Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2517/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3489/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi, qeydiyyatdan çıxarılma və xidməti mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi 7 saylı evin, 13,1 kv.m sahədən ibarət olan 1 otaqlı 20-ci mənzili xx.xx.1994-cü il tarixli, 001908 saylı xidməti orderə əsasən daimi mənzillə təmin olunanadək Cavabdeh verilmişdir. Vətəndaş Cavabdeh həmin mənzildə uzun müddət yeni mənzillə təmin olunduğu günədək yaşamışdır. Lakin hal-hazırda həmin mənzildə yaşamır, mənzil istifadəsiz qalmışdır və onun məqsədi, bilərəkdən Dövlət mənzil fondunu qeyri- qanuni yolla mənimsəməkdir.Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaşayış yeri üzrə mənzil növbəsində dayanan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə ayrılmış Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 14B saylı binanın 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 87,53 kv.m. yaşayış sahəsi 42,0 kv.m olan 2 otaqlı 17 saylı mənzil Nizami rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxx 2015-ci il tarixli 94 saylı sərəncamına əsasən bir nəfər ailə tərkibi ilə (özü) 1972-ci il təvəllüdlü 3-cü qrup Qarabağ müharibəsi əlili Cavabdeh adına rəsmiləşdirilmişdir. Yeni 2 otaqlı mənzillə təmin olunması ilə əlaqədar Cavabdeh qeydiyyatda olduğu Ə.Əzimzadə küçəsi 7 saylı evin bir otaqlı 20 saylı xidməti mənzilini təhvil verəcəyi barədə notarial qaydada təsdiq olunmuş öhdəçiliyi Nizami rayon İcra Hakimiyyətinə təqdim etmişdir. Şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq Cavabdeh bu günə qədər yeni ünvan üzrə təmin olunduğu 2 otaqlı mənzilə qeydiyyata düşməmiş və xidməti mənzilin təhvil verilməsi barədə götürdüyü öhdəlik onun tərəfindən yerinə yetirilməmişdir. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə görə Mənzil Fondunu Azərbaycan Respublikasıərazisində olan yaşayış evləri habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Qeyd olunanlara əsasən Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi 7 saylı evin 20 saylı xidməti mənzilində qeydiyyatda olan Cavabdeh istifadə hüququnun itirilərək qeydiyyatdan çıxarılması və xidməti mənzilin boşaldılaraq aidiyyatı üzrə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3489/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin olunması, Sadıqlı Mübariz Oruc oğlunun Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi 7 saylı evin 20 saylı xidməti mənzilinə olan istifadə hüququnun itirilmiş hesab olunması, həmin mənzilin boşaldılaraq aidiyyəti üzrə təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdehapellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, ona məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barəsində məlumat verilməmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri ona təqdim etməmişlər. İddia tələbi ilə bağlı bildirmişdir ki, ona mənizl təqdim olunarsa hazırkı mənzili boşaldacaq. Həmin ərazinin verildiyi vaxt Əlillərin Sosial Müdafiəsi haqqında qanunun 43-cü maddəsinə əsasən əlilliyi olan şəxslərə mənzil verilərkən əliliyi olan şəxslərin iş yerlərini, qohumların olduğu yerləri, yaşayış yerləri, bərpa və müalicə müəssisələrin yaxınlığında olması yerli İcra Hakimiyyəti nəzərə almalıdırlar hansı ki, onun bir ayağı protezdi və digər ayağında qəlpə yarası doludur. Hövsan qəsəbəsində verilən ev onun yaşadığı yerdən qohumların olduğu yerdən və protez ortopedik mərkəzdən 20 km aralıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdehapellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişiddiaçı Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3489/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.1994-cü il tarixli, 001908 saylı xidməti orderdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi 7 saylı evin, 13,1 kv.m sahədən ibarət olan 1 otaqlı 20-ci mənzili Cavabdeh verilmişdir. İş materiallarında olan Forma 2 arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi 7 saylı evin, 20 saylı mənzilində Cavabdeh qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh tərəfindən Nizami Rayon İcra Hakimiyyətinə ünvanlanmış,notarial qaydada təsdiqlənmiş ərizənin kserosurətindən görünür ki, o,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ əlilləri üçün tikilən binadan mənzillə təmin olunacağı təqdirdə qeydiyyatda olduğu yataqxanadakı mənzili təhvil verməyi öhdəsinə götürür. İş materiallarında olan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Bakı şəhəri Suraxanı rayonunda inşa olunmuş yaşayış binalarında mənzillərin bölgüsünü həyata keçirmək üçün xx xxxxxx 2012ci il tarixli 11/7-139 nömrəli əmrlə yaradılmış Komissiyanın xx xxxxxx 2012-ci il tarixli iclas Qərarından çıxarışdan görünür ki,3-cü qrup Qarabağ müharibəsi əlili SadıqlıMübariz Oruc oğlunun istifadəsinə ümumi sahəsi 87,53,yaşayış sahəsi 42,00 olan Vİ mərtəbədə yerləşən 2 otaqlı 17 saylı mənzil ayrılmışdır. İş materiallarında olan Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2015-ci il tarixli 2015-ci il tarixli sərəncamından çıxarışın məzmunundan görünür ki, 3-cü qrup Qarabağ müharibəsi əlili Cavabdeh Suraxanı rayonu,Hövsan qəsəbəsi Elman Qasımov küçəsində yerləşən 14B saylı binanın ümumi sahəsi 87,53,yaşayış sahəsi 42,00 olan Vİ mərtəbədə yerləşən 2 otaqlı 17 saylı mənzil ayrılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materiallarında olan sübutlardan müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi 7 saylı evin, 13,1 kv.m sahədən ibarət olan 1 otaqlı 20-ci mənzili xx.xx.1994-cü il tarixli, 001908 saylı xidməti orderə əsasən Cavabdeh istifadəsinə verilmişdir. Sonuncu daimi mənzillə təmin olunacağı təqdirdə həmin xidməti mənzili təhvil verəcəyi barədə öhdəlik götürmüşdür.Lakin cavabdehə daha böyük yaşayış sahəsi olan 2 otaqlı mənzil verilməsinə baxmayaraq o, öz öhdəliyinə əməl etməmişdir və xidməti mənzili təhvil verməkdən imtina edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. Həmin Məcəllənin 102.4-cü maddəsinə əsasən bu Məcəllənin 101.2-ci maddəsində nəzərdə tutulmuş hallarda digər yaşayış sahələri verilməklə vətəndaşların xidməti yaşayış sahələrindən və ya yataqxanalarda yaşayış sahələrindən çıxarılması müvafiq yaşayış sahələrini verən əvvəlki mülkiyyətçi və ya dövlət (bələdiyyə) orqanı tərəfindən həyata keçirilir. Göründüyü kimi iddia tələbinin qanuni əsası mövcuddur. Cavabdeh xidməti mənzillə təmin olunmaqla uzun müddət orada yaşamış, daha abad və geniş mənzillə təmin olunacağı təqdirdə xidməti mənzili təhvil verəcəyi barədə öhdəlik götürsə də, buna əməl etməmişdir. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutlara qiymət verərək haqlı olaraq hesab etmişdir ki, iddia təmin edilməli, Sadıqlı Mübariz Oruc oğlunun Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi 7 saylı evin 20 saylı xidməti mənzilinə olan istifadə hüququ itirilmiş hesab olunmalı, həmin mənzil boşaldılaraq aidiyyəti üzrə təhvil verilməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilənlər əsassız olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlarla təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3489/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3489/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2517/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2517/2020
26.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver