Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2491/2023 27.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: barışıq sazişi, icraata xitam) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa olunma və işdən çıxarılma barədə əmrdən müvafiq müddəanın çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixdə ilk 3 ayı sınaq müddəti olmaqla 1 (bir) il müddətinə əmək müqaviləsi bağlanmış, İddiaçı bankın “Zaqatala” filialına inzibatçılıq üzrə mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur.
2. Aydın Seyranlı həmin əmək müqaviləsinə 1 saylı Əlavə qismində xx.xx.2020ci il tarixdə öhdəlik imzalamış, işlədiyi müddətdə və ondan sonra xidməti işi ilə əlaqədar ona məlum olan bank və kommersiya sirrini yaymamaq, bank və kommersiya sirrini təşkil edən məlumatların kənar şəxslər tərəfindən alınması cəhdləri barədə dərhal Bankın təhlükəsizlik departamentinə məlumat vermək öhdəliyi götürmüşdür.
3. İddiaçı, “Amazon.com payoneer.com” satış saytında qeydiyyatda dura bilmələri üçün nişanlısı X6, dostları İlqar İsmayılzadəyə və Səbuhi Balacayevə özünə məxsus olan kart hesabından çıxarış edərək, ad və soyadlarda düzəliş etməklə, habelə hesabın təsdiqlənməsi üçün özünə məxsus "xxxx" ASC-nin qəbzinə banka məxsus “əsli ilə düzdür” ştampı vurub sözügedən sayta yükləmişdir.
4. Yol verdiyi pozuntularla bağlı İddiaçı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə izahatlar alınmış, izahatında o, səhvini tam olaraq dərk etdiyini, bunun banka hər hansı zərər vura biləcəyinin fərqinə varmadığını, səhvini bir daha təkrar etməyəcəyini bildirmişdir.
5. "xxxx" ASC-nin İnsan resurslarının idarə edilməsi departamenti tərəfindən xx.xx.2021-ci il tarixli məktubla həmkarlar ittifaqına müraciət edilmiş, bankın X7 X4 xx.xx.2021-ci il tarixli iclasının qərarı ilə Aydın Seyranlının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam olunmasına razılıq verilmişdir.
6. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 3939k saylı əmri ilə “Zaqatala” filialının inzibatçılıq üzrə mütəxəssisi İddiaçı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, əmr belə əsaslandırılmışdır ki, İddiaçı müxtəlif tarixlərdə müştərilərə dair hesab çıxarışlarını saxtalaşdıraraq və ya hesab çıxarışlarına əlavə məlumatlar əks etdirərək “payoneer.com” saytına yükləmiş, bir halda "xxxx" ASC-yə məxsus kommunal qəbzini saxtlaşdıraraq qəbzin üzərində “əsli ilə düzdür” ştampı vurmuş, bir halda müştərinin kredit və ipoteka müqavilələrini kənar mail ünvanına göndərmiş, iş saatlarından kənar və qanuna zidd əməliyyatlar həyata keçirmiş, hesabına müxtəlif mənbələrdən məbləğlər daxil olmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. İddiaçı (iddiaçı) "xxxx" ASC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Əmək Məcəlləsinin müddəalarına uyğun şəkildə cəzalandırılmaqla işinə bərpa olunması, işdən çıxarılması barədə əmrdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin geri götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən müəyyənləşdirilmiş tələblər çərçivəsində xx.xx.2020-ci il tarixdə cavabdehin əmri ilə “Zaqatala” filialına inzibatçılıq üzrə mütəxəssis vəzifəsinə daxil olmuş, işinə vicdanla yanaşsa da, hər bir insana xas olan xüsusiyyətlər çərçivəsində, cinayət və inzibati məsuliyyətə səbəb olmayacaq dərəcədə bəzi xətalara yol vermiş, nəticədə əmək münasibətlərini tənzimləyən norma və qaydaların pozuntusu ilə işindən kənarlaşdırılmışdır. Belə ki, “Amazon.com payoneer.com” satış saytında qeydiyyatda dura bilmələri üçün nişanlısı (hazırda həyat yoldaşı), Zaqatala rayon Çobankol kənd sakini X6, dostları- Bakı şəhər sakinləri İlqar İsmayılzadəyə və Səbuhi Balacayevə özünə məxsus olan kart hesabından çıxarış edərək, ad və soyadlarda düzəliş etməklə banka məxsus olan əsli ilə düzdür ştampı vuraraq sözügedən sayta yükləmiş, bu əməliyyatı nişanlısının və dostlarının satış saytından qeydiyyatdan keçmələri üçün yerinə yetirmiş, sözügedən çıxarışları yalnız bu məqsədlə sayta əlavə etmiş və heç bir halda digər şəxslərə təqdim etməmişdir. Başqa bir məqsədi olmamışdır və bu əməliyyatdan başqa cür faydalanılması mümkünsüzdür. Bundan başqa, hesabın təsdiqlənməsi üçün özünə məxsus olan "xxxx" ASC-nin qəbzinə əsli ilə düzdür ştampı vuraraq sözügedən sayta eyni məqsədlə yükləmiş, bankın müştərisinə aid olan ipoteka və kredit müqaviləsinin hazırlanması və ya təsdiqlənməsi üçün email vasitəsi ilə Bank rəhbərliyinin məlumatlılığı çərçivəsində Zaqatala rayon notariusuna göndərmişdir. Hansı ki, bu əməliyyatın yerinə yetirilməsi işin tərkib hissəsinə aiddir. Bundan əlavə, iş yoldaşı X8 həmin dövrdə müxtəlif səbəblərdən əmək haqqı kartından istifadəsi mümkünsüz olduğundan, ona yönəldilməsi nəzərdə tutulan pul vəsaiti Rusiya Federasiyasından Zolotoy Korona sistemi vasitəsi ilə onun kartına köçürülmüşdür. Hansı ki, bu əməliyyatın həyata keçirilməsində heç bir qayda və hüquq pozuntuzu olmamışdır. 23 avqust 2021-ci il tarixdə baş ofisin Daxili Nəzarət Departamentinə dəvət olunmuş, Departamentin əməkdaşı onunla dialoq şəklində söhbət apararkən, yuxarıda qeyd etdiyi təfərrüatlara dair dürüst şəkildə bütün məlumatları təqdim etmişdir. Onu həmçinin, ona məxsus “Azercell Debet” kartına daxil olan vəsaitlərin dövriyyəsinə dair bir sıra sorğu-suallar etmişlər. Bakı şəhərindən qayıtdıqdan sonra bir neçə gün işə çıxmağının qarşısını almışlar, lakin xx.xx.2021-ci il tarixdə bankın “Zaqatala” filialından buraxdığı səhvlərə görə sadəcə töhmət alacağını bildirmiş və ciddi problemin olmayacağını izah etmişlər. Baş verənlər işdən kənarlaşdırılmasına əsas ola bilməzdi, odur ki, həmin tarixdən işə çıxaraq xx.xx.2021-ci il tarixinə qədər əmək funksiyasını yerinə yetirmişdir. Bütün bunlara baxmayaraq, heç bir qaydada məlumatlandırılmadan əmək haqqı kartı bloklanmış, ona çatası əmək haqqını və son haqq-hesab pulunu bankda olan kredit borcuna silmişlər. İşdən kənarlaşdırıldıqdan sonra ailədə yeganə gəlir mənbəyi anası X1 294 (iki yüz doxsan dörd) manat əmək haqqından ibarət olmuşdur – hansı ki, bu məbləğin də böyük hissəsi bankdan götürülmüş kreditin bağlanmasına köçürülür. xx.xx.2021-ci il tarixində toy mərasimi olub və yenicə ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra aydındır ki, maddi və mənəvi ehtiyacları daha da çoxalmışdır. Ona iş təklifi gəlsə belə, özü də bir neçə iş üçün müraciət etsə də, sırf yazılmış maddə səbəbindən imtina cavabları almışdır. Bu isə özlüyündə bir gəncin qarşısına divar qoymaq, onun karyerasını və xəyallarını məhv etmək, bir ailənin dolanışığını çox çətin vəziyyətdə, hətta işsiz qoymaq deməkdir. Artıq bu qədər zaman içərisində yazılmış maddə səbəbindən həm maddi durum olaraq, həm də psixoloji olaraq sarsıntı içərisindədir. Buna görə də xahiş edir ki, cavabdeh tərəfindən müvafiq qaydada cəzalandırılmaqla işinə bərpa olunması, işdən çıxarılma əmrində yazılmış Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin geri götürülməsi barədə qətnamə çıxarılsın.
9. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin (mülki işin) aidiyyati üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) göndərilməsi qərara alınmışdır.
10. İddiaçı birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmiş, məhkəməyə ünvanladığı ərizədə iddia tələbini müdafiə etdiyini, iddia müddətini ötürmədiyini bildirmişdir.
11. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı özü də iddia ərizəsində özünə məxsus olan kart hesabından çıxarışda ad-soyadları dəyişib əsli ilə düzdür ştampını vuraraq müvafiq saytlara daxil etdiyini, eyni addımları "xxxx" qəbzinə münasibətdə də həyata keçirdiyini, yəni faktiki olaraq sənədləri saxtalaşdırdığını etiraf etmişdir. Yəni iddiaçı tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edilmiş, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlər aparılmışdır. Bu addımları ilə iddiaçı əmək funksiyasını, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozmuşdur. İddiaçının heç bir hüququ tərəflərindən pozulmamış, bütün proses qanunvericiliyə uyğun şəkildə həyata keçirilmişdir. Digər tərəfdən iddiaçı, iddia müddətini ötürərək məhkəməyə müraciət etmişdir və iddia tələbi həm də müddətin ötürülmüş olması səbəbindən rədd olunmalıdır.
12. Birinci instansiya məhkəməsinin 11 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
13. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının ona həvalə olunmuş vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əmək vəzifələrini kobud şəkildə pozmaqla "xxxx" ASC-nin qanuni mənafeyinə ciddi xələl gətirən hərəkətlərə yol verdiyi müəyyən edilmişdir və buna görə işəgötürən onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etməkdə (əmək müqaviləsinə xitam verməkdə) haqlı olmuşdur. Bundan əlavə araşdırmalar zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2021ci il tarixli əmrlə həmin gün tanış olmuş, xx.xx.2021-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmiş, iddia ərizəsi ilə məhkəməyə (ilk dəfə Zaqatala Rayon Məhkəməsinə) xx.xx.2022-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür.
14. Gəldiyi nəticənin hüquqi əsaslandrması zamanı məhkəmə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə, 72-ci və 296-cı maddələrinə, Mülki Məcəllənin 372-ci və 375-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14-cü, 76.1-ci, 76.2-ci maddələrinə istinad etmişdir.
15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, ona istinad olunan pozuntuların inzibati və ya cinayət məsuliyyəti yaratmadığını, işdən çıxarılması ilə bağlı təklifin həmkarlar təşkilatında onun iştirakı ilə araşdırılmadığını nəzərə almadığını, qanunsuz qərar çıxardığını irəli sürmüşdür.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclasları, verilən izahatlar
16. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, təmsil etdiyi şəxs əmrdə göstərilən pozuntulara yol versə də, bu pozuntular Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında işdən çıxarılması üçün əsas yaratmır. İddiaçının istəyi ondan ibarətdir ki, işdən çıxarılma maddəsi dəyişdirilsin, əks halda başqa iş tapmaqda çətinlik çəkir.
17. Əvvəlki məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X5 şikayətin əsassız olduğunu, iddiaçının ciddi pozuntulara yol verməsi səbəbilə işdən azad edildiyini, onun özünün də bu halı etiraf etdiyini bildirmişdir.
18. Bununla belə sonradan tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladıqları barışıq sazişi elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ünvanlanmış, növbəti məhkəmə iclasında iştirak edən nümayəndələr tərəflərin artıq barışdıqlarını və barışıq sazişi bağladıqlarını bildirməklə sazişin təsdiq olunmasını və işin icraatına xitam verilməsini xahiş etmişlər.
19. Təqdim olunmuş barışıq sazişinə görə, “1. Bu Sazişi imzalamaqla İddiaçı onunla "xxxx" ASC (bundan sonra - Bank) arasında olan əmək müqaviləsinə xitam verilməsinin əsasının (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi) bu Sazişin 2-ci bəndində qeyd edilən əsasa (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi/Əmək Məcəlləsinin 69-cu maddəsi) dəyişdirilməsinə və beləliklə onunla əmək müqaviləsinə xx.xx.2021-ci il tarixindən etibarən onun öz arzusu ilə ləğv edilməsinə dair razılığını (təsdiqini) bildirir. 2. Bank İddiaçı bu Sazişin 1-ci maddəsində qeyd edilən iradə ifadəsini (razılığını, təsdiqini) əsas götürərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) qeyd edilən, Bank və İddiaçı arasındakı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə əsası “işçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi” əsasına (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi/Əmək Məcəlləsinin 69-cu maddəsi) dəyişdirilməsini (o cümlədən, bunu həyata keçirmək üçün zəruri olan bütün hüquqi prosesləri həyata keçirməyi) ağlabatan müddətdə təmin edir. Bu maddənin birinci cümləsindəki müvafiq əmək müqaviləsinin xitamı əsasının dəyişdirilməsi tərəflər arasında əmək münasibətlərinə xitam verilməsi tarixinə şamil edilmir (Tərəflər arasındakı əmək müqaviləsinə xitam verilməsi tarixi (xx.xx.2021) dəyişdirilmədən saxlanılır). 3. İddiaçı Banka qarşı hazırki fərdi əmək mübahisəsindən irəli gələn bütün tələbindən (əmrin ləğvi, işə bərpa və s.), habelə tərəflər arasında mövcud olan əmək münasibətlərindən irəli gələrək yaranmış, məlum olan və ya gələcəkdə yarana biləcək (gələcəkdə meydana çıxa biləcək (məlum olacaq)) bütün fərdi əmək mübahisələri üzrə tələblərindən (Əmək Məcəlləsinin 288-ci maddəsində qeyd edilən və bu maddə ilə məhdudlaşmayan tələblərindən), o cümlədən bununla əlaqədar mülki hüquqi tələblərindən (pul tələbi və s.) qeyd-şərtsiz olaraq imtina etdiyini, həmçinin bunlarla bağlı, nə məhkəmədənkənar (məhkəmədənqabaq), nə də məhkəmə qaydasında Banka qarşı hansısa iddia (bununla bağlı iradə ifadəsi) bildirməyəcəyini (qaldırmayacağını, irəli sürməyəcəyini), habelə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciət (şikayət) etməyəcəyini qəbul edir (təsdiq edir). 4. Bu mülki iş üzrə Tərəflərin birbaşa və ya dolayısıyla çəkdiyi bütün məhkəmə xərcləri (dövlət rüsumları, işə baxılması ilə əlaqədar olan məsrəflər (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində qeyd olunan və bu madd ilə məhdudlaşmayan) və s.) onların özünə (bu xərci çəkmiş Tərəfin özünə) aid edilir və qarşı Tərəfdən qarşılanmır. 5. Bu Sazişin imzalanması eyni mübahisə predmetinə (o cümlədən bu Sazişin 4-cü maddəsində qeyd edilən mübahisə predmetlərinə) aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti (o cümlədən bu Sazişin 4-cü maddəsində qeyd edilən mübahisə predmetləri) ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 7. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. 8. Tərəflərdən hər biri bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatların, o cümlədən bu Sazişin bağlanması faktının konfidensiallığını qorumaq, bu barədə ictimaiyyətə hər-hansı formada (kütləvi informasiya vasitələrində, mediada, sosial şəbəkələrdə və s. formalarda) məlumat verməmək (açıqlamamaq) öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 9. Tərəflərin bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər. 10. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu, o cümlədən onun mövcudluğunu üçüncü şəxslərə açıqlaya bilməzlər: • bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; • bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; • Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; • yaxın qohumlara. 11. Tərəflər razılaşırlar ki, qanunvericiliyə əsasən ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir. 12. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. 13. Bu Sazişin 17-ci maddəsində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. 14. Bu Sazişdən irəli gələn bütün hüquqi nəticələr tərəflərə tam aydındır. 15. Tərəflər təsdiq edirlər ki, bu Sazişi qanunvericiliyə uyğun olaraq tərtib ediblər (bu Saziş qanunvericiliyə zidd deyil) və bu Saziş üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur. 16. Bu Saziş, Tərəflər arasında imzalandıqdan, məhkəmə tərəfindən təsdiq olunduqdan, habelə məhkəmə tərəfindən iş üzrə icraata xitam verilməsi barədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən çıxarılmış müvafiq qərardad qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir və Tərəflər üçün məcburi xarakter daşıyır.
17. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər).”
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 370. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.
21. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
22. Maddə 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir.
23. Maddə 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər.
24. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
Apellyasiya baxışının həddi
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
26. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa olunma və işdən çıxarılma barədə əmrdən müvafiq müddəanın çıxarılması” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış “1. Bu Sazişi imzalamaqla İddiaçı onunla "xxxx" ASC (bundan sonra - Bank) arasında olan əmək müqaviləsinə xitam verilməsinin əsasının (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi) bu Sazişin 2-ci bəndində qeyd edilən əsasa (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi/Əmək Məcəlləsinin 69-cu maddəsi) dəyişdirilməsinə və beləliklə onunla əmək müqaviləsinə xx.xx.2021-ci il tarixindən etibarən onun öz arzusu ilə ləğv edilməsinə dair razılığını (təsdiqini) bildirir. 2. Bank İddiaçı bu Sazişin 1-ci maddəsində qeyd edilən iradə ifadəsini (razılığını, təsdiqini) əsas götürərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) qeyd edilən, Bank və İddiaçı arasındakı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə əsası “işçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi” əsasına (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi/Əmək Məcəlləsinin 69-cu maddəsi) dəyişdirilməsini (o cümlədən, bunu həyata keçirmək üçün zəruri olan bütün hüquqi prosesləri həyata keçirməyi) ağlabatan müddətdə təmin edir. Bu maddənin birinci cümləsindəki müvafiq əmək müqaviləsinin xitamı əsasının dəyişdirilməsi tərəflər arasında əmək münasibətlərinə xitam verilməsi tarixinə şamil edilmir (Tərəflər arasındakı əmək müqaviləsinə xitam verilməsi tarixi (xx.xx.2021) dəyişdirilmədən saxlanılır). 3. İddiaçı Banka qarşı hazırki fərdi əmək mübahisəsindən irəli gələn bütün tələbindən (əmrin ləğvi, işə bərpa və s.), habelə tərəflər arasında mövcud olan əmək münasibətlərindən irəli gələrək yaranmış, məlum olan və ya gələcəkdə yarana biləcək (gələcəkdə meydana çıxa biləcək (məlum olacaq)) bütün fərdi əmək mübahisələri üzrə tələblərindən (Əmək Məcəlləsinin 288-ci maddəsində qeyd edilən və bu maddə ilə məhdudlaşmayan tələblərindən), o cümlədən bununla əlaqədar mülki hüquqi tələblərindən (pul tələbi və s.) qeyd-şərtsiz olaraq imtina etdiyini, həmçinin bunlarla bağlı, nə məhkəmədənkənar (məhkəmədənqabaq), nə də məhkəmə qaydasında Banka qarşı hansısa iddia (bununla bağlı iradə ifadəsi) bildirməyəcəyini (qaldırmayacağını, irəli sürməyəcəyini), habelə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciət (şikayət) etməyəcəyini qəbul edir (təsdiq edir). 4. Bu mülki iş üzrə Tərəflərin birbaşa və ya dolayısıyla çəkdiyi bütün məhkəmə xərcləri (dövlət rüsumları, işə baxılması ilə əlaqədar olan məsrəflər (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində qeyd olunan və bu madd ilə məhdudlaşmayan) və s.) onların özünə (bu xərci çəkmiş Tərəfin özünə) aid edilir və qarşı Tərəfdən qarşılanmır. 5. Bu Sazişin imzalanması eyni mübahisə predmetinə (o cümlədən bu Sazişin 4-cü maddəsində qeyd edilən mübahisə predmetlərinə) aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti (o cümlədən bu Sazişin 4-cü maddəsində qeyd edilən mübahisə predmetləri) ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 7. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. 8. Tərəflərdən hər biri bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatların, o cümlədən bu Sazişin bağlanması faktının konfidensiallığını qorumaq, bu barədə ictimaiyyətə hər-hansı formada (kütləvi informasiya vasitələrində, mediada, sosial şəbəkələrdə və s. formalarda) məlumat verməmək (açıqlamamaq) öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 9. Tərəflərin bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər. 10. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu, o cümlədən onun mövcudluğunu üçüncü şəxslərə açıqlaya bilməzlər: • bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; • bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; • Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; • yaxın qohumlara. 11. Tərəflər razılaşırlar ki, qanunvericiliyə əsasən ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir. 12. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. 13. Bu Sazişin 17-ci maddəsində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. 14. Bu Sazişdən irəli gələn bütün hüquqi nəticələr tərəflərə tam aydındır. 15. Tərəflər təsdiq edirlər ki, bu Sazişi qanunvericiliyə uyğun olaraq tərtib ediblər (bu Saziş qanunvericiliyə zidd deyil) və bu Saziş üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur. 16. Bu Saziş, Tərəflər arasında imzalandıqdan, məhkəmə tərəfindən təsdiq olunduqdan, habelə məhkəmə tərəfindən iş üzrə icraata xitam verilməsi barədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən çıxarılmış müvafiq qərardad qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir və Tərəflər üçün məcburi xarakter daşıyır. 17. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər)” məzmunlu barışıq sazişi təsdiq edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3331/2022 saylı iş üzrə 11 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və həmin mülki işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə