Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2544/2024 13.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“pul”) hakimlər X8 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndələri X23,Nümayəndə, Cavabdeh2 nümayəndəsi X25, nümayəndəsi Vəkil, Cavabdeh1 nümayəndəsi X18 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-429/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı "X26” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kommunal xidmətin göstərilməsinə dair cavabdehlər Cavabdeh1 841.50 manat, Cavabdeh2 1034 manat olmaqla, cəmi 1875,5 manat məbləğində pul vəsaitinin və ödənilmiş 39.40 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq "X26” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-429/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 776,50 manat, Cavabdeh2 1034 manat məbləğində pul alınaraq iddiaçı "X26” MMC-yə ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 16 manat hissəsi və 0,20 manat bank xidmət haqqı Cavabdeh1, dövlət rüsumunun 22 manat hissəsi və 0,20 manat bank xidmət haqqı Cavabdeh2 tutularaq iddiaçı "X26” MMC-yə verilsin, dövlət rüsumunun qalan hissəsi iddiaçı "X26” MMC-yə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin1.1, 6, 29.3, 38.1, 38.2, 43.1, 45.1, 119.1, 122, 125, 127.1, 128, 135, 136, 137,140, 141; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 777.1-777.2, 783.2-783.3, 1087.1- 1087.2, 1090.1; Mülki Prosessual Məcəllənin 14.2, 76, 77, 80, 88, 106.1, 107, 119-cu maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının "Nəsimi-40” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə müvafiq olaraq, cavabdehlərə məxsus mənzillərin yerləşdiyi çoxmənzilli binada göstərdiyi kommunal xidmətlərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar cavabdehlərin çoxsaylı etirazlarından birincisi ondan ibarətdir ki, çoxmənzilli binanın 200-ə yaxın sahə mülkiyyətçisi olduğu halda, xx.xx.2021-ci il tarixli yığıncağın qərarının cəmi 29 nəfərin iştirakı ilə keçirilmiş iclasda qəbul edilərək MMMC-yə 11 nəfərdən ibarət idarə heyətinin seçilməsi Mənzil Məcəlləsinin tələblərinə zidd olmuşdur. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər tərəfindən etirazın bu dəlili ilə bağlı heç bir yazılı sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 01 nömrəli protokoldan isə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 A ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin həmin tarixdə keçirilən ümumi yığıncağında 196 nəfər bina üzvündən 105 nəfər sahə mülkiyyətçisi iştirak etmiş və çoxmənzilli binanın idarəetmə üsulu olaraq binanın sahə mülkiyyətçilərinin bilavasitə özləri tərəfindən idarə edilməsinin müəyyən edilməsi, idarə heyətinin formalaşdırılması, X9, X11, X12, X5, X14 İdarə heyətinin üzvləri, üzvlərin siyahısından X9 İdarə heyətinin sədri seçilməsi yekdilliklə qərara alınmışdır (lehinə 105 nəfər, əleyhinə 0 nəfər). Həmçinin, MMMC-nin təsis yığıncağının xx.xx.2022-ci il tarixli qərarından 196 nəfər sahə mülkiyyətçisindən 146 nəfərin "xxxx" MMMC-nin təsis edilməsi, Nizamnaməsinin təsdiq edilməsi və nizamnamənin imzalanması səlahiyyətinin X13 həvalə edilməsinin, idarəetmə orqanlarının müəyyən edilməsinin (MMMC-nin ali idarəetmə orqanı olan iştirakçıların ümumi yığıncağı, MMMC-nin İdarə heyətinin üzvlərinin X15, X19 və X20, İdarə heyəti sədrinin X9, Təftiş Komissiyasının üzvlərinin X10 və X1), hüquqi ünvanının Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin olmasının müəyyən edilməsinin, dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi, bununla bağlı bütün zəruri sənədlərin imzalanması (digər şəxsə etibarnamə vermək hüququ ilə) üzrə səlahiyyətli şəxs X2 yekdilliklə qərara alması müəyyən edilmişdir (lehinə 146 nəfər, əleyhinə 0 nəfər, bitərəf 0 nəfər). Beləliklə, cavabdehlərin yuxarıda qeyd edilən dəlillərinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmələri dəlillərinin formal mülahizələrdən ibarət olmasını deməyə əsas verərək (xx.xx.2021-ci il tarixli olmayan qərara istinad (hansı ki, mövcudluğu ilə bağlı sübut yoxdur), 11 nəfər idarə heyəti üzvünün olması barədə iddia (hansı ki, 5 nəfərdən ibarətdir)), iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla həmin dəlillərin təkzib edilməsi müəyyən edilir. İkincisi, cavabdehlər MMMC ilə iddiaçı arasındakı müqavilənin xx.xx.2021-ci il tarixdə MMMC səlahiyyətli olmadığı halda bağlandığını və buna görə də hüquqi qüvvəsinin olmadığını mübahisələndirsələr də, iş materiallarında olan mötəbər sübutlar əsasında müəyyən edilir ki, MMMC ilə İddiaçı MMC arasında xidmətlərin göstərilməsi haqqında müqavilə məhz MMMC xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alındıqdan sonra, xx.xx.2022-ci ildə bağlanmışdır. Bununla da, cavabdehlərin bu dəlili də məhkəmədə müvafiq qaydada öz təsdiqini tapmamışdır. Üçüncüsü, cavabdehlər İdarə Heyətinin xx.xx.2022-ci il tarixdə iclas keçirərək, yuxarıda qeyd olunan məsələlərə dair qərarlar qəbul etməsinin, idarə heyətinin sədri ilə iddiaçı arasında müqavilə bağlanmasının qanunsuz olduğunu, müqavilənin hər bir sahə mülkiyyətçisi ilə iddiaçı arasında ayrılıqda bağlanmalı olduğunu bildirsələr də, idarə heyətinin seçilməsi zamanı qanunvericiliyin pozulması halları müəyyən edilmədiyindən, tərkibi mülkiyyətçilərin əksəriyyətinin iştirakı ilə (yetərsay) keçirilmiş ümumi yığıncaqda təsdiq edilmiş həmin idarə heyətinin artıq mülkiyyətçilərin hər birindən razılıq almağa ehtiyacı olmadan, öz qərarı ilə binada kommunal xidmətlərin göstərilməsini iddiaçıya həvalə etməsi və iddiaçı ilə məhz xidmət göstərilməsi haqqında müqavilə bağlaması heç də qanunvericiliyə və mülkiyyətçilərin iradəsinə zidd hesab edilməməlidir. Belə ki, Mənzil Məcəlləsinin 127.1-ci maddəsində mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin cəmiyyət iştirakçılarına hesabat verən cəmiyyətin icra orqanı olmaqla cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirməsi təsbit edilmişdir. Məcəllənin 128.0, 128.0.6-cı maddəsində isə çoxmənzilli binanın (binaların) ümumi əmlakına xidmətlərin göstərilməsi, onun təmiri və istismarı ilə əlaqədar müqavilələr bağlamağın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsi olması müəyyən edilmişdir. Həmçinin qeyd edilməlidir ki, müqavilənin hər bir sahə mülkiyyətçisi ilə iddiaçı arasında bağlanması imperativ göstəriş olmamaqla yanaşı, cavabdehlərin ümumi binanın saxlanmasına çəkilən xərclərə görə müəyyənləşdirilmiş məbləğdə ödəniş etmələri isə onların qanundan irəli gələn vəzifələri kimi müəyyən edilmişdir. Dördüncüsü, göstərilənlərə əsasən iddiaçının müqavilə bağlanan andan qanunsuz fəaliyyət göstərdiyini bildirmələrinə baxmayaraq, Cavabdeh1 müqavilə bağlandıqdan sonra uzun müddət (6 ay) ödəniş etməsi, lakin 2023-cü ildə heç bir ay üzrə ödəniş etməməsi, digər Cavabdeh2 isə müqavilə bağlandığı andan ödəniş etməməsi, lakin bununla belə iddiaçı tərəfindən xidmət göstərildiyini inkar etməmələri onların həmin xidmətlərdən istifadə edərək əvəzini ödəməmələrini, iddiaçının isə ona həvalə edilmiş tapşırığı vicdanla yerinə yetirdiyini deməyə əsas verir. Deməli, etirazın bu dəlili də hazırki iddianın rədd edilməsi qənaətinə gəlmək üçün əsas ola bilməz. Beşincisi və ən əsası, cavabdehlər iddiaçı ilə aralarında müqavilə olmadığına görə, iddiaçının göstərilmiş xidmətlərin əvəzini tələb etməyə qanuni əsasının (dolayısı ilə subyektiv hüququnun) və özlərinin iddiaçı qarşısında heç bir öhdəliklərinin olmadığını mübahisələndirsələr də, mülki qanunvericilikdə pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları müəyyən edilmişdir. Belə ki, buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Beləliklə, hazırkı iş üzrə iddiaçının pul tələbinin (buna müvafiq olaraq cavabdehlərin pul ödəmək öhdəliyinin) müqavilədən və ya qanundan irəli gəldiyi aydınlaşdırılmalıdır. İddiaçı MMMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə və mənzil qanunvericiliyinə istinad edərək, həmin tarixdən etibarən xidmətləri faktiki olaraq göstərdiyini və binanın digər sakinləri kimi, cavabdehlərin də bu xidmətlərdən yararlandığını bildirir, cavabdehlər isə iddiaçı tərəfindən xidmətlərin göstərilməsini mübahisələndirmir. Göründüyü kimi, iddiaçı tələblərinin əsası kimi həm müqaviləyə, həm də qanundan irəli gələn öhdəliklərə istinad edir. Belə olan halda, iddia tələblərinin hüquqi əsas(lar)ını tapmaq, başqa sözlə, tələbin müqavilədən, yaxud qanundan irəli gələn öhdəliklər çərçivəsində həll edilməsi məhkəmənin vəzifəsidir. Çünki mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan "iura novit curia” (məhkəmə hüququ bilir) prinsipinə əsasən, hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıdığından tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər həmin müqavilə üzrə tərəf olmasalar da, MMMC-nin ümumi yığıncağında iştirak edən əksər sahə mülkiyyətçilərinin razılığı ilə seçilmiş MMMC-nin səlahiyyətli icra orqanı qismində MMMC-nin fəaliyyətinə cari rəhbərliyi həyata keçirən idarə heyətinin qərarına müvafiq olaraq idarə heyəti ilə iddiaçı arasında müqavilənin bağlanması iş materiallarında olan sübutlardan açıq-aşkar görünür. Eyni zamanda, binanı idarə etmə üsulunu seçmək binanın idarəetmə orqanı olan sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. Bununla bağlı qeyd edilməlidir ki, çoxmənzilli binanın idarə edilməsi üsulunun seçilməsi qaydası Mənzil Məcəlləsinin 141-ci maddəsində açıqca göstərilmişdir. Binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qanunda göstərilən üsullardan biri (binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə və ya idarəedici təşkilat tərəfindən idarə edilmə) seçilmədikdə binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Bu mümkün olmadıqda həmin bələdiyyə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Sahə mülkiyyətçiləri isə belə müsabiqə nəticəsində seçilmiş idarəedici təşkilatla qanunla müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludurlar. Göründüyü kimi, qanunverici çoxmənzilli binanın idarə edilməsini ilk növbədə sahə mülkiyyətçilərinin özlərinə həvalə etmişdir. Onlar tərəfindən bu məsələ həll edilmədikdə bələdiyyənin müvafiq vəzifələri nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisəli binanın əvvəlcə sahə mülkiyyətçiləri (onların tərkibinə razılıq verdiyi idarə heyəti) tərəfindən idarə edilməsini seçməsinə dair sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, idarə heyətinin qərarı ilə binanın idarə edilməsinin iddiaçıya həvalə edilməsi qanuna müvafiq olmamışdır, çünki bu səlahiyyət yalnız MMMC-nin ümumi yığıncağına məxsusdur. Lakin məhkəmə bu məsələni iddiaçının hazırki tələbə subyektiv hüququ olmaması kimi ona görə qiymətləndirmir ki, hazırki işdə iddiaçı binanın idarə edilməsinin həvalə edildiyi idarəedici təşkilat kimi deyil, məhz MMMC-nin bu barədə müqavilə bağlamağa səlahiyyətli icra orqanı olan idarə heyəti ilə bağladığı müqaviləyə əsasən göstərdiyi kommunal xidmətlərin əvəzini tələb edən müqavilə tərəfi (öhdəlik münasibətlərində kreditor) kimi çıxış edir. Faktiki vəziyyət ondan ibarətdir ki, MMMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə əsasında binanın idarəçiliyini məhz iddiaçı şirkət həyata keçirir, bununla yanaşı, iddiaçı tərəfindən həm də kommunal xidmətlər göstərilir. Mənzil Məcəlləsinin 6.0, 6.0.8, 6.0.10-cu maddəsində, yəni "mənzil qanunvericiliyinin çoxmənzilli binaların idarə edilməsi və kommunal xidmətlərin göstərilməsi ilə bağlı münasibətləri tənzimləməsinə dair” normada binanın idarə edilməsi ilə binaya kommunal xidmət göstərilməsinin ayırd edilərək başqa bəndlərdə qeyd edilməsi, bu anlayışlar Məcəllədə eyni bənd və ya norma daxilində işlədildikdə isə adətən digərindən əvvəl "həmçinin”, "habelə” ifadələrindən istifadə edilməsi qeyd olunan anlayışların bir-birindən fərqləndirilməsinin təsadüfi olmamasının, məqsədli şəkildə edildiyinin göstəricisidir. Buna görə də binanın idarə edilməsinin iddiaçıya həvalə edilməsinin qanuni olmaması məsələsi hazırkı iddia tələbinin məhz iddiaçının subyektiv hüququn olmaması səbəbindən rədd edilməsi üçün əsas hesab edilmir, çünki hazırda iddiaçı müqavilə əsasında kommunal xidmətlər göstərmiş şirkət olaraq cavabdehlərdən göstərilmiş xidmətlərin dəyərini ödəməyi tələb edir. Beləliklə, binada kommunal xidmətlərin faktiki olaraq iddiaçı tərəfindən göstərilməsi və bina sakinlərinin bu xidmətlərdən yararlanmaları işin mübahisəsiz halıdır. Məhkəmə hesab etmişdir ki, bu hallar ona dəlalət edir ki, həm MMMC, həm də sahə mülkiyyətçiləri binaya kommunal xidmətlər göstərilməsini iddiaçıya tapşırmışlar. İşin faktiki hallarından müəyyən edilir ki, müqavilə tərəfləri binaya xidmət göstərilməsi ilə bağlı əqddə razılaşdırılmış hərəkətləri faktiki olaraq icra etmişlər və edirlər. Odur ki, iddiaçının tələblərinin müqavilə əsası araşdırılarkən tərəflər arasında tapşırığa dair mülki hüquqi münasibətlər olması nəzərə alınmalıdır. Belə ki, mülki qanunvericiliyə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Bu əqd əsasında tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri icra etməyi öhdəsinə götürür. Göstərilmiş xidmətin əvəzi isə şərtləşdirildikdə və ya şəraitə görə zəruri olduqda ödənilməlidir. Məhkəmə vurğulamışdır ki, iddianın müqavilə əsası müəyyən edilməsə (tərəflər arasında müqavilə münasibətləri olmasa) belə, məhkəmə tərəfindən tələblərin qanundan irəli gələn öhdəliklər (bu işin halları baxımından özgə işlərini tapşırıqsız aparma normaları) çərçivəsində əsaslı olub-olmamasına hüquqi qiymət verilə bilər. Belə ki, binaya xidmət göstərilməsi ilə bağlı bir sıra işlərin iddiaçı tərəfindən həyata keçirilməsi, bu işlərin görülməsinin bir qayda olaraq sahə mülkiyyətçilərinin mənafeyinə uyğun olması və onların bu xidmətlərdən yararlanmaları mübahisəsizdir. Belə olan halda iddiaçının tələbinə Mülki Məcəllənin 1087-ci və digər aidiyyəti maddələri çərçivəsində hüquqi qiymət verilmədən rədd edilməsi əsaslı yanaşma hesab edilə bilməz. O da nəzərə alınmalıdır ki, sözügedən xidmətlər tapşırıqsız aparıldıqda belə onların sonradan bəyənilməsi ilə tərəflərin münasibətinə yenə də tapşırıq haqqında müddəaların tətbiq edilməli olduğu qanunda açıqca göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı münasibətlər mülki hüquqi müqaviləyə söykənir, lakin hətta müqavilə olmasaydı da belə, cavabdehlərin mənzil qanunvericiliyində göstərilmiş vəzifələri nəzərə alındıqda və iddiaçının göstərdiyi xidmətlərdən cavabdehlərin yararlanmasına baxmayaraq, göstərilmiş xidmətlərin əvəzini ödəməmələri məhkəmə tərəfindən müəyyən edildiyindən, bu hallar məhkəməyə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olması qənaətinə gəlməyə əsas verir. Altıncısı, cavabdehlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” xx.xx.2000-ci il tarixli, 40 nömrəli Qərarına istinad edərək, ödənişlərin yaşayış sahəsinin 1 m2-i üçün müəyyənləşdirilməli olduğu halda, mənzilin ümumi sahəsinə görə müəyyənləşdirilməsinin düzgün olmadığını mübahisələndirmələrinə münasibətdə məhkəmə qeyd etmişdir ki, istinad edilən qərar məhz dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tarifləri tənzimləyir. Məkəmə hesab etmişdir ki, Mənzil Məcəlləsinin 137.4-cü maddəsinin tələblərini (çoxmənzilli binada kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər) nəzərə alaraq, hazırkı mübahisəyə həmin qərarın deyil, məhz MMMC-nin idarəetmə orqanı olan idarə heyətinin iclas protokolları ilə müəyyənləşdirilmiş tariflərin tətbiq edilməsi daha məqsədəmüvafiq olardı. Məhkəmə hər m2- ə görə 2022-ci ilin iyul ayından 2023-cü ilin may ayınadək 10 ay ərzində 0,40 manat, 2023-cü ilin may ayından etibarən isə 0,50 manat məbləğində ödənişin müəyyən edilməsini real, ağlabatan və mənzil mülkiyyətçilərinin mənafeyinə uyğun kimi qiymətləndirir. Yeddincisi isə, cavabdehlərin "iddiaçının hər il hesabat tərtib edib sahə mülkiyyətçilərinin təsdiqinə təqdim etmək vəzifəsi olduğu halda, bunu icra etməməsi” dəlilinə münasibətdə məhkəmə tərəflərin nəzərinə çatdırır ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı hazırki işdə xidmət göstərilməsi haqqında müqavilənin icraçı tərəfi olan kommunal xidmətlər göstərən şirkət qismində çıxış edir. Lakin cavabdehlər iddiaçının idarəedici təşkilat kimi müəyyən edilməsinin qanunazidd olması və fəaliyyətində nöqsanlara yol verməsini mübahisələndirdiyindən, məhkəmə bu məsələyə dair bəzi məsələləri qeyd etməyi zəruri hesab edir. Belə ki, əgər iddiaçı idarəedici təşkilat qismində qüvvədə olan mənzil qanunvericiliyi ilə onun vəzifəsi kimi müəyyənləşdirilmiş məsələlərə gələcəkdə də səhlənkar yanaşsa və bu hallar davamedici xarakter daşısa, onun fəaliyyəti yol verilən kobud nöqsanlar səbəbindən qənaətbəxş olmayan kimi qiymətləndirilə və sakinlərə qarşı qaldırdığı hazırki xarakterli iddia tələblərinin təmin edilməməsi ilə nəticələnə bilər (həmçinin, hazırki iş üzrə tərəf olmasalar da, MMMC-lər öz fəaliyyətlərində qanunu rəhbər tutaraq ona uyğun davranmalıdırlar). Məhkəmə qeyd etmişdir ki, necə ki, iddiaçı cavabdehlərdən öz vəzifələrinin icrasını gözləyirsə, eləcə də sahə mülkiyyətçiləri iddiaçıdan qanunla müəyyənləşdirilmiş vəzifələrin icrasını gözləməkdə haqlıdırlar. Buna görə də məhkəmə iddiaçıya öz vəzifələrini vicdanla yerinə yetirməli olması barədə xəbərdarlıq edərək, istisna hal kimi hazırkı iddianın qismən təmin edilməsini ədalətli hesab edir və iddiaçıya onun müqavilə əsasında əməkdaşlıq etdiyi MMMC-yə fəaliyyətində hazırki qətnamədə göstərilən qüsurların qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aradan qaldırılmasını tövsiyə edir. Məhkəmə qeyd etmişdir ki, ilk növbədə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olması məhkəmə tərəfindən müəyyən edildiyindən, növbəti addım kimi iddia tələbinin əsaslı olub-olmaması məhkəmə tərəfindən araşdırılmışdır. Bununla bağlı bildirilməlidir ki, məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş MMMC-nin xx.xx.2022-ci il tarixli iclas protokolunda sahə mülkiyyətçilərinin satış müqaviləsində göstərilən hər m2 üçün xx.xx.2022-ci ildən başlayaraq kommunal xidmətlərə görə 0.40 manat, xx.xx.2023-cü il tarixli iclas protokolunda isə xx.xx.2023-cü il tarixdən başlayaraq hər m2 üçün 0.50 manat ödəməsi qərara alındığından (Mənzil Məcəlləsinin 137.4-cü maddəsinə əsasən, ... çoxmənzilli binada kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər), Cavabdeh1lə MTK arasında bağlanmış müqavilədə ona 187 m2, digər Cavabdeh2 ilə MTK arasında bağlanmış müqavilədə isə ona 163 m2 ümumi sahələri olan mənzillər verilməsi müəyyən edildiyindən, cavabdehlər iddiaçı tərəfindən kommunal xidmətlərin göstərildiyini mübahisələndirmədiyindən və yuxarıda sadalanan digər diqqətəlayiq halları nəzərə alaraq, iddia tələbi qismən təmin edilməlidir. İddia tələbinin “Cavabdeh1 841.50 manat tutulması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, müqavilə ilə ona verilmiş mənzilin sahəsinin 187 m2 olması müəyyən edildiyindən, xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək hər ay Cavabdeh1 iddiaçıya 74,8 manat (187 x 0,40 AZN) məbləğində ödəniş etməli idi. Cavabdeh1 2022-ci ilin iyul ayından noyabr ayı da daxil olmaqla, hər ay həmin məbləğdə ödənişlər etsə də, 2022-ci ilin dekabr ayında 65 manat ödəniş etmiş, 2023-cü il ərzində isə ödəniş etməmiş, bununla da, öhdəliyini lazımi qaydada icra etməmişdir. İddiaçının iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023- cü il tarixdə müraciət etməsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı heç bir ərizə verməməsi onun cavabdehlərdən 2023-cü ilin sentyabr ayı da daxil olmaqla aylıq ödənişi tələb etdiyini deməyə əsas verir. Cavabdeh1 iddiaçıya 2022-ci ilin dekabr ayı üzrə qalıq borcu 9,80 manat, 2023-cü ilin yanvar ayından sentyabr ayı da daxil olmaqla borcu 766,70 manat [(187 x 0,40 AZN x 4 ay) + (187 x 0,50 AZN x 5 ay)], cəmi borcu isə 776,50 manat təşkil edir. Buna görə də, tələb bu hissədə qismən əsaslı olduğundan, qismən təmin edilməli, Cavabdeh1 776,50 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddia tələbinin “Cavabdeh2 1034 manat tutulması” hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, müqavilə ilə ona verilmiş mənzilin sahəsinin 163 m2 olması müəyyən edildiyindən, məhkəmə hesab etmişdir ki, xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək hər ay Cavabdeh2 iddiaçıya 65,20 manat (163 x 0,40 AZN), xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək isə hər ay 81,50 manat (163 x 0,50 AZN) məbləğlərində ödəniş etməli idi. Lakin Cavabdeh2 2022-ci ilin iyul ayından etibarən ödəniş etməmiş, bununla da, öhdəliyini pozmuşdur. Cavabdeh2 iddiaçıya xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək borcu 652 manat (163 x 0,40 AZN x 10 ay), xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək borcu 407,50 manat təşkil edir. Buna görə də, tələb bu hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh2 1034 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir.Məhkəmə cavabdehlərin etirazındakı hallarla bağlı bir daha qeyd edir ki, həmin dəlillərin əsassız olması müəyyən edilməklə yanaşı, kommunal xidmətlərin ödənilməsinin zəruriliyi qanunvericiliyin tələblərindən irəli gəlir. Belə ki, istifadə etdiyi liftin istismarı, yaşayış sahəsinin saxlanması, blokların sanitariyası ilə bağlı xidmətlər, giriş bloklarının işıqlandırılması ilə bağlı olan elektrik enerjisinin haqqını, binada onun yaşadığı mənzilin mühafizəsi və s. ilə bağlı iddiaçının tələb etdiyi digər ödənişlərin cavabdehlər tərəfindən ödənilməsinin zəruriliyi faktı mübahisəsizdir. Məhkəmə iddia tələbinin “dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması” hissəsinə münasibətdə, iddia qismən təmin edildiyindən, ödənilmiş 39 manat rüsumunun 16 (on altı) manat hissəsi Cavabdeh1, digər 22 manat hissəsi Cavabdeh2 tutularaq iddiaçı "X26” MMC-yə verilməli, rüsumun qalan 1 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Eyni zamanda, 0,40 manat bank xidmət haqqının 0,20 manat hissəsi Cavabdeh1, qalan 0,20 manat bank xidmət haqqı isə Cavabdeh2 tutularaq iddiaçı "X26” MMC-yə verilməlidir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - "Bəm-Bəyaz” MTK (kooperativ) ilə Cavabdeh1 (payçı) arasında bağlanmış kooperativ mənzil tikinti haqqında 04 dekabr 2010-cu il tarixli 151 nömrəli müqaviləyə əsasən, müqavilənin predmetini "Kooperativ” tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanda "Payçı”ların vəsaiti hesabına inşa ediləcək 100 saylı mənzil təşkil edir. "Kooperativ” inşa ediləcək binanın İİ giriş, XV mərtəbə, 100 saylı mənzilini "Payçı”ya verməyi öhdəsinə götürmüş, mənzilin ümumi sahəsinin 187,0 kv.m. olması qeyd edilmişdir; - "Bəm-Bəyaz” MTK (kooperativ) ilə Cavabdeh2 (payçı) arasında bağlanmış kooperativ mənzil tikinti haqqında 11 fevral 2012-ci il tarixli 166 nömrəli müqaviləyə əsasən, müqavilənin predmetini "Kooperativ” tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanda "Payçı”ların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 163 saylı mənzili təşkil edir. "Kooperativ” inşa ediləcək binanın İİİ giriş, Xİİİ mərtəbə, 163 saylı mənzilini "Payçı”ya verməyi öhdəsinə götürmüş, mənzilin ümumi sahəsinin 163,0 kv.m. olması qeyd edilmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə tərtib edilmiş texniki pasporta əsasən , Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, bina 40a, mənzil 100-ün (reyestr nömrəsi: **********42-05301-093001) ümumi sahəsi 183.1 m2, hüquq subyekti Cavabdeh1dur; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X17 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (Seriya: RX, № 0676383) əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 40a, ümumi sahəsi 183.1 kv.m olan 100 nömrəli mənzil (reyestr nömrəsi: **********42-05301-093001, qeydiyyat nömrəsi: **********) xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2344 nömrəli reyestr kitabının 218251 nömrəli vərəqində tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş texniki pasporta əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, b. 40a, giriş-3, m. 163- ün (reyestr nömrəsi: **********42-05301-093015) ümumi sahəsi 147.0 m2, hüquq subyekti Cavabdeh2dır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X17 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (Seriya: RX, № 1151021) əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 40a, ümumi sahəsi 147.0 kv.m olan 163 nömrəli mənzil (reyestr nömrəsi: **********42-05301-093015, qeydiyyat nömrəsi:**********) xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2727 nömrəli reyestr kitabının 254162 nömrəli vərəqində tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X6 X17 Şəhadətnaməyə əsasən, "Nəsimi-40” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (qeydiyyat № 1122-MM9-0245) xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır; - Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 A ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli 01 nömrəli protokoluna əsasən, 196 nəfər bina üzvündən 105 nəfər sahə mülkiyyətçisi ümumi yığıncaqda iştirak etmiş, çoxmənzilli binanın idarəetmə üsulu olaraq binanın sahə mülkiyyətçilərinin bilavasitə özləri tərəfindən idarəedilməsinin müəyyən edilməsi, İdarə heyətinin formalaşdırılması, X9, X11, X12, X5, X14 İdarə heyətinin üzvləri, üzvlərin siyahısından X9 İdarə heyətinin sədri seçilməsi yekdilliklə qərara alınmışdır; - "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Təsis yığıncağının xx.xx.2022-ci il tarixli qərarına əsasən, 196 nəfər sahə mülkiyyətçisindən 146 nəfər "xxxx" MMMC- nin: - təsis edilməsi, Nizamnaməsinin təsdiq edilməsi və nizamnamənin imzalanması səlahiyyətinin X13 həvalə edilməsi; - idarəetmə orqanlarının müəyyən edilməsi (MMMC-nin ali idarəetmə orqanı olan iştirakçıların ümumi yığıncağı, MMMC-nin İdarə heyətinin üzvlərinin X15, X19 və X20, İdarə heyəti sədrinin X9, Təftiş Komissiyasının üzvlərinin X9 və X4); -hüquqi ünvanının Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 A ünvanında yerləşən qeyriyaşayış sahəsinin olmasının müəyyən edilməsi; - Dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi, bununla bağlı bütün zəruri sənədlərin imzalanması (digər şəxsə etibarnamə vermək hüququ ilə) üzrə səlahiyyətli şəxs X3 yekdilliklə qərara almışlar; - "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 01/22 nömrəli X29 protokolundan görünür ki, ... binanın idarə olunmasının İddiaçı MMC-yə həvalə olunması, kommunal xidmət haqlarının xx.xx.2022-ci il tarixdən Bakı şəhərindəki təcrübə nəzərə alınaraq satış müqaviləsindəki hər kv.metr üçün 0,40 AZN təyin edilməsi, kommunal xidmət haqqını ödəməyən mənzil mülkiyyətçiləri ilə sonuncu danışıqlar aparmağın Aşur Ağayevə həvalə edilməsi ... qərara alınmışdır; - "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (Sifarişçi) ilə İddiaçı (İcraçı) arasında bağlanmış xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli 01/22 nömrəli müqavilənin: 1-ci bəndindən görünür ki, İcraçı Sifarişçinin tapşırığına əsasən Sifarişçinin göstərdiyi və Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 A ünvanında yerləşən Sifarişçiyə aid yaşayış kompleksinə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində qeyd edilən kommunal və digər xidmətlərin göstərilməsini və Sifarişçiyə təhvil verilməsini həyata keçirir, Sifarişçi isə İcraçıya bu Müqavilə ilə razılaşdırılmış xidmət haqqı ödəməyi öhdəsinə götürür. Sifarişçi İcraçıdan bu Müqavilədə göstərilməyən xidmətlərin və/və ya işlərin həyata keçirilməsini yalnız əlavə razılaşma ilə və bu Müqavilənin 4.1-ci maddəsində qeyd edilən xidmət haqqında əlavə olaraq ödəniləcək xidmət haqqı müqabilində tələb edə bilər;2-ci bəndindən görünür ki, xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi Sifarişçi tərəfindən verilir. İcraçı Sifarişçinin sifariş verdiyi xidmətlərin göstərilməsini həyata keçirir. İcraçı bu Müqavilənin qüvvədə olduğu müddət ərzində Xidmətləri icra etməlidir.Xidmətlərin göstərilməsi haqqında müqaviləyə xx.xx.2022-ci il tarixli 1 nömrəli əlavədən görünür ki, yaşayış kompleksində aylıq kommunal ödəniş hər kv.m. üçün 0.40 AZN müəyyən olunmuşdur. İcraçı tərəfindən sifarişçiyə göstərilən xidmət və işlərin siyahısı aşağıdakılardan ibarətdir: - su nasosxanasına xidmətə nəzarət; -liftlərə texniki xidmətə nəzarət; elektrik otaqlarına nəzarət; -yanğından mühafizə sistemlərinə nəzarət; - usta xidmətləri (elektrik, santexnik, boya və s.); - 24 saat ərazidə ümumi əmlakın mühafizəsinin təşkili və nəzarət; binanın giriş-çıxışına video nəzarət; - əraziyə buraxılış işinin düzgün təşkili və nəzarət; -abadlıq işləri; - ümumi həyətyanı sahələrin, blok və mərtəbələrin təmizlənməsinə nəzarət; - məişət tullantılarının vaxtlı-vaxtında daşınmasına nəzarət; - içməli su hovuzunun yuyulması və dezinfeksiyası işlərinin təşkili və nəzarət; - binada dezinfeksiya və deratizasiya işlərinə nəzarət; idarəetmə xidmətlərinin düzgün təşkili və nəzarət; - kommunal ödənişlərin yığımının təşkili, yığıma nəzarət və sifarişçiyə lazımi kömək və dəstəyin göstərilməsi; - "Nəsimi-40” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 01/22 nömrəli X29 protokolundan görünür ki, ... kommunal xidmət haqlarının xx.xx.2023-cü il tarixdən hər m 2 üçün 0.50 AZN təyin edilməsi, kommunal xidmət haqqını ödəməyən mənzil mülkiyyətçiləri ilə sonuncu danışıqlar aparmağın Aşur Ağayevə həvalə edilməsi qərara alınmışdır; Göstərilmiş xidmətlərin haqqının ödəniş qrafikindən görünür ki: 100 saylı mənzilin sahibi Cavabdeh1 tərəfindən 2022-ci ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr ayları üzrə 74,8 AZN, dekabr ayı üzrə 65 AZN ödənilmiş, 2023-cü il üzrə isə ödəniş edilməmişdir; - 163 saylı mənzilin sahibi Cavabdeh2 tərəfindən 2022-ci ilin iyul ayından etibarən ödəniş edilməmişdir; - "X26” MMC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən, kommunal xidmətlərə görə yaranmış 579.7 manat borcun 2023-cü ilin iyul ayının sonunadək ödənilməsi xahiş edilmiş, əks təqdirdə göstərilən kommunal xidmətlərin haqqının ödənilməsinin məhkəmə yolu ilə tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir; - "X26” MMC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlığa əsasən, kommunal xidmətlərə görə yaranmış 1034 manat borcun 5 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; - Elektron iddia ərizəsinin "dövlət rüsumunun ödənilməsi haqqında məlumat ” bölməsinə əsasən, iddia ərizəsinin verilməsinə görə 39,00 manat rüsum ödənilmişdir; - "X26” MMC-nin arayışına əsasən, kommunal xidmətlərə görə Nəsimi rayonu, Xətai pr. 40A ünvanında yerləşən çoxmənzilli binanın: 1)100 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh1 xx.xx.2023-xx.xx.2023- cü il tarixlər üzrə 953,70 AZN; 2)163 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh2 xx.xx.2022- xx.xx.2022-ci il tarixlər üçün, natamam ödənişlər 64 AZN, xx.xx.2022-xx.xx.2023-cü il tarixlər üçün 1222,5 AZN olmaqla, cəmi 1286,5 AZN borcu yaranmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdehlər apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 429/2024saylı iş üzrə 18 yanvar 2024-ci il tarixli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 8.1, 88; Mənzil Məcəlləsinin 127.2, 125.2.4, 142.1-cu maddələrinə istinadən qeyd edilmişdir ki, Birinci instansiya məhkəməsi cavabdehlərdən xidmət haqqı tutulmalı olması nəticəsinə gələrkən MMMC-nin 28 iyun 2022-ci il tarixli iclas protokoluna istinad etmiş və həmin protokolu mötəbər sübut kimi qəbul etmişdir ki, bu tamamilə əsassızdır. Bu baxımdan, eləcə də aşağıda göstərilənlərə əsasən iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsi ilə qətiyyən razı deyillər: 1.Belə ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmadığı halda məhkəmə iddiaçının həmin hüquqa malik olması nəticəsinə gəlmişdir. Halbuki, işə baxan məhkəmə ilk növbədə iddiaçının subyektiv hüququnun olub- olmamasını aydınlaşdırmalıdır. Bu baxımdan qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 122.1 və 122.1.1-ci maddələrinə əsasən qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüququ kimi müəyyən olunmuş, həmin Məcəllənin 125.2 və 125.2.12-ci maddələrinə əsasən çoxmənzilli binanın ümumi əmlakının icarəyə verilməsi və ya bu əmlaka dair digər hüquqların verilməsi haqqında, həmçinin bu Məcəllənin 122.2.1.-122.2.4-cü maddələrində nəzərdə tutulmuş məsələlər üzrə qərarlar qəbul etmək ümumi yığıncağın səlahiyyətinə aid edilmişdir. Yəni, idarəçinin seçilməsi yalnız ümumi yığıncağın səlahiyyətində olan məsələdir və Məcəllənin 127.2-ci maddəsində də qeyd olunmuşdur ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər istisna olmaqla, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə qərarlar qəbul edə bilər. Lakin işin hallarından görünür ki, bu barədə ümumi yığıncağın qərarı mövcud deyildir, binanın idarə olunmasının “X32” MMC-yə həvalə olunması Mənzil Məcəlləsinin 127.2-ci maddəsinin tələbinə zidd olaraq MMMC-nin X29 28 iyun 2022-ci il tarixli 01/2 saylı protokolu əsasında həyata keçirilmişdir. Halbuki, bu barədə ümumi yığıncağın qərarı olduqdan sonra Mənzil Məcəlləsinin 128.0.4-cü maddəsinə müvafiq olaraq idarə heyəti həmin qərara uyğun olaraq çoxmənzilli binanı (binaları) idarə etmək və ya idarə olunmasına dair müqavilə bağlaya bilərdi. Buna görə də hesab edirik ki, “X32” MMC hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. 2. Yuxarıda göstərilən müddəalar baxımından məhkəmə tərəfindən MMMC-nin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli iclas protokollarını mötəbər sübut kimi qiymətləndirilməsi tamamilə əsassızdır. Belə ki, məhkəmə həmin protokollara istinad edərək iddianın qismən təmin edilməli olması nəticəsinə gəlmişdir. Hansı ki, iddiaçı tərəfindən təqdim olunmuş protokol və müqavilələrin heç biri məhkəmə tərəfindən tam araşdırılmamış, onlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, həmin sənədlər mənzil qanunvericiliyinin müddəaları kobud şəkildə pozulmaqla tərtib edilmiş olsa da, məhkəmə həmin pozuntulara qətiyyən əhəmiyyət verməmiş, göstərilən sənədlərə əsaslanaraq qanunsuz qətnamə çıxarmışdır. Bundan başqa, işin hallarından görünür ki, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarı ümumi yığıncağın deyil, idarə heyətinin qərarı ilə müəyyən olunmuşdur. Halbuki, Mənzil Məcəlləsinin 125.2.4-cü maddəsinə əsasən cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın səlahiyyətinə aid olunmuşdur. Birinci instansiya məhkəməsi qətnamədən bu normaya istinad etsə də, ödənişlərinin və haqlarının miqdarının ümumi yığıncağın deyil, idarə heyətinin qərarı ilə müəyyən olunmasına diqqət yetirməmiş və iddianın təmin olunması barədə nəticəyə gəlmişdir. Göstərilənlərə rəğmən qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən məhkəməyə hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməsi, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməsi barədə hər hansı bir sübut təqdim olunmamışdır. Məhkəmə araşdırması zamanı İddiaçı MMC ilə "xxxx" MMMC-nin sahə mülkiyyətçiləri arasında idarəetmə müqaviləsi bağlanmadığı iddiaçının nümayəndəsi və vəkili tərəfindən etiraf olunmasına baxmayaraq, məhkəmə həmin fakta əhəmiyyət verməmiş, bir sözlə, düzgün qətnamə qəbul etməmişdir. Qeyd edilməlidir ki, hazırki iş üzrə cavabdehlərdən Cavabdeh2, hələ 2022-ci ildə İddiaçınin direktoru İ.Camaləddinova 2 dəfə məktub ünvanlayaraq aralarında bağlanacaq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədilə ödənişlərin aparılması üçün bank rekvizitlərinin və hesab nömrələrinin təqdim olunmasını xahiş etmiş, lakin onun müraciətləri cavablandırılmamış, birinci instansiya məhkəməsi isə bu hala ümumiyyətlə qiymət verməmişdir. Cavabdeh2 məxsus mənzilin ümumi sahəsi faktiki olaraq 147,0 kv.m olduğu halda məhkəmə həmin mənzilin sahəsinin 163,0 kv.m müəyyən edildiyi nəticəsinə gəlmiş, bu zaman hər hansı mötəbər sübuta istinad etməmişdir. Hansı ki, mülkiyyət hüququna dair ******* nömrəli Çıxarışda mənzilin ümumi sahəsinin 163,0 kv.m olduğu bilavasitə göstərilmişdir. Lakin göstərilən normanın da tələbi pozulmuşdur. Belə ki, işin hallarından görünür ki, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarı ümumi yığıncağın deyil, idarə heyətinin qərarı ilə müəyyən olunmuşdur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil apellyasiya şikayətlərini müdafiə edərək, şikayətdə qeyd edilən əsaslarla iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığını bildirmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X23 Mənzil Məcəlləsinin 128-ci maddəsinə əsasən binanın idarəetmə heyəti ilə idarəetmə müqaviləsi bağladıqlarını və həmin müqavilə əsasında sifarişçinin adından çıxış etdiklərini bildirir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə idarəetmə müqaviləsi əsasında məhkəmədə sifarişçinin adından iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqlarının olduğunu bildirir.
Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Mənzil Məcəlləsinin tələblərinə əsasən: 128.0. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifələri aşağıdakılardır: 128.0.1. cəmiyyət tərəfindən qanunvericiliyə və cəmiyyətin nizamnaməsinə riayət edilməsini təmin etmək; 128.0.2.müəyyən edilmiş mütləq ödənişlərin və haqların cəmiyyət iştirakçıları tərəfindən vaxtında ödənilməsinə nəzarət etmək; 128.0.3. müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək; 128.0.4. çoxmənzilli binanı (binaları) idarə etmək və ya idarə olunmasına dair müqavilələr bağlamaq; 128.0.5. çoxmənzilli binaya (binalara) xidmət göstərmək üçün işçiləri işə qəbul etmək və işdən azad etmək; 128.0.6.çoxmənzilli binanın (binaların) ümumi əmlakına xidmətlərin göstərilməsi, onun təmiri və istismarı ilə əlaqədar müqavilələr bağlamaq; 128.0.7. cəmiyyət iştirakçılarının siyahısını, kargüzarlığı, mühasibat uçotunu aparmaq və maliyyə hesabatlarını tərtib etmək; 128.0.8. cəmiyyət iştirakçılarının illik və zəruri hallarda növbədənkənar ümumi yığıncağını çağırmaq və keçirmək; 128.0.9. qanunvericilikdən və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsindən irəli gələn digər vəzifələri yerinə yetirmək; 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə müvafiq olaraq: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 780.1. Vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir: 780.1.1. vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; 780.1.3. icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə. 780.3. Əgər o, əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çataraq vermişdirsə, yalnız üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı lazımi vicdanlılıq üçün məsuliyyət daşıyır, bu şərtlə ki, müqavilədə ayrı şərt qoyulmasın və işin hallarından ayrı şərt irəli gəlməsin.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 5.2. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 73.4. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun fərdi şikayətlərə konstitusiya icraatı qaydasında baxılması zamanı formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, S.Ələkbərovanın şikayəti üzrə 3 iyul 2015ci il tarixli, M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları).
13. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə Azərbaycan Respublikası Konstitusiyasının 13, 24, 29; Mülki Məcəllənin 359-366, 777-786; Mənzil Məcəlləsinin 119-134; Mülki Prosesual Məcəllənin 214.2, 76, 77, 80-88, 103, 106, 217.4, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, qətnamə ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya şikayəti təmin edilməli, iddia tələbi rədd edilməlidir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddia üzrə dəyərləndirməni zəruri maddi və prosessual tələblər həddində aparmamış, işin faktiki hallarına müvafiq ilk olaraq iddiaçının subyektiv hüququna qiymət verməmişdir. Qeyd edilməlidir ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə ki, - "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (Sifarişçi) ilə İddiaçı (İcraçı) arasında bağlanmış xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli 01/22 nömrəli müqavilənin: 3.2.6-ci bəndindən görünür ki, sahə mülkiyyətçilərindən kommunal və digər ödənişlərin yığılmasında və s. Sifarişçiyı lazımı köməklik göstərmək, sifarişçinin adından bildiriş,sms bildiriş, elektron məktub və arayış vermək, məhkəməyə müraciət etmək icraçının hüquq və vəzifələrindəndir. Hazırda qanun və müqavilə ilə belə səlahiyyət verilməmiş iddiaçı öz adından iddia qaldırmış və prosessual qanunvericiliyin tələbləri həddində isə onun əsl iddiaçı ilə əvəz edilməsi mümkün deyildir.
14. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərclərinə dair tələblər olmadığından onu ödəyən şəxsə aid edilməlidir. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-429/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası rədd edilsin.