Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2489/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 5517/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Məmmədov X1 Emin Rəhman oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəyə minmiş məhkəmə qənaməsinə əsasən Cavabdeh1 “Lexus-RX 300” markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı qaytarmadığına görə avtomobilin dəyərinin satılan tarixə olan pul məzənnəsinə və məbləğə pul formasında Cavabdeh1 27000 mant alınaraq İddiaçı verilməsi barədə qərar qəbu edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 5517/2020 saylı qərardadı ilə iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini, ərizəyə yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş edir. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbər verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina edərkən, qənaətini öz qərardadında əsaslandırmış, iddianın mülki məhkəmə icraatı üzrə iddia icraatı qaydasında baxılmalı olmadığını, məhkəmə qətnamə və qərarlarının icrası qaydasında baxılmalı olduğunu İddiaçı izah etmişdir. Ancaq o, bununla razılaşmayaraq qərardaddan şikayət vermişdir. Şikayətində mübahisə predmeti olan avtomobilin yerləşdiyi yer haqqında icra məmuruna məlumat verdiyini, lakin sonuncunun avtomobilin alınması ilə bağlı heç bir tədbir görmədiyini, onda olan məlumata əsasən avtomobil borclu tərəfindən ehtiyat hissələri kimi satıldığını göstərmişdir. Lakin mülki mühakimə icraatı üzrə iddia icraatı qaydasında baxılmalı olmayan bir ərizə ilə məhkəməyə müraciət edərək bu istəyinə necə nail olacağını əsaslandırmamış, dolayısı ilə, nail olmağa çalışdığı məqsəd üçün düzgün vasitə (yol) seçməmişdir. Çünki, mübahisə predmeti olmuş avtomobilin İddiaçı qaytarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi artıq mövcuddur. Həmin qətnamə qüvvədə ola-ola o, bu dəfə həmin avtomobilin dəyəri olan 27000 manat tələb edir. Belə çıxır ki, İddiaçı Cavabdeh1 eyni vaxtda həm avtomobilin, həm də onun dəyərinin alınmasına nail olmaq istəyir. Lakin bunun üçün qanuni əsas yoxdur. Çünki, o, ikisindən yalnız birini tələb edə bilərdi ki, artıq bunun birinə də nail olmuşdur. Qətnamənin icrasında hər hansı bir çətinlik yarandığı halda onun icra üsulunun və qaydasının dəyişdirilməsi barədə tərəflər yaxud icra məmuru tərəfindən birinci instansiya məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 5517/2020 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 5517/2020 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2489/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2489/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver