Məhkəmə qərarları › İş №2(103)-2546/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2546/2023

14.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2546/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X14 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: istifadə hüququ tanınması və mənzilə köçürülmə) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X14 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “istifadə hüququ tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-176/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. X3 ilə X21 arasında xx.xx.2009-cu il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Bayramov, arvada Bayramova soyadı verilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə X15 və xx.xx.2008-ci il tarixdə X20 doğulmuşdur.

2. İddiaçı 2009-2021-ci illərdə ünvan 1 ünvanında yaşamışdır.

3. 3 otaqlı, ümumi sahəsi 46.72 kv.m olan həmin mənzil X19 Bakı şəhər İcrayə Komitəsinin yaşayış sahəsinin uçotu və bölüşdürülməsi idarəsinin xx.xx.1982-ci il tarixli, 202735 nömrəli orderinə əsasən Cavabdeh və onun 4 nəfərdən ibarət ailə üzvünün (X16, X17, X21, X18) istifadəsinə verilmiş və xx.xx.2016-cı il tarixdə Cavabdeh adına ilkin qeydiyyatdan keçmişdir. Cavabdeh İddiaçı qayınatasıdır.

4. xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən Cavabdeh mənzili qızı X10 bağışlamışdır. Bundan sonra mənzilə dair X6 mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mənzil hazırda da onun mülkiyyətindədir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(011)-1663/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X21 arasında bağlanmış nikahının pozulması, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X7 İddiaçı himayəsində saxlanılması, X12 uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2022-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri piblik hüquqi şəxsin xx.xx.2023cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 26, 38 saylı mənzil xx.xx.2016-cı il tarixdə Cavabdeh adına ilkin qeydiyyatdan keçmişdir. 6 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 4Ə/501 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən X8 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə onun və uşaqları X11 və X7 istifadə hüquqlarının tanınması və onların həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehin oğlu X21 ilə xx.xx.2009cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikahları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Faktiki ailə münasibətlərinin yarandığı vaxtdan ünvan 1 ünvanına gəlin köçmüş, cehiz əşyalarını həmin ünvanda yerləşdirmişdir. Birgə nikahdan iki övladları, xx.xx.2008-ci il tarixdə X20 və xx.xx.2009-cu il tarixdə X15 doğulmuşdur. O, ünvan 1 ünvanına gəlin gəldiyi vaxtdan etibarən mübahisəli mənzildə yaşamış, həmin mənzildən istifadə etməyə başlamış və cavabdehin oğlu ilə birgə təsərrüfat aparmışdır. Mənzil 3 otaqdan ibarətdir. Keçmiş həyat yoldaşı və cavabdeh olan qayınatası “bu evdən nə sənə, nə də uşaqlara heç nə düşmür” deyərək, onu, uşaqları ilə birlikdə mənzildən qovmuşdur. Nikahları pozulduqdan sonra cavabdeh ona və övladlarına şiddət göstərmiş və evdən qovmuşdur. Övladları ilə birlikdə yaşamağa yeri olmadığından həmin vaxtdan etibarən kirayədə qalır. Hazırda işi olmadığından kirayə pulunu ödəməyə maddi imkanı yoxdur. Övladları mübahisəli evdə pasport qeydiyyatındadır. Hazırda yaşamağa yeri yoxdur. Maddi imkan kirayədə qalmağa yol vermədiyindən və yaşamağa başqa yeri olmadığından sözügedən mənzilə köçürülməyi ilə bağlı dəfələrlə cavabdehə müraciət etməyinə baxmayaraq, o, onları mənzilə buraxmır. Övladları hazırda orta məktəbdə təhsil alırlar. Onların indi daha çox isti bir ailəyə, ocağa ehtiyacları vardır. Onların ataları tərəfindən bu cür təzyiqlərə məruz qalması, hüquqlarının kobud surətdə pozulması psixikalarına və şüurlarına çox mənfi təsir göstərir. Kiçik qızı X7 anadangəlmə xəstəliyi vardır.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-176/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməmişdir. (hakim X4)

10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi Cavabdeh, həmçinin hazırda faktiki mülkiyyətçisi X14 ilə istifadə hüququna dair notarial qaydada təsdiq olunmuş müqavilə bağlamaması, həmin mənzilə dair iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması iddiaçının mübahisəli mənzil üzərində istifadə hüququnun yaranmadığına dəlalət edir. Həmçinin, nikah pozularkən iddiaçının övladları X20 və X15 onun himayəsində saxlanılmışdır. Onların həmin mənzildən istifadə hüququ mövcud olsa da, onların anasız həmin mənzilə köçürülməsi uşaqların və ananın mənafeyinə uyğun deyil. Odur ki, iddiaçının iddiası əsassız olduğu üçün təmin edilməməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə bağlı qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-176/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır və əlavə olaraq göstərmişdir ki, qətnamə qeyri-obyektiv çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar tam sübut edilmədiyindən, habelə məhkəmənin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv olunmalı, iş üzrə iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, o, 2009-cu ildən həmin mənzildə yaşamış və uşaqları da həmin mənzildə yaşadıqları vaxt anadan olmuşdur. Belə ollan halda onların həmin ünvana istifadə hüququ yaranmış və onun azyaşlı uşaqları ilə həmin mənzildə yaşamaq hüququ olmuşdur.

14. Məhkəmə kollegiyasının təşəbbüsü ilə X14 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İştirak etdiyi məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

17. İştirak etdiyi məhkəmə iclasında cavabdeh, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi Cavabdeh və sonuncunun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər;

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərinin mahiyyətini qiymətləndirməkdə səhvə yol verərək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı iddiası rədd edilməlidir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaya hüquqi qiymət verilərkən ilk növbədə mübahisəli mənzilin hansı şəxsin mülkiyyətində olması və iddiaçının mülkiyyətçiyə münasibətdə hüquqi statusu müəyyən edilməlidir. Belə ki, iddiaçının həmin mənzilə nikah bağlandıqdan sonra köçməsi və bir neçə il orada yaşaması, onun birmənalı şəkildə həmin mənzildən istifadə hüququnun olması (yaranması) üçün əsas ola bilməz.

25. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, mübahisəli mənzil X19 Bakı şəhər İcrayə Komitəsinin yaşayış sahəsinin uçotu və bölüşdürülməsi idarəsinin xx.xx.1982-ci il tarixli, 202735 nömrəli orderinə əsasən yaşamaq hüququnun təmin edilməsi məqsədi ilə cavaddeh və onun ailə üzvlərinin (arvadı və 3 uşağı, o cümlədən hazırki mülkiyyətçi) istifadəsinə verilmişdir. Mənzil xx.xx.2016-cı il tarixdə mülkiyyət kimi cavabdehin adına ilkin qeydiyyatdan keçmiş, xx.xx.2022-ci il tarixdə isə bağışlama müqaviləsinə əsasən onun tərəfindən qızı (üçüncü şəxs) X10 bağışlanmış və xx.xx.2022-ci il tarixdə sonuncunun mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mənzil hazırda da onun mülkiyyətindədir. İddiaçı 2009-2021-ci illərdə əri olmuş X21 və uşaqları ilə birlikdə həmin mənzildə yaşamışdır. Onların arasında bağlanmış nikah 2022-ci ilin aprel ayında pozulmuşdur. Hazırda iddiaçı həmin mənzildə uzun illər yaşadığını və mənzildən istifadə hüququnun yarandığını iddia edir və istifadə hüququ tanınmaqla mənzilə köçürülməsini tələb edir.

26. Bununla belə, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixdə mənzil artıq X6 mülkiyyətində olmuşdur. İddiaçı isə hazırki tələbini həmin mənzilin artıq mülkiyyətçisi olmayan Cavabdeh qarşı irəli sürmüş və mövcudluğunu iddia etdiyi hüququnun reallaşmasını ondan tələb etmişdir. Mənzilin hazırki mülkiyyətçisi barədə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında məhkəməyə aidiyyəti sübutlar da təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi mübahisəli mənzilin mülkiyyətçisi barədə məlumatlı olsa da, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsi müzakirə edilməmiş, habelə mübahisə bilavasitə maraqlarına toxunan (hazırki mülkiyyətçi) X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi məsələsi həll edilməmişdir. Buna baxmayaraq, nəticədə iddiaya Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından həm Cavabdeh, həm də iş üzrə tərəf olmayan hazırki mülkiyyətçi X10 münasibətdə hüquqi qiymət verilmişdir. Halbuki, hüquqi nəticə etibarı ilə belə bir hüquqi qiymət tələbin məhz X10 qarşı yönəldiyi halda mümkündür.

27. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh hazırda həmin mənzilə olan hüquqları baxımından iddiaçının qeyd edilən əmlakdan istifadə hüququnun tanınması və onun köçürülməsi məsələlərini həll etmək səlahiyyətinə malik deyil. Hüquqi nəticə etibarı ilə cavabdeh mövcud vəziyyətdə ümumiyyətlə hazırki iddiaya cavab verməli olan şəxs deyil. Bu da öz növbəsində iddiaçının mübahisəli mənzilə hər hansı hüququnun olmasını (yaranmasını) araşdırmadan məhz qeyd edilən əsasla iddianın rədd edilməsini şərtləndirir.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-176/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-176/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar