Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-250/2023 06.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (müstəqil tələbi irəli sürməyən üçüncü şəxs X19 cəlb edilməklə) “fərdi yaşayış evinin boşaldılması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə İş № 2(103)-250/2023 Açar sözlər:(mənzildən çıxarılma, mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X12 və X3 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh, Müstəqil tələbi irəli sürməyən üçüncü şəxsX9 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(008)-2998/2021 saylı qətnaməsindən İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı X9 arvadı, Cavabdeh isə X9 birinci nikahdan olan oğludur. 2.16 noyabr 1998-ci il tarixli, 12 nömrəli Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarına əsasən, X6 Beşinci kvartal sahəsi 91 saylı həyətyanı torpaq sahəsi ayrılmışdır.15 mart 1999-cu il tarixli, 03 nömrəli Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarına əsasən, X10 Beşinci kvartal sahəsi, 91V saylı həyətyanı torpaq sahəsi ayrılmışdır. 3.Hal-hazırda həmin torpaq sahəsində bir fərdi ev inşa edilmişdir. İddiaçı həmin evin yerləşdiyi torpaq sahəsinin əri X19 tərəfindən alındığını, ər-arvad həmin torpaq sahəsində üç mərtəbəli ev inşa etdiklərini, hazırda isə ərinin 1-ci nikahdan olan oğlu Cavabdeh evi boşaltmaq istəmədiyini israr edərək hazırkı mübahisəni başlatmışdır. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı Cavabdeh qarşı (müstəqil tələbi irəli sürməyən üçüncü şəxs X19 cəlb edilməklə) əvvəlcə iddia ərizəsi, sonra isə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bərabər onun həyat yoldaşı X4 və uşaqlarının ona məxsus Bakı şəhəri, Sabunçu rayon, Savalan qəsəbəsi 91 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və onun ailəsi ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh evin kilidini qıraraq evə icazəsiz köçmüş və oranı zəbt etmişdir. O vaxtdan cavabdehi evdən çıxara bilməmişlər. Evin əsl sahibləri iddiaçı və həyat yoldaşıdır. Cavabdehin qeydiyyatı Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi, ev 20, mənzil 34-dədir. Cavabdeh iddiaçı tərəfə evə köçməyə icazə vermir və hədə-qorxu gəlir. 6.Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ olmadığından iddia tələbi rədd edilməlidir. 7.Məhkəmə iclasında ifadə verən şahid X11 ifadəsində bildirmişdir ki, Cavabdeh onun qonşusudur. O, həmin ərazidə yaşamağa başlayan vaxtdan indiyədək Orxan qeyd olunan evdə öz ailəsi ilə birlikdə yaşayır. Evin sahibi kimi yalnız Orxanı tanımışdır. Əvvəllər Orxanın atası ilə münasibətləriyaxşı olub, atası Orxanın evinə gəlib-gedirdi. Orxandan başqa nə Orxanın atasının, nə də başqa şəxslərin həmin evdə yaşamasını görməmişdir. İddiaçı adlı şəxsi həmin ərazidə və evdə görməmişdir. 8.Məhkəmə iclasında ifadə verən şahid X20 ifadəsində bildirmişdir ki, Cavabdeh qonşusudur, 2008-ci ildən Savalanda yaşayır, 2013-cü ildən Cavabdehı tanısa da, Elşən və Vüsaləni tanımır. Cavabdeh həmin evdə ailəsi, uşaqları ilə birlikdə yaşayır. Orxanın yaşadığı evin arxa hissəsindəki evdə yaşayır. 9.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 11 iyun 2021-ci il tarixli, 2(008)-2998/2021 saylı qətnaməsi ilə (hakim-Nilufər Cəfərli) iddia tələbi təmin edilməmişdir. 10.Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisənin predmenti olan ünvan ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikilidir və həmin ev Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-də heç bir qeydiyyatdan keçməmişdir. Hazırki mübahisə isə, özbaşına tikili hesab edilən fərdi yaşayış evindən çıxarılma və həmin evə köçürülmə tələbi olsa da, iddiaçının həmin evə qanunla müəyyən edilmiş qaydada hər hansı bir hüququ olması, yəni həmin əmlaka dair hüquqmüəyyənedici sənədlərinin olması məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilmədi. 11.Belə ki, məhkəmə iclasında həmin torpaq sahəsinin qeyri-rəsmi şəkildə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 tərəfindən alındığını və özbaşına tikilinin onun təkbaşına yaşadığı dövrdə əldə edilmiş vəsaiti hesabına, onun tərəfindən tikdirildiyi israr edilsə də, bu halları təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. 12.Məhkəmə eyni zamanda qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikili olduğu üçün həmin evin yerləşdiyi torpaq sahəsinə verilmiş etibarnamələr də evə hüquq vermir və etibar edənin etibar edilənə özünə məxsus hüquqlarını həyata keçirmək üçün verilmiş səlahiyyətləridir. 13.Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh 2014-cü il tarixdən həmin evdə yaşamış, sözügedən əmlakdan istifadə etmiş, hal-hazırda da ailəsi ilə birlikdə orada yaşayır və daşınmaz əmlakdan istifadə hüququndan irəli gələn bütün sənədlər, o cümlədən, ödənişlər Cavabdeh adına rəsmiləşdirilmişdir. İddiaçı və onun həyat yoldaşı X19 daşınmaz əmlakla bağlı öz aktiv hərəkətlərini təsdiq edəcək hər hansı mötəbər, təkzibolunmaz sübutları məhkəməyə təqdim edə bilməmişlər. 14.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin139.1, 139.3, 146.1, 146.2, 152.1, 180.1, 180.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 15.Qətnamədən İddiaçıvə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 tərəfindən birgə qaydada apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinin xahiş etmişlər. 16.Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və bir sıra prosessual hüquq pozuntularına yol verilmişdir. Cavabdehin mübahisəli evə hər hansı hüququ olmamışdır. Apellyator digər əsaslar da göstərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. 17.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9992/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-2998/2021 nömrəli, 11 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. 18.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 19.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Kassasiya instansiyası məhkəməsindəki icraat 20.İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 21.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2022-ci il tarixli 2(102)-1805/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2(103)-9992/2021 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. 22.Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı şəhəri, Maştağa qəsəbəsi, Beşinci Kvartal 91V nömrəli ünvanındayerləşən fərdi yaşayış evi hazırkı mübahisənin predmetidir.Məhkəmələr hər iki tərəfin tələb və etirazlarının əsası olaraq torpaq sahəsininhansı orqanın qərarı ilə, kimə ayrılması ilə bağlı sənədləri mübahisəni həll ed biləcəksübutlar kimi istifadə etməmişlər. Kollegiya belə mövqe ilə razılaşır. Çünki, torpaqsahəsinin ayrılmasına dair Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbə üzrə icranümayəndəliyinin qərarı və həmin qərara istinad edilərək verilmiş etibarnamələr mübahisənin həllində köməklik etməyəcəkdi. Ona görə ki, torpaq sahəsinin fərdi ev tikintisiüçün ayrılmasına dair həmin qərarların qanuniliyi şübhə doğurur.Mübahisəni həll etmək üçün məhkəmələrin müəyyən etməli olduğu yeganəzəruri hal - Maştağa qəsəbəsi, Beşinci Kvartal 91V nömrəli ünvanında yerləşən fərdiyaşayış evinin hansı tərəfin vəsaiti hesabına inşa edilməsidir. Lakin, məhkəmələr ən vacibməsələ olan həmin halı müəyyən etmədən mübahisəyə hüquqi qiymət vermişlər. 23.Apellyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq evin özbaşına inşa edilmiş tikili olması mövqeyindən çıxış edərək iddianı rədd etmişdir. Lakin, həmin evin kimin vəsaiti hesabına inşa edilməsi, kimə məxsus olması, kimin həmin evdə yaşamaq haqqının olmasını müəyyən etmədən mübahisəni bitirmişdir. 24.İddiaçı tərəf evin yerləşdiyi torpaq sahəsinin onun əri tərəfindən satınalındığını, uzun müddət həmin torpaq sahəsində üç mərtəbəli ev inşa etdiklərini israr edir,evdən istifadə ilə bağlı kommunal xidmətlərin həqiqətən ilkin olaraq iddiaçının adınarəsmiləşməsinə dair sübutları məhkəməyə təqdim etmişdir. Qarşı tərəf isə bu dəlilləritəkzib edən sübutları təqdim etməmişdir. Cavabdehin dəvət etdiyi şahidlər onun həminevdə ailəsi ilə yaşamasını təsdiq etmişlər. Hansı ki, bu halın sübut edilməsinə zərurətolmamışdır, çünki elə iddia tələbi onun aliəsi ilə birlikdə oradan çıxarılması ilə bağlıdır. 25.Tərəflər üçmərtəbəli bir evin mövcudluğu və həmin evə kimin haqqıçatmasını mübahisələndirirlər. Mülki işdə həmin evin mövcudluğu və təsvirinə dair heç birsübut yoxdur. Hansı ki, hər bir tərəf evin onun tərəfindən inşa edilməsi və bunun ağlabatanolmasını israr etmişlər. 26.Məhkəməyə lazım gəlirdi ki, hazırki mübahisənin mahiyyəti ilə bağlı tərəflərə onların hüquq və vəzifələrini aydın surətdə izah etsin, tərəflər arasında sübutetmə yükü ilə bağlı vəzifə bölgüsü aparsın, bunu tərəflərə bəyan etsin, kimin hansı halı sübut etməli olduğunu aydın surətdə izah etsin və tərəflərin təqdim etdikləri sübutlara MPM-nin 88-ci maddəsinə əsasən qiymət verməklə mübahisəyə hüquqi qiymət versin. 27.Belə ki, iddiaçı israr edir ki, torpaq sahəsini onlar (o və əri) satın alıb, torpağın üzərindəki evi onlar inşa ediblər, əri Biləsuvar rayonunda işlədiyi üçün ərinin 1-ci nikahdan olan oğlunu yaşamaq üçün evə buraxmışlar. Həmin fabulaya uyğun olaraq işə baxan məhkəmə vəzifə bölgüsü aparmalıydı, bunu tərəfə aydın surətdə izah etməliydi, buna şərait yaratmalıydı ki, tərəflər çəkişmə prinspinə uyğun olaraq mübahisənin həqiqi hallarını sübuta yetirə bilsinlər. 28.Hazırki halda, mübahisənin həlli üçün zəruri olan hal-torpaq sahəsinin kimin tərəfindən satın alnması və evin kimin tərəfindən inşa edilməsi müəyyən edilməmiş qalmışdır. c)Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat d)Məhkəmə icraatı iştirakçılarının izahatları 29.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. 30.Məhkəmə kollegiyasının iclasında müstəqil tələbi irəli sürməyən üçüncü şəxs X19 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, o, birinci həyat yoldaşından 2006-cı ildə ayrılmışdır. Cavabdeh Orxan onun birinci həyat yoldaşından olan oğludur. O, birinci nikahdan olan 3 uşağına təhsil vermiş, Nərimanov rayonu, M.Nağıyev küçəsi, 20 saylı evin, 34 saylı mənzilini onlara vermişdir. O, 2009-cu ildə mübahisəli torpaq sahəsini alıb, 200000 manat xərc çəkib, 7 il müddətində hazırkı evi tikib. 2012-ci ildə iddiaçı Vüsalə ilə dini kəbinə daxil olub, 2017-ci ildə nikahlarını rəsmiləşdirib. Oğlu Orxan yalandan anası ilə dava edib evdən çıxmış, kirayədə yaşadığı üçün, ona evin mansard hissəsində müvəqqəti yaşamağa icazə vermişdir. Orxan bir il yaşayandan sonra ordan getmişdir. O, işi ilə əlaqədar 2017-ci ildən 2020-ci ilə kimi Biləsuvar rayonunda yaşamışdır. İldə bir neçə dəfə Bakı şəhərinə gələndə, hazırkı mübahisəli evdə qalmışlar. Onun bununla bağlı fotoşəkilləri də vardır. 2020-ci ilin yanında pandemiya ilə bağlı yayda Bakı şəhərinə gələndə Orxan artıq bir il olardı ki, evin qapısını sındırıb orada yaşayırdı, onları ora buraxmamışdır. X1 tapıb, onu aldadaraq, həyat yoldaşı Vüsalənin adına verilmiş etibarnaməni ləğv etdirmişdir. 31.Məhkəmə kollegiyasının iclasında cavabdeh X21 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, özünün yazılı çıxışını təqdim edərək, izahatında əlavə olaraq qeyd etdi ki, 2009-cu ildə torpaq sahəsinin 300 kv.m-nin dəyərini hissə-hissə ödəməkdə Babayeva Reyhandan almış, 2013-cü ildə torpaq sahəsinin yanında 100 kv.m-ni X5 almışdır. 2009-cu ildə torpaq sahəsi alınanda və 2014-cü ildə ev tikiləndə iddiaçı və üçüncü şəxs orada olmayıblar. O, kommunal xidmətlərin ödənişlərini həyata keçirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 32.Maddə 43, hissə 1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 33.Maddə2.1.Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. 34.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 35.Maddə 11.1.Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 36.Maddə 158.1 və 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. 37.Maddə 158.2.Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 38.Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 39.Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 2009-cu ilin oktyabr ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 40.Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 41.Maddə 68.2.Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 42.Maddə 69.1.Kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 44.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 45.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 46.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 47.Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 48.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 49.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarınınəzərə alaraq qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 50.Məhkəmə kollegiyası tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməldir. 51.Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 birinci nikahdan olan oğludur. İddiaçı ilə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X19 2012-ci ildən nikah qeyd etdirmədən yaşamış, 2018-ci ilə rəsmi nikah qeyd etdirmişlər. Onların xx.xx.2011-ci il təvəllüdlü X23 və xx.xx.2018-ci il təvəllüdlü X13 adlı 2 uşaqları olmuşdur. 52.İşin müəyyən edilmiş faktiki halları üzrə mövcud mübahisə ondan ibarətdir ki, İddiaçı mübahisələndirilən evin yerləşdiyi torpaq sahəsinin əri X19 tərəfindən alındığını, ər-arvad olaraq həmin torpaq sahəsində üç mərtəbəli ev inşa etdiklərini, həmin evdə yaşadıqlarını, hazırda isə ərinin 1-ci nikahdan olan oğlu Cavabdeh evi zəbt edərək boşaltmaq istəmədiyini bildirir. Cavabdeh isə torpaq sahəsini 2009-cu ildə özü aldığını, 2014-cü ildə evi tikdiyini bildirir. 53.Kassasiya instansiya məhkəməsi öz qərarında qeyd etmişdir mübahisəni həll etmək üçün məhkəmələrin müəyyən etməli olduğu yeganə zəruri hal - Maştağa qəsəbəsi, Beşinci Kvartal 91V nömrəli ünvanında yerləşən fərdi yaşayış evinin hansı tərəfin vəsaiti hesabına inşa edilməsidir. Lakin, məhkəmələr ən vacib məsələ olan həmin halı müəyyən etmədən mübahisəyə hüquqi qiymət vermişlər.Nəzərə alınmalıdır ki, evin özbaşına tikili olması özlüyündə həmin evə heç kimin hüququ olmaması demək deyil. Bir yaşayış evi mövcuddursa, həmin evin inşasına vəsait xərclənmişdir və həmin evin inşasına sərf edilmiş vəsait, istifadə olunan materiallar vəsaiti xərcləyən, materialı alan şəxsə məxsusdur. Gələcəkdə özbaşına tikili olması əsası ilə həmin ev söküləsi olsa belə, həmin materialın mülkiyyətçisi öz əmlakını götürmək hüququndan məhrum deyil. 54.Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, tərəflər üçmərtəbəli bir evin mövcudluğu və həmin evə kimin haqqıçatmasını mübahisələndirirlər. Mülki işdə həmin evin mövcudluğu və təsvirinə dair heç birsübut yoxdur. Hansı ki, hər bir tərəf evin onun tərəfindən inşa edilməsi və bunun ağlabatanolmasını israr etmişlər. İddiaçı evdən istifadə ilə bağlı kommunal xidmətlərin həqiqətən ilkin olaraq iddiaçının adınarəsmiləşməsinə dair sübutları məhkəməyə təqdim etmişdir. Qarşı tərəf isə bu dəlilləritəkzib edən sübutları təqdim etməmişdir. Cavabdehin dəvət etdiyi şahidlər onun həminevdə ailəsi ilə yaşamasını təsdiq etmişlər. Hansı ki, bu halın sübut edilməsinə zərurətolmamışdır, çünki elə iddia tələbi onun aliəsi ilə birlikdə oradan çıxarılması ilə bağlıdır. 55.Məhkəmə kollegiyasının 22 iyul 2022-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspert rəyi əldə etmişdir. 56.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 sentyabr 2023cü il tarixli, 10/5560 saylı ekspert rəyinə əsasən tərəflərin mübahisələndirdiyi üç mərtəbəli ev 16 noyabr 1998-ci il tarixli, 12 nömrəli Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarına əsasən X6 ayrılmış Beşinci kvartal sahəsi 91 saylı həyətyanı torpaq sahəsində yerləşir, 15 mart 1999-cu il tarixli, 03 nömrəli Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarına əsasən X10 ayrılmış Beşinci kvartal sahəsi 91 V olan həyətyanı torpaq sahəsinin sxemində qeyri-müəyyənlik olduğundan mübahisələndirilən yüz kvadrat metr torpaq sahəsinin (91V saylı ərazinin) sözügedən fərdi yaşayış evinin altına və ya həyətyanı sahəsinə uyğun olduğunu müəyyən etmək mümkün olmamışdır. 57.Kollegiya qeyd edir ki, iş üzrə keçirilmiş ekspertizanın rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş ekspertizanın rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 58.18 oktyabr 2023-cü il tarixli məhkəmə kollegiyasının iclasında Cavabdeh tərəfindən təqdim olunmuş şahid X14 öz ifadəsində və məhkəmə tərkibinin və qarşı tərəfin suallarına cavab olaraq bildirdi ki, o, Orxan müəllimin evində işləmiş, işıq xətlərini çəkmişdir. Onun məhlə uşağı var idi, onunla birlikdə işləyir, nömrəsini (şahidin) ondan alıb çağırmışlar. Ev 3 mərtəbəli ev idi, nə vaxt orda olduğunu dəqiq bilmir, axırıncı dəfə çilçıraq, ondan qabaq caqquzi vanna qoşmuşdur. Gedəndə ev daş divar idi, evin çölünün rəngləndiyini xatırlamır, işıq xəttini çəkmiş, “karopka”-nı yığmışdır. Padvalın ele yeri var idi suvaqlı idi. Elə yeri var idi ki, suvağı yox idi. Suvaq olan yeri qazmış, naqili çəkmişdir. Elə yer olmuşdur ki, naqili çəkib, suvağı vurmalarını demişdir. Evdə gizli işıq var. O, gizli işığı və razetkaların yerini qoymuşdur. Evdə yaşayış var idi. Harada yaşadıqlarını bilmir, amma ailə, uşaq görürdü. Evdə naqillər bəzi yerlərdə 2.5-lik, bəzi yerlərdə isə 4-lüklə çəkilib. Hansı hissənin suvaqlı olmağı yadında deyil. Padvalda “yama” var idi, ölçüsünü bilmir, böyük idi. Mərtəbələrin paylayıcısının harada yerləşdiyini xatırlamır, evə işıq sol tərəfdən gələndə divarla üzbəüz sayğacdan daxil olur, həyətə işıq solda evlə hasarın arasından gəlir. Şəlaləyə işıq qıraqdan gedir. 2-ci mərtəbədə çılçıraq asmamışdır, dedi (cavabdeh) alacaq onda asar. Padvalda şirniyyat sobası, 3 faza bir də xəmir qarışdıran aparatları var idi. 59.xx.xx.2023-cü il tarixli məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən təqdim olunmuş şahid X15 öz ifadəsində və ona verilən suallara cavab olaraq bildirmişdir ki, Elşən müəllimi 2008-ci ildən tanıyır, tikinti şirkətində işləmişlər. Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində olan evi üzərindən xeyli vaxt keçdiyinə görə təqribi xatırlamasına görə 2008-2009-cu illərdə Elşən müəllim tikib. Onu Elşən müəllim çağırıb, elektik, santexnik işləri görmüş, çilçıraq asmışdır. 1-ci mərtəbədə deyə bilməz neçə seksiya var, mansardda təxmini 5 radiator olmalıdır, seksiyalarını deyə bilməz. Padvalda köhnə sovet atapleniyalarıdır, təxmini 7-8 seksiyalıdır, ora işlənmiş kombi qoşulub, firmasını bilmir. Həyətin suyu haradan çəkilib bilmir, suyu o çəkəmişdir. Hamamın isitilik sistemi hamısı kombidən çəkilib. Çılçıraqları “Holl”-da asmışdır, 2-ci mərtəbədə spotları quraşdırmılşdır. 1ci mərtəbənin işıq xətlərinin haradan çəkilməsini, antenaların hardan daxil olmasını xatırlamır. Evin santexnika işlərini görmüşdür. Kombi sistemi düzgün çəkilmədiyi üçün bütün xətlər sökülmüş, yenidən çəkilmişdir. Əvvəllər evin sistemini başqa usta düzgün çəkməyib. 60.xx.xx.2023-cü il tarixli məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən təqdim olunmuş X2 öz ifadəsində və ona verilən suallara cavab olaraq bildirdi ki, o, evin plastik pəncərə qapılarını düzəltmişdir.Həmin vaxtı ev hazır olmuş, daş divarı var idi. İlini dəqiq xatırlamır amma bilir ki, Orxanın toyuna hazırlaşırdılar. Hamamın və sanitar qovşağının qapısını və evin pəncərələrini qoymuşdur, rəngi qəhvəyi rəng idi. 61.X2 pəncərələrin formasını iş materiallarında olan şəkillərə uyğun izah etdi. 62.Tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, mübahisəli torpaq sahəsi 2009-cu ildə X19 tərəfindən əldə edilmişdir. Belə ki, torpaq sahəsi ilə bağlı ilk olaraq etibarnamə X16 tərəfindən 08 iyul 2020-ci ildə iddiaçıya verilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən xx.xx.2021-ci ildə X16 verdiyi etibarnaməni ləğv edərək, iddiaçını tanımadığını qeyd etsə də, səbəbinin izah edilməsi üçün cavabdeh tərəfindən onun məhkəmədə iştirakı təmin edilməmişdir. Digər tərəfdən 100 kv.m torpaq sahəsi ilə bağlı X18 tərəfindən xx.xx.2013-cü ildə cavabdehə, xx.xx.2020-ci ildə iddiaçı və 3-cü şəxsə etibarnamə verilmişdir. 63.Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 2009-cu ildə torpaq sahəsi alınarkən cavabdehin 19 yaşı olmuş, həmin vaxtı onun lazımi gəliri olması ilə bağlı sübutlar təqdim olunmamışdır. Cavabdehin öz çıxışına əlavə etdiyi əmək kitabçasının surətindən görünür ki, o, əmək fəaliyyətinə 2010-cu ildən başlamışdır. 64.Mübahisəli evin yalnız iddiaçı və üçüncü şəxsin vəsaiti hesabına tikilməsini kollegiya əsaslı hesab etmir. Belə ki, iş materialları və şahid ifadələri ilə müəyyən olunur ki, evin tikilməsi üçüncü şəxs və cavabdehin vəsaiti hesabına tikilmişdir. 65.Kollegiya cavabdeh tərəfindən mübahisəli evin zəbt edilməsi ilə bağlı iddiaçının dəlilini əsassız hesab edərək, qeyd edir ki, bu dəlil işin halları ilə öz təsdiqini tapmır. 66.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 67.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 68.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 69.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 70.Həmçinin işdə olan fotoşəkillərlə müəyyən olunur ki, iddiaçı və üçüncü şəxs uşaqları ilə birlikdə mübahisəli evdə yaşamışlar. 71.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. 72.Buna görə də, iddia qismən təmin edilməli, iddiaçı evin tikilməsində vəsait xərcləmiş üçüncü şəxsin ailə üzvü olmaqla, uşaqları xx.xx.2011-ci il təvəllüdlü X23 və xx.xx.2018-ci il təvəllüdlü X13 ilə birlikdə mübahisəli evə köçürülməlidir. 73.Cavabdeh ilə bərabər onun həyat yoldaşı X4 və uşaqlarının mənzildən çıxarılması ilə bağlı hissədə kollegiya iddianı əsaslı hesab etmir. 74.Belə ki, mübahisəli mənzilin tikilməsi həmçinin cavabdeh tərəfindən həyata keçirildiyindən, həmin ev Cavabdeh və onun ailə üzvlərinin yaşayış yeri olduğundan, iddia təmin edilə bilməz. 75.Kollegiya həmçinin hesab edir ki, üçüncü şəxsin hazırkı iş üzrə tələbi olmadığından, iddiaçının onun adından müraciət etmək üçün subyektiv hüququ yaranmadığından, iddia üçüncü şəxsin evə köçürülməsi ilə bağlı hissədə təmin edilə bilməz. 76.Məhkəmə kollegiyası qeyd olunanları ümumləşdirərək hesab edir ki, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(008)-2998/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, İddiaçı uşaqları xx.xx.2011-ci il təvəllüdlü X23 və xx.xx.2018-ci il təvəllüdlü X13 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayon, Savalan qəsəbəsi 91 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. 77.Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat pulun 25 manatı İddiaçı, 25 manatı isə Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 78.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(008)-2998/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edisin. İddia qismən təmin edilsin. İddiaçıövladı xx.xx.2011-ci il təvəllüdlü X24 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayon, Savalan qəsəbəsi 91 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqatı dəyəri olan 50 (əlli) manat pulun 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı isə Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-250/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-250/2023
06.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver