Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2574/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və cavabdeh İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 22-02580 saylı əmrinin ləğv edilməsi, onun elektrik montyoru vəzifəsinə bərpa edilməsi, işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 2011-ci ildən "xxxx" ASC-də elektrik montyoru vəzifəsində çalışmışdır. xx.xx.2021-ci ildə Cənub RETSİ-nin Hava və kabel xidmətinin Lənkəran EŞ üzrə elektrik montyoru vəzifəsinə keçirilmişdir. Aylıq gəliri təxminən 450 manat təşkil etmişdir. İşlədiyi müddət ərzində hər hansı bir nöqsanı olmamış və barəsində əmək intizamının pozulması ilə bağlı heç bir intizam tənbehi tətbiq olunmamışdır. Həyat yoldaşı 2019-cu ildə vəfat etmişdir. 2006-cı il təvəllüdlü qızı Jozefina Rzayevanı özü tək böyüdür. Övladının sağlamlığında problemlər var. Həyat yoldaşı rəhmətə getdikdən sonra iş yerinə müraciət edərək övladının yanında qala bilməsi üçün Bakı şəhərində işə keçirilməsini xahiş etmişdir. Lakin, ərizəsi təmin edilməmişdir. 2022-ci ilin aprel ayında övladının səhhətində olan problemlə əlaqədar işə çıxa bilməmişdir. 2022ci ilin may ayında cavabdeh "xxxx" ASC-nin baş ofisində olmuş, müraciətinə baxılacağı bildirilmişdir. 2022-ci ilin mart ayından sonra ona əmək haqqı ödənilməsi dayandırılmışdır. Əlavə olaraq qeyd edir ki, 2022-ci ilin yanvar, fevral və mart aylarında əmək haqqını onun yerinə imza atıb götürmüşlər. Lakin, Cənub RETSİ tərəfindən xx.xx.2022-ci il tarixdə ona xəbərdarlıq məktubu göndərilmişdir. 3 gün müddətinə işə çıxmamasının səbəbinə dair sənəd təqdim etməyəcəyi halda əmək müqaviləsinə xitam veriləcəyi qeyd edilmişdir. Cəmi 1 xəbərdarlıqdan sonra xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-519/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia rədd olunmuşdur. Apellyasiya baxışı zamanı tərəflər mübahisəni sülh yolu ilə həll etdiklərini bildirərək notariat qaydasında təsdiq olunmuş barışıq sazişini məhkəməyə təqdim etmiş və onun məhkəmə qaydasında təsdiq olunmasını, mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası barışıq sazişinin təsdiq olunması ilə bağlı izahatları dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, barışıq sazişi təsdiq olunmalı və bununla bağlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, həmin barışıq sazişi təsdiq olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tərəflər, yəni İddiaçı və cavabdeh "xxxx" ASC (nümayəndə X3 tərəfindən təmsil olunmaqla) arasında bağlanılmış 2 (iki) bənddən ibarət aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı- Rzayev X4 Rayon Məhkəməsində "xxxx" ASC-yə qarşı qaldırdığı iddiadan imtina edərək işə bərpa olunmağı və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsini tələb etmir. Həmçinin "xxxx" ASC-yə qarşı məhkəmədə qaldırdığı iddia tələbi ilə gələcəkdə yenidən "xxxx" ASC-yə qarşı məhkəməyə müraciət etmir.
3. Cavabdeh - "xxxx" ASC 04 iyul 2022-ci il tarixli, 22-02580 saylı əmrini ləğv edərək İddiaçı "xxxx" ASC-də işə bərpa edir. Tərəflərə izah edilsin ki, barışıq sazişi imzalandıqdan sonra tərəflər eyni əsaslarla və eyni predmetlə bağlı bir-birinə qarşı təkrar iddia və ya tələb irəli sürə bilməzlər. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.