Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2512/2023 27.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı (X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4096/2022-025 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı (X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın müqaviləsi əsasında iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən yaşayış binasının 2-ci blok, 7ci mərtəbəsində yerləşən ümumi sahəsi 152.8 kv.m, 3 otaqdan ibarət, olan 165 saylı mənzilin maneələrin aradan qaldırılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-4096/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-4096/2022 nömrəli qərardadı ilə İddiaçı tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-4096/2022 nömrəli qətnaməsindən apelyasiya şikayəti “Elektron kabinet” vasitəsilə verilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən, həmçinin apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş müddətdə verilmədiyindən geri qaytarılmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 21 dekabr 2022-ci il tarixdə “Elektron kabinet” vasitəsilə yenidən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-4096/2022 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş, həmçinin vəsatət ilə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)- 4096/2022 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini və mülki işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4096/2022 nömrəli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-4096/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə şikayət verərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli 2(004)-4096/2022 nömrəli qərardadının ləğv edilməsini və müddətin bərpasına dair ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4096/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1754/2023 nömrəli qərardadına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 4096/2022 nömrəli qərardadının ləğv edilməsi və İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 4096/2022 saylı qərardadından vermiş olduğu şikayətin qeyri-mümkün hesab edilməsi və şikayətin İddiaçı geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4096/2022- 024 nömrəli qərardadı ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 4096/2022 nömrəli qərardadından verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Həmçinin, xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 yenidən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4096/2022 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4096/2022- 025 nömrəli qərardadı ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4096/2022 nömrəli qərardadından şikayət qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürməklə verildiyindən geri qaytarılmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə şikayət verərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli 2(004)-4096/2022-025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadını əsaslandırmaq üçün qərardadda qeyd edib: “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 4096/2022 nömrəli qərardadı xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilmişdir. Bununla da, iddiaçı prosessual qanunvericiliyin tələbinə əsasən qərardadı xx.xx.2023-cü il tarixdə rəsmi qaydada almış hesab edilir. İddiaçı nümayəndəsivə vəkili Vəkil1 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 4096/2022 nömrəli qərardadından xx.xx.2023-cü il tarixdə verilmiş şikayət qanunla nəzərdə tutulmuş müddətdə verilsə də, “MPM-ə əlavə 2”-də göstərilən formada tərtib edilmədiyindən qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 qeyd edilən qərardaddan yenidən xx.xx.2023-cü il tarixdə şikayət verərkən qanunla qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüş və prosessual müddətin bərpa olunması barədə vəsatət verməmişdir”. Göründüyü kimi, qərardadın özündə də məhkəmə qeyd etmişdir ki, apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməməklə verilmişdir. Məhz bu səbəbdəndir ki, xx.xx.2023-cü il tarixində verdiyimiz apellyasiya şikayəti məhkəmə tərəfindən baxılması üşün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Yalnız Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1754/2023 nömrəli qərardadı ilə tanış olarkən onlara məlum olmuşdur ki, birinci instansiya məhkəməsinin qərardadından məhkəmənin özünə verilən şikayətlər də, qətnamədən verilən apellyasiya şikayətləri kimi, MPM-nə “Əlavə №2”-yə uyğun tərtib edilməlidir. Axı, AR MPM-nin 396.1-ci maddəsinə sasən, “Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər”. Bundan sonra onlar Bakı Apellyasiya Məhkəməsinin qərardadında göstərilən nöqsanları aradan qaldıraraq, qərardaddan şikayəti “Əlavə №2”-yə uyğunlaşdırmış və elektron məhkəmə sistemində yaradılmış şəxsi kabinet vasitəsilə məhkəməyə təqdim etmişdir. Belə olan halda, qərardaddan şikayət vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin ötürülməsindən söhbət gedə bilməz. Çünki, AR MPM-nin 363.4-cü maddəsin əsasən, “Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallararadan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər”. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4096/2022- 025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası şikayətinin dəlillərini araşdırıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 4096/2022 nömrəli qərardadı xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilmişdir. Bununla da, iddiaçı prosessual qanunvericiliyin tələbinə əsasən qərardadı xx.xx.2023-cü il tarixdə rəsmi qaydada almış hesab edilir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4096/2022 nömrəli qərardadından xx.xx.2023-cü il tarixdə verilmiş şikayət qanunla nəzərdə tutulmuş müddətdə verilsə də, “MPM-ə əlavə 2”-də göstərilən formada tərtib edilmədiyindən qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır. Göründüyü kimi iddiaçı tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 4096/2022 nömrəli qərardaddan müəyyən edilmiş müddət daxilində şikayət vermiş, lakin “MPM-ə əlavə 2”-də göstərilən formada tərtib edilmədiyindən şikayət qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır. Bundan sonra iddiaçı tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 4096/2022 nömrəli qərardadından 10 fevral 2023-cü il tarixdə yenidən şikayət verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən iş üzrə qəbul edilmiş qərardadlardan şikayət verməsi onun hüquqlarından sui-istifadə etməsi kimi qiymətləndirilə bilməz, çünki iddiaçı ilk olaraq iş üzrə qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsini xahiş etmiş, qəbul edilmiş qərardadla ərizə təmin edilməmişdir, həmin qərardaddan verilmiş şikayət isə müddət ötürülmə əsası ilə geri qaytarılmışdır. Halbuki Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 4096/2022 nömrəli qərardadından isə ilk dəfə şikayət verilən zaman müddət ötürülmədiyindən, eləcə də şikayət apellyasiya qaydasında qeyri-mümkün hesab edilib mülki işin birinci instansiya məhkəməsinə məhz iddiaçının yenidən şikayət verdiyi tarixdə, yəni 10 fevral 2023-cü il tarixdə daxil olduğundan iddiaçının Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4096/2022 nömrəli qərardadından vermiş olduğu şikayətin müddət ötürülməklə geri qaytarılması barədə birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4096/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yenidən baxmalı və iş üzrə qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Beləliklə məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməklə, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4096/2022 nömrəli qərardadından verdiyi şikayətə və iş üzrə qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə yenidən baxılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Kollegiya bu qənaətə gələrkən nəzərə alır ki, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 399, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4096/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4096/2022 nömrəli qərardadından verdiyi şikayətə və iş üzrə qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə yenidən baxılması üçün mülki iş materialları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Xumar Mərdanova Hakimlər imzalar: Elnur Həsənov Sabit Bəhrəmzadə Əsli ilə düzdür. Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-2512/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2512/2023
27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver