Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2573/2025 26.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı maraqlı şəxs qismində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cəlb edilməklə “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “maddi zərərin ödənilməsi” ) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi, Hakimlər Cəfərov Namiq Şamil oğlu və X3 ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-64/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdehnə qarşı maraqlı şəxs qismində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cəlb edilməklə “maddi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən pozulmuş öhdəliyin bərpası, yəni müqavilə üzrə nəzərdə tutlmuş 144,06 kv.m olan 2 (iki) təmirli mənzilin (51 kv.m olan 1 otaqlı və 93,6 kv.m olan 2 otaqlı mənzil olmaqla) İddiaçı təhvil verilməsi və ya cavabdeh tərəfindən təqdim edilmiş (1 otaqlı sahəsi 44 kv.m, 2 otaqlı sahəsi 77,46 kv.m olmaqla, ümumi sahəsi 121,46 kv m olan, 2 mənzil) 2 mənzilin sahəsi ilə müqavilə üzrə razılaşdırılmış sahə arasında yaranmış 20,6 kv.m (əlavə razılıq üzrə 2 kv.m pulu ödənilmədiyi üçün həmin saəh istisna edilir və tələb xaricindədir) sahə üçün nəzərdə tutulan 32.960 manat maddi zərərin və ödənilmiş 190 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh MMC-nin fəaliyyətinin araşdırlması üçün (vergidən yayınma və digər pozuntulara dair) xüsusi qərardad elan edib, aidiyyatı üzrə Azərbaycan Respublikasının Baş prokurorluğuna göndərilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi və vəkili X1 elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müaciət edərək, iddianın tam təmin edilməsi, Cavabdeh MTK - dən pozulmuş öhdəliyin bərpası, yəni xx.xx.2017- ci il tarixli müqaviləyə 2 saylı, xx.xx.2020- ci il tarixli əlavə ilə razılaşdırılaraq öhdəlik götürülmüş hər iki mənzil üzrə ümumi 144.06 kv m olan 2 (iki) təmirli mənzilin (51 kv.m olan 1 otaqlı və 93.6 kv.m olan 2 otaqlı mənzil olmaqla) cavabdeh tərəfindən təqdim edilmiş (1 otaqlı sahəsi 44 kv m, 2 otaqlı sahəsi 77.46 kv m olmaqla, ümumi sahəsi 121.46 kv m olan, 2 mənzil) 2 mənzilin sahəsi arasında yaranmış 20.6 kv m (1 kv.m x 1600 manat) fərqin əvəzinin, yəni 32.960 (otuz iki min doqquz yüz altmış) manat maddi zərərin və dövlət rüsumu olaraq ödənilmiş pul məbləğinin cavabdeh şirkət olan Cavabdeh MTK-dən tutularaq, İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh ”Grand Plaza“ MMC arasında xx.xx.2017-ci il tarixli müqavilə imzalanmış və müqaviləyə əsasən xx.xx.2002-ci il tarixində 12 öz nömrəli reyestr kitabının 1807-ci səhifəsində 30/18316 nömrəsi ilə qeydə alınmış Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş ÖM seriyalı 125073 nömrəli Qeydiyyat vəsiqəsi ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.1 kv.m olan (faktiki 118,4 kv.m) ibarət olan yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çox mənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Bundan sonra iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli müqaviləyə əlavə imzalanmış və həmin əlavəyə əsasən ünvan 1 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 142.08 kv.m olan, təmirli mənzili “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürülmüşdür. Daha sonra tərəflər arsında əlavə 2 kv m sahənin əlavəedilməsini nəzərdə tutan, yəni, 142.08 kv.m olan mənzilin əvəzində, “Əmlak mülkiyyətçisi”-nə 144.06 kv m olan 2 (iki) mənzilin ( 51 kv.m olan 1 otaqlı və 93.6 kv.m olan 2 otaqlı mənzil olmaqla) verilməsi öhdəliyini nəzərdə tutan xx.xx.2020-ci il tarixli müqaviləyə əlavə imzalanmışdır. Hal- hazırda cavabdeh şirkət müqavilə üzrə öhdəliyini pozaraq, müqavilədə mülkiyyətçi ilə razılaşdırdığı 144.06 kv. m əvəzinə ümumi sahəsi 121.46 kv m olan (1 otaqlı sahəsi 44 kv m, 2 otaqlı sahəsi 77.46 kv m olan) 2 mənzil təqdim etmişdir. Dəfələrlə cavabdeh şirkətdən öhdəliyi düzgün icra edilməsi, müqavilə üzrə razılaşdırılmış sahəyə uyğun mənzillərin təhvil verilməsi və ya verilməyən 20.6 kv m (əlavə razılıq üzrə 2 kv m pulu tərəflərindən ödənilmədiyi üçün həmin sahə istisna edilir və tələb xaricindədir) sahə üçün nəzərdə tutulan 32.960 (otuz iki min doqquz yüz altmış) manat (20.06 kv m x 1600 manat) maddi zərərərin cavabdeh şirkət tərəfindən ödənilməsi tələbləri şirkət tərəfindən imtina ilə qarşılanmışdır. Buna dair tərəflərindən pretenziya qaydasında müraciət edilmişdir. Cavabdeh şirkət tərəfindən müqavilənin tələbləri kobud surətdə pozulmuş və mülkiyyətçiyə ümumilikdə 32.960 manat maddi zərər vurulmuşdur.
4. Yasamal Rayon Məhkəməsinin 2(004)-64/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Aydan Oruclu) ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı əsasında “məhkəmə tikinti-texniki ekspertizası” təyin edilmişdir. Məhkəmə ekspertiza qarşısında qoyulan suallara düzgün olmayan və qərəzli olaraq eskpert tərəfindən verilmiş cavablara istinad edərək Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59cu maddəsinin tələblərini pozmuşdur. Hansı ki, eskpert iddiaçı tərəf İddiaçı Cavabdeh MTK tərəfindən təqdim olunmuş “Bakı şəhəri, Nəsimi rayonu, SüleymanRüstəm küçəsi ilə Q.Quluyev küçələrinin kəsişməsində "xxxx" MMC terəfindən inşa edilmiş hündürmərtəbəli binanın C blokunun 8-ci mərtəbəsində yerləsən 31 va 32 saylı mənzillərin sahəsinin və həcminin hesablanması qaydalarına əsasən Şəhərsalma vəTikinti Məcəlləsinin 59-cu maddəsini rəhbər tutmalı idi. Müvafiq azaltma əmsalları tətbiq olunmaqla “Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ilə Q.Quluyev küçələrinin kəsişməsində "xxxx" MMC terəfindən inşa edilmiş hündürmərtəbəli binanın C blokunun 8-ci mərtəbəsində yerləsən 31 va 32 saylımənzillərin sahəsinin və həcminin hesablanması həyata keçirilməli idi. İş üzrə işin keçmiş icraatını aparan hakim tərəfindən “məhkəmə tikinti texniki ekspertiza” təyin edilmiş, lakin məhkəmə tərəfindən işin obyektiv hallarının araşdırılması aparılmadan ekspert qarşısında yalnız tərəflər arasında bağlanan ilkin müqavilə üzrə mənzil sahəsinin düzgünlüyü araşdırılması qənaitinə gəlinmişdir. Halbuki iddia tələbimizin çərçivəsi tərəflər arasında bağlanan ilkin müqavilədən sonraki razılaşma üzərində nəzərdə tutulan artıq mənzil sahəsinin təminedilməsi üzrədir. Bu səbəbdən hakimə iddiaçı tərəfin vəkili tərəfindən vəsatət ilə müraciət olunaraq xahiş edilmişdir ki, vəsatəti təmin edərək iş üzrə " təkrar və əlavə məhkəmə tikinti texniki ekspertiza” nın təyin edilməsinə və ekspert qarşısında tərəflər arasında bağlanan xx.xx.2020- ci il tarixli müqaviləyə 2 saylı əlavəyə uyğunluğunun arasında bağlanan xx.xx.2020- ci il tarixli müqaviləyə 2 saylı əlavəyə uyğunluğunun yoxlanılması, mənzilin faktiki sahəsi ilə (hər iki mənzil üzrə) xx.xx.2020- ci il tarixli müqaviləyə 2 saylı əlavədə cavabdeh tərəfindən verilməsi öhdəliyi götürülmüş kv sahə arasında ( 51 kv m 1 otaqlı və 93.6 kv m olan 2 otaqlı) fərqlə müəyyən edilməsi məsələsi üzrə suallar ünvanlansın və ekspert rəyinin verilməsinə 01 ( bir ) ay vaxt müəyyən edilməsinə və icaraatın dayandırılmasına dair qərardad qəbul edilsin. Lakin Yasamal rayon Məhkəməsinin hakimi Aydan Oruclu tərəfindən vəsatət təmin edilməmişdir. Belə ki, məhkəmənin araşdırmalı olduğu məsələ bundan ibarətdir: “İddiaçı ilə cavabdeh “Grand Plaza“ MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə 2 saylı, xx.xx.2020-ci il tarixli əlavə ilə razılaşdırılaraq öhdəlik götürülmüş hər iki mənzil üzrə ümumi 144.06 kv.m olan 2 (iki) təmirli mənzilin ( 51 kv.m olan 1 otaqlı və 93.6 kv.m olan 2 otaqlı mənzil olmaqla) sahəsinin və həcminin hesablanması AR Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələbinə uyğundur, uyğun deyil? Beləliklə, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, qanun pozuntusuna yol verərək qətnamə qəbul etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirdi ki, rayon məhkəməsi sübutlara düzgün qiymət verməmiş, nəticədə də əsassız qətnamə qəbul etmişdir, odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası gəlmiş tərəfin fikrini dinləyib və MPM-in 376.2-ci maddəsinə əsasən cavabdeh tərəfinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
9. Cavabdeh MMC ilə İddiaçı arasında 09 dekabr 2017-ci il tarixli, 003 nömrəli müqaviləyə əsasən “Əmlak mülkiyyətçisi” İddiaçı bu Müqaviləyə əsasən xx.xx.2002-ci tarixində 12 öz nömrəli reyestr kitabının 1807-ci səhifəsində 30/18316 nömrəsi ilə qeydə alınmış Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş ÖM seriyalı 125073 nömrəli Qeydiyyat Vəsiqəsi ilə öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 49,1 kv.m olan (faktiki 118,4 kv.m) ibarət olan yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi və “Tikinti şirkəti” Cavabdeh MMC ünvan 2 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 142,08 kv.m olan, təmirli mənzili “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək (mənzil təhvil verilənədək) onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 500 (beş yüz) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 (bir) dəfə ödəyir. “Əmlak mülkiyyətçisi”-nin kommunal borcları olduğu halda “Tikinti şirkəti” həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəklərini öhdəliklərini üzərilərinə götürürlər.
10. Həmin müqaviləyə əlavənin edilməsi haqqında xx.xx.2017-ci il tarixli əlavə razılaşmaya əsasən müqavilənin 1.1.2-ci bəndində qeyd olunan “Əmlak Mülkiyyətçisi”-nə veriləcək faktiki yaşayış sahəsinin 118,4 kv.m olan hissəsi 20%-i artırılmaqla (yəni 118.4+20%=142.08), veriləcək 24 aylıq kirayə haqqı hər ay 500 AZN müəyyən edilməsi, müqaviləyə əsasən “Əmlak Mülkiyyətçisi”-nin mülkiyyətinə verilməsi nəzərdə tutulmuş ümumi sahəsi 142.08 kv.m olan mənzilin əvəzində, “Əmlak Mülkiyyətçisi”-nə yan-yana, 2 otaqlı, hər birinin ümumi sahəsi 71.04 kv.m olan ayrıaynlıqda 2 (iki) mənzilin verilməsi, müqaviləyə əsasən “Əmlak Mülkiyyətçisi”-nin mülkiyyətinə mənzərəsi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsinə baxan mənzillər verilməsi qərara alınmışdır.
11. Müqaviləyə edilmiş 2 saylı xx.xx.2020-ci il tarixli əlavəyə əsasən 09 dekabr 2017ci il tarixli 003 saylı Müqaviləyə və müqavilənin “Əlavə razılaşma”-sının ikinci bəndi dəyişdirilərək redaksiyada əlavələr edilməsi barədə tərəflər razılığa gəlmişlər: “Əmlak mülkiyyətçisi”-nə veriləcək mənzilin ümumi sahəsi 142.08 deyil 144 kv.m müəyyən edilməsi, həmin mənzilin əvəzində ona S.Rüstəm küçəsi ilə Q.Quluyev küçələrinin kəsişməsində inşa edilmiş yaşayış binasının “C” bloku, 8-ci mərtəbə, yan-yana ümumi sahəsi 51 kv m olan 1 otaqlı və 93.6 kv.m olan 2 otaqlı (ayrı-ayrılıqda iki mənzil) verilməsi, belə ki, əlavə ediləcək sahə 2 kv.m; satış qiyməti 1 kv.m üçün 1600 AZN; ödəniləcək məbləğ (2 kv m x 1600 AZN = 3200 AZN) tikinti şirkətinə ödənilməsi, gələcəkdə mənzilin real ölçüləri təhvil-təslim zamanı Tikinti şirkəti və “Əmlak mülkiyyətçisi” tərəfindən birlikdə müəyyən edilməsi qərara alınmışdır.
12. 08A/13192 xx.xx.2017-ci il tarixli “Daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış”a əsasən İddiaçı ünvan 3 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 12öz nömrəli reyestr kitabının 1801 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mənzilin 2 yaşayış otağı, yaşayış sahəsi 30 kv.m, ümumi sahə 49.1 kv.metrdir.
13. X6 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış notariat qaydasında təsdiq edilmiş ərizəyə (**********26) əsasən "xxxx" MMC ilə xx.xx.2017-ci iİ tarixli mənzilin tikintisi haqqında bağlanmış müqaviləyə əsasən əri İddiaçı adına olan Bakı şəhəri, S.Rüstəm küçəsi ilə Q.Quliyev küçələrinin kəsişməsində "xxxx" MMC-nin inşa etdiyi yaşayiş binalarının C bloku, 8-ci mərtəbəsindəki ümumi sahəsi 51 kv. metr təşkil edən 1 (bir) otaqlı mənzilin digər şəxsin adına rəsimləşdirilməsinə etiraz etmir. Gələcəkdə həmin mənzillə bağlı heç bir iddia və tələbi olmayacaqdır.
14. Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 14 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən Mehdi zadə Fuad Altay oğlu S.Rüstəm küçəsindəki 59 nömrəli evin 2-ci mərtəbəsində 30.0 kv. metr sahəsi olan 2 otaqlı 3 nömrəli mənzildə yaşayır. Mənzilin sahibi İddiaçıdur. Daimi qeydiyyatda olanlar X7 və X5r.
15. İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoruna ünvanlanmış pretenziya qaydasında müraciətinə əsasən İddiaçı ilə cavabdeh "Grand Plaza“ MMC arasında xx.xx.2017-ci il tarixli müqavilə imzalanmış və müqaviləyə əsasən xx.xx.2002-ci il tarixində 12 öz nömrəli reyestr kitabının 1807-ci səhifəsində 30/18316 nömrəsi ilə qeydə alınmış Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı texniki inventarlaşdımıa və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş ÖM seriyalı 125073 nömrəli Qeydiyyat vəsiqəsi ilə öz mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 49.1 kv.m olan (faktiki 118,4 kv.m) ibarət olan yaşayış sahəsini sökülmək üçün “Grand Plaza" MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti" tərəfindən həmin ərazidə yeni inşa ediləcək çox mənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürdüyünü, bundan sonra mülkiyyətçi ilə şirkət arasında xx.xx.2017-ci il İarixli müqaviləyə əlavə imzalanmış və həmin əlavəyə əsasən ünvan 5 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi"-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 142.08 kv.m olan, təmirli mənzili “Əmlak mülkiyyətçisi"-nin mülkiyyətinə verməyi öhdəsinə götürdüyünü, daha sonra tətəflər arasında əlavə 2 kv m -sahənin əlavə edilməsini nəzərdə tutan, yəni, 142.08 kv.m olan mənzilin əvəzində, “Əmlak mülkiyyəlçisi"-nə 44.06 kv m olan 2 (iki) mənzilin (51 kv.m olan l otaqlı və 93.6 kv.molan 2 otaqlı mənzil olmaqla) verilməsi öhdəliyini nəzərdə tutan xx.xx.2020-ci il tarixli müqaviləyə əlavə imzalanmışdır. Hal-hazırda şirkət tərəfindən müqavilə üzrə öhdəliyini pozularaq, müqavilədə mülkiyyətçi ilə razılaşdırılmış 144.06 kv. m əvəzinə ümumi sahəsi 121.46 kv m olan (1 otaqlı sahəsi 44 kv.m, 2 otaqlı sahəsi 77.46 kv.m olan) 2 mənzil təqdim edilmədiyini, dəfələrlə şifahi qaydada şirkətdən öhdəliyi düzgün icra edilməsi, müqavilə üzrə razılaşdınlmış sahəyə uyğun mənzillərin təhvil verilməsi və ya verilməyən 20.6 kv.m (razılıq üzrə 2 kv.m pulu tərəflərindən ödənilmədiyi üçün həmin sahə istisna edilir və tələb xaricindədir) sahə üçün nəzərdə tutulan 32.960 (otuz iki min doqquz yüz altmış) manat (20.06 kv.m x 1600 manat) maddi zərərin şirkət tərəfindən ödənilməsi tələbləri şirkət tərəfindən imtina ilə qarşılandığını, baş vermiş qanun pozuntusu onlar tərəfindən aradan qalxmadığı təqdirdə qanunamüvafiq formada məhkəmə müstəvisində tərəfindən mübahisələndiriləcəyi və aidiyyatı üzrə hüquqmühafizə orqanına şikayət ediləcəyi bildirilmişdir.
16. Yasamal Rayon İcra Hakimiyyətinin Layihə-Smeta Bürosunun 24/08/409 nömrəli Nəsimi rayonu, Süleyman rüstəm və Qulu Quluyev küçələrinin kəşisməsində yeni inşa edilmiş yaşayış binasının C-bloku ünvanında yerləşən, vətəndaş İddiaçı məxsus 31 saylı mənzilin mövcud vəziyyəti barədə eskiz layihəsinə əsasən mənzilin ümumi sahəsi 44.41 m2 -dir.
17. Yasamal Rayon İcra Hakimiyyətinin Layihə-Smeta Bürosunun 24/08/409 nömrəli Nəsimi rayonu, Süleyman rüstəm və Qulu Quluyev küçələrinin kəşisməsində yeni inşa edilmiş yaşayış binasının C-bloku ünvanında yerləşən, vətəndaş İddiaçı məxsus 32 saylı mənzilin mövcud vəziyyəti barədə eskiz layihəsinə əsasən mənzilin ümumi sahəsi 77.46 m2 -dir.
18. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/2968 nömrəli ekspert rəyinə əsasən Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları) tələblərinə əsasən, Bakı şəhəri, Nəsimi ray., Süleyman Rüstəm küçəsi ilə Q.Quluyev küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın C blokunun 8-ci mərtəbəsində yerləşən 31 saylı mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan) 44,41 kv.metr və 32 saylı mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan) isə 77,46 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu. Süleyman Rüstəm küçəsi ilə Q.Quluyev küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın C blokunun 8-ci mərtəbəsində yerləşən 31 və 32 saylı mənzillərin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə 31 saylı mənzilin ümumi sahəsinin 51.0 kv.metr, 32 saylı mənzilin ümumi sahəsinin isə 93.6 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu. Süleyman Rüstəm küçəsi ilə Q.Quluyev küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın C blokunun 8-ci mərtəbəsində yerləşən 31 saylı mənzilin ümumi sahəsinin 51.0 kv.metr, 32 saylı mənzilin ümumi sahəsinin isə 93.6 kv.metr təşkil etdiyini nəzərə alaraq, mənzillərin ümumi sahəsi tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 003 saylı müqaviləyə xx.xx.2020-ci il tarixli 2 saylı Əlavənin tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
19. AR Baş Prokurorluğu AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən vətəndaş İddiaçı olğunun müraciəti əsasında Cavabdeh MTK barəsində Baş İdarədə hər hansı cinayət xarekterli materialın araşdırılması və yaxud cinayət işinin ibtidai istintaqı aparılmadığı bildirilmişdir.
20. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/3260 nömrəli ekspert rəyinə əsasən AR Şəhərsalma və Tikinti Məcəlləsinin “59.2 və 59.3-cü maddələrinin tələblərinə və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının N-7 saylı 04 dekabr 2012-ci il tarixli “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları” 3.8-ci bəndinin tələbləri nəzərə alınmaqla, azalma əmsalları tətbiq edilməməklə Bakı şəhəri, Nəsimi ray., Süleyman Rüstəm küçəsi ilə Q.Quluyev küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın C blokunun 8-ci mərtəbəsində yerləşən 31 saylı mənzilin ümumi sahəsinin 44.41 kv.metr və 32 saylı mənzilin ümumi sahəsinin isə 77.46 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Tətbiq edilən maddi hüquq Azərbaycan Respublikası Konstitusiyasının:
21. Maddə 13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
22. Maddə 25.İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.
23. Maddə 29. I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
24. Maddə 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
25. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
28. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
30. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
32. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
34. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
35. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
37. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
38. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
39. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
40. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
41. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
42. Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
43. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
44. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
45. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”
46. Bənd 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 3.1-ci bəndinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması qaydalarını müəyyən edir.
47. Bənd 1.2. Bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir.
48. Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3 azaltma əmsallarına vurulmaqla hesablanır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
49. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
53. “Azərbaycan Respublikasının MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair”
54. Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
56. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
57. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
58. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
59. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
60. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
61. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
62. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
63. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
64. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
65. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
66. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır.
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
68. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
69. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış xx.xx.2017ci il tarixli müqavilə və həmin müqaviləyə əlavələrə əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 49,1 kv.m olan (faktiki 118,4 kv.m) ibarət olan yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, Cavabdeh MMC ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 144 kv.m olan (51 kv.m 1 otaqlı və 93.6 kv.m olan 2 otaqlı ayrı ayrılıqda 2 mənzil) təmirli mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.
70. Hazırda iddiaçı müqavilə şərtlərinə əsasən ümumi sahəsi 144.06 kv.m. olan tam təmirli iki mənzilin (51 kv.m olan 1 otaqlı və 93.6 kv.m olan 2 otaqlı mənzil olmaqla) cavabdeh tərəfindən təqdim edilməli olduğu halda, ona təqdim olunmuş 2 mənzilin ümumi sahəsi arasında yaranmış 20.6 kv.m. (1 kv.m x 1600 manat) fərqin əvəzinin, yəni 32.960 manat maddi zərərin Cavabdeh MTK-dən tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
71. Tərəflər arasında mənzillərin tikintisi barədə etibarlı müqavilə bağlanması və müvafiq olaraq da öhdəlik hüquq münasibətlərinin yaranması işin mübahisəsiz halıdır. Hazırkı iddia tələbinin qanuni əsasını podrat hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik normaları təşkil edir, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır.
72. Rayon məhkəməsi hesab etmişdir ki, Cavabdeh MMC müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etmiş, ümumi sahəsi 51 kv.m olan 1 otaqlı 31 saylı və ümumi sahəsi 93.6 kv.m olan 2 otaqlı 32 saylı mənzil olmaqla, ümumi sahəsi 144.6 kv m olan mənzilləri təqdim etmiş, yəni podratı kəmiyyətcə tam yerinə yetirmişdir. Bu baxımdan iddiaçının cavabdehə qarşı podrat müqaviləsindən irəli gələn hazırkı iddianı irəli sürməsi əsassızdır.
73. Apellyasiya şikayəti verən iddiaçının əsas dəlili isə mənzillərin sahəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının № 7 saylı 04 dekabr 2012-ci il tarixli “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanma qaydaları”-nın 2-ci və 3.8-ci bəndlərinin tələbləri nəzərə alınmaqla müəyyən edilməli olması ilə bağlıdır.
74. Apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatının nəticəsinə əsasən müəyyən olur ki, AR Şəhərsalma və Tikinti Məcəlləsinin “59.2 və 59.3-cü maddələrinin tələblərinə və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının N-7 saylı 04 dekabr 2012-ci il tarixli “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları” 3.8-ci bəndinin tələbləri nəzərə alınmaqla, yəni azalma əmsalı tətbiq edilmədən Bakı şəhəri, Nəsimi ray., Süleyman Rüstəm küçəsi ilə Q.Quluyev küçələrinin kəsişməsində Cavabdeh MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın C blokunun 8-ci mərtəbəsində yerləşən 31 saylı mənzilin ümumi sahəsinin 44.41 kv.metr və 32 saylı mənzilin ümumi sahəsinin isə 77.46 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.
75. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçıya təhvil verilməli mənzilin sahəsi ilə ona təhvil verilən mənzilin sahəsi arasında fərqin (144,06-121,87=22,19) 22,19 kv olduğu müəyyən edilmişdir.
76. Oxşar işlərlə bağlı oturuşmuş məhkəmə təcrübəsi də ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilədə müqavilə tərəfləri sahənin (istər yaşayış, istərsə də qeyriyaşayış sahəsi olsun) hesablanması qaydasını müəyyən etdikləri halda müqavilə şərtləri, belə hesablanma qaydası müəyyən edilmədikdə isə qanuvericiliklə müəyyən edilmiş hesablama qaydası tətbiq edilir. Hazırkı işdən də müəyyən olunmuşdur ki, iddiaçıya veriləcək mənzilin ümumi sahəsinin 144,06 kvm olması barədə tərəflər razılığa gəlmiş, lakin onun hesablanma qaydasını müfəssəl olaraq müəyyən eedilməmişdir.
77. MM-in 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
78. Tərəflər arasında imzalanmış 003 saylı Müqaviləyə və sonradan edilmiş müqavilənin əlavələrinə əsasən isə Cavabdeh MMC ümumi sahəsi 144.06 kv.m olan, təmirli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.
79. İddiaçıya verilməli mənzillərin ümumi sahəsinin hesablanma qaydası tərəflər arasında bağlanmış müqavilə ilə müfəssəl müəyyən edilmədiyindən, belə bir halda isə həmin hesablanma qaydası Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının № 7 saylı 04 dekabr 2012-ci il tarixli “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanma qaydaları”-nın 2-ci və 3.8-ci bəndlərinin tələbləri nəzərə alınmaqla müəyyən edilməli olduğundan, əldə olunmuş ekspert rəyi ilə isə azalma əmsalı tətbiq edilmədən hazırkı halda iddiaçıya ümumilikdə iki mənzil üzrə 22,19 kv.m. əskik sahəyə malik mənzillər verildiyi müəyyən edildiyindən, cavabdehin müqavilə öhdəliklərini tam yerinə yetirmədiyi aşkar olunmuşdur.
80. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı öz tələbində cavabdehdən 20.06 kv.m. əskik sahənin dəyərini ( 20,06 x 1600 manat=32.960 manat), yəni 32.960 manat tələb etmişdir. MPM-in 149.1-ci maddəsinin tələbinə görə iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilməlidir.
81. MPM-in 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır, lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Hazırkı işdə iddia tələbindən kənara çıxılması üçün qanunda göstərilmiş hər hansı müstəsna hal yoxdur. Demək ki, məhkəmə iddia tələbi həddində qətnamə çıxarmalıdır.
82. Beləliklə də müəyyən olunur ki, iddia tələbi maddi zərər hissədə əsaslı olduğundan təmin edilməli, 32.960 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
83. Xüsusi qərardad çıxarılması hissədə məhkəmə qeyd edir ki, MPM-in 265.4-cü maddəsinə görə, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Odur ki, bunun ayrıca tələb kimi göstərilməsinin əhəmiyyəti yoxdur.
84. Göründüyü kimi, xüsusi qərardad çıxarılması MPM-də əsaslar olduğu halda hakimin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə belə əsaslar müəyyən edilməmişdir. Nəticə:
85. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi maddi zərər hissədə əsaslı olduğundan təmin edilməli və 32.960 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
86. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
87. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsümu (190+100=290) 290 (iki yüz doxsan) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, eləcə də ekspertiza xərcləri olaraq (50+100=150) 150 (yüz əlli) manat məbləğində pul cavabdehdən tutulmalıdır.
88. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-64/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul olunsun, iddia tələbləri təmin edilsin. Cavabdehndən 32.960 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsümu (190+100=290) 290 (iki yüz doxsan) manat dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq iddiaçı Məmmədova İddiaçı ödənilsin. Məhkəmə ekspertizasının tədqiqat dəyəri olan (50+100=150) 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq X2, Kod: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.