Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2555/2024 01.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-367/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(009)-367/2023 saylı qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddiaçının mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(009)-367/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-367/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin Maraqlı şəxs hüquqularına toxunduğu müəyyən edilmiş, onun nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-362-ci maddələrinin tələblərinə uyğun verilmiş hesab edilmiş və apellyasiya şikayətinin baxılması üçün 2(009)-367/2023 saylı mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırda İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(009)-367/2023 saylı qərardadı ilə şikayət Azərbaycan Respublikası MPM-nin 268-ci maddəsinə əsasən geri qaytarılmışdır. Sonradan İddiaçı tərəfindən həmin qərardaddan şikayət verilərək qərardadın ləğv edilməsini və və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-367/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadından verdikləri şikayətə mahiyyəti üzrə baxılaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-367/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-nin 361.1.1-ci maddəsinə əsasən geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, deyilənlərin əksinə olaraq Səbail Rayon Məhkəməsinin 2(009)-367/2023-030 saylı xx.xx.2024-cü il tarixli tarixli qərardadı onun (A. Muradovun) elektron kabinetinə qeyd olunan tarixdə yerləşdirilməmiş, nədənsə yalnız xx.xx.2024-cü il tarixli qərardad elektron kabinetə yerləşdirildikdən sonra yerləşdirilmişdir. Qərardadın mövcudluğu və məzmunu barədə məlumatı həmin qərardad poçt vasitəsilə İddiaçı ünvanına xx.xx.2024-cü il tarixdə çatdırıldıqdan sonra əldə etmişdir. Hər bir halda qərardad rəsmi qaydada İddiaçı xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Belə olan halda hər hansı bir şikayət vermə müddətinin buraxılmasından söhbət gedə bilməz. Hesab edir ki, qeyd olunanlara əsasən Məhkəmənin 23.02.204-cü il tarixli qərardadı qanunsuz və əsassız olduğundan, ləğv edilməli, xx.xx.2024-cü il tarixli qərardaddan verdikləri şikayətə mahiyyəti üzrə baxılmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-367/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(009)-367/2023 nömrəli qərardadı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Həmin qərardaddan şikayət isə xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmişdir. Bununla da iddiaçı tərəf şikayətin verilməsi üçün mülki prosessual qanunvericiliklə müəyyən edilmiş 10 günlük müddəti buraxmış, şikayəti bu müddət bitdikdən 6 gün sonra vermişdir. Lakin buna uyğun olaraq, şikayət ilə birlikdə müddətin bərpa olunması barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Qərardaddan şikayət qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmiş və bu səbəbdən geri qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(009)-367/2023 nömrəli qərardadından iddiaçının şikayətini qanunla müəyyən edilmiş müddət ötürülməklə verilməsi səbəbindən geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən İddiaçı şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(009)-367/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2555/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2555/2024
01.04.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver