Məhkəmə qərarları › İş №2(103)-2593/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2593/2023

03.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2593/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzil sahəsinə görə kompensasiyanın verilməsi, kirayə haqqı ödənilməyən müddət üzrə ödənişlərin edilməsi, qeyri-yaşayış sahəsi - qarajın verilməsi” tələbinə dairmülki iş üzrə Açar sözlər: (mənzil sahəsinə görə komensasiya verilməsi, kirayə haqqı və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi),X5 və X2 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh MTK-nin nümayəndəsi və vəkili Vəkil2, X1 iştirakı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(005)-119/2023 saylı qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətinə əsasən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış’’a əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 47.2 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MTK-ya təhvil verməyi, habelə müqavilədə şərtləşdirilmiş müddətdə Cavabdeh MTK tərəfindən həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasından onun üçün nəzərdə tutulmuş 11-ci mərtəbədə yerləşən mənzili qəbul etməyi öhdəsinə götürmüş, eləcə də müqavilənin 1.2-ci bəndinə əsasən tikinti başa çatdırılana və “Əmlak Mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədilə “Əmlak Mülkiyyətçisi”nə ödənilməli olan 400 AZN məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə ödənilməsi nəzərdə tutulmuş və Müqavilənin 1.1.2-ci bəndində mənzilin sahəsi 65,0 kv.m. olaraq göstərilmişdir. 2.Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətinə əsasən xx.xx.2017-ci il tarixində, ********** qeydiyyat və **********72-05101-083001 reyestr nömrəsi ilə ARƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış’’ ilə öz mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30 ünvanında, binanın zirzəmisində yerləşən 25.1 kv.m qeyri-yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli binada qarajı qəbul etməyi öhdəsinə götürmüşdür. “Tikinti şirkəti” Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30 ünvanında yerləşən “Əmlak Mülkiyyətçisi”-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin (zirzəmisinin) sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada (28.0 kv.m) qarajı “Əmlak Mülkiyyətçisi”-nin mülkiyyətçisinə verməyi öhdəsinə götürmüşdür. 3.İddiaçı, öhdəliyin cavabdeh MTK tərəfindən pozulduğunu, öhdəliyini yerinə yetirmədiyini bildirir, mənzil sahəsinə görə kompensasiyanın verilməsi, kirayə haqqı ödənilməyən müddət üzrə ödənişlərin edilməsi, qeyri-yaşayış sahəsi - qarajın verilməsini tələb edir.

a)Birinci instansiya məhkəməsində icraat

4.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 103 saylı Müqaviləyə əsasən iddiaçının mənzilinin əvəzində Cəmiyyətin ona 65.0 kv.m mənzil sahəsinin verilməsi əvəzinə 55,0 kv.m sahəsinə görə hər kvadratmetrinə görə 1200 (bir min iki yüz) manat olmaqla, cəmi 11000 (on bir min) manat kompensasiya ödənilməsi, onunla Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 162 saylı, xx.xx.2017-ci il tarixli Müqaviləyə əsasən xüsusi mülkiyyətində olan 25.1 kv.m. qarajının əvəzində ona 28 kv.m. “Qaraj” sahəsinin verilməsi, onunla Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli 103 saylı Müqavilə öhdəlikləri üzrə onun kirayədə qaldığı müddətə 5 ay müddətinə hər ay 400 manat olmaqla, cəmi 2000 (iki min) manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, ilkin pretenziya ərizəsi ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək, onunla Cəmiyyət arasında bağlanmış hər iki müqavilə üzrə müqavilə öhdəliklərinin icra edilməsinin təmin olunması məqsədi ilə onun kirayədə qaldığı müddətə 5 ay müddətinə hər ay 400 manat olmaqla, cəmi 2000 (iki min) manat pulun ödənilməsi, müqavilə üzrə ona təhvil verilməli 65.0 kv.m. mənzil sahəsinin əvəzinə verilmiş 55.0.kv.m mənzil sahəsinə görə hər kvadratmetrinə görə 1200 (bir min iki yüz) manat olmaqla, cəmi 11000 (on bir min) manat kompensasiya ödənilməsi və 28.0.kv.m Qaraj sahəsini təhvil verilməsini təmin edilməsini xahiş etmişdir. Lakin cavabdeh onun pretenziyasına cavab verməmiş və bu barədə öz mülahizəsini ona hər hansı bir formada bildirməmişdir. Bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30, 47.2 kv.metrdən ibarət olan 3 saylı mənzildə ailəsi ilə birlikdə yaşamışdır. Ev onun xüsusi mülkiyyətində olmuş və bu barədə ona AR ƏMDK yanında DƏDRX tərəfindən **********72-051101-093013 reyestr nömrəli, Qeydiyyat nömrəsi ********** olan, xx.xx.2017-ci il tarixli, Seriya RX N: ******* saylı çıxarış verilmişdir. Həmçinin həmin ünvanda ailəsinə məxsus həmin qeyri-yaşayış sahəsi olmuşdur. “Qeyri-yaşayış” sahəsi onun xüsusi mülkiyyətində olmuşdur. Bu barədə AR ƏMDK yanında DƏDRX-nin **********72-0511101- 083001 reyestr nömrəli Texniki Pasport xx.xx.2017-ci il tarixində təsdiq edilmişdir. AR NK-nin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarına əsasən və Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 37 saylı 18 yanvar 2017-ci il tarixli Sərəncamı əsasında yaşadığları evin yerində Pilot layihə əsasında Çoxmərtəbəli və Çoxmənzilli evlərin tikintisi ilə əlaqədar olaraq Cavabdeh MTK-nın direktoru, cənab X7 ilə onun- İddiaçı arasında xx.xx.2017-ci il tarixli, 103 saylı Müqavilə bağlanmış və Müqavilənin 1.1.2-ci bəndinə əsasən “onun ünvan 2 ünvanda yerləşən mənzilin əvəzində Cəmiyyət ona 65.0 kv.m mənzil sahəsi verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2ci bəndinə əsasən, “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırılana və “Əmlak mülkiyyətçisini” təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədilə “Əmlak mülkiyyətçisinə” kompensasiya şəklində aylıq 400 (dörd yüz) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 (bir) dəfə ödəyir. Həmçinin, onunla Cavabdeh MTK arasında bağlanmış 162 saylı, xx.xx.2017-ci il tarixli Müqavilənin 1.12-ci bəndinə əsasən “Tikinti şirkəti” Cavabdeh MTK ünvan 3 ünvanda yerləşən “Əmlak mülkiyyətçisinin” mülkiyyətində olan qeyri-yaşayış sahəsinin (zirzəminin) sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 28.9 kv.m qarajı “Əmlak mülkiyyətçisinin” mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Daha doğrusu onun xüsusi mülkiyyətində olan 25.1 kv.m qeyri-yaşayış sahəsi əvəzində, həmin binada 28 kv.m “Qaraj” onun xüsusi mülkiyyətinə verilməlidir. Müqavilə üzrə o hər iki daşınmaz əmlak olan mülkiyyətini “Tikinti şirkəti”nə təhvil vermiş və şirkət tərəfindən binalar sökülmüş, onun yerində çoxmənzilli və çoxmərtəbəli ev tikmişdir. O zaman müqavilə üzrə ailəsinə başqa mənzil tutaraq kirayə qalmışdır. Müqavilənin 2.2.5-ci bəndinə əsasən cavabdeh tərəfindən tikinti işləri 24 ay müddətinə başa çatmalı olduğu halda, bu öhdəlik cəmiyyət tərəfindən yerinə yetirilməmişdir. Belə ki, tikinti işləri 2019-cu ilin dekabr ayına kimi davam etdirilmiş və həmin vaxta mənzil ona təhvil verilməmişdir. Eyni zamanda müqavilə üzrə mənzil tikdirmiş şəxslər özlərinə məxsus mənzillərin və “Qarajlarını” həmin şəxslərin istifadəsinə verməsinə baxmayaraq, şirkət onun tələblərinə əhəmiyyət verməmişdir. Sonradan çox çətinliklə şirkət ona mənzil sahəsi ayırmış, mənzil sahəsinin açarlarını 2022-ci ilin aprel ayında təhvil versə də, Qaraj sahəsini bu vaxta kimi təhvil verməmişdir. Həmçinin, cəmiyyət ona kirayə qalmaq üçün ödəməli olduğu kirayə haqqını 2019-cu ilin iyul, sentyabr, oktyabr və noyabr ayları üzrə kirayə haqqı ödəməmişdir. Bununla əlaqədar onun tərəfindən edilmiş bütün müraciətlər cavabsız qalmışdır. 2022-ci ilin aprel ayında mənzilə baxış keçirib, faktiki sahəsini ölçmüşdür. Mənzilin ölçü işlərini apararkən, məlum olmuşdur ki, şirkət ona 65.7 kv.m mənzil sahəsi əvəzində, 55 kv.m mənzil sahəsi vermişdir. Eyni zamanda müqavilə üzrə ona təhvil verilməli olan 28.0.kv.m qaraj sahəsi də ona bu vaxta kimi təhvil verilməmişdir.Qeyd olunan hallar ona dəlalət olunur ki, cəmiyyət öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. 6.Məhkəmə iclasında Cavabdeh MTK-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul etmiş, iddia tələbinin “mənzil sahəsinin verilməsi əvəzinə hər kvadrat metrə görə 1200 (bir min iki yüz) manat olmaqla, cəmi 11.000 (on bir min) manat kompensasiya ödənilməsi” hissəsini əsassız olduğunu bildirərək, məhkəmədən iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 12 yanvar 2023-cü il tarixli, 2(005)-119/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Aytən Novruzova) iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 103 saylı Müqaviləyə əsasən iddiaçının mənzilinin əvəzində Cəmiyyətin ona 65.0 kv.m mənzil sahəsinin verilməsi əvəzinə 60,7 kv.m verilməsi səbəbi ilə hər kvadratmetrinə görə 1200 (bir min iki yüz) manat olmaqla, cəmi 5160 (beş min bir yüz altmış) manat kompensasiyanın Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı ödənilməsi, İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 162 saylı, xx.xx.2017-ci il tarixli Müqaviləyə əsasən iddiaçının xüsusi mülkiyyətində olan 25.1 kv.m. qarajının əvəzində İddiaçı 28 kv.m. “Qaraj” sahəsinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilməsi, İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 103 saylı müqavilə öhdəlikləri üzrə iddiaçının kirayədə qaldığı müddətə 5 ay müddətinə hər ay 400 manat olmaqla cəmi 2000 (iki min) manat pul Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan: 8.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 1 (Yeni qaydalarla; AZ 1008, ünvan 4 ünvanda yerləşən mənzil) mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2633 nömrəli reyestr kitabının 245194 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır; 9.Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətinə əsasən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış’’a əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 47.2 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MTK-yə təhvil verməyi, habelə müqavilədə şərtləşdirilmiş müddətdə Cavabdeh MTK tərəfindən həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasından onun üçün nəzərdə tutulmuş 11-ci mərtəbədə yerləşən mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. 10.Eyni zamanda, müqavilənin 1.2-ci bəndinə əsasən tikinti başa çatdırılana və “Əmlak Mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədilə “Əmlak Mülkiyyətçisi”nə ödənilməli olan 400 AZN məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə ödənilməsi nəzərdə tutulmuşdur. 11.Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətinə əsasən xx.xx.2017-ci il tarixində, ********** qeydiyyat və **********72- 05101-083001 reyestr nömrəsi ilə ARƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış’’ ilə öz mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30 ünvanında, binanın zirzəmisində yerləşən 25.1 kv.m qeyri-yaşayış sahəsini sökülmək üçün Cavabdeh MTK-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli binada qarajı qəbul etməyi öhdəsinə götürmüşdür. “Tikinti şirkəti” Cavabdeh MTK Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30 ünvanında yerləşən “Əmlak Mülkiyyətçisi”-nin mülkiyyətində olan qeyriyaşayış sahəsinin (zirzəmisinin) sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada (28.0 kv.m) qarajı “Əmlak Mülkiyyətçisi”-nin mülkiyyətçisinə verməyi öhdəsinə götürmüşdür. 12.xx.xx.2019-cu il tarixli, 003264 saylı “İstismara hazırlıq” aktının məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və T.Şıxəliyev küçəsinin kəsişməsində blok 1 və 3: hər biri 1 ədəd girişli, 2 səviyyə zirzəmili, 14 + mansarda mərtəbəli, blok 2: 1 ədəd, 2 girişli, 2 səviyyə zirzəmili, 14 +mansarda mərtəbəli yaşayış binaları Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2017-cı il, 390 nömrəli Sərəncamına əsasən Cavabdeh MTK tərəfindən tikintisinə icazə verilmişdir. 13.İddiaçı Cavabdeh MTK-ya ünvanlanmış pretenziyanın məzmunundan görünür ki, Poleks” MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətinə əsasən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış’’a əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 47.2 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MTK-ya təhvil verməyi, habelə müqavilədə şərtləşdirilmiş müddətdə Cavabdeh MTK tərəfindən həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasından onun üçün nəzərdə tutulmuş 11-ci mərtəbədə yerləşən mənzili qəbul etməyi öhdəsinə götürmüş, eləcə də müqavilənin 1.2-ci bəndinə əsasən tikinti başa çatdırılana və “Əmlak Mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədilə “Əmlak Mülkiyyətçisi”nə ödənilməli olan 400 AZN məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə ödənilməsi nəzərdə tutulmuşdur. 14.Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətinə əsasən xx.xx.2017-ci il tarixində, ********** qeydiyyat və **********72-05101-083001 reyestr nömrəsi ilə ARƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış’’ ilə öz mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30 ünvanında, binanın zirzəmisində yerləşən 25.1 kv.m qeyri-yaşayış sahəsini sökülmək üçün Cavabdeh MTK-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli binada qarajı qəbul etməyi öhdəsinə götürmüşdür. “Tikinti şirkəti” Cavabdeh MTK Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30 ünvanında yerləşən “Əmlak Mülkiyyətçisi”-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin (zirzəmisinin) sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada (28.0 kv.m) qarajı “Əmlak Mülkiyyətçisi”-nin mülkiyyətçisinə verməyi öhdəsinə götürmüş, lakin icra etməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı öhdəliyin icra olunmasını, əks təqdirdə mübahisənin məhkəmə qaydasında həll olunacağıyla bağlı cavabdehi xəbərdar etmişdir; 15.20 oktyabr 2022-ci il tarixli ekspert rəyinin məzmunundan görünür ki, İddiaçı Cavabdeh MTK tərəfindən verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30 ünvanda Cavabdeh MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 3 saylı mənzilinin faktiki olaraq ümumi sahəsinin 60.7 kv.m, yaşayış sahəsinin 26.9 kv.m və qeyri-yaşayış sahəsinin 33.8 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. 16.xx.xx.2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 120 manat məbləğində dövlət rüsumu ödəmişdir. 17.Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətinə əsasən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış’’a əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 47.2 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MTK-yə təhvil verməyi, habelə müqavilədə şərtləşdirilmiş müddətdə Cavabdeh MTK tərəfindən həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasından onun üçün nəzərdə tutulmuş 11-ci mərtəbədə yerləşən mənzili qəbul etməyi öhdəsinə götürmüş, eləcə də müqavilənin 1.2-ci bəndinə əsasən tikinti başa çatdırılana və “Əmlak Mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədilə “Əmlak Mülkiyyətçisi”nə ödənilməli olan 400 AZN məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə ödənilməsi nəzərdə tutulmuş və Müqavilənin 1.1.2-ci bəndindən mənzilin sahəsi 65.0 kv.m. olaraq göstərilmişdir. Poleks” MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətinə əsasən xx.xx.2017-ci il tarixində, ********** qeydiyyat və **********72-05101-083001 reyestr nömrəsi ilə ARƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış’’ ilə öz mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30 ünvanında, binanın zirzəmisində yerləşən 25.1 kv.m qeyri-yaşayış sahəsini sökülmək üçün Cavabdeh MTK-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli binada qarajı qəbul etməyi öhdəsinə götürmüşdür. “Tikinti şirkəti” Cavabdeh MTK Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30 ünvanında yerləşən “Əmlak Mülkiyyətçisi”-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin (zirzəmisinin) sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada (28.0 kv.m) qarajı “Əmlak Mülkiyyətçisi”-nin mülkiyyətçisinə verməyi öhdəsinə götürmüş, lakin müqavilə öhdəliylərini bugünədək icra edilməmişdir. Hazırda müqavilə tərəfləri öhdəliyin cavabdeh tərəfindən pozulduğunu, öhdəliyini yerinə yetirmədiyini bildirir, mənzil sahəsinə görə kompensasiyanın verilməsi, kirayə haqqı ödənilməyən müddət üzrə ödənişlərin edilməsi, qeyri-yaşayış sahəsi - qarajın verilməsini tələb edir. Məhkəmə mülki iş üzrə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: 18.Cavabdeh podrat müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətsizliyi, müqavilə bağlandıqdan sonra qeyd olunan ərazidə hər hansı inşaat işləri aparılmaması öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. 19.Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, mənzili iddiaçıya təhvil verməlidir. 20.Cavabdeh qeyd edilən müqavilələr əsasında iddiaçıdan mənzilin dəyərini almaq hüquqlarına malik olduğu kimi, eyni zamanda həmin müqavilə əsasında qeyd edilən mənzili iddiaçıya təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh göstərilən müqavilə əsasında iddiaçıdan mənzilin dəyərini almalarına dair hüquqlarından istifadə etmiş, həmin əmlakı iddiaçıya təhvil verilməli olmalarına dair vəzifələrini isə icra etməyərək, müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Odur ki, cavabdeh qeyri-yaşayış sahəsi-qarajın verilməsi iddiaçıya təhvil vermədiyindən qeyri-yaşayış sahəsinin-qarajın ona təhvil verilməsini və maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi bu hissədə təmin edilməlidir. 21.İşin hallarından aydın olur ki, cavabdeh MTK iddiaçı ilə bağlanmış sözügedən müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək, yaşayış və qeyri-yaşayış sahəsi – qarajı iddiaçıya 2019-cu ildə təhvil verməli olduğu əmlakı ona verməmişdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsi baxımından öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 22.Məhkəmə iddia tələbinin mənzil sahəsinə görə kompensasiyanın verilməsi hissəsində, qeyd etmişdir ki iddiaçı X4 xx.xx.2017-ci il tarixli 103 saylı Müqaviləyə əsasən iddiaçının mənzilinin əvəzində Cəmiyyətin ona 65.0 kv.m mənzil sahəsinin verilməsi əvəzinə 55,0 kv.m sahəsinə görə hər kvadratmetrinə görə 1200 (bir min iki yüz) manat olmaqla, cəmi 11000 (on bir min) manat kompensasiya ödənilməsini tələb edir. İş üzrə 20 oktyabr 2022-ci il tarixli ekspert rəyinin məzmunundan görünür ki, İddiaçı Cavabdeh MTK tərəfindən verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30 ünvanda Cavabdeh MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 3 saylı mənzilinin faktiki olaraq ümumi sahəsinin 60.7 kv.m, yaşayış sahəsinin 26.9 kv.m və qeyri-yaşayış sahəsinin 33.8 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmənin qənaətinə görə, müvafiq ekspert rəyində əks olunmuş hallardan gəlinmiş nəticəyə əsasən, 4.3 kv.m fərq və hər kvadratmetrinə görə 1200 (bir min iki yüz) manat müəyyən edilməklə iddia tələbi bu hissədə qismən təmin edilməlidir.(4,3x1200=5160 manat). 23.Məhkəmə iddia tələbinin kirayə haqqı hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəf 5 ay kirayə pulunun ödənilməsinə etiraz etməmiş, bu halı məhkəmə proseslərində mübahisələndirməmişdir. Buna görə də, iddia bu hissədə təmin olunmalı, 5 ay üzrə (5x400=2000 manat) 2000 manat kirayə pulu ödənilməlidir. 24.Son nəticədə məhkəmə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, xx.xx.2017-ci il tarixli 103 saylı Müqaviləyə əsasən iddiaçının mənzilinin əvəzində Cəmiyyətin ona 65.0 kv.m mənzil sahəsinin verilməsi əvəzinə 60,7 kv.m sahəsinə görə hər kvadratmetrinə görə 1200 (bir min iki yüz) manat olmaqla, cəmi 5160 (beş min bir yüz altmış) manat kompensasiya ödənilməli, iddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 162 saylı xx.xx.2017-ci il tarixli Müqaviləyə əsasən iddiaçının xüsusi mülkiyyətində olan 25.1 kv.m. qarajının əvəzində ona 28 kv.m. “Qaraj” sahəsili verilməli və iddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli 103 saylı Müqavilə öhdəlikləri üzrə iddiaçının kirayədə qaldığı müddətdə 5 ay müddətinə hər ay 400 manat olmaqla cəmi 2000 (iki min) manat pulun ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. 25.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1, 421..2, 423.2, 425.1, 427.3, 442, 448.1, 448.2, 752.1, 759.1, 759.2, 385.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

26.Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin tamamilə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 27.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə mənzilin ümumi sahəsinin müəyyən olunması barədə 20 oktyabr 2022-ci il tarixli ekspert rəyinə istinad etmiş və həmin rəyi əsas götürərək qətnamə qəbul etmişdir. Həmin rəyə əsasən, mənzilin faktiki olaraq ümumi sahəsi 60,7 kv.m, yaşayış sahəsinin 26,9 kv.m və qeyri-yaşayış sahəsinin 33,8 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Lakin, məhkəmə nəzərə almamışdır ki, mənzildə olan arakəsmələrin (divarlar), şaxtaların tutduğu sahə də mənzilin ümumi sahəsinə aid edilir və həmin arakəsmələrlə birlikdə şaxtaların tutduğu sahə də, nəzərə alınsaydı o zaman mənzilin ümumi sahəsinin 65 kv.m olması faktı müəyyən olunardı. Belə olan halda, məhkəmənin cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsi düzgün yanaşma hesab edilə bilməz. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli müqavilələr podrat müqavilələridir. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Cavabdeh MTK də müqavilələr üzrə cavabdehlik daşıdığı öhdəlikləri tam şəkildə yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş qaydada, ümumi sahəsi 65,0 kv.m mənzili iddiaçıya təhvil vermişdir. Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə Cavabdeh MTK-nin inşa etdiyi binada yerləşən 28.0 kv.m olan qarajın mülkiyyətçinin–İddiaçı verilməsi öhdəliyinə münasibətdə ümumiyyətlə cavabdehin bu öhdəliyin yerinə yetirilməsi barədə hər hansı etirazı olmamışdır. Halbuki, məhkəmə tərəflər arasında qeyd olunan məsələ ilə bağlı mübahisənin olmamasını nəzərə almamışdır. Belə olan halda, mövcud olmayan mübahisə üzrə iddiaçının həqiqi və ciddi olmayan tələbi ilə bağlı məhkəmənin hazırda mübahisələndirilən qətnaməni qəbul etməsi yuxarıda istinad edilən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini bir daha təsdiq edir. 20 oktyabr 2022-ci il tarixli ekspert rəyinin məzmunundan görünür ki, İddiaçına Cavabdeh MTK tərəfindən verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30 ünvanda Cavabdeh MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 3 saylı mənzilinin faktiki olaraq ümumi sahəsinin 60,7 kv.m, yaşayış sahəsinin 26.9 kv.m və qeyri-yaşayış sahəsinin 33,8 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. xx.xx.2017-ci il tarixli, 103 saylı Müqavilə üzrə isə ümumi sahəsi 65 kv.m olan mənzil cavabdeh tərəfindən “əmlak mülkiyyətçisinə” verilməli idi. Aradakı fərq 4.3 kv.m dır. Bu fərqin səbəbi isə ekspert rəyində mənzilin ümumi sahəsi müəyyən olunarkən mənzili hissələrə bölən arakəsmələrin tutduğu sahə, o cümlədən mənzildə olan şaxtaların tutduğu sahələrin nəzərə alınmamasıdır. Buna görə də hesab edir ki, hazırkı işdə ekspert rəyi əsaslı hesab edilə bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 28.Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29.Məhkəmə kollegiyasının iclasında Cavabdeh MTK-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, qətnaməni apellyasiya şikayətinin dəlillərinə münasibətdə kvadrat fərqinə görə kompensasiyanın ödənilməsi və qrajla bağlı hissələrdə mübahisələndirirlər. 30.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin qəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, ona müqavilə üzrə 65 kv.m mənzil verilməli olduğu halda, ekspert rəyinə əsasən ümumi sahəsi 60,7 kv.m olan mənzil verilmişdir. Bundan əlavə ona qaraj 2019-cu ildə verilməli olduğu halda, bu günə kimi qaraj verilməmişdir. Cavabdeh tərəf indi bildirir ki, bu sahədə mübahisə yoxdur. Cavabdehin bu fikri onu ələ salmaqdır. Artıq neçə illərdir ki, ona qaraj təhvil verilmir. Əgər ona qaraj verilsəydi, nəyə görə məhkəməyə müraciət edirdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 31.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 32.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 33.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 34.Maddə 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 35.Maddə 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 36.Maddə 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər. 37.Maddə 425.1.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 38.Maddə 427.3.Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 39.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 40.Maddə 448.1.Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 41.Maddə 448.2.Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 42.752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 43.759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 44.759.2-ci maddəsinə əsasən, Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 45.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 46.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 47.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

48.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 49.Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadının 59-cu bəndinə əsasən məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvini tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Həmin qərardadın 62-ci bəndinə əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlamalıdır. 50.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını, Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadını nəzərə almaqla qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, o, dəlillərində qətnaməni kompensasiyanın ödənilməsi və qarajın təhvil verilməsi ilə bağlı hissələrdə mübahisələndirmişdir. Buna görə də, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin kompensasiyanın ödənilməsi və qarajın təhvil verilməsi ilə bağlı hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 51.Məhkəmə kollegiyası tərəflərin izahatını, eksperti dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab eidr ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(005)-119/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 52.Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasındakı yazılı müqavilə şərtlərinə əsasən cavabdeh tərəfindən 65,0 kv.m sahədən ibarət mənzili təhvil verilməli olduğu halda, iddiaçıya sahəsi müqavilədə göstəriləndən az ölçüdə olan mənzil təhvil verilmişdir. Həmin halın aydınlaşdırılması məqsədilə məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilərək, rəy alınmışdır. 53.Alınmış ekspert rəyi əsasında müəyyən edilmişdir ki, cavabdeh mənzili müqavilədə göstərilən ölçüdə deyil, daha az ölçüdə iddiaçıya təhvil verməklə, öhdəliyini lazımınca icra etməmişdir. 54.Məhkəmə kollegiyasının iclasında ekspert X6 bildirmişdir ki, iş üzrə ekspert rəyi hazırlanarkən mənzilin ölçüləri, Şəhərsalma və Tikinti Məcəlləsində qeyd olunduğu kimi içdən-içə hesablanmışdır. 2012-ci ildə Nazirlər Kabinetinin təsdiq elədiyi, Arxitektura Komitəsinin qərarı var ki, mənzil sahəsi içdən-içə hesablanmalıdır. Həmin qərara əsasən balkon və lociyalara azalma əmlası tətbiq olunmur. Hazırda mənzilin faktiki, yəni istifadə olunan sahəsi 60,7 kv.m-dir. Azaltma əmsalı nəzərə alınmamışdır. 55.Kollegiya hesab edir ki, iddiaçı ölçüsü 65 kv.m olan mənzil əldə edəcəyini gözlədiyi halda, ona daha az ölçüdə mənzil verilmiş, bununla da mənzilin ölçülərinin azaldılması nisbətində iddiaçı əmlakından məhrum olmuşdur. 56.Kollegiya apellyatorun mənzildə olan arakəsmələrin (divarlar), şaxtaların tutduğu sahə də mənzilin ümumi sahəsinə aid edilməsi və həmin arakəsmələrlə birlikdə şaxtaların tutduğu sahənin də nəzərə alınmalı olması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, ekspert rəyini əsasən ölçmə işləri düzgün olaraq içdən-içə hesablama aparılmaqla (azaltma əmsalı nəzərə alınmamaqla) bütün sahələr nəzərə alınmışdır. 57.Kollegiya qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməli, cavabdehin ekspert rəyinin əsassılığı ilə bağlı dəlili əsassız hesab edilməlidir. 58.Buna görə də kollegiya hesab edir ki, müqavilə üzrə iddiaçıya təhvil verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30 ünvanda Cavabdeh MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 3 saylı mənzilinin faktiki olaraq ümumi sahəsinin müvafiq ekspert rəyində əks olunmuş hallardan irəli gəlmiş nəticəyə əsasən, 60,7 kv.m olduğu nəzərə alınmaqa, 4,3 kv.m fərq və hər kvadratmetrinə görə 1200 (bir min iki yüz) manat müəyyən edilməklə 5160 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə cavabdehdən tutulmalı olması barədə məhkəmənin mövqeyi qanuni və əsaslı olmuşdur. (4,3x1200=5160 manat) 59.Kollegiya həmçinin qeyd edir ki, cavabdeh MTK iddiaçı ilə bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək, yaşayış və qeyri-yaşayış sahəsi–qarajı iddiaçıya 2019-cu ildə təhvil verməli olduğu halda ona təhvil verməmişdir. 60.Buna görə də kollegiya hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən iddia tələbi 162 saylı, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən iddiaçının xüsusi mülkiyyətində olan 25.1 kv.m. qarajının əvəzində ona 28 kv.m. “Qaraj” sahəsinin verilməsi hissəsində də düzgün olaraq təmin edilmişdir. 61.Kollegiya apellyatorun qarajın təhvil verilməsi ilə əlaqədar mübahisələrinin olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iddiaçı tərəfindən bununla bağlı cavabdehə pretenziyalar ünvanlanmış, heç bir hərəkət olmadığı halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. 62.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 63.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 64.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 65.Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 66.Kollegiya hesab edir ki, məhkəmə xərcləri Prosessual Qanunvericiliyin tələblərinə uyğun həll edilmişdir. 67.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 68.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(005)-119/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar