Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-252/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və 1 saylı Bakı Cavabdeh2 notariat ofisinə qarşı “bağlanmış sazişin ləğv edilməsi və cavabdehin mənzildən çıxartmaqla, iddiaçının həmin mənzilə yerləşdirilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8785/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 1 saylı Bakı Cavabdeh2 notariat ofisinin notariusu X9 tərəfindən xx.xx.2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış Sazişin ləğv edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 186, 108 saylı mənzilindən Cavabdeh1 və onun azyaşlı övladı xx.xx.2011-ci il təvəllüdlü X5 şəxsi əşyaları ilə birlikdə həmin ünvandan çıxardılması və həmin ünvana İddiaçı köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki: İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 186, mənzil 108 ünvanda qeydiyyatdadır (iş səh.7). Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 186, 108 saylı mənzil xx.xx.2010-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır (səh.8). X12 xx.xx.1983-cü il tarixdə doğulmuş, ata qrafasında X17, ana qrafasında İddiaçı qeyd olunmuşdur (səh.11). X12 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir (səh.10). Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 186, 108 saylı mənzilinə dair X10 1/5 hissədə mülkiyyət hüququ 196 nömrəli reyestr kitabının 10458 səhifəsində xx.xx.2002-ci il tarixdə qeydə alınmışdır(səh.16). xx.xx.2018-ci il tarixli Sazişin surətinə əsasən: 1.1. Birinci tərəf- İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 186, mənzil 108 ünvanda yerləşən mənzilində ikinci tərəf Cavabdeh1 və onun azyaşlı qızı X2 xx.xx.2029-cu il tarixə kimi daimi yaşayış yeri üzrə qeydiyyata alınmadan yaşamasına icazə verir və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə “istifadə hüququnun itirilməsi və mənzildən çıxarılmasına dair” iddia ərizəsinin geri götürülməsi barədə notariat qaydasında təsdiq olunmuş ərizə təqdim edərək iddiasını geri götürür. 2.1.Birinci tərəf İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 186, 108 saylı mənzili nəvəsi X2 18 yaşı tamam olanda onun mülkiyyətinə verməyi öz öhdəsinə götürür. 2.2. Saziş qüvvədə olduğu müddətdə yuxarıda göstərilən ünvanda mənzil yalnız iki tərəfin azılığı əsasında özgəninkiləşdirilə (satıla, bağışlanıla, girov qoyula və s.) bilər. 2.3. İkinci tərəf Cavabdeh1 xx.xx.2029-cu il tarixə kimi, xx.xx.2011-ci il təvəllüdlü X2 hər həftənin 6-cı günü səhər saat 11:00-dan axşam saat 20.00-dək nənəsi İddiaçı ilə görüşməsini və qeyd olunan vaxt ərzində onun yanında qalmasını təmin etməyi öhdəsinə götürür, xx.xx.2011-ci il təvəllüdlü X2 10 yaşından sonra nənəsi ilə görüşləri barədə fikirləri nəzərə alınmaqla. 2.4.Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 186. İ08 saylı mənzildə qeydiyyatda olan xx.xx.2011-ci il təvəilüdlü X4 həmin ünvandan qeydiyyatdan çıxarılmasını və özünün daimi yaşayış üzrə qeydiyyatda olduğu ünvana qeydiyyata salmağı öz öhdəsinə götürür. 3.1. Bu saziş qarşılıqlı razılaşması əsasında notarial qaydada bağlanılmış saziş ilə və ya məhkəmə qaydasında ləğv oluna bilər (səh.19). 1 saylı Bakı Cavabdeh2 notariat ofisinin 1039 saylı, xx.xx.2019-cu il tarixli məktubu ilə İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilməsinə baxmayaraq, Cavabdeh1 müqavilə öhdəliklərini dəfələrlə pozmuş və müqavilənin razılaşma əsasında ləğv edilməsindən imtina etmişdir. Müqavilənin ləğv edilməsi barədə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur (səh.20). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8785/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddiasının qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 186, 108 saylı mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 421.1, 421.3, 422.1, 425.1, 422.4, 442, 447.1, 881.1, 881.2, 881.2.1, 881.2.2, 881.5; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı cavabdehin müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə müqavilənin ləğv edilməsini xahiş etsə də, cavabdehin müqavilənin hansı şərtlərinə əməl etməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi isə bu halı etiraf etmir, əksinə o bildirir ki, cavabdeh müqavilənin bütün şərtlərinə əməl edir, iddiaçının iddia etdikləri formal mülahizələrə əsaslanır.Hansı sübut təqdim edilmədiyindən iddia bu hissədə əsaslı hesab edilə bilməz. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 186, 108 saylı mənzilindən Cavabdeh1 və onun azyaşlı övladı xx.xx.2011-ci il təvəllüdlü X5 şəxsi əşyaları ilə birlikdə həmin ünvandan çıxardılmasına dair hissəsi də əsassızdır. Belə ki, mübahisəli Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 186, 108 saylı mənzilindən Cavabdeh1 və onun azyaşlı övladı xx.xx.2011-ci il təvəllüdlü X5 şəxsi əşyaları ilə birlikdə həmin ünvandan çıxardılması törəmə hüquq münasibəti olub, mübahisəli mənzilə dair Sazişin ləğvindən törənmişdir. Sazişin ləğv edilməsinə dair iddia tələbi rədd edilməli olduğundan, iddianın ünvandan çıxardılmasına dair hissəsi də əsassızdır. Beləliklə, mübahisə predmetini təşkil edən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olduğundan və mübahisə predmetini təşkil edən Sazişdə iddiaçının xüsusi mülkiyyətində oian mənzildən istifadəsi ilə bağlı hər hansı məhdudiyyət olmadığından iddia mənzilə köçürülmə hissəsində əsaslıdır. İddiaçı apellyasiya şikayəti verərək, Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cı il tarixli və 2(001)-8785/2019 nömrəli qətnaməsini ləğv etməklə, iddia tələbini tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 12, 25, 71; Azərbaycan Respublikası Müli Prosesual Məcəlləsinin 14.2, 77.1, 385.1, 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh ilə aralarında bağlanmış barışıq sazişin tələbləri cavabdeh tərəfindən bir müddət icra olunsada, sonradan icra olunmamış və müxtəlif düzünə və dolayısı yollar ilə azyaşlı nəvəsini yanına gətirməmiş və uşağın psixoloji təsir etməklə onun ilə görüşdən yayındırmışdır. Proses zamanı məhkəmə tərəfindən buna dair sübut istənilsə də, nəzərinizə çatdırır ki, bunu ancaq yaxın qohumlar təsdiq edə bilər, qonşuluqda yaşayan şəxslər ailə daxili problemləri və məsələlər barəsində məlumatsızdır. Digər halda barışıq sazişində qeyd olunub ki, tərəflərin hər hansısa biri öhtəliklərin pozarsa onda saziş qüvvədən düşmüş hesab edilir. Məlum mənzil onun xüsusi mülkiyyətində ola-ola və həmin mənzildən istənilən formada istifadə edə bilər, həmçinin isdədiyi vaxt daxil olub mülkiyyətində istifadə edə bilmir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1945/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə rəy verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-1945/2020 saylı mülki işi materiallarının Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilməsi qərara alınmış və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli rəyində İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli Sazişin 2.3 bəndi, Cavabdeh1 tərəfindən pozularaq İddiaçı ilə münasibətlərinin konfiliktli olması səbəbindən uşağa qarşı göstərilən psixoloji təsir və ya təzyiq nəticəsində İddiaçı xx.xx.2011-ci il təvəllüdlü nəvəsi X11 ilə görüşləri baş tutmamışdır. İşin hallarına əsasən tərəflərin münasibətlərinin düzələcəyi ehtimalı olmadığından İddiaçı nəvəsi ilə ünsiyyətdə olması üçün ailə qanunvericiliyinin tələblərinə əsasən müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi tövsiyə olunduğu qeyd edilmişdir (səh.75-80). Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuş vəsatətində qeyd edilmişdir ki, işin obyektiv həlli baxımından işin materiallarının təkrar Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndəilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (səh.94). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1945/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının (iddia tələbi və apellyasiya şikayətinin) dəlilləri üzrə uşağın iddiaçı ilə görüşməsinə maneə olan xüsusatların aydınlaşdırılması və uşağın mənafeyi baxımından tərəflərin münasibətlərinin (tələbdə göstərilən) səciyyəsinin müəyyən edilməsi məsələsi barədə rəy verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-1945/2020 saylı mülki işi materiallarının Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilməsi qərara alınmış, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli rəyində qeyd edilmişdir ki, tərəflər - İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli Sazişin 2.3 bəndi, Cavabdeh1 tərəfindən pozularaq, İddiaçı ilə münasibətlərinin konflikti olması səbəbindən görüşü təmin etmək kimi üzərinə götürdüyü öhdəliyi, birbaşa deyil, dolayısı ilə, yəni özünə məlum olan qayadada və üsullarla uşağa psixoloji təsir göstərməsi nəticəsində İddiaçı xx.xx.2011-ci il təvəllüdlü nəvəsi X11 ilə görüşləri baş tutmamışdır. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov tərəfindən təsdiq edilmiş və Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının üzvü X6 tərtib edilmiş, xx.xx.2020-ci il tarixli həyat şəraitinin müayinə aktına əsasən müəyyən edilir ki, Həyat şəraitinin müayinə edilməsinin nəticələri onu göstərir ki, İddiaçı ailə və mənzil-məişət şəraiti nəvəsi X7 ilə ünsiyyətdə olması üçün əlverişlidir (səh.110-125). Rəyə əlavə edilmiş İddiaçı qonşusu X8 tərəfindən verilmiş ərizədə qeyd edir ki, onunla 5 ildir ki qonşudur və onun nəvəsi ilə 2019-cu ilin yanvar fevral aylarında nəvəsi ilə görüşməsinə görmüş, lakin daha sonra nəvəsi ilə görüşməsinə şahid olmamışdır (səh.128). İddiaçı qonşusu X13 tərəfindən tərtib edilmiş izahatda qeyd edilir ki, İddiaçı ilə 5 ildir ki qonşudur və 2019-cu ilin yanvar fevral aylarında nəvəsinin gəlini tərəfindən həftə sonraları 4-5 dəfə İddiaçı evinə gətirdiyini görmüş, daha sonra buna yenidən şahid olmamışdır (səh.129). Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixində tərtib edilmiş ərizəsində uşağın nənəsi ilə görüşməsinə etiraz etmədiyini, nəyinki sazişdə qeyd edilmiş hətta həm nənəsinə həm uşağa uyğun istənilən vaxt görüşə biləcəklərini qeyd etmişdir (səh.130). Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49-52; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-158, 228, 324, 385-388, 421-425, 881; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 80-82, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin (iddianın) sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, sübutlar olmasada qəyyumluq komissiyasının rəyində tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli Sazişin 2.3 bəndinin tələblərinin Cavabdeh1 tərəfindən pozulması uşağa psixoloji təsir göstərməsi nəticəsində İddiaçı xx.xx.2011-ci il təvəllüdlü nəvəsi X11 ilə görüşləri baş tutmaması ehtimal edilmişdir. Rəyin tədqiqat hissəsində azyaşlının dinlənilməsinə dair əks edilmiş sonuncunun davranışına birmənalı qiymət verilməsinin mümkünsüzlüyü müstəvisində onun cavabdeh tərəfindən psixiloji təsirə məruz qalması sübutların mötəbərliyi və təkzibedilməzliyi baxımından qəbuledilməzdir. Bununla bərabər qeyd edilməlidir ki, barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmədiyi halda, nənənin nəvəsi ilə ünsiyyətlə bağlı iddiasının olub-olmamasına və bu yönəmdə müzakirə apararaq (iddiada və onun əsasında müəyyən edilməyən hallara aid) qiymət verilməsi prosessual tələblərə müvafiq mümkün deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8785/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-252/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-252/2021
01.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver