Məhkəmə qərarları › İş №2(103)-2509/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2509/2021

17.03.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2509/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X5 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı Credali Ciulio nümayəndəsi və vəkili Vəkil1 Azət oğlunun, Cavabdeh “X4 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Credali Ciulionun cavabdeh “X4 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin müstəqil tələb irəli sürməyən üçnücü şəxs qismində cəlb edildiyi “intizam tənbeh tədbirinin tətbiqinə dair əmrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Credali Ciulio cavabdeh “X4 B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin onun barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehinin görülməsinə dair xx xxxx 2020-ci il tarixli, HR/DON/4235 nömrəli əmrinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi qeyd edilən qətnaməsi ilə iddia təmin olunmuşdur. Cavabdeh “X4 B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, cavabdeh iddiaçıdan izahat tələb edərkən iddiaçı tərəfindən əmək intizamının həqiqətən pozulduğunu hələ müəyyən etməmiş, iddiaçı tərəfindən potensial əmək pozuntusunun törədilməsinə işarə edən müəyyən halların araşdırılmasını aparırdı. Bu hal cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli “İntizam proseduru haqqında bildiriş və yazılı izahatın tələb edilməsi” barədə sənəddə də öz əksini tapmışdır. Belə ki, həmin sənədin birinci abzasının sonuncu cümləsinə əsasən, cavabdeh iddiaçıya sonuncunun aşkar edilmiş əmək pozuntusu barədə deyil, lakin onun tərəfindən əmək müqaviləsinin potensial pozuntusunu, yəni ehtimal olunan pozuntusunu göstərən hallardan bəhs edir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh iddiaçının izahatını aldıqdan sonra da sonuncu tərəfindən əmək pozuntusunun həqiqətən törədilib-törədilmədiyini dərhal müəyyən edə bilməmişdir. Belə ki, baş vermiş hadisənin mürəkkəbliyini və hadisənin baş verməsində çoxsaylı şəxslərin təqsirli ola biləcəyini nəzərə alaraq, iddiaçı tərəfindən əmək intizamının pozulubpozulmadığını müəyyən etmək məqsədilə cavabdeh üçün əlavə araşdırma və təhlillər aparmaq tələb olunurdu. Nəhayət, belə araşdırma və təhlillər xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən əmək intizamının pozulması nəticəsinə gəlinməklə yekunlaşmışdır. Məhz həmin tarixdə intizam tənbehinin tətbiq edilməsi haqqında təqdimat qəbul olunaraq iddiaçı barəsində müvafiq tədbirlərin görülməsi üçün müəssisə rəhbərinə təqdim edilmişdir. Təqdimat iddiaçının törətdiyi əmək intizamı pozuntusunun cavabdeh tərəfindən aşkar edildiyini göstərən ilk sənəddir. Odur ki, Əmək Məcəlləsinin 187.2-ci maddəsində göstərilən 1 aylıq müddət məhz həmin tarixdən hesablanmalıdır. İddiaçı barəsində mübahisə edilən əmrin də həmin tarixdə, yəni xx.xx.2020-ci il tarixində qəbul edildiyini və xx.xx.2020-ci il tarixdə ona təqdim edildiyini nəzərə alaraq, sözügedən 1 aylıq müddətin pozuntusu baş verməmişdir. Əmək Məcəlləsinin 187.3-cü maddəsinin sonuncu abzasına əsasən əmək pozuntusu həm də cinayət işi üzrə icraatın başlanmasına səbəb olduğu hallarda intizam tənbehinin tətbiq edilməsi üçün müddətlərin axımı dayanır, çünki sözügedən normanın göstərişinə görə cinayət işi üzrə icraatın müddəti göstərilən iddia müddətlərinə daxil edilmir. Odur ki, cinayət işinin başlanmasına səbəb olmuş əmək pozuntularına görə işəgötürən tərəfindən intizam tənbehinin tətbiq edilməsi müvafiq cinayət işi üzrə icraatın davam etdiyi bütün müddət ərzində mümkün hesab edilməlidir. Bununla əlaqədar nəzərə alınmalıdır ki, iddiaçıya intizam tənbehinin verilməsi üçün əsas olmuş hal ilə bağlı, yəni cavabdehə məxsus gəmidə baş vermiş partlayışa səbəb olmuş hüquq pozuntuları ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi başlanmışdır. Məhkəmə tərəfindən qeyd olunan normaya verilmiş şərh tamamilə əsassızdır və iddiaçı tərəfin subyektiv yanaşmasına əsaslanan qərəzli mülahizədən başqa bir şey deyil. Belə ki, qeyd olunan müddəanın məzmunundan cinayət işi üzrə icraatın məhz işçi barəsində başlanılması tələbi irəli gəlmir və cinayət işi intizam tənbehinin verilməsi üçün əsas olmuş hal ilə əlaqədar, yəni fakt üzrə başlandıqda da, qeyd olunan müddədakı qayda tətbiq olunmalıdır. Bundan başqa, X11 Xidmətinin nümayəndəsinin xx.xx.2020-ci il tarixli məhkəmə iclasında faktiki iştirakına və izahat verməsinə rəğmən, məhkəmə qətnamədə bu faktı naməlum səbəbdən danaraq qeyd etmişdir ki, guya X11 Xidməti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu hal məhkəmənin cavabdehə qarşı nə dərəcədə qərəzli və qeyri-obyektiv olduğunu aşkar surətdə göstərir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi isə, şikayətə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş faktiki hallarına görə, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, EAE0707-914656 nömrəli əmək müqaviləsinə əsasən, Credali Ciulio “X4 B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində aktivlər və gəminin yenidənqurması üzrə müdir vəzifəsinə qəbul edilmişdir. xx.xx.2019-cu ildə Xəzər dənizində “İsrafil Hüseynov” boru kəməri (“PLBH”) göyərtəsində partlayış baş vermiş, nəticədə bir nəfər ölmüş və 13 nəfər müxtəlif bədən xəsarətləri almışdır. Bu cür qəza göyərtədə İMPP avadanlığının təmiri zamanı baş vermişdir. Hadisə barədə xx.xx.2019-cu il tarixli İlkin Hesabatda qeyd olunmuşdur ki, 2019-cu ilin fevral ayında, platformada PLBH-nin reaktivləşdirilməsi zamanı, İMPP mexanizmi bəzi hidravlik sızdımazlığı əvəz etmək üçün söküldü. Bu zaman piston, satıcının (təchizatçının) iştirakı ilə gəmi ekipajı tərəfindən çıxarıldı. Eyni prosedura (133943-TE-3J1S-GP-003) dəzgahın sökülməsi zamam bu hadisə kontekstində istifadə olunan tapşırıq planında (TP PLBH 0129 - İMMP akkumulyator ərimə pistonunun çıxarılması) müraciət edilmişdir. Əvvəlki halda, akkumulyator boş idi və tamamilə söküldü və təmir zamanı 2 saylı akkumulyatorun hidravlik silindri (alt) geri qoyuldu, lakin boltlar düzgün bir şəkildə bərkidilmədi, buna görə ərimə pistonunun səhv uyğunlaşdırılması yarandı (texniki analizlə təsdiqlənəcəkdir) (Foto, ST). Mayın 6-da, PLBH 353 oynağı problem olmadan qoyulduqdan sonra, İMPP avadanlığı uğursuz oldu (erkən diaqnoz akkumulyatorun içinə ərimə piston vurulması idi). Shore Layihə Bürosu və X17 məlumatlandırıldı. Satıcı ilə Coating şöbəsi əlaqə saxladı və istehsalçı şirkətdən ehtiyat hissələri, ekstraktor və servis mühəndisləri Bakıya səfərbər olundu. X18, F1C komandası va layihə personalı kommunikasiyada idi. Satıcının gəmiyə gözlənilən gəlişi 9 May axşamı idi. İstehsalçı heç vaxt belə bir uğursuzluq yaşamamışdı və əməliyyatlar zamanı bu vəziyyəti örtmək üçün bir prosedur və xüsusi avadanlıq yox idi və istifadəçinin təlimatında da qeyd edilməmişdi. Mayın 7-də, saat 04:00-da gəmi heyəti, hidravlik pistonu çıxardaraq İMPP mexanizmini sökməyə başladı. Təcili iş icazəsi akkumulyatordan ərimə pistonunu çıxarmaq üçün addımlar daxil olmaqla bir tapşırıq planı ilə birlikdə verildi. İcazə 2-ci Asst. Supt, tərəfindən imzalandı. May ayının 7-də Tapşırıq Planı (TP PLBH 0129 - İMPK akkumulyatoru ərimə pistonunun çıxarılması) Offshore inşaat Meneceri və FJC Texnologiya Mühəndisi tərəfindən imzalanmış və verilmişdir. Başlanğıcda sökülmə işlərini yerinə yetirmək üçün Elektrik İzolyasiyası tələb olunmadı. Hidravlik silindrin sökülməsi zamanı İMPP mexanizmində elektrik izolyasiyası tətbiq edilmişdi. Bu, temperatur və təzyiq idarəetmə sistemlərinin ləğvi ilə nəticələndi və akkumulyatorun əl ilə idarə olunan isidilməsinə səbəb oldu. (Təsiredici Amil). Tezliklə, ekstraksiya akkumulyatorun istiləşməsini tələb etdiyindən, işçi qrupu mexanizmi təcrid olunmuş vəziyyətdə saxlayarkən akkumulyatoru qızdırmaq üçün (PP-ni yumşaltmaq və silindrini genişləndirmək üçün) elektrik şöbəsindən dörd 380V uzatma kabelini tələb etdi ki, daxili istilik sisteminin içərisində olan İMPP avadanlıqlarının dörd elementini xarici şəkildə gücləndirsin. Sualı İMPP avadanlıqları mütəxəssisinə çatdırdıqdan sonra, Baş Elektrik, İMPP maşınının xarici istilik üçün istifadə olunacağını başa düşərək elektrik kabelinin uzantılarını buraxdı. (Qaçırılmış Fürsət) May ayının 8-i saat 08:40-da, alt hidravlik silindr söküldü və ərimiş pistonun akkumulyatorun içərisində 200 ilə 250 mm arasında yapışdırıldığı təsdiqləndi. İşçi qrupu, ərimə pistonunun səhv uyğunlaşdırıldığını və akkumulyatorun içərisində metal töküntü tapıldığını müşahidə etdi. Hidravlik pistonun çıxarılması zamanı işçi qrupu akkumulyatora istilik tətbiq etmək lazım olduğunu müəyyənləşdirdi. Tapşırığa başlamazdan əvvəl, X1 (nömrə 064) aşağı təzyiqli xətlərin/akkumulyatorların istiləşmə mərhələsini daxil etmək üçün xx/xx/2019 tarixində 21.00-da məlumatlandırıldı, lakin çox isinmiş polipropilen ilə əlaqəli təhlükələri həll etmədi. xx/xx/2019 tarixli X9 (İSA) zərərli maddələrə / kimyəvi maddələrə və ya yanğına məruz qalma ilə əlaqədar təhlükələri qeyd etməmişdir. İş icazəsinə əlavə edilmiş 023691 saylı X2 Vərəqəsi (MTMV) yalnız hidravlik yağla əlaqəli idi. Polipropilen üçün MTMV yoxdur. xx xxx 2019 tarixində verilmiş Tapşırıq Planı akkumulyatorun istiliyinə istinad edilmədən iki xətdə ərimə pistonunun çıxarılması əməliyyatını əhatə etmişdir. İstinad proseduru «Ekstrüder sürücü silindrlərinin dəyişdirilməsi proseduru” 133943-TE-3J**-GP-*** revCOl yalnız işlək vəziyyətdə olmayan hidravlik pistonun çıxarılmasını əhatə edir. X15 12-15-ci maddələrinə əsaslanaraq, (PTW, təcrid, JSA, Tapşırıq Planı, Sahə RA) Paket uyğunsuz, natamam görünür və beləliklə, fəaliyyətlə əlaqəli riskləri qiymətləndirmək üçün kifayət qədər dəqiq deyildir (Təsiredici Amil). Mayın 8-də, saat 9 radələrində işçi qrupu, ərimə pistonunun çıxarılmasını həyata keçirmək üçün daxili istilik sistemini xarici enerji təchizatı ilə əlaqələndirdi (yəni istilik və təzyiq nəzarəti sistemini əllə idarə edilən temperatur ilə əvəz etdi) (Əsas Amil). Temperatur, akkumulyatorun altındakı hər 10 dəqiqədə bir kalibrlənmiş xarici temperatur zondu ilə izlənildi. Akkumulyator silindrinin ucu temperaturun qəbul edilə biləcəyi yeganə yer idi. 4 qızdırıcı 4 müstəqil yuva ilə qidalanırdı- 2 irəlidə, 2 arxada. Hadisədən sonra Elektrik, 4 elektrik kabelindən 2 (irəli) kabelin hələ də qoşulmuş olduğunu tapdı. 08 May saat 15:00-da Mexanikə və FJC komandası Baş Mühəndis Məsləhətçinin nəzarəti altında və Aktivlərin idarə edilməsi üzrə Menecer ilə razılaşdırılaraq əl pərçimləmə sistemindən istifadə edərək piston çıxarmağa başladı. Bu qərarın haradan gəldiyinə (mənbəyinə) dair dəqiq bir sübut yoxdur. Baş Mühəndis Məsləhətçi həmin vaxt ərazidə idi və əməliyyatdan xəbərdar idi, göyərtədəki bütün avadanlıqlara cavabdeh olduğu halda əməliyyatı dayandırmaq va ya istifadə olunan metodu mübahisələndirmək üçün müdaxilə etmədi (Qaçırılmış Fürsət). Həmin gün saat 17:00 radələrində ərimə pistonunu çıxarmaq üçün istifadə olunan yivli çubuq qırıldı və yenisi ilə əvəz olundu. Saat 18:10-da ərimə pistonu demək olar ki, silindrdən çıxdı, buna görə də çıxarma sistemi söküldü və piston üçün armatur/qaldırma tənzimləməsini hazırlamaq üçün İnşaat qrupu çağırıldı. Çəkmə əməliyyatının sonunda qrup pistonun altından maye polipropilen sızdığını müşahidə etdi. Saat 18:44-də, ərimə pistonu açıldı və ətrafa yayılan və saniyələr sonra alovlanan fraqmenti bilinməyən bir maddənin (yanan damlacıqlar və buxarların qarışığı) bir bulud sızdı. Alov yaxınlıqdakı şəxsi heyəti bürüdü Alovlanmanın mənbəyi məlum deyil, lakin özözünə alışmaq istisna edilə bilməz. Akkumulyator parçalanmadı (yəni partlayış baş vermədi). Əriyən başlıq 6 boltla birləşdirilmiş 2 hissədən ibarətdir: hadisədən sonrakı araşdırma zamanı daxili hissə (bürünclə) ayrılmış (boltlar qırılmış) və hələ də Akkumulyatorun içərisində (Uzunluğunun 1/3-i və ya 1/4-i qapalı tərəfə doğru) tapılmışdır. Ərimiş pistonu meydana gətirən 2 hissənin parçalanması xaricdən müdaxilə edən personal tərəfindən aşkar edilə bilmədi. Bu, ehtimal ki, ərimə pistonunun vurulmasına səbəb olan eksantrik yüklənmə yaradan hidravlik silindrin səhv vuruşu ilə əlaqədardır (bax. Bölmə 7.1) (Təsiredici Amil - hələ də araşdırılır). Hadisədən sonrakı araşdırma zamanı əhəmiyyətli miqdarda qalıq PP materialı hələ də bu tunc hissədən qabaada görülə bilər, bu hissənin arxasındakı materialın miqdarı isə daha azdır. 26 və 27-ci bəndlər pistonun bürünc hissəsinin qapalı ucu ilə bürünc hissəsi arasında tutulan material üçün bir bənd rolunu oynadığını və polipropilenin akkumulyatorda qeyri-bərabər paylandığını göstərir (bax. Bölmə 1.1). “X4 B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Ciulio Credaliyə ünvanlanmış xx.xx.2020-ci il tarixli intizam tənbehi bildirişi və yazılı izahat tələbində bildirilmişdir ki, 7-x xxx 2019-cu il tarixdə PLBH-nin göyərtəsində olan ekipaj İMPP avadanlığının ərimə pistonundakı mexanizm işləyərkən baş vermiş və polipropilenlə dolmuş tıxanmanı düzəltməyə çalışırdı, hansı ki, bu hal daha əvvəl baş verməmişdi. Ərazi aktivlərin idarə edilməsi üzrə menecer olaraq, məsələ barədə Ciulio Credali tam məlumatlı idi, həmin tarixlərdə baş vermiş onlayn söhbətlərdəki əhatəli şəkillərin olduğu müvafiq mesajlar da buna sübutdur. O, ekipaj üçün bu cür hallarda əməl ediləcək standart bir prosedurun olmadığını bilirdi və ya bilməli idi. Mövcud prosedur barədə tam məlumatlı olmaq onun vəzifə öhdəliyi baxımından tələb olunur. Yuxarıda göstərilən hadisələrə dair bu cür bilik (məlumatlı olmaq), Ciulio Credalinin davam edən təmiri dayandırmağına və şirkətin prosedurlarına uyğun olaraq Dəyişikliklərin İdarə edilməsinə (DİM) başlamağına səbəb olmalı idi. Bu, tapşırığın bütünlüklə məlumatlandırılmış və təhlükəsiz icrasına zəmanət verərdi. Tətbiq olunan prosedur - mövcud əməliyyat prosedurlarının rəsmi və standart bir prosedura uyğun olaraq nəzərdən keçirilməsini əhatə edən WİSCONA-EXE- OPE-002-E Dəyişikliklərin İdarə edilməsi, bölmə 2.1.1 və 4.1-ə istinad edirik, hansı ki, qeyd edilənləri nəzərdə tutur: DİM prosesi təşəbbüsçü tərəfindən dəyişikliyə ehtiyac olduğu müəyyənləşdirdikdə və ya dəyişiklik vəziyyətinin inkişaf etdiyini edildikdə başlanır. Hər hansı bir şəxs DİM təşəbbüsçüsü ola bilər. Mümkün məliyyat dəyişikliklərinin siyahısına bunlarla məhdudlaşmayaraq, göstərilənlər daxildir: standart prosedurlarda müəyyən edilməmiş xarici vəziyyətlərə cavab (reaksiya); tətbiq olunan sənədlərlə müəyyən edilmiş və əvvəlcədən təyin edilmiş parametrlərdən kənarda əməliyyatlar; tətbiq olunan meyarlarda, iş təlimatlarında və ya prosedurlarda göstərilənlərə uyğun olmayan əməliyyatlar, Əməliyyat Dəyişiklikləri tanındıqdan sonra təşəbbüsçü dəyişiklik üçün təklif formasını doldurur. 4.1 Anlayışlar - Təşəbbüsçü: Offshore Dəniz Tikinti Bölməsi göyərtəsində/X3 tələb olunduğunu müəyyən etmək üçün biliyi olan və dəyişiklik üçün Təklifi hazırlayacaq /imzalayacaq hər hansı şəxs. Ciulio Credali xx.xx.2020-ci il tarixli intizam proseduru barədə bildiriş və yazılı izahatında bildirmişdir ki, EDMF hesabatı 07 may tarixində, İMMP akkumulyatorunun problemlərinin aradan qaldırılmasına başlanan vaxt İMPP mexanizmində baş vermiş problemi dəqiqliklə vurğulamışdır. Belə ki, bu zaman göyərtədəki İMPP mütəxəssisinin (SVİAP) köməyindən faydalanaraq, Aktivlər şöbəsi bu işdə marjinal rol oynamış, fəaliyyətin müntəzəm bir baxım olmaması və qeyd edildiyi kimi, manual və ya prosedur ilə yerinə yetirilən bir fəaliyyət dairəsi olması səbəbindən, rəhbərlik SVİAP Mühəndislik şöbəsi tərəfindən aparılmışdır. Bu səbəbdən, 6-x xxx 2019-cu il tarixlərində PLBH göyərtəsində İMMP avadanlığının ərimə pistonunun tıxanmasını düzəltmək üçün aparılan əməliyyat ümumiyyətlə, Aktivlər şöbəsinin nəzarətində olmamışdır. Yuxarıda qeyd edilənlərə uyğun olaraq, müvafiq iş icazəsi (PTW) açıq olmuşdur və Əməliyyat şöbəsi tərəfindən imzalanmış, piston başlığının çıxarılması üçün hazırlanmış İş Planı FJC texniki tərəfindən verilmiş (birbaşa OCM gəmisinə hesabat verir) və Aktivlər şöbəsi sənədi nəzərdən keçirmədən OCM tərəfindən təsdiq edilmişdir. Beləliklə, əlaqəli fəaliyyətlərə nəzarət Aktivlər şöbəsinin nəzarəti xaricində idi. Yuxarıda göstərilənlərə baxmayaraq, Aktivlər şöbəsi öz sənaye biliklərinin bir hisəssi olan texniki bacarıqları (məs. bağlamaq/açmaq, bağlanmış bir mərkəzi çıxarmaq barədə) təmir qrupuna təqdim edərək, peşəkar və bilik səriştəsi səviyyəsində fəaliyyətə dəstək verdi, lakin qeyd edildiyi kimi, heç vaxt əməliyyata rəhbərlik etməmişdir. Bunun səbəbi, daha əlaqəli şöbələrin (məsələn, FJC Texniki və İMFH mütəxəssisi) həmişə və hər mərhələ barədə istehsalçı (TECNO Srl) və SVİAP Floiesti və Milandakı əsas ofisləri ilə əlaqədə olmasıdır. Bu səbəbdən, üzərinə qoyulan qəzanın səbəbi ilə tamamilə əlaqəsi olmayan hər hansı məsuliyyət və öhdəliyə dair ittihamı rədd edir. “X4 B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2020-ci il tarixli inzibati tənbehin tətbiq edilməsi barədə təqdimatda qeyd olunmuşdur ki, baş vermiş qəza ilə bağlı Azərbaycan Respublikası Prokurorluğu tərəfindən cinayət işi başlanılmış və müvafiq cinayət istintaqı hələ də davam edir. Eyni zamanda, "X4 B.V." şirkətinin SƏTƏM Departamenti tərəfindən baş vermiş qəza ilə bağlı geniş daxili araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Şirkətin Gəmi Aktivləri üzrə X12 tətbiq edilən prosedurun tələblərinə (Wİ-SCONAEXE-OPE-002-E saylı Dəyişikliyin İdarə olunması (Dİ) prosedurasının 2.1.1 və 4.1 bəndi) riayət etməmişdir, hansı ki, bu, xx xxxxxx 2016-cı il tarixli EAE0707-914656 nömrəli əmək müqaviləsinin 9.1.1, 9.1.2, 9.1.4 və 9.1.5-ci maddələrində və Əmək Məcəlləsinin 10-cu maddəsinin (a) və (c) bəndlərində göstərilən vəzifələrinin pozulması deməkdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, 7-x xxx 2019-cu il tarixlərində BDB gəmisindəki heyət, İMPP avadanlığının ərimə pistonunun ilişməsini düzəltməyə çalışırdı, hansı ki əvvəllər belə məsələ ilə heç vaxt baş verməmişdir. X7raq Giulio Credali, 7 və x xxx 2019-cu il tarixlərində baş vermiş məsələ barədə tam məlumatlandırılmışdı, hansı ki, bu, onlayn söhbətdəki müvafiq mesajlarda geniş şəkillərlə təsdiqlənir. Giulio Credali, mövcud şərtlər daxilində heyət üçün tətbiq ediləcək standart bir prosedurun olmadığını bilirdi və ya bilməli idi. İstənilən halda, mövcud prosedur barədə tam məlumatlı olmaq onun vəzifəsindən irəli gələn tələbdir. Yuxarıda göstərilən məsələlər/hadisələr barədə belə məlumatlar, Giulio Credalinin davam edən təmiri dayandırmasına və şirkət prosedurlarına uyğun olaraq Dəyişiklikliyin İdarəedilməsi (Dİ) prosesinə başlamasına səbəb olmalı idi. Bu, tapşırığın tam məlumatlı və təhlükəsiz yerinə yetirilməsinə zəmanət verərdi. Yuxarıda təsvir olunan hadisələr, əməliyyatların həqiqi icrasından əvvəl tətbiq edilməli olan rəsmi bir Dİ prosesi olmadan baş vermişdir. WİSCONA-EXE-OPE-002-E saylı Dəyişikliklərin İdarə edilməsi prosedurunun 2.1.1-ci və 4.1ci bəndləri mövcud əməliyyat prosedurlarına edilən dəyişikliklərin rəsmi və standart bir prosedura uyğun olaraq nəzərdən keçirilməsini təmin edir. Bununla əlaqədar, xx xxxx 2020-ci il tarixində Giulio Credaliyə daxili araşdırmanın nəticələri barədə yazılı məlumat verildi və Əmək Məcəlləsinin 187.1-ci maddəsinə uyğun olaraq rəsmi olaraq izahatlarının verilməsi istənildi. Giulio Credali öz izahatını xx xxxx 2020-ci il tarixində təqdim etdi (əlavə olunur). Giulio Credalinin izahlarının araşdırılması və qiymətləndirilməsindən sonra müəyyən edildi ki, həmin izahlar onun səhv davranışına haqq qazandırmır və digər hallarla yanaşı həmçinin aşağıda göstərilənlərə görə əmək müqaviləsinin pozulması üçün üzrlü səbəb kimi qəbul edilməmişdir: Giulio Credali öz izahatında operativ qərarların və yeni prosedurların özbaşına təcrübələrinin qarşısının alınması üçün tələb olunan Dİ prosesini başlamaması üçün heç bir əsaslandırma təqdim etməmişdir. Dİ prosesi, X14 kimi Əməliyyat Dəyişikliyi haqqında məlumatı olan bütün şəxslər vasitəsilə həyata keçirilir. Bundan əlavə, o, izahatında nə əməliyyat yeniliyinin mövcudluğunu təkzib etməmiş nə də bu barədə məlumatlı olduğunu inkar etmişdir, bu isə özü-özlüyündə Dİ prosesini başlamaq vəzifəsinin işə salınması üçün yetərli idi, təmir işi ilə məşğul olan və ya bu barədə məlumatlı olan digər şəxslərdən asılı olmayaraq. Göstərilənlərə əsasən, Giulio Credali tərəfindən törədilən pozuntuya şirkətin cavabı olaraq onun barəsində intizam tənbehi tədbirinin tətbiq edilməsi məqsədəuyğundur. Buna görə də yuxarıda göstərilənlərə və Əmək Məcəlləsinin 11.1-ci maddəsinin (d) bəndinə və 186.2-ci maddəsinə əsaslanaraq, barəsində intizam tənbehi tədbirinin tətbiq edilməsi məsələsinin nəzərdən keçirilməsi tövsiyə edilir. “X4 B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixli, HR/DON/4235 nömrəli əmrlə aktivlərin və gəminin yenidənqurması üzrə müdir X16 Məcəlləsinin 186.2-ci maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi formasında intizam tənbehi tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən “X4 B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə «İsrafil Hüseynov» borudüzən barjada 14 nəfər işçilərin müxtəlif xəsarət alması ilə müşahidə olunan baş vermiş partlayış və yanğınla bağlı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, istintaq CM-in 162.2-ci maddəsi ilə davam etdirilmişdir. xx.xx.2020-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığına görə) cinayət işi üzrə icraat dayandırılmışdır. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «d» bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri də işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etməkdir. Həmin Məcəllənin 186.1 və 186.2-ci maddələrinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. ƏM-in 187.1-ci, 187.2-ci və 187.3-cü maddələrinə görə, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Qeyd olunan Məcəllənin 311-ci maddəsinə əsasən, işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Baxılan iş üzrə cavabdeh “X4 B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi iddiaçı Ciulio Credali barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət növündə intizam tənbehi tətbiq edərkək, bu barədə əmrini xx.xx.2019-cu il tarixdə "İsrafil Hüseynov" borudüzən gəmisinin göyərtəsində İMPP izolyasiya avadanlığının təmiri zamanı baş vermiş partlayışla əlaqədar Şirkət tərəfindən aparılmış daxili araşdırma zamanı hadisənin baş verməsində iddiaçı tərəfindən də pozuntuya yol verməsinin müəyyən edilməsi, iddiaçının İMPP avadanlığının təsdiq olunmuş təlimat və prosedurlardan kənar qaydada və üsullarla təmir edilməsindən xəbərdar olsa da, lakin X6 prosesini başlamaması ilə DİE Prosedurunun 2.1.1-ci bəndinin tələblərini pozması, belə pozuntunun isə öz növbəsində onunla bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinin 9.1.11, 9.1.22, 9.1.43 və 9.1.54-ci maddələrinin, habelə Əmək Məcəlləsinin 10-cu maddəsinin (a)5 və (c)6 bəndləri üzrə vəzifə öhdəliklərinin pozulması ilə nəticələnməsi, iddiaçının müvafiq təmir işinin heç bir təlimata və ya prosedura söykənmədiyi, özbaşına qaydada aparıldığını bilməsi və ya ən azından bunu bilməli olması, hadisənin İlkin Hesabatda göstərilibgöstərilməməsindən asılı olmayaraq, iddiaçı tərəfindən yuxarıda qeyd olunan pozuntunun törədilməsinin danılmaz fakt olduğu ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası, qanunvericiliyin yuxarıda sadalanan normalarının təlblərini haızrkı işin hallarına tətbiq edərək, hesab edir ki, cavabdeh tərəfindən iddiaçıdan qanun pozuntuları ilə əlaqədar xx.xx.2020-ci il tarixdə yazılı izahat alınsa da, ona verilən intizam tənbehi iddiaçının əmək intizamının pozulduğu aşkar edildiyi, hətta izahatı alındığı gündən bir ay keçənədək deyil, hadisədən bir il, izahat alınmasından sonra isə 2 aydan çox vaxt keçdikdən, yəni xx.xx.2020-ci il tarixdə verilmişdir ki, bu da Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri baxımından qanun pozuntusudur. Cavabdeh, qeyd olunan maddənin sonuncu cümləsini rəhbər tutaraq qeyd edir ki, əmək pozuntusu həm də cinayət işi üzrə icraatın başlanmasına səbəb olduğu hallarda intizam tənbehinin tətbiq edilməsi üçün müddətlərin axımı dayanır. Çünki sözügedən normanın göstərişinə görə, cinayət işi üzrə icraatın müddəti göstərilən iddia müddətlərinə daxil edilmədiyindən cinayət işinin başlanmasına səbəb olmuş əmək pozuntularına görə işəgötürən tərəfindən intizam tənbehinin tətbiq edilməsi müvafiq cinayət işi üzrə icraatın davam etdiyi bütün müddət ərzində mümkün hesab edilməlidir. Kollegiya, cavabdehin qeyd edilən normanı bu qaydada təfsir etməsini onun subyektiv mülahizəsi kimi qiymətləndirir və bildirir ki, bu hal yalnız iddiaçı barədə cinayət işi üzrə icraat zamanı tətbiq edilə bilərdi. İş materiallarından isə görünür ki, cinayət işi fakta görə qaldırılmış, iddiaçı həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməməklə, barəsində cinayət işi olmamaqla hər hansı araşdırma getmir. Həmçinin, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığına görə Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Belə olan halda, birinci instansiya məhkəməsi düzgün olaraq vurğulamışdır ki, X10 Hesabatında hadisənin baş verməsi ilə əlaqədar iddiaçı tərəfindən hər hansı nöqsana yol verilməsi müəyyən edilmədən, eləcə də prokurorluq tərəfindən aparılan istintaqın nəticələri hələ məlum olmadığı halda cavabdehin özünün mülahizəsinə (daxili araşdırmasına) əsasən müəyyən etdiyi pozuntuya (cavabdehin göstərdiyi kimi əgər həqiqətən də onun DİE Prosedurunun 2.1.1-ci bəndinin tələblərini pozması və belə pozuntunun isə onunla xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinin 9.1.11, 9.1.22, 9.1.43 və 9.1.54-ci maddələrinin, habelə Əmək Məcəlləsinin 10-cu maddəsinin (a)5 və (c)6 bəndləri üzrə vəzifə öhdəliklərinin pozulması ilə nəticələnməsi, gəmi şəraitində təmir işinin etirazda göstərilən qaydada və üsullarla aparılmasının tamamilə yolverilməzliyi, heç bir təlimat və ya prosedura söykənməyən təmir işi ilə əlaqədar "X6 Prosesinin" başlamaması və s.) görə iddiaçıya qarşı intizam tənbehi tədbiri görməkdə o vaxt haqlı olardı ki, iddiaçıya ƏM-in 186cı maddəsində nəzərdə tutulmuş intizam tənbehini yalnız həmin Məcəllənin 187-ci maddəsində göstərilən qaydada və müddət ərzində versin. Məhkəmə kollegiyası, cavabdehin iddia müddətinin ötürülməsi barədə dəlili ilə də razılaşmır, ona görə ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsini xx.xx.2020-ci il tarixdə poçta təqdim etmiş və xx.xx.2020-ci il tarixdə poçt xidməti tərəfindən iddia ərizəsi Səbail Rayon Məhkəməsinə təqdim olunmuşdur. Göründüyü kimi, xx.xx.2020-ci il tarixli inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə əmr iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə uyğun olaraq 1 aylıq müddət daxilində verilməklə iddia müddəti ötürülməmişdir. Odur ki, Kollegiya, qeyd olunanlar əsasən, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: “X4 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1547/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar