini daşıyırlar; 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. 57.2. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar; 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 386, 387.1 və 388-ci maddələrinə əsasən: Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
16. Qeyd edilməlidir ki, baxılan hissədə cavabdehlər kimi qeyd edilməyən şəxslər arasında notarial qaydada təsdiq edilmiş müqavilənin hansı əsasla etibarsız hesab edilməsinə dair hüquqi istinadlar müəyyən edilmir. Buna ehtimal edilən əsas iddiaçının vərəsəlik hüquqları əsasında onun əmlak hüquqlarının pozulması olmuşdur ki, artıq qətnamənin qanuni qüvvəsinin aldığı hissədə bu pozuntunun kim tərəfindən həyata keçirildiyi müəyyən edilsə də, ona və ya digər şəxsə qarşı iddia tələbi yönəlməmiş (cavabdeh kimi qeyd edilməmiş) və bu mənada tələbdə sonrakı müqaviləyə münasibətdə prosessual uyğunsuzluq müəyyən edilir. Bununla belə, kassasiya instansiya məhkəməsinin göstərişlərinin məcburiliyi baxımından onun qərarında əks edilmiş xüsusatların araşdırılması üzrə tərəflərə şərait yaradılmasına baxmayaraq, mötəbər və təkzibedilməz sübutlar müzakirəyə təqdim edilməmişdir. Müzəffərova Elmiranın evi qızının adına, sonra isə rəfiqəsinə formal olaraq satılması barədə birinci instansiya məhkəməsində sübuta yetirilməyən mülahizələr Maraqlı şəxs vicdansız alıcı olmasını və tədqiq edilən müqavilənin etibarsızlığına dəlalət etmir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar Rayon Notariat Ofisi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli 4Ə/437 reyestr nömrəli alğı-satqı müqaviləsinə dair notariat işindən alğı-satqının proseduru üzrə pozuntu müəyyən edilmir. Etibarsızlığın nəticələri, əmlak hüquqlarının müdafiəsi, dəymiş zərər və sair tələblə hər bir cavabdehə qarşı yönələn tələbin prosessual hüquqi prosedura riayət etməklə iddia tələbi irəli sürmək hüquqların olması iddiaçıya izah edilməlidir. Belə ki, iddia tələbi irəli sürülərkən yalnız Bakı şəhəri 13 saylı Notariat Kontoru cavabdeh qismində cəlb edilmiş və bu kontor tərəfindən təsdiq edilmiş müqaviləyə artıq qiymət verilmişdir. Qeyd edilən cavabdeh olan iddia tələbinə cavabdeh kimi qeyd edilməyən şəxslərə münasibətdə iddianın prossessual mahiyyətinə daban-dabana ziddiyyət təşkil edir və hazırki mərhələdə kiminsə cavabdeh qismində cəlb edilməsi prosessual cəhətdən mümkünlük təşkil etmir (onlardan asılı olmayan səbəblərdən əlavə cavabdehlərin cəlb edilməsi mümkünsüzlüyü barədə sübutlar və ya vəsatət müzakirəyə təqdim edilməmişdir).
17. Qeyd edilən müstəvidə yuxarı instansiya məhkəməsinin göstərişlərinə müvafiq iddiaçının dayanıqlı sübutedici mövqeyinin olmaması, habelə təftiş edilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırılması üzrə qənaətinin işin faktiki hallarına uyğun gəlməməsi (əsaslandırılmaması), mötəbər sübutlara istinad etməməsi və ondan irəli gələrək aidiyyəti olmayan maddi hüquq normalarına istinad etməsi, ən əsas olan - sübutetmə yükünün iddia edənə aid olması əsası ilə prosessual qanunvericiliyin təməl prinsipinə riayət edilməməsi, baxılan hissədə birinci instansiya məhkəməsinin qətnaməsində formalaşdığı mövqeyinə müsbət qənaətin hasil olmasına prosessual (sübutedici) əsaslar yaratmır, ondan irəli gələrək də, əqdin etibarsızlığına dəlalət edən hallar və müvafiq olaraq çıxarışın ləğvi üçün əsaslar müəyyən edilmir.
18. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını kassasiya instansiyası məhkəməsinin göstərişlərinə, Azərbaycan Respublikası Konstitusiyası 13, 29; Mülki Məcəllənin 139-158, 337-354, 385-388, 560; Mülki Prosesual Məcəllənin 2, 8-14, 76, 77, 80- 82, 106.2, 217.4, 307, 385-390-ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən nəzərdən keçirilən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, baxış həddi üzrə araşdırılan hissədə məhkəmə yalnız ehtimallara əsaslanaraq müəyyən edilmiş hallardan səhv nəticəyə gəlmişdir. Ona görə, cavabdehin apellyasiya şikayəti baxılan (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-85/2023 nömrəli 18 yanvar 2023-cü il tarixli qərarı ilə müəyyən edilən) hissədə təmin, birinci instasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçının “xx.xx.2020-ci il tarixli 4Ə/437 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, bina 100, 54 saylı mənzilə dair Maraqlı şəxs adına aparılmış qeydiyyat barədə çıxarışın ləğv edilməsi” hissəsində iddia tələbi rədd edilməli, apellyasiya şikayəti ilə əlaqədar dövlət rüsumları üzrə məhkəmə xərcləri onu ödəyən şəxslərə aid olmalıdır.
19. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə t e t d i: Maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti baxılan (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-85/2023 nömrəli 18 yanvar 2023-cü il tarixli qərarı ilə müəyyən edilən) hissədə təmin edilsin və həmin hissədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-818/2021 saylı işi üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilsin. xx.xx.2020-ci il tarixli 4Ə/437 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, bina 100, 54 saylı mənzilə dair Maraqlı şəxs adına aparılmış qeydiyyat barədə çıxarışın ləğv edilməsi (baxılan) hissəsində iddia tələbi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.