Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2496/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı1 və qanuni nümayəndəsi X2, Cavabdehlərin nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı1 qanuni nümayəndəsi X2, İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (2 saylı Bakı "Asan Xidmət" Mərkəzinin xüsusi notariusu X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)- 2369/2020 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı1 qanuni nümayəndəsi X5 xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının qanuni nümayəndəsi sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2019-cu il tarixli, 4-Ə-1455 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilərək, onun əsasında verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil mərhumə-X3 adına dövlət qeydiyyatına alınmışdır. xx.xx.1990-cı il tarixdə Rəfiqə Cəfərova ölmüş və mənzil Cavabdeh1 Ağamehdi oğlunun adına dövlət qeydiyyatına alınmışdır. Lakin Cavabdeh1 həmin mənzili oğlu Cavabdeh2 bağışlamış və xx.xx.2019-ci il tarixdə sonuncunun adına cıxarış verilmişdir. Cavabdeh1 Fəriddən başqa xx xxxxxx 2010-cı ildə qeyri rəsmi nikahdan İddiaçı1 adlı uşağı doğulmuş və xx xxxx 2019-cu ildə atalıq müəyyən edilmişdir. Sonuncunun qanuni nümayəndəsi X2 razılığı olmadan mənzil Cavabdeh2 bağışlana bilməzdi, çünki İddiaçı1 da sözü gedən əmlakın varisidir. Mənzilləri öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər; onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Mənzilin Cavabdeh2 bağışlaması İddiaçı1 hüquqlarını və qanuni mənafeyinə xələl gətirmişdir. Cavabdehlər yazılı etirazlarında qeyd etmişlər ki, Cavabdeh1 tam qanuni əsaslarla, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus olan mənzili oğlu Cavabdeh2 bağışlamışdır. Həmin bağışlama prosesində heç bir qanun pozuntusu olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri 11 saylı Vəkil Bürosuna, həmçinin Xətai Rayon Məhkəməsinə ünvanlanmış sorğulara cavab məktublarında qeyd edilmişdir ki, “Bakı şəhəri X12 İcraiyyə Komitəsinin 197814 nömrəli, xx.xx.1981-ci il tarixli orderinə, 85 saylı Mənzil İstismar Sahəsinin 169 nömrəli, xx.xx.2000-ci il tarixli forma-2 arayışına, keçmiş Şaumyan rayon X15 İcraiyyə Komitəsinin 43 nömrəli, xx.xx.1981- ci il tarixli protokoluna, Xətai rayon X15 İcraiyyə Komitəsinin 11/10.3 nömrəli xx.xx.1991-ci il tarixli qərarına və X1 razılıq ərizəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 65, 133 saylı mənzil xx.xx.2000-ci il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir. 2 saylı ASAN Xidmət Mərkəzinin dövlət notariusu tərəfindən bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1455 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən mənzil Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Göründüyü kimi, mübahisə edilən mənzil tam qanuni əsaslarla ilkin olaraq, Cavabdeh1 adına, daha sonra isə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2369/2020 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün olmayaraq hesab etmişdir ki, İddiaçı1 Cavabdeh1 vərəsəsi və gələcəkdə əmlakdan pay haqqı almaq hüququna malik olan şəxs kimi və maraqlarına toxunduğu üçün mübahisəli mənzilin bağışlanması barədə iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi məsələsinə münasibətdə də, məhkəmə düzgün olmayaraq hesab etmişdir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 667.1-ci maddəsi təşkil edir. Həmin müddəada bağışlama müqaviləsinin bağlanmasını istisna edən 2 şərt nəzərdə tutulmuşdur. Maddədə qeyd edilir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Göründüyü kimi məhkəmə qanunun normasını - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-ci maddəsini səhv tətbiq edərək, düzgün olmayan nəticəyə gəlmiş, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Göründüyü kimi, məhkəmə işin hallarına düzgün qiymət verməmişdir. Cavabdeh1 tam qanuni əsaslarla, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus olan mənzili oğlu Cavabdeh2 bağışlamışdır. Həmin bağışlama prosesində heç bir qanun pozuntusu olmamışdır. Birinci instansiya məhkəməsi isə sağ ikən Cavabdeh1 ölmüş şəxs (miras qoyan) statusuna bərabər tutmuşdur. Məhkəmənin mövqeyindən belə çıxır ki, mülkiyyətçi Cavabdeh1 Ağamehdi oğlu ölənə qədər heç bir əmlakını nə bağışlaya, nədə ki, alqı-satqı yolu ilə özgəninkiləşdirə bilməz. Hansı ki, bu da özlüyündə Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Mülki Məcəlləyə və hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına ziddir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili X10 apellyasiya şikayətini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsi X5 apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs 2 saylı Bakı "Asan Xidmət" Mərkəzinin xüsusi notariusu X9 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İşin faktiki hallarına görə xx.xx.1981-ci il tarixdə Bakı şəhəri XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş 197814 nömrəli order əsasında Bakı şəhəri, Gəncə prospekti, 65 saylı evin 133 saylı mənzili (bundan sonra – Mənzil) X4 verilmişdir. Cavabdehlər - Cavabdeh1 Rəfiqə Cəfərovanın oğlu, Cavabdeh2 isə nəvəsidir (Cavabdeh1 oğludur). Xətai rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixdə qəbul etdiyi 11/10.3 saylı qərarı ilə Mənzilin maliyyə hesab vərəqəsi, X3 xx.xx.1990-cı il tarixdə ölməsi ilə əlaqədar olaraq, Cavabdeh1 adına keçirilmişdir. Daha sonra, Mənzil xx.xx.2000-ci il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir (DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məlumatı). 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin xüsusi notariusu tərəfindən xx.xx.2019-cu il tarixdə 4-Ə-1455 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsi əsasında mənzil Cavabdeh1 tərəfindən oğlu, digər cavabdeh Fərid Cəfova bağışlanmış və sonuncunun Mənzilə dair mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmaqla (qeydiyyat nömrəsi: **********), bu barədə 299970 saylı Çıxarış verilmişdir. Bundan başqa, Cavabdeh1 İlhamə Bədəlova ilə qeyri rəsmi münasibətlərindən xx.xx.2010-cu il tarixdə İddiaçı1 adlı övladı doğulmuşdur. Cavabdeh1 İddiaçı1 atası olması faktı xx.xx.2019-cu il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ilə müəyyən edilmişdir. İş materiallarından müəyyən olunur ki, mübahisəli mənzil bağışlanana qədər Cavabdeh1 mülkiyyətində olmuşdur. Bu barədə ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məlumatında qeyd edilmişdir ki, Bakı şəhəri X12 İcraiyyə Komitəsinin 197814 nömrəli, xx.xx.1981-ci il tarixli orderi, 85 saylı Mənzil İstismar Sahəsinin 169 nömrəli, xx.xx.2000-ci il tarixli forma-2 arayışı, keçmiş Şaumyan rayonu X12 İcraiyyə Komitəsinin 43 nömrəli xx.xx.1981-ci il tarixli protokolu, Xətai rayonu X12 İcraiyyə Komitəsinin 11/10.3 nömrəli xx.xx.1991-ci il tarixli qərarı və X1 razılıq ərizəsi nəzərə alınmaqla mənzil xx.xx.2000-ci il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir. xx.xx.2019-cu il tarixdə 4-Ə-1455 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsi əsasında mənzil Cavabdeh1 tərəfindən oğlu, digər cavabdeh Fərid Cəfova bağışlanmışdır. Eyni zamanda, o da işin mübahisəsiz halıdır ki, iddiaçı olan azyaşlı İddiaçı1 Cavabdeh1 oğludur və o, xx.xx.2010-cu il tarixdə doğulmuş, atalıq Xətai rayonu qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə müəyyən edilmişdir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxx 2021-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında göstərilmişdir ki, vərəsəlik hüquq institutu ailə və əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimlədiyindən, bağışlanmış əşyanın vərəsəlik hüququ ilə məhdudlaşdırılmasına dair göstəriş Mülki Məcəllənin 32-ci fəslində də nəzərdə tutulmuşdur. Həmin fəsil bağışlamaya dair normaları təsbit edərək, bağışlama müqaviləsini sağ ikən bağlanan və hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirən, hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyən müqavilə kimi müəyyən etmişdir (Mülki Məcəllənin 666.1-ci maddəsi). Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulmuşdur. Belə ki, Məcəllənin 667.1-ci maddəsində göstərilmişdir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Müvafiq maddədə bağışlama hüququnun konkret hansı vərəsələrin hüquqları ilə məhdudlaşdırıldığı dəqiq göstərilməsə də, Mülki Məcəllənin 667.1, 1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır. Beləliklə, Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarını təsbit edir. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür. Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən mülkiyyətçi tərəfindən əmlakın bağışlanmasının (əvəzsiz olaraq özgəninkiləşdirilməsi) digər əsaslarla yanaşı, vərəsəlik hüququ ilə məhdudlaşdırılması ailə maraqlarına xidmət etməklə, mirasda məcburi pay hüququna sahib olan vərəsələrin məcburi paylarının mülkiyyətçi tərəfindən müxtəlif motivlə verilmiş sərəncam nəticəsində pozulmasının qarşısını almaq məqsədi güdür. Yuxarıda qeyd edilənlən hüquqi mövqedən çıxış edərək hazırkı iddianın dəlillərini qiymətləndirərkən müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə mübahisəli mənzili bağışlama müqaviləsi əsasında digər Cavabdeh2 bağışlayarkən Mülki Məcəllənin 667.1-ci maddəsinin tələblərini pozmuşdur. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2369/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-2496/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2496/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver