Məhkəmə qərarları › İş №2(103)-2560/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2560/2022

25.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2560/2022 25.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh və bundan sonra iddiaçı) İddiaçı və iddiaçının nümayəndəsi Vəkil2 və vəkili X24, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı və bundan sonra cavabdeh) Cavabdeh və cavabdehin nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk, qarşılıqı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın və texniki pasportun ləğv edilməsi” qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5066/2021 saylı işi üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanından öz əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən ilk iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, aldatma yolu ilə onu müqavilə bağlamağa məcbur edərək alqı-satqı müqaviləsinin şərtləri ilə tanış olmağa imkan verməyən, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onu aldadaraq imza etdirdiyi 17 mart 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin qanunsuz və əsassız alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 07.04.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir və onun mənzil üzərində mülkiyyət hüquqları 07.04.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır; - 17.03.2021 -ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 66.15 m2 olan mənzil Satıcı tərəfindən Alıcıya satılmışdır. Müqavilədə qeyd edilmişdir ki: "3. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 17.03.2021-ci il tarixli, ********** olan arayışa əsasən müqavilə bağlanan anda ünvan 2 ünvanında yerləşən mənzil yüklüdür. a. Bu müqavilənin 3-cü bəndində qeyd edilən arayışa əsasən mənzil müqavilə bağlananadək "AccessBank” QSC-nin Mərdəkan filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və "AccessBank” QSC-nin 17.03.2021-ci il tarixli, 7626 qeydiyyat nömrəli məktubuna əsasən girovda qalmaqla digər şəxsin adına özgəninkiləşdirilməsinə etiraz edilmir. 4. Satıcı daşınmaz əmlakı 70000 manat 00 qəpik (yetmiş min manat sıfır qəpik) qiymətinə satdı, Alıcı isə həmin qiymətə aldı. - Alıcı İddiaçı Satıcı Cavabdeh satdığı (66.15 m2) ondan 70000 manat 00 qəpik (yetmiş min manat sıfır qəpik) qiymətinə aldı. a. Alıcı mənzilin bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan 70000 manat 00 qəpik (yetmiş min manat sıfır qəpik) manatın 40000 manat 00 qəpik (qırx min manat sıfır qəpik) manatını "MuğanBank” ASC 3 saylı Şöbəsi vasitəsi ilə Satıcıya tam ödədi, Satıcı isə həmin məbləği almaq üçün notariusdan bank çekini qəbul etdi. Məbləğin qalan 30000 (otuz min) manatını isə Satıcıya 17.03.2021-ci ildə "MuğanBank” ASC 3 saylı Şöbəsi vasitəsi ilə Satıcıya ödəməyi öhdəsinə götürür. Məbləğin 14400.11 (on dörd min dörd yüz manat on bir qəpik) manatı isə "MuğanBank” ASC 3 saylı Şöbəsi vasitəsi ilə "AccessBank” QSC-nin Mərdəkan filialına köçürmə yolu ilə ödəyir. 4b. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.8ci maddəsinə əsasən təqdim edilmiş daşınmaz əmlaklara görə Satıcı Cavabdeh 650.70 manat, ümumilikdə cəmi 650.70 manat miqdarda sadələşdirilmiş vergi tutulmuşdur”.(iş.səh. 7,8 ). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5066/2021 saylı işi üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma” tələbinə dair ilk iddianın təmin edilməməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın və texniki pasportun ləğv edilməsi” qarşılıqlı iddia tələbinə dair iddianın qismən təmin edilməsi, Cavabdeh və İddiaçı arasında bağlanmış 17.03.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına 07.04.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış ünvan 1 üzərində mülkiyyət hüququnu təsdiq edən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 43250.11 manat məbləğdə pulun tutularaq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməsi və qarşılıqlı iddia üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamədə Cavabdeh və İddiaçı arasında 17.03.2021-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmış, bu müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh tərəfindən İddiaçı satılmış, müqaviləyə əsasən, mənzilin satış qiyməti 70000 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, müqavilədə qeyd edilmişdir ki, Alıcı İddiaçı mənzilə görə ödəyəcəyi 70000 manatın 40000 manatını "xxxx" ASC vasitəsi ilə Satıcı Cavabdeh tam ödəmiş, Satıcı isə həmin məbləği almaq üçün notariusdan bank çekini qəbul etmişdir. Məbləğin qalan 30000 manatının isə həmin gün "xxxx" ASC vasitəsi ilə Alıcı İddiaçı tərəfindən Satıcı Cavabdeh ödənilməsi müəyyən edilmişdir. Müqavilə ilə eyni zamanda, müəyyən edilmişdir ki, bu məbləğin 14400.11 manatı "xxxx" ASC vasitəsi ilə "xxxx" QSC-nin Mərdəkan filialına köçürmə yolu ilə ödənilir. Bu müqavilə əsasında həmin mənzil 07.04.2021-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən Çıxarış verilməklə dövlət qeydiyyatına alınmışdır. Hazırda ilk İddiaçı Cavabdeh həmin mənzildən çıxarılmasını tələb edir. Qarşılıqlı iddiaçı Cavabdeh isə İddiaçı faizə borc pul götürdüyünü, bu pulun qaytarılmasını təminat altına almaq üçün mənzilin müqavilə əsasında İddiaçı adına keçirilməsinə razılıq verdiyini, bu zaman məqsədinin mənzilini satmaq yox, girov qoymaq olduğunu bildirmiş, əlavə etmişdir ki, müqavilədə göstərildiyindən fərqli olaraq, ona mənzilə görə heç vaxt 70000 manat məbləğində pul verilməmiş, cəmi 45000 manat borc pul verilməsi nəzərdə tutulmuşdur ki, bu pulun da 1000 manatını Elxan özünə götürmüş, 14400.11 manatı ilə krediti ödəyərək mənzili ipoteka yüklülüyündən azad etmiş, digər xərclər çıxıldıqdan sonra qalan 27000 manat pulu da faizi ilə qaytarmaq şərtilə kürəkəni Zaminə vermişdir. O, Elxanın onlara borc verdiyi pul məbləğini qaytarmağa etiraz etmədiyini bildirmiş, aralarında bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilə əsasında verilmiş çıxarış, eləcə də texniki pasportun ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi, ilk İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh ilə aralarında bağlanılmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi və bu müqavilə əsasında əldə etdiyi Çıxarışa əsasən xüsusi mülkiyyətində olan mənzildən mənzilin əvvəlki mülkiyyətçisi olmuş qarşılıqlı iddiaçının çıxarılmasını tələb edir. Qarşılıqlı iddiaçı isə həm müqavilənin etibarsız hesab edilməsini, həm də onun əsasında əldə edilmiş mülkiyyət hüququnu təsdiq edən sənədin ləğv edilməsini tələb edir. Belə olan halda həm ilk, həm də qarşılıqlı iddia üzrə mübahisənin həll edilə bilməsi üçün tərəflər arasında bağlanılmış alqı- satqı müqaviləsinin etibarlılığı araşdırılmalıdır. Qarşılıqlı iddiaçı müqavilənin etibarlılığını iki əsas arqumentlə mübahisələndirmişdir. Bunlardan ilki odur ki, İddiaçıla aralarında alqı-satqı müqaviləsi bağlansa da əsl niyyətləri girov müqaviləsinin bağlanılması olmuş, daha dəqiqi, İddiaçı ona verdiyi borc pulun faizi ilə birlikdə geri qaytarılmasını təminat altına almaq üçün ona bu müqaviləni bağlamağı təklif etmiş, o da maddi vəziyyəti ağır olduğundan buna razılıq vermişdir. Digəri isə odur ki, alqı-satqı müqaviləsində mənzilin 70000 (yetmiş min) manata satıldığı və həmin pulun İddiaçı tərəfindən müqavilədə göstərilmiş qaydada ödənildiyi göstərilsə də əslində bu məbləğdə pul İddiaçı tərəfindən nə borc kimi, nə də mənzil alqı-satqısı məqsədilə heç vaxt ona ödənilməmiş, İddiaçı borc kimi ona verdiyi pulun bir hissəsini iki dəfə banka köçürmək yolu ilə ödənilmiş məbləğin 70000 manat kimi görünməsinə nail olmuşdur. Göründüyü kimi, tərəflər arasında bağlanılmış müqavilədə həm satıcı kimi qarşılıqlı iddiaçının iradə ifadəsi mübahisələndirilir, həm də müqavilənin bu müqavilədə göstərilən hüquqi nəticələrə səbəb olmadığı - müqavilədə nəzərdə tutulan pul məbləğinin satıcıya ödənilmədiyi iddia edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin niyyətləri mənzilin alqı-satqısını həyata keçirmək yox, ilk iddiaçının qarşılıqlı iddiaçıya verdiyi borcun və faizinin geri qaytarılmasını təminat altına almaq üçün mənzili girov qoymaq olmuşdur. Yəni, bağlanılmış alqı-satqı müqaviləsi girov müqaviləsini pərdələmək məqsədi ilə bağlanılmış yalan əqddir. Lakin diqqətdən qaçırmaq olmaz ki, qarşılıqlı iddiaçı Cavabdeh bu əqdi bağlamağa “məcbur” olmuşdur. Çünki bu mənzil onun "xxxx" QSC qarşısında olan kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü olduğundan o, hər an ödəyə bilmədiyi kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi, bununla da yaşadığı mənzildən məhrum olma ehtimalı ilə üz-üzə olmuşdur. Onun Bank qarşısında lazımınca icra edilməmiş yüksək məbləğdə kredit öhdəliyi olduğundan başqa bank və ya kredit təşkilatlarından bu qədər yüksək məbləğdə kredit alaraq mənzilini yüklülükdən azad etməsi imkanı olmamışdır. Belə olan vəziyyətdə onun öz mənzilindən məhrum olmamaq üçün Banka olan kredit borcunu hər nə yolla olursa olsun - başqa şəxsdən faizlə borc almaq yolu ilə belə olsa ödəməkdən başqa yolu qalmamışdır. Bu cür ağır maddi vəziyyətlə üz-üzə qalan Cavabdeh ona borc verilməsi üçün İddiaçı müraciət etmiş, İddiaçı isə bu borcu ancaq faizlə, özü də mənzilin xeyrinə girov qoyulması şərtilə verə biləcəyini bildirmişdir. Üstəlik, İddiaçı Cavabdeh ağır maddi vəziyyətindən istifadə edərək, verdiyi borcun faizi ilə birlikdə qaytarılmasını “daha əminliklə” təminat altına almaq məqsədilə girov müqaviləsi yox, alqısatqı müqaviləsi bağlamağı tərəfə təklif etmiş, Cavabdeh da yuxarıda əsaslandırılmış ağır maddi vəziyyətinin fonunda özü üçün son dərəcə əlverişsiz şərtlərlə bu müqaviləni bağlamağa razı olmuşdur. Bu hissədə məhkəmə qeyd edir ki, hər nə qədər qarşılıqlı iddiaçı Cavabdeh öz şikayəti əsasında aparılmış təhqiqat araşdırması gedişində təhqiqatçıya verdiyi izahatında müqaviləni bağlayarkən girov müqaviləsi bağladığını zənn etdiyini, sonradan müqavilənin alqı-satqı müqaviləsi olduğunu başa düşdüyünü qeyd etsə də məhkəmə tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin nə aldatma, nə də vacib əhəmiyyətli yanılmanın təsiri altına bağlanılmış olduğu nəticəsinə gəlir. Çünki qarşılıqlı iddia ərizəsindən və qarşılıqlı iddiaçının məhkəmə iclasında verdiyi izahatdan görünür ki, qarşılıqlı iddiaçı aralarında bağlanan müqavilənin alqı-satqı müqaviləsi olduğunu və başqa əqdi pərdələmək məqsədilə bağlandığını əvvəlcədən bilmiş, sadəcə olaraq, ağır maddi vəziyyəti səbəbindən həmin müqaviləni bağlamağa razılıq vermişdir. Qarşılıqlı iddiaçının hazırkı tarixədək həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməməsinin səbəbi də elə bu olmuşdur. Yəni, qarşılıqlı iddiaçı Cavabdeh əvvəlcədən bilmişdir ki, ilk İddiaçı ilə arasında bağlanan müqavilə girov yox, alqı-satqı müqaviləsidir. Lakin o, İddiaçı ilə aralarında olan razılığa əsasən onun bu mənzili ondan alınan borcun faizi ilə birlikdə qaytarılmasını təminat altına almaq üçün öz adına keçirmək istədiyini zənn etmiş, dolayısı ilə İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edənədək onun aralarında bağlanılmış bu müqaviləyə istinad edib mənzilin əsl mülkiyyətçisini - yəni, onu mənzildən çıxarmaq niyyətində olduğunu bilməmişdir. Yəni, ilk iddiaçının vəkilinin izahatında mübahisələndirdiyindən fərqli olaraq, qarşılıqlı iddiaçı Cavabdeh ilk İddiaçı bu iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək aralarında bağlanılmış müqaviləni mübahisələndirməməsinin səbəbi Cavabdeh bu müqavilənin "etibarlılığını” tanıması yox, əksinə, onun bu müqavilənin "etibarlı” olduğunu bilməməsi olmuşdur. Yalnız İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etdikdən sonra qarşılıqlı iddiaçı Cavabdeh ilk İddiaçı özünü bu mənzilin "mülkiyyətçisi” hesab etdiyini bilmişdir. Məhkəmə hər iki tərəfin müqavilə bağlayarkən göstərdikləri iradə ifadələrinin motivinin, yəni həqiqi hüquqi niyyətlərinin, eləcə də iradə ifadələrinin məzmunun dəqiqliklə araşdırılmasını iş üçün son dərəcə əhəmiyyətli hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumu məhz bu tipli (tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığı, lakin əsl niyyətlərinin girov müqaviləsi bağlamaq olduğu) mübahisə üzrə olan Qərarında izah etmişdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. (“X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17.09.2021-ci il tarixli Qərar) Vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən hüquqi mövqeyini mülki qanunvericiliyin müvafiq normalarına əsaslanmaqla formalaşdırmışdır. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. (Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 01.12.2020-ci il tarixli Qərarı). Hazırkı işə baxan məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq, ilk İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlayarkən iradə ifadələrinin həqiqi məzmununu və hüquqi niyyətlərini araşdırmışdır. Bu araşdırma nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlansa da tərəflərin əsl niyyəti girov müqaviləsi bağlamaq olmuş, üstəlik, İddiaçı bu müqavilənin bağlanılmasına Cavabdeh ağır maddi vəziyyətindən istifadə etməklə nail olmuşdur. Məhkəmə bu cür nəticəyə gələrkən iş üzrə tədqiq edilmiş konkret sübutları, müqaviləyə qədərki və sonrakı danışıqları, hərəkətləri, müqavilə üzrə edilən-edilməyən hərəkətləri, bir sözlə, tərəflər arasındakı bütün münasibətləri nəzərə almışdır. Belə ki, məhkəməyə ilk İddiaçı və Cavabdeh kürəkəni X17 arasında olan telefon danışığını əks etdirən səs yazısının olduğu fləş-kart təqdim edilmişdir. İlk növbədə, qeyd edilməlidir ki, bu səs yazısındakı şəxslərin kimliyi tərəflərin heç biri tərəfindən mübahisələndirilməmiş, hər iki tərəf telefon danışığındakı şəxslərin İddiaçı və Zamin Qənbərov olduğunu qəbul etmişdir. Məhkəmə bu səs yazısının sübut kimi qəbul edilənliyi məsələsinə münasibət bildirməyi zəruri hesab edir.Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilir ki, şəxsi yazışma və şəxsi teleqraf məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur (maddə 10.10). Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz (maddə 95.2).Qanunvericiliyin güddüyü məqsədlər və baxılan işin halları baxımından məhkəməyə təqdim edilmiş səs yazısı qanunsuz və ya gizli yolla əldə edilmiş sübut kimi qiymətləndirilməməlidir. İlk növbədə, nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin qanunu pozmaqla əldə edilmiş səs yazılarının sübut kimi qəbul edilməsini qadağan edən normaları hər kəsin şəxsi toxunulmazlıq hüququnun, şəxsi və ailə həyatının qorunması təminatlarından biri kimi çıxış edir və Konstutusiyanın 32-ci maddəsindən irəli gəlir. Belə ki, Konstitusiyanın şəxsi toxunulmazlıq hüququna təminat verən 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Nəzərə alınmaldır ki, adı çəkilən maddənin İİİ hissəsində nəzərdə tutulan məhdudiyyət hər kəsin şəxsi təhlükəsizlik hüququnun qanuni əsaslar olmadan əsassız məhdudlaşdırılmasına, şəxsi və ailə həyatı sirrinə dövlət tərəfindən və digər şəxslərdən tərəfindən qanunsuz müdaxilələrə qarşı yönəlmişdir. Bu cür yanaşma "İnsan hüquqlarının və X11 haqqında” Konvensiyada ortaya qoyulmuşdur. Belə ki, Konvensiyanın 8-ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.Bu baxımdan şəxsi toxunulmazlıq hüququna qanunsuz müdaxilə nəticəsində əldə olunmamış, şəxsi və ailə həyatı sirrini özündə əks etdirməyən heç bir səs yazısı özü- özlüyündə Konstitusiyanın 32-ci maddəsinin mənası baxımından şəxsi toxunulmazlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilə bilməz. Baxılan işdə məhkəməyə təqdim edilmiş səs yazısında da tərəflərin pul münasibətlərindən kənar şəxsi və ailə həyatı sirrinə dair hər hansı məlumatlar əks edilməmişdir. Həmçinin, milli qanunvericilikdə də şəxsi və ailə həyatına qanunsuz müdaxilə etmədən və bu məqsədlə hərəkət etmədən iki nəfər arasında aparılmış söhbətin onlardan birinin xəbəri və ya razılığı olmadan qeydə alınmasını birbaşa qadağan edən norma mövcud deyildir. Başqa sözlə, belə bir yazı yalnız o halda qanunsuz hesab edilə, o cümlədən, məhkəmə baxışında sübut kimi yolverilməz sayıla bilər ki, şəxsi toxunulmazlıq hüququna qanunusuz müdaxilə məqsədləri üçün qeydə alınsın və istifadə edilsin.Təsadüfi deyil ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz- özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş fləş-kartda olan telefon danışıqları birbaşa İddiaçı və Cavabdeh arasında baş tutmasa da tərəflərin hər ikisi qəbul etmişdir ki, borc və mənzil alqı-satqısı ilə bağlı məsələlər Cavabdeh adından onun X23 tərəfindən həll edilmiş, üstəlik, Cavabdeh kürəkəninin telefon danışıqlarında qeyd etdiklərinin işin həqiqi hallarına uyğun olmadığını iddia etməmişdir. Bu baxımdan məhkəmə həmin fləş-kartda olan səs yazısını hazırkı iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu cür nəticəyə gələrkən xüsusən onu da qeyd edir ki, ilk İddiaçı Cavabdeh ilə olan müqavilə münasibətlərinin əsl mahiyyətini sonradan qətiyyətlə inkar etməsi, faktiki olaraq mənzili almaq üçün Cavabdeh heç vaxt 70000 manat məbləğində pul vermədiyi halda əsassız olaraq bu pulu verdiyini iddia edib onun bu mənzildən çıxarılmasını tələb etdiyi nəzərə alındıqda, qarşılıqlı iddiaçının ilk iddiaçı ilə aralarında yaranmış münasibətlərinin əsl mahiyyətini sübut etmək üçün başqa yolu qalmamış, bu səs yazısı qarşılıqlı iddiaçı üçün həqiqəti sübut etməyin yeganə vasitəsi olmuşdur. Qeyd olunanlardan əlavə, o da nəzərə alınmalıdır ki, hər kəsin malik olduğu şəxsi toxunulmazlıq hüququ, o cümlədən, öz xəbəri olmadan və ya etirazına baxmadan səs yazısına məruz qoyula bilməmək konstitusiya təminatı mütləq hüquq olmamaqla qanuni məhdudiyyətlərə məruz qala bilər. Nəhayət məhkəmə nəzərə alır ki, təqdim edilmiş səs yazısı hazırkı mübahisə üzrə həqiqətin müəyyən olumasını təmin etməyin ən mühüm vasitəsi kimi çıxış edir və məhkəmə tərəfindən həmin sübutun qəbul edilməməsi məhkəmə icraatının Konstitusiya ilə müəyyən edilmiş məqsədlərinə riayət etməmək kimi qiymətləndirilə bilər. Həmin səs yazısının tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, səs yazısının bütün gedişində İddiaçı Zamin Qənbərovdan 12500 manat məbləğində pul tələb etmiş, təkidlə ona bildirmişdir ki, onda olan 5000 manatın üzərinə 7500 manat da əlavə edərək ona 12500 manat məbləğində pul versin, bundan sonra mənzili ipotekaya qoyaraq kredit götürsün, həmin kredit hesabına ona olan borcunu tam ödəsin. İddiaçı səs yazısında demişdir ki: "Mən o evin pulunu verdim ən çoxu 1 ay - 2 ay dözməyə... Mənim o qədər pulum yox idi... Yadında, sən Rauf kişiyə deyəndə mən neçə ay düzəldə bilmədim pulu... Mən qızılları bir aydan sonra girov qoydum... Mən öz "Hyundai Sonata”mı satdım... Bircə ay borc götürdüyüm adamları birtəhər "reqlyovka” elədim... Sonra gördüm, dirənmişəm, heç kim vermir, məcburiyyətdən getdim-qoydum lombarda götürdüm. Dedim indi sən həll edirsən, daha mən nə bilim sən məni yubadayubada gedəcəksən? Mən sənə ən gözəl variantı deyirəm: Ya o 12500-ü tap, gedək alqısatqıya mən oradan qalan pulumu da götürüm hamısını, məsələ bitsin. Ya da alınmırsa, evdəkiləri başa sal sat oranı, sat artıq qalana get bir şey al... Mən səni istəyib deyirəm, 4-5 ay sonra mən ora - lombarda o qədər pul ödəyəndən sonra "əl-əl-baş” gəlib-çıxacaq o məsələ. Mən sənə ayın axırından dedim ki, 10000-lə bu məsələnin "başını bağlayaq” getsin, mən lombarda pul ödəməyim... Oradan mənə nə pul qalır ki, mən də nəzərə alım?... Üç aydır, 600 manatdan pul qalır, nə qədər edir? - 1800 manat. Onun 1600-ünü sənin yanında sildim, yadındadır? Bəs mən bundan artıq nə edim? Öz cibimdən ödəyim? Mən öz cibimdən kiminsə yerindən pul ödəyəsi deyiləm axı... Mən oturduğum yerdə niyə kiməsə pul xərcləyim? ... Ən gözəl variant: Bir şey tapıb-düzüb-qoşun 12500, gedək girək ipotekaya məsələni bağla, yox əgər alınmırsa, düş "makler”in yanına, müştəri tap... Allaha and olsun, lombarda ödəmişəm, çekləri götürüb gələcəm yanına. Sabah çekləri götürüb gələcəm yanına... Mənim səninlə düşmənçiliyim yox, şəxsi qərəzim yox... Gecikdikcə mən ziyana gedirəm... İndi o pulu bankdan çıxardanda, aparıb ödəyəndə, sənin yanında qızıllarımın kağızını alanda özün görəcəksən. Səni aparacam həmin gün ora. Gətirəcəm lombardın kağızını sənə. Hamısını gətirəcəm, baxarsan. Bax, özün də inan ki, vəziyyətim pisdir. Mən bunu bir aylıq nəzərdə tutmuşdum, mən bunu demədim ki, 4-5 ay. Dedim, əgər "patalok” qoy olsun 2 ay. 500-600 manata görə məni salmısan quyunun dibinə... Ya tapın, ya da razı sal, de ki: "Gəlin sataq, başqa variant yoxdur”. De ki: "Mən batırmışam pulu. Camatın pulunu verim. Ondan sonrasında, mən işləyirəm. İlkin ödəniş alıb verəcəm sizə””. Səs yazısının mətnindən göründüyü kimi, tərəflər arasında olan səs yazısında əks olunmuş münasibətlər heç də məhkəmə iclasında ilk iddiaçının təsvir etdiyi kimi olmamışdır. Belə ki, səs yazısının bütün gedişində ilk İddiaçı verdiyi pulu çətinliklə, başqalarından borc alaraq Cavabdeh X23a verdiyini, bu pulu onlara ən çoxu bir aylıq verdiyini, pulu vaxtında qaytarmadıqlarına görə borc götürdüyü adamların ondan pulu tələb etdiyini, pulu ödəmək üçün öz qızıllarını lombarda qoyduğunu, hər ay faiz ödədiyini, maşınını satdığını, buradan ona "heç nə qalmadığını”, "ziyana düşdüyünü”, başqasının əvəzindən pul ödəyə bilməyəcəyini qeyd edərək iki variant təklif etmişdir: Ya ona 12500 manat məbləğində pul verilsin, sonra mənzil ipotekaya qoyularaq götürülən pul hesabına ona olan borc tam qaytarılsın və məsələnin "başı bağlansın”, ya da mənzil satılsın və bu hesaba onun borcu qaytarılsın. Yəni, səs yazılarından belə başa düşülür ki, iddiaçı artıq "mülkiyyətçisi” olduğu evin ipoteka ilə yüklü edilməsi, yaxud satılması yolu ilə onun pulunun qaytarılmasını istəyir. Hansı ki, əgər iddiaçı həqiqətən mənzilin mülkiyyətçisi olsa idi, mənzilin əvvəlki mülkiyyətçilərinə bunu təklif etmədən öz mənzili üzərində istənilən sərəncamı verərdi. Lakin hazırkı mübahisədə səs yazısından da göründüyü kimi vəziyyət tamamilə başqadır. İddiaçı bu mənzili alqı-satqı müqaviləsi əsasında heç vaxt almamış, özü də özünü heç vaxt mənzilin mülkiyyətçisi kimi tanımamış, mənzilin əsl mülkiyyətçilərindən mənzil üzərində sərəncam verilməsinə razılıq almağa çalışaraq onlara verdiyi borcun qaytarılmasına nail olmaq istəmişdir. Bu baxımdan məhkəmə İddiaçı bu səs yazısının mahiyyəti ilə bağlı məhkəmə iclasında verdiyi izahatını - hansı ki, danışıqların Cavabdeh ona satdığı mənzili geri istəməsindən sonra, onun da mənzilə görə ödədiyi pulu geri istəməsi ilə bağlı olduğunu bildirmişdir - qeyri-səmimi hesab edir. Səs yazısından aşkar görünür ki, tərəflər arasında alqı-satqı münasibətləri olmamış, İddiaçı bu heç vaxt mənzili almamış, mənzilin mülkiyyətçisi olmamış, sadəcə olaraq, verdiyi borcu və onun faizini tələb etmişdir. Məhkəmə ilk iddiaçının verdiyi borcdan əlavə, borcun faizini də tələb etməsi nəticəsinə gələrkən xüsusən onu da nəzərə alır ki, İddiaçı səs yazısında ifadə etdiyi kimi "heç bir xeyir qalmadan” kiminsə yerinə borc götürüb, bu borcu bağlamaq üçün lombarda qızıl qoyub, maşınını satması ağlabatan deyil. Səs yazısında İddiaçı da dediyi kimi: "O nəyə görə kiminsə əvəzindən pul ödəməlidir?” Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı verdiyi borcu faizlə vermişdir və səs yazısının bəzi hissələrində də o bu faizi etiraf edici ifadələr işlətmişdir. Məsələn: "Üç aydır, 600 manatdan pul qalır, nə qədər edir? - 1800 manat. Onun 1600-ünü sənin yanında sildim, yadındadır?” və s. X1 və X4 ifadələrində də təsdiq etmişlər ki, onlar İddiaçı və Cavabdeh arasında olan borc məsələsində vasitəçi olmuş və verilən borc puldan hər birinə 500 manat pul verilmişdir. (X3 bu pulu sonradan qaytardığını iddia edir). Bu şahidlərin ifadələri ilə bağlı xüsusi diqqətdə saxlanılmalı məqam odur ki, onların hər ikisi Cavabdeh, ya da onun kürkəni Zamin Qənbərovun yox, İddiaçı yaxın tanışlarıdır və hər ikisi qəbul edir ki, onların əvvəllər də Elxanla vasitəçi kimi bu cür münasibətləri olmuşdur. Hətta X3 ifadəsində bildirmişdir ki, İddiaçı onun özünü və başqa bir tanışını da faizlə verdiyi borc qarşılığında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlamaqla bu cür çətin vəziyyətə salmış, borcu faizi ilə birlikdə aldıqdan sonra daşınmaz əmlakları qaytarmış, bundan sonra aralarındakı münasibətlər korlanmışdır. X21 İddiaçıla münasibətlərinin yaxşı olmaması ilə bağlı qeyd etiklərini şahidin ilk iddiaçıya qarşı qərəzli münasibətdə olduğunu göstərən amil kimi qiymətləndirən ilk iddiaçının vəkili bu əsasla həmin ifadənin sübut kimi qəbul edilə bilməyəcəyini izahatında bildirmişdir. Məhkəmə isə, əksinə, hesab edir ki, X3nun ilk İddiaçı ilə münasibətlərinin mahiyyətini, Elxanın faizlə borc pul verdiyi adamlara vasitəçilik etdiyini açıq şəkildə ifadə etməsi, hazırkı işdə də etdiyi vasitəçilik qarşısında 500 manat məbləğində pul aldığını çəkinmədən deməsi, İddiaçıla münasibətlərinin sonradan korlandığını, buna nələrin səbəb olduğunu bütün detalları ilə izah etməsi həmin şahidin qərəzliliyinin deyil, ancaq səmimiyyətinin göstəricisi ola bilər. Ağlabatan mühakimə aparılarsa, aydındır ki, tərəflərdən birinə qərəzli olan şahid, əgər həqiqətən qərəzlidirsə, həmin şəxslə münasibətlərinin sonradan pozulduğunu demək əvəzinə, münasibətlərinin qaydasında olduğunu, həmin şəxsə qarşı hər hansı bir qərəzi olmadığını bildirərdi. Hansı ki, hazırkı işdə X21 İddiaçıla vaxtilə "iş” münasibətləri olduğu, ona vasitəçilik etdiyi nəzərə alındıqda həmin şahidin İddiaçıla "yaxşı münasibətlərini”nin olduğunu ifadə etməsi inandırıcı olmaya bilməzdi. Lakin şahid Rauf Adıgözəlov bunun əvəzinə, səmimiyyətlə, İddiaçıla münasibətlərinin son zamanlar yaxşı olmadığını bildirmiş, bunun səbəblərini izah etmişdir. Bütün bu qeyd edilənlərə əsasən, məhkəmə X21 ifadəsinin qərəzli olması ilə bağlı ilk iddiaçının vəkilinin mövqeyi ilə qəti şəkildə razılaşmır və həmin şəxsin ifadəsini səs yazısında İddiaçı da etiraf etdiyi kimi "vasitəçi” olması baxımından mötəbər sübut kimi qəbul edir. Bunun əksinə, ilk iddiaçının vəsatəti əsasında şahid kimi dindirilmiş X14 və X7 ifadələrinə isə məhkəmə tənqidi yanaşır. Belə ki, xüsusən, X8 ifadəsindəki bəzi detallar, məsələn, onun Zamin adlı şəxsi heç vaxt görməməsi ilə bağlı qeyd etdiklərini təsdiq etmək üçün iki ildir satıcı işlədiyi mağazaya gələn bütün müştəriləri (bir dəfə gəlmiş olsalar belə) üzdən tanımasının mütləq olması ilə bağlı qeyd etdikləri, səmimilikdən və inandırıcılıqdan tamamilə uzaq, məntiqi mühakimə əsasında qəbul edilməsi mümkün olmayan, "əzbərlənilmiş”, "düşünülmədən” verilmiş cavab təəssüratı verən mülahizələrdir. Həmçinin, şahid ifadəsində bildirmişdir ki, İddiaçı bu qədər yüksək məbləğdə pulu (40000 manat və 18000 ABŞ dolları) mağazadan gəlib götürmüş, pul onun (şahidin) yanında olduğundan o bu məbləği dəqiq yadında saxlamışdır. Məhkəmə isə bu qədər yüksək məbləğdə pulun mağazada - satıcının yanında saxlanılmasını inandırıcı hesab etmir. X2 ilk İddiaçı sahibi olduğu mağazada satıcı işlədiyi də nəzərə alındıqda onun bu cür ziddiyyətli ifadə verməsinin səbəbi aşkardır. Bu baxımdan məhkəmə X2 ifadəsinə tənqidi yanaşır və bu ifadəni iş üzrə mötəbər sübut kimi qəbul etmir. Digər şahid X15 isə "təsadüfən” dostu İddiaçı ev almaq istəyinə şahid olan, onunla birlikdə notariat ofisinə gedən, lakin "həyətdə gözləyən”, bununla belə İddiaçı mənzil üçün ödədiyi pulun məbləğinə, bu pulun hansı hissəsinin hansı valyutada olmasına qədər dəqiqliklə bilən, nədənsə digər şahidlərin heç birinin şahid ola bilmədiyi valyuta mübadiləsi prosesinə şahid olan yeganə şəxsdir. Hansı ki, bu şəxsi bütün bu proseslərin gedişində həqiqətən iştirak etmiş (hansı ki, ilk iddiaçı da mübahisələndirməmişdir) şahidlərin heç biri görməmişdir. Bu baxımdan məhkəmə İddiaçı digər şahidi kimi bu şahidinin də ifadəsinə tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Xüsusən, nəzərə alınmalıdır ki, ilk iki şahiddən fərqli olaraq, bu şahidlərin heç biri İddiaçı səs yazısında etiraf etdiyi borc-faiz münasibətlərinə ümumiyyətlə toxunmamış, təkidlə İddiaçı mağazadan mənzil almaq üçün 40000 manat və 18000 ABŞ dolları pul götürməsindən, dollarla olan pulu sonradan manata çevirib mənzilin pulunu ödəməsindən bəhs etmişdir. Hansı ki, digər şahidlərin heç biri hansısa valyuta mübadiləsi prosesinin adını çəkməmişdir. Ümumiyyətlə, İddiaçı mənzil üçün ödədiyi pulun bir hissəsinin - 18000 ABŞ dollarının xarici valyutada olması və xarici valyutada alqı-satqının reallaşması mümkün olmadığına görə bu pulu dostu Rövşən adlı şəxsin yanında milli valyutaya çevirməsi ilə bağlı qeyd etdikləri də kifayət qədər ziddiyyətlidir. Belə ki, İddiaçı valyuta mübadiləsini nəyə görə hansısa bankda yox, məhz dostunun yanında həyata keçirməsini onunla izah etmişdir ki, heç bir bank 5000 ABŞ dollarından yuxarı məbləğin alışını və milli valyutaya mübadiləsini həyata keçirmədiyindən o, dostuna müraciət etməli olmuşdur. Hansı ki, ilk növbədə, Azərbaycan Respublikasında fəaliyyət göstərən heç bir valyuta mübadilə şöbəsində dollar alışı ilə bağlı belə bir məhdudiyyət yoxdur. Yalnız 10000 ABŞ dollarına ekvivalent məbləğdən artıq dollar alışının şəxsiyyət vəsiqəsi əsasında aparılması nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 29 dekabr 2015-ci il tarixli, 44/1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın 8.5-ci bəndinə əsasən mübadilə şöbəsində nağd xarici valyutanın və xarici valyutada yol çeklərinin bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10000 (on min) ABŞ dollarına ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.Yəni, ilk iddiaçının iddia etdiyindən fərqli olaraq, respublikada fəaliyyət göstərən banklar da daxil olmaqla heç bir valyuta mübadilə şöbəsində dollarının alışı (qəbulu) ilə bağlı məhdudiyyət, yaxud hansısa limit yoxdur. Ümumiyyətlə, son bir neçə ildə milli və xarici (ABŞ dolları) valyuta məzənnəsinin nisbəti nəzərə alındıqda, valyuta mübadiləsi şöbələrinin dolların satışına limit tətbiq etməsi daha ağlabatandır, nəinki alışına. Bu baxımdan ilk iddiaçının bu hissədə də izahatı inandırıcılıqdan uzaqdır. Digər tərəfdən, əgər ilk iddiaçı həqiqətən həmin tarixdə 18000 ABŞ dolları məbləğində xarici valyutanı milli valyutaya mübadilə etdiribsə, üstəlik, mübadiləni həyata keçirən dostu olubsa, bu mübadiləni təsdiq edən sənəd olan qəbzi asanlıqla məhkəməyə təqdim edə bilərdi.Hansı ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 21 dekabr 2017-ci il tarixli, 47/1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması” Qaydasının 5.8-ci maddəsinə əsasən valyuta mübadiləsi əməliyyatları aparıldıqda müştəriyə həmin əməliyyatlar üzrə ciddi hesabat blankı hesab olunan valyuta mübadiləsi qəbzi verilir. Bu Qaydaların 5.9-cu maddəsinə əsasən Valyuta mübadiləsi mübadiləsi məntəqəsində saxlanılır. İlk iddiaçının mənzil alqı-satqısı üçün həqiqətən valyuta mübadiləsi aparıb- aparmamasının müəyyən edilməsi zəruridir. Çünki, qarşılıqlı iddiaçı iddia edir ki, ilk iddiaçı ilə aralarında bağlanılmış alqı-satqı müqaviləsində mənzilə görə 70000 manat məbləğində pul ödənildiyi yazılsa da əslində ilk iddiaçı 40000 manat məbləğində pulu bank hesabına köçürmüş, həmin pulu hesabdan çıxarıb 30000 manatını yenidən köçürmüşdür. Tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən də görünür ki, 70000 manat məbləğində pulun həqiqətən 40000 manat və 30000 manat hissələrlə ödənilməsi müəyyən edilmişdir. Həmçinin, mülki iş materiallarında olan (əsli əlavə edilməsə də Cavabdeh şikayəti əsasında aparılmış araşdırma nəticəsində qəbul edilmiş "cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, təhqiqatçı tərəfindən sənədin əslinə baxış keçirilərək iş materialı kimi qərarda yer verilmişdir) "MuğanBank” ASC tərəfindən verilmiş xəzinə məxaric orderlərindən görünür ki, İddiaçı tərəfindən 17.03.2021-ci il tarixdə saat 13:47-də 40000 manat mədaxil edildikdən sonra, həmin gün saat 16:18-də 30000 manat məbləğində mədaxil edilmişdir.Qarşılıqlı iddiaçı ödənişlər arasındakı bu vaxt fərqini pulun bankdan çıxarılıb bir müddət sonra yenidən köçürülməsi ilə izah edir. İlk iddiaçı isə bunu xarici valyutada olan pulun milli valyutaya mübadiləsinə vaxt getməsi ilə izah edir. Lakin ilk iddiaçı bu qeyd etdiyini təsdiq edəcək hər hansı mötəbər sübutu, valyuta mübadiləsini təsdiq edəcək hər hansı qəbzi, yaxud valyuta mübadiləsini birbaşa həyata keçirən və dostu olan şəxsin şahid kimi ifadəsini məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, İddiaçı müqavilədə göstərilən 70000 manatı qarşılıqlı iddiaçının izahatında göstərdiyi yolla əldə etdiyini məhkəmə iclasında izahat verən şahidlər (Rauf və Salman) təsdiq etmişdir .Son olaraq, müqavilənin 17.03.2021-ci il tarixdə bağlanılmasına baxmayaraq, müqavilənin 11 -ci bəndində mənzilin bundan beş ay sonra - 17.08.2021-ci il tarixdə Alıcıya təhvil verilməsinin nəzərdə tutulması mənzil alqı-satqısı müqavilələri üzrə formalaşmış ümumi təcrübəyə uyğun deyil. Xüsusən, məhkəmə iclasında izahat verən ilk İddiaçı mənzil alqı-satqısı ilə məşğul olduğunu və bu mənzili də satmaq məqsədilə aldığını bildirməsi nəzərə alındıqda, onun nəyə görə Cavabdeh mənzildə qalmaq üçün əlavə beş ay vaxt verdiyi qeyri-müəyyəndir. Hansı ki, mənzili əldə etməkdə yeganə məqsədi mənzili sataraq, yaxud kirayəyə verərək gəlir əldə etmək olan şəxs mənzilin əvvəlki sahibinin beş ay mənzildə yaşamasına icazə vermək əvəzinə, mənzili mümkün olduğu qədər tez təhvil alıb gəlir əldə etməyə çalışardı. Digər tərəfdən, ilk İddiaçı özü də məhkəmə iclasında əsaslandıra bilməmişdir ki, gəlir əldə etmək üçün aldığı bu mənzildə beş ay qarşılıqlı iddiaçı və ailə üzvlərinin yaşamağına heç bir gəlir əldə etməmək bahasına nəyə görə icazə vermişdir. Bu baxımdan məhkəmə bu halı mənzil alqısatqı müqavilələri üzrə formalaşmış təcrübəyə uyğun hesab etmir və işin digər halları ilə birlikdə nəzərə alındıqda müqavilənin etibarlılığına kifayət qədər şübhə yaradan hal kimi qiymətləndirir. Bütün bu qeyd edilənlərin fonunda məhkəmə tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlansa da bu müqavilənin bağlanılmasına səbəb olmuş motivin, tərəflərin alqı-satqı müqaviləsi bağlayarkən iradə ifadələrinin həqiqi məzmununun və hüquqi niyyətlərinin mənzil alqı-satqısından tamamilə kənar olduğu nəticəsinə gəlmişdir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi Cavabdeh ağır maddi vəziyyətə düşməsi və İddiaçı bundan istifadə etməsi nəticəsində Cavabdeh özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) olduğundan və müqavilənin etibarsız olduğu, tərəflərin həqiqi niyyətlərini əks etdirmədiyi yuxarıda qeyd edilənlərə əsasən sübut edildiyindən tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Göründüyü kimi, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Hazırkı işdə müqavilənin etibarsızlığının müəyyən edilməsi ilə ilk iddianın təmin edilməsi tamamilə istisna edilir. Belə ki, iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. ("Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli Qərarı). Məhkəmə ilk iddianı əsassız hesab edərkən, həmçinin onu da nəzərə alır ki, ilk iddianın bütün dəlilləri tərəflər arasında notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsinin bağlanılmasına, müqaviləni hər iki tərəfin qarşılıqlı iradə ifadəsi əsasında imzalamasına, bir sözlə, müqavilədə heç bir formal pozuntunun olmamasına əsaslanmışdır. Halbuki, mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və onun notariat qaydasında təsdiqlənməsi mübahisə predmeti belə deyil, mülki iş üzrə qarşılıqlı iddia tələbinin mahiyyətini məhz həmin müqavilənin sırf görünüş üçün bağlandığı, tərəflərin həqiqi hüquqi niyyətlərini əks etdirmədiyi və bu səbəbdən etibarsız hesab edilməli olduğu təşkil edir Nəzərə alınmamışdır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. (“X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”17.09.2021- ci il tarixli Qərar)Lakin mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları).Tərəflər arasında bağlanılmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin hüquqi nəticəsi tərəflərdən hər birinin bu etibarsız əqd üzrə aldıqlarını digər tərəfə geri qaytarmasıdır.Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.Hazırkı işdə tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsində göstərilmiş 70000 manat məbləğində pul heç vaxt qarşılıqlı iddiaçıya verilməsə də qarşılıqlı iddiaçı qəbul edir ki, o, ilk iddiaçıdan borc pul almış, aralarında bağlanılmış alqı-satqı müqaviləsi də bu borcun qaytarılmasını təminat altına almaq üçün bağlanmışdır. Qarşılıqlı iddiaçı əlavə etmişdir ki, aralarında bağlanılmış alqı-satqı müqaviləsi etibarsız hesab edilərsə, o, ilk iddiaçıdan aldığı borcu qaytarmağa razıdır. Belə olan halda, bu müqavilənin bağlanmasına əsas olmuş, İddiaçı tərəfindən Cavabdeh verilmiş borc pul İddiaçı geri qaytarılmalıdır.Qaytarılacaq borcun məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, Cavabdeh məhkəmə iclasında və təhqiqat orqanına verdiyi izahatlardan görünür ki, İddiaçı tərəfindən ona (kürəkəninə) 27000 manat məbləğində nağd pul verilmiş, 14400.11 manat məbləğində "AccessBank” QSC-yə olan kredit borcları ödənilmiş, daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanarkən 650 manat vergi, 200 manat əlavə sənədləşməyə rüsum ödənilmişdir. Eyni zamanda, qarşılıqlı iddiaçının izahatına əsasən vasitəçilərə (şahidlərə) verilmiş cəmi 1000 manat məbləğində pul da qarşılıqlı iddiaçıya geri qaytarılmışdır. Məhkəmə iclasında izahat verən qarşılıqlı iddiaçı bütün bu məbləğləri ilk iddiaçıya ödəməyə etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasında izahat verən şahidlər də verdikləri izahatlarla qeyd edilənləri təsdiq etmişdir.Belə olan halda ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin məbləğlərin cəmi olan 43250.11 manat (qırx üç min iki yüz əlli manat on bir qəpik) məbləğində pul tutularaq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia tələbinin növbəti hissəsinə - ilk iddiaçı adına verilmiş Çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia bu hissədə də əsaslıdır.İlk növbədə, qeyd edilməlidir ki, bu çıxarış mülki-hüquqi əqd olan alqı-satqı müqaviləsi əsasında verildiyindən çıxarışın ləğv edilməsi məsələsinə də mülki mühakimə icraatı qaydasında baxılmalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19.05.2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə uyğun olaraq).Digər tərəfdən, həmin Çıxarışın verilməsinə əsas olmuş alqı-satqı müqaviləsi artıq yuxarıda qeyd edilənlərə əsasən etibarsız hesab edilmişdir. Belə olan halda həmin çıxarışın qüvvədə saxlanılması üçün heç bir etibarlı hüquqi əsas qalmamışdır. Odur ki, həmin çıxarış ləğv edilməlidir.Lakin məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi texniki pasportun ləğv edilməsi hissəsində təmin edilə bilməz. Çünki texniki pasport mənzil üzərində hüquq müəyyən edən sənəd deyil, sadəcə olaraq, mənzilə çıxarış əldə etmək üçün müvafiq inzibati orqan tərəfindən tərtib edilmiş texniki sənəddir. Nəzərə alınmalıdır ki, qarşılıqlı iddiaçı mənzil üzərində mülkiyyət hüququnu bərpa etdikdən sonra mənzilin mülkiyyətçisi kimi müvafiq texniki pasportun öz adına verilməsini müvafiq inzibati orqandan tələb edə, bu tələb təmin edilməzsə, inzibati icraat qaydasında mübahisələndirilə bilər. Bu baxımdan məhkəmə qarşılıqlı iddianı həmin hissədə təmin etmir. Bu cür nəticəyə gələrkən məhkəmə onu da nəzərə alır ki, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi həm çıxarışın, həm də texniki pasportun ləğvi üçün əsasdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)- 5066/2021 saylı 10.11.2021-ci il tarixli qətnaməsini ləğv edərək, ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin isə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Şikayətdə Mülki Prosesual Məcəllənin 62.1, 76.3, 95.1, 95.2; Mülki Məcəllənin 157.4, 329.1, 331.1, 334.1, 337.1, 337.4, və 340.2, 567-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh (Satıcı) və İddiaçı (Alıcı) arasında bağlanmış 17.03.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 66.15 m2 olan mənzil Satıcı tərəfindən Alıcıya satılmışdır. Müqavilədə qeyd edilmişdir ki: “3. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 17.03.2021-ci il tarixli, ********** olan arayışa əsasən müqavilə bağlanan anda ünvan 2 ünvanında yerləşən mənzil yüklüdür. Bu müqavilənin 3-cü bəndində qeyd edilən arayışa əsasən mənzil müqavilə bağlananadək "xxxx" QSC-nin Mərdəkan filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və "xxxx" QSC-nin 17.03.2021-ci il tarixli, 7626 qeydiyyat nömrəli məktubuna əsasən girovda qalmaqla digər şəxsin adına özgəninkiləşdirilməsinə etiraz edilmir. Satıcı daşınmaz əmlakı 70000 manat qiymətinə satdı, Alıcı isə həmin qiymətə aldı. - Alıcı İddiaçı Satıcı Cavabdeh satdığı (66.15 m2 ) ondan 70000 manat qiymətinə aldı. Alıcı mənzilin bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan 70000 manat manatın 40000 manat manatını "xxxx" ASC 3 saylı Şöbəsi vasitəsi ilə Satıcıya tam ödədi, Satıcı isə həmin məbləği almaq üçün notariusdan bank çekini qəbul etdi. Məbləğin qalan 30000 manatını isə Satıcıya 17.03.2021-ci ildə "xxxx" ASC 3 saylı Şöbəsi vasitəsi ilə Satıcıya ödəməyi öhdəsinə götürür. Məbləğin 14400.11 manatı isə "xxxx" ASC 3 saylı Şöbəsi vasitəsi ilə "xxxx" QSC-nin Mərdəkan filialına köçürmə yolu ilə ödəyir. 4b. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən təqdim edilmiş daşınmaz əmlaklara görə Satıcı Cavabdeh 650.70 manat, ümumilikdə cəmi 650.70 manat miqdarda sadələşdirilmiş vergi tutulmuşdur”. Göründüyü kimi bağlanmış alqı-satqı müqaviləsi qanunla və qarşılıqlı razılıq ilə müəyyən edilmiş forma tələblərinə riayət etməklə bağlanılmışdır. Belə olan halda həmin müqavilə etibarsız hesab oluna bilməz. Maraqlıdır ki, məhkəmə müqaviləni etibarsız hesab etsə də, müqavilədə qeyd olunan 70000 manat məbləğində pulun yox, 43250.11 manat pulun Cavabdeh alınıb ona verilməsini təmin etmişdir. Bu nəticəyə gələrkən isə məhkəmə Cavabdeh özünü müdafiə xarakterli ifadəsini, onun yalançı və qərəzli “şahidlər”nin ifadələrini və qanunsuz yolnan əldə etdilmiş səs yazısına istinad etmişdir. Halbuki evi alarkən ödədiyi 70000 manat pul iş materiallarında olan alğı-satqı müqaviləsində və ödəniş qəbzləri ilə öz təsdiqini tapır. Məhkəmə rəsmi sənədlərə istinad etmək əvəzinə özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmşdır. Bəllidir ki, məhkəmə praktikasında dəfələrlə rast gəlinib ki, əgər alğ-satqı müqaviləsi etibarsız hesab olunursa, o zaman məhz müqavilədə qeyd olunan məbləğin alıcıya qaytarılması qət olunur. Lakin məhkəmə nədənsə yenə də özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərə əsaslanmışdır. Bunula da məhkəmə Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələbini pozmuş, onu toxunulmaz və dövlət tərəfindən müdafiə olunan mülkiyyətindən məhrum etmişdir. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil mənim xüsusi mülkiyyətindədir və mənzil üzərində mülkiyyət hüquqları 07.04.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.. Məhkəmə ilkin iddia tələbi rədd edərkən Mülki Məcəllənin 152-ci maddəsinin tələblərini pozmuşdur. O, mənzilin mülkiyyətçisi olduğu hada həmin mənzilə dair öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququndan məhrum etmişdir.İddia tələbindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. O, həmin mənzili 17 mart 2021-ci ildə Cavabdeh alqı-satqı müqaviləsi ilə almışdır. Alqı-satqı müqaviləsinin 11- ci bəndinə görə cavabdeh daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə 17.08.2021-ci il tarixinədək onun faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd olunan müddət tamam olsa da, cavabdeh öz öhdəliyini icra etməmişdir. Dəfələrlə cavabdehə müraciət edərək, mənzildən çıxmağı və mənzili təhvil verməyi tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmişdir. Lakin işə baxan məhkəmə Mülki Məcəllənin 157.4-cü maddəsinin də tələbini pozmuşdur. Bəllidir ki, həm alğı-satqı, həm də girov müqaviləsi deyilən müqavilələr var və biz girov müqaviləsi yox alğı-satqı müqaviləsi bağlamışıq. Çünki mən evi almaq məqsədində olmuşam və evin dəyərini ödəyib evi almışam. Sonradan Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmış və belə bir tələblə məhkəməyə müraciət etmiş və işə baxan hakimi öz yalan ifadələri, “şahid”ləri və qanunsuz yolnan əldə etdiyi səs yazısı ilə “inandırmışdır”. Müqavilə Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusunda tərtib olunub və notariusun müdiri tərəfindən təsdiq olunub. Həmin müqavilə bağlanarkən də onun şərtləri hər ikisinə izah olunub (müqavilənin 20-ci bəndi), biz bununla razılaşmışıq, müqaviləni imzalamışıq və notarius da müqaviləni təsdiq etmişdir.. Alğı-satqı müqaviləsinin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılmışdır. Məhkəmənin gəldiyi qanunsuz və əsassız nəticəyə görə mülkiyyətçi olaraq öz mülkiyyətindən məhrum edilmiş, bu da “İnsan Hüquqlarının və X11 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə ziddir. Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, onlar könüllü şəkildə alğısatqı müqaviləsini razılaşıb bağlamış, o mənzilin dəyərini satıcıya tam olaraq ödəmiş, satıcı mənzili mülkiyyətinə versə də, müqavilənin 11-ci bəndinə əsasən götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə isə bu hala düzgün qiymət verməmişdir. Məhkəmə öz qətnaməsini iş materillarında olan səs yazısına əsaslandırmışdır. Qanunun tələbinə görə isə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Onun həmin səs yazısının hansı tarixdə, hansı məqsədlə yazılmasından xəbəri yoxdur. Həmin səs yazısı qanunu pozmaqla əldə edildiyindən mötəbər sübut hesab oluna bilməz. Səs yazısını təqdim edən şəxs həmin yazının nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borclu olduğu halda bunu edə bilməmişdir. Buna baxmayaraq məhkəmə bu hala da göz yumaraq öz “istəyinə” nail olmuşdur. Səs yazısını təqdim edən şəxs həmin yazının nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borclu olduğu halda bunu edə bilməməsinə baxmayaraq məhkəmə həmin səs yazısını sübut kimi qəbul etmişdir. Bəllidir ki, həmin səs yazısı gizli yolla əldə olunub və həmin yazıdan sübut kimi istifadə oluna bilməz. Məhkəmə iclasında cavabdeh tərəfindən məhkəməyə çağırılan şahidlərdən Rauf Adıgözəlov açıq şəkildə bildirmişdir ki, onunla münasibəti pisdir və ona qarşı qərəzli mövqedədir. Lakin buna baxmayaraq məhkəmə həmin şahidi dindirmiş və onun və digər şahidin ifadəsini mötəbər sübut kimi qəbul etmişdir. Onunla qərəzli olan şahidin ziyanına ifadə verməsi gözləniləndir. Digər şahid Salman Bayramov isə gördüyü işə görə 500 manat pul aldığını, lakin həmin pulun ona kimin verdiyini belə bilmədiyini, sadəcə şahid kimi gəlidiyini bildirmişdir. Hətta hakim ona “məlumatın yoxdursa bura niyə gəlmisən” deyə irad da bildirmişdir. Lakin buna baxmayaraq hakim həmin şahidlərin ifadəsini mötəbər sübut kimi qəbul etmişdir. Şahidlərinin ifadələrinə isə tənqidi yanaşmışdır.. Alqı-satqı müqaviləsinin 11-ci bəndinə görə cavabdeh daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə 17.08.2021-ci il tarixinədək onun faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd olunan müddət tamam olsa da, cavabdeh öz öhdəliyini icra etməmişdir. Dəfələrlə cavabdehə müraciət edərək, mənzildən çıxmağı və mənzili ona təhvil verməyi tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də o, məhkəməyə müraciət etmişdir. Lakin işə baxan məhkəmə Mülki Məcəllənin 157.4-cü maddəsinin də tələbini pozmuşdur . Cavabdeh qız apellyasiya şikayətinə etirazını təqdim edərək, bildirmişdir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra cavabdeh) İddiaçı ilə kürəkəni Qənbərov Zaminə yaxın olan şəxslər- X9 və X13 tanış etdilər. Qarşılıqlı iddia üzrə cavabdeh ona nə lazım olduğundan məlumatlı idi. Ümumi tanışlıqdan sonra pul vəsaiti lazım olduğu üçün narahat etməyini ona bildirib. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı faizə verəcəyi pulu kürəkənim Zaminin xatirinə minimum 8% əlavə ödənişlə verəcəyini ona bildirdi. İddiaçıla 8% əlavə ödəməklə 45 000 manat pul vəsaitini borca götürməyinə razılaşıblar. İlk əvvəl mülkiyyətində olan ünvan 2 ünvandakı mənzilin girov kimi qoyulmasını razılaşıblar. Bu hadisələrdə onunla birlikdə X17 və Zaminin tanıdığı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıla tanış edən şəxslər X9 və X13 iştirak etdilər. İddiaçı özünü o qədər səmimi, mehriban və təvazökar göstərirdi ki, ona inamı hədsiz idi. Ona pul vəsaiti çox vacib idi, İddiaçı pul vermək vaxtı gəldikdə bildirdi ki, o, pulu girova deyil, evi onun adına şərti alqı-satqı olduğu halda, verdiyi pulu faizləri ilə birlikdə qaytardıqdan sonra mənzili yenidən öz adınıza sənədləşdirmək şərtilə razıdır. O, borclu olduğu şəxslərə həmin gün pul verəcəyinə söz verdiyi üçün məcbur olub razılaşıb qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nəzakətinə davranışına görə onun ona qarşı dələduzluq edəcəyinə inanmayıb. Nəhayət, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı söylədiyi kimi razılaşıblar ki, notariusa gedirik, notariusda mənzili 45000 manata İddiaçı adına şərti alqı-satqı edirik və alqısatqıdan sonra razılaşdığımız 45000 manatı İddiaçı ona verir, aldığı 45000 manat pulu 8% əlavə ödəməsi ilə İddiaçı qaytardıqdan sonra İddiaçı mənzili yenidən adına sənədləşdirir. Qarşılıqlı iddia üzrə cavabdeh alqı-satqı üçün Bakı şəhəri, Yasamal rayonunda yerləşən notariusa apardı, İddiaçı maşından düşməyə imkan vermədi, özü notariusa getdi və notariusun rəhbərliyi ilə nə isə sözləri uyğun gəlmədi.Maşında şahidlər X23, Salman Bayramov, Rauf Adıgözəlov və o bir yerdə idilər. Ümumiyyətlə, prosesin əvvəlindən sonunadək şahidlər onlarla birlikdə olublar. İddiaçı bizə bildirdi ki, Bakı şəhərindəki notariusların heç biri onları razılaşdıqları şərtlərlə razılaşmayacaq, yaxşısı budur ki, Sumqayıtdakı notariusa gedək, orada ona yaxın adamlar işləyirlər.Onlar heç inanmazdıq ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xəstə və yoxsul, borc içərisində itib-batan adama qarşı dələduzluq edər. Elxanın Xıdırovun ona və kürəkəninə qarşı hərəkətlərindən o, danışıb ki, çox yaxşı oğlandır, onlara da hörmət eləyir. Məhkəmə vaxtı ona bəlli oldu ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onlara qarşı xüsusi canfəşanlıq göstərməsi etibarı qazanmaq olub, onun mənzilin alqı-satqı üçün düşündüyü fırıldaqların digər notariusda həyata keçirilməməsindən ehtiyat edərək onlara Sumqayıt şəhərində fəaliyyət göstərən notariusa apardı. Notariusda biz ona inandıqları üçün heç bir sənədə baxmayıblar, hansı sənədə dedisə, həmin sənədə imza edib. Notariusdan çıxıb onları yaxındakı banka apardı. Banka digər şəxsləri buraxmadılar. Bankda bir neçə sənədlərə imza edib, 40000 manat verdilər, pulu götürmək istədikdə bildirdi ki, sənə pulu mağazamda verəcəyəm. İddiaçı pulu götürərək bankda yenidən ödəmələr etdi və ona əlavə imzalar etdirdi. X23, alqı-satqıda işləyənlər Rauf Adıgözəlov və Salman Bayramov bankın həyətində onları gözləyirdilər. Xeyli müddətdən sonra bankdan sənədə imzalar etdirərək yenə pul verdilər və həmin pulu İddiaçı özü götürərək bildirdi ki, sizə pulu mağazamda verəcəyəm. Mağazaya çatanda maşından düşməyə qoymadılar, kürəkəni Zamin və digər şəxslər İddiaçıla birlikdə mağazaya girdilər, hesabatlarını bitirdikdən sonra mağazadən çıxdılar. Sonradan ona məlum oldu ki, İddiaçı “Accssesbank ASC”-yə olan 14100 manat borcunu da ödəyib, notariusa ödədiyi digər ödəmələri- bank faizlərini, notarius xərclərini, vergi xərclərini ödədikdən sonra kürəkəninə İyirmi mindən bir az artıq pul verərək 2000 manat borclu qaldığını bildirib. İddiaçı verəcəyi 45000 manat pul vəsaitindən kürəkəninin razılığı ilə 1000 manat özünə, 500 manat Rauf Adıgözəlova və 500 manat Salman Bayramova xidmət haqqı kimi ödəyib. Məhkəmə baxışında bildirdilər ki, guya İddiaçı mənə 70000 manat ödəyib, həmin vaxt bəlli oldu ki, bu dələduz notariusda ödədiyi 40000 manatı alaraq yenidən banka 30000 manat ödəyərək öz dələduzluğunu həyata keçirirmiş.Əgər qarşılıqlı iddia üzrə cavabdehin 70000 manat pulu olsaydı, o, alqı-satqını Bakı şəhərinin notariuslarında edərdi, bir də onları Nizami rayonundan Sumqayıt şəhərinə aparmazdı. Yaxşı ki, əvvəldən-axıra kimi alqı-satqıda işləyənlər vardı, yoxsa bu insanın şərindən qurtarmaq çətin məsələdir. Sonradan bəlli oldu ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tələsinə düşən tək o deyil, İddiaçı onun kimi bir neçə nəfərə10000-15000 manat verməklə bir neçə ailəni evsiz qoymuşdur. Vəkili çıxışında və vəsatətlə məhkəmədən işin xüsusi qərarla baxılmaq üçün prokurora göndərilməsini xahiş etdi, məhkəmə vəsatəti təmin etmədi. Məhkəmə baxışı zamanı ona məlum oldu ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yaxın notarius axtarırmış ki, birinci dəfə ödədiyi pul vəsaitinə imza etdirdikdən sonra həmin pulu ikinci dəfə götürüb banka mədaxil etsin. İddiaçı alqı- satqı aktının nüxsəsini verməmişdilər, alqı-satqı aktını məhkəmədə gördü və gözlərinə inanmadı. Sən demə alqısatqı müqaviləsində göstərdiyi kimi İddiaçı 30000 manatı ödəməyi öz üzərinə öhdəlik kimi götürübmüş. Cavabdeh İddiaçı əvvəlcədən düşünülmüş şəkildə Sumqayıt şəhərində yerləşən 3 saylı notariat ofrsinə gətirdi, bizi danışıqlarda iştirak etməyə imkan vermədi, işçilərlə elə bil ki, əvvəlcədən danışmışdı, sənədləri verərək qeydə aldırdı və sənədləri yanlarına gətirərək təcili imza etməyini bildirdi. Yanındakı üç nəfər şahidlər Zamin, Salman və Raufda bunu təsdiq edərlər. Sumqayıt şəhəri, 3 saylı notariat ofisinin işçiləri heç bir təlimat vermədilər, cavabdeh özü sənədləri tələm-tələsik imza etdirdikdən sonra bildirdi ki, gedək yaxında mağazası var, orada pulunuzu sayıb təhvil alın. Notariat kontorunun yaxınlığındakı "xxxx" ASC-nİn 3 saylı fılialmda bir neçə sənədə imza etdirdikdən sonra İddiaçı xəzinədən verilən pulları götürərək ona aid mağazada pulları verəcəyini bildirdi. Biz maşınlara oturub cavabdeh İddiaçı məxsus mağazaya gəliblər, mağazada cavabdeh 3 nəfər şahidin yanında-X10, X6, X4 iştirakı ilə 45 000 manat sövdələşdikləri pul vəsaitindən 2000 min manatının çatmadığını, həmin pulu sonra Zaminə verəcəyini bildirdi və onalrın əvəzindən razılaşdıqları qaydada bizə aid ödədiyi borcları "xxxx" QSC-yə 14100 manat, sadələşdirilmiş vergiyə 650 manat, şapka 2000 manat, notariusda digər ödənişlərə etdiyi ödənişləri hesabladıqdan sonra 25200 manat pulu sayıb hadisənin iştirakçısı və şahidi, kürəkəni Qənbərov Zaminə verərək bildirmişdir ki, çatmayan 2000 manatı kartına yükləyəcəkdir. İddiaçı bildirdi ki, 45 000 manatını tam qaytaranadək hər ay 45000 manatın 8%-ni 3600 manat pul vəsaitini ona verməlisiniz, razılaşıb, sağollaşıb ayrılıblar.Daha sonra qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kürəkəni Zaminlə razılaşdı ki, mənzifi ipoteka ilə yenidən onlara satsın, verdiyi pulu faizləri ilə birlikdə bankdan götürsün. O, özünə aid sənədləri toplayıb kürəkəni Zaminə verdi, proses gecikdikdə 7500 manat faiz tələb etdi, biz isə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tələb etdiyi pulun 5000 manatını düzəldə biliblər və kürəkəni Zamin ondan xahiş etdi ki, qalan hissəsini ipotekadan götürəcəkləri vəsaitdən götürərsən, sən də köməklik et, işlər tezləşsin, hansı ki, mənzilin ipotekasını o, öz üzərinə götürmüşdü. Həmin vaxt İddiaçı bildirdi ki, mən sizə görə borca düşmüşəm, bilsəydim ki, proses gecikəcək, bu işə girməzdim. Danışıq zamanı İddiaçı bildirdi ki, ümumiyyətlə ona verəcəkləri faiz pulu 12500 manatdır, gətirməlisən, gətirməsən, mənzil onundur. İddiaçı vətəndaşlara dələduzluq yolu ilə qazandığı əmlaklardan və faizlərə görə götürdüyü gəlirdən dövlət vergilərini ödəməməkdə dövlət orqanlarını da aldadır.Qeyd edilənlərə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337, 339-cu maddələrinə əsaslanaraq qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıla bağladıqları alqı-satqı müqaviləsi müəyyənləşdirdikləri şərtləri pozmaqla bağlanmış olduğu üçün əqd bağlandığı andan etibarsızdır, etibarsızlığı ilə bağlı hüquqi nəticələrə səbəb olmur. Həmin alqı-satqı aktı hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnmişdir. Alqı-satqı prosesində iştirakı olmayıb, notarius tərəfindən heç bir təlimat verilməyib və heç bir sənədə imza etdirilməyib, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tələm-tələsik bura imza edin gedək pulu mağazadan götür deyərək imza etdirdiyi sənəd olub. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin səs yazılarına əsasən qərar qəbul etdiyini, lakin həmin səs yazıları qanunsuz yolla əldə edildiyindən sübut qismində qiymətləndirilə bilməyəciyini, iddiaçının mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət etdikdən sonra, cavabdehin aldadıldığından müqavilənin etibarsız hesab edilməsinə dair tələblə müraciət etdiyini, müqavilənin notariusda təsdiq edildiyini, həmin vaxt müqavilənin şərtlərini tərəflərə izah etdiyini, iddiaçı məhkəməyə müraciət etdiyi dövrə qədər aldadılması ilə bağlı hüquq mühafizə orqanına müraciət etmədiyini, məhkəmədə dindirilmiş şahidlə iddiaçı arasında münasibətlər gərgin olduğundan şahidin ifadəsinin qərəzli olduğunu, birinci instansiya məhkəməsinin işə obyektiv baxmadığını, bu səbəblə qətnamənin ləğv edilərək, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin yalan ifadə verdiyini, müqavilənin notarial qaydada təsdiq edildiyini, qarşı tərəfin gözlərinin zəif gördüyünü bildiriyini, lakin müqavilə bağlanan zaman notarius tərəfindən müqavilənin şərtlərinin izah oldunduğunu, mənzilin 70000 manat qiymətinin onun tərəfindən tam olaraq ödənildiyini, onda olan pulun yarı hissəsinin manat yarısının isə dollar ilə olduğunu, bu səbəblə 40000 manat ödədikdən sonra dollar ilə olan pulu dəyişərək qalan 30000 manatın da ödənildiyini, banka pulu tam olaraq ödədiyini, qarşı tərəfin Accessbank ASC-yə borcunun olduğunu, qalan 30000 manat ödədikdən sonra onların borcunun 30000 manatdan çıxıldığını, hal-hazırda qarşı tərəfin müqavilə ödhəliklərini yerinə yetirməyərək mənzildən çıxmadığını, cavabdehin onu tanımadığına dair bildirdiklərinin yalan olduğunu, mənzilə baxış keçirən zaman da cavabdehin orada olduğunu bununla bağlı video görüntünün oldunğunu, cavabdehin kürəkəni mənzil satıldıqdan sonra ona zəng edərək mənzilin ona görə satıldığını bildirdiyini və mənzilə dair ipoteka müqaviləsi bağlamağı xahiş etdiyini, borcu bir ay müddətinə ödəyəcyini bildirdiyini, banka ödənişlərlə bağlı qəbzlərin olduğunu, ödəniş edilən zaman ödənişlə bağlı ondan vergi də tutulduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, iddiaçının 40000 manat ödədiyini, lakin 30000 manatı ödəmək öhdəliyini götürsə də həmin pulu ödəmədiyini, belə ki, iddiaçının 30000 manatı banka ödədiyini,cavabdehin bankdan həmin ödənişi almadığını, iddiaçının pulu cavabdehə ofisdə ödəyəciyini bildirdiyini, iddiaçının yalan ifadə verdiyini, iddiaçının dediklərinin şahid ifadələri ilə təsdiq edilmədiyini, iddiaçının onlara şərti alqı-satqı müqaviləsi bağlamağı təklif etdiyini, şərti alqı-satqı müqaviləsinin şərtinin iddiaçı tərəfindən verilmiş pulun faizi ilə qaytarılması halında mənzilin cavabdehə qaytarılması olduğunu, həmin faizin bir ay ödənildiyini, faizin 2021-ci ilin aprel ayında 3600 manat ödənildiyini, bundan sonra cavabdehin faiz ödəməsini gecikdirdiyini, cavabdehin ona 5000 manat ödəmək istədiyini bu zaman iddiaçının qəbul etməyərək 7500 manat tələb etdiyini, sonrakı mərhələdə iddiaçının cavabdehə borcunun 12500 manat olduğunu bildirdiyini, müqavilənin surətinin onlara təqdim edilmədiyini, müqavilənin suirətini birinci instansiya məhkəməsinin icraatı zamanı əldə etdiklərini, cinayət işinin başlanılmasının rədd edilməsi qərarından şikayət vermədiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, onların Accessbank ASC-yə olan borcunun iddiaçı tərəfindən ödənildiyini, iddiaçının onlara 43000 manat ödədiyini, notariusa alqısatqı müqaviləsinin bağlanılması üçün deyil, evin girov qoyulması ilə bağlı müqavilə bağlanılması üçün getdiyni, müqaviləni oxumadığını, yalnız imzaladığını, notariusda olan zaman ona evin girov qoyulması ilə bağlı ərinin razılığının olub-olmadığını soruşduğunu və bununla bağlı razılıq ərizəsini təqdim etməyi bildirdiyini, iddiaçını tanımadığını, iddiaçı ilə onu Salman və Rauf adlı şəxslərin tanış etdiyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsində icraat zamanı müəyyən olunur ki: 17.03.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 11-ci maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcıcnın bəyənib qiyməti ilə razılaşdığı vəziyyətdə satıcı Cavabdeh 17.08.2021-ci il tarixədək alıcı İddiaçı faktiki sahibliyinə verir;- 29.10.2021-ci il tarixli cnayət işinin rədd edilməsi haqqında qərarə əsasən, İddiaçı əməlində cinayət tərkibi olmadığından Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmağının rədd olunması qərarə alınmışdır (səh.8, 85) Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə Azərbaycan Respublikası Konstitusiyasının 13, 24, 29; Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Mülki Məcəllənin 146, 152-164, 324, 337-354, 385-390, 405-424, 560, 646-654-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13, 14.2, 14.3, 15, 50, 52, 76.1, 77.1, 80 - 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, göstərilmiş nəticələr işin sübut edilməli olan hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya şikayəti təmin edilməli, göstərilən faktiki və hüquqi istinadlar ilə ilk iddia təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Qeyd edilməlidir ki, qarşılıqlı iddia üzrə cavabdehin subyektiv mülahizəli tələbi müstəvisində mötəbər və mülki icraata aid olan sübutların təqdim edilməməsi, qarşılıqlı iddianın təmin edilməsinə əsaslar müəyyən etmir. Birinci instansiya məhkəməsi iddia üzrə dəyərləndirməni zəruri prosessual tələblər həddində aparmamış və işin faktiki hallarına müvafiq əsaslandırmamışdır. Qeyd edilməlidir ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu anlamda diqqətə çatdırılmalıdır ki, mülki icraatın hədləri baxımından mübahisələndirilən dəlillərin məhkəmənin özü tərəfindən müəyyən edilməsi mümkün deyildir. Qeyd edilən xüsusatlar cinayət təqibi çərçivəsində araşdırmanın predmeti ola bilər ki, belə araşdırmanın nəticəsində hazırki mülki icraat baxışına təsir edəcək amilər (sübutedici faktlar) müəyyən edilmir. Bundan əlavə, notarial qaydada bağlanmış alqı-satqı əqdi imzalanan zaman yol verilən qüsurların mövcudluğu müəyyən edilməmiş və ümumiyyətlə notariat orqanı cavabdeh qismində cəlb edilməmişdir ki, onun hərəkət (hərəkətsizliyi) hazırki mülki icraat həddində müzakirə edilə bilsin. Digər tərəfdən, başqa əqdi pərdələmək məqsədi ilə alqı-satqının bağlanması da müəyyən edilməmişdir. Halbuki, bu pərdələnmənin baş verdiyi (müəyyən edildiyi) təqdirdə belə (kredit və ipoteka münasibətlərinin müəyyən etdiyi normaların tətbiq edilməsi müstəvisində) əqdin etibarsızlığına əsas olmuş hallar müəyyən edilmir. Belə ki, hər iki tərəfin razılığı ilə bağlanmış əqdlərdə razılıq müəyyən edilirsə, bu əqdə dair müddəalar tətbiq edilməlidir. Bu mənada əqdlərin etibarsızlığına dair qanunla müəyyən edilmiş müddətlər də ötürülmüş və əqdin notariusda imzalanan zaman hüquqlarından xəbərdar olmalı olan cavabdehin mücərrəd və ziddiyətli dəlilləri müddətin ötürülməməsinə də əsas yaratmır. Ona görə cavabdehin iddiası əsassızdır və qanunla müəyyən edilmiş bir aylıq müddəti ötürülməklə verilmişdir. Belə ki, əks edilən dəlillərin etibarsızlığa aid edilməsi şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi və arzuladığı əqdin məzmunu barəsində səhv etdiyini, yəni vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi - belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilməsi barədə mülki qanunvericiliyinin dispozitiv şərtlərini ehtiva edir. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış hesab edilməsi iddia edilən 17.03.2021-ci il tarixli əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilməsi mümkün olduğu halda, iddia 27.08.2021-ci il tarixdə verilmişdir. Pulun çatmaması üzrə cavabdehin dəlilləri müqavilənin etibarsızlığına dəlalət etmir, belə hallar müqavilə öhdəlikləri və ya pul tələbləri üzrə qanunvericiliyin müddəalarına aiddir ki, belə tələblər olmadığından tələbdən kənar dəlillərin müzakirəsi isə prosessual cəhətdən və dispozitiv imkandan (diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal olaraq yolverilməzdir. İddiaçının narazı qaldığı, cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirməməsi tələbi isə əsaslıdır və onun təmin edilməsini istisna edən hallar müəyyən edilmir (cavabdeh ilk iddianın əsassızlığına dair təkzibedici dəlillər irəli sürməmişdir). Ona görə ilk iddia təmin edilməlidir və cavabdeh mənzili boşaltmaqla iddiaçıya təhvil verməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edilən normativ və faktiki əsaslara uyğun əlavə qiymətləndirmə apararaq birinci instansiya məhkəməsinin qətnaməsinin mövcud sübutlar əsasında deyil formal mülahizələr əsasında qəbul edilməsi qənaətinə gəlir, iş üzrə cavabdeh tərəfindən təqdim edilən mülki mühakimə icraatı üzrə aidiyyəti olmayan sübutların (səs yazısı və şahid ifadələri) müzakirə edilməsinə əsaslar müəyyən etmir. Belə ki, bu əsaslar iddiaçının dələduzluq edilməsinə yönəlik faktoloji dəlillərdir ki, bunların müzakirəsi cinayət təqibinə aiddir və bu hüquqi prosedur çərçivəsində cinayət təqibi orqanı tərəfindən araşdırma aparılmış cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə xərclərinə dair kollegiya hesab edir ki, tələb olmadığından iddialar və apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumuna dair məhkəmə xərcləri onu ödəyənlərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5066/2021 saylı işi üzrə 10 noyabr 2021-ci il tarixli il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk iddiası təmin edilsin. Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanından öz əmlakları ilə birlikdə çıxarılsın. Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar