Məhkəmə qərarları › İş №2(103)-2595/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2595/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2595/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2595/2024 (Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6238/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə abonent Cavabdeharasında xx.xx.2022-ci il tarixində AK4-463333 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz"’ İB Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir.

2. İddiaçının əməkdaşları tərəfindən cavabdeh barəsində sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğuna görə aktlar tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır:

3. Hazırda iddiaçı cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş aktlar üzrə yaranmış 4840,60 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 290,76 manat, yeni tarifə keçidlə əlaqədar olmaqla ümumilikdə 5133,20 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 400 manat xərcin və ödənilmiş 71,34 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 5604,54 manat pulun tutulmasını istəyir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində birinci icraat

4. İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, akt üzrə 4840,60 manat, 290,76 manat cari borc, 1,84 manat yeni tarifə keçidlə əlaqədar olmaqla ümumilikdə 5133,20 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 400 manat xərcin və ödənilmiş 71,34 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 5604,54 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeharasında xx.xx.2022-ci il tarixində AK4-463333 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz"’ İB Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz"’ İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfində **********00000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək), “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazid hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 799,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 88,60 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 2073,60 manat. Aktlar əsasında, ümumilikdə 4840,60 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. Cavabdehin yuxarıda qeyd olunan aktdan əlavə olaraq faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sərfyyat üzrə 290,76 manat cari borcu, yeni tarifə keçidlə əlaqədar isə 1,84 manat borcu qalmaqdadır. Cavabdeh tərəfindən həyata keçirilən aylıq ödənişlər və borca görə tutulmalardan sonra İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS üzrə sistemdən çıxarılmış saldolar üzrə ümumi olaraq 5133,20 manat təşkil etməkdədir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6238/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddianın qismən təmin olunması, Cavabdeh 3100 manat məbləğində manat dəymiş ziyan və ödənilmiş 51 manat dövlət rüsumunun İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın 4.8, 4.9-cu bəndinə, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətlərinin dəlilləri

8. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsinin ləğv edilməsi və iddianın tam rədd olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, heç vaxt sayğacdan kənar qazdan istifadə etməmişdir. Qaz sayğacı mərhum atasının adına olmuşdur. Həmin ünvanda daimi yaşayış olmamış, bağ sahəsi kimi istifadə olunmuşdur. Həyətdə kiçik ölçülü iki otaqlı ev var və həmin evdə çox az qazdan istifadə edilmişdir. İddiaçı birliyin əməkdaşları sayğacı onun adına keçirərək qaz sayğacını onun xəbəri olmadan yenisi ilə əvəz etdikdən sonra abonent hesabına borc məbləği yazmışlar. Birliyin əməkdaşları həmin evdə yaşayış olmadığını bilərək bundan istifadə etmiş və hər ay əsassız aktlar tərtib etmişlər. O heç vaxt borcun etirafı barədə ərizəyə imza çəkməmiş, elə bir ərizənin yazılmasından xəbəri olmamışdır. Həmçinin aktlarda evdə mövcud olan qurğular da düzgün qeyd edilməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Proses iştirakçılarının izahatı

11. Cavabdeh apellyasiya baxışında iştirak edərək şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, sayğac dəyişilərkən ona imzalamaq üçün sənəd təqdim edilsə də, onu imzalayarkən həmin sənəddə borcun etiraf edilməsi barədə qeydin olduğunu bilməmişdir.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;

14. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması;

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

21. Maddə. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

23. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;

24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;

25. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu

26. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”

27. Bənd 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir.

28. Bənd 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

29. Bənd 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

30. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Hazırki iş üzrə cavabdeh qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilərək iddianın tam rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdiyindən, qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir.

41. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, AKX-04633xx/xx-2022 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir.

42. İddiaçının əməkdaşları tərəfindən cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazid hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 799,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 88,60 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 2073,60 manat. Aktlar əsasında, ümumilikdə 4840,60 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur

43. Abonentin saldosundan görünür ki, Cavabdehin yuxarıda qeyd olunan aktdan əlavə olaraq faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sərfyyat üzrə 290,76 manat cari borcu, yeni tarifə keçidlə əlaqədar isə 1,84 manat borcu qalmaqdadır.

44. İş materiallarında olan xx.xx.2022-ci il tarixli borcun etirafı haqqında ərizəyə əsasən, Cavabdeh 3100 manat borcla tanış olduğunu və ödəyəcəyini öz imzası ilə təsdiq edərək öhdəlik götürmüşdür.

45. İş materiallarından və işin faktiki hallarından da göründüyü kimi, cavabdeh qanunvericiliyin tələblərinə və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən istehlakçı olaraq təqsirli hərəkətləri (habelə hərəkətsizliyi), habelə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməli olsa da, bunu etməmiş, zərərin böyüməsinə özü də şərait yaratmışdır. Cavabdeh özü də xx.xx.2022-ci il tarixdə 3100 manat borcla tanış olduğunu və ödəyəcəyini öz imzası ilə təsdiq etmişdir.

46. Cavabdeh öz apellyasiya şikayətində həmin ərizəni imzalamadığını və bundan xəbərdar olmadığını bildirsə də, özü də apelyasiya baxışı zamanı sayğac dəyişilərkən ona imzalamaq üçün sənəd təqdim edilsə də, onu imzalayarkən həmin sənəddə borcun etiraf edilməsi barədə qeydin olduğunu bilmədiyini qeyd etmişdir. Lakin iddiaçı bildirdiyi kimi, həqiqətən də, həmin ərizəni imzalayarkən yanıldığını və ya aldadıldığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

47. O cümlədən hələ 2019-cu il tarixdən etibarən qanunsuz qoşulmaya dair mütəmadi olaraq aktların tərtib olunmasına, qanunsuz qoşulma hallarının mövcud olmasına və dəymiş zərərin hesablanmasına dair məlumatlı olmuş, özü də bu halların davam etməsinə şərait yaratmış, əgər sayğacda nöqsan və ya qüsur var idisə belə, onun tərəfindən yeni sayğacın quraşdırılmasına dair cavabdehə edilən hər hansı rəsmi müraciət və ya digər tədbirlərə dair sübut iş materiallarında aşkarlanmamışdır. Bununla da cavabdeh özü də zərərin böyüməsinə, bir növ, şərait yaratmışdır.

48. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

49. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin mövqeyi qanuni və ədalətli olduğundan, o cümlədən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edildiyinən qətnamənin ləğvinə və ya dəyişdirilməsinə hər hansı əsas yaranmamışdır.

50. Kollegiya diqqətə çatdırır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

51. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

54. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

56. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

57. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

58. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6238/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar