Məhkəmə qərarları › İş №2(103)-2513/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2513/2024

22.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2513/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliynə qarşı işi üzrə QƏTNAMƏSİ (“İlk iddia tələbi torpaq sahəsinə istifadəsinə yaradılan maneələrin aradan qaldırılması, qarşıqlı iddia tələbi ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması və maddi ziyanın ödənilməsi ”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, ilk iddia üzrə cavabdeh Azərbaycan Respublikası Neft Şirkətinin Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdeh Azərbaycan Respublikası Neft Şirkətinin Cavabdehnə qarşı “torpaq sahəsindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X8 qarşı “ərazinin boşaldılması, zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və maddi ziyanın ödənilməsi” qarşılıqlı tələblərinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-59/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İlkin iddia üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ”Azneft” İstehsalat Birliyinə qarşı “torpaq sahəsindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ARDNŞ Cavabdeh əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilərək, torpaq sahəsindən istifadə edilməsinə yaradılan maneələrin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ”Azneft” İstehsalat Birliyi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar şosesi, 1-ci yaşayış massivi, 3-cü döngə ünvanında (koordinatlar: 398837.05 m B; 4467147.01 m C) yerləşən yararsız hala salınmış binaların (nasosxananı və əməliyyatçı otağı) və avadanlıqların cavabdeh tərəfindən bərpa edilməsi, Dövlət mülkiyyətində olan SOCAR-ın “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin əmlakına dəymiş 25199,03 manat dəyərində maddi ziyanın cavabdehdən tutularaq “Azneft” İB-yə ödənilməsi və əməliyyatçı otağının yerləşdiyi cavabdeh tərəfindən zəbt edilmiş 36 kv metrdən ibarət torpaq sahəsinin SOCAR-ın Cavabdeh “Bibiheybətneft” NQÇİ-nin istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq "Azneft" İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.Bakı şəhəri Səbial Rayon Məhkəməsinin 2(009)-59/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməməsi, ilkin iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun ilkin iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı tərəfindən zəbt edilmiş 36 kv metrdən ibarət torpaq sahəsinin SOCAR-ın Cavabdeh “Bibiheybətneft” NQÇİ-nə qaytarılması, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 166 manat dövlət rüsumunun 80 manatının İddiaçı tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarına; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111; Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə; “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanuna və Nazirlər Kabinetinin 10 may 2001 -ci il tarixli 94 nömrəli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107.2, 119.1, 220.5; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü bəndinə istinadən qeyd edilmişdir ki, ilkin iddia üzrə iddiaçının cavabdehə qarşı belə iddia tələbi irəli sürməkdə subyektiv hüququ yoxdur. Qarşılıqlı iddia tələbinin cavabdeh tərəfindən zəbt edilmiş 36 kv metrdən ibarət torpaq sahəsinin SOCAR-ın Cavabdeh “Bibiheybətneft” NQÇİ-nin istifadəsinə qaytarılması hissəsində tələb təmin edilməli, İddiaçı tərəfindən mübahisəli binaların yararsız hala salınması müəyyən edilmədiyindən və bununla bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ”Azneft” İstehsalat Birliyi tərəfindən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından tələb digər hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. 4.İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci tarixli, 163Y saylı sərəncamına əsasən Badamdar qəsəbəsi, “Köhnə bağlar” ərazisində yerləşən bağ sahəsi X5 adına sənədləşdirilmiş və orada fərdi evin tikintisinə icazə verilmişdir; - JN-13601H KOD 00400016 saylı,xx.xx.2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, X9 və onun ailə üzvləri Əliyeva Vəfa, İddiaçı, X10, X1 qəsəbəsi, Köhnə bağlar ərazisində yerləşən torpaq sahəsi onun kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir; - AZ-İ 679034 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X9 xx.xx.2014-cü ildə vəfat etmişdir; - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır; - “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahələrinin topoqrafik planından görünür ki, zəbt olunan sahə “Bibiheybətneft” NQÇİ-nin 3 saylı NQÇS-nin nasosxanası ərazisində yerləşir; - Bakı şəhər Səbail rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarına əsasən 42/23 nömrəli material üzrə cinayət işi başlamasının rədd edilməsi barədə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar vaxtından əvvəl qanunsuz və əsassız olduğundan ləğv edilmişdir və cinayət işi aidiyyəti üzrə ibtidai istintaq aparılması üçün RPİ-nin İstintaqı şöbəsinə göndərilmişdir; - “Azneft” İB-nin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin SƏ16-05/275 saylı xx.xx.2022-ci il tarixli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinə və Səbail rayon 41-ci Polis Bölməsinə ünvanlanmış məktubuna əsasən, 3 saylı NQÇS-nin nasosxanasında ərazinin zəbt edilərək, ərazidə yerləşən inzibati binanın dağıdılaraq “Bibiheybətneft” NQÇİ-yə ciddi maddi ziyanla nəticələnmiş cinayət hadisəsinə düzgün hüquqi qimət verilməsini və təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsini istəmişlər; - “Azneft” İB-nin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin SƏ16-05/305 saylı xx.xx.2022-ci il tarixli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinə ünvanlanmış məktubdan görünür ki, eyni məzmunlu məktub ünvanlanmışdır; - “Azneft” İB-nin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin xx.xx.2023-cü il tarixli, SƏ16-05/133 saylı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Səbail rayon 41-ci Polis Bölməsinə eyni məzmunlu məktub ünvanlanmışdır;- Azneft” İB-nin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin xx.xx.2022-ci il tarixli, RŞ 16-05/258 saylı Səbail rayon İcra Hakimiyətinin başçısı Vüqar Zeynalova ünvanlanmış məktubuna əsasən, özbaşına aparılan tikinti işlərinin sökülməsində və ərazinin boşaldılmasında köməklik istəmişlər;- “Azneft” İB-nin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin xx.xx.2022-ci il tarixli, RŞ16-05/266 saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə eyni məzmunlu məktub ünvanlanmışdır;- “Azneft” İB-nin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin xx.xx.2022-ci il tarixli, RŞ16- 05/259 saylı Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə eyni məzmunlu məktub ünvanlanmışdır; - İddiaçı tərəfindən “Azneft” İB-i tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinə etirazda qeyd etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar şosesi, 1-ci yaşayış massivi, 3-cü döngə ünvanında (koordinatlar: 398837.05 m B; 4467147.01 m C) yerləşən yararsız hala salınmış binaların (nasosxananı və əməliyyatçı otağı) və avadanlıqların cavabdeh tərəfindən bərpa edilməsi, Dövlət mülkiyyətində olan SOCAR-ın “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin əmlakına dəymiş 25199,03 manat dəyərində maddi ziyanın cavabdehdən tutularaq “Azneft” İB-yə ödənilməsi və əməliyyatçı otağının yerləşdiyi cavabdeh tərəfindən zəbt edilmiş 36 kv metrdən ibarət torpaq sahəsinin SOCAR-ın Cavabdeh “Bibiheybətneft” NQÇİ-nin istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq "Azneft" İB-yə ödənilməsi barədə iddiasına etiraz olaraq bildirmişdir ki, bu tələblə bağlı "Azneft" İB-yi hüquq-mühafizə orqanına müraciət etmiş və hazırda X13 İdarəsində araşdırma aparılır. Lakin "Azneft" İB-yi araşdırmanın nəticəsinin nə ilə yekunlaşacağını gözləmədən hazırki tələblə məhkəməyə müraciət etmişdir. Bu isə onu göstərir ki, “Azneft” İB-nin qeyd olunan torpaq sahəsinə dair hər hansısa hüquqları movcud olmadığı üçün hazırki tələblə məhkəməyə müraciət edərək öz əməkdaşlarının qanunsuz hərəkətlərini qanuniləşdirmək istəyir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 5.İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “ Azneft” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, e-2(009)- 59/2024 nömrəili qətnaməsinə dəyişiklik edilərək qarşılıqlı iddianın tam təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1115-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işə baxılarkən tərəflərindən qarşılıqlı iddianın əsaslı olduğunu tam şəkildə sübut edən müvafiq sənədlər ( aktlar, fotoşəkillər, balans dəyəri, arayış, müraciət məktubları və sair) məhkəməyə təqdim edilmişdir. Burada söhbət dövlət əmlakından getməsinə baxmayaraq, məhkəmə bu faktları lazımi şəkildə dəyərləndirməyərək əsaslı qərar qəbul etməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinə qarşılıqlı iddianın tam əsaslı olması ilə bağlı kifayət qədər sübutlar təqdim olunduğunu, həmçinin birinci instansiya məhkəməsində ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verəsələr də, qeyri-müəyyən səbəblərdən bunun təmin olunmadığını və birbaşa qərar qəbul edildiyini, hazırkı işlə bağlı təhqiqat aparıldığını, cinayət işinin başlanılması ilə bağlı qərar qəbul edildiyini və cinayət işinin başlanılmasına səbəb əmlakların talanması, o cümlədən maddi ziyanın vurulması və ərazinin zəbt edilməsi ilə bağlı olduğunu və onların zərərçəkən kimi tanınması ilə bağlı istintaq orqanın qərarının olduğunu, lakin həmin qərarın onlara rəsmi şəkildə hələ təqdim edilmədiyini, istintaq orqanı tərəfindən yaxın zamanda həmin qərarın onlara rəsmi veriləcəyinin bildirildiyini qeyd etmiş,həmçinin cinayəti işinin daxilində mülki iddia da qaldırdıqlarını bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 7.Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı tələblərinə diqqət yetirilməlidir: 139- 1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 162.Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər.241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. 242.2. İstifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər. 10.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə əsasən: 4 8 . 5.-ci maddəsinə əsasən Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 111. 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 11.Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin əsaslı dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139-180, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 372, 385-390-ci maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə səciyyə daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin (qismən) ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. 12.Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. 13.“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanuna və Nazirlər Kabinetinin 10 may 2001 -ci il tarixli 94 nömrəli qərarına əsasən neftqaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. 14.Diqqətə çatdırılmalıdır ki, ilk iddiaçının şikayət vermədiyi prosessual vəziyyətdə cavabdeh (qarşılıqlı iddiaçı) tərəfindən tikili, avadanlıq və sairə dair hüquq-müəyyənedici sənəd iş üzrə əlavə edilmədiyindən, bundan irəli gələrək də zərər və hər hansı hüququn müəyyən edilməsi barədə sübutlar təqdim edilmədiyindən, apellyasiya şikayətində istinad edilənlər əsassızdır və ilkin sübutların mövcud olmaması ekspertizların təyin edilməsi üçün belə əsas yaratmır. Qeyd edilən və digər dəlillərin hüquqi və faktiki əsası olmadığından birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehə izah edilməlidir ki, əmlak və sair hüquqlarının müdafiəsi üçün fərqli (sübutedici) əsaslarla müvafiq tələblər ilə məhkəmə müdafiə hüququndan yararlana bilər. Belə ki, apellyasiya icraatı zamanı müzakirə edilən fakt üzrə artıq cinayət təqibinin həyata keçirildiyi məlum olmuş və zərər (talama və s) əməllər təqsirsizlik prezumpsiyasına müvafiq cinayət işi üzrə icraat çərçivəsində qiymət verilməli hallar olaraq bu prosedur və ya təqsir müəyyən ediləndən sonra müvafiq mülki iddia vermək imkanları tükənməmişdir. 15.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya üzrə ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. 16.Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İlk iddia üzrə cavabdeh ( qarşıqlılı iddia üzrə iddiaçı) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-59/2024 saylı işi üzrə 23 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar