Məhkəmə qərarları › İş №2(103)-2509/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2509/2024

29.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2509/2024 29.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “miras əmlakda payın müəyyən edilməsi və sair” tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras əmlakda payın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), X10 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı X7 nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə İddiaçı X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “miras əmlakda payın müəyyən edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4851/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilən apellyasiya şikayəti üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İ-КВ №778476 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2014-cü ildə vəfat etmişdir.

2. xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü ildə vəfat etmiş X4 vərəsələri Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3dur. Onların hər birinə bərabər hissələrdə irs ayrılmalıdır. Şəhadətnamədə verilən miras əmlak: "xxxx" ASC-nin Mərkəzi filialında ******************** saylı cari bank hesabı vardır. Hesabın qalığı 348,04 ABŞ dolları, ******************** saylı hesabının qalığı 250 ABŞ dolları təşkil edir.

3. xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü ildə vəfat etmiş X4 vərəsələri Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3dur. Onların hər birinə bərabər hissələrdə irs ayrılmalıdır. Şəhadətnamədə verilən miras əmlak: “Toyota Prado” markalı ** SS *** dövlət nömrə nişanlı 2006 buraxılış ili olan avtomaşından ibarətdir

4. xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü ildə vəfat etmiş X4 vərəsələri Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3dur. Onların hər birinə bərabər hissələrdə irs ayrılmalıdır. Şəhadətnamədə verilən miras əmlak: ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 29 kv.metr olan 2 otaqlı mənzildən ibarətdir.

5. xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü ildə vəfat etmiş X4 vərəsələri Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3dur. Onların hər birinə bərabər hissələrdə irs ayrılmalıdır. Şəhadətnamədə verilən miras əmlak: ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 46 kv.metr olan 3 otaqlı mənzildən ibarətdir

6. xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü ildə vəfat etmiş X4 vərəsələri Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3dur. Onların hər birinə bərabər hissələrdə irs ayrılmalıdır. Şəhadətnamədə verilən miras əmlak: Azərbaycan Respublikası Gəmiyə Mülkiyyət Hüququ haqqında DGR-0461 qeydiyyat nömrəli, xx.xx.2005-ci il qeydiyyat tarixli şəhadətnaməyə əsasən “Emin Rəhman oğlu” gəmisi təşkil edir.

İş üzə qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı X12 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “miras əmlakda payın müəyyən edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 6 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli “2V-73” reyestr nömrəli, “2V-74” reyestr nömrəli, “2V-75” reyestr nömrəli, “2V-76” reyestr nömrəli, “2V-80” nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin ləğv edilməsi, miras əmlaklar üzərində X5 1/6 hissədə payının müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X12 xx.xx.2014-cü il tarixində Rusiya Federasiyasının Astraxan şəhərində anadan olmuş X5 anasıdır. Qızı mərhum atası X8 ilə faktiki nikahlarından anadan olmuşdur. X2 xx.xx.2014-cü il tarixində vəfat etmişdir. X1 mirası Bakı şəhəri 6 saylı notariat kontorunda vərəsələr Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 tərəfindən qəbul olunmuşdur. Bakı şəhəri 6 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli 2V-73 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə miras qoyan X1 ölənə qədər mülkiyyətində olmuş "xxxx" ASCnin Mərkəzi Filialında olan ******************** saylı cari bank hesabında olan 348,04 ABŞ dolları, ******************** saylı cari bank hesabında olan 250 ABŞ dolları vərəsələr tərəfindən qəbul olunmuşdur. Bakı şəhəri 6 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli 2V-74 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə miras qoyan X1 ölənə qədər mülkiyyətində olmuş “Toyota Prado” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı 2006 buraxılışlı nəqliyyat vasitəsi vərəsələr tərəfindən qəbul olunmuşdur. Bakı şəhəri 6 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli 2V-75 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə miras qoyan X1 ölənə qədər mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 29,0 kv.metr olan 2 (iki) otaqlı mənzil vərəsələr tərəfindən qəbul olunmuşdur. Bakı şəhəri 6 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli 2V-76 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə miras qoyan X1 ölənə qədər mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 46,0 kv.metr olan 3 otaqlı mənzil vərəsələr tərəfindən qəbul olunmuşdur. Bakı şəhəri 6 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli 2V-80 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə miras qoyan X1 ölənə qədər mülkiyyətində olmuş Azərbaycan Respublikası Gəmiyə Mülkiyyət Hüququ Haqqında DGR-0461 qeydiyyat nömrəli, xx.xx.2005-ci il qeydiyyat tarixli şəhadətnaməyə əsasən “EMİN RƏHMAN OĞLU” gəmisi vərəsələr tərəfindən qəbul olunmuşdur. Qeyd olunan əmlaklar cavabdehlər tərəfindən qəbul olunan zaman qanuni təmsilçisi olduğu, miras qoyanın doğma qızı olan X5 miras payı nəzərə alınmamışdır.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4851/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X2ndan miras qalmış əmlaka dair vərəsəlik hüquqlarını müəyyən edən Bakı şəhəri 6 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli “2V-73” reyestr nömrəli, “2 V-80” reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, X2ndan miras qalmış Azərbaycan Respublikası Dövlət Gəmi reyestrində DGR-1070 (əvvəlki qeydiyyat nömrəsi DGR-0461) qeydiyyat nömrəsi ilə qeydiyyatda olan “Emin Rəhman oğlu” gəmisinin 1/5 hissəsi üzərində X5 payının müəyyən edilməsi, miras kütləsinə daxil olan, lakin sonradan üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilmiş **-SS-*** dövlət qeydiyyat nişanlı “Toyota Land-Cruiser Prado” markalı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsindən əldə edilmiş 16.000 manat pul vəsaitinin 1/5 hissəsi, yəni 3.200 (üç min iki yüz) manat məbləği müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 alınaraq X6 xeyrinə ödənilməsi, miras kütləsinə daxil olan, lakin sonradan üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilmiş ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin özgəninkiləşdirilməsindən əldə edilmiş 50.910 manat pul vəsaitinin 1/5 hissəsini təşkil edən 10.182 (on min yüz səksən iki) manat məbləği müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 alınaraq X6 xeyrinə ödənilməsi, miras kütləsinə daxil olan, lakin sonradan üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilmiş ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin özgəninkiləşdirilməsindən əldə edilmiş 50.000 manat pul vəsaitinin 1/5 hissəsini təşkil edən 10.000 (on min) manat məbləği müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 alınaraq X6 xeyrinə ödənilməsi, miras kütləsinə daxil olan "xxxx" ASC-də X1 adına açılmış cari bank hesablarında qalmış 348.04 ABŞ dolları və 250 ABŞ dolları pul vəsaitlərinin 1/5 hissəsini təşkil edən cəmi 119,6 (bir yüz on doqquz dollar altı sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) pul məbləği müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 tutularaq X6 xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, baxılan işdə iddiaçının qızı Yasmina mirasın açıldığı dövrdə və halhazırda yetkinlik yaşına çatmamışdır, Mülki Məcəllənin 28.2ci maddəsinə əsasən mülki hüquq fəaliyyət qabiliyyətsizdir. Qanunda birbaşa müəyyən edilmiş hallar istisna olmaqla fəaliyyət qabiliyyətsiz şəxsin müstəqil qaydada öz iradəsinə uyğun olaraq mülki hüquq münasibətlərinə daxil olması, o cümlədən hüququ olan miras əmlakı qəbul etməsi və ya onun qəbulundan imtina etməsi mümkün deyildir. Cavabdehlərin mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin keçməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, vərəsənin qanuni nümayəndəsinin hərəkətsizliyi nəticəsində və ya sair səbəblərdən mirasın qəbulu üzrə qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciətin olunmaması yetkinlik yaşına çatmayan Yasminanın miras əmlakdan və mülkiyyət hüququndan məhrum edilməsi ilə nəticələnə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə mirasın qəbulu ilə bağlı müddətlər müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi qüvvədən düşmüş hesab edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, X8 xx.xx.2014-cü ildə anadan olmuş Yasmina Rəhmanovnanın atası olduğundan birincidən qalan miras əmlakda Yasmina İvanovanın payının müəyyən edilməsi barədə iddia tələbləri qismən təmin edilməlidir, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil3 iddia müddətinin tətbiqinə dair ərizəsi isə təmin edilməməlidir. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 miras əmlakdan imtina etdiyindən və miras əmlakların vərəsələr arasında bölüşdürülməsində iştirak etmədiyindən iddia tələbləri həmin cavabdehə münasibətdə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, xx.xx.2014-cü ildə anadan olmuş Yasmina Rəhmanovnanın miras əmlakda payı müəyyən edildiyindən, Bakı şəhəri 6 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli “2V-80” reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi etibarsız hesab edilərək, miras kütləsinə daxil olan Azərbaycan Respublikası Dövlət gəmi reyestrində DGR-1070 qeydiyyat nömrəsi ilə qeydiyyatda olan “Emin Rəhman oğlu” gəmisinin 1/5 hissəsi üzərində X5 payı müəyyən edilməlidir. Bundan başqa, miras kütləsinə daxil olmuş "xxxx" ASC-də X1 adına açılmış cari bank hesablarında qalmış 348,04 ABŞ dolları və 250 ABŞ dolları pul vəsaitlərinin 1/5 hissələrini təşkil edən cəmi 119,6 ABŞ dolları pul vəsaiti (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) miras bölgüsündə iştirak edən vərəsələrdən müştərək qaydada tutularaq Yasmina İvanovanın xeyrinə ödənilməlidir. Həmin əmlaka dair Bakı şəhəri 6 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli “2V-73” reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Bakı şəhəri 6 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli “2V-74” reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılaraq ləğv edilməsi barədə iddia tələblərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, həmin şəhadətnamə əsasında cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 miras əmlak olan “**-SS-***” dövlət qeydiyyat nişanlı “X19 Prado” markalı nəqliyyat vasitəsinə vərəsəlik hüquqları müəyyənləşdirilmişdir. Həmin əmlak daha sonra Cavabdeh4 adına rəsmiləşdirilməklə, sonuncu tərəfindən xx.xx.2023-cü il tarixdə üçüncü şəxsə (X11) özgəninkiləşdirilmişdir. İddia tələbləri həmin əmlakın özgəninkiləşdirilməsinin etibarsızlığı ilə bağlı olmadığından və iddiaçı əmlakın özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş vəsaitin 1/5 hissəsini tələb etdiyindən, iddia tələbləri miras bölgüsündə iştirak edən vərəsələrə (cavabdehlərə) qarşı pul tələbinə dair qeyd olunan hissədə təmin ediməlidir. Sözügedən əmlaka dair verilmiş xx.xx.2015-ci il tarixli “2V-74” reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması barədə tələblər isə təmin edilməməlidir. Belə ki, iddiaçı həmin əmlakın vərəsələr tərəfindən bölüşüdürülməsindən sonra əmlakın üçüncü şəxsə özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş pulun 1/5 hissəsini tələb etdiyinə görə sözügedən şəhadətnamənin etibarsız hesab edilməsinə əsas yoxdur. Eyni qaydada, iddiaçı Bakı şəhəri 6 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli “2V-75” reyestr nömrəli, “2V-76” reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilməsini və eyni zamanda, həmin şəhadətnamələr əsasında vərəsələr Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 arasında bölüşdürülmüş Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi ünvanında yerləşən 6 saylı evin 16 və 17 saylı mənzillərin özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş pul vəsaitlərinin 1/5 hissəsini tələb edir. İddiaçı həmin əmlakların vərəsələr tərəfindən bölüşüdürülməsindən sonra üçüncü şəxslərə özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş pulun 1/5 hissəsini tələb etiyinə görə sözügedən “2V-75” reyestr nömrəli, “2V-76” reyestr nömrəli şəhadətnamələrin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Belə ki, iddia tələbləri sözügedən əmlakların vərəsələr tərəfindən bölüşüdürülməsindən sonra üçüncü şəxslərə özgəninkiləşdirilməsi nəticəsində alınmış pulun 1/5 hissəsinin miras bölgüsündə iştirak edən vərəsələrdən müştərək qaydada tutularaq Yasmina İvanovaya ödənilməsi hissəsində təmin edilməlidir.

11. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-4851/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “miras əmlakda payın müəyyən edilməsi və sair tələbləri” barədə iddiası əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

12. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 nümayəndə və vəkili Vəkil3 məhkəmə iclasında ərizə təqdim edərək bildirdi ki, hazırıkı mübahisə üzrə razılıq əldə olunaraq 24 aprel 2024-cü il tarixli barışıq sazişi imzalanmışdır, iş üzrə icraata xitam verilməsini nəticələri onlara məlumdur. Barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir.

13. İddiaçı X7 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında məhkəmə iclasında ərizə təqdim edərək bildirdi ki, hazırıkı mübahisə üzrə razılıq əldə olunaraq 29 aprel 2024-cü il tarixli barışıq sazişi imzalanmışdır, iş üzrə icraata xitam verilməsini nəticələri onlara məlumdur. Barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir.

14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

15. Məhkəmə iclasında təqdim edilmiş tərəflər arasında bağlanmış barışıq sazişinin məzmunu aşağıdakı kimi müəyyən edilmişdir:

1. İddiaçı Rusiya Federasiyası ərazisində Cavabdeh1 xx.xx.2024-cü il tarixində aldığı 1.500.000 (bir milyon beş yüz min) rusiya rublu müqabilində Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-4851/2023 saylı qətnaməsi ilə irəli sürdüyü tələblərdən imtina etməyi öz öhdəsinə götürür. 2.İddiaçı və qanuni nümayəndəsi olduğu yetkinlik yaşına çatmayan qızı X9, gələcəkdə cavabdehlərə və ya ayrı-ayrılıqda hər bir cavabdehə qarşı əmlak və ya pul tələbləri irəli sürməməyi öz öhdəsinə götürürlər. 3.İddiaçı bu sazişinin şərtlərini pozduğu halda Cavabdeh1 tələbi ilə 2 gün ərzində Cavabdeh1 tələbi ilə 2 gün ərzində Cavabdeh1 1.500.000 rusiya rublu məbləğində pul vəsaitini geri qaytarmağı öz öhdəsinə götürür.

Tətbiq edilən hüquq normaları:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. (Maddə 881.3)

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər.

18. Həmin Məcəllənin 191.2.-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.

19. Məcəllənin 261.0.5-ci maddəsində qeyd edilir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.2-ci maddəsində qeyd edilir ki, iş üzrə icraata xitam verilməsi barədə məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər

21. Məcəllənin 384.0.5-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

22. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir.

23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4851/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “miras əmlakda payın müəyyən edilməsi və sair” tələbinə dair mülki iş üzrə tərəflərin məhkəməyə təqdim etdikləri aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı Rusiya Federasiyası ərazisində Cavabdeh1 xx.xx.2024-cü il tarixində aldığı 1.500.000 (bir milyon beş yüz min) rusiya rublu müqabilində Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-4851/2023 saylı qətnaməsi ilə irəli sürdüyü tələblərdən imtina etməyi öz öhdəsinə götürür. 2.İddiaçı və qanuni nümayəndəsi olduğu yetkinlik yaşına çatmayan qızı X9, gələcəkdə cavabdehlərə və ya ayrı-ayrılıqda hər bir cavabdehə qarşı əmlak və ya pul tələbləri irəli sürməməyi öz öhdəsinə götürürlər. 3.İddiaçı bu sazişinin şərtlərini pozduğu halda Cavabdeh1 tələbi ilə 2 gün ərzində Cavabdeh1 tələbi ilə 2 gün ərzində Cavabdeh1 1.500.000 (bir milyon beş yüz min) rusiya rublu məbləğində pul vəsaitini geri qaytarmağı öz öhdəsinə götürür. İddiaçı X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “miras əmlakda payın müəyyən edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar