Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2522/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3,Cavabdeh4 Xıdıir oğluna, X5 və Cavabdeh6 qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər:“kompensasiya(əlavə yaşayış sahəsi) verməklə mənzildən çıxarılma” hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə1, Nümayəndə3, iddiaçının vəkili Vəkil2, Cavabdeh3, Cavabdeh1 nümayəndəsi Vəkil1, Cavabdeh1 nümayəndəsi X6 iştirakları ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3,Cavabdeh4 Xıdıir oğluna, X5 və Cavabdeh6 qarşı “kompensasiya(əlavə yaşayış sahəsi) verməklə mənzildən çıxarılma” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-89/2023 saylı işi üzrə 11 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı "Orbita” MTK Cavabdeh1 qarşı kompensasiya (əlavə yaşayış sahəsi) verilməklə mənzildən çıxarılma tələbinə dair iddia (tələbinin dəyişdirilməsi) ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 55,0 kv.m sahəsi olan iki otaqlı 1 saylı mənzilin, Cavabdeh2 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 56,56 kv.m sahəsi olan iki otaqlı 4 saylı mənzilin, Cavabdeh3 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 54,0 kv.m sahəsi olan iki otaqlı 7 saylı mənzilin, Cavabdeh4 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 56,1 kv.m sahəsi olan iki otaqlı 8 saylı mənzilin, Cavabdeh6 Muhiddin oğlunun mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 53,6 kv.m sahəsi olan iki otaqlı 10 saylı mənzilin, Cavabdeh5 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 58,0 kv.m sahəsi olan iki otaqlı 12 saylı mənzilin əvəzinə iddiaçının həmin ünvünda yeni inşa etdiyi binada qeyd olunan mənzillərin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzillər tikilib təhvil verilməklə və yeni mənzillər təhvil verilənədək cavabdehlərə hər ay 400 manat kirayə haqqı ödənilməklə cavabdehlərin söküləcək həmin mənzillərdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 75 saylı, 26 fevral 2016-cı il tarixli və 461 saylı,06 oktyabr 2017-ci il tarixli sərancamlarına əsasən: Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti, A.Manafov. TAbbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 saylı məhəllədə çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsi iddiaçı "xxxx" MTK-ya tapşırılmış, məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilmiş,ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən İddiaçı MTK-nə həvalə edilmiş,sifarişçiyə tapşırılmışdır ki,ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etsin, həmin sənədlərin Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etsin,sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin,layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirsin, ərazinin və obyektin memarlıq planlaşdırmasının həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırsın. Layihələndirmə başa çatdıqdan sonra layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin.Layihə təşkilati, layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın,layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üç əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilsin. Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır, Azərbaycan Respublikası «Torpaq Məcəlləsi»nin 66, 67 və 68-ci maddələrinə uyğun olan Bakı Şəhər İcra Hakimiyyəti nəzdində «İnterservis» müdiriyyəti sifarişçi ilə torpağın icarə müqaviləsinin bağlanmasını və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində icarə hüququnun qeydiyyata alınmasını təmin etsin, layihə sənədləri, mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməlidir, yuxanda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır, torpaq sahəsi üzərində hüquqlara xitam verilməsinin müddəti Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 73-cü maddəsi ilə tənzimlənir. Həmin Sərəncam üzrə tərtib olunmuş istifadəyə verilən torpaq sahəsinin Ayrıc aktına əsasən mübahisələndirilən bina iddiaçının istifadəsinə verilən torpaq sahəsinin hüdudları daxilindədir; - Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin İddiaçı MTK-nə ünvanladığı 20 dekabr 2021-ci il tarixli məktubunun məzmununa əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Azər Manafov,Tofiq Abbasov və Özbəkistan küçələrinin kəsişməsi, 2452-ci məhəllədə inşası nəzərdə tutulan çoxmərtəbəli yaşayış (Baş plan üzrə blok 10 və 11) binaların tikintisinə icazə verilmişdir və xx.xx.2021-ci il tarixli,Tİ-117/21 nömrəli tikintiyə icazə sənədi məktuba əlavə olunmuşdur; - Fövqəladə Hallar Nazirliyi X1 Baş İdarəsindən verilmiş xx.xx.2020-ci il tarixli rəyində qeyd olunur ki, Bakı şəhəri Q.Qarayev prospekti, İ.Əliyev, Azər Manafov,Tofiq Abbasov və Özbəkistan küçələrinin kəsişməsi, 2451 və 2452-ci məhəllədə inşası nəzərdə tutulan çoxmərtəbəli yaşayış binalarının layihəsi razılaşdırılmışdır; - Cavabdehlərə ünvanlanmış məktublara əsasən İddiaçı MTK onlara məxsus olan mənzillərin əvəzinə həmin ərazidə tikilən yüksəkmərtəbəli yaşayış binasında 20% əlavə yaşayış sahəsi olan tam təminli mənzillər,həmin mənzillər təhvil verilənədək hər ay 400 manat kirayə haqqı təklif edir. (iş səh.11-16, 24,45-49).
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-89/2023 saylı işi üzrə 11 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmiş və qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43; Mülki Məcəllənin 5.3, 16.1, 152.1, 152.6, 560.1, 560.2, Mülki Prosessual Məcəllənin 185.5-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan Hüquqularının və X7 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində; "İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1 -ci maddəsinə; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009cu il tarixli Qərarının 64, 65-ci bəndlərinə istinadən qeyd edilmişdir ki, yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "Orbita” MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi "Orbita” MTK-nə həvalə edilmişdir.Ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehlər özlərinə məxsus olan mənzilə iddiaçının təklif etdiyi 20% əlavə yaşayış sahəsindən daha çox sahə tələb edirlər. Bu hal cavabdehlərin hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Cavabdehlərin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. MTK sökülən binanın yerindən tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehlərə onlara məxsus olan mənzilin sahəsinə 20% əlavə olmaqla yeni mənzillər vermək, habelə yeni mənzillər verilənədək sakinlərin müvəqqəti olaraq kirayə mənzillərdə yerləşdirilmələri üçün hər birinə 400 manat kirayə haqqı ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Göründüyü kimi, tikinti işlərini aparan iddiaçı tərəfdən cavabdehlərə edilən həmin təkliflər Sərəncamda MTK-nin üzərinə qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MTK bu vəzifəni yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və iddianın verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflərlə müraciətlər etmişdir.Bundan başqa,məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün müvafiq şərait yaradılmış,tərəflərin razılaşması üçün məhkəmə iclasları uzun müddətə təxirə salınmışdır.MTK-nin irəli sürdüyü təkliflərdən də görünür ki, təkliflər kifayət qədər ədalətli və ağlabatandır. Bundan başqa,cavabdehlərin qeyd olunan təkliflərlə razılaşmaması, təkliflərlə razılaşaraq öz mənzillərini təhvil verən digər sakinlərin (tərəflərin bildirdiyinə görə 6 ailə) mənafelərinə uyğun gəlmir. Belə ki, MTK tərəfindən vaxtında öz üzərinə götürdüyü öhdəliklərin icra edilməməsi həmin binada yaşayan və iddiaçı ilə razılaşmış sakinlərin hüquqlarının vaxtında təmin olunmasına maneələr yaradır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nizami rayon məhkəməsinin 11 yanvar 2023-ci il tarixli, 2(007)-89\2023 saylı qətnaməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid hissədə ləğv edərək, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1; Mülki Prosessual Məcəllənin 9.3, 14, 77.1, 87, 88, 184, 189, 274.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmənin müyyən edərək gəldiyi nəticəni qəbul etməyərək aşağıdakı halları qeyd edirlər: Orbita" MTK tərəfindən Cavabdeh1 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 55,0 kv.m sahəsi olan iki otaqlı 1 saylı mənzilin, Cavabdeh2 mülkiyyətindəki, ünvan 1 ünvanında yerləşən yaşayış binasında 56,56 kv.m sahəsi olan iki otaqlı 4 saylı mənzildən çıxarılması işin mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdikləri mülkiyyətin toxunulmazlığını gözləmədən məhkəmə tərəfindən araşdırılması qəbul edilməzdir. İddiaçılar Cavabdeh1, Cavabdeh6 Mühiddin oğlu və X2 Bakı şəhər İcra Hakimiyyətinin 75 saylı 26 fevral 2016-cı il tarixli və 461 saylı 06 oktyabr 2017-ci il tarixli sərəncamın ləğv edilməsinə dair mübahisələndirmə tələbi Bakı inzibati məhkəməsində hakim Səlma Salahovanın icraatındadır. 1(112)-11322\2022 saylı iş üzrə bildiriş və vəsatət - iş materiallarına əlavə edilmişdir. MPM-in 254cü maddəsi Məhkəmənin icraatı dayandırmaq vəzifəsini müəyyən edərək qeyd edir ki, 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər icraat dayandırılır. xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında tərəfindən imzalanmaqla özündə göstəriləni məzmunu əks etdirən icraatın dayandırılması barədə ərizə təqdim edilmiş, hakim müşavirə otağına getmədən, vəsatətin rədd edilməsi barədə qərardad elan edilmişdir. Məhkəmə öz əsaslandırmasında qeyd edir ki," İşin hallarından görünür ki, Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri Q.Qarayev prospekti, İ.Əİiyev,Azər Manafov,Tofiq Abbasov və Özbəkistan küçələrinin kəsişməsi, 2451 və 2452-ci məhəllədə ötən əsrin 40-50-ci illərində inşa edilən, istismar müddətini başa vuran, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub". Göstərilən halı heç bir rəsmi dövlət orqanının sənədləri ilə təsdiq olunmamaqla mülahizə xarakterlidir. Əksinə iş materiallarına əlavə edilmək üçün təqdim edilmiş, lakin əlavə edilməmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzi tərəfindən verilmiş ekspert rəyində göstərilmişdir ki, ünvan 3 ünvanlarında yerləşən binaların işlək vəziyyətdə olduğu və həmin binalar üzrə çat və deformasiya olmadığı müəyyən edilmişdir(Ekspert rəyi apelyasiya şikayətinə əlavə edilir). İş materiallarına əlavə edilmək üçün təqdim edilən, ancaq iş materiallarında və qətnamədə münasibət bildirilməyən 2 saylı Bakı İnzibati Məhkəməsinin 2-l(82)- 127\2017saylı qərarında iddiaçıların istinad etdikləri Bakı şəhər İcra Hakimiyyətinin 75 saylı 26 fevral 2016-cı il tarixli və 461 saylı sərəncamlarına uyğun olaraq verilmiş Nizami rayon icra başçısının 18 mart 2016-cı il tarixli “Yaşayış və qeyri yaşayış binalarının layihələndirilməsi haqqında" 33 saylı sərəncamın ləğv edilməsi barədə hakim Etibar Mirzəyevin qanuni qüvvəsini almış qərarı ilə Nizami rayonu, Özbəkistan küçəsi 12 və 14 binaların sökülməsinin zəruriliyi aradan qalxmışdır(qərar apelyasiya şikayətinə əlavə edilir). İş materiallarından və Nizami rayon 120 saylı MİS-in verdiyi arayışdan da göründüyü kimi binada 12 mənzil var və onlardan heç kimlə müqavilə bağlanmayıb, 6 mənzilin mülkiyyətçiləri isə cavabdeh olaraq məhkəmə prosesinə cəlb edilmişdir. Şirkətin maliyyə durumu barədə məhkəməyə hec bir sənəd tədim edilməyib, qeyri-dəqiq məlumatlara görə şirkət iflas ərəfəsindədir. Belə bir şirkətin onların tələbatlarını qarşılaması risk yaradır. Tikintinin təhlükəsizlik keyfiyyəti barədə hec bir zəmanət məhkəmə prosesində təqdim edilə bilmədi, iddia tələbinin əsaslandırmasını təşkil edən iddiaçı Orbita " MTK-ın tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin 75 saylı 26 fevral 2016-cı il tarixli və 461 saylı 06 oktyabr 2017-ci il tarixli sərəncamına istinad edərək sakinlərin dövlətin mülkiyyət hüququ ilə müəyyən edilmiş mənzillərdən zorla çıxarılmaq yetkisi olduğunu bildirirlər. Bu əsasla Azərbaycan Respublikasının Konstitusiya və qanunları ilə müəyyən olunan mülkiyyətin toxunulmazlığı prinsipini pozurlar. Mənzillər AR Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş ********** saylı çıxarış əsasında Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ev 12 ml xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 və ünvan 1 ünvanda yerləşən yaşayış binasında 55,0 kv.m sahəsi olan iki otaqlı 1 saylı mənzilin, Cavabdeh2 mülkiyyətindədir. Məhkəmə öz əsaslandırmasında qeyd edir ki, işin hallarından görünür ki, Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri Q.Qarayev prospekti, İ.Əliyev, Azər Manafov, Tofiq Abbasov və Özbəkistan küçələrinin kəsişməsi, 2451 və 2452-ci məhəllədə ötən əsrin 40-50-ci illərində inşa edilən, istismar müddətini başa vuran, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Göstərilən halı hec bir rəsmi dövlət orqanının sənədləri ilə təsdiq olunmamaqla mülahizə xarakterlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
5. İddiaçı Orbita” Mənzil Tikinti Kooperativi apellyasiya şikayətinə etiraz ünvanlayaq qeyd etmişdir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh4 Cavabdeh6 Muhiddin oğlu və Cavabdeh5 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-89/2023 saylı mülki iş üzrə 11 yanvar 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməyib. Qətnamə onlara aid hissədə qanuni qüvvəsini alıb. Aşağıdakılara görə cavabdehlərin apellyasiya şikayətini qanunsuz və əsassız hesab edirlər. Cavabdehlərin apellyasiya şikayəti məntiqsiz söz yığımından, qanuna və faktlara əsaslanmayan boş ifadələrdən ibarətdir. Bakı şəhərinin baş planına əsasən paytaxtımızın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyası yaxınlığında ötən əsrin 40- 50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 75 saylı 26 Fevral 2016-cı il tarixli və 461 saylı 06 Oktyabr 2017-ci il tarixli sərəncamlarına əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 saylı məhəllədə çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 25 Fevral 2016-cı il tarixli 75 saylı sərəncamı, tərtib olunmuş 13281 saylı inşaat pasportu və digər sənədləşmələr İddiaçı MTK-nın adına rəsmiləşdirilib və torpaq sahəsi İddiaçı MTK-nın istifadəsinə verilib. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi, vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən İddiaçı MTK-ya tapşırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 Dekabr 2019-cu il tarixli 482 saylı qərarına əsasən Bakı şəhərində mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi,qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi nəzərdə tutulub. İddiaçı MTK Bakı Şəhər İcra Hakimiyyətinin qeyd edilən sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 Dekabr 2019-cu il tarixli 482 saylı qərarına uyğun olaraq ünvan 4 ünvanında mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirib və həyata keçirir. Bu günə kimi qeyd olunan ərazidə istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan (T.Abbasov küçəsi 16, Özbəkistan küçəsi 14) binalar sökülərək, onların yerində müasir yaşayış tələblərinə cavab verən 1 ədəd yeni yaşayış binası tikilib və 1 ədəd binanın tikintisinə başlanılıb. Cavabdehlər Cavabdeh2 və X4 yaşadıqları, Bakı şəhəri Bakı şəhəri Nizami rayonu Özbəkistan küçəsində yerləşən 12 saylı on iki mənzilli binada 1 və 4 saylı mənzillər də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı iləİddiaçı MTK- ayrılmış torpaq sahəsində yerləşir. Binanın digər əksər sakinləri ilə onların evdən köçrülmələri barədə razılığa gəlinib, İddiaçı MTK ilə yeni tikiləcək binada daha böyük sahəsi olan, abad, təmirli mənzil tikintisi ilə bağlı müqavilələr bağlanası ərəfəsindədir. İddiaçı MTK-nın həmin ailəllərin hər birinə qarşılıqlı razılaşma əsasında yeni binada mənzilləri tikilib hazır olanadək kirayə haqqı ödəməsi nəzərdə tutulub.Lakin cavabdehlər əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina ediblər. Orbita" MTK cavabdehlərə ikiotaqlı mənzilinin əvəvzinə həmin ünvanda yeni tikilən binada sahəsi daha artıq olan mənzillər tikilib təmirli vəziyyətdə təhvil verilməsini və mənzil təhvil verilənədək hər ay 400 manat kirayə haqqı ödənilməsini təklif edib. Cavabdehlər isə əsassız varlanmaq məqsədilə mənzilinin əvəzinə 2 ədəd ikiotaqlı və üçotaqlı mənzillər tələb ediblər, qanunsuz hərəkətləri ilə tikinti işlərinin başlanmasına mane olurlar, “Orbita" MTK-nı şantaj edirlər. Nəticədə tikinti işlərinin yubanır. Bu da mənzil tikintisi üçün "Orbita” MTK ilə müqavilələr bağlamış digər ailələrin haqlı etiraz və narazılığına səbəb olub. Azərbaycan Raspublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 May 2020-ci il tarixli qərarında göstərilib: Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından suiistifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Buna görə də İddiaçı MTK Nizami Rayon Məhkəməsində hazırkı iddianı qaldırıb. Cavabdehlər apellyasiya şikayətində göstərir ki, guya söküntü və tikinti işləri qanunsuz aparılır, qeyd olunan sərəncamın ləğvi ilə əlaqədar Bakı İnzibati Məhkəməsində iddia qaldırılıb və hazırkı işin icraatının dayandırılması barədə vəsatətləri qanunsuz olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyib, hazırkı qətnamə cavabdehlərin mülkiyyət hüquqlarını pozur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 75 saylı 26 Fevral 2016-cı il tarixli və 461 saylı 06 Oktyabr 2017-ci il tarixli sərəncamlarına əsasən Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 saylı məhəllədə söküntü və tikinti işləri qanuni əsaslarla aparılır. Binaların tikintisi təsdiq olunmuş layihə smeta sənədlərinə əsasən aparılır, tikinti üçün bütün zəruri icazələr və ekspertiza rəyləri alınıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi obyektin tikintisinə 83 saylı icazə verib. Bakı İnzibati Məhkəmənin icraatında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 75 saylı 26 Fevral 2016-cı il tarixli və 461 saylı 06 Oktyabr 2017-ci il tarixli sərəncamlarının ləğvi ilə əlaqədar verilən iddia yalnız həmin sərəncamların icrasının qarşısını almaq hazırki işə baxılmasının yubadılması məqsədi dayışır. Bir sözlə cavabdehlərin həmin iddia tələbi mücərrədir, anlaşılmazdır. Cavabdehlər nəzərə almayıb ki, həmin iddia tələbi təmin edilərsə sərəncamın hansı hissəsinin ləvğ edilməsi sual altında qalır. Qüvvədə olan Vergi qanunvericiliyinin 218 maddəsinin tələbinə görə yaşayış sahəsi sökülən mülkiyyətçilərə yeni mənzillər ayrılarkən 20 faizdən artıq sahə verildikdə, 20 faizdən artıq sahə üçün vergi ödənilməlidir. Cavabdehlərin apellyasiya şikayətindəki mövqeyinə görə onların mənzilinin yenilənməsi onların mülkiyyət hüququna müdaxilədir. Lakin cavabdehlərin istismar müddətini başa vurmuş, minimum yaşayış tələblərinə cavab verməyən yaşayış sahəsinin sökülərək onun əvəzinə həmin ərazidə 20 faiz artıq sahəsi olan yeni, təmirli, abad yaşayış sahəsinin verilməsi mülkiyyət hüququna müdaxilə sayıla bilməz. Bu halda şəxs mülkiyyətdən məhrum olmur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ bəndinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. Bakı Şəhərinin mənzil fondunun yeniləşdirilməsi, sakinlərin istismar müddətini başa vurmuş, köhnə tikililərinin sökülməsi onların daha geniş və abad yaşayış sahələri ilə təmin edilmələri dövlətimizin prioritet siyasətidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 Dekabr 2019-cu il tarixli 482 saylı qərarına əsasən Bakı şəhərində mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi nəzərdə tutulub. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Apellyasiya icraatı zamanı Cavabdeh2 ərizə ilə müraciət edərək, apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və bu əsasla apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-89/2023 saylı işi üzrə 11 yanvar 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilmiş və ona münasibətdə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-2522/2023 saylı mülki iş üzrə Cavabdeh2 münasibətdə apellyasiya icraatına xitam verilmişdir.
7. İddiaçı Orbita” Mənzil Tikinti Kooperativi iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş, İddiaçı MTK tərəfindən Cavabdeh1 mülkiyyətindəki, ünvan 4 ünvanında yerləşən köhnə yaşayış binasında 55,0 kv.m sahəsi olan ikiotaqlı 1 saylı mənzilin əvəzinə, iddiaçının həmin ünvanda yeni inşa edəcəyi binada 117,80 kv.m sahəsi olan üçotaqlı təmirli mənzil tikilib təhvil verilməklə və yeni mənzil təhvil verilənədək cavabdehə hər ay 450 manat kirayə haqqı ödənilməklə cavabdehin söküləcək həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil1 iddiaçı tərəfin biri 84 kv.m təmirli, digəri 60 kv.m təmirsiz olmaqla iki mənzil verməklə bağlı təklif verdiyini, müdafiə etdiyini şəxsin təklifinin isə 84 kv.m sahədən ibarət mənzilin təmirsiz formada verilməsini, təmirə çəkiləcək xərclərin əvəzinə isə digər mənzilin sahəsinin artırılması halında razılaşa biləcəklərini qarşı tərəfə bildirdiklərini qeyd etmiş, lakin qarşı tərəfin həmin təklifi qəbul etmədiyindən razılığın əldə olunmadığını bildirmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X12 hazırkı mənzillərində şəraitlərinin yaxşı olduğunu, hər hansı qəzalı vəziyyətin olmadığını qeyd etmiş, qarşı tərəfin təklifi ilə razılaşmadığını, öz mənzillərinin rahat olduğunu, artırılma etdiyini, iki padvalının, qarajının, bağının, toyuq saxlamağa şəraitinin olduğunu, lakin həmin sahələrə dair sənədinin olmadığını, iddiaçı tərəfin çıxarışda olan 55 m 2 sahəni əsas gətirərək, daha artıq sahədən ibarət mənzil verdiklərini dediklərini, digər sahələri nəzərə almadıqlarını qeyd etmiş, artırılmış sahəyə dair sənəd almaq üçün müvafiq qurumlara müraciət ediyini, lakin gecikmiş olması əsas gətirilərək imtina edildiyini bildirmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi ərizəsində nəzərdə tutulmuş təklifdən daha artığının verilməsinin iddiaçının imkanı xaricində olduğunu, cavabdehin iki otaqlı mənzilinin əvəzinə 3 otaqlı mənzil verdiklərini, kompensasiya məbləğini artırdıqlarını, mənzil tikilib təhvil verilənə qədər cavabdehi kirayə mənzillə təmin edib, kirayə haqqını ödəyəcəklərini bildirmiş,cavabdehin qeyd etdiyi bağ sahəsinin onlara aid olduğunu, həmin sahəyə görə icarə haqqı ödədiklərini qeyd etmiş və apellayasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 onların təklif etdiyi mənzilin qiymətinin qarşı tərəfin mənzilinin qiymətindən dəfələrlə artıq olduğu, lakin cavabdehin öz mənzilinin sahəsindən üç dəfə daha artıq sahəyə malik mənzil istədiyini, bundan daha artıq təklif vermələrinin isə iddiaçı tərəfindən mümkün olmadığını bildirmişdir.
12. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh2, Cavabdeh3,Cavabdeh4, X8 və Cavabdeh6 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə (Cavabdeh1 münasibətdə) yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 14 . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə əsasən : 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən: 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 2 4 . İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 7 1 . İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. 8 0 . Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
16. İnsan hüquqlarının və X7 haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il Əlavə protokolunun tələblərinə əsasən: 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrinə əsasən :16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir; 226.3. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi müqavilə əsasında onu icarəyə verə bilər. 226.4. Yaşayış binalarında sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir. 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. 227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 231.1. Əgər daşınmaz əmlakın dövlət reyestrində yaşayış binasının tərkib hissəsinin müəyyən mülkiyyətçisinin xeyrinə heç bir xüsusi hüquq qeydə alınmayıbsa, aşağıdakı predmetlər və hüquqlar yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir: 231.1.1. torpaq və bina tikilməsinə əsas verəcək tikintiyə vərəsəlik hüququ; 231.1.2. yaşayış binasının və onun tərkib hissələrinin digər mülkiyyətçilərinin otaqlarının konstruksiyası, konstruktiv strukturu və möhkəmliyi üçün əhəmiyyət daşıyan və binanın zahiri simasını və görkəmini müəyyənləşdirən tikinti elementləri; 231.1.3. digər bu cür mülkiyyətçilərin öz otaqlarından istifadəsinə xidmət üçün nəzərdə tutulan qurğular. 231.2. binanın digər tikinti konstruksiyaları yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin sonrakı razılaşması ilə əsaslandırma aktında birgə konstruksiyalar elan edilə bilər. Belə edilmədikdə ehtimal olunur ki, onlar xüsusi hüquqlara aid edilmişdir. 234. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququna daşınmaz əmlakın və ya tikinti hüququnun məhvi ilə və daşınmaz əmlakın dövlət reyestrində qeydlə xitam verilir. Əgər bina onun dəyərinin yarısından çox ölçüdə dağılmışdırsa və mülkiyyətçi özü üçün, demək olar, dözülməz yüklülüklər olmadan binanın bərpasına qadir deyildirsə, yaşayış binasının tərkib hissəsinin istənilən mülkiyyətçisindən mülkiyyət hüququna xitam verilməsi tələb edilə bilər, lakin yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri ümumi mülkiyyətə sahibliyi davam etdirmək niyyətindədirlərsə, qalan mülkiyyətçilərə peşman haqqı ödəmək yolu ilə hüquqa xitam verilməsinin qarşısını ala bilərlər.
18. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13, 26; Mülki Məcəllənin 139-166, 178, 385-388, 560; Mülki Prosesual Məcəllənin 14, 76, 77, 80-88, 106, 119, 217.4, 384-390; İnsan hüquqlarının və X7 haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il tarixli Protokolun 1-ci maddələrinə; Azərbaycan Respublikasında mülkiyyət haqqında Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Qanununa istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, ayrılıqda hər bir cavabdehin tələbatlarını, ailə tərkibi üzrə mənzil şəraitini tam və dolğun müəyyən etmədiyindən Cavabdeh1 mənafeləri mövcud əvvəlki şəraitə yaxın öyrənilməmişdir. Apellyasiya icraatı zamanı iddiaçının özünün ədalətli və mütənasib kompensasiya verilməsi cəhdləri nəticə verməsə də, təklif edilən kompensasiya (əvəzləşmə) daha üstün təminatlara dəyişdirilmiş formada təklif edilmiş və bunlara dair Cavabdeh1 münasibətdə müvafiq olaraq dəyişdirilmiş tələblər irəli sürülmüşdür.
19. Qeyd edilməldir ki, münasibətlərin əsasını Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 75 saylı 26 Fevral 2016-cı il tarixli və 461 saylı 06 Oktyabr 2017-ci il tarixli sərəncamlarına əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 saylı məhəllədə söküntü və tikinti işləri aparılması olmuşdur. Qeyd edilən sərəncamların əsasını isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarı və bu qərarın ləğv edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 Dekabr 2019-cu il tarixli 482 saylı qərarı olmuşdur. Sonuncu qərarla müəyyən edilmişdir ki, 4. Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə 4.1. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 4.2. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini; 4.3. ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsini həyata keçirsinlər.
20. Kollegiya hesab edir ki, kompensasiya tələbin irəli sürülməsindən öncə onun ədalətliliyi barədə tərəflər arasında mövcud ola bilən münasibətlər bütün mülki hüquqi ləvazimatlar barədə əhatəli təsəvvürlərin yarandığı tərzdə, müqavilə münasibətlərinə daxil olmaq imkanlarını istisna edən mötəbər və təkzibedilməz sübutlar əsasında mümkün ola bilər. Hazırki mübahisəli münasibətlərin razılaşması üzrə (tələb-təklif təfərrüatların rəsmi ifadəsi) iddiaçı tərəfindən mülkiyyətçiyə əhatəli şəkildə təqdim edilmişdir. Kollegiya Mülki Məcəllənin 560-cı maddəsində təsbit edilmiş əsaslara istinadən hesab edir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
21. "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 372.5-ci maddəsində nəzərdə tutulmuş yeni tələb apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, ərizəçi həmin tələbin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (Mülki Prosessual Məcəllənin 53 və 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir.
22. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarda isə Konstitusiya Məhkəməsi izah etmişdir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. ... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. Konstitusiya Məhkəməsi həmin qərarda qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
23. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarında irəli sürdüyü hüquqi mövqe hazırki mübahisənin həlli baxımından belə nəticəyə gəlməyə imkan verir ki, hazırki iddianın predmetini cavabdehə ədalətli kompensiya (əvəz) verilməklə, təklif olunan əvəz iddianın predmeti deyil, iddia predmetinin obyekti kimi çıxış etmiş və onun (kompensasiyanın həcminin) dəyişdirilməsi zərurəti apellyasiya icraatı zamanı əmələ gəlmişdir. İddia həcminin artırılması və ya tələbin dəyişdirilməsi apellyasiya icraatı zamanı baxılma həddi üzrə tam təmin edilən iddianın fərqli (tələbdən kənar) həll edilməsi mülki prosessual qanunvericiliyə birbaşa zidd olsa da, hüququn analogiyasını və ədalət mühakiməsinin (məhkəmə icraatının) məqsədlərini əsas tutaraq kollegiya hesab edir ki, kompensasiya həcminin artırılması iddia həcminin artırılmasına, yəni cavabdehin hüquqlarının daha da məhdudlaşmasına xidmət etmədiyindən onun qəbulu və müzakirəsi mümkündür.
24. İş üzrə apellyasiya baxışında tərəflərə mübahisənin barışıq yolu ilə həll edilməsi üçün kifayət qədər imkan yaradılaraq məhkəmə kollegiyasının iclası bir neçə dəfə təxirə salınsa da, mübahisənin danışıqlar yolu ilə nizama salınması mümkün olmamışdır.
25. Hazırki iş üzrə cavabdehin mülkiyyətində və istifadəsində olan sahələrin yerləşdiyi torpaq sahəsinin iddiaçının məqsədli istifadəsinə verilməsi və həmin ərazidə yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulduğu nəzərə alınaraq, məhkəmə kollegiyası hesab edir ki, mübahisənin yekun həlli məqsədi ilə cavabdehin mülkiyyət hüququna müdaxilə ilə mülki hüquq münasibətlərinin digər iştirakçılarının, o cümlədən iddiaçının hüquq və mənafeləri, habelə sökülməsi nəzərdə tutulan ərazidə yaşamış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması arasında ağlabatan tarazlığın müəyyən edilməsinə yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə təsbit edilmiş mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də, mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).
26. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 -ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71 -ci maddəsinin İİ hissəsi, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, "İnsan hüquqlarının və X7 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir ("Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan "ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında "ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır ("Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; "Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93).
28. Yuxarıda qeyd olunan mövqeyə görə həmin kompensasiya cavabdehin məhrum olunduğu hüququna mütənasib olmalıdır. Yəni kompensasiya təklif olunarkən mülkiyyətçinin qanuni istifadə etdiyi sahələrin ölçüləri nəzərə alınmalı və gələcəkdə əlavə mübahisələrin yaranmasına səbəb olmamalıdır. Mülki hüquqi pozuntuların aradan qaldırılması yönündə tərəflər birgə hərəkət etməli, dövlətin, cəmiyyətin (digər şəxslərin) və tərəflərin özlərinin mülki hüquqlarının cəmində danışıqlar apararaq, mülki dövriyyənin və subyektiv hüquqların mütənasibliyi baxımından onların tarazlığı ədalətli kompensasiyanı və sair məsələləri müzakirə edə bilərlər. Müzakirələrin rəsmi təkliflər səviyyəsində baş tutmadığı və ya müsbət nəticə vermədiyi təqdirdə (razılığa gələrək müqavilə bağlamaq mümkün olmadıqda) tərəflər mübahisələrin məhkəmə müstəvisində müzakirə etmək hüquqlarına malikdirlər. Hazırki işin tədqiqi göstərir ki, apellyator yaşadığı ərazinin yenidən planlaşdırılmasına etiraz adı altında daha yüksək mənfəət əldə etmək istəyir. Qeyd edilməlidir ki, baxılan iddiaya qarşı hər hansı qarşılıqlı tələb irəli sürülməmiş və cavabdeh məsələnin barışıq yolu ilə həlli müstəvisində daha yüksək kompensasiya (əvəzləşmə) tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mülkiyyətində və istifadəsində olan sahələrə görə müvafiq kompensasiya (əvəzləşmə) tələb etməsi başa düşüləndir, lakin hüquqlardan sui-isifadəyə şərait yaradan hal kimi digər sakinlərin əlaqəli hüquqlarına və iddiaçının vəzifələrinə ziddir. Təqdim edilən sübutlardan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş dövlət reyestrində 230 nömrəli reyestr kitabının 23052 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 12, 1 saylı mənzil 55.0 m2 sahədən ibarətdir və əlavə sahələrə dair istinadların sübutedici əsasları müəyyən edilmir. Mülkiyyət və istifadə hüququ dövlət reyestrində qeydiyyata alınmalıdır və faktiki əsasla istifadə edilən yaşyış (qeyri-yaşayış və torpaq) sahələri mənzil mülkiyyətçilərin ümumi mülkiyyəti və ya dövlətin (bələdiyyənin) mülkiyyəti ola bilər ki, bu da, cavabdehə münasibətdə hər-hansı hüquqi nəticələr yaratmır. Belə ki, Mülki Məcəllənin müddəalarına əsasən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
29. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qərara gəlir ki, iddianın (kompensasiyanın) həcminin dəqiqləşməsi üzrə Cavabdeh1 münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməklə, Orbita” MTK tərəfindən Cavabdeh1 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında (55,0 kv.m sahəsi olan iki otaqlı) 1 saylı mənzilin əvəzinə iddiaçının həmin ünvanda yeni inşa edəcəyi binada 117,80 kv.m sahəsi olan üç otaqlı təmirli mənzil tikilib təhvil verilməklə və yeni mənzil təhvil verilənədək cavabdehə hər ay 450 manat kirayə haqqı ödənilməklə, cavabdehin söküləcək həmin mənzildən çıxarılması müəyyən edilməli, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya şikayəti qismən təmin edildiyindən və tələb olmadığından dövlət rüsumu üzrə məhkəmə xərclərinə dair kollegiya hesab edir ki, ödənilmiş dövlət rüsumu üzrə xərclər onları ödəyən şəxslərə aid edilməlidir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-89/2023 saylı işi üzrə 11 yanvar 2023-ci il tarixli qətnaməsi qismən - "Orbita” MTK tərəfindən Cavabdeh1 mülkiyyətindəki, ünvan 4 ünvanda yerləşən köhnə yaşayış binasında 55,0 kv.m sahəsi olan iki otaqlı 1 saylı mənzilin əvəzinə "Orbita” MTK tərəfindən həmin ünvanda yeni inşa ediləcək binada qeyd olunan mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil tikilib təhvil verilməklə və yeni mənzil təhvil verilənədək cavabdehlərə hər ay 400 manat kirayə haqqı ödənilməklə çıxarılması hissəsində - dəyişdirilsin. Orbita” MTK tərəfindən Cavabdeh1 mülkiyyətindəki, Bakı şəhəri Nizami rayonu, Özbəkistan küçəsi 12 ünvanda yerləşən köhnə yaşayış binasında (55,0 kv.m sahəsi olan iki otaqlı) 1 saylı mənzilin əvəzinə iddiaçının həmin ünvanda yeni inşa edəcəyi binada 117,80 kv.m sahəsi olan üç otaqlı təmirli mənzil tikilib təhvil verilməklə və yeni mənzil təhvil verilənədək, Cavabdeh1 hər ay 450 manat kirayə haqqı ödənilməklə, Cavabdeh1 söküləcək həmin mənzildən çıxarılması təmin edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.