Məhkəmə qərarları › İş №2(103)-2486/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2486/2021

25.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2486/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(006)-4030/2016 saylı qətnaməsindən X2 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(006)-4030/2016 saylı qətnaməsi ilə xx xxxxxx 1968-ci il təvəllüdlü Ərizəçi doğum yerinin Bakı şəhəri olması faktı müəyyən edilmişdir. X2 tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilərək qətnamənin onun maraqlarına toxunulduğu bildirilmiş və qətnamənin ləğv olunaraq ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarılması xahiş olunmuşdur. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, X1 valideynləri Nəriman Əliyev və X6 Federasiyasında Ərizəçi sifarişi ilə qətlə yetirilmişlər. İş üzrə Napisat Qurbanova zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin cinayət işinin ibtidai istintaqı zamanı müəyyən edilmişdir ki, Ərizəçi Rusiya Federasiyası ilə yanaşı, Azərbaycan Respublikasının vətəndaşıdır. Qətlin icraçıları məsuliyyətə cəlb olunsa da, Ərizəçi ibtidai istintaqdan qaçıb gizləndiyi üçün onun istintaqa cəlb olunması mümkün olmamışdır. X3 İdrisov barəsində axtarış elan olunmuş, onun tutulması üçün Azərbaycan Respublikasına sorğu verilmiş, lakin Ərizəçi Rusiya Federasiyası ilə yanaşı, Azərbaycan Respublikasının vətəndaşı olduğuna görə onun Rusiya Federasiyasına verilməsindən imtina olunmuşdur. Bundan sonra Napisat Qurbanova vəkillə müqavilə bağlamış, vəkil tərəfindən aparılmış araşdırmalarla müəyyən olunmuşdur ki, Ərizəçi ilk dəfə 2003-cü ildə Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən şəxsiyyət vəsiqəsi ilə təmin olunarkən saxta sənəddən istifadə etmişdir. Belə ki, doğum haqqında akt qeydləri kitabında onun Dərbənd rayonunun Padar kəndində anadan olması qeyd olunsa da, x xxxxxxx 2003-cü il tarixdə Dərbənd rayonunda verilmiş doğum haqqında şəhadətnamənin dublikatında onun Bakı şəhərində doğulması qeyd olunmuşdur. Həmçinin məlum olmuşdur ki, Ərizəçi doğum yerinin Bakı şəhəri olması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən xx xxx 2016-cı il tarixli 2(006)-4030/2016 saylı qətnamə qəbul olunmuşdur. Qətnamə nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Ərizəçi həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu, habelə lazımi sənədləri ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, bundan əlavə, ərizədə maraqlı şəxs göstərilməmişdir. Qətnamə onun maraqlarına toxunduğu üçün qətnamədən apellyasiya şikayəti vermişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yenə həmin Məcəllənin 357-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. X2 mübahisələndirdiyi qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını belə əsaslandırmışdır ki, onun valideynlərinin qəsdən öldürülməsində sifarişçi olan Ərizəçi saxta sənəd əsasında doğum yerini dəyişdirib Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməsi onun Rusiya Federasiyasına ekstradisiya olunmasına və cinayət məsuliyyətinə cəlb olunmasına maneçilik törətmişdir. X4 valideynləri Nəriman Əliyev və Raqimat Əliyevanın xx xxxxxx 2007-ci il tarixdə Dərbənd rayonunun Məmmədqala kəndində yaşadıqları evdə odlu silahdan açılmış atəş nəticəsində qəsdən öldürülməsi hadisəsində Ərizəçi təqsirli olması barədə N.Qurbanova tərəfindən məhkəməyə sübut təqdim olunmamışdır. Napisat Qurbanovanın məhkəməyə təqdim etdiyi Hamlet Kelbisov və Muxtar Əlibəyovun barəsində X5 Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərardadı, Ərizəçi barəsində beynəlxalq axtarış elan olunması barədə x xxxxxx 2015-ci il tarixli qərar, Ərizəçi barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında RF Yessentuki Şəhər Məhkəməsinin xx xxx 2015-ci il tarixli qərarı A.M.Həsənov adlı şəxsin xx xxxxx 2010-cu il tarixdə Moskva şəhərində qəsdən öldürülməsi barədə cinayət işi üzrə çıxarılmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Napisat Qurbanovanın valideynlərinin qəsdən öldürülməsində Ərizəçi təqsiri sübuta yetirildiyi təqdirdə onun Azərbaycan Respublikasının vətəndaşı olması cinayət məsuliyyətindən kənarda qalmasına səbəb ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 13.3-cü maddəsinə görə, Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törətmiş şəxslər xarici dövlətə verilmirsə və həmin əməl (hərəkət və ya hərəkətsizlik) bu Məcəlləyə əsasən cinayət sayılırsa, onlar Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilirlər. Beləliklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(006)- 4030/2016 saylı qətnaməsinin X1 hüquq və vəzifələrinə toxunması sübut olunmadığına görə apellyasiya qeyri-mümkün hesab edilərək mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiyanın mümkünlüyü barədə x xxxxxxx 2020-ci il tarixli qərardad ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(006)-4030/2016 saylı qətnaməsindən X1 apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar