Məhkəmə qərarları › İş №2(103)-2528/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2528/2024

24.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2528/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X4 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi İddiaçının nümayəndəsi (atası) X2, iddiaçının nümayəndə-vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 3940/2023 saylı xx.xx.2023-cü il tarixli əlavə qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı – cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A, ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,47 kv.metr olan bir otaqlı, 68 saylı mənzildən çıxarılmaları və cavabdeh tərəfindən mübahisəli mənzilin boşaldılaraq, ona təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, e-2(011)- 3940/2023 saylı qətnaməsinə əsasən Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,47 kv.metr olan bir otaqlı, 68 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Daha sonra həmin qətnamə ilə iddia tələbinin “Cavabdeh ailə üzvlərinin Bakı şəhəri, Xətai Rayon, Gəncə prospekti 2935 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,47 kv.metr olan bir otaqlı, 68 saylı mənzildən çıxarılmaları və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi” barədə hissəsinə hüquqi qiymət verilmədiyindən iş üzrə həmin tələblərə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3940/2023 saylı xx.xx.2023-cü il tarixli əlavə qətnaməsi çıxarılmışdır. Həmin əlavə qətnamə ilə İddiaçı Cavabdeh qarşı “Cavabdeh ailə üzvlərinin Bakı şəhəri, Xətai Rayon, Gəncə prospekti 2935 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,47 kv.metr olan bir otaqlı, 68 saylı mənzildən çıxarılmaları və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi” barədə iddia tələbləri təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3940/2023 saylı xx.xx.2023-cü il tarixli əlavə qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermiş və həmin şikayət iş materiallarına əlavə edilmişdir. Buna baxmayaraq, mülki iş cavabdeh N.Əsədovnanın Xətai Rayon Məhkəməsinin e-2(011)-3940/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında mövcud olan Xətai Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli e-2(011)- 3940/2023 saylı əlavə qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək apellyasiya icraatına qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə iddiaçının Xətai Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli e-2(011)-3940/2023 saylı əlavə qətnaməsindən verdiyi apellyasiya şikayəti hazırda qeyri-mümkün hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və nümayəndə-vəkili iddiaçının apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü ilə bağlı qərardadın qəbul edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Kollegiya cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə ki, iş materillarından görünür ki, birinci instansiya məhkəməsi e-2(011)- 3940/2023 saylı mülki iş üzrə 11 dekabr 2023-cü il tarixdə qətnamə, xx.xx.2023-cü il tarixdə isə əlavə qətnamə qəbul etmiş, əlavə qətnamə iddiaçı tərəfindən mübahisələndirilərək apellyasiya şikayəti daxil olmuşdur. Lakin işin apellyasiya instansiyasına göndərilməsi ilə bağlı müşaiət məktubunda cavabdehin birinci instansiya məhkəməsinin 11 dekabr 2023-cü il tarixində qəbul etdiyi qətnamədən verdiyi apellyasiya şikayətinə baxılması üçün göndərildiyi qeyd edilmişdir. İş materialları və məktubun məzmunu arasında ziddiyyətli məqamı aydınlaşdırmaq məqsədilə elektron məhkəmə sistemi vasitəsilə daxil olan sənədlərə baxış keçirilmiş, nəticədə məlum olmuşdur ki, Cavabdeh da (Vəkil2) Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(011)-3940/2023 saylı iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayəti daxil olmuşdur. Bununla da cavabdehin qeyd edilən apellyasiya şikayətinin iş materiallarına əlavə edilmədiyi, yalnız İddiaçı əlavə qətnamədən vermiş olduğu şikayətin işdə mövcud olduğu müəyyən edilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi cavabdehin xx.xx.2023-cü il tarixli e- 2(011)-3940/2023 saylı qətnamədən verdiyi apellyasiya şikayətini işə əlavə etmədən, şikayət ilə bağlı hər hansı prosessual hərəkət etmədən, yəni şikayətin mülki-prosessual məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan, iş materiallarını Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Yaranmış vəziyyət isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Bu səbəbdən kollegiya belə qənaətə gəlir ki, hazırki vəziyyətdə iddiaçının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3940/2023 saylı xx.xx.2023-cü il tarixli əlavə qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, iş üzrə daxil olmuş apellyasiya şikayətlərinin mülki-prosessual məcəllənin tələblərinə uyğun şəkildə verilib-verilməməsini yoxlamaq üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Bununla yanaşı hazırki işdə Cavabdeh apellyasiya şikayətinin Vəkil2 elektron kabineti vasitəsilə göndərildiyi müəyyən edilmişdir. Bununla əlaqədar kollegiya Azərbaycan Respublikası Vəkillər X1 məhkəmə və istintaq orqanlarına ünvanladığı xx.xx.2024-cü il tarixli 460 nömrəli məktubuna əsasən Vəkil2 xx.xx.2023-cü il tarixdən vəkillik fəaliyyətinin dayandırılmasını və bu faktın cavabdehin apellyasiya şikayətini yoxlayarkən nəzərə alınmasını birinci instansiya məhkəməsinin diqqətinə çatdırmağı zəruri hesab edir. Kollegiya onu da qeyd edir ki, mülki iş apellyasiya instansiyasına daxil olduqdan sonra həmin şikayət üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur. Belə ki, qeyri-mümkünlük üçün hazırda istinad olunan hal apellyasiya mümkün hesab edilərkən diqqətdən yayınmışdır; mülki-prosessual qanunvericlik isə bu kimi hallarda apellyasiyanın sonradan qeyri-mümkün hesab edilməsini istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 3940/2023 saylı xx.xx.2023-cü il tarixli əlavə qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş qərardadda şərh edilmiş göstərişlərə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar