Məhkəmə qərarları › İş №2(103)-2583/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2583/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2583/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh4 nümayəndəsi Nümayəndə2, Üçüncü şəxslər X10 və X7, Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh3, Cavabdeh4, "xxxx" KB ASC və ƏMDX DƏDKR publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X10 və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-307/2024 nömrəli 08 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xiyabani küçəsi 18 (Yeni qaydada: AZ 1012, ünvan 1 ünvanında yerləşən 44 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, ********** nömrəsi ilə Cavabdeh3 adına dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın ləğv olunması); Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xiyabani küçəsi 18 (Yeni qaydada: AZ 1012, ünvan 1 ünvanında yerləşən 44 saylı mənzilə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 4Ə-353 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi; Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xiyabani küçəsi 18 (Yeni qaydada: AZ 1012, ünvan 1 ünvanında yerləşən 44 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 4Ə-353 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 adına xx.xx.2020-ci il tarixli, ********** nömrəsi ilə dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın) ləğv olunması; onun Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xiyabani küçəsi 18 (Yeni qaydada: AZ 1012, ünvan 1 ünvanında yerləşən 44 saylı mənzilə dair mülkiyyət hüququnun tanınması; Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xiyabani küçəsi 18 (Yeni qaydada: AZ 1012, ünvan 1 ünvanında yerləşən 44 saylı mənzildə yaşayan Cavabdeh4 və digər şəxslərin həmin mənzilə dair istifadə hüququna xitam verilməsi, onların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının ləğvi, mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi; "xxxx" KB ASC ilə Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixdə mənzilin yüklü edilməsi barədə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2009-cu ildə "xxxx" MMC ilə bağışlanmış 4 müqaviləyə əsasən ünvan 2 ünvanında 3 bloklu yaşayış binasında 1000 kv.m, həmin ünvanda, 1 bloklu binada 400 kv.m qeyri yaşayış sahəsinin, həmin binanın 6-cı mərtəbəsində isə sahəsi 65 kv.m olan, 44 və 45 saylı mənzillərin dəyərini tam ödəyərək əmlaklara sahib olmuşdur. 2011-ci ildə "xxxx" MMC-yə öz payçıları qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini görə cinayət işi başlanıb. Bununla əlaqədar Cavabdeh1 MTK ilə 12 əlaqədar dövlət orqanları arasında genişmiqyaslı güzəştlər müqabilində "xxxx" MMC tərəfindən payçılara vurulmuş maddi zərərin ödənilməsinə, yəni tikintisi başa çatmamış binaların başa çatdırıb və yeni binalar tikib zərərçəkmişlərə (zərərçəkmiş qismində tanınmışdır) verilməsi öhdəliyinin icrasına dair razılaşma imzalanmışdır. Şərur bu işi özünə məxsus yəni onun kimi əmlakın dəyərini tam ödəyənlərə deyil, əmlakın dəyərinin bir hissəsini ödəməyənlərə, qalan borcu bağlamaq şərti ilə mənzillər verməyə üstünlük verib. O dəyərini tam ödədiyi və "xxxx" MMC tərəfindən 2011-ci ilin əvvəlində ona təhvil verilmiş əmlakından 2012-ci ildə istifadə etmək istəyəndə, Cavabdeh1 MTK bu əmlakların ona məxsus olduğunu bildirərək, ondan əlavə pul tələb edib. O bundan imtina etdikdə isə, ona təhvil verilmiş əmlakından istifadə etməyinə maneçilik törətməyə başlamışdır. Bununla əlaqədar 2012-ci ilin noyabr ayında ünvan 3 ünvanında inşa edilmiş 1400 kv/m, qeyri yaşayış sahəsinin və həmin binada olan 44 və 45 saylı mənzillərin ona təhvil verilməsi barədə Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır. Nəsimi Rayon Məhkəməsi onun qaldırdığı iddiaya baxaraq iddia tələbini təmin edilərək, qeyd etdiyi ünvanda inşa edilmiş 1400 kv/m, qeyri yaşayış sahəsinin və həmin binada olan 1 bloklu binadan 44 və 45 saylı mənzillərin ona təhvil verilməsi barədə 2(006)-516/2013 saylı xx.xx.2013-cü il tarixində qətnamə qəbul etmişdir. Məhkəmənin qətnaməsi qüvvəyə mindikdən sonra həmin əmlaklardan istifadə etmək istərkən, Cavabdeh1 MTK-nın vəzifəli şəxsləri ona təkrar maneçilik törədərək, onu və təmir işləri aparan işçilərini xəsarət yetirməklə hədələyərək ərazidən qovmuşdur. Bununla əlaqədar 18 mart 2015-ci il tarixdə, Yasamal Rayon Məhkəməsinə Nəsimi Rayon Məhkəməsində Cavabdeh1 MTK və digər 3-cü şəxslərin yaratdığı maneələrin dayandırılması üçün öhdəliyin Cavabdeh1 MTK-nın üzərinə qoyulması və eyni zamanda ona təhvil verilmiş əmlakın “üzərinə həbs qoymaqla, özgəninkiləşdirilməsi, 3-cü şəxsin istifadəsinə və sahibliyinə verilməsinin qarşısının alınması Cavabdeh1 MTK-ya və digər 3-cü şəxslərə qadağan edilməsi barədə iddianın təmin tədbirləri barədə iddia qaldırmışdır və bu iddianın təmini tədbirləri barədə xx.xx.2017-ci il tarixdə Qərardad qəbul olunmuşdur. Yasamal Rayon Məhkəməsində işə baxılarkən Cavabdeh1 MTK-nın nümayəndəsi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(006)-516/2013 saylı Qətnaməsinin onların maraqlarına toxunmasını bildirərək, Nəsimi Rayon Məhkəməsi vasitəsilə Apellyasiya şikayəti vermişdir. İşə Apellyasiya və Ali Məhkəmədə baxılmış, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin Mülki Kollegiyası Nəsimi Rayon Məhkəməsinin 2(006)-516/2013 saylı xx.xx.2013-cü il tarixli Qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə xx.xx.2017-ci il tarixli, 2(102)-226/17 saylı Qərar qəbul etmişdir. Qərar qüvvəyə mindikdən sonra xx.xx.2020-ci il tarixdə Yasamal Rayon İcra və Probasiya Şöbəsi və bir neçə Dövlət orqanının səlahiyyətli rəsmiləri tərəfindən ünvan 2 ünvanında 3 bloklu yaşayış binasında 1000 kv.m, həmin ünvanda, 1 bloklu binada 400 kv.m qeyri yaşayış sahələri iddiaçıya təhvil verilmşdir. 44 və 45 saylı mənzillərin üzərində icra işinin təmin olunması üçün Yasamal rayonu İcra Şöbəsinin baş icra məmuru İsmayılov İsmayıl tərəfindən qeyd olunan ünvanlara iddiaçının nümayəndəsilə gedilən zaman, 44 saylı mənzildə Cavabdeh1 MTK-nın xx.xx.2012-ci il tarixli Cavabdeh3 ilə bağladığı müqaviləyə əsasən Cavabdeh4 oğu X6 ailəsi ilə yaşadığı, 45 saylı mənzildə isə X9 tərəfindən təmir işlərinin aparıldığı müşahidə edilmişdir. İcra məmurları tərəfindən 44 və 45 saylı mənzillərin istifadəçilərinə mənzilin ona təhvil verilməsi barədə qüvvəyə minmiş Ali Məhkəmənin Qərarının olduğu və mənzillərin üzərinə həbs qoyulmaqla, özgəninkiləşdirilməsi, 3-cü şəxsin istifadəsinə və sahibliyinə verilməsinin Cavabdeh1 MTKya və digər 3-cü şəxslərə qadağan edilməsi barədə məhkəmə qərarı olması barədə rəsmi bildiriş təqdim edilmişdir. Lakin, 44 saylı mənzildə öz ailə üzvləri ilə yaşayan X10 və onun həyat yoldaşı Azayeva Esmira mənzilin dəyərini Cavabdeh3 ödədiklərini və mənzili Cavabdeh1 MTK ilə yeni müqavilə bağlayaraq əldə etdiklərini, bu səbəbdən hər hansı məhkəmə qərarını tanımadıqlarını və mənzildən çıxmayacaqlarını bildirmişlər. Daha sonra Yasamal Rayon İcra və Probasiya Şöbəsinin baş icra məmuru mənzillərdə yaşayış olması ilə bağlı, onların çıxarılması barədə məhkəmə qətnaməsi olanadək işin icrasını dayandırmış və bu barədə xx.xx.2020-ci il tarixli Akt tərtib etmişdir. O, Yasamal Rayon Məhkəməsində 44 saylı mənzilə dair Cavabdeh1 MTK tərəfindən bağlanmış müqavilənən etibarsız hesab edilməsi və mənzildə yaşayanların çıxarılaraq mənzillərin ona təhvil verilməsi barədə qaldırdığı iddiaya baxılarkən Cavabdeh1 MTK tərəfindən yalnız Cavabdeh3 ilə xx.xx.2012-ci il tarixli müqavilənin olduğu, başqa şəxslə müqavilənin olmadığı bildirildi. İddiaya Yasamal Rayon Məhkəməsi baxarkən mənzillərin ona təhvil verilməsi barədə Ali Məhkəmənin Mülki Kollegiyasının qərarının olmasına baxmayaraq iddia təmin edilməmişdir. Daha sonra o həmin qətnamədən şikayət vermişdir. Şikayətə Bakı Apellyasiya Məhkəməsini Mülki Kollegiyasında baxılmış və Yasamal Rayon Məhkəməsini Qətnaməsi qüvvədə saxlanılmışdır. O, Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsindən Ali Məhkəməyə Kasasiya şikayəti verdikdən sonra, Ali Məhkəmənin Mülki Kollegiyası iddianın təmin edilməyən hissəsinə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə 3 fevral 2022-ci il tarixli qərar qəbul etmişdir. İşə məhkəmədə baxılarkən mənzilin istifadəçisi Cavabdeh3, mənzilin faktiki sahibi Cavabdeh4, onun oğlu X10 və Cavabdeh1 MTK-nın rəhbəri əlbir olaraq 44 saylı mənzilin ona təhvil verilməsi barədə özgəninkiləşdirilməsi, 3-cü şəxsin istifadəsinə və sahibliyinə verilməsi Cavabdeh1 MTK-ya və digər 3-cü şəxslərə qadağan edilməsi barədə məhkəmə qərarı olması 2017-ci ildə qəbul olunmuş qərardadin olmasına baxmayaraq Cavabdeh1 MTK tərəfindən xx.xx.2019-cu il tarixində alınmış və əmlakın Dövlət Reyestrdə qeydə alınması üçün əsas sənəd olan AR FHN-nin “İstismara hazırlıq barədə” Rəyi Cavabdeh3 təqdim etmiş, o isə həmin mənzili Dövlət Reyestrində qeydə alınmasını icra etmişdir. Daha sonra 44 saylı mənzili qanunsuz yolla reyestrdə qeydə alınmasını icra edən Cavabdeh3 izi itirmək üçün sənədi həmin mənzilin faktiki sahibi olan Cavabdeh4 adına alqı-satqı etmişdir. Qeyd olunan qanunsuz hərəkətlər sonradan edildiyi üçün Ali Məhkəmənin Mülki Kollegiyası qaldırılmış iddia üzrə qərar qəbul edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022- ci il tarixli, 2(103)-2368/2022 saylı Qətnaməsini qismən təmin edərək, 44 saylı mənzilə dair cavabdehlər arasında bağlanan xx.xx.2012-ci il tarixli Korporativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsini qüvvədə saxlanması barədə Qərar qəbul etmişdir. Bunlara əlavə olaraq Ali Məhkəmənin Mülki Kollegiyasının qüvvəyə minmiş qərarına əsasən ünvan 2 ünvanında 3 bloklu yaşayış binasında 1000 kv.m, həmin ünvanda, 1 bloklu binada 400 kv.m qeyri yaşayış sahəsi, həmin binanın 6-cı mərtəbəsində isə sahəsi 65 kv.m olan, 45 saylı mənzil üzərində onun mülkiyyət hüquqları tanınaraq Dövlət Reyestrində qeydə alınaraq adına çıxarış verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-307/2024 nömrəli 08 fevral 2024-cü il tarixli qərardadı ilə iddiaçı öz iddia ərizəsində cavabdeh qismində göstərdiyi Cavabdeh1 MTK-ya qarşı heç bir tələb irəli sürmədiyindən və bununla da Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələbləri pozularaq iddia ərizəsi düzgün formada tərtib edilmədiyindən Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsi nəzərə alınmaqla iddiaçı X1 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 MTK və "xxxx" KB ASC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması və s. tələbi”nə dair iddia ərizəsinin Cavabdeh1 MTK-ya yönəldilmiş hissədə baxılmamış saxlanılması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 fevral 2024-cü il tarixli 2(004)-307/2024 nömrəli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, həm Cavabdeh3, həm də Cavabdeh4 mənzilin mübahisəli olduğu (ona məxsus olması) barədə məlumatlı idilər. Cavabdeh3 mənzilin mübahisəli olması barədə çoxsaylı məhkəmələrdə tərəf olduğu vaxtdan məlumatlı olmuşdur. Cavabdeh4 isə gəlini və oğlu 2013-cü ildən faktiki olaraq, mübahisəli mənzildə yaşayırdılar. Yasamal Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 və digər vəzifəli şəxslərin imzaları ilə təsdiq etdikləri xx.xx.2020-ci il tarixli aktda göstərilmişdir ki, cavabdehin gəlini Azayeva Esmiraya mənzilin məhkəmə qərarına əsasən Gərayxan Gərayxanova məxsus olması barədə məlumat verilmişdir. Beləliklə Cavabdeh3 mənzili satarkan həmin mənzilin ona məxsus olmamasını bilirmiş, alıcı Cavabdeh4 isə sadəcə mənzildə uzun müddət yaşadığına görə və bu mənzili təmir etdiyinə görə bilə-bilə ki, mənzilin mülkiyyətçisi Gərayxanov Gərayxandı mənzili almaq riskinə getmişdir. Bu iş üzrə Cavabdeh4 sayıqlığından söhbət gedə bilməz. Belə ki, icra məmuru İsmayılov İsmayıl tərəfindən tərtib olunan və bir neçə fərqli qurum əməkdaşı (maraqlı olmayan şəxslər) tərəfindən mənzilin digər şəxsə məxsus olması və könüllü boşaldılması barədə aktı mənzilin faktiki sahibinə və cavabdehin gəlininə mənzilin satın alacağı şəxsə məxsus olmamasını təsdiq edən əsaslı dəlildir. Bu hal isə öz növbəsində sayıqlıq hesab edilə bilməzdi. Yəni Cavabdeh4 gəlini Azayeva Esmira bu aktla tanış olandan sonra həmin mənzilin alqı-satqısına getməyə bilərdi. Kollegiya tərəfindən X10 və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, Cavabdeh4 iş üzrə vicdanlı alıcı hesab edilə bilməz, belə ki, 19 fevral 2020-ci il tarixdə mənzillərin təhvil verilməsi ilə bağlı həmin ünvanda olarkən icra məmuru İsmayıl İsmayılov tərəfindən akt edilərkən qapını Esmira xanım açmış və icra məmuru evin mübahisəli olduğunu, evin Gərayxanov Gərayxana təhvil verilməli olduğunu bildirmiş, Esmira xanım isə Gərayxanov Gərayxanı tanımadığını, Cavabdeh3lə danışığa görə evdə kirayədə yaşadığını, təmir etdirdiklərini bildirmişdir. Bundan iki ay sonra Cavabdeh3lə Cavabdeh4 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Yəni onlar bu halı bildiklərinə baxmayaraq özlərini vicdanlı alıcı hesab edərək müqaviləni bağlamışlar. Evin mübahisəli olduğu, Gərayxan Gərayxanova təhvil verildiyi məlum idi. Cavabdeh3 də həmin işlər üzrə cavabdeh qismində cəlb edilmişdir və ona da məlum idi. Cavabdeh4 nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qeyd etdi ki, iş birinci instansiya məhkəməsində kifayət qədər araşdırılmışdır. Aktın mövcudluğu müəmmalıdır, çünki Esmira Azayevanın iştirakı olmadan akt tərtib edilmiş, sonuncunun iştirak etmədiyi həm də ondan məlumdur ki, aktı imzalamamışdır. Akt əhəmiyyətsizdir və sübut kimi qəbul edilə bilməz. Cavabdeh3 həmin evi Eldar adlı şəxsdən aldığını bildirmişdir, Eldarın isə 2008-ci il tarixli "xxxx" MMC ilə bağlanmış müqaviləsi var idi. Cavabdeh3 Cavabdeh1 MTK-dan ev almışdır. 2013-cü ildən Azayev Fuad və Esmira Azayeva həmin evdə kirayədə yaşamışlar, uşaqları orada bağçaya, məktəbə getmişdir. Mənzilin mübahisəli olması ilə bağlı heç bir məlumatları olmamışdır. 10 ildən artıq müddət keçib, hazırki iddianın qaldırılması üçün iddia müddəti ötürülmüşdür. Digər cavabdeh Bankın nümayəndəsi qeyd etdi ki, 1-ci filiala məlumat vermişdilər ki, bu ilşə ilə bağlı məhkəmə mübahisəsi var, gələcəkdə kredit verilərkən nəzərə alınsın. Bakı Apellyasiya Məhkəməsindən bu kredit müqaviləsi ilə bağlı sənədlər tələb edilərkən, onların məlumatı olmuşdur ki, yeni kredit müqaviləsi bağlanılıb. Bununla bağlı filialla əlaqə saxlanıldıqda, onlar bildirmişlər ki, hüquqşünas deyillər, sistemdən qətnaməni görürlər ki, iddia tələbi rədd edilmişdir, ona görə də müqavilə bağlamışlar. Üçüncü şəxs Esmira Azayeva qeyd etdi ki, mübahisəli evdə 2013-cü ildən yaşayır, övladları da orada bağçaya getmişdir. Əvvəllər kirayədə yaşamış, sonra isə evi almışlar. Uşaqları həmin ərazidə bağçaya və məktəbə getdiyi üçün evi almışlar. Mənzillə bağlı heç vaxt onları narahat edən olmamış, məhkəmə mübahisəsindən də məlumatsız olmuşlar. Onların evinə heç kim yaxınlaşmamış, icra məmurunun qapını döyməsi və onun çıxması kimi hal baş verməmişdir. Birinci mərtəbədə uşağını bağçaya apardığı zaman liftin yanında formada bir şəxs onun neçənci mərtəbədə yaşadığını soruşmuş, o da 5-ci mərtəbədə yaşadığını bildirmiş, 45-ci mənzildə yaşadığını soruşmuşlar, o da orada yaşamadığını bildirmiş, 45-ci mənzildə yaşayanları tanıyıb-tanımadıqlarını soruşduqda isə tanımadığını bildirmişdir. Başqa hər hansı söhbət olmamışdır. 44-cü mənzillə bağlı heç nə soruşmamışlar. 44 və 45 saylı mənzillər bir mərtəbədə qonşuluqda yerləşir. Üçüncü şəxs Fuad Azayev qeyd etdi ki, evin mübahisəli olduğunu bilsə idi, bu evi almazdı. Evin alınmasına 150000 manata yaxın xərci çıxmışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-307/2024 nömrəli 08 fevral 2024-cü il tarixli qətnaməsi qismən - iddia ərizəsinin təmin edilməmiş “iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xiyabani küçəsi 18 (Yeni qaydada: AZ 1012, ünvan 1 ünvanında yerləşən 44 saylı mənzilə dair mülkiyyət hüququnun tanınması” hissəsində ləğv edilməli və həmin hissədə işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilərək, iddiaçıya müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi, həmin orqan imtina etdikdə isə inzibati icraat qaydasında müvafiq inzibati məhkəməyə şikayət etməli olması izah olunmalıdır. Göründüyü kimi iddiaçının bu hissədə tələbi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xiyabani küçəsi 18 (Yeni qaydada: AZ 1012, ünvan 1 ünvanında yerləşən 44 saylı mənzilə dair mülkiyyət hüququnun tanınmasından ibarətdir. Məhkəmə isə belə hallarda mülkiyyət hüququnun tanınması ilə bağlı işlərə baxmır, yəni yeni yaranmış əmlaka mülkiyyət hüququnun tanınması məhkəmənin səlahiyyətinə aid deyil. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə görə isə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsi üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün həmin yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsas hesab olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə görə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Kollegiya qeyd edir ki, sözügedən tələb məhkəmə qaydasında baxılmalı tələb deyildir. İddiaçı lazımi sənədlərlə müvafiq icra hakimiyyəti orqanına (daşınmaz əmlakın dövlət reyestri xidmətinə) müraciət etməli, həmin orqan imtina etdikdə isə inzibati icraat qaydasında müvafiq inzibati məhkəməyə şikayət etməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinin tələbinə görə, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şəhr olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 391, 402 və 405.0.2-ci maddələrini rəhbər tuturaq məhkəmə, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-307/2024 nömrəli 08 fevral 2024-cü il tarixli qətnaməsi qismən - iddia ərizəsinin təmin edilməmiş “iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xiyabani küçəsi 18 (Yeni qaydada: AZ 1012, ünvan 1 ünvanında yerləşən 44 saylı mənzilə dair mülkiyyət hüququnun tanınması” hissəsində ləğv edilsin və həmin hissədə işin icraatına işə məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçıya izah olunsun ki, o, müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, həmin orqan imtina etdikdə isə inzibati icraat qaydasında müvafiq inzibati məhkəməyə şikayət etməlidir. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar