Məhkəmə qərarları › İş №2(103)-2536/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2536/2023

27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2536/2023 27.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(005)-856/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 ASC oğluna qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkətinin qanunsuz hesab edilməklə, Cavabdeh2 ASC-nin mənzilin və torpaq sahələrinin yenidən qiymətləndirilməsindən imtinasının, həmçinin Sumqayıt İcra və Probasiya Şöbəsi və "xxxx" MMC-nin Bakı şəhəri Nərimanov ray, M.K.Atatürk pr, yerləşən 23/25 nümrəli binanın 69 nömrəli mənzil ilkin satış qiyməti 55000 AZN-ə yenidən hərraca çıxarılmasının, Sumqayıt səhəri, Novxanı bağ massivi, B-1352A ünvanında mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi ilkin satış qiyməti 12000 AZN, Bakı səhəri, Novxanı bağ massivi, B- 1352A/1 ünvanında mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi ilkin satış qiyməti 24000 AZN olmaqla satışa çıxarılmasına dair 15 noyabr 2022-ci il tarixli 15/11 Bildirişinin etibarsız hesab edilməsi, "xxxx" MMC-nin 09 sentyabr 2020-ci il tarixdə verilmiş QXM 320/M nömrəli qiymətləndirmə rəyinin hazırkı real bazar qiymətlərinə uyğun olmamaqla, hüquqi qüvvəsi olmayan və torpaq sahələrinə dair hissədə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-856/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh2 ASC-yə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Daha sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 856/2023 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-856/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərardadına düzəliş edilməsi, həmin qərardadın təsviri, əsaslandırıcı və nəticə hissələrində “cavabdehlər Cavabdeh1 MMC-yə, Sumqayıt şəhər icra və probasiya şöbəsinə, "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə” və nəticə hissəsində “İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun ona qaytarılsın” yazısı qeyd olunmaqla düzəliş edilməsi qərara alınmışdır. İddiaçı şikayət verərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 856/2023 saylı qərardadının qanunsuz olduğundan ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(005)-856/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(005)-856/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 228.2-ci maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qərardadda buraxılmış yalnışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpası barədə ərizə təmin olunmamaqla, məhkəmə düzgün nəticəyə gəlmiş, mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur. Ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(005)-856/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar