Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2588/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-864/2019 saylı, 19 fevral 2019-cu il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi 21.01.1993-cü il tarixdə Ərizəçi Allahverdi qızının X10 doğulması, atasının Şahid olması faktının məhkəmə qaydasında müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Sonradan Ərizəçi ərizəyə dəqiqləşmə verərək, 21.01.1993cü il tarixdə Ərizəçi Allahverdi qızının doğum faktının müəyyən olunması və doğum haqqında şəhadətnamənin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 21.01.1993-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Anası X15 12.02.1966-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun uzun müddət şəxsiyyətini təsdiq edən sənədi olmayıb. Bu səbəbdən də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. Sonradan 2012-ci ildə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı əsasında Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Atası Şahiddur. O, Azərbaycan Respublikası vətəndaşıdır, xx.xx.1967-ci ildə Bakıda doğulub. Ərizəçi doğulduğu vaxt anası pasportunu itiribmiş. Həmin vaxt münaqişələrin başlanması səbəbindən çox qorxduğu üçün xəstəxanada özünü öz ad, soyad və ata adıyla təqdim etməyib. Bu səbəbdən ona doğum haqqında şəhadətnamə verilməyib. Sonradan xəstəxanaya müraciət etsə də, xəstəxana anasına həmin sənədi verməkdən imtina edib. Xəstəxana öz imtinasını onunla əsaslandırıb ki, 21.01.1993-cü ildə M.Ə.Əfəndiyev adına 2 saylı Bakı şəhər Klinik X1 uşağının doğulması faktına dair tibbi sənədlərdə heç bir qeyd yoxdur. Bu səbəbdən də, indiyə kimi onun doğum faktının qeydiyyata alınması mümkün olmayıb. Hal-hazırda onun 25 yaşı var. Doğum faktını və şəxsiyyətini təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. Doğum haqqında şəhadətnaməsi olmadığından, şəxsiyyət vəsiqəsi ala bilmir. O, doğum haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakın doğum haqqında şəhadətnamə verməkdən imtina edilərək ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-864/2019 saylı, 19 fevral 2019cu il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Həmin qətnamədən ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6667/2019 saylı, 22 may 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən ərizəçi kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6731/2019 saylı, 21 oktyabr 2019-cu il tarixli qərarı ilə ərizəçinin verdiyi kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 22 may 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1226/20 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən ərizəçi yenidən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5269/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qərarı ilə ərizəçinin verdiyi kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən ərizəçi və onun nümyəndəsi-vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri vaxtı barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs nümyəndəsi məhkəmə iclasına gəlməmişdir. Bakı şəhər Maraqlı şəxs tərəfindən məhkəməyə daxil olmuş 12.02.2021-ci il tarixli məktuda bildirilmişdir ki, iddiaçının iddiasına etiraz etmirlər və işin həllinin məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə kollegiyası maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...Apelyasiya instansiyası məhkəməsi Ərizəçi ərizəsinin rədd olunmasını əsaslı sayarkən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 may 2018-ci il tarixli qərarında Ərizəçi 21 mayvar 1993-cü il tarixdə Bakı şəhərində doğulmasının sübuta yetirilməməsinin qeyd edilməsinə, Ərizəçi 21 yanvar 1993-cü il tarixdə M.Ə.Əfəndiyev adına 2 saylı Bakı şəhər Klinik Xəstəxanasında doğulması barədə işdə heç bir sübutun olmamasına, 3-cü şəxs qismində işə cəlb edilmiş Şahid Ərizəçi atası olmasının müəyyən edilməsinin qeyri-mümkün olmasına əsaslanmışdır. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunun tələblərinə uyğun əsaslandırılmadığından qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, hazırkı iş üzrə ərizəçinin anası X15 2017-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək M.Ə.Əfəndiyev adına 2 saylı Bakı şəhər Klinik Xəstəxanasının üzərinə 21 yanvar 1993-cü il tarixdə qızının həmin xəstəxanada doğulması barədə 103 saylı tibbi şəhadətnamənin verilməsi vəzifəsinin qoyulmasını xahiş etmiş, lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 may 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin 10 may 2018-ci il tarixli qərarında Ərizəçi 21 yanvar 1993-cü il tarixdə Bakı şəhərində doğulmasının sübuta yetirilməməsinin qeyd edilməsinə istinad edərək həmin halı ərizənin rədd edilmə əsaslarından biri kimi qəbul etmişdir. Lakin iş materiallarına əlavə edilmiş Ali Məhkəmənin 10 may 2018-ci il tarixli qərarında belə bir faktın müəyyən olunması qərardan görünmür. Yəni, həmin qərarda Ərizəçi 21 yanvar 1993-cü il tarixdə Bakı şəhərində doğulmasını inkar edən sübuta istinad olunmamışdır. İşdən görünür ki, Ərizəçi 21 yanvar 1993-cü ildə M.Ə.Əfəndiyev adına 2 saylı Bakı şəhər Klinik Xəstəxanasında doğulmasını anası X12 başqa eyni zamanda şahid X14 da təsdiq etmişdir. Doğum faktı Şahid tərəfindən də əslində qismən etiraf olunur. Doğuş zamanı anasının milliyyətini gizlətmək məqsədi ilə özünü X4 təqdim etməsi və bu səbəbdən doğum haqqında şəhadətnaməni ala bilməməsi barədə Ərizəçi göstərdikləri başqa sübutlarla təkzib olunmur. İşdən görünür ki, həqiqətən də 21 yanvar 1993-cü il tarixdə X8 xəstəxanada qeydə alınmış qadın qız uşağı dünyaya gətirmiş, lakin həmin şəxs tərəfindən xəstəxanaya doğum faktını təsdiq edən 103 saylı tibbi şəhadətnamənin alınması barədə müraciət olunmamışdır. Həmin şəhadətnamənin alınması üçün xəstəxanaya ərizəçinin anası tərəfindən müraciət olunmuş, lakin ona şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğum faktının qeydə alınmasına dair hüquqi faktın müəyyən olunması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşdən görünür ki, ərizəçinin anası X15 xəstəxanada özünü başqa şəxs kimi təqdim etməsi səbəbindən o, xəstəxanadan 103 saylı tibbi şəhadətnaməni almaq imkanını itirmiş və bundan sonra Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərək başqa qaydada ala bilməməsinə görə onun doğum faktının məhkəmə qaydasında müəyyən olunmasını xahiş etmişdir...” Nəzərə alınmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 14175424 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 12.02.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 11.09.2018-ci il tarixli himayə sənədinin surətindən görünür ki, tərəfindən Shakhmuradova Vlada vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. (himayə sənədi 786- 12C07222) İş materiallarından görünür ki, Aəzrbaucan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı şəhər Regional Miqrasiya İdarəsinin 1285 saylı, 12.09.2018-ci il tarixli arayışından görünür ki, 21.01.1993-cü il təvəllüdlü vətəndaşlığı olmayan şəxs Shakhmuradova Vlada 12.09.2018-ci il tarixdə Dövlət Mirasiya Xidmətinə müraciət etmiş, 30.04.2019-cu il tarixədək ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 1702/3 saylı, 14.09.2018-ci il tarixli məktubdan görünür ki, AR Ailə Məcəlləsinin 44.1-ci və AR Nazirlər Kabinetinin 31.10.2000-ci il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.5.3-cü bəndinə əsasən doğum faktı, vaxtı və yeri təsdiq edilməlidir. Doğum haqqında tibbi arayışı olmadığına görə doğum faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, X2 Vladanın atası Şahid tanıdığını və gördüyünü, anası Jannanı 21.01.1993-cü il tarixdə Bakı şəhəri, Əfəndiyev adına xəstəxanaya özü apardığını və həqiqətən Vladanın anadan olmasının canlı şahidi olduğunu bildirmiş, Janna ilə Allahverdinin nikah münasibətlərində oluğunu, Vladanın atasının Şahid olduğunu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3192/2018 saylı, 10.05.2018-ci il tarixli qərarının surətindən görünür ki, X15 Bakı şəhər Baş Səhiyyə İdarəsinin M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına qarşı qızının 21.01.1993-cü il tarixdə Bakı şəhəri Səhiyyə Şöbəsi M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında doğulması haqqında 103 saylı tibbi şəhadətnamənin verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7889/2017 saylı, 21.09.2017-ci il tarixli qətnaməsinə əsasən iddia rədd edilmişdir, iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 12666/2017 saylı, 12.12.2017-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7889/2017 saylı, 21.09.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı X15 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12666/2017 saylı, 12.12.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12666/2017 saylı, 12.12.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri 54 saylı notariat ofisində notarial qaydada təsdiqlənmiş X17 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, X3 Vladanın atası Şahid tanıyır və görmüşdür. Vladanın anası Jannanı 21.01.1993-cü il tarixdə Bakı şəhərində Əfəndiyev adına Xəstəxanaya özü aparmış və həqiqətən Vladanın anadan olmasının canlı şahididir. Lenin adına Kombinatın daxili poliklinikasının həkimi işləyən Lukyaninanın yanına apardığını, hazırda Bakı şəhərində kirayədə yaşayan X13 tanıdığını və Allahverdi ilə nikah münasibətlərində olduğunu, Ərizəçi Allahverdi qızının atasının həqiqətən Şahid qızı olduğunu təsdiqləmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdir ki, X15 ilə 30 il əvvəl görüşmüşdür. Münasibətləri olmuşdur. Bir neçə dəfə görüşmüşlər, lakin sonradan əlaqələri kəsilmiş, görüşməmişlər. Vlada doğulanda xəbəri olmamışdır, Vladanı məhkəmə prosesində bir neçə dəfə görmüşdür. Jannanı isə 90-cı illərdən əvvəl görmüşdür, həmin vaxtlar tanımışdır. X13 hamilə vaxtı görməyib. Vladanın varlığından doğuşdan sonra məlumatı olmuşdur. X15 ünsiyyətləri kəsildikdən bir müddət sonra onunla görüşmüş və bildirmişdir ki, qız uşağı doğmuşdur, lakin onun harda, nə vaxt doğulması ilə bağlı məlumatı olmamışdır. X17 adlı şəxsi tanımamış və o adlı insanı görməmişdir. Onun dediyi kimi onun Janna Manvelovna ilə faktiki nikah münasibəti olmamışdır. Jannanı həyatında 2-3 dəfə görümüşdür. Əvvəlki apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, ərizəçi 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun SSRİ pasportu Şahid qaldığı üçün uşağın doğum faktı qeydiyyata alınmamışdır. Onun uşağın atası ilə heç bir mübahisələri olmamış, sadəcə Şahid siyasi məsələlərdən dolayı qorxduğuna görə uşağı danır. Uşaq dünyaya gələn vaxtı məlum münaqişələrin qızğın vaxtı idi və buna görə də o, xəstəxanada öz adını verməmiş, özünü X5 tanıtmışdır. O, ilk dəfə, 1990-cı ildə hamilə qalmış və onlar Şahidla abort etdirmək qərarına gələrək uşağı abort etmişlər. Sonradan isə ikinci dəfə hamilə qalmış və 1993-cü il tarixdə Janna dünyaya gəlmişdir. Kasassiya instansiyasının qərarında şərh olunanları əsas götürməklə apellyasiya baxışı zamanı 21 yanvar 1993-cü il tarixdə X5 xəstəxanada qeydə alınmış qadının dünyaya gətirdiyi qız uşağı ilə hazırki işdə Ərizəçi eyni şəxs olub-olmamasını müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tibbi-bioloji ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və pataloji Anatomiya Birliyi” X25 24.05.2021-ci il tarixli 234 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Ərizəçi Allahverdi qızının müəyyən edilmiş yaşı 25-30 ilə uyğun gəlir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və pataloji Anatomiya Birliyi” X25 23.09.2021-ci il tarixli 560/2021-MTBŞ nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ana arasında tam şəkildə uyğunluq aşkarlanmışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olduğunu göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, X15 ekspertizaya təqdim olunmuş Ərizəçi Allahverdi qızı adlı uşağın bioloji anası olması təsdiq olundu. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğum faktının qeydə alınmasına dair hüquqi faktın müəyyən olunması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. İş üzrə keçirilmiş ekspertizanın rəyindən də göründüyü kimi X11 Ərizəçi Allahverdi qızı adlı uşağın bioloji anası olması təsdiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında Ərizəçi Allahverdi qızının 21 yanvar 1993-cü il tarixdə X12 dünyaya gəlməsini təkzib edəcək hər hansı bir sübut müəyyən olunmamış, əksinə bu hal bir çox yuxarıda qeyd olunan sübutlarla təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-864/2019 saylı, 19 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli, ərizəçinin tələbi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-864/2019 saylı, 19 fevral 2019cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilsin. Ərizəçinin 21.01.1993-cü il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Ərizəçinin doğum tarixi 21.01.1993-cü il, doğulduğu yer Bakı şəhəri, soyadı Şahmuradyan, adı Vlada, ana qrafasında X15, ata qrafasında isə ad anasının göstərişinə uyğun olaraq qeyd edilməklə doğum haqqında akt qeydi tərtib edilsin və bu barədə doğum şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2588/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2588/2021
10.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver