Məhkəmə qərarları › İş №2(103)-257/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-257/2024

07.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-257/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: əmlak tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X17 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin nümayəndəsi X16 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-282/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. Mübahisə predmeti olan torpaq sahəsinə dair X3 83 il müddətinə etibarnamə verilmişdir.

2. İddiaçı və cavabdeh mərhum X1 vərəsələridir.

3. xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, X22, X18, Cavabdeh1 akt tərtib etmişlər ondan ötrü ki, 2016-cı ildə mərhum atası X3 83-ci müddətinə ünvan 1 ünvanda yerləşən 1200 kv.m. torpaq sahəsini vermiş X22 2016-cı ilin noyabr ayında Fəxrəddin Cabbarov rəhmətə gedəndən sonra bir müddət sonra Famil Əsədov iş yoldaşı X12 vasitəsilə həmin torpaq sahəsini və tiklilərə gözətçilik etmək üçün ora yerləşdirdiyi X5 söhbətsiz oradan çıxarılması təmin edildi. Orada olan tikililər hamısı olduğu vəziyyətdə şikayətçi Cavabdeh1 həyətə giriş-çıxış və digər qapıların açarları ilə birlikdə həmişəlik təhvil verildi. Həmin torpaq sahəsi ilə bağlı X22 və X18 heç bir iddia tələbləri olmadığını və gələcəkdə olmayacağını, orada aparılacaq hər hansı tikinti və digər işlərə, sənədləşməyə müdaxilə etməyəcəklərini bildirdilər.

4. Hazırda mübahisə predmeti olan torpaq sahəsində Cavabdeh1 və onun razılığı əsasında digər Cavabdeh2 yaşayır.

5. İddiaçı Buzovna Bələdiyyəsi ilə İddiaçı arasında 03/2020 saylı xx.xx.2020-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə istinad edərək cavabdehlərin fərdi yaşayış evindən çıxarılmasını, özünün isə fərdi yaşayış evinə köçürülməsini xahiş edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Buzovna qəsəbəsi, R.Atakişiyev küçəsi, qeydiyyatsız ev (Buzovna-Maştağa yolu) ünvanında yerləşən istifadəsində olan mənzildən cavabdehlər və digər şəxslərin Cavabdeh1 və Cavabdeh2 əmlaklarını öz hesabına daşımaqla çıxarılması, evə giriş qapısının açarlarının qaytarılması, İddiaçı evə köçürülməsi, İddiaçı mənzildən istifadəsinə maneələrin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2017-ci il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi alaraq iki otaqlı ev tikmişdir. Torpaq sahəsinin nə də tikilinin sahəsi olmamışdır. Sonradan torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğu üçün Buzovna bələdiyyəsi ilə müqavilə bağlayaraq torpaq sahəsini icarə hüququ əsasında rəsmiləşdirmiş, sahiblik və istifadə hüququ əldə etmişdir. Kommunal xidmətlərə dair müqavilələr bağlayarkən məlum olmuşdur ki, mərhum həyat yoldaşının birinci arvadından olan oğlu Cavabdeh1 qaz sayğacını öz adına sənədləşdirmiş və tikdirdiyi iki otaqlı evə tanımadığı, sonuncu dəfə isə Cavabdeh2 yerləşdirmişdir. Bunun üçün Cavabdeh1 köhnə tarixli saxta yolla əldə etdiyi xx.xx.2007-ci il tarixli, 116 saylı Sərəncamdan istifadə etmişdir. xx.xx.2007-ci il tarixli, 116 saylı Sərəncamı əldə edərək Buzovna bələdiyyəsinə və Ədliyyə Nazirliyinə müraciətlər edilmiş, alınan cavablardan məlum olmuşdur ki, xx.xx.2007-ci il tarixli, 116 saylı Sərəncam mövcud deyildir. Buna baxmayaraq, Cavabdeh1 qeyd edilən evi zəbt edərək tanımadığı Cavabdeh2 ailəsi ilə birgə istifadəsində olan torpaq sahəsinə yerləşdirməklə zəbt etmiş, mülkiyyət hüquqlarını pozur.

8. Bakı şəhəri Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-282/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər və digər şəxslərin evdən çıxarılması, evə giriş qapısının açarlarının qaytarılması, evə köçürülmə, mənzildən istifadəyə maneələrin qadağan olunması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Buzovna Bələdiyyəsi ilə İddiaçı arasında 03/2020 saylı xx.xx.2020-ci il tarixli müqavilə bağlanılaraq istifadəsində olan torpaq sahəsi ona icarəyə verilmişdir. Buzovna Bələdiyyəsi ilə İddiaçı arasında 03/2020 saylı xx.xx.2020-ci il tarixli müqavilənin bağlanılmasına səbəb, həmin torpaq sahəsinin onun istifadəsində olması və orada yaşayış evi inşa edilməsi olmuşdur. Müqavilədə torpaq sahəsinin icarəyə verilməsi göstərilsə də, İddiaçı torpaq sahəsi ayrılmamış, müqavilənin bağlanmasına məqsəd həmin sahənin müqavilənin şərtlərinə uyğun olaraq vergiyə cəlb olunması olmuşdur. İddiaçı torpaq sahəsi ayrılmadığı üçün torpaq ayırma haqqında Buzovna Bələdiyyəsində qərar qəbul olunmamışdır. 03/2020 saylı xx.xx.2020-ci il tarixli müqavilə X6 Kifayət Məmməd qızının adına qeydiyyata alınmış və sonuncu Bələdiyyənin vergi uçotuna qeydiyyata alınaraq torpaq vergisi ödəmişdir. İddia tələbinin əsasını Buzovna Bələdiyyəsi ilə İddiaçı arasında 03/2020 saylı xx.xx.2020-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə təşkil edir. Müqavilə üzrə bələdiyyə mülkiyyətində olan 1200 kv.m. torpaq sahəsi iddiaçıya icarəyə verilib. Müqaviləni bələdiyyə sədri imzalayıb. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsi üçün bələdiyyə qərarı olmalıdır. Belə ki, Torpaq Məcəlləsinin 55-ci maddəsi torpaq sahəsi üzərində hüquqların yaranma əsaslarını müəyyən edib, həmin əsaslardan biri “müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr” kimi göstərilib. O cümlədən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində fiziki və hüquqi şəxslərin hüququnun yaranması üçün 2 sənəd olmalıdır: 1) qərar; 2) müqavilə. Qərar və müqavilə ayrı-ayrılıqda hüquq yaratmır, onlar birlikdə mövcud olmalıdır: əvvəlcə qərar verilməli, daha sonra qərarın əsasında müqavilə bağlanmalıdır. Torpağın icarəyə verilməsi barədə bələdiyyə qərar olmadan bələdiyyə sədri heç kəslə icarə müqaviləsi bağlaya bilməz. Bələdiyyə kollegial orqandır, 1 nəfər bələdiyyə sədri “bələdiyyə” demək deyil. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir, bu qayda “Bələdiyyələrin statusu haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsində qeyd olunub. Bundan başqa, Azərbaycan Respublikasının xx.xx.2002- ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə mülkiyyətə, istifadəyə və icarəyə vermək üçün bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydalarını müəyyən edir. Göründüyü kimi, torpağın icarəyə verilməsi üçün zəruri sənədlərin hazırlanması və razılaşdırılması olmalıdır, lakin belə sənədlər hazırlanmadan və razılaşdırılmadan 1200 kv.m torpaq sahəsi 1 nəfər bələdiyyə sədrinin bağladığı müqavilə ilə iddiaçının icarəsinə verilib. Bundan başqa, iddiaçı mübahisəli ünvanda yerləşən yaşayış evinin onun tərəfindən inşa etdirildiyini bildirsə də, öz dəlilini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.2, 157.8, 158.1, 158.2.2, 158.2, 158.4, 337.3, 707.1-ci maddəsi, Torpaq Məcəlləsinin 51.3, 68-ci maddələri, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16.3-cü bəndinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-282/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli 03/2020 saylı müqavilə məhz iddiaçı ilə bağlanılmış və bələdiyyə tərəfindən məhz iddiaçının istifadə hüquqü tanınmışdır. xx.xx.2020-ci il tarixli 03/2020 saylı müqavilə ləğv edilməmişdir, hazırda da qanuni qüvvədədir. Bələdiyyə tərəfindən müqavilənin qanunsuz olması təsdiq edilməmiş, əksinə iddiaçının istifadə hüququ tanınaraq topraq sahəsinə görə iddiaçının məhz həmin müqavilə əsasında vergiyə cəlb edildiyi bildirilmişdir. Bunun əksinə cavabdeh saxta xx.xx.2007-ci il tarixli, 116 saylı Sərəncamı əldə edərək zəbt etdiyi yeri qanuniləşdirmək istəmişdir, lakin cəhdi baş tutmamışdır. Qeyd edilən xx.xx.2007-ci il tarixli, 116 saylı saxta Sərəncamı tərtib edən və istifadə şəxslər barəsində cinayət işinin başlanması üçün prokurorluq və nəzarət qaydasında məhkəməyə müraciət edilsə də xx.xx.2007-ci il tarixli, 116 saylı Sərəncamın əsli gizlədildiyindən hüquqi qiymət verillməsi mümkün olmamışdır. Cavabdeh isə məhz mübahisəli torpaq sahəsinə və məhz onun adına sərəncam tərtib edilməsini, həmin sərəncamın qaz idarəsinə təqdim edərək öz adına keçirilməsindən xəbərinin olmadığını məhkəməyə bildirmiş, məhkəmə də bununla razılaşmışdır. Saxta Sərəncam planı baş tutmadığı təqdirdə cavabdeh başqa planla addım ataraq atası tərəfindən pul qarşılığında mübahisəli torpaq sahəsini aldığını böhtanı ilə polisə müraciət etmişdir. Vərəsəlik hüququ burda işləmədiyindən torpağa görə pul verilib ideyasını planlayaraq işə salmışdır. Bu faktlar cavabdeh tərəfindən təqdim edilən, məhkəmə tərəfindən isə araşdırlmayan sənədlərdə öz əksin tapır. Cavabdeh işə aidiyyət olmayan və tərəflər arasında müxtəlif predmetlər üzrə illərdir davam edən məhkəmə qərarlarını təqdim etməklə iddiaçı barəsində müxtəlif fikirlər formalaşdırmağa cəhd etsə də təqdim edilən məhkəmə və polisin araşdırma sənədlərindən tam təsdiq olunur ki, cavabdehin mübahisəli sahəyə heç bir aidiyyatı yoxdur. Əksinə iddiaçının mübahisəli sahəni əldə etdiyi, tikililər tikdiyi, təsərrüfat qurduğu təsdiq olunur. Belə oluduğu təqdirdə iddiaçı bələdiyyə ilə müqavilə bağlamağa da ehtiyac olmamışdır. Bələdiyyə isə araşdırma materiallarında olduğu kimi iddiaçını tam hüquqlu istifadəçi kimi tanıdığından məhz onunla müqavilə bağlamışdır. Cavabdeh1 bütün məhkəmə iclaslarında torpağın atasına məxsus olduğunu, atasının pul verib aldığını, iddiaçının torpağı zəbt etdiyini bəyan etməklə təqdim etdiyi xx.xx.2019-cu il tarixli Qərar və Akta istinad etməklə onun mülkü olduğunu sübut etməyə cəhd etmişdir. Əksinə cavabdehin təqdim etdiyi sənədlərlə sübut olnur ki, torpaq sahəsinin əldə edilməsi və tikililər iddiaçıya aidir. Cavabdehin atasının həmin torpaq sahəsinə pul verməsi faktı öz təsdiqini tapmamışdır. İddiaçıdan gizli xx.xx.2019-cu il tarixli AKT tərtib edilməklə cavabdehin sərəncamına verilir. Həmin sahəyə vərəsəlik hüququ ola da bilməzdi, bölünə də bilməzdi. Lakin istintaq orqanı tərəfindən bu qədər araşdımadan sonra AKT-la torpaq sahəsini və tikililərin qanuni istifadəçidən alınaraq qanunsuz olaraq T.Cababrova verilməsi İddiaçı bələdiyyə qərarı, müqaviləsi olmadan da həmin torpaq sahəsi və üzərində tikilərə tam hüquqlu istifadə və sahibliyinin olduğunu təsdiqin tapdığı halda torpaq sahəsinə aidiyyəti olmayan şəxsə torpaq sahəsinin təhvil verilməsi, məhkəmə tərəfindən isə torpaq sahəsini qanunsuz AKT-la ələ keçirib istifadə edəndən geri alnmaması tam qanunsuz olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirir ki, bu iş 2018-ci ildən gedir. İşə Bakı Apellyasiya Məhkəməsində baxılıb, sadəcə qarşı tərəf sənədləri vermədiyinə görə cinayət işi başlaya bilinmədi. İddiaçı ilə qarşı tərəfin atası ailə qurmuşdur. 2016-cı ildə dünyasını dəyişmişdir. Mübahisəli ərazi ilə üzbəüz icarəyə yer götürüblər ki, təsərrüfat məqsədilə istifadə etsinlər. Cavabdehin iddia etdiyi yer onların yeri deyil, onların yeri hazırda cavabdehin zəbt etdiyi ərazidir. Yəni, fərqli yerlərdir. Cavabdehin atasına verilən yer, üzbəüz olan yerdir. Cinayət işinin materialında olan ifadələrdən də hər şey aydın olur. Həmin zaman 20-yə yaxın şahid dindirilib. Hara təhvil verilib bunu aydınlaşdırmaq olmur. Aktı imzalayan şəxslər də torpaq sahəsini satmaq istəyən və digər şəxs olmuşdur. Həmin zaman iddiaçı orada yaşayırdı. İddiaçı ona görə o yerə aidiyyatı olmadığını ifadəsində bildirmişdir. İddiaçının yoldaşı dünyasını dəyişəndən sonra özünün şəxsi vəsaiti hesabına aldığı və tikdiyi tikilidir. Bələdiyyə ünvan veribsə, ünvanı da var. Oranın idarəçiliyi bələdiyyədədir. Amma, əsl mülkiyyətçi "Socar"dır və "Socar" oranı hələ də bələdiyyəyə təhvil verməyib. Həmçinin, aktda koordinat yoxdur deyə biz bilmirik ki,eyni ərazidən söhbət gedir ya yox. Torpağın statusu dövlət mülkiyyətində aiddir bunu inkar etmir. İddia tələbinin əsası yaşayış sahəsinə cavabdehin çıxarılması iddiaçının köçürülməsidir.Cavabdeh torpaq sahəsinə başqa şəxs yerləşdirib. Buna görə də video çəkilişin aparıblar. Bununla bağlı flash kartı məhkəmə kollegiyasına təqdim edir. Şəxs etiraf edir ki, cavabdeh onu yerləşdirib. Orada yaşayış sahələri var. Neft Şirkəti vətəndaşlara münasibətdə heç bir iddia qaldırmayıb. Boş əraziləri isə hasara alıblar. Bələdiyyəyə iddiaçı müraciət edib, müqavilə bağlanılıb. Qarşı tərəf polis vasitəsi ilə iddiaçını ordan çıxarıb. Mübahisəli ərazidə iddiaçı yaşayıb. İddiaçının oradan istifadə etmək hüququ var. Onunla üzbəüz icarəyə yer götürülüb ki, təsərrüfat məqsədilə istifadə edilsin. Hazırkı vəziyyətdə təsərrüfat saxlamağa şərait yoxdur. Amma, əvvəl mal-qara saxlanılıb. İcarə müqaviləsi bağlanılıb. Həm də cavabdeh torpaq sahəsinə başqa şəxsi yerləşdirib.

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 çıxış edərək bildirir ki, rəhmətlik atası 2015-2016-cı illərdə həmin torpaq sahəsini "Socar" da işləyən bir adamdan bağ sənədi ilə 30.000 manata alıb. Atası orada fermer təssərüfatı ilə məşğul olurdu, inək,qoyun və.s saxlayırdı. 2016-cı ildə atası ürək xəstəliyindən vəfat etdi. Bağçılıq sənədi olmuşdur. Həmin sənəd bağ sənədidir. Notarial qaydada alğı-satqı edilmişdir. Notariusun kağızı da var. Atası 2016-cı ildə o evi aldı ki,fermer təsərüfatı ilə məşğul olsun. Atası dünyasını dəyişəndən sonra atasının 2-ci həyat yoldaşı bizi məhkəməyə verdi. 2018-ci ildə məhkəmə zamanı şahidlərin ifadələri də var. İddiaçı boynuna almadı ki, atası məşğul olub, məhkəməni aldadıb. İddiaçı daha sonra torpaq sahəsini mənimsəmək məqsədilə vəkilinin adına keçirmişdir. Ümümimilikdə 4 nəfərin adına keçirmişdi. Onlar da, bacı-qardaş olaraq prokurorluğa müraciət etdi. İddiaçı ərizə yazmışdı ki, o, bu torpağa müdaxilə etsə məsuliyyət daşıyacaq. Eyni ərazidən söhbət gedir.Bütün məhkəmələri iddiaçı aldatmışdır. İddiaçı əmlakları ələ keçirmək istəyir. İddiaçı Buzovna Bələdiyyəsi ilə qanunsuz müqavilə bağlayaraq vergi uçotunda qeydiyyata alınmışdır.Bələdiyyə qanunsuz iş görüb. Mübahisələndirilən sahə onun atasının olub. O da atasının vərəsəsi hesab edilir. Atası dünyasını dəyişəndən sonra o, sənədləri notariat ofisində 4 şəxsin adına keçirib. Bacıqardaş buna görə prokurorluğa müraciət ediblər. Onlar atasının yas mərasimini keçirəndə iddiaçı başqa işlərlə məşğul olub,mal-qaranı aparıb, qeyri-qanuni yolla bələdiyyə ilə müqavilə bağlayıb. Həm mənəvi, həm də hüquqi cəhətdən iddiaçı əmlak tələb ediə bilməz. İddiaçı məhkəmələri aldadır, əvvəl bildirirdi ki, sənəd yoxdur, sonra sənədləri notariat ofisinə təqdim edib. 2016-cı ildə atası dünyasını dəyişdi, onlar da müvafiq orqanlara müraciət etdilər. Torpaq sahəsi aktla təhvil-təslim olub. Açarı ona veriblər. İddiaçı həmin evdə yaşamayıb. Atası 30000 manata torpağı alıb. Həmin zaman iddiaçı ilə evli olub. İddiaçı vərəsə olsa idi, məhkəmədə etiraf edərdi ki, atasının mal-qarası olub.

16. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin nümayəndəsi X21 məhkəmə iclasında çıxış edərək bildirir ki, mübahisələndirilən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün “Azneft” İstehsalat Birliyinin istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir. Həmçinin, həmin ərazidən 56 metr məsafədə Buzovna-Maştağa yatağında qazılmış 30 saylı ləğv olunmuş neft-qaz quyusu mövcuddur.

Tətbiq edilən hüquq normaları:

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv olunmalı, iddia tələbi köçürülmə hissəsində təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, İddiaçı Buzovna qəsəbəsi, R.Atakişiyev küçəsi, qeydiyyatsız ev (Buzovna- Maştağa yolu) ünvanında yerləşən istifadəsində olan mənzildən cavabdehlər və digər şəxslərin Cavabdeh1 və Cavabdeh2 əmlaklarını öz hesabına daşımaqla çıxarılması, evə giriş qapısının açarlarının qaytarılması, İddiaçı evə köçürülməsi, İddiaçı mənzildən istifadəsinə maneələrin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

24. İşin halları ilə müəyyən olunur ki, Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Buzovna Bələdiyyəsi ilə Cavabdeh1 arasında torpaq sahəsinin icarəyə verilməsi, ayrılması və sair hallarla bağlı müqavilə, sərəncam, qərar və digər hüquqmüəyyənedici sənəd tərtib olunmamışdır. Cavabdeh1 Buzovna Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata da alınmamışdır. Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Buzovna Bələdiyyəsi tərəfindən Cavabdeh1 torpaq sahəsinin ayrılması haqqında sərəncam və ya müqavilə verilməsi haqqında heç bir qeyd yoxdur. Cavabdeh1 Buzovna Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata da alınmamışdır. xx.xx.2020-ci il tarixli 03/2020 saylı torpaq icarəsi müqaviləsinə əsasən Buzovna Bələdiyyəsi 1200 mv.m. torpaq sahəsini İddiaçı icarəyə vermişdir. İcarə haqqı hər il 2,40 manat təşkil edir. Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Buzovna Bələdiyyəsi ilə İddiaçı arasında 03/2020 saylı xx.xx.2020-ci il tarixli müqavilə bağlanılaraq istifadəsində olan torpaq sahəsi ona icarəyə verilmişdir. Həmin torpaq sahəsində K.M.X11 ilə arasında həmin müqavilə bağlanılmazdan əvvəl bağ bostan bitkilərinin becərilməsi ilə məşğul olmuş və hətta yaşayış evi də inşa etdirmişdir. 03/2020 saylı xx.xx.2020-ci il tarixli müqavilə X6 Kifayət Məmməd qızının adına qeydiyyata alınmış və sonuncu Bələdiyyənin vergi uçotuna qeydiyyata alınaraq torpaq vergisi ödəmişdir.

25. İşə birinci instansiya məhkəməsində baxılması zamanı İddiaçı 01 fevral 2023-cü il tarixli məhkəmə iclasındakı izahatında qeyd edir ki, mübahisəli torpaq sahəsini mərhum əri etibarnamə əsasında almışdır. Həmin torpaq sahəsində ev tikməklə orada təsərrüfat aparıblar. O orada mal heyvan saxlayıb (iş v.İ cild səh. 188).

26. Cavabdeh1 birinci instansiya məhkəməsində verilmiş izahatı zamanı bildirmişdir ki, atası rəhmətlik Cabbarov Fəxrəddin təxminən 2015-ci ildə Famil, Yasin və Ceyhun adlı şəxslərə 30000 manat ödəyərək bağ sənədi ilə Buzovna qəsəbəsində təsərrüfatla məşğul olmaq məqsədi ilə torpaq sahəsi almışdır. 28 noyabr 2016-cı ildə atası rəhmətə getdikdən atası ikinci həyat yoldaşı Kifayət atasının ölüm sənədi ilə onlardan xəbərsız notarius vasitəsilə həmin torpaq sahəsini ayrı-ayrı adamların adına keçirməklə qanunsuz mənimsəmək istəyirdi. (iş v.İ cild səh. 189)

27. Göründüyü kimi, hər iki tərəf bildirir ki, mübahisə predmeti olan torpaq sahəsini X7 etibarnamə əsasında almışdır.

28. Qanunvericiliyin tələbindən göründüyü kimi, İddiaçı Cavabdeh1 kimi mərhum X2 qanuni vərəsələridir.

29. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mərhum X2 vərəsəsi olaraq ünvan 2 ünvanında yerləşən 1/47 saylı ünvanında yerləşən evə köçürülmək hüququ vardır. Lakin hazırda iddiaçı mənzildən istifadə etmir və maneənin aradan qaldırılmasını cavabdehlərdən tələb etsə də maneənin nədən ibarət olması müəyyən olunmur. Kollegiya hesab edir ki, ilk növbədə iddiaçının mübahisə predmeti olan evə köçürülməsi tələbi təmin olunmalıdır.

30. Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi tərəfindən verilmiş 15 fevral 2023-cü il tarixli məktubda qeyd edilir ki, Buzovna Bələdiyyəsi ilə İddiaçı arasında bağlanılmış 03/2020 saylı, 06 aprel 2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı 31 mart 2020-ci il tarixdə Buzovna Bələdiyyəsinə müraciət edərək uzun illərdir ki, istifadəsində olan torpaq sahəsinin vergiyə cəlb olunması ilə əlaqədar olmuşdur. Ərizə ilə tərəflərindən İddiaçı istifadəsində olan torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı torpağın onun istifadəsində olması, orada yaşayış evi inşa etməsi və həyətyanı sahədə bağ-bostan bitkilərinin becərməsi aşkar olunduğu üçün həmin torpaq sahəsi Bələdiyyənin yerli vergi uçotuna qeydiyyata alınaraq İddiaçı ilə Buzovna Bələdiyyəsi arasında müqavilə bağlanılmışdır.

31. İşə birinci instansiya məhkəməsində baxılması zamanı şahid X8 ifadəsində qeyd edir ki, iddiaçını qonşu kimi tanıyır. 2017-ci ildə Kifayət Buzovnada torpaq almaq üçün ondan 14000 manat borc pul almışdır. Torpaq sahəsi boş idi, tikililəri Kifayət tikib, daş daşıyıb.

32. Halbuki İddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında mübahisə predmeti olan torpaq sahəsini ərinin etibarnamə ilə aldığı torpaq sahəsi olduğunu bildirmişdir.

33. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili izahatında bildirdi ki, mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə qərarına əsasən onun istifadəsinə verilmişdir. Cavabdehin atasının və hazırki cavabdehin həmin sahəyə aidiyyəti olmamışdır.

34. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 sentyabr 2024cü il tarixli, 10/318 nömrəli ekspert rəyində qeyd edilir ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə və baxış zamanı əldə edilən məlumatlara əsas müəyyən edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 1085,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (H.Z.Tağıyev adına NQÇİ) Sahə “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qərardadda ekspert qarşısında qoyulmuş 2,3 və 4-cü suallara münasibət bildirilmədiyindən həmin sualların cavablandırılması mümkün olmamışdır.

35. Göründüyü kimi, Cavabdeh1 atasından miras əmlak olaraq qalmış payın iddiaçının iddia etdiyi kimi istifadəsinə verilmiş torpaq sahəsindən fərqli yerdə yerləşməsi ekspert rəyi ilə təsdiq edilməmiş, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

36. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).

37. Bu səbəbdən İddiaçı Cavabdeh1 əmlaklarını öz hesabına daşımaqla çıxarılması, evə giriş qapısının açarlarının qaytarılması tələbinin təmin edilməsi üçün heç bir hüquqi əsası yoxdur.

38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 sentyabr 2024-cü il tarixli, 10/318 nömrəli ekspert rəyindən də görünür ki, mübahisə predmeti olan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir, lakin bu hal iddiaçının mübahisə predmeti olan evə köçürülməsinə mane deyildir.

39. İddiaçının tələbi həmçinin Cavabdeh2 qarşı yönəlmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, Cavabdeh2 işə birinci instansiya məhkəməsində baxılması zamanı 23 dekabr 2022-ci il tarixli məhkəmə iclasında izahatında bildirir ki, o atası ilə birlikdə mübahisəli evdə oranın qorunması üçün qalır. Ev Teymurgilin atasının mülkü olub, atası tərəfindən 2015- 2016-cı illərdə tikilib.

40. Kollegiya hesab edir ki, Cavabdeh2 mübahisə predmeti olan evdə yaşamasına evə sahiblik edən digər cavabdeh olan Cavabdeh1 tərəfindən etiraz edilmədiyindən Cavabdeh2 evdən çıxarılması hissəsində iddia tələbi əsassızdır.

41. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-282/2023 saylı qətnaməsi qismən - İddiaçı mübahisə predmeti olan evə köçürülməsi tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, İddiaçı ünvan 2 ünvanında yerləşən evə köçürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilməli, ekspertizanın keçirilməsi ilə bağlı 50 manat məbləğində xərcin 25 manatı İddiaçı, digər 25 manatı isə Cavabdeh1 tutularaq Az.MEM, VÖEN **********, X9, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.

42. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-282/2023 saylı qətnaməsi qismən - İddiaçı evə köçürülmə tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən evə (özbaşına tikili) köçürülsün. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Ekspertizanın keçirilməsi ilə bağlı 50 manat məbləğində xərcin 25 manatı İddiaçı, digər 25 manatı isə Cavabdeh1 tutularaq Az.MEM, VÖEN **********, X9, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar