Məhkəmə qərarları › İş №2(103)-2482/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2482/2025

28.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2482/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı MMMC-nin nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh2 iştirakları ilə, İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 311/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMMC cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, binanın saxlanması xərclərinə görə xx.xx.2024-cü il tarixədək borcları yaranmış cavabdehlər Cavabdeh1 binanın saxlanması xərclərinə görə 542 manat, X1 binanın saxlanması xərclərinə görə 705,6 manat, Cavabdeh2 binanın saxlanması xərclərinə görə 913,7 manat, həmçinin 500 manat hüquqi xidmət haqqı xərci və dövlət rüsumu üçün ödənilmiş 48 manat, korrespondensiya xərcləri 50 manat məbləğin müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı MMMC-yə ödənilməsi və binanın saxlanması xərcləri ödənilənədək cavabdehlərə bütün kommunal xidmətlərin göstərilməsinin məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia tələbinə dəqiqləşmə təqdim edərək, binanın saxlanması xərclərinə görə xx.xx.2024-cü il tarixədək borcları yaranmış cavabdehlər Cavabdeh1 binanın saxlanması xərclərinə görə 766,7 manat, Cavabdeh2 binanın saxlanması xərclərinə görə 1191,6 manat, həmçinin 500 manat hüquqi xidmət haqqı xərci və dövlət rüsumu üçün ödənilmiş 48 manat, korrespondensiya xərcləri 50 manat məbləğin müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı MMMC-nə ödənilməsi və binanın saxlanması xərcləri ödənilənədək cavabdehlərə bütün kommunal xidmətlərin göstərilməsinin məhdudlaşdırılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 311/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 766,7 manat məbləğində borc və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 48 manatın 13,8 manatının tutularaq İddiaçı MMMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilərək iddianın tam məbləğdə təmin edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2482/2025 nömrəli, 19 mart 2025-ci il tarixli qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh1 iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bununla bağlı olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005)-311/2025 saylı, 23 aprel 2025-ci il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək yaranmış zərurətlə əlaqədar 2(005)-311/2025 nömrəli mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili və Cavabdeh2 mülki işin apellyasiya baxışından çıxarılmasına etiraz etmədiklərini bildirdilər. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən (apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsinin hərəkətləri) birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir və həmin məhkəmə tərəfindən də apellyasiya şikayəti alındıqdan sonra apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, hazırki iş üzrə apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməklə, iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 311/2025 saylı qətnaməsindən İddiaçı MMMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş apellyasiya baxışından çıxarılaraq Cavabdeh1 verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar