Məhkəmə qərarları › İş №2(103)-2484/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2484/2022

28.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2484/2022 28.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(006)-2855/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci tələb üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsinin boşaldılması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və Nəsimi Bələdiyyəsi arasında bağlanmış “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair" 25 oktyabr 2005-ci il tarixli 02/85 nömrəli müqavilə əsasında ünvan 1 ünvanda iddiaçının istifadə və sahibliyinə ayrılmış 400 kv.m torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmuş hissəsinin cavabdehlər tərəfindən boşaldılması, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İkinci tələb üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və Nəsimi Bələdiyyəsinə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Nəsimi Bələdiyyəsi arasında “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair" 25 oktyabr 2005-ci il tarixli 02/85 nömrəli bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(006)- 2855/2021 saylı qətnaməsi ilə birinci tələb üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsinin boşaldılması və s.» tələbinə dair, ikinci tələb üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və Nəsimi Bələdiyyəsinə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizələri rədd edilmişdir. Birinci tələb üzrə İddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv olunması xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 17 fevral 2022-ci il tarixli qərardadı ilə apelyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadə 18 fevral 2022-ci il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(006)-2855/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün həmin mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən “elektron sistem” vasitəsilə yoxlanılarkən iddiaçının qərardaddan verdiyi şikayətin 05.02.2022-ci il tarixdə elektron qaydada birinci instansiya məhkəməsinə daxil olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(006)- 2855/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 362 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Mülki iş üzrə apellyasiyanın mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-2484/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(006)- 2855/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş apelyasiya baxışından çıxarılaraq, həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar