Məhkəmə qərarları › İş №2(103)-255/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-255/2025

20.10.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-255/2025 20.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı işi üzrə Açar sözlər:( “pul”) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və onun nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilin təmirinə çəkilmiş xərcin cavabdehlərdən müştərək qaydada tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-286/2024 saylı işi üzrə 19 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilin təmirinə çəkilmiş 90000 manat məbləğində pulun və tərəfindən ödənilmiş 360 manat məbləğində dövlət rüsumunun müştərək qaydada onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə iddiaçının üçəm nəvələrinin dünyaya gəlməsi ilə bağlı cavabdehlərə ünvan 2 ünvanında 4 otaqlı mənzil hədiyyə verilmişdir. Verilmiş mənzilin yaşayış üçün heç bir kanalizasiya su xətləri, elektirik xətləri olmadığından mənzildə yaşamaq mümkün olmamışdır. Yəni mənzil təmirsiz vəziyyətdə bağışlanmışdır. 2012-ci ildən iddiaçının qızı nə vaxtsa evin təmir olunub, yaşaması arzusu ilə çırpınırdı. Ancaq tale elə gətirdi ki, evin təmiri bir tərəfə, heç nəvələrinin atalı-analı kimi böyümələri nəsib olmadı. Belə ki, ailədə tez-tez baş verən söz söhbətlər, uşaqların çox olmasını böyük çətinlik kimi qəbul edən kürəkən həyatında olan yüngül həyat tərzi sürən qadınlara görə dəfələrlə iddiaçının qızını 4 övladının gözü qarşısında döymüş, müxtəlif bədən xəsarətləri yetirmişdir. Çiyinlərində olan ağır yükdən qurtulmaq üçün iddiaçının qızını boşamışdır. 2014-cü ildə cavabdehlər arasındakı rəsmi nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4195/2014 saylı qətnaməsi ilə pozulmuş, 4 övladı yetkinlik yaşına çatana kimi iddiaçının qızının himayəsinə verilmişdir. Bundan başqa, Cavabdeh2 rəsmi boşandıqdan sonra belə 4 övladının gözü qarşısında mütəmadi olaraq iddiaçının qızını küçə söyüşləri ilə söyərək təhqir etmiş, onu döyərək bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirmişdir. Bununla əlaqədar bir neçə dəfə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 133.2.6-cı maddələri ilə cinayət işləri açılmış və o, Zərdab Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(035)-36/2015-saylı hökmü ilə həmin cinayət əməllərinin törədilməsində təqsirli bilinərək barəsində müxtəlif cəza tətbirləri tətbiq edilmişdır. İddiaçının üçəm nəvələrinin dünyaya gəlməsi ilə hədiyyə edilmiş yeni tikilmiş binada yerləşən mənzil, təmirsiz olduğundan nəticədə qızı 4 azyaşlı övladları ilə iddiaçının evinə köçməyə məcbur olmuşdur. Qızı və övladları bir müddət iddiaçı, oğlu və gəlini ilə birlikdə yaşamışdır. Ömür qısa həyat isə vəfasızdır deyib çox götür qoy etdikdən sonra üçəm nəvələrinə hədiyyə verilmiş həmin mənzil nəvələrinin rahat şəraitdə yaşamasını təmin etmək məqsədi ilə iddiaçı tərəfindən yüksək səviyyədə təmir edilmişdir. Təmir üçün lazım olan vəsaiti əldə etmək üçün iddiaçı mərhum ərindən qalmış və mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən evini 50000 manata satmışdır. Bundan başqa evin təmir olunması üçün "Kapital Bank” ASC ilə iddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. Həmçinin evin təmir olunması üçün öncədən özü üçün topladığı pul vəsaitindən istifadə edilmişdi. Mənzili təmir edərkən (yol, taksi xidmətləri də nəzərə alınsa) iddiaçı 90000 manat civarında vəsait xərcləmişdir. Halhazırda cavabdeh həmin mənzili hərraca çıxararaq varlanmaq niyyətindədir. Bu hal baş verdikdə isə iddiaçının həmin mənzilin təmirinə xərclədiyi 90000 manat pul Rauf və qızı arasında onların paylarına müvafiq olaraq bölünəcək, bu da öz növbəsində onların iddiaçının həmin mənzilin təmirinə xərclədiyi 90000 manat hesabına hər ikisinin əsassız varlanmasına gətirib çıxardacaq. Belə ki, həmin mənzil onlar arasında məhkəmə tərəfindən bölünərkən təmirsiz olduğu üçün yaşamağa yararsız olmuş, iddiaçının hesabına təmir edildikdən sonra isə onun bazar qiyməti yüksəlmiş, mənzil orada yaşamaq üçün yararlı olmuş və qiyməti hədsiz dərəcədə yüksəlmişdir. X2 204 nömrəli, 18 noyabr 2022-ci il tarixli qiymətləndirmə rəyindən də göründüyü kimi, mənzilin təmir olunmasına ən azı 82463.05 manat xərcləndiyi öz təsdiqini tapmışdır. Həmçinin həmin mənzilin iddiaçının vəsaiti hesabına təmir edilidiyinə ustalar X5, X6, X17, X18, X7 da bilavasitə şahid olmuşlar. İddiaçının qızı övladları ilə birlikdə təmir başa çatdıqdan sonra 2019-cu ildə mənzilə köçmüşdür. Lakin iddiaçının da ehtiyacları olduğundan cavabdehlərdən mənzilə çəkilmiş xərclərin ödənilməsini tələb etdikdə onlar imtina etmişlər. Bu isə iddiaçını bu gün də ciddi maddi sıxıntılara salır, bankdan götürdüyü kreditin ödənilməsində problemlər yaranmışdır.

2. Cavabdeh2 iddiaya etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, cavabdehlər arasında mənzillə bağlı mübahisələr mövcüddür və həmin mübahisəni Cavabdeh2 məhkəmə qərarı əsasında qazanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3922/2023 saylı iş üzrə qanuni və əsaslı qətnaməsinin icrasının mümkünsüz edilməsi üçün İddiaçı qızı hazırkı iş üzrə Cavabdeh1 ilə sövdələşərək uydurma bir iddia tələbi irəli sürmüşdür. İddiaçı özü iddia ərizəsində yazır ki, hal-hazırda cənab Prezident tərəfindən "üçəm” nəvələrinə hədiyyə olaraq verilmiş mənzili cavabdeh hərraca çıxararaq varlanmaq niyyətindədir. Onu da qeyd edir ki, qızı Cavabdeh1 və keçmiş kürəkəni Cavabdeh2 tərəfindən həmin mənzil satıldıqda nəvələrinin faktiki olaraq yaşayış yeri olmayacaq və ya hərracda çox az miqdarda vəsait əldə olunacaq, bu da onun nəvələrinin psixologiyasına pis təsir edəcəkdir. İddiaçının yeganə məqsədi mənzilin açıq hərracdan satışa çıxarılaraq satış pulunun tərəflər arasında bölüşdürülməsinə dair qətnamənin icra edilməsinin qarşısını almaqdır. Bu səbəbdən iddiaçı qanunvericiliyin tələblərinə uyğun olmayan müvəqqəti təminat tədbirinin tətbiqinə dair məhkəməyə ərizə vermiş, məhkəmə iddiaçının niyyətini görməyib, onu təmin etmişdir. İş üzrə digər cavabdehin mövqeyi də su kimi aydındır. Əlbəttə ki, bilərək ki, anasına bir qəpik də pul ödəməyəcək, o nəinki 90000 manat, anası tərəfindən bir milyon manatlıq iddia tələbi olsa belə, onu qəbul edəcəkdir ki, iş üzrə digər Cavabdeh2 Cavabdeh1 qarşı irəli sürdüyü iddia üzrə çıxarılmış məhkəmə qətnaməsi icra olunmasın. İddiaçı qeyd edir ki, qızının ailəsi dağıldıqdan sonra o, ünvan 4 ünvanında yerləşən mənzili 2019-cu ildə təmir etmiş, mənzili təmir edərkən 90000 manat civarında vəsait xərcləmişdir. Eyni zamanda iddiaçı qeyd edir ki, hal-hazırda cənab Prezident tərəfindən "üçəm” nəvələrinə hədiyyə olaraq verilmiş mənzili cavabdeh hərraca çıxararaq varlanmaq niyyətindədir. Bu hal baş verdikdə isə onun həmin mənzilin təmirinə xərclədiyi 90000 manat pul Rauf və qızı arasında onların paylarına müvafiq olaraq bölünəcək, bu da öz növbəsində onların iddiaçının həmin mənzilin təmirinə xərclədiyi 90000 manat hesabına hər ikisinin əsassız varlanmasına gətirib çıxaracaqdır. İddiaçı iddia etdiyi əsassız varlanmanın 2019-cu il tarixdə baş verməsini qeyd edir. İddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti keçmişdir. Həmin müddət 2021-ci ildə, yəni 2 il əvvəl iddiaçı tərəfindən artıq keçirilmişdir. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Hazırkı iş üzrə Cavabdeh2 tərəfindən iddia müddətinin tətbiqinə dair məhkəməyə vəsatət verilmişdir. Həmin vəsatət məhkəmə tərəfindən təmin edilməli və iddia tələbinin əsas benefisiarı iş üzrə digər cavabdeh olduğundan iddia nəinki Cavabdeh2, eləcə də Cavabdeh1 qarşı olan hissədə də təmin edilməməlidir. Əgər Cavabdeh1 anası İddiaçı hər hansı ödəniş etmək istəyirsə, bunu məhkəmədən kənar qaydada edə bilər. İşin hallarından da görünür ki, iddiaçının məqsədi pul tələbi deyil, mənzilin hərracdan satılmasının qarşısının alınmasıdır. Eyni zamanda, iddiaçı özü də qeyd edir ki, sözügedən mənzilin təmiri cavabdehlərin arasında bağlanmış nikahın pozulmasından xeyli sonra həyata keçirilmişdir. Nikah pozulandan sonra cavabdehlər arasında bir neçə məhkəmə mübahisəsi olmuş, hətta sözügedən mənzil belə məhz məhkəmə qətnaməsi əsasında paylara bölünmüşdür. Belə olan halda Cavabdeh2 keçmiş qaynanası daim üzərində məhkəmə mübahisələri olan mənzilin təmiri üçün vəsait xərcləməsi inandırıcı deyildir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə çəkilmiş xərcin geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmənin xx.xx.2023-cü il tarixdə, 2(001)-2659/2023 saylı iş üzrə qərardadı ilə geri qaytarılmışdır. Həmin iddia tələbinə diqqət yetirsək, görürük ki, iddia tələbi yalnız Cavabdeh2 qarşı ünvanlanmış, lakin İddiaçının perspektivsizliyini dərk edərək cavabdeh kimi hazırki prosessdə qızı Cavabdeh1 cəlb etmiş ki, onun tərəfindən iddanın etirafını əldə edib Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətdə olan məzillərinə dair müvəqqəti təminat tədbiri gördürülsün. Aydın məsələdir ki, iddiaçı qızı olan Cavabdeh1 evində yaşayır və ona qarşı hər hansı bir tələbi yoxdur. Bu iddianın qaldırılmasında yeganə məqsəd Cavabdeh2 qarşısının alınması məqsədini daşıyır. O ki qaldı Cavabdeh1 anası olan iddiaçıya 60000 manat vermək arzusuna, o, mənzil hərracdan satıldıqdan sonra anasına nəinki 60000 manat, istədiyi məbləğ verməkdə azaddır. İddianın benefisiarının Cavabdeh1 olmasını iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmənin rəyi bir daha sübuta yetirir. Həmin rəyə nəzər salınsa görünür ki, həmin rəyin sifarişçisi iddiaçı deyil, məhz Cavabdeh1dır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)- 373/2016 saylı qətnaməsindən müəyyən olunur ki, ilkin iddia tələbi qismən təmin edilərək Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində inşa olunan yaşayış binasının A blokunun 1-ci girişinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 169,2 kv.m., yaşayış sahəsi 82,18 kv.m. olan 4 otaqlı 8 saylı mənzilə Soltanova (Nəbiyeva) Günel Nəbi qızının payının 2/3 hissədə, Cavabdeh2 oqlunun payının 1/3 hissədə müəyyən edilməsi və Soltanova (Nəbiyeva) Günel Nəbi qızının Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində inşa olunan yaşayış binasının A blokunun 1-ci girişinin 3-cü mərətəbəsində yerləşən, ümumi sahəsi 169,02 kv.m., yaşayış sahəsi 82,18 kv.m. olan 4 otaqlı 8 saylı mənzil sahəsinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışının surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzilinə dair 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə Cavabdeh2 paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 2770 nömrəli reyestr kitabının 258255 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ N 235182 saylı xx.xx.2016-cı il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X19 ilə Cavabdeh2 arasında bağlanmış nikah pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 327 nömrə qeyd olunmuş, nikah pozulduqdan sonra kişiyə Soltanov, arvada Nəbiyeva soyadı verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 4791/2022-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi qismən təmin edilərək, xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X20 və xx.xx.2009-cu il təvəllüdlü X13 18 yaşa çatanadək saxlanmaları üçün Cavabdeh2 hər ay har uşağa görə 193 manat olmaqla ümumilikdə 772 manat sabit pul məbləğində aliment tutularaq X15 ödənilməsi və alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Cavabdeh1 ünvanladığı xx.xx.2022- ci il tarixli 03/06-11-11/N-62/2-129/2 məktubdan müəyyən olunur ki, keçmiş əri Cavabdeh2 tərəfindən məişət zorakılığına məruz qalması barədə Azərbaycan Respublikasının "Ailə Qadın və Uşaq problemləri üzrə” Dövlət Komitəsindən Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olan xx.xx.2022-ci il tarixli N- 2290 nömrəli məktuba və Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli N-62-129 saylı ərizəyə baxılaraq, "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən vətəndaş Cavabdeh2 cinayət və inzibati məsuliyyəti izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi, Cavabdeh1 isə qısamüddətli mühafizə orderinin verilməsi haqqında xx.xx.2022-ci il tarixli 06/2022 saylı qərar qəbul edilməsi Cavabdeh1 bildirilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 06/2022 saylı qısamüddətli mühafizə orderindən müəyyən olunur ki, "Məişət zorakılığının qarşısının alınması” haqqında Azərbaycan Respublikasının Qanununun 11.2-ci maddəsinə və Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış "Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə” monitorinq qrupunun sədrinin məişət zorakılığı barədə xx.xx.2022-ci il tarixli 06/2022 saylı qərarına əsasən Bakı şəhəri ünvan 6 ünvanında yaşayan vətəndaş Cavabdeh1 30 gün müddətinədək Cavabdeh1 keçmiş əri Cavabdeh2 tərəfindən ona qarşı təkrar fiziki və psixi məişət zorakılığı edilməsinin qadağan olunması üçün qısamüddətli mühafizə orderi verilmişdir. Kristal-AA MTK-nın xx.xx.2022-ci il tarixli 73 saylı məktubunun surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Kristal-AA MTK-ya məxsus inşa edilmiş yaşayış binasının A blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 169,02 kv.m. 4 otaqlı, 8 saylı mənzil verilmiş, sərancam əsasında mənzil verilmiş Cavabdeh2 xx.xx.2014-cü il tarixdə mənzil üçün (3,5 kv.m.) əlavə kvadrata görə 3200 manat ödəniş etmişdir. Cəmi mənzilin sahəsi 172,52 kv.m-dir. Evlərin satışı zamanı mənzil sərhədləri xarici hüdudları (eləcə də balkonlar) götürülür. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi seriya RX ******* nömrəli çıxarışda 150,7 kv.m. göstərilmişdir. Həmin tarixlərdə mənzilin yerləşməsi və mərtəbə fərqinə əsasən mənzillərin satış qiyməti 1 kv.m-nin qiyməti 900 manat olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/6691 saylı, xx.xx.2022-ci il tarixli rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılv küçəsi 11D saylı evin 8 saylı mənzilinin faktiki vəziyyətinə görə mənzilin yalnız bir giriş-çıxış yolu olduğuna və tərkiblərində olan kommunal xidmətli sahələrin yeganə olduğuna görə, İnşaat Norma və Qaydalarının 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin payına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. İddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli təklifdən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********24-05301-093195 saylı reyestr nömrəli çıxarışa əsasən, 1/3 hissədə Cavabdeh2, 2/3 hissədə Cavabdeh1 paylı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzilinin təxmini bazar qiymətinin 240000 manat olması, Cavabdeh2 digər payçı ilə sözügedən mənzildə yaşamasının mümkün olmaması səbəbindən mənzildəki payının naturada ayrılmasını, mənzilə tənasübsüz zərər olmadıqda Cavabdeh2 müvafiq kompensasiyanın, bu da mümkün olmadıqda mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin paylı əmlakdakı payına nisbətdə payçıların arasında bölünməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Qeyd olunanlara əsasən Cavabdeh2 iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məbləğində aliment tutularaq X15 ödənilməsi və alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli 03/06-11- 11/N-62/2-129/2 məktubdan müəyyən olunur ki, keçmiş əri Cavabdeh2 tərəfindən məişət zorakılığına məruz qalması barədə Azərbaycan Respublikasının "Ailə Qadın və Uşaq problemləri üzrə” Dövlət Komitəsindən Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olan xx.xx.2022-ci il tarixli N- 2290 nömrəli məktuba və Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli N-62-129 saylı ərizəyə baxılaraq, "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən vətəndaş Cavabdeh2 cinayət və inzibati məsuliyyəti izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi, Cavabdeh1 isə qısamüddətli mühafizə orderinin verilməsi haqqında xx.xx.2022-ci il tarixli 06/2022 saylı qərar qəbul edilməsi Cavabdeh1 bildirilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 06/2022 saylı qısamüddətli mühafizə orderindən müəyyən olunur ki, "Məişət zorakılığının qarşısının alınması” haqqında Azərbaycan Respublikasının Qanununun 11.2-ci maddəsinə və Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış "Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə” monitorinq qrupunun sədrinin məişət zorakılığı barədə xx.xx.2022-ci il tarixli 06/2022 saylı qərarına əsasən Bakı şəhəri, ünvan 7 ünvanında yaşayan vətəndaş Cavabdeh1 30 gün müddətinədək Cavabdeh1 keçmiş əri Cavabdeh2 tərəfindən ona qarşı təkrar fiziki və psixi məişət zorakılığı edilməsinin qadağan olunması üçün qısamüddətli mühafizə orderi verilmişdir. Kristal-AA MTK-nın xx.xx.2022-ci il tarixli 73 saylı məktubunun surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Kristal-AA MTK-ya məxsus inşa edilmiş yaşayış binasının A blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 169,02 kv.m. 4 otaqlı, 8 saylı mənzil verilmiş, sərancam əsasında mənzil verilmiş Cavabdeh2 xx.xx.2014-cü il tarixdə mənzil üçün (3,5 kv.m.) əlavə kvadrata görə 3200 manat ödəniş etmişdir. Cəmi mənzilin sahəsi 172,52 kv.m-dir. Evlərin satışı zamanı mənzil sərhədləri xarici hüdudları (eləcə də balkonlar) götürülür. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi seriya RX ******* nömrəli çıxarışda 150,7 kv.m. göstərilmişdir. Həmin tarixlərdə mənzilin yerləşməsi və mərtəbə fərqinə əsasən mənzillərin satış qiyməti 1 kv.m-nin qiyməti 900 manat olmuşdur. İddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli təklifdən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********24-05301-093195 saylı reyestr nömrəli çıxarışa əsasən, 1/3 hissədə Cavabdeh2, 2/3 hissədə Cavabdeh1 paylı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzilinin təxmini bazar qiymətinin 240000 manat olması, Cavabdeh2 digər payçı ilə sözügedən mənzildə yaşamasının mümkün olmaması səbəbindən mənzildəki payının naturada ayrılmasını, mənzilə tənasübsüz zərər olmadıqda Cavabdeh2 müvafiq kompensasiyanın, bu da mümkün olmadıqda mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin paylı əmlakdakı payına nisbətdə payçıların arasında bölünməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Qeyd olunanlara əsasən Cavabdeh2 iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, e-2(001)-286/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 54386 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 təmir edilmiş ünvan 8 ünvanında yerləşən mənzilə dair paylarına mütənasib şəkildə tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 253,16 (iki yüz əlli üç manat on altı qəpik) manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1, 1091.1, 1091.2, 1092.1, 1095; "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına istinad edilməklə qeyd edilmişdir ki, Cavabdeh2 özünün də qəbul etdiyi kimi Cavabdeh1 ilə nikahları 2014-cü ildə pozulsa da, onlar 2016-cı ildə barışmış və 2022-ci ilin mart-aprel ayınadək bir ailə kimi yaşamışlar. Hazırkı iddia ərizəsi isə məhkəməyə xx.xx.2023cü il tarixdə - tərəflər arasında münasibətlər tam pozulduqdan və təmir edilmiş mənzilin hərraca çıxarılıb satılmaq məsələsi ortaya çıxdıqdan sonra verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/9330 saylı ekspert rəyini iş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə müqayisəli şəkildə dəyərləndirilməsini zəruri hesab edir. Məsələn, rəydə ustaların gördüyü işlərin dəyəri göstərilsə də, məhkəmə həmin məbləğləri qəbul etmir. Belə ki, şahidlərin məhkəmə iclasında verdiyi izahatlardan göründüyü kimi "prorab” X17 iddiaçıya mənzilin təmirini tam olaraq (*sanitar qovşağının təmiri çıxmaqla. Belə ki, ilkin olaraq "əl haqqı” 25000 manat danışılıb, sonradan 5000 həmin bəyənilməyən işə görə qaytarılıb, sanitar qovşağının təmirini başqa usta - X6 təzədən edib) 20000 manata təhvil verdiyini; X7 evin kanalizasiya sistemini tam söküb-yığmağa görə 2000 manat aldığını; elektrik işinə də X30 1000 manat məbləğində pul aldığını məhkəmədə bildirmişlər. Məhkəmə həmçinin rəydə qeyd olunan divar kağızlarına, kombi və radiatorlara (*belə ki, həmin əşyaların alınması və quraşdırılmasına dair Cavabdeh2 təqdim etdiyi sübutların mötəbərliyini tanıyır), plastik pəncərələr və qapıların vurulmasına dair bəndləri, eyni zamanda mücərrəd "gözlə görünməyən əlavə və nəqliyyat xərcləri” bəndini qəbul etmir. Mənzilin giriş qapısına münasibətdə isə məhkəmə Cavabdeh2 dəlillərini qəbul etmir. Belə ki, iş materiallarında olan fotoşəkillərdən qapının MTK tərəfindən 2012-ci ildə qoyulmuş qapı olmadığı aşkardır.İddiaçının qızı və kürəkəninin nəvələri ilə birlikdə təmir edilmiş mənzildə təmirin məqsədlərinə uyğun olaraq bir ailə olaraq yaşadıqları halda, iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməsi üçün əsas olmamış, həmin əsas məhz 2022-ci ilin mart-aprel aylarından sonra yaranmışdır. Məhkəmə iddiaçının pulun cavabdehlərdən müştərək qaydada tutulmalı olmasına dair dəlilini də qəbul etmir. Belə ki, tərəflərin mənzilə olan payları bərabər olmadığı təqdirdə, mənzilin təmirinə çəkilmiş xərcinin müştərək qaydada tutulması ədalətsiz olardı. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 54386 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 təmir edilmiş ünvan 8 ünvanında yerləşən mənzilə dair paylarına mütənasib şəkildə tutularaq İddiaçı ödənilməlidir.

4. Birinci instansiya məhkəməsi icraatı zamanı müəyyən edilmişdir: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-104/2023 saylı hökmündə aşağıdakılar göstərmilşdir: " ... Məhkəmə iclasında ifadə verən təqsirləndirilən şəxs Cavabdeh2 özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Cavabdeh1 onun keçmiş həyat yoldaşıdır və onlar 2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar.Birgə nikahdan onların 4 azyaşlı övladları var.Lakin sonradan ailədaxili söhbətlər səbəbindən 2014-cü ildə rəsmi olaraq boşanmışlar. 2016-cı ildə onlar Günellə yenidən barışmış və məlum hadisədən 3-4 ay əvvələ qədər birlikdə normal olaraq yaşamışlar. Barışandan sonra həm Biləcəri qəsəbəsində qeydiyyatda olduğu ünvanda, həm də ki, Zərdab rayonu, Dəliquşçu kəndində Günellə ailəvi olaraq yaşamışlar. 2022-ci ilin təxminən mart-aprel aylarında başqa bir qadınla telefon danışığını Günel tutduğundan aralarında yenidən problem yaranmış və onlar ayrılmışlar”; - İddiaçı xx.xx.2018-ci il tarixdə oğluna və özünə məxsus olan evin satılmasına görə 15000 manat beh almış, xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin ev 35000 manata satılmış və mübahisəli mənzildə də təmirin məhz həmin vaxt başlanması işin mübahisələndirilməyən hallarındandır; - "Kristal-AA” Mənzil- Tikinti Kooperativinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, mənzil 2012-ci ildən 2018ci ilədək təmirsiz olmuş, 2019-cu il tarixdə mənzilin təmir işləri başlanılmışdır; - Göstərilən arayış Cavabdeh2 şahid qismində dəvət etdiyi X1 ifadəsini şübhə altına qoyur. Belə ki, o, ifadəsində məhkəməyə bildirmişdir ki, 2012-2013-cü illərdə avtovağzalın yaxınlığında, 3-cü mərtəbədə yerləşən evin elektrik işlərini görmüş, kombi sistemini, su, qaz, istilik sistemi və kanalizasiya sistemi turbalarını çəkmişdir; - xx.xx.2019-cu il tarixdə verilmiş zəmanət talonu və qaimədən görünür ki, həmin tarixdə Cavabdeh2 kombi, kombinin quraşdırılması üçün zəruri olan avadanlıqlar və s. almış və həmin malların Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, Korpus B, mənzil 8 ünvanı üzrə alınması göstərilmişdir; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı çıxarışdan görünür ki, ünvan 8 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə isə Cavabdeh2 mülkiyyətindədir; -"Kristal-AA” Mənzil-Tikinti Kooperativinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, mənzin təhvil verilərkən MTK tərəfindən mənzilin girişinə qapı qoyulmuş və mənzilə PVC tipli metoplastik pəncərələr və qapılar quraşdırılmışdır; - X28 "VİP Class” tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qaimədən görünür ki, mübahisəli mənzil təmir edilərkən divar kağızları və yapışdırıcının alınması üçün cəmi 1079 manat pul xərclənmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9330 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, 11D saylı evin 8 saylı mənzili üzrə yerinə yetirilmiş tikinti təmir işlərinin ümumi dəyəri təqribən 70466 manat məbləğində olmuşdur. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e2(001)- 286/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin tam təmin edilməsi, 90000 manat pul vəsaitinin iş üzrə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.3, 777.1, 777.2, 779.1; Mülki Prosessual Məcəllənin 77, 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının üçəm nəvələrinin dünyaya gəlməsi ilə hədiyyə edilmiş yeni tikilmiş binada yerləşən mənzil, təmirsiz olduğundan nəticədə qızı 4 azyaşlı övladları ilə iddiaçının evinə köçməyə məcbur olmuşdur. Qızı və övladları bir müddət iddiaçı, oğlu və gəlni ilə birlikdə yaşamışdır. Ömür qısa, həyat isə vəfasızdır deyib çox götür qoy etdikdən sonra “üçəm" nəvələrinə hədiyyə verilmiş mənzilin sahəsi mənzilin sahəsi 173 kv.m (2012 ci il də mənzil verilərkən sərancamda yazılmış 169.02 kv.m dən 4 kv.m artıq olduğu üçün, cavabdehlər də birgə nigah dövründə artıq kv. metri üçün 3.200 azn pul ödəmişdilər. Beləliklə evin ümümi sahəsini 173 kv.m olmuşdur. Hesab edirəm ki, artıq kv.m üçün ödənilmiş 3.200 manat pulun evin təmirinə heç bir addiyyatı yoxdur.) olan həmin mənzili qızı boşandığdan 5 il sonra 2019-cu ildə nəvələrinin rahat şəraitdə yaşamasını təmin etmək məqsədi ilə iddiaçı təmir üçün lazım olan vəsaiti əldə etmək üçün mərhum ərindən qalmış evini (Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1596, ev 7, mənzil32) 2019-cu ildə 50.000 manata sataraq tərəfindən yüksək səviyyədə təmir etdirmişdir. Bunu sübuta yetirən ən əsas təmirin İddiaçı tərəfindən edildiyin sübuta yetirən video görüntülər mövcuddur. Təmir zamanı tikinti materiallarına dair bəzi əldə qalan 11 ədəd qaimələr mövcuddur, təmir zamanı çəkilmiş fotolar, mənzilə vurulmuş müxtəlif çoxsaylı alçipan fiqurlarının və istipolun evə, hamama digər yerlərə çəkilişini əks etdirən 2019-cu ilin yay və qış aylarında instaqram sosial şəbəkədə fotoları, həmin ustaların məhkəmə zalında ifadə verməsi belə bir daha təsdiqləyir ki, təmir məhz iddaçı İddiaçı tərəfindən edilib. Qeyd olunan faktlar məhkəməyə təqdim olunmuşdur. Bundan başqa evin təmir üçün 2019-cu ildə "xxxx" dan 5980 manat kredit götürmüş, elə həmin ildə şəxsi qızıllarını Lombard 1-ə qoyaraq 4910 manat pul vəsaiti götürmüşdür (Bunları təsdiq edən sənədlər Binəqədi rayon məhkəməsinə təqdim edilmişdir). Həmçinin evin təmir olunması üçün öncədən özü üçün topladığı pul vəsaitindən də istifadə edilmişdir. Sahəsi 173-m2 olan mənzili təmir edərkən (yol, taksi xidmətləri də nəzərə alınsa) İddiaçı 90000 min manat cıvarında vəsait xərcləmişdir. İddaçı R.Xatirə 35 ildir orta məktəbdə riyaziyyat-informatika fənnini tədris edir. Həmçinin mağazası və gözəllik salonu da var. Hal-hazırda övladlarından çox mülkünü sevən Cavabdeh2, öz cibinin pulu ilə almadığı mənzili, təmir edilməsinə belə 1-qəpik pul xərcləmədiyi halda öz-özlüyündə mənzili 240000 manat dəyərində qiymətləndirərək 4 övlad anası N.Güneldən 80000 manat pul tələbi ilə Binəqədi rayon məhkəməsində e-2(001)-243/2023 saylı mülki iş üzrə idda qaldıraraq müraciət etmişdir. 80000 manat vəsaiti ödəyə bilmədiyi halda əmlak açıq hərracda satılmalı və beləliklə almadığı, təmir etmədiyi bir mənzilin hesabına varlanmaq niyyətindədir. Bir sözlə mənzil gələcəkdə hərracda satılarsa hər ikisi varlanacaqdır. Beləliklə, iddiaçının təmirə çəkmiş olduğu xərclər mənimsəniləcəkdir. (Hal hazırda cavabdeh R. Soltanov mənzilin hərracda satılmasına dair xx.xx.2024 cu il tarixdə Mediasya arayışı almışdır). 2016-ci ildə məhkəmə tərəfindən hədiyyə verilmiş mənzil bölünərkən təmirsiz olduğu üçün yaşamağa yararsız olmuş, iddiaçının hesabına təmir edildikdən sonra isə mənzilin bazar qiyməti hədsiz dərəcədə yüksəlmişdir. İddiaçının qızı övladları ilə birlikdə təmir başa çatdıqdan sonra 3 sentyabr 2019-cu ildə mənzilə köçmüşdür. Maraqlı məqamlardan biri də odur ki, həmin il mənzilin təmir olunacağın bilən Cavabdeh2 mənfur niyyətlərini həyata keçirtmək məqsədi ilə əməllərindən peşman olduğunu və 4-övladının hər iki valideynlərinin birgə himayəsində böyüməsini, eyni zamanda Günelə qarşı mənəvi və fiziki şiddətinə son qoyduğunu bildirərək ailəsini bir daha bərpa etməyə cəhd etmiş və buna nail olmuşdur. Günelin inamını qazanmış, lakin yenə də onun etibarından suiistifadə etmişdir. Barışdıqdan sonra (2019-2022-ci illər) Nəsimi rayonunda qeydiyyatda olan Cavabdeh2 planlı şəkildə Bakıdan qeydiyyatdan çıxaraq Zərdab rayonuna qeydiyyata düşür, Zərdab rayon məhkəməsində boşanmadan 4 il müddətin keçməsinə baxmayaraq qeyri-qanuni şəkildə iddia qaldıraraq Günelin adına olan 3.76 ha torpaq sahəsinin 1/2 hissəyə böldürür. Daha sonra 4 övladı üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən təyin olunmuş alimenti belə, döyərək imtina ərizəsi yazdırır. Zərdab rayon Məhkəməsində xx.xx.2021-ci il tarixdə 8(035)-09/2021 saylı qətnamə ilə alimenti ləğv etdirir. Cavabdeh2 elə hesab etmişdir ki, bununla da övladlarına bir daha aliment ödəməyəcək. Cavabdeh2 alimenti ləğv etdirməkdə niyyəti aliment öhdəliyindən yayınmaq idi. Cavabdeh2 2022-ci ilin mart ayının əvvəli Güneli təkrar döyərək bədənini müxtəlif yerlərində xəsarətlər yetirərək gəlin köçdüyü və qeydiyyatda olduğu ünvan 10 ünvandan qeydiyyatdan çıxartmışdır. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4374/2017 saylı xx.xx.2017-ci il tarixli qərarına əsasən onun həmin mənzildən qeydiyyatdan çıxarılmasına dair iddia təmin edilməmişdir. Daha sonra Cavabdeh2 düşünülmüş şəkildə 16 mart 2022-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Rəşid lsmayılov küç., 11D, evin 8-saylı mənzilinə qeydiyyata düşmüşdür. Bütün bu pis niyyətlərini həyata keçirən Cavabdeh2 çox imkanlı olmasına baxmayaraq 4 övladını acsusuz qoymuşdur. Övladlarına baxmaqda çətinlik çəkən Cavabdeh1 alimenti yenidən bərpa etmək üçün Cavabdeh2 Mediasiya təklifi göndərir. Cavabdeh2 məktub çatan kimi gəlib Güneli yaşadığı mənzildə 4 övladının gözləri önündə döyərək aliment ərizəsini geri çəkməyini tələb edir. Uşaqlara aliment ödəməyəcəyini bildirir. Güneli ölümlə hədələyərək amansızcasına döyür. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə Binəqədi rayon Polis idarəsinin İstindaq şöbəsində müstəntiq Əflatun Səlimovun ********* nömrəli cinayət işi ilə AR.CM-128-maddəsi ilətəqsirləndirilən şəxs qismində cəlb edilir. Və Binəqədi rayon Məhkəməsinin CM-128 ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2023-cü il tarixli, 1(001)-104/2023 saylı hökm çıxarılmışdır. Hətta Günelə məhkəmə qərarı ilə uzunmüddətli Mühafizə Orderi belə verilmişdir. Daha sonra Günelə məlum olur ki, Rauf molla kəbinli dostunun 2-uşağlı arvadını saxlayırmış. Güneli 4 övladının gözü önündə Cavabdeh2 döyərkən gəlib mənzildən 6 polis əməkdaşı onu aparır, xx.xx.2022-ci ildə elə həmin vaxt Günelə Raufun saxladığı Çinarə adlı şəxs Raufa onun arasında 2020-ci ildən bağlanmış molla kəbinin göndərərək bildirir ki, bizim münasibətimiz çoxdan var. Güneli və uşağlarını ölümlə hədələyir. Günelin şikayəti əsasında polis Çinarənin ifıdəsini alaraq barəsində qanuna müvafiq tədbir görür. Bütün bu qeyd olunanlar bir daha təsdiq edir ki, Cavabdeh2 Günellə pılanlı şəkildə barışdığından onun hədiyyə mənzilə bir qəpik pul xərcləməsi qeyri-mümkündür. X2 204 nömrəli, xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyindən də göründüyü kimi, mənzilin təmir olunmasına ən azı 82463.05 manat xərcləndiyi öz təsdiqini tapmışdır. Həmçinin həmin mənzilin İddiaçın vəsaiti hesabına təmir edildiyinə ustalar X5, X6, X17, X18, X7, X8, X30 da bilavasitə şahid olmuşlar. Mülki işin məhkəmə araşdırması zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9330 saylı ekspert rəyi ilə mübahisələndirilən mənzilin təmir-tikinti işlərinin ümumi dəyəri təqribən 70466,0 manat məbləğində müəyyən edilmişdir. Həmçinin işdə olan “X2” 204 nömrəli, xx.xx.2022-ci il tarixli rəyi ilə mübahisələndirilən mənzilin təmir-tikinti işlərinin ümumi dəyəri təqribən 82463.05 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 54386 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 təmir edilmiş ünvan 11 ünvanında yerləşən mənzilə dair paylarına mütənasib şəkildə tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmənin ünvan 8 ünvanında yerləşən mənzilin təmir-tikinti işlərinin İddiaçı vəsaiti hesabına aparıldığı qənaətinə gəlməsi ilə razılaşır. Sonra isə əsasız şəkildə məhkəmə təmir zamanı istifadə olunmuş bəzi tikinti materiallarının dəyərinin (kombi, pəncərələ, evə vurulmuş aboylar, spotlar, rəngli işıqlar) nədənsə heç bir qanuni əsası olmadan Cavabdeh2 xeyrinə olaraq, onun sübutlarının möhtəbərliyini tanıyır və 16080 manat məbləğində vəsait təmir pulundan çıxılaraq azaldılır. Ən vacib əsaslardan biri mənzil təmir olunarkən 2019-cu il də İddiaçı tərəfindən qeydə alınmış video görüntülərdir. Təmir zamanı çəkilmiş video görüntülər əvvəlcədən məhkəməyə təqdim olunsa belə, nədənsə hakim tərəfindən həmin video görüntülərə baxış keçirilməyibdir. Bu, təmirin məhz İddiaçı tərəfindən təmir olunmasının ən əsaslı faktlarından biri hesab olunmalıdır. Çəkiliş zamanı qış aylarında kərpic, sement, taxta, elektrik naqilləri və digər materialların alınıb qoyulması öz təsdiqini tapmışdır. Yataq otağının arasının hörülməsi, mətbəxdə hörgü işlərinin getməsi, kombi xəttlərinin, isti polun, elektrik xətlərinin çəkilişi və ağardıcı işlərin getməsi, yeni pəncərələrin qoyulması, hər biri çəkiliş zamanı video lentə alınaraq öz təsdiqini tapmışdır. Buradan da sual yaranır ki, nə üçün birgə nikahda olan zaman Cavabdeh2 həmin mənzili təmir etməmişdir? Hətta Günellə barışıq zamanı belə alimenti ləğv etdirmək, onun adına olan torpaq sahəsini müddətin keçməsinə baxmayaraq qanunsuz şəkildə Günelin iştirakı, xəbəri olmadan Zərdab rayon məhkəməsində böldürmək, hətta məhkəmə qaydası ilə qeydiyyatdan çıxmadığı evlərindən döyərək çıxartması, sonra da hədiyyə verilmiş mənzilə qeydiyyata düşməsi, daha sonra o mənzili hərraca çıxartması, hətta 19 mülkü olduğu halda ehtiyacı olmadığı bir məzili 4 övladının yeganə yaşayış yerini onların əlindən almağa çalışması, bir daha təsdiq edir ki, Cavabdeh2 mənzilin təmirinə bir qəpik pul belə xərcləməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, mənzil 2012-ci ildən 2018-ci ilədək təmirsiz olmuş, 2019-cu il tarixində mənzilin təmir işləri başlanılmışdır. Göstərilən arayış Cavabdeh2 şahid qismində dəvət etdiyi X1 ifadəsini şübhə altına qoyur. Belə ki, o, ifadəsində məhkəməyə bildirmişdir ki, 2012-2013-cü illərdə avtovağzalın yaxınlığında, 3-cü mərtəbədə yerləşən evin elektrik işlərini görmüş, kombi sistemini, su, qaz, istilik sistemi və kanalizasiya sistemi turbalarını çəkmişdir. Göründüyü kimi məhkəmə həm cavabdeh tərəfindən təqdim olunmuş sübutların mötəbərliyini şübhə altına alaraq qəbul etmir, həm də ki, həmin sübutlardan istifadə edərək mənzildə quraşdırılmış kombi sisteminə görə çəkilmiş xərci cavabdehdən tutmamış, əksinə həmin xərcin Cavabdeh2 tərəfindən çəkildiyi nəticəsinə gəlmişdir. Həmçinin məhkəmə göstərir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9330 saylı ekspert rəyini iş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə müqayisəli şəkildə dayərləndirilməsini zəruri hesab edir. Məsələn, rəydə ustaların gördüyü işlərin dəyəri göstərilsə də, məhkəmə həmin məbləğləri qəbul etmir. Belə ki, şahidlərin məhkəmə iclasında verdiyi izahatlardan göründüyü kimi “prorab” X17 iddiaçıya mənzilin təmirini tam olaraq (*sanitar qovşağının təmiri çıxmaqla. Belə ki, ilkin olaraq “əl haqqı” 25000 manat danışılıb, sonradan 5000 manat həmin bəyənilməyən işə görə qaytarılıb, sanitar qovşağının təmirini başqa usta - X6 təzədən edib) 20000 manata təhvil verdiyini; X7 evin kanalizasiya sistemini tam söküb-yığmağa görə 2000 manat aldığını; elektrik işinə də X30 1000 manat məbləğində pul aldığını məhkəmədə bildirmişlər. Məhkəmə həmçinin rəydə qeyd olunan divar kağızlarına, kombi və radiatorlara (''belə ki, həmin əşyaların alınması və quraşdırılmasına dair Cavabdeh2 təqdim etdiyi sübutların mötəbərliyini tanıyır), plastik pəncərələr və qapıların vurulmasına dair bəndləri, eyni zamanda mücərrəd “gözlə görünməyən əlavə və nəqliyyat xərcləri” bəndini qəbul etmir. Həmçinin məhkəmə ekspert rəyində müəyyən edilmiş gözlə görünməyən əlavə və nəqliyyat xərcləri kimi 3000 manatı qəbul etmədiyini əsaslandırmamışdır. Maraqlıdır mənzilə təmir üçün Sədərək ticarət mərkəzindən və Euro Home inşaat mərkəzindən alınmış materiallar 7-8 ay ərzində hansı “təmənnasız”’ nəqliyyat vasitəsi ilə mənzilə çatdırılmışdır??? Hakimin bu halı nəzərə almamağı təəccüb doğurur. Hesab edir ki, məhkəmənin bu hissədə gəldiyi nəticə işin faktiki hallarına və məhkəmənin öz mövqeyinə uyğunluq təşkil etmir. Mənzilin giriş qapısına münasibətdə isə məhkəmə Cavabdeh2 dəlillərini qəbul etmir. Belə ki, iş materiallarında olan fotoşəkillərdən qapının MTK tərəfindən 2012-ci ildə qoyulmuş qapı olmadığı aşkardır. Belə ki, məhkəmə istilik sistemləri və kombi ilə bağlı sonda gəldiyi nəticəyə qətnamənin əsaslandıncı hissəsində yuxarıda göstərdiyi kimi Cavabdeh2 sübutetmə məqsədi ilə təqdim etdiyi şahid ifadəsinin mötəbərliyini qəbul etməmişdir. Həmçinin Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş xx.xx.2019 cu il tarixdə verilmiş mənzilin kombi avadanlıqları ilə uyğun gəlməyən qaiməni isə qəbul etmişdir. Qaimənin saxtalığını sübuta yetirən halları məhkəmənin nəzərinə çatdırır. Qaimənin tarixinə nəzər salsaq həmin tarixlərdə evdə bütün təmir işləri başa çatmışdır. Kombinin quraşdırılması isə daha əvvəl yerinə yetirilmişdir. Qaimədə heç kombinin adı, nə də onun kodu qeyd edilməmişdir. Qaimədəki kombi avadanlıqları ilə mənzildəki kombi avadanlıqları uyğunluq təşkil etmir. Hətta qaimədə radiatorların sayı 96 ədəd, lakin hər iki həm 2022-ci il tarixli Ekspertiza rəyində, həm də 2024 -cu il tarixli Ekspertiza rəyində göründüyü kimi mübahisəli mənzilə quraşdırılmış radiatorların sayı 107 ədəddir. Bu isə bir daha təsdiq edir ki, Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş qaimədə göstərilən avadanlıqlar ya saxtadır, ya da ki, mübahisəli mənzilə deyil, cavabdehə məxsus başqa mənzilə quraşdırılmış avadanlıqlardır. Sadəcə qaimədə düşünülmüş şəkildə mübahisəli mənzilin ünvanı göstərilmişdir. Həmçinin qaimənin heç bir qanuni əsası yoxdur. xx.xx.2023-cu il tarixində məhkəmənin elektron sisteminə iddiaçı vəsatət göndərərək əsaslı şəkildə qeyd etmişdir ki, Cavabdeh2 tərəfindən təqdim edilmiş 3 ədəd qaimə saxtadır. Əgər cavabdeh məhkəməni aldatmaq niyyəti ilə bacısının mənzilinə alınmış möhürlü 2 qaimənin saxtalığını sübuta yetirən faktları iddiaçı qeyd edibsə, hakimdə bunu nəzərə alibsa nə üçün Cavabdeh2 3-cü qaiməsini əsas kimi götürüb. Bu gün məhkəməni aldadaraq hakimin fikrini yayındırmaq üçün 2 saxta qaimə təqdim edən Cavabdeh2 əlbəttdə 3-cü saxta qaiməni tərtib edəcəkdir. Nədənsə hakim bu halı 2 qaimədə nəzərə alır, digər 3-cü qaimədə isə nəzərə almır. Hakimini bu əsassız nəticəyə gəldiyi hissənin mövqeyi ilə razılaşmır. Cavabdeh2 qaimədən əlavə kombinin işə salınması ilə bağlı zəmanət talonu məhkəməyə təqdim etmişdir. Bir kombiyə 2 zəmanət talonu verilmişdir. Birini Cavabdeh1, digərini isə cavabdeh RSoltanovun atası Yaqub Soltanov imzalamışdır. Bu xx.xx.2024-cu ildə vəsatət şəklində birinci instansiya məhkəməsinə təqdim edilsə belə, hakim bunu nəzərə almamışdır. Bu talon nə vaxtsa kombidə bir nasazlıq baş verərsə, müəyyən zaman çərçivəsində nasazlığı pulsuz aradan qaldırmaq üçün verilir. Yəni kombinin haradan alınması barədə olan satış qəbzi deyildir. Kombinin işə salınma tarixi belə saxtalaşdırılmışdır. Belə ki, cavabdehin təqdim etdiyi 1814/19 seryalı zəmanət talonunda ilk çalışma tarixi xx.xx.2019-cu il iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 1548/19 seryalı zəmanət talonunda isə ilk çalışma tarixi xx.xx.2019-cu il göstərilmişdir. Hansı zəmanət talonunun həqiqiliyindən tam əmin olmaq üçün *5252 zəng edərək sistemdə olan düzgün, tarixin aydınlaşdırmaq olar. Sistemə tərəfindən vurulmuş 1548/19 seryalı xx.xx.2019-cu il tarixli zəmanət talonu isə kombinin işə salınması təsdiq edən həqiqi talondur. Onu da bildirir ki, Cavabdeh2 tərəfindən məhkəmədə xx.xx.2023-cü il tarxli saat 14:00-da keçirilmiş məhkəmə iclasında su sızıntısını Ceyhun usta təmir etdiyini bildirib. Halbuki, xx.xx.2019-cu ildə UNİSERVİCEden Nofel usta gələrək pulsuz şəkildə təmir etmişdir. Kombidə hər hansı bir nasazlıq olduğu zaman servis mütəxəssisi gələrək təmir edir. Bunu sübuta yetirən təmir talonu da mövcuddur və məhkəməyə təqdim edilmişdir. Cavabdeh2 tərəfindən şahid qismində dindirilən Ceyhun usta təmir etməmişdir. Hakim bu hallan da araşdırmadan Cavabdeh2 xeyrinə qərar qəbul etmişdir. Xahiş edirəm hissəsində İddiaçı qeyd etdiyi kimi müştərək qaydada yazılmış halı Hakim dövlət rüsumunu bölərkən, aparılmış ekspertiza tədqiqatının dəyəri bölərkən nəzərə alıb. Nədənsə təmirə çəkilmiş 90000 manat məbləğin müştərək bölünməsi hissəsində nəzərə almamışdır. Əgər iddiaçı mənzilin təmirinə çəkilmiş məbləğini müştərək qaydada bölünməsini, bu barədə qətnamə çıxmasını xahiş etmişsə və cavabdehlər də buna etiraz etmədiyi təqdirdə hakim nədən bu fikirə gələrək xahiş edirəm hissəsində nəzərə almadan paylara münasibətdə bölmüşdür? xx.xx.2024-cü il tarixdə iddiaçının məhkəmə zalında vermiş olduğu ifadələrin çoxu qətnamədə təmamilə yanlış şəkildə qeyd olunmuşdur. Məhkəmə protokolundakı qeydlərin və audio-video yazıların bir-biri ilə eynililk təşkil etmədiyini həm protokola qeydlər formasında, həm də xx.xx.2024-cü il tarixində ərizə formasında yazaraq xx.xx.2024-cu ildə sistemə iddiaçı tərəfindən daxil edilsə də, Hakim qətnamə çıxararkən bu halı nəzərə almamışdır. Lakin işə baxan birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində iki fərqli mövqe göstərmişdir. Məhkəmə Cavabdeh2 təqdim etdivi sübutların şübhəli olduğu qənaətinə gələrək, onun etirazının əsasını təşkil edən hallar barədə təqdim etdiyi sübutları qəbul etmədiyini bildirmiş, həm də ki, həmin şübhəli sübutlara mötəbər sübut kimi qiymət verərək qətnamənin nəticə hissəsində nəzərə almışdır. Göründüyü kimi qanunvericilik məhkəmə üçün hər-hansısa bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmasını məhdudlaşdırır. İş materiallarında isə mübahisələndirilən mənzildə təmir-tikinti işlərinin aparılmasının ümumi dəyərinin müəyyən olunması barədə iki rəy var. “X11’ tərəfindən tərtib edilmiş ekspert rəyində mənzildə təmir-tikinti işlərinin aparılmasının ümumi dəyərinin 82.463.05 manat olduğu, Ədliyyə Nazirlyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş ekspert rəyin də isə həmin məbləğin 70466,0 manat olduğu müəyyən edilmişdir. Lakin məhkəmə “X11’ tərəfindən təqdim edilmiş ekspert rəyinə ümumiyyətlə toxunmamış, həmin rəyi görməməzlikdən gəlmişdir. Məhkəmə hansı hüquqi əsasla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş ekspert rəyini mötəbər sübut hesab etdiyini göstərməmişdir. İddiaçı məhkəməyə "xxxx" disk təqdim edərək bildirmişdir ki, mənzilə MTK tərəfindən quraşdırılmış plastik qapı-pəncərə sistemləri təmir zamanı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur və bunun da xərci iddiaçı tərəfindən qarşılanmışdır. Lakin işə baxan məhkəmə iddiaçının öz dəlilinin əsası kimi istinad etdiyi halı araşdırmamış, iddiaçı tərəfindən təqdim edilmiş sübuta hüquqi qiymət verməmişdir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qəbul etdiyi qətnamədə göstərir ki, məhkəmə divar kağızlarına, kombi və radiatodara, həmin əşyaların alınması və quraşdınlmasma dair Cavabdeh2 təqdim etdiyi sübutların mötəbərliyini tanıyır. Məhkəmə bu nəticəyə gələrkən işin faktiki hallarını araşdırmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən alınmış divar kağızları və yapışdırıcının 1079 manat pul vəsaiti məhkəməyə verilmiş X28 “VİP Class” adlı xx.xx.2019-cu il tarixlqaimə iddiaçı tərəfindən təqdim olunduğu halda nə üçün hakim alınmış divar kağızları və yapışdırıcının Cavabdeh2 xeyrinə olaraq qiymətləndirmişdir ? Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli, №4578-li təmir talonuna və xx.xx.2019-cu il tarixli, 1548/19 №-li zəmanət talonuna hüquqi qiymət verməmiş, həmin xüsusatları araşdırmamışdır. Birinci istansiya məhkəməsi tərəfindən müəyyən edilərək qəbul edilmişdir ki, cavabdehlərə məxsus mənzilin təmir-tikinti işlərinə 70466,0 manat pul vəsaiti xərclənmişdir. Lakin məhkəmə həmin məbləğdən yalnız 54386 manat hissəsinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Məhkəmə qalan 16080 manat məbləğində vəsaitinin hansı mötəbər sübutla cavabdehdən tutulmalı olmadığını göstərməmiş, divar kağızlarının, kombi və istilik sistemlərinin dəyərinin kim tərəfindən ödənildiyini müəyyən edərkən qeyri-mötəbər, ziddiyyətli sübutlardan istifadə etməklə göstərmişdir. Məhkəmə nəticəyə gələrkən mübahisəli mənzilin təmir-tikinti işlərinə çəkilmiş xərcin 16080 manat hissəsinin Cavabdeh2 tərəfindən çəkildiyi qənaətinə gəlmişdir. Məhkəmə bunu onunla əsaslandırır ki, Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixdə verilmiş qaimə xx.xx.2019 cu il tarixində zəmanət talonu və qaimədən görünür ki, həmin tarixdə Cavabdeh2 kombi, konibinin quraşdırılması üçün zəruri olan avadanlıqlar və s. almış və həmin malların Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, Korpus B, mənzil 8 ünvanı üzrə alınması göstərilmişdir. Bununla bağlı ilk növbədə qeyd edir ki, həmin qaiməni istənilən yerdən alıb doldurmaq olar, həmçinin qaimədə kombinin adı, kodu göstərilməmişdir. Təhvil təslim aktı yoxdur. Məhkəmə üçün heç bir qanuni əsası yoxdur. Qaimədə yazılmış radiatorun sayı, hər iki ekspertizanın rəyindəki radiatorların sayı ilə üst-üstə düşmür. Belə ki, 2022-ci ilin və 2024-cu ilin ekspert rəyində kombinin radiatoru 107 ədəd göstərilir. Cavabdeh2 məhkəməyə təqdim etdiyi saxta qaimədə isə 96 ədəd radiator yazılıb. Bu isə bir daha təsdiq edir ki, Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş qaimə saxtadır. Heç Cavabdeh2 kombidən belə xəbəri yoxdur. Həmçinin məhkəmənin divar kağızlarına münasibətdə gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Belə ki, məhkəmə divar kağızlarının cavabdeh tərəfindən alındığı nəticəsinə gəlsə də, bunun hansı sübutla təsdiq edildiyini göstərməmişdir. Necə olur ki, divar kağızlarını məhkəməyə İddiaçı təqdim ediyi halda, hakim bu qənaətə necə gəlib ki, divar kağızları Cavabdeh2 tərəfindən alınıb? Sadəcə hakim öz mülahizələri ilə qanunsuz və əsasız şəkildə bu fikri irəli sürür. Belə ki, məhkəmə divar kağızlarının cavabdeh tərəfindən alındığı nəticəsinə gəlsə də, bunun hansı sübutla təsdiq edildiyini göstərməmişdir. Cavabdeh2 xx.xx.2024-cu il tarixli "xxxx" MTK tərəfindən alınaraq məhkəməyə təqdim edilmiş arayışda göstərilmişdir ki, mənzili təhvil verilərkən giriş qapısı qoyulmuş, PVC tipli metoplastik pəncərələri və qapıları quraşdırılmışdır. "xxxx" MTK və Cavabdeh2la “onların dediyi kimi aralarında bağlanmış müqavilə” xx.xx.2012 ci ildə SAXTA alqı- satqı müqaviləsi olmuşdur. (Çünkü mənzil ölkə başçısı cənab X25 ilə “üçəm əkizlərə” hədiyyə verilmişdir.) Həmin müqavilədə mənzil üçün ödənilməli olan məbləğ gecikdirilərsə əlavə hər ay üçün 2% olmaqla banka pul məbləği ödənilməsi göstərilmişdir. Müqavilədə bank hesabı belə açıqlanır və bu şərtlərlə razılaşan Cavabdeh2 muqaviləni imzalamışdır. Burada yeganə məqsəd Cavabdeh2 saxtakarlıqla gələcəkdə mənzilə qanunsuz şəkildə sahiblənməsi olmuşdur. MTK tərəfindən qapı və pəncərələrin quraşdırılması haqqında verilmiş arayış heç də “möhür” vurmur ki, gələcəkdə təmir zamanı plastik qapı və pəncərələr o cümlədən giriş qapısı dəyişdirilə bilməz. Qeyd edir ki, plastik qapı və pəncərələr nəinki dəyişdirilmiş, hətta əlavə olaraq 3 eyvana (balkona) müasir açılış qaydası olan pəncərələr belə quraşdırılmışdır. Bu hal hər iki 2022-ci il və 2024-cu il tarixli Ekspertiza rəylərində öz təsdiqini tapsa belə (iddiaçı tərəfindən məhkəməyə xx.xx.2023-cu il tarixində təqdim edilmiş video görüntülər və iş materiallarına əlavə edilmiş foto şəkillərdə də öz təsdiqini tapdığı halda) hakim nədənsə bunu da hansı əsasla Cavabdeh2 xeyrinə hesablamışdır.

6. Cavabdeh2 apellyasiya şikayəti vermiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-286/2024 saylı iş üzrə qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini ahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, işin hallarından da, iddia ərizəsinin məzmunundan da görünür ki, cavabdehlər arasında mənzillə bağlı mübahisələr mövcüddür və həmin mübahisəni Cavabdeh2 məhkəmə qərarı əsasında qazanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3922/2023 saylı iş üzrə qanuni və əsaslı qətnaməsinin icrasının mümkünsüz edilməsi üçün İddiaçı qızı hazırkı iş üzrə Cavabdeh1 ilə sövdələşərək uydurma bir iddia tələbi irəli sürmüşdür. İddiaçı özü iddia ərizəsində yazır ki, hal-hazırda cənab Prezident tərəfindən “üçəm” nəvələrimə hədiyyə olaraq verilmiş mənzili cavabdeh hərraca çıxararaq varlanmaq niyyətindədir. Onu da qeyd edir ki, qızı Cavabdeh1 və keçmiş kürəkən Cavabdeh2 tərəfindən həmin mənzil satıldıqda nəvələrin faktiki olaraq yaşayış yerləri olmayacaqdır. Və ya hərracda çox az miqdarda vəsait əldə olunacaqdır. Bu da onun nəvələrinin uşaq psixologiyasına pis təsir edəcəkdir. İddianın məzmunundan da görünür ki, iddiaçının yeganə məqsədi mənzilin açıq hərracdan satışa çıxarılaraq satış pulunun tərəflər arasında bölüşdürülməsinə dair Bakı Apellyasiya məhkəməsinin qətnaməsinin icra edilməsinin qarşısını almaqdır. Bu səbəbdən iddiaçı qanunvericiliyin tələblərinə uyğun olmayan müvəqqəti təminat tədbirinin tətbiqinə dair məhkəməyə ərizə vermiş, əfsuslar olsun ki, məhkəmə iddiaçının niyyətini görməyib, onu təmin etmişdir. Məhkəmənin sözügedən qərardadı tərəfindən hazırda mübahisələndirilmişdir, lakin müddət ötürüldüyü üçün şikayət təmin edilməmişdir. Bu iddia pərdələnmək üçün verilmiş bir iddiadır, iddianın yeganə məqsədi Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin icra olunmasına maneə törətməkdən ibarətdir. İş üzrə digər cavabdehin mövqeyi də su kimi aydındır. Əlbəttə ki, bilərək ki, anasına bir qəpik də pul ödəməyəcək, o nəinki 90000 manat, anası tərəfindən bir milyon manatlıq iddia tələbi olsa belə onu qəbul edəcəkdir ki, Cavabdeh2 paylı mülkiyyətdəki mənzili bölüşdürməsin. İddiaçı qeyd edir ki, ailəsi dağıldıqdan sonra o, ünvan 12 ünvanında yerləşən mənzili 2019-cu ildə təmir etmiş, mənzili təmir edərkən 90000 manat civarında vəsait xərcləmişdir. Eyni zamanda iddiaçı qeyd edir ki, hal-hazırda cənab Prezident tərəfindən “üçəm” nəvələrimə hədiyyə olaraq verilmiş mənzili cavabdeh hərraca çıxararaq varlanmaq niyyətindədir. Bu hal baş verdikdə isə mənim həmin mənzilin təmirinə xərclədiyim 90000 manat pul Rauf və qızım arasında onların paylarına müvafiq olaraq bölünəcək, bu da öz növbəsində onların mənim həmin mənzilin təmirinə xərclədiyim 90000 manat hesabına hər ikisinin əsassız varlanmasına gətirib çıxaracaqdır. Cavabdeh2 İddiaçı tərəfindən təmir olunduğu iddia edilən ünvan 13 ünvanında yerləşən mənzilin açıq hərracda satılmasına dair mənzilin digər payçısı (hazırkı iş üzrə digər cavabdeh) Cavabdeh1 qarşı iddia tələbinə dair məhkəməyə müraciət etmişdir. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının2(103)-1590/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 243/2023 saylı 29 mart 2023- cü il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı “payın naturada bölünməsi, kompensasiya ödənilməklə payın əldə edilməsi, əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına uyğun bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmışdır. İddiaçı həmin vəsaiti mərhum ərindən qalmış evin satılmasından, eyni zamanda ona məxsus qızılların lombarda qoyaraq götürülmüş pul vəsaiti ilə izah edir, halbuki biz iddiaçının təqdim etdiyi sübutlara diqqət yetirsək görürük ki, o, qeyd etdiyi mənzilin satışından cəmi 17500 manat pul vəsaiti əldə edibdir. Eyni zamanda iddiaçı repetitorluq fəaliyyəti ilə məşğul olmasından, onun pinəçilik dükanının olmasını bildirsə də, buna dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Eyni zamanda bildirmək istəyi ki, tərəfindən vəkil sorğusu verilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məlumata əsasən iddiaçı 2022-ci il tarixdə Bakı şəh, Qaradağ rayonu, Lökbatan qəs, Bilal Niftəliyev küç, ev.41, m.26 ünvanında yerləşən mənzili alqı-satqı müqaviləsinə əsasən almışdır. Göründüyü kimi, 2019-cu ildə 90000 pul vəsaitini xərclədiyini iddia edən İddiaçı cəmi 2 ildən sonra adına daşınmaz əmlak əldə etmişdir. Eyni zamanda iddiaçı orta məktəbdə müəllim işləməsini, 1150 manat əmək haqqı almasını, repetitorluqla məşğul olmasını, gözəllik salonunun və pinəçilik dükanı olmasını bildirsə də, bütün bunlara dair birinci instansiya məhkəməsinə hər hansı bir sübut təqdim etməmişdir. İddia ərizəsinin məzmunundan, eyni zamanda işin hallarından müəyyən olunur ki, iddiaçının iddia etdiyi əsassız varlanmanın 2019-cu il tarixdə baş verməsini qeyd edir. İddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti keçmişdir. Həmin müddət 2021-ci ildə, yəni 2 il əvvəl iddiaçı tərəfindən artıq keçirilmişdir. İddia ərizəsi ilə qəti şəkildə razılaşmadığından əlavə olaraq bildirir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Hazırkı iş üzrə Cavabdeh2 tərəfindən iddia müddətinin tətbiqinə dair məhkəməyə vəsatət verilmişdir. Hesab edir ki, həmin vəsatət məhkəmə tərəfindən təmin edilməli idi və iddia tələbinin əsas benefisiarı iş üzrə digər cavabdeh olduğundan iddia nəinki Cavabdeh2, eləcə də Cavabdeh1 qarşı olan hissədə təmin edilməməli idi. Əgər Cavabdeh1 anası İddiaçı hər hansı ödəniş etmək istəyirsə, bunu məhkəmədən kənar qaydada edə bilər. İşin hallarından da görünür ki, iddiaçının məqsədi pul tələbi deyil, mənzilin hərracdan satılmasının qarşısının alınmasıdır. Eyni zamanda, iddiaçı özü də qeyd edir ki, sözügedən mənzilin təmiri cavabdehlərin arasında bağlanmış nikahın pozulmasından xeyli sonra həyata keçirilmişdir. Nikah pozulandan sonra cavabdehlər arasında bir neçə məhkəmə mübahisəsi olmuş, hətda sözügedən mənzil belə məhz məhkəmə qətnaməsi əsasında paylara bölünmüşdür. Belə olan halda Cavabdeh2 keçmiş qaynanası daim üzərində məhkəmə mübahisələri olan mənzilin təmiri üçün vəsait xərcləməsi inandırıcı deyildir. Eyni zamanda Məhkəmə sözügedən mənzilin məhz Cavabdeh1 tələbi ilə 2016-cı il tarixdə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)- 373/2016 saylı iş üzrə qətnaməsi ilə paylara bölünməsinin görməzlikdən gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, sözügedən mənzildə cavabdehlər artıq uzun müddətdir ki, birgə mülkiyyətçi deyillər. Cavabdehlərin payları ayrılmış və onların hər birisi Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar əldə etmişdir. İddiaçı bilirdi ki, onun qızı sözügedən mənzildə yalnız 2/3 hissədə payçıdır. Və ən əsası iddiaçı özü öz izahatında qeyd edir ki, təmirə başlamazdan öncə 2018-ci ildə Cavabdeh2 atasına zəng edib mənzili təmir etmək istəyini bildirib və onlar razılaşmışlar ki, o nəvələrin evidir və heç kim evi onlardan ala bilməz.(xx.xx.2023-cü il tarixli məhkəmə baxışının protokolu). Bu bir daha təsdiqləyirki, 2018-ci il tarixdə iddiaçı hüquqlarının pozula biləcəyini bilirdi və bundan narahat idi ki, Cavabdeh2 atası Yaqub Soltanovla 2018-ci ildə danışmışdır. Məhkəmə iddia müddətinin ötürülməməsini Raufla Günelin barışaraq ailə olaraq bir yerdə yaşamasına istinad edir, bəs əgər baxılan mülki iş mahiyyətcə ailə mübahisəsi idisə bəs nə üçün iddia verilərkən həmin iddianın Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olub-olmaması məhkəmə tərəfindən yoxlanılmamış və ilkin mediasiya sessiyasının keçirilməməsi səbəbindən iddia ərizəsi geri qaytarılmamışdır? Yuxarıda göstərilən səbəblər bir daha onu göstərir ki, birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə çəkilmiş xərcin geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmənin xx.xx.2023-cü il tarixdə, 2(001)-2659/2023 saylı iş üzrə qərardadı ilə geri qaytarılmışdır. Həmin iddia tələbinə diqqət yetirsək, görürük ki, iddia tələbi yalnız Cavabdeh2 qarşı ünvanlanmışdır, lakin iddiaçı iddianın perspektivsizliyini dərk edərək cavabdeh kimi hazırki prosessdə qızı Cavabdeh1 cəlb etmişdir ki, onun tərəfindən iddanın etirafını əldə edib Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətdə olan məzillərinə dair müvəqqəti təminat tədbiri gördürülsün. Aydın məsələdir ki, iddia ərizəsinə diqqət yetirsək görürük ki, iddiaçı qızı olan Cavabdeh1 evində yaşayır və ona qarşı hər hansı bir tələbi yoxdur. Bu iddianın qaldırılmasında yeganə məqsəd Cavabdeh2 qarşısının alınması məqsədini daşıyır. O ki qaldı Cavabdeh1 anası olan iddiaçıya 60000 manat vermək arzusuna, o, mənzil hərracdan satıldıqdan sonra anasına nəinki 60000 manat, istədiyi məbləğ verməkdə azaddır. İddianın benefisiarının Cavabdeh1 olmasını iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmənin rəyi bir daha sübuta yetirir. Həmin rəyə nəzər salsaq görünür ki, həmin rəyin sifarişçisi belə iddiaçı deyil, məhz Cavabdeh1dır. Həmin iddianın müvəqqəti təmini tədbirinin tətbiq olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Əfsuslar olsun ki, məhkəmə heç bir araşdırma aparmadan müvəqqəti təminat tədbiri barədə ərizəni təmin etmişdir. Halbuki, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar belə mövcüd olmamışdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 157.6-cı maddəsinin tələbləri pozularaq müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmamış və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başıçısının xx.xx.2012-ci il tarixli 054 saylı sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin göstərişinə əsasən Cavabdeh2 6 nəfər ailə tərkibi ilə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində inşa edilmiş yaşayış binasının A blokunun 1-ci girişinin 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 169,02 kv.m, yaşayış sahəsi 82,18 kv.m olan 4 otaqlı 8 saylı mənzili ayrılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(006)- 4195/2014 saylı qətnaməsinə əsasən ilk və qarşılıqlı iddia ərizələri qismən təmin edilərək Cavabdeh2 ilə X19 arasında xx.xx.2006-cı il tarixdə Zərdab rayon qeydiyyat şöbəsində bağlanmış və 191 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından anadan olan xx.xx.2008- ci il təvəllüdlü X12, xx.xx.2009-cu il təvəllüdlü X4, X13 və X20 ataları Cavabdeh2 alınaraq anaları X14 verilməsi və X9 himayəsində saxlanılması, Cavabdeh2 xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2009-cu il təvəllüdlü X4, X13 və X20 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 103 manat olmaqla cəmi 412 manat allmentin alınıb X14 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-373/2016 saylı qətnaməsindən müəyyən olunur ki, ilkin iddia tələbi qismən təmin edilərək Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində inşa olunan yaşayış binasının A blokunun 1-ci girişinin 3-cü mərtəbəsində yerləşən, ümuni sahəsi 169,02 kv.m, yaşayış sahəsi 82,18 kv.m olan 4 otaqlı 8 saylı mənzilə Soltanova (Nəbiyeva) Günel Nəbi qızının payının 2/3 hissədə, Cavabdeh2 oglunun payının 1/3 hissədə müəyyən edilməsi və Soltanova (Nəbiyeva) Günel Nəbi qızının Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində inşa olunan yaşayış binasının A blokunun 1-ci girişinin 3-cü mərətəbəsində yerləşən, ümumi sahəsi 169,02 kv.m, yaşayış sahəsi 82,18 kv.m olan 4 otaqlı 8 saylı mənzil sahəsinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin RX seriyalı № ******* saylı çıxarışının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzilinə dair 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə Cavabdeh2 paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 2770 nömrəli reyestr kitabının 258255 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli 73 saylı məktubunun surətindən müəyyən olunur ki, Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyev Bakı şəhər İcra Hakimiyyətinin başçısına göstərişi ilə xx.xx.2011-ci il tarixli S.R № 33 saylı məktubu ilə Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna mənzillər ayrıldığını nəzərə alaraq, Binəqədi rayonu, Biləcəri qəsəbəsində "xxxx" MTK-ya məxsus inşa edilmiş yaşayış binasının A blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 169,02 kv.m, 4 otaqlı, 8 saylı mənzil verilmiş, sərancam əsasında mənzil verilmiş Cavabdeh2 xx.xx.2014-cü il tarixdə mənzil üçün (3,5 kv.m) əlavə kvadrata görə 3200 manat ödəniş etmişdir. Cəmi mənzilin kv.m=172,52 kv.mdir. Evlərin satışı zamanı mənzil sərhədləri xarici hüdudları (eləcə də balkonlar) götürülür. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi seriya RX ******* nömrəli çıxarışda 150,7 kv.m göstərilmişdir. Həmin tarixlərdə mənzilin yerləşməsi və mərtəbə fərqinə əsasən mənzillərin satış qiyməti 1 kv.m-nin qiyməti 900 manat olmuşdur. Təmirin iddiaçı tərəfindən həyata keçirilməsinə dair mötəbər sübutların (smeta, müqavilə, qəbzlər, qaimələr) olmamasına baxmayaraq, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə baxmayaraq, məhkəmə tərəfindən təmirin dəyərinin öyrənilməsinə dair bütün prosess iştirakçılarının etiraz etmələrinə baxmayaraq müvafiq ekspertiza təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/9330 saylı ekspert rəyi daxil olmuş və rəydə göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, 11D saylı evin 8 saylı mənzili üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin ümumi dəyəri təqribən 70466 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından da göründüyü kimi, Cavabdeh2 iddiaçı ilə 2018-2019-cu il tarixdə iddiaçı və onun qızı ilə hər hansı qohumluq münasibəti, eyni zamanda iddiaçı ilə cavabdehlər arasında hər hansı müqavilə olmamışdır. Bu səbəbdən cavabdehin İddiaçı qarşısında hər hansı bir öhdəliyi olmamışdır ki, məhkəmə qərardadla müvəqqəti təminat tədbiri görərək mənzilin özgəninkiləşdirilməsinin qarşısını alsın. Məhkəmə qərar qəbul edərkən nəzərə almamışdır ki, cavabdehlərin mənzili məhkəmə qaydasında cavabdehlər arasında paylara bölünmüş və onlar artıq birgə mülkiyyətçi deyil, mənzil üzərində paylı mülkiyyətçidirlər. Birinci instansiya məhkəməsi müddətin axımını mənzilin açıq hərracdan satılmasına dair məhkəməyə müraciət edildiyi tarixdən hesablayır, halbuki iddiaçı 2018-ci il tarixdə həmin mənzildə Cavabdeh2 1/3 hissədə payçı olduğunu bilirdi və bunun onun Cavabdeh2 atası Yaqub Soltanovla mənzilin müqəddarratı barəsində razılaşması deməyi sübuta yetirir. İş materiallarından görünür ki, cavabdehlərin nikahı 2014-cü il tarixdə pozulmuşdur. Lakin daha bir müdət sonra 2018-ci ildən etibarən cavabdehlər qeyri-rəsmi nikah münasibətlərində olmuşlar və bu barədə iddiaçının məlumatı olmuşdur.Sözügedən maddənin məzmunundan bəlli olur ki, bu qeyri-rəsmi münasibətlər nəinki iddiaçı və Cavabdeh2 arasında hər hansı hüquq və vəzifələr yaratmır, eyni zamanda heç cavabdehlər üçün hər hansı hüquq və vəzifələr yaratmır, buna görə birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin axımının 2022-ci ildən hesablaması heç bir qanuni əsasa söykənmir. Ekspert rəyinə diqqət yetirsək şahid oluruq ki, həmin rəy üzrə tədqiqatın metodikasının nədən ibarət olduğu, hansı ölçmə işlərinin aparılması məhkəmə və prosess iştirakçılarından gizli saxlanılmışdır. Mənzilin hansı hissəsinə (ölçülər) taxta pol, hansı hissəsinə kafel, metlaq, divar kağızlarının vurulması sahələrinin ölçüləri göstərilməmişdir. Həmin ölçü işləri heç ümumiyyətlə aparılmamışdır. Ekspert rəyinə diqqət yetirsək hər hansı ədəbiyyata rast gəlinmir. Əmtəəşünaslıq espertizasında müqayisədən geniş şəkildə istifadə edilir, lakin sözügedən rəydə qiymətlər haradan götürülüb, hansı ədəbiyyatdan istifadə edilib, hansı tədqiqat metodikalarından istifadə edilib, bəlli deyildir. İddiaçı əsas şahidi, prorab X26i xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında(protokolda qeyd edilib) qeyd edir ki 6-7 ay həmin mənzildə təmir işləri aparılmış və ona 25000 manat xidmət haqqı ödənilmiş, həmin məbləğin 5000 onun tərəfindən iddiaçıya qaytarılmışdır. Mənzilin təmirinə təqribən 20000 manat vəsait xərclənilmişdir. Beləliklə, sadə riyazı hesablama göstərir ki, mənzilin bütün təmirinə ən çoxu 40000 manat pul xərclənib, və bunu o deyil, məhz iddiaçının öz şahidi qeyd edir. Bəs belə olan təqdirdə, ekspert 70466 manatlıq hesabatı haradan əldə etmişdir. Halbuki, ekspert nə ölçü işləri aparmış, nə sərf olunan materialların həcmini düzgün qeyd etməmiş, görülən işlərin heç sahələrini belə düzgün müəyyən etməmiş, bəzi bəndlərdə əks olunmuş materialları və işləri təkrarlamışdır və bütün bu qeyd etdiklərim ekspert tərəfindən havadan, elmə məlum olmayan mənbələrdən informasiya ətməklə səhv nəticəyə gəlmişdir. Ekspert öz rəyində divarların eni uzunu, tavanın hündürlüyü, kafel və metlağın istifadə edildiyi sahə, yer döşəməsinin istifadə olunduğu sahə, divar kağızlarının vurulduğu sahəni belə qeyd etməmişdir. Eyni zamanda vurğulamaq istəyirə ki, təmirin qiyməti hesablanarkən təmirdə işlənmiş materialların 2018-2019-cu illərdə alınması, o vaxtla indiki qiymət fərqinin olması, təbii köhlənməsi və amortizasiyası nəzərə alınmamışdır. Bu isə öz növbəsində düzgün olmayan rəyin çıxarılmasına səbəb olmuşdur. Döşəmənin sement məhlulu ilə hamarlanması 176 kisə qeyd olunmuşdur(1-ci bənd). Belə başa düşmək olar ki, ekspert bunun mənzilin hər kvadratmetrinə görə qeyd etmiş, lakin nəzərə alınmalıdır ki, mənzil çıxarışa uyğun olaraq 150.7 kvadratmetrdir, belə çıxır ki, təmir olunanda sütün divarların altına belə sement vurulmuş, lakin bu absurddur. 3-cü bənddə 11 kub atsepin istifadə edilməsi qeyd edilmiş, atsep döşəmədə istifadə olunur. Həmin mənzili 11 kub atsepin istifadə edilməsi gülüş hissi yaradır. 11 kub atsep 1 kamazın həcmindən artıqdır. Alçipan yaşıl (18-ci bənd). Digər bəndlərdə olduğu kimi, ekspertin rəyində bütün rəqəmlər güclü dərəcədə şişirdilmişdir. 18-ci bənddə qeyd olunan alçipanların 1 ədədi 3 kvadratmetr olur. 7-ci bəndə baxsaq, görürük ki, alçipan 138 kvadratmetri əhatə edir. 138 kvadratmetri hər bir alçipanın ölçüsünə, yəni 3 kvadratmetrə böldükdə cəmi 46 ədəd alçipan edir. Bəs ekspert öz rəyində 59 əlavə alçipanın nə üçün qeyd etdiyi qaranlıq qalmışdır. 36-cı bənd divar kağızlarının dəyəri. 2018- 2019-cu illərdə 10.70 kvadratmetrlik divar kağızlarının 1 rulonu üçün qiymət-aşağısı 10 yuxarısı 30 azn təşkil edirdi. Nəzərə alınmalıdır ki, divar kağlızları 350 kvadratmetrə deyil, 272 kvadratmetrə vurulmuşdur. Ekspertin rəyinə baxsaq 1 rulon divar kağızı 10.70 kvadratmetrə deyil, sadə riyazı hesablama ilə 4.3 kvadratmetrə getdiyi rəydə öz əksini tapmışdır. Lakin 272 kvadratmetri 10.70 kvadratmetrə bölsək (1 rulonun həcmi) bu cəmi 26 rulon edir. Yapışdırılarkan əmələ gələn kəsintiləri nəzərə alsaq 4 rulon da üstünə əlavə etmək olar. Göründüyü kimi, sadə riyazi hesablamalar göstərir ki, həmin mənzilə 80 deyil, cəmi 30 rulon divar kağızı sərf olunmuşdur. Bu isə ən bahalısını belə nəzərə alsaq 900 azn edir. Lakin görünür ki, ekspert bu məbləği də kəskin şəkildə şişirdərək, iddiaçının istəyinə uyğun olan 3200 manat qiyməti formalaşdırmışdır. Eyni zamanda bildirir ki, həmin mənzilə vurulan divar kağızları heç də bahalı olan 30 manatlıq deyil, 1 rulonu 15 azn-ə alınıb yapışdırılmışdırdır, bu isə heç 900 azn belə deyil, 450 azn edir. 44-cü bənd otaqlarda qapı bloklarının quraşdırılması. Xatırladaq ki, hər bir firma qapının üstündə qapı bloklarının təqdim edir, bu səbəbdən ekspert rəyində onların dəyərinin ayrı qeyd edilməsi yenə də absurddur və artıq qiymət formalaşdırılmasına xidmət edir. 104-cü, 105-ci, 107-ci bənd. Mənzilin texniki pasportuna baxsaq hamam və sanitar qovşağın cəmi ölçüsü 8 kvadratmetrdən azdır və məlum məsələdir ki metlaq yalnız hamam və sanitar qovşağa və qapının girəcəyinə vurulur. Qapının girəcəyi də cəmi 3,3 kvadratmetr metlaq vurulub. Maraqlıdır ki, 42 kvadratmetr metlaq mənzilin başqa harasında istifadə edilib. Ümumilikdə 11 kvadratmetr metlaq alınıb. Həmin metlaqların 1 kvadrat metrəsi hal-hazırda 11-12 azndir. Bu isə 121/132 azn təşkil edir, vurulma haqqının bazar dəyəri 1 kvadratmetr üçün 5 azndir, bu isə 11 vurulanda cəmi 55 azn edir.Göründüyü kimi ekspert əsassız olaraq 630 azn usta haqqı və 840 azn də metlağın qiymətini hesablamışdır. 107-ci bəndə diqqət yetirsək aliminum plitərəldən asma tavanın qurulması+ material 8 kvadratmetr qeyd edilmiş, bu is öz növbəsində hamam və sanitar qovşağın 8 kvadratmetr olmasını bir daha təsdiqləyir. Ekspertin rəy verərkən heç bir ölçü işlərinin aparmaması, heç bir sahənin ölçülərinin, enini və uzununu qeyd etməməsi, heç bir müqayisəli tədqiqat aparmaması, heç bir tikintiyə aid edilən elmi mənbəyə istinad etməməsi həmin rəyi nəinki məhkəmə, tikinti işindən başı çıxan bir mütəxəssis tərəfindən belə yoxlanmasını mümkünsüz edir. Bu səbəbdən hesab edir ki, iş üzrə yekun qərar verilərkən həmin ekspert rəyi onun qüsurlu olduğu, çoxsaylı pozuntu ilə aparıldığı, daxilində müqayisəli tədqiqata dair bir kəlmə belə olmadığı və heç bir ədəbiyyata istinad edilmədiyi üçün, eyni zamanda həmin rəyin doğruluğunu yoxlanılması üçün əlavə və ya təkrar ekspertizanın keçirilmədiyi üçün nəzərə alınmamalıdır. Ekspertin rəy verərkən heç bir ölçü işlərinin aparmaması, heç bir sahənin ölçülərinin, enini və uzununu qeyd etməməsi, heç bir müqayisəli tədqiqat aparmaması, heç bir tikintiyə aid edilən elmi mənbəyə istinad etməməsi həmin rəyi nəinki məhkəmə, tikinti işindən başı çıxan bir mütəxəssis tərəfindən belə yoxlanmasını mümkünsüz edir. Bu səbəbdən hesab edir ki, iş üzrə yekun qərar verilərkən həmin ekspert rəyi onun qüsurlu olduğu, çoxsaylı pozuntu ilə aparıldığı, daxilində müqayisəli tədqiqata dair bir kəlmə belə olmadığı və heç bir ədəbiyyata istinad edilmədiyi üçün eyni zamanda həmin rəyin doğruluğunu yoxlanılması üçün əlavə və ya təkrar ekspertizanın keçirilmədiyi üçün nəzərə alınmamalıdır. Bildirir ki, birinci instansiya məhkəməsinə əlavə ekspertizanın keçirilməsinə dair tərəfindən əsaslandırılmış yazılı vəsatətin təqdim edilməsinə baxmayaraq, məhkəmə tərəfindən vəsatətimiz təmin edilməmiş və məhkəmə ekspertin natamam, mübahisə doğuran, ekspert tərəfindən aparılmış tədqiqatın heç bir elmi əsası olmamasına, heç bir ölçü aparılmaması, hər hansı bir elmi mənbəyə istinad edilməsinə baxmayaraq məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək qəbul etdiyi qanunsuz və əsassız qətnaməsinin əsasına salmışdır. Məhkəmə cavabdeh tərəfin nə üçün ekspertizanın keçirildiyi gün iştirak etmədiyini soruşmuşdur. Buna cavab ekspertizada iştirak etmək vəzifəsi deyil, hüququ olduğu və iştirak edib-etməməkdən asılı olmayaraq ekspert tərəfindən qanunvericiliyin tələblərinə istənilən halda əməl olunmalı olduğu olmuşdur. Lakin göründüyü kimi ekspert qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Bildirir ki, ekspertiza keçirilən mənzildə balaları qalır və həmin mənzilə ekspertlə daxil olmaq istəməzdi, lakin bu o demək deyil ki, ekspert qarşında duran vəzifələrin yetirilməsinə səthi yanaşmalı və zəruri olan ölçü işlərini görməməlidir. Bildirir ki, birinci instansiya məhkəməsinə əlavə ekspertizanın keçirilməsinə dair tərəfimizdən əsaslandırılmış yazılı vəsatətin təqdim edilməsinə baxmayaraq, məhkəmə tərəfindən vəsatəti təmin edilməmiş və məhkəmə ekspertin natamam, mübahisə doğuran, ekspert tərəfindən aparılmış tədqiqatın heç bir elmi əsası olmamasına, heç bir ölçü aparılmaması, hər hansı bir elmi mənbəyə istinad edilməsinə baxmayaraq məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək qəbul etdiyi qanunsuz və əsassız qətnaməsinin əsasına salmışdır. Birinci instansiya məhkəməsi Cavabdeh2 münasibətdə ilk növbədə iddiaçının müvəqqəti təminat tədbiri barədə iddiaçının ərizəsini təmin edərək mənzilin özgəninkiləşdirməsinə məhdudiyyət qoymuş, daha sonra isə qanunsuz və əsassız qətnamə qəbul edərək, sonuncudan mənzildə payına münasibətdə iddiaçının xeyrinə pul tutulmasını qət etmişdir. Halbuki, sözügedən mənzilə dair iddiaçının heç bir hüququ yoxdur. Nəticədə Cavabdeh2 mülkiyyət hüququ kobud şəkildə pozulur. Göründüyü kimi birinci instansiya məhkəməsinə bu iddianın uydurma iddia olduğunu sübuta yetirməyə çalışsa da, məhkəmə bu nüanslara diqqət yetirməmişdir. Cavabdeh2 konstitusion hüququnu birinci instansiya məhkəməsinin qanunsuz və əsassız qərarı nəticəsində həyata keçirə bilmir, mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış nəticə etibarı ilə kağız parçasına çevrilmişdir. Cavabdeh heç bir qanuni əsas olmadan mülkiyyətindən de fakto məhrum olunmuşdur. Baxmayaraq ki, məhkəmə qərarında mülkiyyət hüququndan məhrum edilməsini göstərməmiş, lakin nəticə etibarı ilə şəxs öz mülkiyyətindən istifadə, sahiblik və sərəncam verə bilmirsə, dolayısı ilə birinci instansiya məhkəməsi iddiaçını mülkiyyətindən məhrum etmiş, mülkiyyətçi hüquqlarınln həyata keçirilməsini mümkünsüz etmişdir.Birinci instansiya məhkəməsi Cavabdeh2 pozulmuş hüquqlarını bərpa etməmiş, onun mülkiyyət hüququnun həyata keçirilməsini mümkünsüz etmişdir.Cavabdeh2 hesab edir ki, mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsinə dair məhkəmənin qərardadı qanunsuz və əsassız olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının olmayan hüquqlarını təsdiqləmişdir. Yuxarıda qeyd etdiyi kimi qeyri-rəsmi nikahın heç bir hüquqi nəticə yaratmadığı səbəbindən keçmiş qaynananın da bu münasibətdən irəli gələn hər hansı hüquqlarından söhbət gedə bilməz, işə baxan məhkəmə təmirin məhz iddiaçı tərəfindən həyata keçirilməsinə dair hər hansı mötəbər sübut tədqiq etməmişdir. İş üzrə şahid kimi dindirilmiş “ustalar”ın usta olub-olmadığına dair, onlara ödənilmiş pul vəsaitlərinə dair hər hansı rəsmi müqavilə, qəbz, yazılı sənəd tədqiq edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş qaimələrin belə həmin mənzildə aparılan təmirə aid olub-olmamasına dair hər hansı əlavə araşdırılma aparılmamışdır. Məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaratmamış, iddia müddətinin buraxılmasına dair ərizəmizi təmin etməmiş, əlavə ekspertizanın keçirilməsinə dair vəsatətimizi təmin etməmiş, nədənsə iddiaçının şahidlərinin verdikləri ifadələr mötəbər sübut kimi qiymətləndirilmiş, lakin Cavabdeh2 şahidlərinin dediklərinə kritik yanaşmışdır. Halbuki qeyd etdiyimiz kimi Ədalət usta özünü prorab adlandırmışdır, bu o deməkdir ki, o özü usta kimi çalışmamış, yalnız nəzarət funksiyasını həyata keçirmişdir. Bəs belə olan halda real təmiri kim həyata keçirmiş və nə üçün həmin şəxslər məhkəmədə şahid qismində dindirilməmişdir. İstənilən təmirin başlıca olaraq onun edilməsinə dair müqavilə və smeta olmalıdır. Lakin iş materiallarından da görünür ki, iddia edilən təmirin həyata keçirilməsinə dair hər hansı bir müqavilə və ən əsası təmirin mərhələlərini əhatə edən, əl haqqını müəyyən edən və eyni zamanda sərf ediləcək tikinti materiallarını nəzərdə tutan smeta məhkəməyə təqdim edilməmişdir.İddiaçı tərəfindən bir neçə nəfər özlərini usta adlandıran şəxs məhkəmənin iclas zalında şahid qismində dəvət olunmuşdur. Həmin şəxslər dindirilərkən onlarla iddiaçı arasında hər hansı bir təmir podratına dair müqavilə, onlara pul vəsaitinin ödənilməsinə dair qəbz məhkəməyə təqdim edilməmişdir. İddiaçının əsas şahidi X17 (protokola qeyd edilməsinə dair e-2(001)- 4483/2023 saylı, xx.xx.2023 tarixli qərardad) özünü prorab olduğunu vurğulayır. Məsələ orasındadır ki, prorab birbaşa təmir işi görən şəxs deyil, prorab nəzarət funksiyasını həyata keçirən şəxsdir. Bəs onda sual yaranır ki, həmin mənzil hansı ustalar tərəfindən təmir olunub, ayrı-ayrı işlər hansı ustalar tərəfindən həyata keçirilmiş və onlara hansı vəsait ödənilmiş, material kim tərəfindən verilmişdir. Bu sualların cavabı açıq qalmışdır. Həmin şəxslərin şəxsiyyəti məlum o l m a m ı ş , faktiki təmir həyata keçirən şəxslər məhkəmə zalında dindirilməmişdir. Halbuki, Ədalət Abbasov mənzili pod klyuç təhvil verdiyini bildirmişdir. E y n i zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Ədalət Abbasov məzilin təmirinə ona cəmi 25000 manat verildiyini, o məbləğin 5000 manatını iddiaçının tələbi ilə geri qaytardığını bildirmişdir. Eyni zamanda ona verilən suala cavab olaraq, o, mənzilin təmiri üçün istifadə edilmiş materiallara cəmi 20000 manat pul xərcləndiyini bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə bir neçə qəbz təqdim edilmişdir ki, onların əsaslılığı cavabdeh tərəfdə şübhə doğurur, belə ki, həmin qəbzlərdə möhür yoxdur və həmin qəbzlərin hansı təşkilar və ya fiziki şəxslər tərəfindən verildiyi məhkəmədə yoxlanılmamışdır. Həmin qəbzlərə nəzər salsaq belə orada qeyd edilən materialların qiymətləri belə 5000 manatı keçmir. Məhkəmə zalında dindirilmiş Pərviz Əhmədov 2000-3000 manatlıq material alındığını vurğulasa da, buna dair onda qaimənin nüsxəsi olduğu soruşulanda, mağaza yandığı səbəbindən onda hər hansı təsdiqedici sənədin olmamasını bildirmişdir və bu məhkəmənin protokolunda öz əksini tapmışdır. İş üzrə şahid qismində dindirilmiş Mehman Hüseynov evin kanalizasiya sisteminin söküb yenidən qurduğunu bildirir, halbuki buna nə üçün zərurət yarandığı məsələsi açıq qalmaqla, bir şeyin nə üçün həm qurulması üçün sərf edilməsi ehtimal edilən, həm də sökülərək yenidən qurulması üçün cavabdehdən pul tələbi də absurddur. Eyni zamanda bildirmək istəyir ki, iddiaçı tərəfindən cəlb edilmiş şahidlər Mabud Rəsulov və Xaildə Rəsulovanın ümumiyyətlə ifadələri nəzərə alınmamalıdır. Buna səbəb həmin şəxslərin iddiaçının bacı və qardaşı olması, onların təmirdə hər hansı bir iştirakı olmaması, ifadələrinə diqqət yetirsək onların tərəflərə hər hansı bir vəsait verməməsi, Cavabdeh2 onların bacısı qızlarından nikahının pozulmasıdır ki, cavabdehlər artıq uzun illərdir ki, bir-birlərinə qarşı saysız hesabsız məhkəmə mübahisələri mövcuddur. Qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 tərəfindən cəlb edilmiş və məhkəmə iclasında dindirilmiş şahid X10 onun tərəfindən 2012-2013-cü illərdə sözügedən mənzildə elektrik işlərinin görünməsini və kombi sisteminin çəkilməsini və bunun müqabilində materiallarla birlikdə məhz Cavabdeh2 4000 manat pul vəsaitinin alınmasını bildirmişdir. X32 mifik, gözəgörünməyən və şəxsiyyətləri məlum olmayan ustalarından savayı olaraq işlərin şəxsən gördüyünü, materialları şəxsən alıb daşıdığını və konkret işlərin görülməsini təfərrüatı ilə danışmışdır.(xx.xx.2023-cü il tarixli iclasın protokolunda öz əksini tapmışdır). Məhkəmə Şahid Əbülfət Məmmədovun ifadəsinə kritik yanaşmış, lakin bunu əsaslandırmamışdır. Yaxşı əgər kombi sistemi Əbülfət Məmmədovun tərəfindən çəkilməmişdirsə, bəs belə olan halda kim tərəfindən çəkilməsi açıq qalmışdır, belə ki İddiaçı kombi sistemini çəkən ustanı işə cəlb etməmiş, buna dair məhkəmədə hər hansı bir şahid ifadə verməmişdir. Cavabdeh2 tərəfindən cəlb edilmiş şahid Ceyhun Mikayılov məhkəmə iclasında şahid qismində ifadə verərək sözügedən mənzildə istilik sisteminin çəkilməsini, ona 1000 manat zəhmət haqqının verilməsi, sərf olunan materialları Cavabdeh2 tərəfindən Sədərək Ticarət Mərkəzindən 2400-2500 manata aldığını vurğulamışdır.(xx.xx.2023-cü il tarixli iclasın protokolunda öz əksini tapmışdır). Məhkəmədə şahid qismində dindirilmiş Nicat Həsənov 2018-2019-cu ildə 1400 manat pulu Raufun zənginə əsasən İddiaçı oğluna verdiyini bildirmişdir. Cavabdeh2 bildirir ki, həmin pul vəsaitini divar kağızlarının alınması üçün iddiaçıya göndərmişdir. Göründüyü kimi divar kağızlarının alınması tarixi və qiyməti şahidin ifadəsi ilə üst-üstə düşür, yəni dolayısı ilə divar kağızlarının Cavabdeh2 tərəfindən alınmasını bir daha sübuta yetirir. Şahid ifadələri bir daha təmirin Cavabdeh2 tərəfindən həyata keçirilməsinin, bunun üçün pul xərcləməsini, ustalar cəlb edilməsini sübut edir. Mənzilin giriş qapısına münasibətdə isə məhkəmə Cavabdeh2 dəlillərini qəbul etməmiş, qeyd etmişdir ki, iş materiallarında olan fotoşəkillərdən qapının MTK tərəfindən 2012-ci ildə qoyulmuş qapı olmadığı aşkardır. Lakin yeni quraşdırılmış giriş qapısının iddiaçı tərəfindən alınmasına dair hər hansı sübut məhkəmədə tədqiq edilməmişdir. Sözügedən təmirin hər hansı bir smetası olmamışdır. Eyni zamanda iddiaçı tərəfindən sübut kimi təqdim olunan qaimələrin ümumi qiyməti mənzilin təmirində istifadə olunmuş materialların heç 10 faizini təşkil etmir. Şahid kimi dindirilmiş ustaların nəinki həmin mənzilə, heç ustalığa aid olunub-olunmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Şahid qismində dindirilmiş ustaların heç birisinin iddiaçı ilə müqaviləsi olmamış, onlara pul vəsaitinin verilməsinə dair hər hansı bir sübut məhkəmədə tədqiq edilməmişdir. Məhkəmə qətnaməsi hüquq normalarına deyil, ekspertin qanunsuz rəyinə söykənmişdir, halbuki iddiaçının özünün cəlb etdikləri “ustalar” təmirə cəmi 40000 manat xərcin çıxdığını bildirirsə, necə ola bilər ki, ekspert öz rəyində bu məbləğin ikiqatın çıxarsın. Yuxarıda sadaladığım kimi, sözügedən qətnamə tamamilə qanunsuz və əsassızdır, hüquq normaları qətnamədə görünüş yaradılması üçün sadalanmışdır, halbuki iddiaçı tələb üzrə iddia müddətini ötürmüşdür. Qətnamə həqiqi hallara deyil, tərəflərin qarşılıqlı münasibətinə deyil, iddiaçının istəkləri, fərziyələri və işə baxan məhkəmənin mülahizələri ilə əsaslandırılmışdır, iddiaçı iddia etdiyi təmirin nə smetası var, nə ustalarla müqaviləsi var, nə ustalara pul vəsaitinin verilməsinə dair yazılı hər hansısa sübut olmuşdur. Lakin bu hal məhkəmənin təmirin iddiaçı tərəfindən həyata keçirilməsi qənaətinə gəlməsi üçün maneə olmamışdır. M ə h k ə m ə iş üzrə tətbiq olunacaq qanunvericiliyi sadalamış, lakin yekunda qanunda olmayan əsaslar üzrə iddia müddətinin ötürülməməsi qənaətinə gəlmişdir, lakin cavabdehlərin qeyri rəsmi bir yerdə yaşaması onların ər-arvad olması anlamına gəlmir və onların bu münasibəti hər hansı hüquqi nəticə yarada bilməz. Eyni zamanda onlar ər-arvad belə olsaydılar, bu yenə də iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi üçün əsas ola bilməzdi, çünki iddiaçı nəinki Cavabdeh2 münasibətdə, eyni zamanda öz qızı Cavabdeh1 münasibətdə iddia müddətini ötürmüşdür. Məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaratmamış, iddia müddətinin buraxılmasına dair ərizəmizi təmin etməmiş, əlavə ekspertizanın keçirilməsinə dair vəsatəti təmin etməmiş, nədənsə iddiaçının şahidlərinin verdikləri ifadələr mötəbər sübut kimi qiymətləndirilmiş, lakin Cavabdeh2 şahidlərinin dediklərinə kritik yanaşmışdır. Halbuki, Ədalət usta özünü prorab adlandırmışdır, bu o deməkdir ki, o özü usta kimi çalışmamış, yalnız nəzarət funksiyasını həyata keçirmişdir. Məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaratmamış, iddia müddətinin buraxılmasına dair ərizəni təmin etməmiş, əlavə ekspertizanın keçirilməsinə dair vəsatətimizi təmin etməmiş, nədənsə iddiaçının şahidlərinin verdikləri ifadələr mötəbər sübut kimi qiymətləndirilmiş, lakin Cavabdeh2 şahidlərinin dediklərinə kritik yanaşmışdır. Məhkəmə mənzilə iddiaçı tərəfindən 54386 manat məbləğində mənzilə pul xərclənilməsi qənaətinə gəlmiş, lakin iddiaçı tərəfindən bu pulun xərclənməsinə dair hər hansı bir mötəbər sübut (smeta, müqavilə, qəbz) təqdim edilməmiş, faktiki işi görən ustalar şahid qismində məhkəmə zalında dindirilməmiş, əsas təmiri özünü prorab adlandıran Ədalət usta tərəfindən həyata keçirilməsi müəyyənləşdirilmişdir. Halbuki Ədalət usta özü ona cəmi 25000 manat verildiyini, həmin pulun 5000 manatının geri qaytarıldığını və tikinti materiallarına cəmi 20000 manatadək pul xərcləndiyini bildirmişdir. İş üzrə keçirilmiş ekspertizanın rəyi natamam olmuş, işin faktiki halları ilə uyğun gəlməmiş və tərəfindən bu uyğunsuzluğun aradan qaldırılmasına yönəlmiş əlavə ekspertizanın keçirilməsinə dair əsaslandırılmış vəsatət təmin edilməmişdir, halbuki ekspert tərəfindən heç bir ölçü işlərinin aparılmaması,heç bir elmi mənbəyə istinad edilməməsi açıq aşkardır. Birinci instansiya məhkəməsi qətnaməsində göstərmiş nəticələri işin hallarına uyğun deyildir. Hesab edir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Eyni zamanda məhkəmənin protokolundan da görünür ki, Xatirə xanım pəncərənin qoyulması üçün 500 manat şirinlik verdiyini bildirdi. Daha sonra Xatirə xanım bildirdi ki, Cavabdeh2 500 manat istəyib və Rauf vermədiyindən pulu oğlu verdi. Bəs təmiri Xatirə xanım etmişdisə nə üçün, o, Raufdan 500 manat pul istəyirdi. Bu hal bir daha sübuta yetirir ki, iddiaçı sözügedən mənzilin təmirini özünün deyil, Cavabdeh2 hesabına həyata keçirmişdir. Eyni zamanda kombi və radiatorlara (*belə ki, həmin əşyaların alınması və quraşdırılmasına dair Cavabdeh2 təqdim etdiyi sübutların mötəbərliyini tanımışdır) sərf olunmuş pul vəsaitinin Cavabdeh2 təqdim etdiyi sübutların mötəbərliyini tanıyırsa, nə üçün bəs təmirin Cavabdeh2 deyil, məhz İddiaçı tərəfindən həyata keçirilməsi qənaətinə gəlmişdir? Apellyasiya icraatında müəyyən edilən hallar

7. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tikinti texniki və məhkəmə - əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertiza tədqiqatının aparılması Ədliyyə Naizrliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 21 may 2025-ci il tarixli, 3-16-16/2-9/94xx-xx/9101/2024 nömrəli məhkəmə - əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məktubu məhkəməyə təqdim olunmuşdur.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia müddətinin tətbiqinə dair vəsatət təqdim etmiş və qeyd etmişdir ki, Tərəflərindən, yəni Cavabdeh2 tərəfindən iddia müddətinin tətbiqinə dair vəsatət birinci instansiya – Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində vaxtında və qanuni qaydada verilmişdir. Lakin birinci instansiya məhkəməsi bu vəsatəti əsassız olaraq təmin etməmiş, iddia müddətinin guya ötürülmədiyi qənaətinə gəlmişdir. Halbuki, işin bütün materialları, məhkəmə protokolları, tərəflərin izahatları və yazılı sübutlar açıq şəkildə göstərir ki, iddiaçının iddia hüququ 2019-cu ildə yaranmış, yəni Mülki Məcəllənin 373, 375 və 377-ci maddələrində nəzərdə tutulan iki illik iddia müddəti 2021-ci ildə bitmişdir. Bu səbəbdən, məhkəmənin qətnaməsi qanunsuz və əsassız hesab edilməli, iddia müddətinin tətbiqi təmin olunmalıdır. İddia ərizəsinin məzmunundan və işin halları üzrə sübutlardan aydın olur ki, iddiaçının “əsassız varlanma” adlandırdığı hadisə 2019-cu ilin fevral–sentyabr ayları arasında baş vermişdir. İddiaçı özü məhkəmədə etiraf etmişdir ki, mübahisəli mənzilin təmiri 2019-cu ilin sentyabr ayında yekunlaşmışdır. İddiaçının öz izahatına əsasən, o, guya 2019-cu ilin sentyabr ayında mənzildə təmir işlərinin başa çatdığını və cavabdehlər tərəfindən ona hər hansı ödəniş edilmədiyini bildiyini iddia etmişdir. Cavabdeh2 bu iddianı tamamilə əsassız və sübutsuz hesab edir və iddiaçının mənzildə təmir işləri aparması faktını qəbul etmir (əksinə, təmir işləri aparılıbsa belə, bu, Cavabdeh2 hesabına həyata keçirilib). Bununla belə, iddiaçının öz söylədikləri və iş materiallarına əlavə edilmiş təhsil sənədləri — Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu və Bakı şəhəri Vüqar Əvəzov adına 300 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli arayışı — göstərir ki, cavabdehlərin övladları xx.xx.2019cu ildən Biləcəridə yerləşən 300 nömrəli məktəbdə təhsilə başlamışlar; bu hal mübahisəli mənzilin 2019-cu ilin sentyabrınadək yaşayış üçün hazır vəziyyətə gətirildiyini təsdiqləyir. Beləliklə, hətta iddiaçının öz iddiaları və həmin sənədlər kontekstində belə, Mülki Məcəllənin 377.1-ci maddəsinə uyğun olaraq iddia müddəti 2019-cu ildən hesablanmalı və 2021-ci ildə başa çatmış sayılmalıdır. Bununla belə, iddiaçının öz ifadəsinə əsaslansaq belə, o, həmin tarixdə artıq özünün iddia etdiyi “pozulma” barədə məlumatlı olmuşdur. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Lakin iddiaçı məhkəməyə yalnız 2023-cü ilin iyul ayında müraciət etmişdir. Bu, iki ildən artıq gecikmədir və iddia müddətinin bərpası üçün qanuni əsas mövcud deyil. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəməyə bildirmişdir ki, o, Cavabdeh2 atası Yaqub Soltanova zəng edərək “mənzilin təmir edilməsini istədiyini və bu mənzilin gələcəkdə satılıb- satılmayacağını soruşduğunu”, sonuncunun isə guya “mənzil satılmayacaq” cavabı verdiyini qeyd etmişdir. Mübahisəli mənzilin Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətində olduğu, və iddiaçının bu mənzil üzərində heç bir hüququnun olmadığı rəsmi sənədlərlə təsdiq edilir. Əlavə olaraq, iddiaçının məhkəmədə “mən nənə olaraq bu evi heç bir təmənna güdmədən, hədiyyə olaraq təmir etmişəm” ifadəsini işlətməsi, onun öz iddiasının qeyri-məntiqi və ziddiyyətli olduğunu göstərir. Həmin ifadə göstərir ki, iddiaçı iddia etdiyi təmiri, əgər etmişsə belə, hədiyyə kimi qiymətləndirmişdir, yəni bu hal əsassız varlanma tələbi üçün hüquqi əsas yarada bilməz. Ən əsası, Cavabdeh2 iddiaçının bu mənzildə hər hansı təmir işləri aparması faktını tamamilə inkar edir. Təmir işlərinin, əgər aparılmışsa belə, Cavabdeh2 şəxsi vəsaiti hesabına həyata keçirilmişdir. Belə olan halda, iddiaçının təmir xərclərinə dair irəli sürdüyü iddia nə faktiki, nə hüquqi sübutla dəstəklənmir və iddia müddətinin keçməsi ilə yanaşı, ümumiyyətlə, tərkibcə əsassızdır. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, guya cavabdehlər “2016-cı ildən 2022-ci ilə qədər barışaraq bir ailə kimi yaşamışlar.” Bu arqument tamamilə həqiqətə uyğun deyil və işin materialları ilə təkzib olunur. Əgər tərəflər doğrudan da “barışmış” olsaydılar, Cavabdeh1 Cavabdeh2 barəsində dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edib onun barəsində cinayət işlərinin başlanmasına nail olmazdı. İş materiallarında aydın şəkildə görünür ki, Cavabdeh1 2017– 2022-ci illər ərzində Cavabdeh2 barəsində bir neçə dəfə şikayətlər vermiş, onun barəsində əsassız cinayət işlərinin açılmasına çalışmışdır. Halbuki, Cavabdeh2 heç bir cinayət törətmədiyini izah etmiş və onun barəsində başlanmış işlər məhkumluqla nəticələnməmişdir. Bu hallar göstərir ki, tərəflər arasında “barışıq” münasibəti deyil, əksinə, uzunmüddətli və dərin qarşıdurma mövcud olmuşdur. Odur ki, məhkəmənin “ailə birliyi” faktına istinad etməklə iddia müddətinin axımını guya dayandırılmış hesab etməsi qanunsuz və sübutsuz qərardır. Əlavə olaraq, iddiaçının qızı Cavabdeh1 və Cavabdeh2 arasında nikahın Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə pozulduğu və həmin vaxtdan etibarən tərəflərin hər biri öz müstəqil yaşayışını qurduğu, mənzilin isə 2016-cı ildə paylara bölündüyü rəsmi sənədlərlə sübut olunur. Belə şəraitdə “ailə münasibətlərinin bərpası” barədə iddia hüquqi və faktiki əsasdan məhrumdur. Nikah münasibətləri yalnız dövlət qeydiyyatına alındığı andan hüquqi nəticə doğurur. Cavabdeh2la Cavabdeh1 nikahı 2014-cü ildə məhkəmə qətnaməsi ilə pozulduqdan sonra tərəflər arasında baş verə biləcək hər hansı qeyri-rəsmi münasibətlər nə hüquq, nə də vəzifə yarada bilərdi. Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahdan kənar birlikdə yaşamaları ailə münasibəti kimi tanımır və belə hallara hüquqi nəticə bağlamır. Deməli, Cavabdeh2 Cavabdeh1 ilə rəsmi nikahdan kənar münasibətdə olması onların, xüsusilə də üçüncü şəxs – İddiaçı hüquq və ya vəzifə daşıyıcısına çevrilməsi üçün hüquqi əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 375, 377 və 1095-ci maddələrinə əsasən, iddia müddəti şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır və bu müddət keçdikdə iddia məhkəmə tərəfindən təmin edilə bilməz. İddiaçı iş materiallarında, o cümlədən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatda, mübahisəli mənzildə təmir işlərinin 2018 – 2019-cu illərdə aparıldığını qeyd etmişdir. Belə olan halda, iddia hüququ həmin tarixdə - ən geci 2019-cu ilin sentyabr ayında yaranmışdır, yəni iki illik iddia müddəti 2021-ci ilin sentyabrında başa çatmışdır. Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələrinə görə, iddia müddətinin tətbiqi məhkəmənin təşəbbüsü ilə deyil, yalnız tərəfin müvafiq ərizəsi əsasında həyata keçirilir. Cavabdeh2 belə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir, lakin məhkəmə bu vəsatəti əsassız olaraq rədd etmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin 11 fevral 2022-ci il tarixli Plenum Qərarında da qeyd olunur ki, iddia müddətinin keçməsi hüququn özünün deyil, onun məhkəmə vasitəsilə icra olunması imkanının itməsi deməkdir. Eyni zamanda Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında vurğulanır ki, iddia müddətinin keçməsi məhkəməyə müraciət hüququnu aradan qaldırmır, lakin iddianın təmin edilməsinə hüquqi maneə yaradır. Bu hüquqi mövqeyə əsasən, məhkəmə bir tərəfin iddia müddətinin keçməsi barədə vəsatətini təmin etmədiyi halda, bu, qanunun tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarında bu məsələnin düzgün qiymətləndirilməməsi prosessual və maddi hüquq normalarının pozulması hesab edilməlidir. İddiaçının özü məhkəmədə “mən evi nənə olaraq təmir etmişəm, heç bir təmənna güdməmişəm” ifadəsini işlədir, lakin eyni zamanda əsassız varlanma tələbi irəli sürür. Bu, onun mövqeyinin daxili ziddiyyətini və hüquqi məntiqsizlik dərəcəsini göstərir. Digər tərəfdən, iddiaçı özünün təmir işlərini 2018-2019-cu illərdə həyata keçirdiyini deyir, amma eyni zamanda 2023-cü ildə iddia qaldırır, yəni dörd ildən çox gecikmə ilə. Bu da iddia müddətinin açıq şəkildə keçdiyini təsdiqləyir. Eyni zamanda qeyd edilməlidir ki, Cavabdeh2 iddiaçının göstərdiyi təmir faktını tamamilə inkar edir. Təmir işlərinin həyata keçirilməsi, əgər olmuşdursa belə, Cavabdeh2 şəxsi vəsaiti hesabına aparılmışdır. Bu hal ödəmə sənədləri, tikinti materialları alışına dair qəbzlər və şahid izahatları ilə təsdiq olunur. Bu səbəbdən, iddiaçının “əsassız varlanma” adlandırdığı hadisə faktiki olaraq mövcud olmamışdır və belə bir tələbin mahiyyəti etibarilə hüquqi əsası yoxdur.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən şəkildə izahat verir və iddia tələbinin tam təmin edilməsini xahiş edir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 iddiaçının iddia tələbini qəbul etdiyini və iddiaçı ilə aralarında hər hansı mübahisənin olmadığını bildirmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 iddiaçının iddia tələbini qəbul etmədiyini bildirmiş və özünün apellyasiya şikayətini müdafiə edərək, mənzilin onun özü tərəfindən təmir edildiyini bildirmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin məzmunu ilə eyni məzmunda izahat vermiş və iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən (Cavabdeh1 şikayət vermədiyindən iddiaçının və digər Cavabdeh2 mübahisələndirdikləri) hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdən keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

15. Mülki Məcəllənin tələblərinə əsasən: 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir:1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 76-82, 106, 119, 217, 385-390-cı maddələrinə istinadən mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından cavabdehin şikayətin təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsi qətnaməsi ona münasibətdə ləğv edilməli, iddia tələbi Cavabdeh2 aid hissədə rədd edilməlidir.

18. Belə ki, iddiaçı öz şikayətində qeyd etmişdir ki, nəvələrinin rahat şəraitdə yaşamasını təmin etmək məqsədi ilə mənzil tərəfindən təmir edilmişdir, cavabdeh isə həmin mənzili hərraca çıxararaq varlanmaq niyyətindədir. Cavabdeh qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3922/2023 saylı iş üzrə qanuni və əsaslı qətnaməsinin icrasının mümkünsüz edilməsi üçün İddiaçı qızı hazırkı iş üzrə Cavabdeh1 ilə sövdələşərək uydurma bir iddia tələbi irəli sürmüşdür.

19. Məhkəmə kollegiyasının qənaətinə görə,Cavabdeh2 Cavabdeh1 ilə barışması və bir ailə kimi yaşaması iddiaçıya münasibətdə heç bir hüquqi nəticə doğurmur. İddiaçı tərəfindən mənzilin təmirinə xərc çəkməsi belə Cavabdeh2 qarşısında öhdəliklər yarada bilməz. Belə ki, hüquqi cəhətdən iddiaçı qızının boşandığını bilərək öz nəvələrinin yaşıyışını təmin etdiyi zaman bilməli olduğu məqam ondan ibarət idi ki, mənzil paylı mülkiyyətdir və mülkün sahibləri bir-birləri ilə heç bir rəsmi ailə münasibətlərində deyillər. Əlavə olaraq, Cavabdeh2 ilə iddiaçının hər hansı bir sövdələşməsi mövcud olmamışdır ki, onun əsassız varlanmasına hüquqi əsaslar yaransın. Qanunvericilik öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən, məhrum olan varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər, əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, qaytarma tələbi istisna edilir. Göründüyü kimi, iddiaçı ilə heç bir bağlılığı olmayan Cavabdeh2 tərəfindən hərəkət (hərəkətsizlik) etmək kimi davranılmalı olan hallar sübuta yetirilmir, habelə məqsədə çatılmasının əvvəlcədən qeyri-mümkünlüyü hamıya bəlli olan haldır və iddiaçı bunu bilirdi. Belə ki, mübahisəli mənzilin Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətində olduğu və iddiaçının bu mənzil üzərində heç bir hüququnun olmadığı rəsmi sənədlərlə təsdiq edilir. Apellyasiya icraatı zamanı iddiaçı öz izahatında heç bir təmənna güdmədən mənzili təmir etdiyini söyləməklə öz iddiasının əsassız olduğunu özü təsdiq etmişdir. Yəni iddiaçı iddia etdiyi təmiri etmiş olduğu təqdirdə belə, bu hal əsassız varlanma tələbi üçün hüquqi əsas yarada bilməz. Bununla belə, Cavabdeh2 iddiaçının bu mənzildə hər hansı təmir işləri aparması faktını tamamilə inkar edir, aparıldığı halda belə, Cavabdeh2 şəxsi vəsaiti hesabına həyata keçirildiyini bildirmişdir.

20. Qeyd edilənlər baxımından iddiaçı mənzilin təmir olunduğu zamandan hüquqları barədə məlumatlı olmağa borclu olduğundan, hətta iddianın hüquqi istinadı üzrə əsassız varlanma üçün əsaslar olduğu təqdirdə belə, iddia müddətinin axımı təmirin bitdiyi 2019-cu ilin sentyabr ayından hesablanmalıdır. İddiaçı da əqdin icrasına başlanıldığı bu tarixdən 2 ildən artıq xeyli müddət keçdikdən məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd etməyi zəruri sayır ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir.

21. İddia müddətinin tətbiqi məhkəmə müdafiəsi hüququnun qanuni formada məhdudlaşdırılmasına, yəni hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəblərdən biridir. Belə ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.

22. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında izah etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarları).

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

24. Cavabdeh2 şikayətinin təmin edilməsi barədə əsasların mövcudluğu və iddianın Cavabdeh2 münasibətdə əsassızlığı məhz iddiaçının Cavabdeh2 aid hissədə tələbini istisna edir və bu hissədə iddiaçının dəlillərinin əsassızlığını müəyyən edir. Digər Cavabdeh1 qətnaməni mübahisələndirmədiyindən və izahatında iddiaçı ilə aralarında hər hansı bir mübahisənin olmadığını qeyd etdiyindən, ona aid hissədə tələbin müzakirəsi hüquqdan suiistifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Lakin prosessual cəhətdən (formal olaraq) qeyd edilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı qətnaməni tam mübahisələndirsə də, şikayətin məzmununda mövqeyini Cavabdeh2 aid hissədə müdafiə edərək Cavabdeh1 aid hissədə əsaslı dəlillər irəli sürməmişdir. Bununla belə, diqqətə çatdırılmalıdır ki, aralarında mübahisənin olmadığına baxmayaraq iddiaçı Cavabdeh1 münasibətdə o, iddiadan imtina etməmiş və qeyd edilənlərdən irəli gələrək, məhkəmənin də hazırki prosessual mərhələdə işin icraatına hissəvi xitam vermək kimi prosessual səlahiyyəti də mövcud olmamışdır.

25. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-286/2024 saylı işi üzrə 19 aprel 2024-cü il tarixli qətnaməsi qismən ləğv edilməli və Cavabdeh2 münasibətdə (aid hissədə) iddia tələbi rədd edilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdr.

26. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, tələb olmadığından apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu ödəyən şəxsə aid edilməlidir.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin, Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-286/2024 saylı işi üzrə 19 aprel 2024-cü il tarixli qətnaməsi qismən - Cavabdeh2 aid (təmin edilmiş) hissədə ləğv edilsin və həmin hissədə iddia tələbi rədd edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar