Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2482/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçılar Həsənov İntiqam Tahir oğlu və Həsənov Mehdi Tahir oğlunun nümayəndəsi və vəkili Əlizadə Akif Əkbər oğlunun, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçılar Həsənov Mehdi Tahir oğlu və Həsənov İntiqam Tahir oğlu, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 Tahir oğlu və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il 01 iyul tarixindən işdən azad edilən tarixədək hər ay aldığı 1500 manat əmək haqqının və digər ödənişlərin cavabdehdən alınaraq İddiaçı1, hər ay aldığı 1800 manat əmək haqqı və digər ödənişlərin İddiaçı2 verilməsi, İddiaçı2 2019-cu ilin may ayının 28-də işdə olduğu zaman idarə etdiyi, şəxsi mülkiyyətində olan və öz əmək funksiyasını yerinə yetirmək üçün cavabdehin razılığı ilə iş yerinə gətirdiyi avtomobilinə və səhhətinə vurulmuş maddi zərər kimi 8000 manat pulun cavabdehdən İddiaçı2 xeyrinə ödənilməsi, hər iki iddiaçının əmək müqavilələrinə xitam verilməsi barədə əmrlərin ləğv edilərək onların işə bərpa edilmələri, İddiaçı1 2018-ci ilin iyun ayından 2019cu ilini yun ayınadək əmək haqqından tutmaların, eləcə də istifadə etmədiyi məzuniyyətin pul şəklində əvəzi kimi cəmi 1960 manatın cavabdehdən onun xeyrinə tutulması, Həsənov İntiqam Tahir oğlundan 2015-ci ilin iyun ayından 2019-cu ilin iyun ayınadək əmək haqqından tutmaların, eləcə də istifadə etmədiyi məzuniyyətin pul şəklində əvəzi kimi cəmi 9520 manatın cavabdehdən onun xeyrinə tutulması, hər iki iddiaçı əsassız və qanunsuz olaraq işdən azad edildikləri üçün onlara məcburi iş buraxma müddəti üçün 2019-cu ilin dekabr, 2020-ci ilin yanvar-mart ayları da daxil olmaqla hər iki iddiaçının aylıq əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı1 ilə əmək münasibətlərinə xitam verilməsinə dair Cavabdeh MMC-nin 12dekabr 2019-cu il tarixli, 616/K saylı əmrinin ləğv edilməsi, İddiaçı1 işə bərpa edilməsi, 2019-cu ilin 01 iyul tarixindən 12 dekabr 2019-cu il tarixədək ödənilməmiş əmək haqqı, habelə 19 iyul 2018-ci il tarixdən 2018-2019-cu iş ili üzrə istifadə edilməmiş əmək məzuniyyətinin pulla əvəzi, bundan başqa, 12 dekabr 2019-cu il tarixdən 2020-ci ilin mart ayınadək məcburi işburaxmaya görə əmək haqqının məbləği hesablanmaqla CavabdehMMC-dən tutularaq İddiaçı1 ödənilməsi, İddiaçı2 ilə əmək münasibətlərinə xitam verilməsinə dair Cavabdeh MMC-nin 06 dekabr 2019-cu il tarixli, 604/K saylı əmrinin ləğv edilməsi, İddiaçı2 işə bərpa edilməsi, 2019-cu ilin 01 iyul tarixindən 06 dekabr 2019-cu il tarixədək ödənilməmiş əmək haqqı, habelə 13 aprel 2018ci il tarixdən 2018-2019-cu iş ili üzrə istifadə edilməmiş əmək məzuniyyətinin pulla əvəzi, bundan başqa, 06 dekabr 2019-cu il tarixdən 2020-ci ilin mart ayınadək məcburi iş buraxmaya görə əmək haqqının məbləği hesablanmaqla, Cavabdeh MMC-dən tutularaq İddiaçı2 ödənilməsi, iddianın digər hissələrdə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçılar tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Eləcə də həmin qətnamədən Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçılar Həsənov İntiqam Tahir oğlu və Həsənov Mehdi Tahir oğlunun nümayəndəsi və vəkili Əlizadə Akif Əkbər oğlu və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə kollegiyasına barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılmasını xahiş etdilər. Həmin barışıq sazişinin şərtlərinə görə, bir tərəfdən, budan sonra “Birinci tərəf” adlanacaq İddiaçı1 və İddiaçı2 - etibarnamə əsasında nümayəndələri və vəkilləri Vəkil şəxsində və bundan sonra “İkinci tərəf” adlanacaq “Avrora" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 bu barışıq sazişini bağlayaraq razılığa gəlirlər ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan 2(103)-2482/2021 saylı mülki iş üzrə mübahisəni sazişin aşağıdakı bəndlərində göstərilən şərtlərlə həll edirlər: - “İkinci tərəf” “Birinci tərəf” olan İddiaçı1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə 12.12.2019-cu il tarixdə verdiyi 616/k nömrəli əmrini ləğv etməyi və onu öz ərizəsinə əsasən işdən azad etməyi, eləcə də bununla bağlı müvafiq EHP-da zəruri dəyişikliklər etməyi öhdəsinə götürür. - “Birinci tərəf” Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan 2(103)-2482/2021 saylı mülki iş üzrə "İkinci tərəf”ə qarşı olan iddia tələblərindən imtina etməklə bu barədə məhkəməyə ərizə təqdim edir və bundan sonra da eyni tələblə məhkəməyə müraciət etmək hüququnun olmadığını bildiyini bəyan edir. - “Birinci tərəf” olan İddiaçı1 öhdəsinə götürür ki, onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə “İkinci tərəf”in əmri ləğv edildiyi gün işdən azad edilməsi barədə ərizə ilə “İkinci tərəf”ə müraciət edəcək. - Bu sazişdə birbaşa müəyyən olunub-olunmamasından asılı olmayaraq, tərəflər bu barışıq sazişi üzrə öhdəliklərini yerinə yetirmək üçün zəruri olan bütün hərəkətləri, müraciətləri vicdanla və ləngitmədən həyata keçirəcək, eyni qaydada sənədləri tərtib edəcək və ya imzalayacaqlar. - Tərəflər bu barışıq sazişi üzrə məlumatları gizli saxlayacaq, onları yaymayacaq, bir- birinin əleyhinə istifadə etməyəcəklər. - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə aydındır və bu Saziş imzalandıqdan sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən, bu Sazişlə həll edilən məsələlər üzrə gələcəkdə bir-birlərinə qarşı iddia qaldırmaq hüquqlarının olmadıqlarını bilirlər. - Bu barışıq sazişi imzalandıqdan sonra dəyişdirilə və ləğv oluna bilməz. - Bu barışıq sazişi 4 (dörd) orijinal nüsxədə, Azərbaycan dilində tərtib olunub, bir nüsxəsi məhkəmədə qalmaqla, sazişin hər bir iştirakçısında bir nüsxə saxlanılır. - Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişinin məzmunu, müddəaları və şərtləri ilə bilavasitə və öz nümayəndələri vasitəsilə tanışdırlar, razılaşmalar onların iradəsinə uyğundur, məzmunu onlara tam aydındır və hər-hansı qeyri-müəyyənlik yoxdur, onlara öz hüquq məsləhətçiləri tərəfindən izahlar verilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı barışıq sazişi təsdiq edilməklə, hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 370, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçılar Həsənov İntiqam Tahir oğlu və Həsənov Mehdi Tahir oğlunun nümayəndəsi və vəkili Əlizadə Akif Əkbər oğlu və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - “İkinci tərəf” “Avrora" MMC “Birinci tərəf” olan İddiaçı1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə 12.12.2019-cu il tarixdə verdiyi 616/k nömrəli əmrini ləğv etməyi və onu öz ərizəsinə əsasən işdən azad etməyi, eləcə də bununla bağlı müvafiq EHP-da zəruri dəyişikliklər etməyi öhdəsinə götürür. - “Birinci tərəf” Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan 2(103)-2482/2021 saylı mülki iş üzrə "İkinci tərəf”ə qarşı olan iddia tələblərindən imtina etməklə bu barədə məhkəməyə ərizə təqdim edir və bundan sonra da eyni tələblə məhkəməyə müraciət etmək hüququnun olmadığını bildiyini bəyan edir. - “Birinci tərəf” olan İddiaçı1 öhdəsinə götürür ki, onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə “İkinci tərəf”in əmri ləğv edildiyi gün işdən azad edilməsi barədə ərizə ilə “İkinci tərəf”ə müraciət edəcək. - Bu sazişdə birbaşa müəyyən olunub-olunmamasından asılı olmayaraq, tərəflər bu barışıq sazişi üzrə öhdəliklərini yerinə yetirmək üçün zəruri olan bütün hərəkətləri, müraciətləri vicdanla və ləngitmədən həyata keçirəcək, eyni qaydada sənədləri tərtib edəcək və ya imzalayacaqlar. - Tərəflər bu barışıq sazişi üzrə məlumatları gizli saxlayacaq, onları yaymayacaq, bir- birinin əleyhinə istifadə etməyəcəklər. - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə aydındır və bu Saziş imzalandıqdan sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən, bu Sazişlə həll edilən məsələlər üzrə gələcəkdə bir-birlərinə qarşı iddia qaldırmaq hüquqlarının olmadıqlarını bilirlər. - Bu barışıq sazişi imzalandıqdan sonra dəyişdirilə və ləğv oluna bilməz. - Bu barışıq sazişi 4 (dörd) orijinal nüsxədə, Azərbaycan dilində tərtib olunub, bir nüsxəsi məhkəmədə qalmaqla, sazişin hər bir iştirakçısında bir nüsxə saxlanılır. - Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişinin məzmunu, müddəaları və şərtləri ilə bilavasitə və öz nümayəndələri vasitəsilə tanışdırlar, razılaşmalar onların iradəsinə uyğundur, məzmunu onlara tam aydındır və hər-hansı qeyri-müəyyənlik yoxdur, onlara öz hüquq məsləhətçiləri tərəfindən izahlar verilmişdir. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2482/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2482/2021
31.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver