Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2594/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və qeyrilərinin Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ (“torpaq sahəsinin təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”) hakimlər X10 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X20, X21, X34, X4, X11, X35, X12, X60, X22 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxslər Naxçıvan MR Babək rayonu Cəhri Bələdiyyəsi və Abşeron rayon İcra Hakimiyyəti cəlb edilməklə) və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X163, X13, X14, X46, X61, X36, X47, X37, X62, X63, X23, X120, X134, X121, X48, X24, X25, X102, X64, X76, X38, İddiaçı7, X122, X49, X15, X39, X5, X40, X6, X50, X135, Məmmədov Məmmədqulu İmamqulu oğlu, X16, X103, X104, X65, X81, X7, X8, X41, X42, X26, X51, X66, X17, X105, X82, X27, X52, X136, X2, X106, X67, X123, X107, X83, X137 və X53 Cavabdeh qarşı “torpaq sahəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1835/2024 saylı işi üzrə 20 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçılar və müstəqil tələb irəli sürən şəxslər iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların da iştirakı ilə, Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlərinin puluyla, Cəhri qəsəbəsi və Gülşənabad kəndinin bütün sakinlərinin və gələcək nəsillərinin qəbiristanlıq ehtiyacları üçün alınmış, Abşeron rayonu, Məmmədli bələdiyyəsinin ərazisində yerləşən, Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş 2.5 ha, yəni 25000 kvadrat metr torpaq sahəsinin tapşırıq verənlərə, yəni onların tələbinə uyğun olaraq, Cəhri qəsəbə bələdiyyəsinə verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, məhkəmə xərclərinin Cavabdeh tutulub iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar da daxil olmaqla, Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Cəhri və Gülşənabad kəndlərindən olan 500-dən çox sakinin pul toplaması ilə, Naxçıvan Muxtar Respublikasından kənarda yaşayan kənd camaatının qəbiristanlıq ehtiyaclarını ödəmək üçün, 18 noyabr 2012-ci ildə torpaq sahəsi almaq qərarına gəliblər və bu işi şifahi tapşırıq müqaviləsi ilə, Cavabdeh və başqa bir kənd sakini X9 həvalə ediblər. Onlar həmin torpaq sahəsinin alınması üçün pul qoyublar. Cavabdeh və X28 qəbiristanlıq üçün yararlı torpaq sahəsi tapmalı, onu abadlaşdırmalı və yas mərasimləri üçün uyğun hala salmalı idilər. Bir müddət sonra cavabdeh onlara bildirib ki, Abşeron rayonu, Məmmədli bələdiyyəsindən torpaq sahəsi alınıb və orada dəfn mərasimlərinə başlamaq olar. 2023-cü ilin mayında onlara məlum olub ki, cavabdeh həmin torpaq sahəsini Məmmədli bələdiyyəsindən yox, X153 adlı şəxsdən (ünvan: ünvan 1inatlı pay torpağı olub və Cavabdeh bu torpağı öz şəxsi mülkiyyəti kimi qeydiyyatdan keçirib və bu torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Halbuki, 2012-ci ildə ağsaqqalların iştirakı ilə keçirilən iclas zamanı torpağın cavabdehin şəxsi mülkiyyətinə keçirilməsi barədə ona tapşırıq verilməyib. Cavabdeh həmin torpaq sahəsini öz şəxsi mülkiyyəti kimi qeydiyyatdan keçirəndə də onlardan və kənd camaatından razılıq almayıb bütün bunları onlardan xəbərsiz edib. Bu isə o deməkdir ki, 2016-cı ildən başlayarq, orada dəfn edilən yaxınlarının qəbirləri üçün hər an problemlər yarana bilər. Çünki Nazirlər Kabinetinin 04 dekabr 2018-ci il tarixli, 522 saylı Qərarı ilə təsdiq edilmiş “Qəbirstanlıqların salınması və idarə olunması Qaydaları”na əsasən, yeni qəbirstanlığın salınması barədə qərar bələdiyyə tərəfindən qəbul edilir və şəxsi mülkiyyətdə olan torpaq sahələrində, kənd təsərrüfatı təyinatlı torpaqlarda qəbiristanlıq salına biməz. Həmin “Qaydalar” fiziki şəxslərin, istər fərdi mülkiyyətçi, istərsə də birgə mülkiyyətçilər olsun, ictimai təşklatlara qəbiristanlıq salmasını qadağan edir. Göründüyü kimi, bu gün qüvvədə olan qanunlar qəbiristanlıq yerlərinin şəxsi mülkiyyətdə olmasını birmənalı olaraq qadağan edir və qəbiristanlıqların idarəçiliyi yalnız bələdiyyələrə aiddir. Bundan başqa, Cavabdeh ölümündən sonra onun vərəsələri tərəfindən də bu torpaq sahəsi üçün problemlərin yaranacağı qaçınılmazdır. Mövcud qanunların tələblərini və gələcəkdə yarana biləcək problemləri nəzərə alaraq, onlar, Cəhri qəsəbəsinin bir qrup sakini cavabdehə təkilif ediblər ki, həmin torpaq sahəsini təcili öz şəxsi mülkiyyətindən çıxarsın, kənd camaatına qaytarsın. Bu vaxt, o torpaq sahəsinin alınmasında iştirak edən şəxslər arasında, torpağın Cavabdeh adından kimin adına və necə keçirilməsi haqqında fikir ayrılığı yaranıb. Bir qrup təklif edib ki, torpaq birgə mülkiyyət kimi pul qoyan adamların adına ümumi birgə mülkiyyət kimi qeydə alınsın. Onlar isə təklif ediblər ki, mövcud qanunlar və Nazirlər Kabinetinin yuxarıda göstərdikləri Qərarı, mülkiyyətçilərin sayından asılı olmayaraq, qəbiristanlıqların yalnız bələdiyyələr tərəfindən yradılmasını nəzərdə tutduğuna görə, bu torpaq sahəsi, bağışlama müqaviləsi ilə, əvəzsiz və qeyd-şərtsiz olaraq Cəhri bələdiyyəsinin mülkiyyətinə keçirilməlidir. Belə olan halda, Cavabdeh və bir qrup şəxs torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilməsinin əleyhinə çıxıblar və torpağın ümumi birgə mülkiyyət kimi qeydə alınmasında israr ediblər. Onlar isə hesab edirlər ki, əvvəla, 2012-ci ildə bu torpaq sahəsi alınanda, pul qoyub-qoymamasından asılı olmayaraq, bu torpaq sahəsi Cəhri və Gülşənabac kənd sakinlərinin hamısının və gələcək nəsillərin qəbiristanlıq ehtiyacları üçün alınıb və bir şəxsin, yaxud da qarşı tərəfin iddia etdiyi kimi, 354 şəxsin xüsusi mülkiyyəti kimi qeydə alına bilməz. İkincisi, neçə adamın mülkiyyətində olmasından asılı olmayaraq, mövcud qanunlar qəbiristanlıqların yalnız bələdiyyələr tərəfindən salınmasını nəzərdə tutduğu üçün, bu torpaq sahəsi doğma kəndləri Cəhri bələdiyyəsinin mülkiyyətinə verilməlidir ki, o torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi və qanuna uyğun formada qəbiristanlıq kimi istifadə edilməsi mümkün olsun. Hətta, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə uyğun olaraq, Cəhri qəsəbə sakinlərindən bir qrupu (147 nəfər) cavabdehə müraciət edərək, tələb ediblər ki, onların payına düşən torpaq sahəsini Cəhri bələdiyyəsinin mülkiyyətinə keçirsin. Həmin 147 şəxslə Cəhri qəsəbə bələdiyyə arasında bu barədə razılıq əldə edilib və Cəhri qəsəbə bələdiyyəsi həmin torpaq sahəsini mülkiyyətinə qəbul etməyə hazır olduğu barədə rəsmi məktub yazdı. Torpağın ümumi sahəsi 2.5 ha, yəni 25 000 kvadrat metrdir. Cavabdeh təklif edir ki, həmin sahə pul qoyan 354 adam arasında bölünsün, hər kəs öz payı üzərində istədiyi kimi sərəncam versin. Bu isə faktiki olaraq, qəbiristanlığın dağılması deməkdir. Onlar 2012-ci ildə pul qoyanda Cəhri və Gülşonabad kənd sakinlərinin hamısının qəbiristanlıq ehtiyacları üçün torpaq alınması məqsədilə pul qoyublar. Bilsəydilər ki, nə vaxtsa bu torpaq sahəsi şəxslərin mülkyyətinə veriləcək, heç vaxt pul qoymazdılar. Həmin torpaq sahəsinin kənd sakinlərinə, onların yeganə rəsmi təmsilçisi olan Cəhri bələdiyyəsinə verilməsi ilə bağlı təkliflərini qəbul etmədiyinə görə, Cəbri kənd sakini, həmin torpaq sahəsinin alınmasında ilk təşəbbüsün sahibi və ən çox pul qoyanlardan (10000 manat pul qoyub) biri kimi X84 14 avqust 2023-oü il tarixli iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsində Cavabdeh və X124 qarşı iddia qaldırıb. Bir çox həmkəndliləri də müstəqil tələb irəli sürən və sürməyən şəxslər kimi həmin işə qoşulublar. Həmin işə baxılarkən, 05 mart 2024-cü il tarixli məhkəmə iclasında cavabdeh məhkəməyə ərizə verərək bildirib ki, o, Cəhri kənd sakinlərinin puluyla alınmış torpaq sahəsindən 147 nəfərin payına düşən hissəni geri qaytarmağa etiraz elmir. Ona görə də, iddiaçı X84 həmin iclasda iddianın baxılmamış saxlanması barədə ərizə verib və hakim də bunu qəbul edib. Həmin məhkəmə iclasından sonra cavabdeh yenə də torpaq sahəsini öz adından çıxarmaqdan, Cəhri qəsəbə bələdiyyəsinin mülkiyyətinə keçirməkdən müxtəlif bəhanələrlə yayınıb. Aralarında yaranmış mübahisəni sülh yoluyla, danışıqlarla həll edə bilməyiblər. Ona görə də, bu iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək məcburiyətində qalıblar. Onlarda cavabdehdən tələb edirlər ki, onların da pulu ilə alınmış torpaq sahəsini, bağışlama müqaviləsi ilə, əvəzsiz və şərtsiz olaraq Cəhri qəsəbə bələdiyyəsinin mülkiyyətinə keçirsin. Cəhri qəsəbə bələdiyyəsi isə həmin torpaq sahəsini qəbul etməyə hazır olduğunu, Abşeron Rayon Məhkəməsinə ünvanladığı rəsmi məktubla artıq bildirib. Torpağın ümumi sahəsi 2.5 ha, yəni 25000 kvadrat metrdir. Bu torpaq sahəsi bölünəcəyi halda, o, özünün əsas funksiyasını, yəni qəbiristanlıq kimi istifadə edilə bilmək təyinatını itirəcək. Onların fikrincə, o torpaq sahəsi bölünə bilməz, bələdiyyə mülkiyyətindən başqa, hər hansı fiziki və ya hüquqi şəx(lər)sin mülkiyyətinə verilə bilməz. Onlar qəbiristanlıq üçün alınmış torpaq sahəsindən, paylarını tələb edən şəxslərin paylarına uyğun, onlara haqq ödəməyə hazırdırlar. Təki Cəhri qəsəbəsinin və Gülşənabad kəndinin gələcək nəsilləri o torpaq sahəsindən halallıqla və mübahisəsiz olaraq təyinatı üzrə istifadə edə bilsinlər.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1835/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun iddiaçılara və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 777.2, 777.4, 778.1, 778.2, 778.3; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydalarının 2.1.1, 5.1, 5.2, 6.1, 10.1; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 1, 2, 3-cü maddələrinə; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 7.2; “ Bələdiyyə statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə ; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hazırda cavabdeh Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlərinin puluyla, Cəhri qəsəbəsi və Gülşənabad kəndinin sakinlərinin qəbiristanlıq ehtiyacları üçün torpaq sahəsi almasını ehtimal etsə də, tərəflər arasında əldə edilən razılıq və cavabdehə verilən tapşırıq qanuna uyğun deyil. Hazırda mübahisələndirilən torpaq sahəsi xüsusi mülkiyyət kimi cavabdehin adına qeydə alınmış, kənd təsərrüfatı təyinatlı olmaqla onun təyinatı dəyişdirilməmişdir. Göründüyü kimi, qəbiristanlığı salınması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydaları ilə tənzimlənir. Belə ki, qəbiristanlıqlar bələdiyyələr tərəfindən onların ərazi yurisdiksiyası daxilində salına bilər. Qeyd edilməlidir ki, hazırda məhkəmə müvafiq iddia ilə 68 nəfər iddia irəli sürsə də, həmin torpaq sahəsinin alınması üçün başqa şəxslərin də pul verdiyi və məhkəmənin icraatında eyni əsaslı başqa iddianın olduğu məlumdur. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, artıq cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri ilə Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan torpaq sahəsinin 1/200 hissəsini (hər birinə) X54, X29, X30, X43, X18, X68, X85, X55, X69, X70, X31, X108, X44, X86, X87, X88 və X1, onların mülkiyyətinə vermişdir. Yəni cavabdeh tapşırıq müqaviləsinə əsasən alınmış torpaq sahəsinin qaytarılması ilə bağlı bir çox sakin ilə razılıq əldə etmişdir. Göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış tapşırıq müqaviləsinə əsasən cavabdehə qəbiristanlıq alınması üçün müvafiq vəsaitinin yığılaraq verilməsi, Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlərinin qəbiristanlıq ehtiyacları üçün cavabdehin xüsusi mülkiyyəti kimi kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alınması, həmin torpaq sahəsində qəbirlərin yerləşdirilməsinin təmin edilməsi qanuna uyğun deyil. Qeyd edilənlərə əsasən, hazırkı iddia əsassız olduğundan təmin edilməməlidir. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə təqdim etdiyi etirazında iddiaçılar tərəfindən iddia müddətinin ötürüldüyünü qeyd edərək, həmin etirazda və məhkəmə iclasında iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırda isə cavabdehin nümayəndəsi və vəkili müvafiq ərizə ilə məhkəməyə müraciət etməmiş, məhkəməyə təqdim etdiyi etirazda da iddia müddətinin keçməsinin əsaslarını qeyd etməmişdir. Bu səbəbdən məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiq edilməsi barədə mülahizəsini nəzərə almır.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: Cəhri və Gülşənabad kənd sakinləri tərəfindən (147 şəxs) Cavabdeh xx.xx.2023-cü ildə ünvanlanmış təklifdən görünür ki, onlar 2012-ci ildə onlarında pul qoymağı ilə, Cəhri və Gülşənabad kənd sakinlərinin qəbiristanlıq ehtiyacları üçün X89 alınmış, xüsusi mülkiyyət kimi şəxsi adına qeydiyyatdan keçirirən, Abşeron rayonu, Məmmədli bələdiyyəsinin inzibati ərazisində verləşən kənd təsərrüfatı təyinatlı 2.5 ha torpaq sahəsindən, adam başına 70 kvadrat (yetmiş kvadrat) olmaqla (25000 kv.m: 354=70.0280112), onların paylarına düşən torpaq sahəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq, "Bağışlama müqaviləsi" ilə, qeyd-şərtsiz, Cəhri Bələdiyyəsinin mülkiyyətinə keçirilməsini xahiş etmişlər ; - Cavabdeh tərəfindən Cəhri və Gülşənabad kənd sakinlərinə xx.xx.2024-cü il tarixdə ünvanlanmış təklifə cavabdan görünür ki, hal-hazırda Abşeron Rayon Məhkəməsində bu məsələ ilə bağlı “Torpaq sahəsinin əvəzsiz qaydada bələdiyyənin mülkiyyətinə verilməsi və pul tələbinə dair” e-2(012)- 283/2024 saylı mülki iş davam edir. Məhkəmə iclaslarında, Abşeron rayon Polis İdarəsində və sosial şəhəkələrdə də dəfələrlə qeyd edilən torpaq sahəsinin həqiqətəndə Cəhri və Gülşənabad kənd sakinləri ilə birlikdə ümumi vəsaiti ilə alındığını bildirib, heç zaman inkar etməyib. Bununla yanaşı torpaq sahəsinin alınması məqsədindən kənar heç bir hərəkət etməyib, ümumi danışıqlardan kənara çıxmayıb. Lakin buna baxmayaraq qeyd edilən torpaq sahəsinin alınması üçün pul vəsaiti qoyan hər kəsin ödədiyi pula münasibətdə torpaq sahəsi verilməsinə və ya torpağın paylı mülkiyyətə çevrilməsinə heç bir etiraz etmir. Onu da qeyd edir ki, torpaq sahəsinə mülkiyyət hüququnu əldə etmiş şəxsin sonradan öz mülkiyyət hüququnu Cəhri bələdiyyəsinə və ya üçüncü şəxsin mülkiyyətinə verməsi həmin şəxsin hüququdur ; - xx.xx.2012-ci il tarixdə Cəhri kənd ağsaqqlarının müzakirəsinin nəticəsində görünür ki, Məmmədli kəndində 2,5 hektar qəbiristanlığın alınması ağsaqqallar tərəfindən qəbul edildi; Qəbiristanlıq üçün vəsaitlərin yığılması və qəbiristanlıqla bağlı məsələlər və digər məsələlər: Cavabdeh başda olmaqla, X9 həvalə olundu. Vəsaitin yığılması 100 manatdan başlasın, kimin imkanı varsa artıq da verə bilər. Ailədə neçə oğul varsa, ayrı təsərrüfatdırsa, yeni evlidirsə imkan dərəcəsində vəsait yığımında iştirak etməsi vacibdir; Qəbiristanlıqla bağlı vəsaitin yığılması ancaq Cəhri və Gülşonabad kəndinə aiddir; Başqa rayondan olan kürəkənlər öz təsərrüfatı üçün qəbiristanlıq məsələlərində iştirak edə bilərlər, yəni yer ala bilərlər; Bundan sonra hüzrü düşən şəxslər məclislərində vəsaitin yığılmasını vacib saymalıdırlar və vəsaitin miqdan 5- 10 manatdan başlasın, kimin imkanı olarsa artıq da verə bilər; Bundan sonra hüzürü düşən şəxslər məclislərində israfçılıq olmasın deyə çay, qənd, limon, xurma və halva qoyulması tələb olunur; Məclis axşam 20:00-İa və ya 20:30-dək davam olunsun ki, hamı çatdırıb iştirak edə bilsinlər; Qəbirstanlığda layihədə göstərildiyi kimi 1, 2, 3, 4-cü cərgədə böyüklər, 5-ci cərgədə 2 yaşdan 5 yaşa qədər uşaqlar, 6-cı cərgədə ana bətnində tələf olunmuş və 1 yaşına qədər uşaqlar dəfn olunsun; Dəfn kimliyindən asılı olmayaraq ardıcıl formada sıra ilə getməsi, baş daşlarının ucuz və sadə formada düzəldilməsi tələb olunur; Bundan sonra hər bir kəs yeni ailə qurarsa 100 manatdan başlayaraq vəsait yığımında iştirak etməsi vacibdir; Hər təsərrüfat üçün 5 manat üzvlük haqqı verilsin ki, bundan sonra çadırların qurulması, müəyyən xidmətlərin və bizə lazım olan işçilərin məvacibi ödənilsin ; - xx.xx.2012-ci il tarixdə Cəhri kənd ağsaqqlarının iclasının nəticəsində görünür ki, Məmmədli kəndində 2,5 hektar qəbiristanlığın alınması ağsaqqallar tərəfindən qəbul edildi; Qəbiristanlıq üçün vəsaitlərin yığılması və qəbiristanlıqla bağlı məsələlər və digər məsələlər Cavabdeh başda olmaqla X9 həvalə olunsun; Vəsaitin yığılması 100 manatdan başlasın, kimin imkanı varsa artıq da verə bilər; Ailədə neçə oğul varsa ayrı təsərrüfatdırsa, yəni evlidirsə imkan dərəcəsində vəsait yığımında iştirak etməsi vacibdir; Qəbiristanlıqla bağlı vəsaitin yığılması ancaq Cəhri və Gülşənabad kəndinə aiddir; Başqa rayondan olan kürəkənlər öz təsərrüfatı üçün qəbiristanlıq məsələlərində iştirak edə bilərlər, yəni yer ala bilərlər. Bundan sonra hüzrü düşən şəxslər məclislərində vəsaitin yığılmasını vacib saymalıdırlar və vəsaitin miqdarı 5- 10 manatdan başlasın, kimin imkanı olarsa artıq da verə bilər ; - X109 (əvəzinə X153) ilə Cavabdeh arasında xx.xx.2012-ci tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin surətindən görünür ki, X3 rayonu, Məmmədl kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan torpaq sahəsini Cavabdeh 60000 manata sataraq, onun mülkiyyətinə vermişdir ; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədl kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir; - Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, qəbiristanlıq kimi istifadə olunması üçün Cəhri kənd sakinlərinin yığdıqları vəsait hesabına onun adına rəsmiləşdirilən, mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 2,50 torpaq sahəsinin kateqoriyasının, təyinatının dəyişdirilməsinə etiraz etmir, razıdır; - Abşeron RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X35 və X32 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsinin tərkib əlamətləri olduğu üçün onun barəsində inzibati tənbeh tədbiri görülməsindən ötrü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmiş qərarın surəti ilə kifayətlənilməsi, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 516- 1.3-cü-ci maddəsinin tərkib əlamətləri olduğu üçün onun barəsində inzibati tənbeh tədbiri görülməsindən ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsinə göndərilmiş qərarın surəti ilə kifayətlənilməsi, tərəflərə qərarda göstərilən xüsusatlarla bağlı mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması bildirilməsi, tərəflərə torpaq sahəsinin təyinatının dəyişdirilməsi və oradan qəbirstanlıq kimi istifadə olunması üçün “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun, Torpaq Məcəlləsinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun və “Qəbirstanlıqların salınması və idarə olunması qaydaları” haqqında Nazirlər Kabinetinin 04 dekabr 2018-ci il tarixli, 522 saylı Qərarının tələblərinə riayət etməklə müvafiq dövlət orqanlarından rəsmi icazə aldıqdan sonra həmin ərazidən məqsədli təyinatı üzrə istifadə olunması izah olunması və s. qərara alınmışdır ; - Birinci tərəf 147 nəfər sakin və ikinci tərəf Cəhri qəsəbə Bələdiyyəsinin sədri X71 arasında bağlanan xx.xx.2024-cü il tarixli tələbin güzəşti barədə müqavilənin surətindən görünür ki, 147 nəfər sakin 2012-ci ildə Cəhri qəsəbə sakinlərinin topladığı pulla, qəbiristanlıq ehtiyacları üçün alınan və rəsmi olaraq mülkiyyət hüququ ilə Cavabdeh adına rəsmiləşən, Azərbaycan Respublikası, Abşeron rayonu, Məmmədli kəndinin inzibati ərazisində yerləşən 2,5 ha torpaq sahəsinin 1-ci tərəfin tələb etdiyi hissəsini, əvəzsiz olara (bağışlama müqaviləsi ilə) 2-ci tərəfə güzəşt edir ; - Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2013-cü il tarixli 313 saylı məktubun surətindən görünür ki, onun RİH Başçısına ünvanladığı, Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* saylı çıxarışı ilə mülkiyyətində olan, Məmmədli bələdiyyəsi ərazisində yerləşən 2,5 ha torpaq sahəsindən qəbirstanlıq kimi istifadə edilməsi barəsindəki müraciətinə Memralıq və tikinti şöbəsində baxılmışdır. Məlumat üçün bildirirlər ki, mülkiyyətində olan torpaq sahəsindən qəbiristanlıq kimi istifadə edilməsi üçün Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Respublika Gigiyena və Epidemilogiya Mərkəzinin müsbət rəyi alınmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə almaqla ona məxsus torpaq sahəsindən kənd qəbirstanlığı kimi istifadə edilməsinə etiraz etmirlər ; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2013-cü il tarixli 04-22/7-435 saylı məktubun surətindən görünür ki, onun xx.xx.2013-cü il tarixli ərizənizə cavab olaraq bildirirlər ki, Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli çıxarışına əsasən mülkiyyətində olan Abşeron rayonu Məmmədli bələdiyyəsinin ərazisində yerləşən 2,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qəbiristanlıq salınması ilə əlaqədar tərəflərindən torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı qeyd edilən torpaq sahəsi ilə ətrafdakı yaşayış məntəqələri arasında normativ sanitariya-mühafizə zonasına riayət edildiyi, sahədən mühəndis kommunikasiyaların keçmədiyi, eləcə də Abşeron rayonu İcra hakimiyyətinin xx.xx.2013- cü il tarixli 313 nömrəli razılıq məktubu nəzərə alınaraq, Azərbaycan Respublikasında qüvvədə olan tikinti normalarının və sanitariya qaydalarının tələblərinin təmin edilməsi şərti ilə həmin sahədə kənd qəbiristanlığının salınmasına etiraz etmirlər ; - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2013-cü il tarixli 15/424 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sənətlər Nazirliyi, Abşeron rayonu Məmmədli kəndi ərazisində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli Seriya RX 010142 nömrəli Çıxarışına əsasən mülkiyyətinizə aid, ümumi sahəsi 2.5 ha olan ərazinin kənd qəbirstanlığı məqsədilə istifadə olunmasına ekoloji tələblər baxımından ilkin etirazı olmadığını bildirir. Ərazinin yerləşmə mövqeyi üzrə CH-245-71 nömrəli normam sənədinin tələblərinin (300m) təmin olunduğu və Abşeron rayon İH-nin ilkin razılığının olması nəzərə alınsın. Eyni zamanda bildirirlər ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinin tələblərinə əsasən torpaq sahəsinin təyinatının dəyişdirilməsi təmin olunmalı və ərazi təyinatı üzrə istifadə olunmalıdır ; - Cavabdeh ilə X54, X29, X30, X43, X18, X68, X85, X55 arasında xx.xx.2023-cü tarixdə bağlanmış daşınmaz əmlakın alqısatqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin surətindən görünür ki, Cavabdeh Abşeron rayonu, Məmmədl kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan torpaq sahəsinin 1/200 hissəsinin (hər birinə) X54, X29, X30, X43, X18, X68, X85 və X33 2400 manata (hər biri üçün 300 manat) sataraq, onların mülkiyyətinə vermişdir ; - Cavabdeh ilə X69, X70, X31, X108, X44, X86, X87, X88, X72 arasında xx.xx.2023-cü tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin surətindən görünür ki, Cavabdeh Abşeron rayonu, Məmmədl kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan torpaq sahəsinin 1/200 hissəsinin (hər birinə) X69, X70, X31, X108, X44, X86, X87, X88 və X45 2700 manata (hər biri üçün 300 manat) sataraq, onların mülkiyyətinə vermişdir Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı3 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon məhkəməsinin (hakim X110) 2(007)- 1835/2024 saylı, 033 nömrəli , xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv olunmasını, iddianın tam həcmdə, yəni iddiaçının da iştirakı ilə, Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlərinin puluyla, Cəhri qəsəbəsi və Gülşənabad kəndinin bütün sakinlərinin və gələcək nəsillərinin qəbiristanlıq ehtiyacları üçün alınmış 25 000 kvadrat metr torpaq sahəsinin, tapşırıq verənlərin tələbinə uyğun olaraq, Cəhri qəsəbə bələdiyyəsinə verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə yeni qətnamə qəbul edilməsini, məhkəmə xərclərinin cavabdehdən tutulub iddiaçılara və müstəqil tələb irəli sürən 3-cü şəxslərə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1, 782; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 217.3, 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, Nizami rayon məhkəməsinin hakimi Qumru Əliyeva, ümumiyyətlə, iddia tələbinə və iddiaçıların, öz tələblərini əsaslandırmaq üçün istinad etdikləri MM-nin bu maddəsinə qətnamədə münasibət bildirmədi. Yuxarıda da qeyd edildiyi kimi, X174 iddiaya mahiyyəti üzrə baxmadı və qərarını iddianın mahiyyətinə aid olmayan arqumentlərlə əsaslandırdı. Sanki iddiaçılar məhkəmədən, aldıqları torpaq sahəsinə qəbiristanlıq statusu verilməsini xahiş ediblər. Halbuki, məhkəmə torpaq verən, torpağın kateqoriyasını dəyişən və və ya ona qəbiristanlıq statusu verən orqan deyil. İddiaçılar, konkret olaraq, onların tapşırığı ilə cavabdehin aldığı torpaq sahəsinin onlara verilməsini (qaytarılmasını) tələb edirlər. Gələcəkdə həmin torpaq sahəsinə qəbiristanlıq statusu alınacaqmı-alınmayacaqmı, orada qarpız yemiş, yoxsa pomidor-xiyar əkiləcək, bu, məhkəmənin səlahiyyətlərinə daxil olan məsələ deyil. Məhkəmə mübahisə həll edən orqandır, qəbiristanlıq statusu verən orqan deyil. Gələcəkdə həmin torpaq sahəsinə qəbiristanlıq statusu alına bilməyəcəksə, Cəhri qəsəbə bələdiyyəsi həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdirib öz bələdiyyə sakinlərinin xeyrinə istifadə edəcək. Bütün bunlar isə məhkəmələrin səlahiyyətlərinə aid olan məsələlər deyil. Bir sözlə, mübahisənin predmeti tapşırıq verənlərin tapşırığı ilə alınanların, nədən ibarət olmasından asılı olmayaraq, tapşırıq alan tərəfindən tapşırıq verənlərə verilməsidir. Bu isə, MM-nin 782.1-ci maddəsində açıq-aydın ifadə edilib. İddiaçılar və müstəqil tələb irəli sürən 3-cü şəxslər MM-nin 194-cü maddəsində nəzərdə tutulan hüquqlarından istifadə etdilər. Onlar Cəhri qəsəbə bələdiyyəsi ilə bu barədə müqavilə bağladılar (müqavilənin surəti iş materiallarında var) və rəsmi olaraq, poçt vasitəsilə Cavabdehə müraciət etdilər ki (bu müraciət də iş materiallarında var ), onlara verməli olduğu torpaq sahəsini, qeydşərtsiz, əvəzsiz olaraq, bağışlama müqaviləsi ilə Cəhri bələdiyyəsinə versin. Cavabdeh müxtəlif bəhanələrlə öz vəzifəsini icra etməkdən yayındı. Nizami rayon məhkəməsinin hakimi Q.Əliyeva isə öz qərarında bu barədə heç bir münasibət bildirmədi və iddiaya mahiyyəti üzrə baxmadı. İşin məhkəmədə baxılmağa hazırlanması yekunlaşandan sonra, iddiaçılardan İddiaçı3 və İddiaçı1 vəkili Vəkil1 iddianın həcminin azaldılması barədə əsasların məhz bu hazırlıq mərhələsində ortaya çıxdığını nəzərə alaraq, məhkəmə baxışı başlamadan əvvəl “İddia tələbinin həcminin azaldılması barədə” xx.xx.2024-cü il tarixli ərizə verdi və həmin ərizədə xahiş etdi ki, cavabdehin üzərinə, sadəcə, alınmış torpaq sahəsinin tapşırıq verənlərə qaytarılması vəzifəsi qoyulsun. Yəni ilkin iddiadan torpaq sahəsinin Cəhri qəsəbə bələdiyyəsinə verilməsi tələbi çıxarıldı. X174 əsassız olaraq həmin ərizəni qəbul etmədi, halbuki, bu ərizə məhkəmə baxışında deyil, 22 gün əvvəl verilmişdi. Məhkəmədə müəyyən edilmiş işin halları və cavabdehin özünün etirafı ilə müəyyən edildi ki: iddiaçılar və müstəqil tələb irəli sürən 3-cü şəxslər 2012-ci ildə pul yığıb cavabdehə veriblər, cavabdeh bunu özü də etiraf etdi, həmin pul iddiaçıların, müstəqil tələb irəli sürən 3-cü şəxslərin və Cəhri, Gülşənabad kənd sakinlərinin qəbiristanlıq ehtiyaclarını ödəmək məqsədi ilə torpaq sahəsinin alınması üçün cavabdehə verilib, cavabdeh həmin tapşırığın icrası ilə əlaqədar olaraq, ona tapşırılan vəzifəni icra edib, Abşeron rayonu Məmmədli bələdiyyəsinin inzibati ərazisi çərçivəsində, ümumi sahəsi 25 000 kvadrat metr olan torpaq sahəsini alıb, torpağı tapşırıq verənlərin razılığı və xəbəri olmadan öz şəxsi mülkiyyəti kimi qeydə aldırıb, iddiaçılar və müstəqil tələb irəli sürən 3-cü şəxslər, eləcə də başqa şəxslər cavabdehdən, MM-nin 194-cü maddəsinə uyğun olaraq, onların tapşırığı və pulu ilə alınmış torpaq sahəsinin Cəhri bələdiyyəsinin mülkiyyətinə verilməsini tələb edirlər, cavabdeh iddiaçıların, müstəqil tələb irəli sürən 3-cü şəxslərin, eləcə də başqa şəxslərin bu tələbini icra etmir, cavabdeh iddiaçıların, müstəqil tələb irəli sürən 3-cü şəxslərin, eləcə də başqa şəxslərin bu tələbini icra etməmək üçün müxtəlif bəhanələr gətirir və problemlər yaradır, bu problemlərdən biri kimi, cavabdeh həmin torpaq sahəsini 1/200 hissə olaraq bir neçə şəxsə satıb. Halbuki, onun buna ixtiyarı, haqqı və hüququ yoxdur, həmin torpaq sahəsi kimlərinsə şəxsi və ya ümumi birgə mülkiyyətində olması üçün alınmayıb, həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və oradan qəbiristanlıq kimi istifadə edilə bilməz, həmin torpaq sahəsinin qəbiristanlıq kimi istifadə edilməsi üçün, mövcud qanunlara uyğun olaraq, mütləq bələdiyyə mülkiyyətində, bələdiyyə idarəçiliyində olmalıdır, nəhayət, MM-nin 194-cü maddəsinə uyğun olaraq, iddiaçıların, müstəqil tələb irəli sürən 3-cü şəxslərin hüquqları var ki, onlar cavabdehin onlara verməli olduğu istənilən şeyi, o cümlədən də hər hansı torpaq sahəsini 3-cü şəxslərə, o cümlədən də mülki dövriyyənin tam hüquqlu iştirakçısı olan istənilən bələdiyyəyə güzəşt etsinlər və onların bu hüquqları məhdudlaşdırla bilməz. Məhkəmədə müəyyən edilən işin bu halları nəzərə alınmadı və bu da qanunsuz qətnamə qəbul edilməsi ilə nəticələndi. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən cavabdehə gələcəkdə Cəhri Cəmiyyətinin yaradılması və həmin cəmiyyətin adına cəhri kəndinin gələcək nəsillərinin qəbiristanlıq ehtiyaclarını qarşılamaq üçün torpaq sahəsini almasını tapşırdıqlarını və bunun üçün lazımı pul vəsaitini cavabdehə verdiklərini, lakin cavabdehin öz öhdəliyini yerinə yetirmədiyini, həmin torpaq sahəsinin cavabdehin şəxsi mülkiyyəti kimi qaldığını, məhkəmədən istəklərinin cavabdehin üzərinə mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçılara qaytarılması vəzifəsinin qoyulması olduğunu, mövcud qanunvericiliyin tələblərinə əsasən qəbiristanlıqların yalnız bələdiyyə mülkiyyətində ola biləcəyini və bu səbəbdən də cavabdeh tərəfindən torpaq sahəsi onlara veriləcəyi təqdirdə onların da həmin torpaq sahəsini Cəhri Bələdiyyəsinə verəcəklərini, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X84 iddiaçının apellyasiya şikayətini əsaslı hesab etdiyini və oxşar məzmunda izahat verərək, cavabdeh tərəfindən ona verilmiş tapşırığın yerinə yetirilmədiyini, həmçinin torpaq sahəsinin Abşeron rayonunun ərazisində yerləşməsinə baxmayaraq, cavabdehin həmin torpaq sahəsini şəxsi mülkiyyəti kimi Cəhri bələdiyyəsinə sata biləcəyini qeyd etmiş, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən digər iddiaçılar və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər izahat verən şəxslərlə razı olduqlarını bildirmişlər.
8. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən digər gəlməyən proses iştirakçılarının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı tələblərinə diqqət yetirilməlidir: 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.
11. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
12. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. Həmin qaydaların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydalarının: 2.1.1. qəbiristanlıq - bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olaraq ayrılmış torpaq sahəsində ölmüş şəxsin cənazəsinin (meyitinin və ya qalıqlarının), külünün qəbirdə dəfni üçün, həmçinin hüzn divarları (kolumbari) yaradılmış ərazi. 5.1. Qəbiristanlıqların salınması, istismarı, abadlaşdırılması və genişləndirilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, bu Qaydaların və şəhərsalma və tikinti sahəsində digər normativ hüquqi aktların tələblərinə uyğun tənzimlənir. 5.2. Bu Qaydaların 5.3-cü və 5.4-cü bəndlərində müəyyən edilən hallarda yeni qəbiristanlığın salınması barədə qərar bələdiyyə tərəfindən qəbul edilir. 6.1. Qəbiristanlığın salınması üçün bələdiyyənin müraciəti əsasında bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olan torpaq sahəsinin müəyyən edilməsi məqsədi ilə bələdiyyə tərəfindən Komissiyanın (bundan sonra - Komissiya) yaradılması barədə qərar qəbul edilir və bu qərar ictimaiyyətə çatdırılır, həmçinin bələdiyyənin inzibati binasının qarşısında hamı üçün açıq olan yerdə elan lövhəsində yerləşdirilir. 10.1. Qəbiristanlıqlar bələdiyyə tərəfindən bu Qaydaların tələbləri gözlənilməklə ayrılmış torpaq sahələrində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qeyri-kommersiya qurumu statusunda yaradılır.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.218.2. Hakim, işə əhəmiyyəti olan halları əlavə olaraq aydınlaşdırmağı və ya sübutları əlavə olaraq tədqiq etməyi zəruri hesab edərsə, məhkəmə iclasının təzələnməsi haqqında qərardad çıxarır. İşə mahiyyəti üzrə baxılması başa çatdıqdan sonra hakim yenidən tərəflərin çıxışlarını dinləyir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
15. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələbləri nəzərə alınmaqla hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normlarının tələblərinə riayət edilməklə çıxarılmışdır. Kollegiya diqqəyə çatdırır ki, iddiaçılar və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər məhkəmə kollegiyası verdiyi izahatlarında məhkəmədən cavabdehin üzərinə torpaq sahəsinin onlara verilməsi vəzifəsinin qoyulmasını xahiş etmişlər, lakin diqqətə alınmalıdır ki iddiaçıların iddia ərizəsində belə bir tələb yoxdur, onlar iddia ərizələrində “onların da iştirakı ilə, Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlərinin puluyla, Cəhri qəsəbəsi və Gülşənabad kəndinin bütün sakinlərinin və gələcək nəsillərinin qəbiristanlıq ehtiyacları üçün alınmış, Abşeron rayonu, Məmmədli bələdiyyəsinin ərazisində yerləşən, Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş 2.5 ha, yəni 25000 kvadrat metr torpaq sahəsinin tapşırıq verənlərə, yəni onların tələbinə uyğun olaraq, Cəhri qəsəbə bələdiyyəsinə verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması”nı tələb etmişdirlər və nəzərə alınmalıdır ki, məhkəmə işə yalnız tələb çərçivəsində baxır. Digər tərəfdən iddia Abşeron rayonuna məxsus olan torpağı Cəhri Bələdiyyəsinə verilməsi mövcud qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir və tələbin təmin edilməsini mümkünsüz edir.
16. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya üzrə ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
17. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1835/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası elektron qaydada kassasiya şikayəti verilə bilər.