Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2485/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Firdofsi qızı və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Firdofsi qızı və Cavabdeh3 qarşı “yaşayış sahəsində istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3317/2022 saylı 16 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə 04 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı və Cavabdeh1 bacı-qardaş olmaqla, digər cavabdehlər isə sonuncunun uşaqlarıdır. Ataları X17 xx.xx.2013-cü ildə Bakı şəhərində ölmüşdür.
2. Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən xx.xx.2003-cü ildə verilmiş vəsiyyətnaməyə əsasən mərhum X17 tərəfindən Bakı şəhəri ünvan 1 saylı ev İddiaçı vəsiyyət edilmişdir.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli yaşayış yeri haqqında arayışdan müəyyən edilir ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2 Firdofsi qızı və Cavabdeh3 həmin evdə qeydiyyatdadır.
4. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** saylı texniki pasportdan müəyyən edilir ki, ünvan 1 saylı ev İddiaçı adına qeydə alınmışdır və hazırda mülkiyyətindədir.
5. Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»dən müəyyən edilir ki, xx.xx.2013 tarixdə ölmüş X10 vərəsəsi oğlu İddiaçıdur və o, ünvan 1 saylı evdən ibarət miras əmlakdan 1/8 hissədə pay almalıdır; vərəsəsi qızı X2r və o, ünvan 1 saylı evdən ibarət miras əmlakdan 1/8 hissədə pay almalıdır; vərəsəsi oğlu X3ru və o, ünvan 1 saylı evdən ibarət miras əmlakdan 1/8 hissədə pay almalıdır; vərəsəsi qızı Cavabdeh1dır və o, ünvan 1 saylı evdən ibarət miras əmlakdan 1/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X11 verilmiş **********8010301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.8 kv/metr olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0.08652 ha olan torpaq sahəsindən ibarətdir.
6. xx.xx.2017-ci il tarixli Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisi tərəfindən verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə Bakı şəhəri 7 saylı notariat kontorunun xüsusi notariusu X5 təsdiq edir ki, 7 saylı DNK tərəfindən xx.xx.2003-cü illə təsdiq edilən və reyestr kitabında 2V/1-38 qeyd olunan vəsiyyətnaməyə əsasən, xx.xx.2013 tarixdə ölmüş X10 vəsiyyət üzrə vərəsəsi İddiaçıdur və o, ünvan 1 saylı evdən ibarət miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx/xx/2017 tarixdə X11 verilmiş **********8010301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65.8 kv/m olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0.08652 ha olan torpaq sahəsindən ibarətdir.
7. Bakı şəhəri 7 saylı Xüsusi Notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli «Vərəsəlikdə miras payın bağışlanması» müqaviləsində deyilir: “biz, X4, X7 və Cavabdeh1 xx.xx.2017-ci il tarixdə verilmiş 2V/-58 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X8 miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65.8 kv/m olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0.08652 ha olan torpaq sahəsindən bizə düşən 1/8 hissədə vərəsəlik payımızı İddiaçı bağışladıq.”
8. Baki Şəhər Xəzər Rayon Polis İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir: “Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına köməklik göstərilməsi ilə bağlı Xəzər rayon Polis İdarəsinin rəhbərliyinə ünvanladığınız müraciətə həmin idarənin Qeydiyyat məsələləri bölməsində baxılmışdır. Bildiririk ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərinə müvafiq olaraq qeyd olunan məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyə olunur.”
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun xüsusi mülkiyyətində olan ünvan 1 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri ünvan 1 saylı ev ona mərhum atası X17 tərəfindən 17 mart 2003-cü il tarixdə imzaladığı vəsiyyətnamə əsasında verilmişdir. Bundan sonra o, həmin evə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri tərəfindən xx.xx.2017ci il tarixdə RX1033007 saylı çıxarış almaqla evin mülkiyyətçisi özüdür. X6 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Cavabdeh bacısı Cavabdeh1 23 aprel 1991-ci il tarixdə X9 ilə rəsmi olaraq nikaha daxil olmaqla qeyd edilən evdən çıxaraq Buzovna qəsəbəsində yerləşən həyat yoldaşının evinə köçərək bu günə kimi orada öz ailə üzvləri ilə birlikdə yaşayır. O, həmin vaxt mərhum atasından qalmış evi vəsiyyətnamə üzrə öz adına sənədləşdirdiyi zaman cavabdeh bacısı Cavabdeh1 evin onun adına keçirilməsinə razılıq vermişdir. Cavabdeh bacısı və onun uşaqları 1991-ci ildən bu günə kimi 31 ildir ki, onun xüsusi mülkiyyətində olan evdə yaşamayıblar. Cavabdehlər sadəcə olaraq bu günə kimi evin pasport qeydiyyatında qalıblar. O, dəfələrlə cavabdehlərə onun evinin pasport qeydiyyatından çıxmaları barədə təklif etsə də, onlar bu barədə heç bir tədbir görməyib. Cavabdehin əvəzinə də kommunal xidmət haqlarını ödəmək onun üçün maddi çətinlik yaradır.
11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 dekabr 2022-ci il tarixli 2(003)-3317/2022 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 Firdofsi qızının və Cavabdeh3 ünvan 1 saylı evdən istifadə hüquqlarının itirilməsi qət edilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 daimi yaşamaq üçün başqa ünvana köçüb getdiyi vaxtdan, həmçinin digər cavabdehlər də iddiaçıya məxsus evdə yaşamadıqlarından, bununla da cavabdehlərin mübahisəli mənzildən istifadə etmələrini zəruri edən əsas aradan qalxdığından cavabdehlər həmin evdən istifadə hüququnu itirmişlər. Odur ki, cavabdehlərin iddiaçıya məxsus evdən istifadə hüququ itirmiş hesab edilməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məclləsinin 87, 60, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
14. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
15. Apelyasiya şikayətində göstərilmişdir ki, mübahisəli ev atalarına məxsus olmuş və miras qalmışdır. İddiaçı evi tamamilə öz adına keçirmək məqsədi ilə onları aldadaraq ata evindən çatacaq payı tezliklə verəcəyini vəd edərək, bəzi sənədlərə imza etdirmiş, notarius da onlara heç nə izah etməmişdir. O, mütəmadi ata evinə gələrək oradan istifad etmiş, 2 ildən artıqdır ki, ərindən ayrılmış və qızı ilə birlikdə ata evinə köçüb yaşamaq istədiyini iddiaçıya bildirdiyi üçün iddiaçı onları qeydiyyatdan çıxarmaq qərarına gəlmişdir. İddiaçı onların əvəzinə heç bir kommunal xidmət haqqı ödəməmiş, onların qeydiyyatda qalmaları iddiaçıya heç bir maneəçilik törətməmişdir. Ata evindən istifadə etmək onun da hüququdur, ona da pay düşür. İddiaçı onlara söz vermişdir ki, onları heç vaxt ata evindən qeydiyyatdan çıxarmayacaq, ancaq evi nə vaxt satarsa həmin evdən onlara düşən payın müqabilində pul verəcəkdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, 1991-ci ildə ailə quraraq Buzovnaya gəlin köçmüşdür, orada yaşamışdır. Uşaqlar da orada doğulmuşdur. Təxminən 2 il bundan əvvəl bilmişdir ki, iddiaçının onlara imzalatdırdığı sənəd paylarının sonuncuya bağışlanması barədə olmuşdur. Hazırda əri ilə boşanmışdır.
18. Digər Cavabdeh3 də apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, mübahisəli evdə yaşamamışdır, ancaq qeydiyyatı həmin evdədir.
19. İddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, 30 ilə yaxındır ki, cavabdeh köçüb gedib, ancaq cavabdehlərin qeydiyyatı ona məxsus evədir. Mübahisəli evin sökülməsi nəzərdə tutulmuşdur, o da nə vaxt sökülsə onlara da çatası payı verəcəyini bildirmişdir, lakin ev sökülmədi, belə olan halda hər hansı pul verməsi mümkün deyil. Əgər nə vaxtsa sökülərsə verəcəkdir.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
21. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
22. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
23. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» 12 mart 1999-cu il tarixli qərarı: «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Qətnamə Cavabdeh1 aid hissəsində yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
33. Mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlər həmin mənzildə qeydiyyatdadır.
34. İddiaçı hazırki tələbində onların istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etmişdir.
35. Müəyyən edilmişdir ki, Cavabdeh1 1991-ci ildə ailə quraraq mübahisəli evdən çıxmış və həmin vaxtdan Buzovnada yaşamışdır.
36. Göründüyü kimi Cavabdeh1 mübahisəli evdə qeydiyyatı formal olaraq qalmışdır.
37. Cavabdeh1 mübahisəli mənzildən köçüb getmiş, ailə üzvü sırasından çıxmış və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmiş, sadəcə qeydiyyatda olmuşdur.
38. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq göstərmişdir ki, Cavabdeh1 daimi yaşamaq üçün başqa ünvana köçüb getdiyi vaxtdan, mübahisəli mənzildən istifadə etməsini zəruri edən əsas aradan qalxdığından həmin evdən istifadə hüququnu itirmişdir.
39. Cavabdeh1 fərdi yaşayış evindən və mülkiyyətdə olan 0.08652 ha olan torpaq sahəsindən ona düşən 1/8 hissədə vərəsəlik payını İddiaçı bağışlamışdır.
40. O, hazırda payını bağışladığını bilmədiyini, qardaşının onları evdən qeydiyyatdan çıxarmayacağını, evi satacağı halda isə onlara düşən pay müqabilində pul verəcəyini bildirdiyinə istinad edir. Lakin həmin dəlillər hazırki mübahisənin predmetinə aid deyil və iddianın rədd olunması üçün əsas təşkil etmir. Hazırki işdə söhbət cavabdehin mübahisəli mənzildən istifadə hüququnun qalıb-qalmamasından gedir.
41. Beləliklə, şikayətin dəlilləri formaldır. Birinci instansiya məhkəməsi mübahisəni düzgün həll etmiş, maddi və presessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3317/2022 saylı iş üzrə 16 dekabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, Cavabdeh1 qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.