Məhkəmə qərarları › İş №2(103)-2519/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2519/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2519/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə Açar sözlər: (kredit borcun tutulması və ipoteka predmetinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin prosessual hüquqi varisi "xxxx" QSC BOKT-un nümayəndəsi X3, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2016-ci il tarixli, 2(011)-735/2016 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə asasən Cavabdeh qızna 36 ay müddətinə illik 19 faiz ödəmək şərtilə 28000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin qaytarılması üçün Cavabdeh məxsus olan 90 КС 255 dövlət qeydiyyat nişanlı,“LEXUS GS350” markalı avtomobil ipoteka ilə yüklü edilmiş və cavabdehlə iddiaçı arasında xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanılmışdır. 2.Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən iddiaçı "xxxx" ASC hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 26959 ABŞ dolları əsas borcun, 11728 ABŞ dolları faiz borcunun, 1305 ABŞ dolları dəbbə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan "xxxx" ASC-yə ipotekaya qoyulmuş 90 КС 255 dövlət qeydiyyat nişanlı, “LEXUS GS350” markalı İminik avtomobilinə (buraxılış ili 2007, mühərrik- JTHBE96S97000484, rəngi-ağ mirvari) (yönələrək açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına Cavabdeh brahim qızının banka olan kredit borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılır ki, "xxxx"nın Qaradağ filialı və Cavabdeh arasında xx.xx.2013cü ildə bağlanmış kredit müqaviləsinə əsasən Bank Cavabdeh 36 ay müddətinə illik 19% olmaqla 28000 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh məxsus olan 90 КС 255 dövlət qeydiyyat nişanlı, “LEXUS GS350” markalı (buraxılış ili 2007, mühərrik-JTHBE96S97000484, rəngi-ağ mirvari) minik avtomobili ipoteka ilə yüklü edilmiş və cavabdehlə xx.xx.2013-cü il tarixli, 111 saylı İpoteka müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməyi öhdəsinə götürmüşdür. İpoteka müqaviləsinə əsasən girov qoyan üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə tələblərin girov ilə yüklü edilmiş əmlaka yönəldilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilir. Cavabdeh kredit müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Bank tərəfindən Cavabdeh qızma kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə edilən müraciətlər heç bir nəticə verməmişdir. Cavabdeh Banka 26959 ABŞ dolları əsas borcu, 11728 ABŞ dolları məbləğində faiz borcu, 1305 ABŞ dolları dəbbə pulu, cəmi borcu 39992 ABŞ dolları borcu yaranmışdır. 5.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 16 fevral 2016-ci il tarixli, 2(011)-735/2016 saylı qətnaməsi ilə (sədrlik edən-Leyla Talıbova) iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2013-cü il tarixli 111 saylı kredit müqaviləsi üzrə 26959 ABŞ dolları əsas borc, 7471,17 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları dəbbə pulu, cəmi 34630,17 (otuz dörd min altı yüz otuz dollar, on yeddi sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh məxsus olan “LEXUS GS350” markalı, 90 КС 255 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur. İş materiallarında olan: 6."xxxx" ASC-nin Qaradağ filialı və Cavabdeh arasında xx.xx.2013-cü ildə bağlanmış 111 N saylı kredit müqaviləsindən görünür ki, bank Cavabdeh qızma 36 ay müddətinə 28000 ABŞ dolları məbləğində kredit vermişdir. Müqavilənin şərtlərinə görə kredit üzrə istifadə olunmuş vəsaitə 19% illik faiz borcu hesablanmalı və hər ay Banka ödənilməlidir. 7."xxxx" ASC-nin Qaradağ filialı və Cavabdeh arasında xx.xx.2013-cü ildə bağlanmış ipoteka müqaviləsindən görünür ki, borcalanm kredit öhdəliklərini təmin edilməsi məqsədi ilə Cavabdehməxsus olan ** KC *** dövlət qeydiyyat nişanlı “LEXUS GS350” markalı minik avtomobili (buraxılış ili 2007, mühərrik-JTHBE96S97000484, rəngi-ağ mirvari) girov ilə yüklü edilmişdir. 8.xx.xx.2013-cü il tarixli girov müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh məxsus olan 90 KС 255 dövlət qeydiyyat nişanlı «LEXUS GS350» markalı minik avtomobili (buraxılış ili 2007, mühərrik- JTHBE96S97000484, rəngi ağ mirvari) girov kimi yüklü edilmişdir. 9.xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü ildə bağlanmış kredit müqaviləsi üzrə banka 26959 ABŞ dolları əsas borcu, 11728 ABŞ dolları məbləğində faiz borcu, 1305 ABŞ dolları dəbbə pulu, cəmi 39992 ABŞ dolları borcu yaranmışdır. 10.DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 11.Məhkəmə müəyyən etmişdir ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə asən Cavabdeh 36 ay müddətinə illik 19 faiz ödəmək şərtilə 28000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin qaytarılması üçün Cavabdeh məxsus olan 90 KС 255 dövlət qeydiyyat nişanlı “LEXUS GS350” markalı avtomobil girov ilə yüklü edilmiş və cavabdehlə xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanılmışdır, Cavabdeh müqavilənin şərtini pozaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. İş üzrə iddiaçı "xxxx" ASC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilələr üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. 12.Məhkəmə mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 19 % ödəmək şərtilə 28000 ABŞ dolları məbləğində kredit verilmişdir. Razılaşmaya əsasən cavabdeh bank tərəfindən ona verilmiş 28000 ABŞ dolları kredit məbləğinə xx.xx.2016-cı il tarixə kimi cəmi 8964.70 ABŞ dolları faiz ödənilməsi nəzərdə tutulmuşdur. Lakin iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən 1493,53 dollar faiz borcu ödənilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdehdən birgə qaydada 26959 ABŞ dolları əsas borc, ödənilmiş faiz çıxılmaqla (89xx.xx-1493,53) 7471.17 ABŞ dolları faiz borcu tutularaq bankın xeyrinə ödənilməlidir. 13.İddia tələbinin 1305 ABŞ dolları dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 200 ABŞ dolları məbləğində pul tutulmalıdır. 14.Məhkəmə öz mövqeyini “Banklar haqqında” Azərbaycan Respublikasının qanunun 1, 36.6-cı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2, 425, 6, 5.3, 16.1, 462.1, 465.2, 467-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 216-223-cü maddələrinə isinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 15.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, yeni tələblər və sübutlar əsasında müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qardaşının özünə avtomobil alması üçün Banka yaxınlaşmışdır. Qardaşı ona demişdir ki, avtomobil almaq üçün rəsmi əmək haqqı olan şəxs lazımdır, avtomobil girov qoyulacaq və o da zamin kimi iştirak edəcəkdir. O, buna razılıq vermiş və Bankın təqdim etdiyi sənədləri imzalamışdır. Sonra götürülmüş pul məbləği tam olaraq ödənilmədiyindən, Bank iddia ilə məhkəməyə müraciət etmişdir. O, qətnaməni 20 noyabr 2023-cü il tarixdə qəbzə imza etməklə almışdır. Qardaşı borcu ödəyə bilmədiyi üçün, avtomobili 2015-ci ildə Bankın əməkdaşlarına təhvil vermişdir. Hesab etmişlər ki, Bank avtomobili satıb, borcu bağlayacaqdır. O və qardaşı borcun bağlanması qənaətinə gəlmişlər. Sonradan onlara məlum olmuşdur ki, avtomobil cəmisi 6000 manata satılmışdır, real bazar qiyməti isə 20000- 22000 manat təşkil etmişdir. Hazırki qətnamə qəbul edilərkən, onlar prosesə cəlb olunmamışlar. Apellyasiya şikayəti icraata qəbul olunandan sonra, zəruri sübutları təqdim edəcəklər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 18.Məhkəmə kollegiyasının iclasında Cavabdeh Abrahim qızı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. 19.Məhkəmə kollegiyasının iclasında "xxxx" ASC-nin prosessual hüquqi varisi "xxxx" QSC BOKTun nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, izahatında əlavə olaraq qeyd etdi ki, ipoteka predmeti olan avtomobil Banka 2015-ci ildə yox, xx.xx.2017-ci ildə təhvil-təslim aktına əsasən təhvil verilmişdir. Cavabdeh avtomobili 2015-ci ildə təhvil verməsini qeyd etsə də, bunu təsdiq edən sübutları təqdim etməmişdir. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 20.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 21.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 22.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 23.Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 24.Maddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 25.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 26.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğuzərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 27.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 28.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 29.Maddə 462.1 və 467.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. 30.Maddə 269.4.İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 31.Maddə 317.1.Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mübahisənin yarandığı vaxt qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunun: 32.Maddə 33.Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 33.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 34.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 35.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 37.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 38.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsnin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 39.Kollegiya ilk olaraq qeyd elir ki, iddiaçı "xxxx" ASC prosessual hüquqi varisi "xxxx" QSC BOKT ilə əvəz edilmişdir. 40.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmiş və nəticədə iddiaçıya xx.xx.2013-cü iltarixli 111 N saylı kredit müqaviləsinə və eyni tarixli ipoteka müqaviləsi üzrə borcu yaranmışdır. 41.Göründüyü kimi, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 42.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca yerinə yetirməmişdir. 43.Kollegiya qeyd edir ki, iddiaçı xx.xx.2015-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərərkən (pretenziya cavabdeh tərəfindən xx.xx.2015-ci ildə qəbzlə alınmışdır i/v 24) artıq müqavilədən imtina barədə iradə ifadəsini bildirdiyindən ondan sonrakı borc məbləğinin tutulması yolverilməzdir. 44.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarıda şərh olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. 45.Buna görə də, məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh borc məbləğinin həddən artıq şişirildiyini qeyd etdiyindən, həmçinin pretenziya müddətinə borcun yoxlanılması ilə bağlı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. 46.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2024cü il tarixli, 9/3804 nömrəli ekspert rəyinə əsasən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı və tərəflər arasında bağlanmış 16 may 2013-cü il tarixli, 111 N saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: 1.Sualda qeyd edilən tarixə, yəni xx.xx.2015-ci il tarixə; -əsas borc üzrə 27.459,00 ABŞ dolları -faiz borcu üzrə 9.409,98 Abş dolları 2.Maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2015-ci il tarixə; -əsas borc üzrə 26.959,00 ABŞ dolları, -faiz borcu üzrə 11.742,26 ABŞ dolları, 3.Müqavilə müddətinin sonuna, yəni xx.xx.2016-cı il tarixə; -əsas borc üzrə 26.959,00 ABŞ dolları, -faiz borcu üzrə 14.104,17 ABŞ dolları, 4.Sualda qeyd edilən tarixə, yəni xx.xx.2024-cü il tarixə; -əsas borc üzrə 26.959,00 ABŞ dolları, -faiz borcu üzrə 14.104,17 ABŞ dolları, 47.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 48.Beləliklə məhkəmə kollegiyası borc məbləğinin həddən artıq şişirdilmiş olması ilə bağlı cavabdehin dəlillərini ekspert rəyi ilə təkzib olunduğundan, əsassız hesab edərək, məhkəmənin əsas borca görə 26959 ABŞ dolları, faiz borcu üzrə 7471,17 ABŞ dolları və 200 ABŞ dolları dəbbə pulunun tutulması ilə bağlı gəldiyi nəticə ilə razılaşır. 49.Kollegiya tələbin ipoteka predmeti olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, avtomobilin satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya olan borcun ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. 50.Məhkəmə kollegiyası cavabdehin avtomobilin cəmisi 6000 manata satıldıığını, real bazar qiymətinin isə 20000-22000 manat təşkil etməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh bununla bağlı icra sənədi əsasında keçirilmiş hərracı mübahisələndirə bilər. 51.Kollegiya apellyatorun avtomobilin 2015-ci ildə Banka təhvil verilməsi, buna görə də faizlərin 2015-ci ilə qədər hesablanması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, avtomobil xx.xx.2017-ci ildə təhvil-təslim aktına əsasən iddiaçıya təhvil verilmişdir. Cavabdeh avtomobili 2015-ci ildə təhvil verməsini qeyd etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. 52.Kollegiya apellyatorun məhkəmə iclasının vaxtı və yeri barədə məlumatilı olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, mülki iş materiallarında cavabdehə məktub və bildirişinin göndərilməsi və reyestr məlumatları mövcuddur. 53.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, bu dəlilləri hazırki vəziyyətdə qətnamənin icrasının yubadılmasına yönəldilməsi kimi qiymətləndirir. 54.Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsininiş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 55.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 56.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 57.Həmçinin kollegiya qeyd edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 86 (səksən altı) manatı Cavabdeh, 14 (on dörd) manatı "xxxx" QSC BOKT-dan tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 58.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2016-ci il tarixli, 2(011)-735/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 86 (səksən altı) manatı Cavabdeh, 14 (on dörd) manatı "xxxx" QSC BOKT-dan tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müdətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Müli Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar