Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2550/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Muradov Elsever İsmayıl oğlunun, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mahmudova Münəvvər Cəlil qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5374/2021 nömrəli 02 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxs Mahmudova Münəvvər Cəlil qızı olmaqla “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras almaq hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mahmudov Fərahim Fərman oğlunun 1994-cü ildən vəfat etdiyi 04.11.2020-ci il tarixədək uzunsürən və ağır onkoloji xəstəlikdən və 01.12.2020-ci il tarixli Ölüm haqqında Şəhadətnamədə ölümün səbəbi kimi göstərilən ürəyin aterosklerotik xəstəliyindən əziyyət çəkməsi səbəbindən mirası qəbul edə bilməməsini üzrlü səbəb kimi nəzərə alaraq 4 saylı Bakı “ASAN XİDMƏT” mərkəzində notariat ofisindən verilən 05 aprel 2021-ci il tarixli, 501 №li cavab məktubunda Notariat ofisinin notariusu Sidqi Həbibbəylinin qəbul etdiyi inzibati aktın ləğv edilməsini və İddiaçı qanun üzrə vərəsəlik hüququnun və atasına çatası ünvan 1 ünvanında yerləşən mənzildən mirası almaq hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Mahmudova Münəvvər Cəlil qızının adına verilmiş 28.01.2020-ci il tarixli, 2V-86 reyestrdə qeyd edilmiş tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən mənzildən miras almaq hüququnun tanınması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ərizə ilə 4 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. 4 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisindən verilən 05 aprel 2021-ci il tarixli 501 №li inzibati aktda ona bildirilmişdir: “05 aprel 2020-ci il tarixdə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, 15.06.2019-cu il tarixdə vəfat etmiş babanız Mahmudov Fərman Şahpələng oğlunun arvadı Mahmudova Münəvvər Cəlil qızına 17.12.2019-cu il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya mərkəzi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olan 332,00 (üç yüz otuz İki manat sıfır qəpik) məbləğində pul vəsaitinə dair 2V-1096 reyestrdə qeyd edilmiş və ünvan 2 ünvanında yerləşən mənzilə dair 28.01.2020-ci il tarixdə 2V-86 reyestrdə qeyd edilmiş tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 04.11.2020-ci il tarixdə vəfat etmiş atanız Mahmudov Fərahim Fərman oğlu vəfat edən günədək mirası qəbul etmədiyi üçün sizə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyil”. İddiaçı atası Mahmudov Fərahim Fərman oğlu 04.11.2020-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyindən vəfat etmişdir. Bundan başqa Mahmudov Fərahim Fərman oğlu bildirdiyinə görə 1994-cü ildən özünü onkoloji xəstə hesab etmişdir. Belə ki, Mahmudov Fərahim Fərman oğlu 07.06.2010-cu il tarixdə arabir qarında olan köp və dildə olan acılıq şikayətləri ilə Milli Onkologiya Mərkəzinə müraciət etmişdir. Təqdim edilən müayinələrə və epikrizlərə əsasən xəstəyə “Sol xayanın xərçəngi, peritonarxası limfa düyünlərinə metastaz. Kombinə olunmuş müalicədən sonrakı vəziyyət (1994). Xəstəliyin proqressivləşməsi, peritonarxa sahəyə metastaz, Sol tərəfli neffektamiya və İV kurs PKT (1995). Xəstəliyin təkrari proqressivləşməsi, cərrahi əməliyyat və İİİ kurs PKT sonrakı vəziyyət (2010)” diaqnozu qoyulmuşdur. Bu Milli Onkologiya Mərkəzinin ona ünvanlanmış sorğuya 4/277-449 №li, 30 aprel 2021-ci il tarixli cavab məktubunda təsdiqlənir. Milli Onkologiya Mərkəzinin cavab məktubundan göründüyü kimi Mahmudov Fərahim Fərman oğlu 1994-cü ildən vəfat etdiyi 04.11.2020-ci il tarixədək uzunsürən və ağır onkoloji xəstəlikdən əziyyət çəkmişdir. Qeyd etdiyi kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mahmudov Fərahim Fərman oğlu 1994-cü ildən vəfat etdiyi 04.11.2020-ci il tarixədək uzunsürən və ağır onkoloji xəstəlikdən və 01.12.2020-ci il tarixli Ölüm haqqında Şəhadətnamədə ölümün səbəbi kimi göstərilən ürəyin aterosklerotik xəstəliyindən əziyyət çəkməsinə görə mirası qəbul edə bilməmişdir. Mahmudov Fərahim Fərman oğlu uzunsürən və ağır onkoloji xəstəlikdən və ürəyin aterosklerotik xəstəliyindən əziyyət çəkməsinə görə nəinki mirası qəbul edə bilməmiş, həmçinin o, göstərilən xəstəliklər səbəbindən heç vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu günü belə bilməmişdir. Hətta uzunsürən və ağır onkoloji xəstəlikdən və ürəyin aterosklerotik xəstəliyindən əziyyət çəkməsi və səhhətinin yerində olmaması səbəbinə görə Mahmudov Fərahim Fərman oğlu heç vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu günü bilə bilməzdi. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5374/2021 nömrəli 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Muradov Elsever İsmayıl oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mahmudova Münəvvər Cəlil qızı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəmə kollegiyasının iclаsında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5374/2021 nömrəli 02 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01.12.2020-ci il tarixli, AZ-İİ 138889 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mahmudov Fərahim Fərman oğlu 04.11.2020-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyindən Rusiya Federasiyasının Moskva şəhərinin Şolkov rayonunda ölmüşdür. - 05 noyabr 2020-ci il tarixli mərhumun cənazəsinin çağırılması barədə arayışdan görünür ki, Mahmudov Fərahim Fərman oğlunun ölüm səbəbi infeksiyon xəstəlik olmadığı və cənazənin Maxaçkalaya oradan da Azərbaycan Respublikasına aparılması mümkün hesab edilmişdir. - 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notaria Ofisi tərəfindən verilmiş 05 aprel 2021-ci il tarixli, 501 nömrəli məktubun surətindən görünür ki, 15.06.2019-cu il tarixdə vəfat etmiş babanız Mahmudov Fərman Şahpələng oğlunun arvadı Mahmudova Münəvvər Cəlil qızına 17.12.2019-cu il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya mərkəzi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olan 332,00 (üç yüz otuz İki manat sıfır qəpik) məbləğində pul vəsaitinə dair 2V-1096 reyestrdə qeyd edilmiş və ünvan 2 ünvanında yerləşən mənzilə dair 28.01.2020-ci il tarixdə 2V-86 reyestrdə qeyd edilmiş tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 04.11.2020-ci il tarixdə vəfat etmiş atanız Mahmudov Fərahim Fərman oğlu vəfat edən günədək mirası qəbul etmədiyi üçün sizə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin 30 aprel 2021-ci il tarixli, 4/277-449 nömrəli məktubunda qeyd edilmişdir ki, Mahmudov Fərahim Fərman oğlu ilk dəfə 07.06.2010 tarixdə arabir qarında olan köp və dildə acılıq şikayətləri ilə MOM-a müraciət etmişdir (A/K 5069/10).Anamnezdən məlum olur ki,özünü 1994-cü ildən xəstə hesab edir. Aparılan müayinələr zamanı xayada və qarın boşluğunda törəmə aşkar edildiyindən RKX -da "Laparatomiya, törəmədən, biopsiya "cərrahi əməliyyatı aparılmışdır. Pataloji rəy: Herminogen şiş. Xəstə sonra Rusiya Onkoloji Mərkəzinə müraciət etmiş və aparılan müayinələr əsasında xəstəyə "Sol xayanın xərçəngi, peritonarxası limfa düyünlərinə metastaz” diaqnozu qoyulmuş və “Sol tərəfli Orxofinikulektomiya, Peritonarxasi törəmənin çıxarılması "cərrahi əməliyyatı aparılmışdır. Patolji Rəy: Herminogen şiş. Xəstəyə ROEM-də əməliyyatdan sonra İV kurs PKT aparılmışdır. (07.06 - 25.08.1994) Müalicədən sonra Moskva şəhərində kontrol müayinələr zamanı peritonarxası sahədə residiv törəmənin əmələ gəlməsi aşkar edildiyindən xəstəyə 1995 - ci ilin mart ayında İsraildə "Sol tərəfli nefrektomiya, peritonarxası limfadisseksiyası" cərrahi əməliyyatı və əməliyyatdan sonra İV kurs PKT aparılmışdır. Sonrakı müayinələrdə residiv şiş aşkar edildiyindən xəstəyə 14.03.2010 tarixdə İİR-da "Peritonarxası sahənin residiv törəməsinin xaric edilməsi" cərrahi əməliyyatı və İİ kurs PKT aparılmışdır. Patahistoloji Rəy: Metastatik teratoma.(04.04.2010 İİR). Xəstə müalicənin davamı məqsədilə Bakı ŞOD-nə müraciət etmiş və xəstəyə ŞOD-da əlavə İ kurs PKT aparılmışdır. (28.05-29.05.10 ŞOD).Xəstə 07.06.2010 tarixdə MOM-a müraciət etmişdir.Təqdim edilən müayinələrə və epikrizlərə əsasən xəstəyə "Sol xayanın xərçəngi, peritonarxası limfa düyünlərinə metastaz. Kombinə olunmuş müalicədən sonrakı vəziyyət(1994). Xəstəliyin proqressivləşməsi peritonarxa sahəyə metastaz, sol tərəfli nefrektamiya və İV kurs PKT (1995). Xəstəliyin təkrari proqressivləşməsi, cərrahi əməliyyat və İİİ kurs PİCT sonrakı vəziyyət (2010) diaqnozu soyulmuşdur. Xəstəyə MOM-da müayinələr və həkimmütəxəssislərin baxışı məsləhət görülsədə xəstə müayinələrdən keçməmişdir. Xəstə 4 il sonra, 27.10.14 tarixdə MOM-a təkrar müraciət etmiş və aparılan USM-də peritonarxası sahədə 5.1x3.9 sm ölçülü residiv törəmə aşkar edilmişdir. Xəstə müayinələrdən sonra həkim-mütəxəssislərin baxışı üçün MOM-a müraciət etməmişdir. Sonralar xəstə mütəmadi olaraq MOM-a müraciət etmiş (2015-2020), müayinə olunmuş, əvvəlki müayinələrdə qarın boşluğunda aşkar edilmiş kistoz törəmənin ölçülərində ciddi böyümə müşahidə olunmadığından cərrah və kimyaterapevt tərəfindən baxılmış ,sahə onkoloqunun nəzarəti altında dinamik müşahidə məsləhət görülmüşdür. Xəstə 28.01.2020 tarixdən sonra MOMa müraciət etməmişdir. - 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 025726 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mahmudov Fərman Şahpələng oğlu 15.06.2019-cu il tarixdə beyin infarktından ölmüşdür. - Vətəndaşların vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin Vİ-ЖГ seriyalı, 373744 nömrəli nikah haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, Mahmudov Fərman Şahpələng oğlu ilə Ağayeva Münəvvər Cəlil qızı arasında 7 dekabr 1993-cü il tarixdə nikaha daxil olmuşlar. Ərə Mahmudov, arvada Mahmudova soyadı verilmişdir. - 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi tərəfindən açılmış 28.01.2020ci il tarixli 2V-86 nömrəli notariat işinin surətindən görünür ki, Mahmudov Fərahim Şahpələng oğlunun ölümündən sonra miras qalmış ünvan 3 ünvanında yerləşən miras əmlakı 28.01.2020-ci il tarixində Qanun üzrə vərəsəlik hüququ haqqında şahdətnamə əsasında arvadı Mahmudova Münəvvər Cəlil qızına tam payla vərəsəlik şəhadətnaməsi verilmişidir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətindən sorğuya cavab olaraq daxil olmuş 19 oktyabr 2021-ci il tarixli, 33/3636 nömrəli məktubdan görünür ki, Mahmudov Fərahim Fərman oğlu sonuncu dəfə 16.03.2020-ci il tarixdə dövlət sərhəddindən çıxış etmiş, 07.11.2020-ci il tarixdə cənazəsinin dövlət sərhəddindən girişi qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1159.1.3 –cü maddəsinə əsasən Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cu maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır; Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1252-cı maddəsinə əsasən Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. İşin hallarından məlum olur ki, iddiaçının babası Mahmudov Fərman Şahpələng oğlu 15.06.2019-cu il tarixdə vəfat etmişdir. Fərman Mahmudov vəfat etdikdən sonra isə onun mülkiyyətində olan əmlak Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, V.Yaşayış massivi 19 ünvanında yerləşən 135 saylı məznil mirası qalmışdır və vərəslər isə yalnızca ölənin arvadı Mahmudova Münəvvər Cəlil qızı və oğlu Mahmudov Fərahim Fərman oğlu olmuşdur. Mülkin işin araşdırılması və tərəflərin verdiyi ifadəsindəndə görünür ki, həmin əmlakda Fərman Mahmudovla birlikdə 1999-cu ildən onun öldüyü tarixədək yalnızca onun arvadı Münəvvvər Mahmudova yaşamışdır. 15.06.2016-ci il tarixindən yəni Fərman Mahmudovun ölümündən sonrada həmin əmlakda yalnızca mərhumun həyət yoldaşı yaşayaraq miras əmlakını faktiki qəbul edilməsinə dair öz aktiv hərəkətlərini nümayiş etdirmişdir. Bundan başqa mülki işin matriallarına əlavə edilmiş 2V-86 saylı notariat işindəndə görünür ki, mərhumun həyat yoldaşı M.Münəvvərova mirasın açılığı gündən 6 ay müddət ərizində qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat orqanına müraciət etmiş və 28.01.2021-ci il tarixində Mahmudova Münəvvər Cəlil qızına Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi V yaşayış massivi 19 ünvanında yerləşən 135 saylı mənzilə tam payla vərəsəlik şəhatnaməsi verilmişdir. Lakin miras qoyanın qanuni üzrə digər vərəsəsi hesab edilən şəxs Mahmudov Fərahim Fərman oğlu isə nəinki mirasın açılığı gündən qanunvercilikdə nəzərdə tutulmuş 6 ay müddət ərzində, həttə bu müddəti ötürdüyü dövürdən ölümünə qədər olduğu dövr ərzində də atasından qalmş mirasın əmlakının qəbul edilməsində maraqlı olmasına dair hər hansı bir aktiv hərəkət etməmişdir. Məhkəməyə müraciət edən iddiaçı babasından qalmış əmlakın atası tərəfdən qəbul edilməmisinin səbəbini atasının xəstəliyi ilə bağlı olduğunu və bu halı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin 30 aprel 2021-ci il tarixli, 4/277-449 nömrəli məktubuna əsalansa da, həmçinin həmin məktub əsasında iddiaçının mərhum atasının onkoloji xəstəlikdən əziyyət çəkməsi göstərilsə də, həmin xəstəlik nəticəsində mərhum Mahmudov Fərahim Fərman oğlunun atasının öldüyü tarixdən yəni mirasın açıldığı vaxtdan qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına müracət edərək miras əmlakından pay almaq hüququna mane yaradan əsaslı halların olduğunu və ya mirası payını qəbul etməkdə maraqlı olduğunu lakin bu hüququnu həyata keçirmək iqtidarında olmadığını sübut edən mötəbər və təkzib olunmaz sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə haqlı olaraq hesab etmişdir ki, İddiaçı cavabdeh 4 saylı Bakı “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxs Mahmudova Münəvvər Cəlil qızı olmaqla “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras almaq hüququnun tanınması” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5374/2021 nömrəli 02 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5374/2021 nömrəli 02 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2550/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2550/2022
06.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver