Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2498/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh X6 qarşı mülki iş üzrə (açar sözlər: mənzilə köçürmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh və X2, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı “mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-337/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Tərəflər arasında 04 may 2011-ci ildə rəsmi nikah bağlanmışdır. Tərəflərin birgə nikahından 16 yanvar 2015-ci il təvəllüdlü X18 və 18 avqust 2017-ci il təvəllüdlü X14 anadan olmuşdur. 13 iyul 1989-cu il tarixli 107854 saylı orderin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 46.74 kv.m olan 100 saylı mənzil cavabdehlərin atası X10 məxsus olmuşdur. Mənzilin hüquqi statusu ilə əlaqədar birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Daşınmaz Əlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi idarəsindən bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən 100 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentindən bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Şıxlinski küçəsi 15 saylı yaşayış binası və həmin binada yerləşən 100 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla Xətai rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Cavabdehlərin atası X15 28 avqust 2013-cü il tarixdə vəfat etmiş, birinci instansiya məhkəməsində aparılan tədqiqat zamanı həmin mənzilə dair yeni sosial kirayə müqaviləsinin bağlanması aşkar edilməmişdir. Apellyasiya məhkəməsi instansiyasının sorğularına cavab olaraq təqdim olunan Bakı şəhəri Xətai RİH-in xx.xx.2025-ci il tarixli 33 saylı sərəncamından çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Şıxlinski küçəsi 15 saylı evin 100 saylı mənzilinə dair Cavabdeh ilə daimi kirayə müqaviləsi bağlanaraq şəxsi maliyyə hesabında dəyişiklik edilərək Cavabdeh mənzilin kirayəçisi hesab edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli çıxarından müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Şıxlinski küçəsi, 15 saylı evin 100 saylı mənzili (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi giriş 183, M6, m1) Cavabdeh Malik oğlunun xüsusi mülkiyyətindədir. Hədiyyə verən Cavabdeh Malik oğlu ilə hədiyyə alan X11 arasında bağlanmış xx.xx.2025-ci il tarixli bağışlama müqaviləsindən müəyyən olunur ki, hədiyyə verən mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Şıxlinski küçəsi, 15 saylı evin 100 saylı mənzilini (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi giriş 183, M6, m1) hədiyyə alana bağışlamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli çıxarından müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Şıxlinski küçəsi, 15 saylı evin 100 saylı mənzili (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi giriş 183, M6, m1) X3 xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Xətai rayonu, Şıxlinski küçəsi, ev 15, mənzil 100-ə azyaşlı övladları X18 və X14 ilə birlikdə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh ilə el adəti ilə toy edib 04 may 2011-ci il tarixdə nikahı VVADQ idarəsində 631 nömrəsi ilə qeydiyyata alınmaqla ailə qurmuşdur. Birgə nikahdan 16 yanvar 2015-ci il təvəllüdlü X18 və 18 avqust 2017-ci il təvəllüdlü X14 anadan olmuşdur. Artıq uzun müddətdir ki, cavabdehlə ümumi təsərrüfatı idarə etmirlər. Cavabdeh iddiaçı ilə və övladları ilə maraqlanmır. İddiaçıya və övladlarına qarşı laqeydlik göstərir. Cavabdeh 2023-cü ilin oktyabr ayında səhlənkarlıq etməyə başlayaraq nə aliment ödəyir, nə də onları mülkiyyətində olan mənzildə yaşamağa imkan vermir. Belə ki, birgə nikah dövründə Xətai rayonu, Şıxlinski küçəsi ev 15, mənzil 100-də Cavabdeh ilə birlikdə yaşamışlar. Tərəflər arasında münasibətlər pozulana qədər iddiaçı və azyaşlı övladları həmin ünvanda yaşamışdır. Tərəflərin həmin evdə yaşadıqları müddətdə dəfələrlə həmin evin yaxşılaşdırılması üçün təmir işləri aparmışlar. Hal-hazırda tərəflərin ailə münasibətləri rəsmi qaydada pozulmayıb. Lakin hazırda yaşamağa şəraiti yoxdur. Buna əsasən də hazırda Cavabdeh məxsus Xətai rayonu, Şıxlinski küçəsi ev 15, mənzil 100-ə azyaşlı övladları X18 və X14 ilə birlikdə köçürülməyi barədə qətnamə qəbul edilməlidir. Hal-hazırda iddiaçının həmin mənzildən istifadə hüququ var, lakin cavabdeh buna maneələr yaradır. DƏDRX-nin məktubuna əsasən mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestr xidmətindən qeydiyyatdan keçməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin vəkili iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı izahat verən cavabdeh bildirmişdir ki, həmin mənzil atasının olmuş, iddiaçı 2010-cu ildə həmin evə gəlin gəlmişdir. Hazırda həmin evdə yaşayış yoxdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 337/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı övladları - 16 yanvar 2015-ci il təvəllüdlü X18 və 18 avqust 2017-ci il təvəllüdlü X14 ilə birlikdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 46.74 kv.m olan 100 saylı mənzilə köçürülməsi, İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin mübahisəli evdə birgə yaşaması, ümumi təsərrüfatı birgə idarə etməsi və sonradan iddiaçının cavabdehlə münasibətləri pisləşdiyi üçün iddiaçının evdən çıxmaq məcburiyyətində qalması işin mübahisəsiz hallarıdır. Məhkəmə qeyd etmişdir ki, hazırkı mülki iş üzrə iddia tələbinə düzgün qiymət verilməsi üçün ilk öncə mənzilin statusu, daha sonra iddiaçının köçürülməsini tələb etdiyi mənzilə dair hüquqlarının olub-olmaması, olduğu təqdirdə hansı hüquqlarının olması müəyyən edilməlidir. Mənzilin statusu ilə bağlı məhkəmə qeyd edir ki, hər iki tərəfin verdiyi izahatlardan və iş materiallarından görünür ki, mənzil cavabdehin atasına order əsasında verilmiş, lakin dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə araşdırması zamanı izahat verən cavabdeh iddiaçının 2010-cu ildə həmin evə gəlin gəldiyini və orada yaşadığını, daha sonra münasibətlər pisləşdiyi üçün mənzildən çıxdığını bildirmişdir. Məhkəmə istinad olunan mənzilin dövlətin mənzil fonduna aid olmasını, hazırkı müddətdə mənzilə dair hər hansı sosial kirayə müqaviləsinin bağlanmamış olmasını, iddiaçının cavabdehlə 2010-cu ildən həmin mənzildə yaşamasına əsaslanaraq Konstitusiyanın təsbit etdiyi müddəanı tətbiq etməklə iddiaçının övladları ilə birgə mənzilə köçürülməsi qənaətinə gəlir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 27.1, 27.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 124.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 337/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Xətai rayonu, Şıxlinski küçəsi, ev 15, mənzil 100ə azyaşlı övladları X18 və HəsənYağmur İman qızı ilə birlikdə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdeh Həsənovİman Məlik oğlu ilə el adəti ilə toy edib 04 may 2011-ci il tarixdə nikahı VVADQ idarəsində 631 nömrəsi ilə qeydiyyata alınmaqla ailə qurmuşdur. Birgə nikahdan 16 yanvar 2015-ci il təvəllüdlü X18 və 18 avqust 2017-ci il təvəllüdlü X14 anadan olmuşlar. Artıq uzun müddətdir ki, cavabdehlə ümumi təsərrüfatı idarə etmirlər. Cavabdeh iddiaçı ilə və övladları ilə maraqlanmır. İddiaçıya və övladlarına qarşı laqeydlik göstərir. Cavabdeh 2023-cü ilin oktyabr ayında səhlənkarlıq etməyə başlayaraq nə aliment ödəyir, nə də onları mülkiyyətində olan mənzildə yaşamağa imkan vermir. Belə ki, birgə nikah dövründə Xətai rayonu, Şıxlinski küçəsi ev 15, mənzil 100-də Cavabdeh ilə birlikdə yaşamışlar. Tərəflər arasında münasibətlər pozulana qədər iddiaçı və azyaşlı övladları həmin ünvanda yaşamışdır. Tərəflərin həmin evdə yaşadıqları müddətdə dəfələrlə həmin evin yaxşılaşdırılması üçün təmir işləri aparmışlar. Hal-hazırda tərəflərin ailə münasibətləri rəsmi qaydada pozulmayıb. Lakin hazırda yaşamağa şəraiti yoxdur. Buna əsasən də hazırda Cavabdeh məxsus Xətai rayonu, Şıxlinski küçəsi ev 15, mənzil 100-ə azyaşlı övladları X18 və X14 ilə birlikdə köçürülməsi barədə qətnamə qəbul edilməlidir. Halhazırda iddiaçının həmin mənzildən istifadə hüququ var, lakin cavabdeh buna maneələr yaradır. DƏDRX-nin məktubuna əsasən mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestr xidmətindən qeydiyyatdan keçməmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-337/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı övladları - 16 yanvar 2015-ci il təvəllüdlü X18 və 18 avqust 2017-ci il təvəllüdlü HəsənYağmur İman qızı ilə birlikdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 46.74 kv.m olan 100 saylı mənzilə köçürülməsi qət edilmişdir. Hesab edir, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi ümumiyyətlə hazırkı mübahisəyə heç bir aidiyyəti olmayan Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1 və 27.3-cü maddələrinə istinad edərək belə qənaətə gəlmişdir ki, istinad olunan mənzilin dövlətin mənzil fonduna aid olmasını, hazırkı müddətdə mənzilə dair hər hansı sosial kirayə müqaviləsinin bağlanmamış olmasını, iddiaçının cavabdehlə 2010-cu ildən həmin mənzildə yaşamasına əsaslanaraq Konstitusiyanın təsbit etdiyi müddəanı tətbiq etməklə iddiaçının övladları ilə birgə mənzilə köçürülməlidir. Hesab edir, birinci instansiya məhkəməsinin mövqeyi tamamilə yanlışdır və maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş qətnamə qanunsuz və ədalətsiz olduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarında olan 13 iyul 1989-cu il tarixli 107854 saylı orderin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 46.74 kv.molan 100 saylı mənzil cavabdehin atası X10 məxsus olmuşdur. İşin məhkəmə iclasılarında müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçı mərhum Malik Həsənovun gəlini olmuş və 2010-cu ildə onun icazəsi ilə oğlu olan cavabdehlə mübahisəli mənzilə köçmüşlər. Məhkəmə iclasında o da müəyyən edilmişdir ki, Malik Həsənov onlarla birlikdə yaşamamış və birgə təsərrüfat aparmamışdır. Göründüyü kimi iddiaçı, kirayəçinin ailə üzvü olmamış və onun həmin mənzilə heç bir hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 66.1.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin müəyyən edilmiş qaydada yaşadığı yaşayış sahəsinə digər şəxsləri köçürmək hüququ vardır. Məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyir ki, iddiaçının mübahisəli mənzilə heç bir hüququ yaranmadığından, cavabdehlə artıq faktiki olaraq ailə münasibətlərinə xitam verildiyindən hazırkı iddia tələbi təmin edilə bilməzdi. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, mübahisəli mənzil order əsasında cavabdehin atasına məxsus olmuş və 6 nəfər ailə üzvü ilə həmin mənzilə köçmüşdür. İş materiallarından o da məlum olur ki, hazırda mənzil Xətai rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Göründüyü kimi hazırkı iş üzrə iddia yanlış cavabdehə qarşı qaldırılmış orderdə adları keçən digər şəxslər və balans saxlayıcıya qarşı heç bir tələb qaldırılmamışdır. Halbuki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 12-ci maddəsinə əsasən mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığıilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, buna müvafiq olaraq qanunverici “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 3-cü maddəsində digər prinsiplərlə yanaşı, həmçinin yaşadıqları mənzillərin Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması və özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət prinsiplərini təsbit etmişdir. Qanunun göstərilən birinci prinsipdən irəli gələn başlıca məqsədi – yaşayış sahəsinə müstəqil şəkildə sahib olmaq, istifadə etmək, sərəncam vermək və daşınmaz əmlak bazarında iştirak etmək imkanının təqdim edilməsi vasitəsilə vətəndaşların mənzil ehtiyaclarının və mənzil fondunun istifadəsinin və qorunmasının daha səmərəli şəkildə təmin edilməsi kimi qəbul edilməlidir. Qanunun yuxarıda qeyd olunan ikinci prinsipdən irəli gələn digər mühüm məqsədi isə özəlləşdirmə zamanı və onun nəticəsində yaranan münasibətlərin bütün iştirakçılarının, o cümlədən yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının müdafiəsinə yönəlmişdir. Məhz bu iki məqsədin qarşılıqlı təminatı baxımından qanunverici “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş qaydanı müəyyən etmişdir. Həmin maddənin birinci hissəsinin birinci cümləsinin məzmununa görə özəlləşdirilmiş mənzilin mülkiyyətçisi yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzilə öz mülahizəsinə görə sahiblik edir, istifadə edir və onun barəsində sərəncam verir, onu vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onun barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Eyni mövqe Avropa İnsan Hüquqları Məhkəməsinin hazırkı işlə oxşar məzmunlu 27 sentyabr 2007-ci il tarixli qərarında (Akimova Azərbaycana qarşı) öz əksini tapmışdır. Həmin qərarın müvafiq bəndlərində (39, 40, 41) məhkəmə müəyyən etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Göründüyü kimi, iş üzrə cəlb edilməmiş şəxslərin mülkiyyətə gözlənti hüquqları olduğu halda məhkəmə hazırkı mənzilə özbaşına tikili statusunda baxaraq hazırkı iddianı təmin etmişdir. Bununla da hesab edir ki, məhkəmə qeyd edilən prosessual hüquq normasını pozmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, nümayəndəsinin izahatını təsdiq edib, izahatında göstərmişdir ki, iddiaçı özbaşına evi tərk edib. Onu təhqir edib, çəngəllə, bıçaqla hədələyib, öz istəyi ilə evdən çıxıb gedib. Evdə iddiaçıya məxsus yataq mebeli qalıb, qalan əşyalarını iddiaçı götürüb. İddiaçı özü, anası, xalası, qardaşı ilə birlikdə gəlib bütün əşyalarını yığıb aparıb. Bu da evdən çıxıb gedəndən 4 gün sonra olub. İddiaçı nikaha daxil olduqdan sonra mübahisəli mənzilə köçmüşdür. O vaxta kimi mənzildə o, atası ilə yaşamış, anası 1999-cu ildə, atası isə 2013-cü ildə vəfat etmişdir. Mənzil üç otaqdan ibarətdir. Atası dünyasını dəyişənədək mənzildə yaşamış, başqa mənzilləri yoxdur. X7rın mənzilində yaşamamış, onun Nərimanov rayonunda öz evi vardır. Vəfat edən qardaşı X12 yaşamışdır. X21 də onlar nikaha girəndə burda olmamış, hazırda da Azərbaycandan kənardadır. X13 1992-ci ildə nikaha girib və o vaxtdan Masazır qəsəbəsində yaşayır. Hazırda o, mənzildən çıxmış, lakin mənzilə gedib-gəlir. İndi o, qardaşı və bacısıgildə qalır. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəsatəti əsasında cavabdeh qismində cəlb olunan X11 izahatında göstərmişdir ki, ev onun atasının və anasının olmuşdur. Onlar vəfat etdikdən sonra ailənin böyük oğlu kimi evi Ermənistandan bura dəyişmişdir. Tərəflər evlənəndən sonra atasının razılığı ilə mübahisəli mənzildə yaşamışlar. İki ildən sonra atası vəfat etmişdir. Ev orderlə idi, o, vərəsə kimi bacı, qardaşlarının razılığı ilə evi öz adına keçirmişdir. Hazırda mənzil onun mülkiyyətindəri. Çıxarışı almaq üçün müraciət edəndə məhkəmədə tərəflərin işinin getdiyini bilmişdir. Hazırda o, iddiaçının həmin mənzildə köçüb yaşamasına razı deyildir. Çünki iddiaçı onu, ata-anasını, oğul-qızını söyüb, təhqir edib. Qardaşının da mənzildə yaşamasını istəmir. Onlar harada yaşayırlar özləri bilər. O, ağsaqqal kimi iddiaçını məsələni müzakirə etmək üçün çağırmış, iddiaçı onu ağsaqqal kimi saymadığını demişdir. İddiaçıya aid mənzildə bir şkaf, bir də yataq dəsti vardır. Digər əşyaları iddiaçı evdən çıxdıqdan 4-5 gün sonra xalası, anası, qardaşı gəlib evdən çıxarmışlar. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayıb, iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq izahatında övladları ilə birlikdə kirayədə yaşadığını, əri ilə arasında olan mübahisə ilə bağlı mənzildən küsüb getməsini, mənzildə onun və övladlarının hüququnun olmasını, başqa yaşayış yerinin olmamasını, nikahının pozulmamasını bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25.Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 33. Mənzil toxunulmazlığı hüququ İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71.İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ.Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş). Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 83. Bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş mübahisəsiz hallarına görə, 13 iyul 1989-cu il tarixli 107854 saylı orderə əsasən, Bakı şəhəri, Xətai rayonu, Şıxlinski küçəsi, 15 saylı evin 100 saylı mənzili X10 ailə üzvləri ilə birlikdə ayrılmış, mənzilin icarədarı olan X9 razılığı ilə sonuncunun ailə üzvü olan Cavabdeh 04 may 2011-ci il tarixdə nikaha daxil olduqdan sonra, icarədarın razılığı ilə İddiaçı mübahisəli mənzilə özünün ailə üzvü olaraq köçürmüş, Cavabdeh İddiaçı ilə birgə nikahından bu mənzildə iki övladı - 16 yanvar 2015-ci il təvəllüdlü X18 və 18 avqust 2017-ci il təvəllüdlü X14 anadan olmuşdur. Cavabdeh və İddiaçı ilə birlikdə yaşayan mənzilin icarədarı X15 28 avqust 2013-cü il tarixdə vəfat etmişdir. İddiaçı Cavabdeh ilə aralarında yaranmış ailə münaqişəsi nəticəsində 2023-cü ildə övladları ilə birlikdə yaşadığı mənzildən çıxmış, mənzilə qayıtmasında manelər yarandığından 2024-cü ilin avqust ayında övladları ilə birlikdə mənzilə köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə apellyasiya məhkəməsi instansiyasında aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai RİH-in xx.xx.2025-ci il tarixli 33 saylı sərəncamına əsasən, Bakı şəhəri, Xətai rayonu, Şıxlinski küçəsi 15 saylı evin 100 saylı mənzilinə dair Cavabdeh ilə daimi kirayə müqaviləsi bağlanaraq şəxsi maliyyə hesabında dəyişiklik edilərək Cavabdeh mənzilin kirayəçisi hesab edilmiş, daha sonra dövlət mülkiyyətində olan mənzil özəlləşdirilərək xx.xx.2025-ci il tarixdə Cavabdeh mənzilə dair mülkiyyət hüququ qeydə alınmış, bundan sonra xx.xx.2025-ci il tarixdə Cavabdeh Malik oğlu mülkiyyətində olan mənzili qardaşı X8 bağışlamış, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Şıxlinski küçəsi, 15 saylı evin 100 saylı mənzili (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi giriş 183, M6, m1) X3 xüsusi mülkiyyətindədir. Göründüyü kimi iddiaçı dövlət mülkiyyətində olan mənzilə 2011-ci ildə mənzilin icarədarının və onun ailə üzvünün razılığı ilə köçürülüb, bu mənzildə yaşayan icarədar və onun oğlu olan Cavabdeh ilə birgə təsərrüfat aparıb 2023-cü ilədək mənzildə yaşamaqla, hazırda da X4 ailə üzvü olaraq, övladları ilə birlikdə mənzilə istifadə hüququ əldə etmişdir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdehlərin iddiaçının övladları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Şıxlinski küçəsi, 15 saylı evin 100 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi giriş 183, M6, m1) köçürülmələrinə qarşı etirazları əsassızdır. Belə ki, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Belə öhdəlik isə iddiaçı tərəfindən mənzilin yeni mülkiyyətçisinə verilməmişdir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də Cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-337/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2498/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2498/2025
29.07.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver