Məhkəmə qərarları › İş №2(103)-2504/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2504/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2504/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Eyvazov Rafael Əmir oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, "xxxx" MTK, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh5 qarşı maliyyə arayışı, protokoldan çıxarışın, forma 2 arayışın etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışların ləğvi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması tələblərinə dair mülki iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-2(004)-172/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK tərəfindən Cavabdeh1 verilmiş 23 noyabr 2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışı, 138 nömrəli protokoldan çıxarışın və 01-F nömrəli forma-2 arayışının etibarsız hesab edilməsi və bunun əsasında Cavabdeh1 verilmiş **********13-05301- 093170 reyestr nömrəli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi; Cavabdeh1 ilə Cavabdeh5 arasında bağlanmış 18 yanvar 2022-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh5 verilmiş **********13-05301-093170 reyestr nömrəli ********** qeydiyyat nömrəli 24 yanvar 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; Cavabdeh2 MMC tərəfindən İddiaçı 17 avqust 2010-cu il tarixli 179 saylı müqavilə əsasında təhvil verilmiş mübahisə predmeti olan və Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, mənzil 139, - Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 11, M13, m3 mənzilə iddiaçının sahiblik və istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)- 530/2023 saylı iş üzrə yekun məhkəmə qərarı qəbul edilənə və həmin qərar qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Həmin qərardaddan iddiaçı şikayət verilərək, qərardadın ləğv edilməsi və işin icraatın təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mülki işi əsassız olaraq 5 aya qədər uzatmaqla prosessual pozuntulara yol vermiş, nəticədə isə heç bir araşdırma aparmadan qeyd edilən qərardadı qəbul etmişdir. Məhkəmənin cinayət işi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər mülki iş üzrə icaatı dayandırması barədə gəldiyi qənaət ona görə əsassızdır ki, cinayət işində taqsirləndirilən şəxs X4 törətmiş olduğu əməl nəticəsində zərərçəkmişlərə, o cümlədən X1 aid mənzili MTK tərafindən verilən saxta maliyyə arayışları va protokollar əsasında üçüncü şəxslərə satılmışdır. İddiaçılar, o cümlədən X3 məhz mənzillərinin saxta yollarla üçüncü səxslərə satılması nəticəsində zərərçəkmiş şəxs qismində tanınmışdır. Yəni onlara dəymiş olan zərər özlərinin qanuni istifadəsində və sahibliyində olan əmlaklarının üçüncü şəxslərə saxta yollarla satılmasıdır. Məhz bu əməlin nəticəsində onlara zərər dəymiş və onlar zərərçəkən şəxs qismində tanınmışdır. Cinayət işinə baxan məhkəmə gələcəkdə X5 barəsində ittihamverici əsaslarla hökm qəbul edərsə, həmin məznzillərin zərərçəkmiş üçüncü şəxslərə qaytarılması barəsində qərar qəbul edə bilməyəcək, sadəcə mülki iddia olacağı təqdirdə onlara dəymiş real zərərin yəni evlər alınarkən zərərçəkmiş şəxslərin ödədikləri mənzillərin dəyərinin ödənilməsinə qərar verəcəkdir ki, iddiaçı X3 tərəfindən həmin müqavilə 17 avqust 2010-cu il tarixində bağlanmış və qeyd edilən tarixdə də həmin mənzilin dəyəri "xxxx" MMC-nin hesabına ödənilmişdir. Bu gün həmin tarixdən 13 ilə yaxını bir müddət keçdikdən sonra cinayət işinə baxan məhkəmə İddiaçı mülki iddiasını təmin edəcəyi təqdirdə onun 2010-cu il tarixində ödədiyi məbləğin təqsirləndirilən şəxs tərəfindən ona qaytarılması barəsində olacaqdır ki, bu da özü çox ədalətli sayılmaz. Halbuki, iddiaçı özünə aid olan evini istəməkdədir Ona dəymiş olan zərər əmlakının dəyən deyildir mahz istifadəsində və sahibliyində olan mənzilinin qanunsuz yollarla, saxta sənədlərin tartibi yolu ilə üçüncü şəxslərə satılmasıdır. Qanuni istifadəndə və sahibliyində evin olduğu halda saxta arayışlarla və protokollarla evinin satılması və bununla bağlı iddia tələbi irəli sürüldüyü və bununla eynilik təşkil edən iddialar təmin edikliyi halda hazırki iddia tələbi üzrə mülki işin icraatının həmin iddia toələbinin cinayat işinin yekun qərarı qanuni qüvvəyə minənə qədər dayandırılması prosessual qanunvericiliyin tələblərinin kobud şəliklə pozulmasından başqa bir şey deyildir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 yanvar 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. İş materiallarından müəyyən olunmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(101)- 530/2023 saylı cinayət işi vardır. Həmin cinayət işi üzrə təqsirləndirilən şəxs X7 bir neçə cinayətin törədilməsində təqsirləndirilr. O cümlədən təqsirləndirilir ki, o, xx.xx.2017-ci il tarixdən hazırkı vaxtadək "xxxx" MTK-nın sədri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib, təkrarən eyni məqsədlə ünvan 1 ünvanında yerləşən və xx.xx.2010-cu il tarixli müqavilə əsasında 67717 manata alınmış İddiaçı mülkiyyətində olmaqla uzun illərdir yaşayış olmayan 139 nömrəli mənzili təqdim edərək Cavabdeh1 aldatmaqla xx.xx.2021-ci il tarixli rəsmi sənəd olan “Maliyyə” arayışı və “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə biləbilə təhrif olunmuş və yalan məlumatlar daxil edib saxta müqavilə və maliyyə arayışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 həmin mənzili ona guya 105 000 manata satmaq adı ilə aldadaraq ünvan 2 ünvanında həmin məbləği ələ keçirib sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bununla da qeyd olunan hərəkətləri ilə Cavabdeh1 faktiki olaraq mənzilindən məhrum etməklə onun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla, vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmişdir. Həmin cinayətlə bağlı hazırkı iş üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işinə baxılarkən preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi mümkündür, belə olan halda tərəflər arasında hüquq münasibətləri başqa xarakter ala və digər hüquqi nəticələrə səbəb ola bilər, bu isə hazırkı iddia tələbi üzrə qəbul ediləcək yekun məhkəmə qərarına təsir etmiş olar. Qeyd olunanlar kontekstində kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmaqla düzgün hüquqi nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-172/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar