Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2503/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cəlb edilməklə Cavabdeh qarşı “kommunal xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(007)-245/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıqcan küçəsindəki 2A saylı çoxmənzilli bina kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi və ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək məqsədi ilə İddiaçı təsis olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 28 mart 2016-cı il tarixdə 1116-MM3- 0022 nömrə ilə qeydiyyata alınmışdır. Daha əvvəl tərəflər arasında kommunal xidmət haqlarının ödənilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən xx.xx.2021 ci il tarixədək hesablanmış 2702 manat (mənzilin aylıq saxlama xərci 178,40 x 0,5=89,20 manat olmaqla) kommunal xidmətlərə görə borcun tutuması qət edilmişdir. Bundan başqa müəyyən edilmişdir ki, ünvan 1 ünvanı, 5-ci korpus, 6 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 178,4 kv.m olan 12 saylı 3 otaqlı mənzil Cavabdeh tərəfindən borc əvəzinə "xxxx" QSC-yə təklif etdikdən sonra 15 mart 2021-ci il tarixində qeyd edilən mənzil "xxxx" QSC-nin adına rəsmiləşdirilmişdir. Mənzil rəsmiləşdirildikdən sonra borc balansdan sıfırlanmış və Cavabdeh 20 sentyabr 2023-cü il tarixinə "xxxx" QSC-yə heç bir öhdəliyi qalmamışdır. Bundan sonra mənzil "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə alıcı X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi ilə X1. Hazırda iddiaçı 2021-ci ilin iyun ayından xx.xx.2023-cü il tarixədək olan kommunal borcları tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 178,40 kv.m olan 13 saylı mənzil üzrə kommunal xidmətlərə görə xx.xx.2023-cü il tarixinə olan 2408,40 (iki min dörd yüz səkkiz manat qırx qəpik) manat məbləğində borcun və ödənilmiş 45 (qırx beş) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “Xətai 5” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-cı il tarixdə sahə mülkiyyətçilərinin qərarı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2016-cı il tarixdə 1116-MM3-0022 nömrə ilə qeydiyyata alınmış İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətnin Nizamnaməsinin surətindən görünür ki, Cəmiyyətin fəaliyyət ərazisi Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi, ev 2A, fəaliyyət predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. Bildirirlər ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 178,40 kv.m olan 13 saylı mənzil Cavabdeh mülkiyyətindədir. Cavabdeh yuxarıda qeyd edilən mənzilin mülkiyyətçisi olaraq ümumi əmlakın saxlanılması üçün kommunal haqları ödəmək öhdəlikləri yaranıb. Lakin cavabdeh öhdəliklərini yerinə yetirməkdən boyun qaçıraraq, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yaranmış borcları ödəməkdən yayınır. Belə ki, İddiaçı iştirakçılarının ümumi yığıncağının xx.xx.2016-cı il tarixli qərarından müəyyən olunur ki, yığıncaq Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə xx.xx.2016-cı il tarixli 18 №-li və xx.xx.2016-cı il tarixli 19 №-li qərarlarına müvafiq olaraq, Xətai-5 MMMC-nin aylıq kommunal tarifləri dəyişdirilərək, sahə mülkiyyətçisinə qış mövsümündə (15.11-15.04 ərəfəsində) istilik, daimi olaraq isti su verildikdə mənzilin ümumi sahəsinin hər kv.m üçün 0,90 manat, sahə mülkiyyətçisi qış mövsümündə istiliklə təchiz edilmədikdə və mənzilə isti su verilmədikdə mənzilin ümumi sahəsinin hər kv.m üçün 0,50 manat, sahə mülkiyyətçisi mənzildə yaşamadığı təqdirdə, təmirə başlayan günədək mənzilin ümumi sahəsinin hər kv.m üçün 0,35 manat müəyyən olunması barədə qərar qəbul edilib. İddiaçı MMMC-nin maliyyə arayışlarından görünür ki, Cavabdeh kommunal xərclər üzrə 2021-ci ilin iyun ayından 2023-cü ilin sentyabr ayına qədər olan borcu 2408,40 (iki min dörd yüz səkkiz manat qırx qəpik) manat təşkil edir. Həmin borc mənzilin ümumi sahəsinin hər kv.m üçün 0,50 AZN olmaqla hesablanmışdır. Birinci instansiya məhkəməsi araşdırması zamanı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddia əsassızdır və rədd olunmalıdır. Belə ki, onun adına respublika ərazisində daşınmaz əmlakı mövcud deyil, mülkiyyətində heç bir daşınmaz əmlak yoxdur. Nəzərə çatdırır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ünvan 3 ünvanı, 5-ci korpus, 6 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 178,4 kv.m olan 12 saylı 3 otaqlı mənzil üzrə alınmış ipoteka kredit borcu 2017-ci ildə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ötürülüb. İpoteka krediti ilə ünvan 3 ünvanı, 5-ci korpus, 6 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 178,4 kv.m olan 12 saylı 3 otaqlı mənzil tərəfindən borc əvəzinə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təklif etdikdən sonra 15 mart 2021-ci il tarixində qeyd edilən mənzil "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin adına rəsmiləşdirilib. Mənzil rəsmiləşdirildikdən sonra borc balansından sıfırlanmış və onun 20 sentyabr 2023-cü il tarixinə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə heç bir öhdəliyi qalmayıb. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(007)-245/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 2408.4 manat məbləğində pulun və ödənilmiş 45 manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı, 5-ci korpus, 6 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 178,4 kv.m olan 12 saylı 3 otaqlı mənzil xx.xx.2023-cü il tarixdə X2 da, 2023-cü ilin sentyabr ayına kimi cavabdehin istifadəsində qalmış və cavabdeh mənzildə yaşamışdır. Belə ki, həmin müqavilənin sonunda Nümayəndə2 evi xx.xx.2023-cü ildə təhvil verdiyi qeyd edilmişdir. Məhkəmə iclasında Nümayəndə2 həmin qeydin onun tərəfindən edilmədiyini və imzanın ona məxsus olmadığını qeyd etsə də, məhkəmə iclasında izahatında, həmçinin məhkəməyə təqdim etdiyi ərizədə cavabdehin nümayəndəsi 2023cü ilin sentyabr ayınadək həmin mənzildə yaşadıqlarını etiraf etmişdir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi adı çəkilən qərarında kommunal xidmətlərə görə haqqın yazılı müqavilə əsasında ödəməli olduğu göstərilmişdir. İşin faktiki hallarından görünür ki, cavabdeh çoxmənzilli binanın saxlanması xərcləri ilə bağlı İddiaçı MMMC ilə yazılı müqavilə bağlamasa da, faktiki olaraq xx.xx.2021-ci ildən 2023-cü ilin sentyabr ayınadək ünvan 4 ünvanında yaşamaqla İddiaçı MMMC-nin göstərdiyi kommunal xidmətlərdən istifadə etmişdir. Belə ki, cavabdeh iddiaçının təmin etdiyi kommunal xidmətlərdən istifadə etməklə, bu xidmətdən imtina etməmiş, həmçinin göstərilən xidmətlərin əvəzsiz olmadığını bildiyi halda ödənişlərlə bağlı narazılıq olduğu təqdirdə, bununla bağlı iddiaçıya müraciət etməmiş, iddiaçının göstərdiyi kommunal xidmətlərdən yararlanmışdır. Hansı ki, bu hallar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən xx.xx.2020-ci il tarixli Qərarı ilə gəldiyi hüquqi mövqe ilə uyğunluq təşkil etdir. Məhkəmə həmçinin, hesab etmişdir ki, cavabdeh ilə MMMC-nin yazılı müqavilə bağlamaması və ya yaşayış sahəsinin rəsmi olaraq xx.xx.2021-ci ildən "xxxx" QSC BOKT-un adına rəsmiləşdirilməsi çoxmənzilli binanın saxlanması xərclərini ödəmək vəzifəsindən azad etmir. Belə ki, cavabdehin 2023-cü ilin sentyabr ayınadək mənzildə yaşaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.3, 38.1, 38.2, 43.1, 43.2.4,109.5, 119.1, 119.2, 121.1, 122.3, 122.4, 125.1, 125.2.4,125.4, 135.1, 135.2, 136.1, 136.1.1, 137.4, 137.7, 137.8, 137.10, 138.5; Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il və xx.xx.2020-ci il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi birtərəfli araşdırmış, bərabərlik prinsipini pozmaqla qeyri-obyektiv və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, qətnamədə çıxarılarkən düzgün hüquqi qiymət verilməmişdir. Qətnamə iddiaçının xeyrinə birtərəfli əsaslandırılmışdır. Bu hal da bərabərlik prinsipinin pozulması deməkdir. Nəticədə qeyri-obyektiv və qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, sözügedən mənzil 15 mart 2021-ci il tarixdə "xxxx" QSC-nin adına rəsmiləşdirilmişdir. "xxxx" QSC tərəfindən verilmiş 20 sentyabr 2023-cü il tarixli arayışdan da göründüyü kimi sözügedən mənzil rəsmiləşdirildikdən sonra cavabdehin həmin mənzilə dair öhdəliyi qalmamışdır. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan da görünür ki, həqiqətən də Cavabdeh adına daşınmaz əmlak aşkar edilməmişdir. Digər tərəfdən qeyd edir ki, sözügedən mənzil "xxxx" QSC-yə rəsmi şəkildə təhvil verildiyi gündən iddiaçı bir dəfə də olsun kommunal xərclərlə bağlı, ödənişlərin həyata keçirilməsini cavabdehdən tələb etməmiş, bu barədə cavabdehə ümumiyyətlə xəbərdarlıq belə etməmiş, nə də müraciəti ilə bağlı məhkəməyə rəsmi heç bir sənəd təqdim etməmişdir. Odur ki, bu qədər müddətdən sonra və öhdəliyin əmələ gəlməsi üçün tərəflər arasında hər hansı rəsmi müqavilə olmadığından iddiaçının cavabdehə qarşı “kommunal xərclərin ödənilməsi” tələbinə dair iddiası qanunsuz və əsassızdır. Çünki mənzilə dair bütün səlahiyyətlər və öhdəliklər 15 mart 2021-ci il tarixdən etibarən mənzilin hazırki mülkiyyətçisi tərəfindən həyata keçirilir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X6 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Mənzil Məcəlləsi: 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 43.2.4-cü maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. 121.1. Bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 125.2-ci və 125.2.4 Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aid olan məsələdir. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2, 135.23 və 135.2.4-cü maddələrə əsasən, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün - mənziltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan, yaşayış sahəsinin mülkiyyətçisi üçün- yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. 136.1. Dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrində sosial kirayə müqaviləsi və ya kirayə müqaviləsi üzrə yaşayan kirayəçinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.1.1. yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı); 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. «R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı; “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışının surətindən görünür ki, ünvan 6 ünvandakı 13 saylı mənzilin mülkiyyətçisi Cavabdeh həmin mənzil üzrə 2021-ci ilin iyun ayından 2023-cü ilin sentyabr ayına qədər İddiaçı MMMC-yə olan kommunal xidmətlər üzrə borcu 2408,40 manat təşkil edir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli 08 saylı bildirişin surətindən görünür ki, kommunal xidmətlərə görə borcun ödənilməsi xahiş olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeyri- Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən çıxarışdan görünür ki, İddiaçı sahə mülkiyyətçilərinin xx.xx.2016-cı il tarixli qərarı və digər sənədlər əsasında xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyini, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək cəmiyyətinin fəaliyyət predmeti və məqsədidir. İş materiallarında olan İddiaçı iştirakçılarının ümumi yığıncağının xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” xx.xx.2016-cı il tarixli, 18 №-li və xx.xx.2016-ci il tarixli, 19 №-li qərarlarına müvafiq olaraq, Xətai-5 MMMC aylıq kommunal xidmət tariflərinin aşağıdakı kimi dəyişdirilməsini qərara almışdır: 1. Sahə mülkiyyətçisinə qış mövsümündə (15.11-15.04 ərəfəsində) istilik, daimi olaraq isti su verildikdə mənzilin ümumi sahəsinin hər kv.m üçün 0,90 AZN, 2. Sahə mülkiyyətçisi qış mövsümündə istiliklə təchiz edilmədikdə və mənzilə isti su verilmədikdə mənzilin ümumi sahəsinin hər kv.m üçün 0,50 AZN. Bu zaman mənzilin istilik və isti su boruları müvafiq qaydada bağlanır, 3. Sahə mülkiyyətçisi mənzildə yaşamadığı təqdirdə, təmirə başlayan günədək mənzilin ümumi sahəsinin hər kv.m üçün 0,35 AZN. Bu zaman mənzilin istilik və isti su boruları müvafiq qaydada bağlanır. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən (bundan sonra "xxxx" ASC) ünvan 1 ünvanı, 5-ci korpus, 6 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 178,4 kv.m olan 12 saylı 3 otaqlı mənzil üzrə alınmış ipoteka kredit borcu 2017-ci ildə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra - "xxxx" QSC) ötürülmüşdür. İpoteka krediti ilə ünvan 1 ünvanı, 5-ci korpus, 6 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 178,4 kv.m olan 12 saylı 3 otaqlı mənzil Cavabdeh tərəfindən borc əvəzinə "xxxx" QSC-yə təklif etdikdən sonra 15 mart 2021-ci il tarixində qeyd edilən mənzil "xxxx" QSC-nin adına rəsmiləşdirilmişdir. Mənzil rəsmiləşdirildikdən sonra borc balansdan sıfırlanmış və onun 20 sentyabr 2023-cü il tarixinə “Aqrarkredit" QSCyə heç bir öhdəliyi qalmamışdır. İş materiallarında olan satıcı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə alıcı X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfində xx.xx.2021-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkyyətində olan Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov (keçmiş Sadıqcan küçəsi), məhəllə 2934, ev 2A, mənzil 13, korpus 5 ünvanında yerləşən 177,02 kv.m sahədən ibarət mənzili alıcıya hissə-hissə ödənilmək şərti ilə 234200 manata satmışdır. Müqavilənin sonunda Nümayəndə2 evi xx.xx.2023-cü ildə təhvil verdiyi qeyd edilmiş, Nümayəndə2 və İ.Hüseynov tərəfindən imzalanmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2922/2021 saylı xx.xx.2021-ci i tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh 1200 manat ödənilməyən kommunal xərcin və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-749/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMMCnin apellyasiya şikayəti qismən təmin edilərək, Cavabdeh İddiaçı MMMC-nin xeyrinə kommunal xidmətlərə görə 2702 manat məbləğində pul tutulması qət edilmişdir (xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilədək olan müddət üçün ödənilməmiş borc). Beləliklə işin faktiki hallarından göründüyü kimi ünvan 1 ünvanı, 5-ci korpus, 6 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 178,4 kv.m olan 12 saylı 3 otaqlı mənzil Cavabdeh tərəfindən borc əvəzinə "xxxx" QSC-yə təklif etdikdən sonra 15 mart 2021-ci il tarixində qeyd edilən mənzil "xxxx" QSC-nin adına rəsmiləşdirilmişdir. Mənzil rəsmiləşdirildikdən sonra borc balansdan sıfırlanmış və Cavabdeh 20 sentyabr 2023-cü il tarixinə "xxxx" QSC-yə heç bir öhdəliyi qalmamışdır. Bundan sonra mənzil "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə alıcı X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi ilə X4 xx.xx.2023-cü il tarixdə satılsa da, cavabdehin nümayəndəsi həm birinci instansiya məhkəməsi, həm də apellyasiya baxışı zamanı 2023-cü ilin sentyabr ayınadək həmin mənzildə yaşadıqlarını etiraf etmişdir. İş materiallarından da görünür ki, İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti 2021-ci ildə Cavabdeh qarşı Nizami rayon məhkəməsində qaldırdığı iddiasında onun xx.xx.2021-ci il tarixə kimi 5016,16 manat borcunun olmasını iddia etmişdir. Yəni, mənzil 15 mart 2021-ci il tarixində qeyd edilən mənzil "xxxx" QSC-nin adına rəsmiləşdirilsədə, cavabdeh mənzildə yaşamaqda davam edirdi. Həmin iş üzrə cavabdeh apellyasiya şikayəti verməmiş, lakin iddiaçının apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-749/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən şikayət qismən təmin edilərək, Cavabdeh İddiaçı MMMC-nin xeyrinə kommunal xidmətlərə görə xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilədək olan müddət üçün ödənilməmiş borc 2702 manat məbləğində pul tutulması qət edilmişdir. Müəyyən edilmişdir ki, cavabdeh çoxmənzilli binanın saxlanması xərcləri ilə bağlı İddiaçı MMMC ilə yazılı müqavilə bağlamamışdır. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında kommunal xidmətlərə görə haqqın yazılı müqavilə əsasənda ödəməli olduğu göstərilmişdir. Bununla belə «R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir. Göründüyü kimi, cavabdeh çoxmənzilli binanın saxlanması xərcləri ilə bağlı İddiaçı MMMC ilə yazılı müqavilə bağlamasa da, faktiki olaraq xx.xx.2021-ci ildən 2023-cü ilin sentyabr ayınadək ünvan 4 ünvanında yaşamaqla İddiaçı MMMC-nin göstərdiyi kommunal xidmətlərdən istifadə etmişdir. Bu hal onunla müəyyən edilir ki, cavabdeh yaşadığı müddətdə iddiaçının təmin etdiyi kommunal xidmətlərdən istifadə etməklə, bu xidmətdən imtina etməmiş, həmçinin göstərilən xidmətlərin əvəzsiz olmadığını bildiyi halda ödənişlərlə bağlı narazılıq olduğu təqdirdə, bununla bağlı iddiaçıya müraciət etməmiş, iddiaçının göstərdiyi kommunal xidmətlərdən yararlanmışdır. Hansı ki, bu hallar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən xx.xx.2020-ci il tarixli Qərarı ilə gəldiyi hüquqi mövqe ilə uyğunluq təşkil etdir. Həmçinin məhkəmə kollegiyası cavabdehin vaxtilə qəbul edilmiş Nizami rayon məhkəməsinin ondan kommunal xidmət haqlarının tutulmasına dair qəbul etdiyi qətnaməsindən belə şikayət etməməsini qeyd etməkdə bu qənaətə gəlir ki, bu hal da ona dəlalət edir ki, cavabdeh müqavilə belə olmadan kommunal xidmətlərdən istifadə edilməsinə görə xidmət haqlarını ödəməli olmasını yaxşı bildiyi halda, hazırki iddia ilə bağlı əssasız etiraz və şikayətləri ilə bu ödəmələrdən yayınmağa çalışır, başqa sözlə hüquqdan sui-istifadə edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, mənzil qanunvericiliyinin imperativ göstərişinə əsasən müvafiq müddət ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməli və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Binanın idarəetmə orqanı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır və binanın idarəetmə üsulunu seçmək səlahiyyətinə sahibdir. Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Hazırki işin hallarından isə göründüyü kimi cavabdeh çoxmənzilli binanın saxlanması xərcləri ilə bağlı İddiaçı MMMC ilə yazılı müqavilə bağlamasa da, faktiki olaraq xx.xx.2021-ci ildən 2023-cü ilin sentyabr ayınadək ünvan 4 ünvanında yaşamaqla İddiaçı MMMC-nin göstərdiyi kommunal xidmətlərdən istifadə etməklə həmin xidmətlərə görə müəyyənləşdirilmiş məbləği ödəmək öhdəliyi yaranmışdır. Cavabdehin adına respublika ərazisində daşınmaz əmlakı mövcud deyil, mülkiyyətində heç bir daşınmaz əmlak olmamasına baxmayaraq onun xx.xx.2021-ci ildən "xxxx" QSC BOKT-un adına rəsmiləşdirilmiş mənzildə yaşamaqda davam etməsi, onu həmin mənzilin yerləşdiyi çoxmənzilli binanın saxlanması xərclərini ödəmək vəzifəsindən azad etmir. Çünki cavabdehin 2023-cü ilin sentyabr ayınadək mənzildə yaşaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır, bunun əskini sübut edilməsi barədə isə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Tutulmalı olan vəsaitin məbləğinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilədək kommunal xidmətlərin göstərilməsinə görə yaranmış borc mənzilin hər kvadrat metr üçün 0,50 manat olmaqla hesablanmalı (178,40 kv.m x 0,5 AZN x 27 ay=2408,4) və cəmi 2408,4 manat iddiaçının xeyrinə tutulmalıdır. Həmin məbləğin müəyyən edilməsi adi riyazi üsulla hesablanmaqla bunun üçün xüsusi bilik tələb edilmir. Göründüyü kimi birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(007)-245/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Kamran Əkbərov