Məhkəmə qərarları › İş №2(103)-2568/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2568/2023

16.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2568/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə barədə mülki iş üzrə (açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X7 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə Əfşar oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(005)-394/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İŞİN HALLARİ

1. X11 Təhsil İdarəsi tərəfindən Şəmkir rayonu üzrə Təhsil sektorunun Həmkarlar Təşkilatının sədri Şahid1 ünvanlanmış 14 iyun 2022-ci il tarixli təqdimatdan görünür ki, Qazax-Tovuz Regional Təhsil idarəsinə daxil olan yazılı müraciət əsasında ünvan 4təmov adına tam orta məktəbində təlim-tərbiyə prosesinin təşkilinin, tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi, məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsi məqsədilə xidməti araşdırma aparılan zaman qeydə alınmış nöqsanları nəzərə alaraq, Əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara, habelə vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə ünvan 4təmov adına tam orta məktəbinin direktoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə uyğun olaraq intizam tənbehi verilməsi - əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç" bəndi ilə ləğv edilməsi üçün məsələyə baxılaraq müvafiq qərarın verilməsi xahiş olunmuşdur.

2. Şəmkir rayonu üzrə Təhsil sektorunun Həmkarlar Təşkilatının sədri Şahid1 tərəfindən X11 Təhsil İdarəsinin müdir müavini Nizaməddin Babanlıya ünvanlanmış məktubunda təqdim olunmuş arayışa baxıldığı, məktəb direktorunun fəaliyyəti dövründə digər ciddi qanun pozuntularının olmadığı nəzərə alınaraq arayışda göstərilən nöqsanların nəticələrinə dair müvafiq tədbir görülməsinə etiraz olunmadığı bildirilmişdir.

3. Şəmkir rayonu üzrə Təhsil sektorunun Həmkarlar Təşkilatının sədri Şahid1 tərəfindən X11 Təhsil İdarəsinin müdir müavini Nizaməddin Babanlıya ünvanlanmış 16 iyun 2022-ci il tarixli məktubundan görünür ki, 14 iyun 2022-ci il tarixli Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd kənd tam orta məktəbində aparılmış xidməti araşdırmanın nəticəsinə əsasən Şəmkir rayonu üzrə Təhsil Sektorunun Həmkarlar Təşkilatına ünvanlanmış təqdimatına baxaraq, təqdimatın təmin edilməsi və ünvan 4təmov adına tam orta məktəbinin direktoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə uyğun olaraq intizam tənbehi verilməsi əmək müqaviləsinin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi üçün məsələyə baxılaraq müvafiq qərarın verilməsinə etiraz edilmədiyi qərara alınmışdır.

4. Şəmkir rayonu üzrə Təhsil sektorunun Həmkarlar Təşkilatının sədri Şahid1 izahatında qeyd etmişdir ki, 14 iyun 2022-ci il tarixdə Qazax – Tovuz Regional Təhsil İdarəsi tərəfindən Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd kənd tam orta məktəbində aparılmış monitorinqin nəticələri barədə arayışla ona müraciət olunaraq İddiaçı işdən çıxarılması barədə rəy yazılması bildirilmiş, ilk dəfə onun yazdığı rəylə razı olunmadığı, təqdimata əsasən rəy yazılması Qazax – Tovuz Regional Təhsil İdarəsinin inzibati şöbəsinin müdiri Vüsal Həsənov tərəfindən ondan tələb edilmişdir. Həmin vaxt o, sıxıntı vəziyyətində, affekt durumunda olduğundan iclas protokolunu yazmamışdır.

5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 05 sentyabr 2022-ci il tarixli, K- 947 nömrəli əmrinə əsasən Qazax-Tovuz Regional Təhsil idarəsi tərəfindən Şəmkir rayonu Sabirkənd kənd S.Rüstəmov adına tam orta məktəbdə aparılmış yoxlama nəticəsində Əmək qanunvericiliyinin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, müəssisəyə rəhbərlik və nəzarətin yarıtmaz təşkil olunduğu, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmazlıqlara yol verildiyi aşkar edilməsi nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnaməmin 13.4-cü və 13.5-ci bəndlərinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən Şəmkir rayonu Sabirkənd kənd S.Rüstəmov adına tam orta məktəbin direktoru vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-ıstıfadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 05 sentyabr 2022-ci il tarixdən ləğv edilmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Elm və Təhsil Nazirinin 05 sentyabr 2022-ci il tarixli, K-947 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının verilməsi və 50 manat mediyasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci il tarixdən 2019-cu il sentyabr ayınadək Şəmkir rayonu Sabirkənd kəndində məktəb direktorunu əvəz etmiş, 2019-cu ilin sentyabr ayından 2022-ci ilin sentyabr ayınadək məktəb direktoru vəizifəsində çalışmışdır. İmtahan zamanı yüksək, yəni, 60 mümkün baldan 53 bal toplamışdır dz X5 marker müəllimidir. 05 sentyabr 2022-ci il tarixdə qanunsuz və əsassız olaraq tutduğu vəzifədən azad edilmişdir. İşdən azad edilməyi onunla bağlı olmuşdur ki, X11 Təhsil İdarəsinin müdiri cənab Arslan Hacıyevin müavini cənab Nizaməddin adlı şəxs onu öz kabinetinə çağırtdıraraq işdən çıxmağı barədə ərizə verməyini tələb etmiş, iddiaçı səbəb göstərməyini bildirdikdə o heç bir səbəb göstərmədən cinayətkar olduğunu bildirmişdir. Sonradan isə yoxlama göndərərək məktəbdə heç bir ciddi nöqsan aşkar edilməmişdir. Yalnız bir nəfər şəxs Şahid3 adının məktəbdə texniki işçisi adı məktəbdə olsa da özü məktəbdə olmamışdır. Bu hal Şəmkir rayon Təhsil Şöbəsinin müdirinin göstərişi ilə həmin şəxsin Şəmkir rayon Təhsil Şöbəsinin binasında fəhlə kimi çalışdığı məlum edilmişdir. Bununla bağlı Şahid3 adlı şəxs 2014-cü il tarixdən texniki işçi kimi məktəbdə işə götürülmüşdür. Həmin şəxsin məktəbdə adı getsə də, Şəmkir rayon Təhsil Şöbəsini binasında fəhlə kimi işləyib və məktəbə aid yüklərin boşaldılması məktəbə çatdırılmasına köməklik göstərmişdir. Şahid3la yanaşı məktəbin 8 nəfər fəhləsi olmuş və Şahid3 məktəbə işə gəlməməyi məktəbdə olan işlərə heç bir mənfi təsir göstərmir. O, 2019-cu il tarixdə məktəbə direktor təyin edildikdən sonra həmin şəxsin işdən azad edilmə barədə Təhsil Şöbəsinə müraciət etmişdir. Lakin onun işdən azad edilməsinə yuxarıda olan şəxslər imkan verməmişlər. Həmin vaxt Təhsil şöbəsinin müdiri Məcid Şıxlinski olmuşdur. 2021-ci il tarixdə həmin şəxsin işdən azad edilməsi barədə əmr imzalayıb onun yerinə kənddən olan şahid ailəsi X2 işə götürülmüşdür. O, şəhidin anası ilə birlikdə Şəmkir Təhsil Şöbəsinin müdiri Şahid2 qəbulunda olmuş, Şahid2 ona kobud sürətdə irad bildirərək Şahid3 işdən çıxarılmayacağını bildirmişdir. Şahid3 işdən çıxarılmasına imkan verilməməsi aparılan araşdırma zamanı müəyyən edilmişdir. Belə ki, araşdırma zamanı məktəbin texniki işçisi (fəhlə) Şahid3 2014-cü ildən həmin məktəbdə işlədiyi məlum olmuşdur. Şahid3 sektora dəvət olunaraq onunla söhbət aparılmış və izahatı alınmışdır. Şahid3 yazdığı izahatda daimi olaraq Təhsil Şöbəsinin binasında müxtəlif işlər gördüyünü bildirmişdir. Həqiqətən də Şahid3 gecələr şöbə binasının gecə gözətçiliyini edir, bina ətrafındakı bağ sahəsinə xidmət edir, bundan əlavə olaraq binanın sanitar qovşağının texniki işlərini həll edir. Qış mövsümü zamanı isə binanın kombi sisteminə nəzarət edərək ocaqçı kimi də fəaliyyət göstərir. Eyni zamanda məktəbə anbardan şagird stol və stulu, yazı lövhəsi və digər böyük əşyalar verildiyi zaman həmin əşyaların yığılaraq məktəbdə boşaldılmasına köməklik etdiyini bildirmişdir. Odur ki, təhsil şöbəsinin həm əvvəlki, həm də indiki rəhbərliyi onun bu xidmətlərini nəzərə alaraq işçi kimi onun adının məktəbdə qalmasına etiraz etməmişlər. Şahid3la söhbət zamanı əmək haqqı kartının özündə olduğunu və maaşının daim özü tərəfindən aldığını bildirmişdir. O əlavə olaraq heç kimin ondan bu məqsədlə müəyyən pul vəsaiti tələb etmədiyini və heç kimə də pul vermədiyini bildirmişdir. O, Təhsil İdarəsinin binasında yuxarıda qeyd edilən işlərlə yanaşı həm də vəzifəli şəxslərə çay aparmaq ilə məşğul olmuşdur. Belə olan halda iddiaçının işdən çıxarılması üçün səbəb olmamışdır. İndi həmin şəxs işdən azad edilmişdir. Həmin şəxsin məktəbdə işə gəlməməsində iddiaçının heç bir marağı olmadığından onun işə gəlməməsinə göz yummamışdır. İddiaçı qeyd etdiyi kimi həmin şəxsi işdən azad etmişdir. Sadəcə Şəmkir Təhsil Şöbəsinin vəzifəli şəxsləri özlərinə xidmət etdirmək üçün həmin şəxsləri yanında saxlayıb özlərinə qulluq etdirib indi də iddiaçını öz səhvlərinə görə işdən çıxarmışlar. İddiaçının işdən çıxarılmağı əslində Şahid3 məktəbdə işə gəlməməsi deyildir. Əsl səbəb ona ərizə yazmağı ilə bağlı verilən təklifi qəbul etməməyi olumuşdur. Şahid3 həmin vaxt X11 Təhsil İdarəsində işlədiyi hər kəs tərəfindən bilinirdi və onu işdən çıxartmaqla bağlı heç bir göstəriş verilməmişdir. Odur ki, iddiaçı barəsində işdən çxıarılma ilə bağlı verilmiş 05 sentyabr 2022-ci il tarixli əmrin verilməsinə səbəb olmuş əsaslar özlüyündə tam olaraq əsssızdır. Əmrdən görünür ki, iddiaçının işdən azad edilməyinin əsasında dayanan faktlardan biri Arslan Hacıyevin əsaslandırmasıdır. Həmin əsaslandırmada iddiaçının guya əlavə olaraq 5 nəfər şəxs işə gəlməmiş və onların işə gəlməməsi müəyyən korrupsiya hallarına yol açıb. Həmin şəxslərin kimliyi qeyd edilməmiş və ümumiyyətlə belə bir hal olmamışdır. Arslan Hacıyevin göstərdiyi bu xüsusat özlüyündə əsassız bir iddia olduğu halda cavabdeh həmin iddianı işdən çıxarılma əsası kimi göstərmişdir. Şahid3 adlı şəxs Təhsil İdarəsində müxtəlif vəzifələri icara etdiyi halda və Təhsil İdarəsinin müdiri bunları gördüyü halda Şahid3 adının məktəbdə işdə getməsinə görə kiminsə nöqsana yol verməsi barədə dəlilləri əsaslı olmamışdır. İşdən çıxarılmağı əsaslarından biri kimi Şəmkir rayon Təhsil Sektorunun Həmkərlar Təşkilatının 16 iyul 2022-ci il tarixli qərarı göstərilmişdir. X1 iclası olmamışdır. Halbuki, həmin təşkilat kollegial təşkilatdır və onun üzvlərinin iştirakı ilə qərar qəbul edilir. Həmkarlar Təşkilati həmin qərarı 16 iyul tarixdə deyil 03 sentyabr 2022-ci il tarixdə vermişdir. Bununla bağlı iclas keçirilərək, iclasın sonunda müvafiq qərar qəbul edilir. Növbəti əsas kimi Həmkarlar Təşkilatının qərarı qanunsuzdur. Belə ki, işdən çıxarılmağıına dair izahat və aktlar göstərilmişdir. Həmin vaxt izahatı alınmış Şahid3 öz izahatında harada işlədiyini və hansı işlər gördüyünü bildirmişdir. Bundan başqa Şahid3 işdən çıxartmağına dair 25 may 2021-ci il tarixli 17 nömrəli əmr barədə heç bir fikir səsləndirilmir. Bundan başqa onun 2018-ci il tarixdə Şahid3 işdən azad edilməsi barədə müraciəti eyni zamanda 2021-ci ilin 17 mayında Şəmkir rayon Təhsil Şöbəsinə ünvanladığı məktub əsaslar sırasında göstərilməmişdir. Halbuki, həmin sənədlər Arslan Hacıyevin əsaslandırmasını əsassız edirdi. Bütün qeyd edilənlərlə yanaşı Arslan Hacıyevin əsaslandırılmasında və cavabdehin vermiş olduğu əmrdə onun Şahid3 məktəbdə olmayan fəaliyyətinə görə yummağının motivləri əsaslandırılmamışdır. Bu isə göstərilən əsaslandırmaların bir daha əsassız olduğunu təsdiq edir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(005)- 394/2023 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı iddiaçı əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirdiyini iddia etsə də, o, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı tərəfindən göstərilən sübutların mötəbər olmamasına dair əsaslara dair sübutlar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. İddiaçı və digər vəzifəli şəxslər tərəfindən təsdiq olunmuş aktlarda qeyd olunan əməllərin törədilməsi təsdiq olunmuşdur ki, bu da onun həqiqətən də İddiaçı vəzifə funksiyalarının icrasında nöqsanlara yol verməsini təsdiq edir. Buna görə də, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı irəli sürdüyü arqumentlər onun subyektiv mülahizəsi olmaqla, əsassızdır və bununla bağlı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin izahatını və bununla bağlı təqdim edilmiş sübutlarını inandırıcı sayır. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 71, 72, 186, 187 və 311-ci maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək tam ləğv edilməklə iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Sabirkənd kənd Tam Orta Məktəbin direktoru vəzifəsində çalışmış, Təhsil İdarəsini apardığı qərəzli yoxlmanın nəıticələri əsas gətirilib tutduğu vəzifəsindən,Təhsil Nazirinin əmri əsasında işdən azad edilmişdir. Onun işdən çıxarılması zamanı qanunvericiliyin tələbləri gözələnilməmişdir. Həmkərlar təşkilatının iclası keçirilmədən həmin təşkilat tərəfindən tərtib edilmiş ilkin rəy dəyişdirlmiş həmin rəyi tərtib edən Zülfiyyə Əhmədovf adlı şəxsə Qazax-Tovuz -Şəmkir Təhsil İdarəsinin əməkdaşları tərəfindən təzyiq edilərək 03 sentyabr 2022-ci il tarixdə 31 avqust 2022-ci il tarixli rəyini dəyişərək iddiaçının işdən çıxarılması barədə mənfi rəy vermişdir. Halbuki, guya Həmkarlar təşkilatı tərəfindən həmin rəy 16 iyun 2022-ci il tarixdə tərtib edilmişdir. Bu fakt işdə olan X4 Şəmkir rayon Komitəsi tərəfindən göndərilmiş məktubada və ona əlavə edilmiş Şahid1 izahatında eyni zamanda Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 16 yanvar 2023-cü il tarixli məktub və ona əlavə edilmiş izahatlarda öz əksini tapmışdır. Həmin faktlar onu göstərir ki, həmkarlar təşkilatının iclası keçirilmədən həmin təşkilatın əməkdaşına edilən təzyiq əsasında 03 sentyabr 2022-ci il tarixdə saxta rəy yazılmışdır. Bundan başqa məhkəmə prosesində dindirlən Şahid1 vermiş olduğu izahatı qeyd edilənləri təsdiq edir. Lakin məhkəmə iclas protokolunda olan Şahid1 izahatını və onunla bağlı olan sənədləri məhkəmə qətnaməsinə salmayaraq ona hüquqi qiymət verməmişdir. İddiaçının işdən azad edilməsi əsaslarından biri Şahid3 işə gəlmədiyi halda ona maaşın yazılması faktı olmuşdur ki, bu fakt üzrə bütün sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin səndələrə əsasən iddiaçı Şahid3 işdən azad edib şəhid ailəsini işə götürmüş, lakin Təhsil Sektorunun müdiri trəfindən həmin əmr nəzərə alınmamışdır. Bu faktlar işdə olan əmrlə eyni zamanda Şahid3 vermiş olduğu izahatında və sektor müdiri Şahid2 Prokurorluqda vermiş olduğu izahatlarında öz əksini tapmışdır. Ən əsası isə məhkəmə prosesində cavabdehin nümayəndəsini iddiaçının həmin məsələdə heç bir günahının omadığını deməsi bir daha təsdiq edir ki, aparılmış araşdırma əsassız olmuşdur. İddiaçının digər arqumneti ondan ibarətidir ki, onun 01 iyun 2022-ci il tarixdə aparılan yoxlama zamanı dərsdə davamiyyətlə bağlı olan problem həmin gün Şəmkir rayon İcra Hakimiyyəti və Təhsil İdarəsi ilə birlikdə Beynəlxalq Uşaq günü ilə bağlı olan tədbirdə uşaqların iştirak etməsi olmuşdur. Göründüyü kimi həmin günü yoxlamanın keçirilməsi məqsədli xarakter daşımışdır. Yəni Uşaq günü ilə bağlı tədbir olacağı bəllidir və həmin vaxt davamiyyətdə problem olması qaçılmazdır. Uşaqların tədbirdə olması ilə bağlı sənədlər şəçillər məhkəməyə təqdim edilib. Deməli davamiyyətlə bağlı olan problem uşaqların tədbirdə olması ilə bağlı olub. Bu isə davamiyətin olmaması kimi qiymıtləndirilə bilməzdir. Həmin tədbirdə iştirak edilməsi hər bir direktora tapşırılmış və buna uyğun tədbirdə iştirak edilmişdir. Dərnəklərin keçirilməməsi ilə bağlı qeyd edilən məsələlərdə yalnış məsələlərdir. Təqdim edilən şəkildə dərnək rəhbərinin tədbirdə olduğu aydın sürətdə görünür. Bundan başqa dərnəklər günorta saatlarında təşkil edilidiyi halda aparılan yoxlama gündüz saatlarında aparılmasını nəzərə alınsa onda dərnəklərin olmaması ilə bağlı iiddialar əsaslı deyildir. Labaratoriyada sinif otağı kimi istifadə edilməsi ilə bağlı iddialar da əsaslı deyil. Belə ki, həmin vaxt bölünən siniflər labaratoriya ilə bağlı olmayan dərslər olmayanda orada sinif çatışmazlığı səbəbindən dərslər orada keçirilmişdir. Dərs bölgüsünün əmrləşdirilməsi ilə bağlı məsələ barədə onu qeyd edir ki, 2022-ci il tarixdə dərslər 15 sentyabr tarixində deyil 29 sentyabr tarixində başlamışdır. Əmrləşdirilmənin 15 sentyabr tarixdə aparılmamasının əsl səbəbi dərs ilinin 15 sentyabr 2022-ci il tarixdə deyil 29 sentyabr 2022-ci il tarixdə başlaması olmuşdur. Bundan başqa əmr kitabının təsdiq edilməməsi səbəbi isə Təhsil İdarələrinin sturukturunda olan dəyişikliklə bağlı olan məsələdir. Belə ki, regionlarda Təhsil İdarələri yarandığından möhürlər yğılmış və həmin vaxt Təhsil Sektorunun möhürü də götürülmüşdür. Möhür olmadığı halda əmr kitabı təsdiq edilə bilməzdi. Dərs bölgüsünün aparılması ilə bağlı qeyd edilən pozuntular da əsaslı olmamışdır. Belə ki, dərslərin başqa müəllimlərə verilmədən hansısa müəllimə əlavə olaraq verilməsi həmin şəxslər şəhid ailəsi olması və eyni zamanda dərs saatının 6 saatdan az olması ilə bağlı olmuşdur. Qarşı tərəf qeyd edilənləri təkizb edəcək hər hansı bir fakt təqdim etməmişdir. Birinci sinf üzrə ərizələrin olmaması ilə bağlı qeyd edilənlər də doğru olmamışdır. Ərizələr mövcud olmuş sadəcə şəxsi işin içərisində olmamışdır. Uşaqların ərizlərinin bir qismi məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində yalnız qarşı tərəfin təqdim etdiyi yoxlama məlumatlarına istinad etmişdir. İşin faktiki hallarında olduğu kimi həmkərlar təşkilatının iclası keçirilməmişdir. Buna dair məhkəmə tərəfindən verilmiş sorğuya ətarflı cavab verilmişdir. Bundan başqa tərtib edilmiş rəy 16 iyun 2022-ci il tarixdə deyil, 03 sentyabr 2022-ci i tarixdə tərtib edilmişdir. Məhkəmə iclasında dindirlən Şahid1 məhkmə prosesində dindirlən zaman qeyd etdi ki, o 16 iyun 2022-ci il tarixdə deyil 31 avqust 2022-ci il tarixdə rəy tərtib edib həmin rəy müsbət olub yəni məktəb direktorunun işdən çıxarılması üçün ciddi bir nöqsan olmadığı üçün onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə çıxarılması üçün əsas olmadığından işdən çıxarılmaması barədə rəy vemişdir. Lakin sonradan Vüsal adlı şəxs onu Təhsil İdarəsinə çağırıb ona təzyiq edərək rəyi dəyişməyini tələb etmişdir. Ondan sonra o rəyi dəyişdirmişdir. İddiaçı Həmkərlar təşkilatının iclası keçirilmədən qeyd edilən tarixdə rəy tərtib edilmədiyi halda saxta rəy əsasında iddiaçı işdən azad edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə qətnaməsinin təsviri əsaslnadırıcı hissəsində iddiaçının hansı hərkətləri nəticəsində məktəbin fəaliyyətinin pozulması əmək kollektivinin mənafelərinə zərərin dəyməsi ilə bağlı heç bir fikir tapmaq mümkün deyil. Həttda məhkəmə qətnaməsində qarşı tərəfin vermiş olduğu sənədlərdə göstərilən hallar belə Əmək Məcəlləsinin 71-ci maddəsində göstərilən əsaslara səbəb olacaq dərəcədə ciddi məsələlər deyildir. Məhkəmə qətnaməsində istinad edilən maddələrdən biri Əmək Məcəlləsinin 186-cı madədəsidir. İddiaçı həmin maddələrin tələblərinin pozulmasını qeyd edir. Belə ki, o işdən çıxarılan zaman həmin maddə də göstərilən tədbirlərdən birinin deyil məhz 70-ci maddənin ç bəndi ilə çıxarılmasını qəbul etmir. Məhkəmə qətnaməsində göstərilən maddələr iddiaçının xeyrinə olduğu halda həmin maddənin şəxsin ziyanına yozulması anlaşılan deyil. Birinci instansiya məhkəməsnin qətnaməsinə nəzər yetirdikdə həmin qətnamədə iddiaçı tərəfindən təqdim edilən heç bir sübutun adı belə çəkilmir. Məhkəmdə şahid qimsində dindirlmiş və iş üçün mühüm əhəmiyyət kəsb edən Zülfiyyə Əhmədoavının ifadəsi məhkəmə qətnaməsinə salınmamışdır. Həmkarların iclası olmadan verilmiş rəyi hansı səbəbdən əsaslı sayılması barədə məhkəmə qətnaməsində heç bir yanaşma yoxdur. Məhkəmə iddiaçı tərəfin sübutlarından istifadə etməmiş, etməməsinin səbəblərini qətnamədə göstərməmişdir. Bu isə aşkar şəkildə məhkəmənin qərəzli mövqe tutmasının bariz nümunəsidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək qətnaməsinin tam ləğv olunmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdehin nümayəndəsi Nümayəndə Əfşar oğlu apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə; Maddə 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu; Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; Maddə 43.2 2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ... e) işçinin əmək funksiyası; ... f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; Maddə 57.1. İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamış, iş üzrə mövcud olan faktlar qətnamədə qeyrimötəbər sübutlarla təsdiq edilmişdir.

20. Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələbləri baxımından işəgötürən həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı olduğu halda əmrdə ümumi olaraq “əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyi” göstərilsə də, konkret olaraq hansı öhdəliyi və funksiyanı yerinə yetirmədiyi qeyd olunmamış, yəni, əmr qeyd olunan normanın tələbləri baxımından əsaslandırılmamışdır.

21. Bundan başqa Əmək Məcəlləsinin 71.2-ci maddəsində imperativ olaraq 70-ci maddənin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun şərtlə yol verilməsi qeyd olunsa da, əmr həmin maddənin tələbləri baxımından da (iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi və s.) əsaslandırılmamışdır.

22. İş materiallarından müəyyən olunur ki, iddiaçı barəsində toplanmış materiallar işəgötürən tərəfindən prokurorluq orqanına göndərilsə də, iş materiallarında olan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubunda daxil olmuş materiallar üzrə araşdırma aparıldığı və cinayət tərkibli əməllərin törədilməsi faktları təsdiq olunmadığı qeyd edilir. Həmçinin orta məktəbin fəaliyyətində aşkar edilmiş pozuntuların törədilməsinə imkan yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədilə Təhsil Nazirliyinə təqdimat göndərilmişdir. Belə olan halda, aşkar edilən digər pozuntuların iddiaçı barəsində ən ağır inzibati tənbehin seçilməsinə əsas verməsi baxımından da əmr əsaslandırılmamış və məhkəmə araşıdrması zamanı bu xüsusatla bağlı cavabdeh tərəfindən hər hansı bir mövqe irəli sürülməmiş, sübut təqdim olunmamışdır.

23. Həmkarlar ittifaqının razılığının alınması ilə bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, razılığın alınması barədə sənəd mötəbər sübut hesab edilə bilməz. Belə ki, həmkarlar ittifaqı təşkilatının iclasının keçirilməməsi, bu razılığın alınması barədə sənədin məcburiyyət qarşısında qalınaraq verilməsi işin halları ilə tam təsdiqini tapır. Belə ki, iş materiallrının 173-cü vərəqəsində olan birinci instansiya məhkəməsinin 17 yanvar 2023-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, şahid qismində dindirilmiş həmkarlar ittifaqı təşkilatının sədri Şahid1 öz izahatında göstərmişdir ki, iddiaçının işdən çıxarılması ilə bağlı iclas keçirilməmiş, 16 iyun 2022-ci il tarixli rəy əslində Regional Təhsil idarəsinin əməkdaşı Vüsal Həsənovun təkidi ilə 31 avqust 2022-ci il tarixdə yazmışdır.

24. Bundan başqa, iddiaçının işdən azad edilməsi əsaslarından biri Şahid3 işə gəlmədiyi halda ona maaşın yazılması faktı olmuşdur. Lakin iş materiallarında Şahid3 izahatlarından görünür ki, maaş onun özü tərəfindən alınmış və bu fakt təsdiqini tapmamışdır.

25. Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb etməsi nəzərdə tutulsa da, əmr verilərkən bu tələbə də riayət olunmamışdır. Belə ki, cavabdeh tərəfindən bu halın əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır

26. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin ləğvinə əsas verir. Buna görə də qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv, iddiaçı məktəb direktoru vəzifəsinə işə bərpa olunmalı, məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməlidir.

27. İddia ərizəsində tələblə yanaşı medasiya üçün ödənilən 50 manat pul vəsaitinin tutulması da xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunduğundan ilkin medasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır.

28. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(005)- 394/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(005)- 394/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddiası təmin edilsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 05 sentyabr 2022-ci il tarixli, K-947 nömrəli əmri ləğv edilsin. İddiaçı Şəmkir rayonu, Sabirkənd kənd S.Rüstəmov adına tam orta məktəbin direktoru vəzifəsinə işə bərpa edilsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilsin. İlkin medasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 50 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar