Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-250/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçının nümayəndə-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil4 Cavabdehin nümayəndəsi-vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin zəbt edilmiş torpaq sahəsindən çıxarılması, tikililərin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin təhvil verilməsi, maneələrin aradan qaldırılması, pozulmuş mülkiyyət hüququnun bərpası” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2111/2021 saylı mülki iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı qərarına əsasən, Xocasən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 31 saylı qərarı əsasında alqı-satqı yolu ilə X3 mülkiyyətinə verilmiş 600 kv.m. torpaq sahəsi Binəqədi RİHB-nın Memarlıq xidməti tərəfindən X3 adına təsdiq etdiyi cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin 29 dekabr 2016-cı il tarixli 2-1(81)- 1863/2016 saylı qərarının surətinə əsasən, Binəqədi rayon, X5 Xanım Hüseyn qızına torpaq ayrılmasına dair 18 dekabr 2014-cü il tarixli 13/13 nömrəli qərarı ləğv edilmişdir. Həmin qərardan Cavabdeh1 tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı 127636 №-li çıxarışının müvafiq qaydada təsdiq olunmuş surətinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Xocasən yolu, 26 K torpaq sahəsi üzrə Cavabdeh2 istifadə hüququ 12 sentyabr 2017-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 1911 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidmətinin 05 may 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı qərarı əsasında ayrılmış torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, tərəflər arasındakı mübahisəli torpaq sahəsi İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı qərarı əsasında ayrılmış Bakı şəhəri, Xocasən ərazi dairəsində yerləşən ümumi sahəsi 600 m2 olan torpaq sahəsi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Hazırda iddiaçı torpaq sahəsinin ona təhvil verilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixli 5/2 saylı qərar əsasında onun mülkiyyətində olan Binəqədi rayon, Xocəsən qəsəbəsində yerləşən torpaq sahəsindən cavabdehlərin çıxarılması, cavabdehlər tərəfindən inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi, cavabdehlər tərəfindən ərazinin boşaldılması, torpaq sahəsinin ona təhvil verilməsi və mülkiyyətinə olan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayon, Xocəsən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 31 saylı qərarı ilə Bələdiyyə ərazisindən 600 kv.m torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. Daha sonra Bakı şəhəri, Binəqədi rayon, Xocəsən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 5/2 saylı qərarı ilə həmin torpaq sahəsi Binəqədi RİHB-ın Memarlıq Xidməti tərəfindən X3 adına təsdiq etdiyi cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin bütün ətrafı təxminən 2 metr hündürlüyündə hasara alınmışdır. Bundan sonra iddiaçı tərəfindən hündürlüyü və eni təxminən 3 metr olan açıq qəhvəyi darvaza qoyulmuşdur. 2013-cü ildə həmin torpaq sahəsinə elektrik xətti çəkmək üçün müvafiq quruma müraciət edilmiş və müraciətə uyğun texniki şərt əsasında elektrik xətti çəkilmiş və hasarın çöl tərəfində darvazanın yaxınlığında sayğac quraşdırılmışdır. Bu günə qədər həmin torpaq sahəsinə görə vergilər iddiaçı tərəfindən ödənilir. Təxminən 2015-2016-cı illər ərəfəsində həmin torpaq sahəsinin yanında torpaq sahəsi olan Cavabdeh1 özünə məxsus torpaq sahəsində tikinti işləri aparacağını bildirərək ustaların paltar dəyişməsi və yemək hazırlaması məqsədilə ona məxsus torpaq sahəsinə “vaqon” yerləşdirməsini xahiş etmişdir. O da etiraz etməmiş, Cavabdeh1 tərəfindən torpaq sahəsinə “vaqon” yerləşdirilmişdir. O, davamlı olaraq torpaq sahəsinə nəzarəti həyata keçirmişdir. xx.xx.2019-cu il tarixdə axşam saatlarında torpaq sahəsinə nəzarət etmək üçün gələn zaman darvazanın yerində olmadığını görmüşdür. Bununla bağlı maraqlandığı zaman qonşuluqda yaşayan şəxslər darvazanın Mürşüd tərəfindən götürüldüyünü bildirmişlər. Dərhal Mürşüdlə görüşərək nə məsələ olduğunu soruşanda ona bildirmişdir ki, torpaq sahəsini Mətanət adlı şəxsdən almışdır, hansı ki, saxtalaşdırılıb. Bununla bağlı iddiaçı Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişdir. İş üzrə araşdırma hazırda Bakı Şəhər Polis İdarəsində davam edir. Binəqədi Rayon, Xocəsən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 68 saylı qərarı ilə Bələdiyyə ərazisindən 500 kv.m. torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. Daha sonra həmin torpaq sahəsi başqa bir neçə torpaq sahəsi ilə birləşdirilərək (68 saylı, 115 saylı, 19 saylı, 24/22 saylı qərar əsasında) ümumilikdə 18 sot torpaq sahəsinə dair Xocəsən Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13/13 saylı qərarı ilə Cavabdeh2 mülkiyyətinə keçmişdir. Hal-hazırda cavabdehlər Binəqədi Rayon, Xocəsən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 68 saylı qərarını əsas götürərək və həmin qərara saxta cizgi düzəldərək Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 5/2 saylı qərarına əsasən iddiaçıya məxsus olan torpaq sahəsinə iddia edir və həmin torpaq sahəsini zəbt etməklə orada tikinti quraşdırma işləri həyata keçirir. Xocasən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 68 saylı qərarı başqa torpaq sahəsi ilə bağlıdır. Lakin cavabdehlər 68 saylı qərar üçün hazırladığı cizgini guya iddiaçının torpaq sahəsinə aid olduğunu iddia edərək həmin sahəni zəbt etməkdədirlər. Həmin 68 saylı qərar üzrə torpaq sahəsi qeyd etdiyi kimi digər torpaq sahələri ilə birləşdirilərək Xocasən Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13/13 saylı qərarı ilə Cavabdeh2 verilmişdir. Xocasən Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13/13 saylı qərarı isə Azərbaycan Respublikası ƏMDK yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə ləğv edilmişdir. Bu qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir və qərardan kassasiya şikayəti verilmədiyi üçün qüvvəyə minmişdir. Lakin bu məhkəmə aktları olmasına baxmayaraq, Cavabdeh2 xx.xx.2004-cü il tarixli 68 saylı qərarı əsas tutaraq Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 5/2 saylı qərarına əsasən iddiaçıya məxsus olan torpaq sahəsinə iddia edir. xx.xx.2004-cü il tarixli 68 saylı qərara saxta cizgi tərtib edərək iddia edir ki, guya xx.xx.2004-cü il tarixli 68 saylı qərar məhz iddiaçıya məxsus torpaq sahəsinə aiddir. Cavabdehlərin bu əməlləri ilə bağlı hazırda Bakı Şəhər Baş Polis İdarəsində araşdırma gedir. Belə ki, iddiaçı tərəfindən verilmiş şikayət əsasında Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində araşdırma aparılmış və bölmənin təhqiqatçısı Azər Süleymanov tərəfindən xx.xx.2020-ci il tarixdə törədilmiş cinayət haqqında məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərar qəbul edilmişdir. Qərarda göstərilmişdir ki, aparılmış araşdırma zamanı Cavabdeh1 tərəfindən təhqiqat orqanına təqdim edilmiş torpaq sahəsinin X6 mülkiyyətinə verilməsinə dair bələdiyyə qərarının, torpaq alqı-satqısına dair aktın, cizginin və etibarnamənin həmin sənədlərin həqiqiliyinə şübhə doğurur. Buna görə də toplanmış materiallar istintaqa göndərilmişdir. Bundan başqa verilmiş sorğu əsasında Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2020-ci ili tarixli məktubu ilə Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2004-cü il tarixli, 68 saylı qərarın və ona əlavə edilmiş cizgi sənədinin Dövlət Arxivinin Bakı Filialında olduğu bildirilmiş və həmin sənədlərin təsdiqli surətləri onlara verilmişdir. Həmin qərar və cizgi sənədinə baxdıqda görünür ki, Dövlət Arxivinin onlara verdiyi cizgi sənədi ilə cavabdehlərin xx.xx.2004-cü il tarixli, 68 saylı qərarı üçün saxta yolla hazırladığı və onlara təqdim etdiyi cizgi sənədi fərqlidir. Həmin saxta cizgi sənədi əsasında iddiaçıya məxsus torpaq sahəsini cavabdehlər zəbt etmişdir. Cavabdehin sözü gedən torpaq sahəsinə qanunsuz şəkildə müdaxilə etməklə zəbt etməsi nəticəsində iddiaçıya xx.xx.2005-ci il tarixli 5/2 saylı qərar əsasında məxsus olan torpaq sahəsi üzərində sahiblik, istifadə hüququnu həyata keçirə bilmir. O, cavabdehlərdən ona məxsus torpaq sahəsindən çıxmağı və özbaşına inşa edilmiş tikililərin cavabdehlərin hesabına söküb ərazini boşaltmağı tələb etsə də, cavabdehlər tələbinə əməl etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(001)- 2111/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 158, 164.2, 165.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 107, 119.1, 217.4-cü maddələrinə, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadla mövqeyini belə əsaslandırmışdır ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən iddiaçı ona Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı qərarı əsasında 600 m2 torpaq sahəsinin ayrılmasını sübuta yetirsə də, cavabdehin həmin torpaq sahəsinin bir hissəsini zəbt etməsini sübut edə bilmədiyindən onun iddiası təmin oluna bilməz. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırılmışdır. Əlavə olaraq göstərilmişdir ki, məhkəmə bu qənaətə gələrkən yalnız Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin mütəxəssis rəyinə istinad etmişdir. Həmin mütəxəssis rəyi ilə iddia edilən torpaq sahəsinin məhz Bakı şəhəri, Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 5/2 saylı qərarı əsasında ona ayrılmış 600 kv.metr torpaq sahəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi mütəxəssis rəyi torpaq sahəsinin ona aid olmasını inkar etmir, sadəcə olaraq bunu müəyyən etmənin mümkün olmadığını bildirir. Belə olan halda bu hal digər sübutlarla yanaşı qiymətləndirilməli idi. Qeyd etdiyi arxiv arayışından açıq aşkar görünür ki, arxiv idarəsinin verdiyi cavabehlərin xx.xx.2004-cü il tarixli, 68 saylı qərarı üçün saxta yolla hazırladığı və məhkəməyə təqdim etdiyi cizgi sənədi fərqlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-356/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı bələdiyyə qərarı əsasında ona ayrılmış torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmasını və özünə məxsus olan torpaq sahəsinin harada yerləşməsini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 158, 164.2, 165.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 384.0.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1601/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2(103)- 356/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “işin hallarından aydın olur ki, hər iki tərəf məhz bələdiyyə tərəfindən verilmiş torpaq ayırma sənədlərinə istinad edir. Belə olan halda işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr məhz həmin bələdiyyənin işə cəlb edilməsinin mümkünlüyünü tərəflərlə birlikdə müzakirə etməli, hər bir tərəfin istinad etdiyi sənədin bələdiyyədə mövcud olması, onların qüvvədə olması, qərarların əlavəsi olan və torpağın yerdə quruluşun müəyyən edən plan cizgininin mövcud olması və onlar arasında ziddiyyətin olub-olmamasını, eyni qərara görə tərtib olunmuş fərqli plancizgininin olub olmaması, bir qərara görə verilmiş bir neçə plan cizginin aşkar olunduğu halda bunların fərqli olmasının səbəblərini məhz həmin bələdiyyə ilə müzakirə etməli olmasına baxmayaraq belə aydınlaşdırmanın aparılması təmin olunmamışdır. Eyni zamanda cavabdehin istinad etdiyi torpaqayırma qərarının ona aidiyyətinin olubolmaması müəyyən olunmalıdır. Bununla yanaşı işə cəlb olunan bələdiyyə ilə tərəflərin istinad etdiyi qərarlar əsasında ayrılmış torpaq sahələrinin eyni torpaq sahəsi olmasını müəyyən edə biləcək və bələdiyyədə saxlanılan xəritənin təqdim olunması təklif olunmalı və həmin xəritələr əsasında miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilib göstərilməməsi aydınlaşdırılmalı idi. Məhz bundan sonra iş üzrə mütəxəssis rəyinin alınması və ekspertiza təyin edilərək rəyin alınması əhəmiyyətli ola bilərdi. Bununla yanaşı qeyd edilməlidir ki, torpaq sahəsinin ayrılmasına dair qərara əlavə edilmiş cizginin Binəqədi RİHB-nın Memarlıq xidməti tərəfindən təsdiq edildiyi müəyyən olunur. Bu halda həmin orqanın da işə cəlb olunması müzakirə edilərək məhz hansı cizginin təsdiq edildiyi və arxivdə saxlanması aydınlaşdırılmalı idi. Digər tərəfdən iddiaçı şikayətində göstərir ki, cavabdeh Binəqədi Rayon, Xocəsən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 68 saylı qərarını əsas götürərək və həmin qərara saxta cizgi düzəldərək Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 5/2 saylı qərarına əsasən iddiaçıya məxsus olan torpaq sahəsinə iddia edir və həmin torpaq sahəsini zəbt etməklə orada tikinti quraşdırma işləri həyata keçirir. İşin digər hallarından aydın olur ki, məhz 49-cu bənddə göstərilən hallarla bağlı cinayət təqibi orqanının icraatında material vardır və araşdırma davam etdirilir. Belə olan halda nə qədər ki, iddiaçının dəlilləri üzrə məhz həmin təqib üzrə də araşdırma aparılır, bu halda həmin təqibin nəticələri və müəyyən edilmiş hallar əldə olunaraq işdə olan digər sübutlarla birlikdə müzakirə oluna bilər. Qeyd edilməlidir ki, məhkəmənin vəzifəsi təqdim olunmuş sübutlara əsasən ilk olaraq iddiaçının və cavabdehin iddia etdiyi torpaq sahələrinin harada yerləşməsini müəyyən etməkdən ibarətdir. Nəzərə alınmalıdır ki, mübahisənin həlli bununla bağlıdır. Birinci instansiyası məhkəməsində mütəxəssis rəyinin alınması üçün qərardad qəbul olaraq rəy alınmış, apellyasiya instasiyası məhkəməsində məhkəmə tikinti texniki ekspertizası təyin etmiş və rəy alınmışdır. Lakin iş materiallarında olan hər iki rəydən aydın olur ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı qərarı əsasında ayrılmış torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, tərəflər arasındakı mübahisəli torpaq sahəsinin İddiaçı Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı qərarı əsasında ayrılmış Bakı şəhəri Binəqədi rayon Xocəsən ərazi dairəsində yerləşən ümumi sahəsi 600 kv.m. olan torpaq sahəsi olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehin istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Hazırki iddianın həlli üçün iddiaçının torpaq sahəsinin zəbt olub olmamasının, yəni cavabdehin mübahisəli torpaq sahəsindən istifadə və sahibliyinin qanunsuz olub-olmamasının müəyyən edilməsi əhəmiyyət kəsb etdiyi halda, bu istiqamətdə aparılmış araşdırma, o cümlədən mübahisə nəticəsiz qalmış və buna baxmayaraq apellyasiya məhkəməsi iddianın rədd edilməsini qanuni hesab etmişdir. Beləliklə, iddiaçının torpaq sahəsinə dair əldə etdiyi sənədlər qüvvədə olduğu və torpağın yerləşdiyi ərazi müəyyən edilmədiyi halda, məhkəmələrin gəldikləri nəticə natamamdır. İddiaçı apellyasiya şikayətində qeyd olunan hallara istinad etsə də, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri üzrə araşdırma aparmamışdır. Faktiki olaraq natamam olan araşdırma ilə razılaşmış və birinci instansyia məhkəməsinin mövqeyini təkrarlamışdır. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, müvafiq bələdiyənin, Binəqədi RİH-nin işə cəlb edilməsini tərəflərlə birlikdə müzakirə etməli, cəlb etmə təmin olunduğu halda həmin bələdiyyədən hər iki tərəfin istinad etdiyi sənədlərinin verilməsinə əsas olan sənədlər və torpaq sahəsinin yerləşdiyi yerə görə bələdiyyədə olan xəritə əldə olunmalı, bundan sonra müvafiq olaraq mütəxxəsis və ekspretiza rəylərinin alınmasının zəruriliyi tərəflərlə birlikdə müzakirə edilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.” Apellyasiya instansiyası məhkəməsində hazırki icraat: Apellyasiya icraatı zamanı Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi rayon Xocəsən Bələdiyyəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdirlər. Təkrar apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3853/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2 10/738 saylı, 12 fevral 2024-cü il tarixli məktubu ilə ekspert rəyi daxil olmuşdur. Bununla da iş üzrə icraatın dayandırılmasına əsas olmuş zərurət aradan qalxdığı üçün iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndə-vəkilləri ayrı-ayrılıqda izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
158. mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktiki sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
Torpaq Məcəlləsi:
5.1 Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 83.1 Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.3 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, yerli müayinə edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdehlərin zəbt edilən torpaq sahəsindən çıxarılmasını, orada aparılmış özbaşına tikilinin sökülməsini tələb edir. Bununla yanaşı iddiaçı mübahisələndirilən 600 kv.m. torpaq sahəsinin Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı qərarına əsasən, Xocasən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 31 saylı qərarı əsasında alqısatqı yolu ilə X3 mülkiyyətinə verildiyini, bundan sonra 600 kv.m. torpaq sahəsinin Binəqədi RİHB-nın Memarlıq xidməti tərəfindən X3 adına təsdiq etdiyi cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsini qeyd edir. Cavabdeh isə Binəqədi Rayon, Xocəsən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 68 saylı qərarı ilə Bələdiyyə ərazisindən 500 kv.m. torpaq sahəsi X6 mülkiyyətinə verildiyini, daha sonra həmin torpaq sahəsi başqa bir neçə torpaq sahəsi ilə birləşdirilərək (68 saylı, 115 saylı, 19 saylı, 24/22 saylı qərar əsasında) ümumilikdə 18 sot torpaq sahəsinə dair Xocəsən Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13/13 saylı qərarı ilə Cavabdeh2 mülkiyyətinə keçdiyini bildirmişdir. Cavabdeh2 torpaq sahəsinin ayrılmasına əsas olan hüquqmüəyyənedici sənəd ləğv olunmuşdur. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Xocasən Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13/13 saylı qərarı Azərbaycan Respublikası ƏMDK yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2017-ci il tarixli, 2-1(103)-728/2017 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Lakin həmçinin müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Xocəsən yolu, 26 K torpaq sahəsi üzrə Cavabdeh2 istifadə hüququ 12 sentyabr 2017-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 1911 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdehin mülkiyyət hüququna dair qeydiyyatı və ona əsas olmuş sənədlərin mübahisə predmeti olması işdən görünmür və məhkəmə kollegiyasının qənaətinə görə hazırki işin həllində cavabdehin istifadəsində olan torpaq sahəsinin xüsusi mülkiyyət kimi adına qeydiyyata alınması nəzərə alınmalıdır. Göründüyü kimi, iddiaçı ona Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı qərarı əsasında əsasında 600 m2 torpaq sahəsinin ayrılmasını sübuta yetirsə də, iddiaçının torpaq sahəsinin zəbt olubolmamasının, yəni cavabdehlərin mübahisəli torpaq sahəsindən istifadə və sahibliyinin qanunsuz olub-olmamasının müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edir. Bununla bağlı olaraq birinci instansiya məhkəməsi baxışı zamanı əldə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidmətinin 04 may 2021-ci il tarixli Mütəxəssis rəyindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin 11 mart 2005 ci il tarixli 5/2 saylı qərarı əsasında ayrılmış torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, tərəflər arasındakı mübahisəli torpaq sahəsi İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı qərarı əsasında ayrılmış Bakı şəhəri, Xocəsən ərazi dairəsində yerləşən ümumi sahəsi 600 m2 olan torpaq sahəsi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı əvvəlki apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikintitexniki ekspertizasının 29 aprel 2022-ci il tarixli 10/2649 saylı rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı qərarı əsasında ayrılmış 600 m2 torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən, cavabdehlərin istifadəsində olan, iddia olunan torpaq sahəsinin iddiaçıya Xocasən Bələdiyyəsinin sözügedən qərarı əsasında alğı-satqı yolu ilə verilmiş 600 kv.m2 torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən hazırki apellyasiya baxışı zamanı iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)- 1601/2023 saylı qərarında qeyd edilən göstərişlər baxımından mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında-iş materiallarında olan, həmçinin məhkəmə kollegiyasının apellyasiya baxışı zamanı təqdim edilmiş sənədlər əsasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadəsində olan Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsi Xocəsən yolu, 26 K ünvanlı torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə İddiaçı verilmiş 600 kv.m. torpaq sahəsinin hüdudları daxilində olub-olmamasının müəyyən edilməsi və hüdudları daxilində olduğu təqdirdə sxem və koordinantlar dəqiq göstərilməklə iddiaçıya ayrılmış sahənin müəyyən edilməsi sualları qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2 10/738 saylı, 12 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı Səmədzadə Orxanın mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 587,0 kv.m təşkil edir. Torpaq sahəsinin sərhədləri iki tərəfdən şərti, iki tərəfdən qonşu tikililərin çöl divarları və qonşu sahələrin sərhəddi olan mişar daş hasarla sərhədlənib. Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən 587,0 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən sahə qeyd edilən 26K saylı ünvandan kənarda yerləşməklə üst-üstə düşmür. Sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisi (Binəqədi Oyl) olmaqla Dövlət mülkiyyəti torpağıdır. Yerli müayinə zamanı müəyyən olunmuşdur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi iddiaçının dediyinə görə hazırda Cavabdeh1 faktiki istifadəsindədir. Torpaq sahəsinin üzərində tikili yoxdur, hazırda mübahisəli torpaq sahəsinin Ələt-Astara yolunun kənar hissəsi yük maşınlarının dayanacağı kimi istifadə olunur, həmin sahənin arxa hissəsində isə dəmir-metal konstruksiyalardan tikinti-quraşdırma işləri aparılır. Torpaq sahəsi iki tərəfdən qonşu tikililərin çöl divarları ilə hasarlanıb. Həm iddiaçıya, həm cavabdehə bələdiyyə tərəfindən verilmiş torpağa dair cizgilərə baxış keçirilərkən faktiki vəziyyətlə fərqlilik müşahidə olunur. Mübahisəli torpaq sahəsinin sağında (Bakı-Astara yolu istiqamətində) yerləşən digər Cavabdeh2 məxsus əmlak kompleksinin yerləşməsi müəyyən olunur. İddiaçı iddia edir ki, Cavabdeh1 hazırda yük maşınlarının dayanacaq kimi istifadə etdiyi torpaq sahəsi ona bələdiyyə tərəfindən ayrılan, ona məxsus olan torpaq sahəsidir. Lakin Cavabdeh1 tərəfindən təqdim olunan torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisindən görünən yol, Cavabdeh2 məxsus əmlak kompleksi ilə mübahisəli torpaq sahəsi arasında olan əsas yola çıxan yol faktiki olaraq mövcuddur. Həmən yol iddiaçıya aid cizgidə yoxdur. X9 verdiyi rəyi müdafiə edərək izahatında göstərdi ki, bələdiyyə tərəfindən iddiaçıya verilən torpaq sahəsinə dair cizgi planı ilə müayinə edilən torpaq sahəsi ilə eyni olub-olmamasını dəqiq demək mümkün deyil. Çünki iddiaçıya ayrılan torpaq sahəsinin koordinatları göstərilməyib. Lakin müayinə edilən torpaq sahəsi Dövlət Neft Şirkətinə verilmiş ərazidir. Xocasən Bələdiyyəsinin nümayəndəsi Qəhrəmanlı Qəhrəman izahatında bildirdi ki, həqiqətən də İddiaçı Binəqədi rayon Xocasən Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmışdır, lakin hazırda müayinə edilən torpaq sahəsi iddiaçı tərəfindən iddia edilən torpaq sahəsi ilə uyğunluq təşkil etmir. Tərəflərə verilən cizgilərin hansı səbəbdən fərqli olmasını dəqiq deyə bilmir. Bu barədə tədqiqat və istintaq orqanları tərəfindən araşdırma aparıldığını, ətraflı izahat verdiyini bildirdi. Eyni zamanda Xocəsən Bələdiyyəsinə aid olan torpaqlara dair xəritənin mövcud olmaması səbəbindən onun təqdim olunmasının qeyri-mümkün olduğunu bildirdi. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehin istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməsi işin obyektiv həlli baxımından əhəmiyyətli olduğundan və həmin halın müəyyən edilməsi xüsusi bilik etdiyindən hazırki apellyasiya baxışı zamanı iş üzrə təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən faktiki göstərilən sahənin qeyd edilən 26K saylı ünvandan kənarda yerləşməklə üst-üstə düşməməsi eləcə də həmin sahənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisi (Binəqədi Oyl) olmaqla Dövlət mülkiyyəti torpağı olması müəyyən edilmişdir. Başqa sözlə, bu rəy iddiaçıya məxsus torpaq sahəsi ilə cavabdehlər tərəfindən zəbt olunma faktını təsdiq etmir. Həmçinin kollegiya qeyd edir ki, qeyd olunan ekspert rəyini şübhə altına alan və ala biləcək hər hansı halla bağlı iddiaçı tərəf mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehlərin istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya instasiyası məhkəməsinin cinayət təqibi orqanının icraatında materialların araşdırılmasının nəticələri və müəyyən edilmiş hallar əldə olunaraq işdə olan digər sübutlarla birlikdə müzakirə oluna bilməsinə dair göstərişi ilə bağlı qeyd edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Xocəsən yolu, 26 K torpaq sahəsi üzrə Cavabdeh2 istifadə hüququnun 12 sentyabr 2017-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 1911 nömrəli vərəqində qeydiyyata alınmasına dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın kadastrı və ünvan reystri xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı 127636 №-li Çıxarışının mövcudluğu (qüvvədə olması) qeyd edilən torpaq sahəsinə dair sənədlərin qanunsuz olmasına dair bütün ehtimal və şübhələri aradan qaldırır. Məhkəmə kollegiyası cinayət təqibi orqanının icraatında olmuş materialların araşdırılmasının nəticələri ilə bağlı kassasiya instasiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq təqdim edilmiş xx.xx.2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar»ı ilə müəyyən edilmiş bəzi diqqətəlayiq məqamları qeyd etməyi zəruri sayır. Belə ki, həmin qərarla araşdırma zamanı izahatı alınmış 2003-2009-cu illərdə Xocasən Bələdiyyəsinin üzvü olmuş X1 izahatından görünür ki, X4 təqdim etdiyi Xocasən Bələdiyyəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2005-ci il tarixli 5/2 saylı qərara aid cizgidə qeyd olunmuş torpaq sahəsinin mübahisəli torpaq sahəsi ilə eynilik təşkil etmədiyini, həmin yerə uyğun olmadığını, şübhə doğurduğunu göstərmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Bu kontekstdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı ona Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı qərarı əsasında 600 m2 torpaq sahəsinin ayrılmasını sübuta yetirsə də, cavabdehlərin məhz həmin torpaq sahəsini zəbt etmiş olduğunu sübut edə bilməmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər isə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaratmır. İddiaçıya bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin faktiki harada yerləşməsinə dair müvafiq aidiyyəti orqanlara müraciət etmək hüququnun olması izah edilsin . Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Apellyasiya baxışları zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 150 manat məbləğində pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405 və 420-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2111/2021 saylı mülki iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Apellyasiya baxışları zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 150 manat məbləğində pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov