Məhkəmə qərarları › İş №2(103)-2510/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2510/2024

02.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2510/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-1983/2023 saylı qərardadından Şahid tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-1983/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı övladları xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X4 ilə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Səbail Rayon Məhkəməsinin e-2(009)-1983/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-1769/2024 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək icraata götürülmüşdür. Bundan sonra - xx.xx.2024-cü il tarixdə Şahid apellyasiya şikayəti verərək Səbail Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, e-2(009)-1983/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-1769/2024 saylı qərardadı ilə mülki iş üzrə xx.xx.2024-cü il tarixli icraata qəbul qərardadı ləğv edilmiş, qətnamə ilə maraqlarına toxunan şəxs Şahid apellyasiya şikayətinin məzmununa səlahiyyət həddində qiymət verilməsi üçün iş apellyasiya baxışından çıxarılmaqla, Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-1983/2023 saylı qərardadı ilə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009) 1983/2023 saylı qətnaməsindən Şahid tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qəbul edilən qətnamə Şahid hüquq və vəzifələrinə toxunan halları sübut edən evə dair alğı-satqı müqaviləsi və ya mülkiyyət hüququnu təsdiq edən sənəd əlavə edilmədiyindən şikayət geri qaytarılmalıdır Həmin qərardaddan Şahid şikayət verərək, qərardadın ləğv edilməsi və Şahid verdiyi apellyasiya şikayətinin mülki iş ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 29 iyul 2023-cü il tarixdə mübahisə predmetini təşkil edən ev Şahid satılmış, sonuncu həmin ev üçün 35 500 (otuz beş min beş yüz) manat pul vəsaitini 29 iyul 2023-cü il tarixdə ödəmiş, 29 avqust 2023-cü il tarixdə isə ev təhvil verilərkən əlavə olaraq 500 (beş yüz) manat pul vəsaiti ödəmişdir. Şahid sözügedən ev üçün ümumilikdə 36000 (otuz altı min) manat pul vəsaiti ödəmişdir. Sözügedən ev üçün pul vəsaitinin ödənilməsi prosesi tərəflərin razılığı ilə video formatında qeydə alınmışdır. 29 iyul 2023-cü il tarixdə mübahisə predmetini təşkil edən ev Şahid satıldığından Səbail rayon Məhkəməsi 25 dekabr 2023-cü il tarixli, e-2(009)- 1983/2023 saylı qətnaməsi Şahid sözügedən evə olan mülkiyyət hüququnu pozur. Səbail rayon Məhkəməsi Şahid 3-cü şəxs qismində işə cəlb edilmədiyindən, sözügedən iş üzrə Elektron Məhkəmə sisteminə girişi mümkün deyildir. İşin mürəkkəbliyini nəzərə alaraq məhkəmə apellyasiya şikayətinin mümkünlüyu ilə əlaqədar şifahi məhkəmə iclası təyin etməsi məqsədəuygun olardı. Məhkəmə iş materiallarına əlavə edilən CD-yə hüquqi qiymət verməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1983/2023 saylı, 05 mart 2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Şahid nümayəndəsi-vəkili tərəfindən işə şifahi icraat qaydasında baxılmasına dair ərizə verilmiş və CD disk əlavə edilmişdir. Verilmis ərizə təmin edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-1983/2023 saylı qətnaməsindən Şahid tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməli və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasına təqdim edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, övladları X6 və X2 Səbail rayonu, E.Əzizov (Arif İsmayılov) küçəsi, ev 42A ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi hazırki mübahisə iddiaçının ünvan 2 ünvanında yerləşən mübahisəli evə köçürülməsindən ibarət olmuşdur. İşin faktiki halları ilə isə müəyyən edilmişdir ki, həmin ev özbaşına tikilidir, dövlət reyestrində hüquqi qeydiyyatdan keçməmişdir, həmçinin özbaşına tikili hazırda sökülməyib və mövcuddur. Bununla yanaşı müəyyən edilmişdir ki, Şahid sözügedən ev üçün ümumilikdə 36000 (otuz altı min) manat pul vəsaiti ödəmişdir. Sözügedən ev üçün pul vəsaitinin ödənilməsi prosesi tərəflərin razılığı ilə video formatında qeydə alınmışdır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçının köçürülməsini xahiş etdiyi mübahisəli evə dair hüquqmüəyyənedici sənədlər olmasa da Şahid həmin evə vəsait ödəməklə evi əldə etməsinə dair iradə ifadəsini nümayiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-1983/2023 saylı qətnaməsi Şahid hüquq və vəzifələrinə toxunmuşdur. Birinci instansiya məhkəməsi isə işin müəyyən edilmiş hallarını düzgün araşdırmayaraq, istinad edilən prosessual hüquq normaların tələblərini pozmaqla, Şahid tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyatorun hərəkətləri prosessual hüquqlardan sui-istifadəyə yox, çıxarılmış məhkəmə aktına yenidən baxılmasına yönəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-1983/2023 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-1983/2023 saylı qətnaməsindən Şahid tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilsin və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasına təqdim edilsin. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar