Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2495/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nümyəndəsi və vəkili X2, Maraqlı şəxs X1, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs2nə və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(002)- 2433/2021 saylı qətnaməsindən maraqlı şəxs X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs2nə və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X5 miras əmlakı kimi onun birinci növbədə vərəsələri olan Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X5 xüsusi mülkiyyətində olmuşdur. Həmin ev X5 adına xüsusi mülkiyyət hüququ üzrə 30/828 qeydiyyat nömrəli 30 mart 1989-cu il tarixli qeydiyyat şəhadətnaməsi ilə rəsmi qeydiyyata alınmışdır. Mülkiyyətçi X13 17.06.2020-ci il tarixdə vəfat etmişdir və bu barədə 01 iyul 2020-ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. X5 vəfatından sonra Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini miras əmlak kimi onun birinci növbədə vərəsələri - qızı Ərizəçi2 və arvadı Ərizəçi1 faktiki olaraq qəbul etmişdir. Hər iki ərizəçi mirası faktiki olaraq qəbul etsə də, mülki qanunvericiliyin tələbinə uyğun olaraq mirasın notariusa ərizə verilərək qəbul edilməsi üçün müəyyən edilmiş altıaylıq müddəti koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilən karantin rejiminin yaratdığı məhdudiyyətlər ucbatından ötürmüşlər. Lakin sonradan ərizəçilər Maraqlı şəxs2nə müraciət edərək vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmiş, lakin Maraqlı şəxs2 mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olduqlarını bildirmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Tilat Səfərov vəfat etdikdən sonra həmin evdə onun ikinci həyat yoldaşı Elmira və qızı Çimnaz yaşayır. Hazırda evə və həyətə faktiki ərizəçilər sahiblik edir, ağac və bitkilərə onlar qulluq edirlər. X21 birinci nikahdan dörd övladı olmuşdur, onlardan üçü Zeynəb, Araz və Azər həmin evdən ərizəçilərin xeyrinə imtina etməyə hazırdır. Digər övlad Növrəstə isə narazıdır. Halbuki, Növrəstə həmin evdən 15 il əvvəl köçüb getmiş, mərhumla əlaqəsi olmamış, buna baxmayaraq Elmira və Çimnazın xeyrinə imtina etməsi üçün Elmiradan təxminən otuz min manat dəyərində qızıl-zinət əşyası alaraq imtina edəcəyini bildirmiş, lakin hazırda bu vədini yerini yetirməmişdir. Əslində Növrəstə on beş ildən çoxdur həmin evdə yaşamır, mirası nə faktiki, nə də ərizə verməklə qəbul etməmişdir. Ərizəçilər isə miras əmlakı faktiki qəbul etmişlər və bu faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişlər. Hazırda o, məhkəmədən ərizənin təmin olunmasını xahiş edir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(002)-2433/2021 saylı qətnaməsi ilə ərizə təmin edilərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X5 miras əmlak kimi onun birinci növbədə vərəsələri olan Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Qətnamədən maraqlı şəxs X1 vəkili Vəkil apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(002)-2433/2021 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının diqqətinə Bakı şəhər 8 saylı notariat ofisinin Maraqlı şəxs3 ünvanlamış 22.07.2021-ci il tarixli, 1823 saylı məktubunun məzmununu çatdırmaq istəyir. Belə ki, Bakı şəhər 8 saylı notariat ofisi bildirir ki, 17 iyun 2020-ci il tarixdə vəfat etmiş X6 ölümündən sonra miras qalmış əmlakla bağlı 09.06.2021-ci il tarixdə Maraqlı şəxs2nə müraciət daxil olmuş və 149/2021 nömrəli vərəsəlik işi açılmışdır. Digər vərəsənin 14.07.2021-ci il tarixli ərizəsinə əsasən X9 məxsus əmlakla bağlı vərəsələr arasında mübahisə olduğu üçün və miras qalmış əmlakın notariat qaydasında deyil məhkəmə qaydasında bölünməsini nəzərə alaraq vərəsələr arasında əmlakın bölünməsi ilə əlaqədar müvafiq məhkəməyə müraciət edə bilərsiniz. Mübahisənin olduğunu ərizəçilər öz ərizələrində göstərmişdir, eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsində də öz əksini tapmışdır. Qətnamədə qeyd olunur ki, “X21 birinci nikahdan dörd övladı olmuşdur, onlardan üçü Zeynəb, Araz və Azər həmin evdən ərizəçilərin xeyrinə imtina etməyə hazırdır. Digər övlad Növrəstə isə narazıdır”. Eyni zamanda bildirir ki, Qaradağ Rayon Məhkəməsinə cavabdehlər Ərizəçi1, X17, Ərizəçi2 Tılat qızı, X11, X22, X19 və üçüncü şəxs Maraqlı şəxs2nə qarşı “atam X4 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində vərəsə kimi onun payının müəyyən edilməsinə, yuxarıda göstərilmiş çıxarışa əsasən atam X6 istifadəsinə verilmiş dövlətin mülkiyyətində olan 0.011196 hektar torpaq sahəsinin onun istifadəsinə verilməsinə, onun həmin torpaq sahəsindən istifadə hüququnun tanınmasına, eləcə də vərəsəlik şəhadətnaməsinin verilməsinin Səkkiz saylı notariat ofisinə həvalə edilməsinə dair” iddia tələbi ilə müraciət etmişdir. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsi iddia ərizəsini icraata qəbul etmiş, mülki işə 2(002)-2633/2021 nömrə verilmişdir, işin məhkəmədə baxmağa hazırlanması mərhələsi Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin binasında keçirilməklə 30.08.2021-ci il tarixə, saat 10:20-ə təyin edilmişdir. 30.08.2021-ci il tarixli 2(002)-2633/2021-ci il tarixli bildirişə əsasən mülki işin məhkəmə baxışı 21.09.2021-ci il tarixə, saat 11:00-a təyin olunmuşdur. Deməli ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsində Maraqlı şəxs3 narazı olduğunu, eyni zamanda notariusun müvafiq məktubunda öz əksini tapmış əmlakla bağlı vərəsələr arasında mübahisənin olduğu, həmin məhkəmədə, yəni Qaradağ Rayon Məhkəməsində vərəsəliklə bağlı Ərizəçi1 və Ərizəçi2 cavabdeh qismində işə cəlb olunmasına baxmayaraq, Qaradağ Rayon Məhkəməsi qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, tamamilə qanunsuz və əsassız 08.09.2021-ci il tarixli, 2(002)- 2433/2021 saylı iş üzrə qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs X7, onun vəkili və nümayəndəsi Vəkil şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nümyəndəsi və vəkili X10 apellyasiya şikayətini qəbul etmədi, şikayətin tamamilə əsassız olduğunu bildirib, ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası ərizəçinin nümayəndəsini, maraqlı şəxsi və onun nümayəndəsini dinləyib, apellyasiya şikayətini, şikayətə əlavə edilmiş sənədləri və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(002)-2433/2021 saylı qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən, ərizəçilər digər bacıları X1 mirasdan onların xeyrinə imtina etməyə razı olmadığını bildirmələrinə baxmayaraq, məhkəmə X3 işin baxılmasına cəlb etməmişdir. Maraqlı şəxs tərəfindən təqdim olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(002)-2633/2021 saylı qərardadından görünür ki, məhkəmənin icraatında iddiaçı Maraqlı şəxs3 Tilat qızının cavabdehlər X14, X18, X8, Ərizəçi2, X15 və Ərizəçi1 qarşı miras əmlakın bölünməsi, torpaq sahəsinə istifadə hüququnun tanınması tələbinə dair mülki iş vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.5-ci bəndinə əsasən hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Kollegiya hesab edir ki, hazırkı halda maraqlı şəxs X7 miras əmlakla bağlı onun da hüquqlarının olmasını iddia etdiyindən, bununla da, hüquq haqqında mübahisə yarandığından, ərizəçilərin tələbinə xüsusi icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(002)-2433/2021 saylı qətnaməsi ləğv edilsin, ərizə baxılmamış saxlanılsın. Ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-2495/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2495/2022
30.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver