Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2591/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə və iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır, dövlət rüsumu az ödənilmişdir) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə və iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 45/2025 saylı, 22 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və ya pul vəsaitinin və mənzil icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilələrə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə 2 otaqdan ibarət, ümumi sahəsi 89.4 m2 , yaşayış sahəsi 46.29 m2 , 3 saylı binanın 9-cu mərtəbəsində yerləşən 58 nömrəli mənzilin və həmin binanın 6-cı mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 89.4 m2 , yaşayış sahəsi 46.29 m2 olan 31 nömrəli mənzilin iddiaçının mülkiyyətinə təhvil verilməsi və ya 3 saylı bina inşa edilməyəcəyi halda müqavilədə göstərilən eyni şərtlərlə cavabdeh "xxxx" MMC tərəfindən inşa edilmiş ona yaxın ərazidə mənzillərin iddiaçının mülkiyyətinə təhvil verilməsi, cavabdehdən 1800 manat məbləğində mənzil icarə haqqının tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş 148 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh "xxxx" MMC-dən 444808 (dörd yüz qırx dörd min səkkiz yüz səkkiz) manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı "xxxx" MMC cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə İddiaçı arasında Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 35/57 saylı evin 6 saylı, 3 otaqlı, sahəsi 92.99 m2 olan mənzilin əvəzinə Bakı şəhəri, K.Balakişiyev küçəsində tikiləcək 3 saylı binada sahəsi 89.4 m2 olan 2 otaqlı 31 nömrəli və sahəsi 89.4 m2 olan 2 otaqlı 58 nömrəli təmirsiz mənzil verilməsi, İddiaçı isə "xxxx" MMC-yə 22000 (iyirmi iki min) manat pul ödəməsinə dair 04 iyul 2021-ci il tarixli müqavilələrin ləğv edilməsi, İddiaçı ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilənin ləğv edilməsi, İddiaçı iddia tələbinin qismən təmin edilməsi və 114390 (yüz on dörd min üç yüz doxsan) manat pul vəsaitinin "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(007)- 2868/2024 saylı qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuş iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair 2(007)- 2868/2024 nömrəli mülki iş, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və ya pul vəsaitinin və mənzil icarə haqqının ödənilməsi” tələbinə dair e-2(007)- 215/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilmiş, birləşdirilmiş icraatda e-2(007)- 215/2024 nömrə saxlanılmaqla 2(007)-2868/2024 nömrəli mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-45/2025 saylı, 22 yanvar 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiasının qismən təmin edilməsi, "xxxx" MMC-dən 202940 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 136.87 manatının İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı "xxxx" MMC-nin iddiası qismən təmin edilməsi, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 04 iyul 2021-ci il tarixli müqavilənin ləğv edilməsi, İddiaçı ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Tətbiq edilən hüquq normaları: 7.“X6” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsində qeyd edilir ki, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. 8.Qanunun 8.1.4-cü maddəsinə görə iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda dövlət rüsumu 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi təşkil edir.
9. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
10. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
11. Mülki Prosessual Məcəllənin 363.1.2-ci madəsində qeyd edilir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
12. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən işə apellyasiya qaydasında baxılması qeyri-mümkündür.
14. Belə ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan məbləğ 444808 manat təşkil edir. Bu halda iddia ərizəsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 734,8 manat (390+344808x0,1/100=734,8) olduğundan, apellyasiya şikayətinə görə ”X6” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən 734,8 manatın 50%-i yəni 367,4 manat dövət rüsumu ödənilməlidir. Cavabdeh tərəfindən isə 50 manat dövlət rüsumu ödənilmişdir. 15 Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-45/2025 saylı, 22 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən apellyasiya qeyri-mümkün hesab edilməlidir.
16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-45/2025 saylı, 22 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" MMC verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya cavabdeh "xxxx" MMC-yə münasibətdə qeyri-mümkün hesab edilsin və cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Cəmilə Musayeva