Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2596/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3512/2021 saylı iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən sığorta məbləği olan 29135 AZN pulun və sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun müvafiq olaraq hesablanaraq xeyrimə ödənilməsi barədə qətnamə qəbub edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Mercedes Benz G63 AMG” markalı ** BH *** dövlət qeydiyyat nişanlı şəxsi avtomobilini “Rəvan Sığorta" ASC-nin “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə" 3 illik müqavilə bağlamaqla kasko sığorta etdirib və bu əsasda qəbzlə 28 dekabr 2019-cu il tarixində 3120 (üç min yüz iyirmi), 5 (beş) və 8400 (səkkiz min dörd yüz) manat sığorta haqqı ödəyib. İddiaçıya bağlanmış müqavilə ilə “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları, sığorta şəhadətnaməsinin və yaddaş vərəqəsinin təhvil-təslim” aktında 014717 saylı 29.12.2019-cu il tarixli sığorta şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnaməyə əsasən sığortanın bitmə vaxtı 28.12.2022-ci il nəzərdə tutulmuşdur. İddiaçı 12.04.2020-ci il tarixində Nəsimi rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı “Rəvan Sığorta" ASC-yə müraciət ünvanlayıb. İddiaçının müraciətinə baxmayaraq "xxxx" sığorta öhdəliyindən imtina eldiyinə görə iddiaçı avtomobilini indiki vəziyyətdə idarə edə bilmir. İddiaçı bu günədək olan müddətdə cavabdeh sığorta şirkətindən onunla aralarında bağlanmış sığorta müqaviləsi üzrə ödənilməli olan pul məbləğini ala bilməmişdir və bu istiqamətdə etdiyi müraciətlər nəticəsiz qalmış və sığorta məbləğinin verilməməsi qanunsuz və haqsız olaraq qeyrimümkün hesab edilmişdir. Bu səbəbdən də məhkəmə müdaxiləsi zərurəti yaranmışdır və iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sığorta orqanının iddiaçıya arxa tarixlə yazaraq bu yaxınlarda təqdim edilmiş imtinasında qeyd olunur ki. “Siz ** BH *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz G63 AMG” markalı avtomobilin sığortalanması zamanı, sığorta qaydalarının 1.3-cü maddəsinə əsasən sığorta müqaviləsinin ayrılmaz hissəsi olan, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığortalanma haqqında ərizə”də (ərizənin 7-ci bəndi) Sizə avtomobili idarə edəcək şəxslərin adının sığorta şəhadətnaməsində sığorta olunan kimi əlavə edilməsi üçün sığortaçıya yazılı məlumat verilmədiyi halda dəyən zərərin sığorta təminatına daxil edilməməsi və belə hallarda sığorta ödənişinin verilməyəcəyi izah edilmişdir. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 9.2.4-cü maddəsi rəhbər tutularaq Sizə bildirilmişdir ki, avtomobilin idarə edilməsi hüququnu ərizənin 7-ei bəndində qeyd olunan şəxslərdən başqa digər şəxslərə verilməsindən əvvəl sığortalı həmin şəxslərin sığorta müqaviləsi üzrə sığorta olunanlar kimi tanınması üçün sığortaçıya yazılı məlumat verməlidir. Həmçinin, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin 4-cü bəndinə əsasən, sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara verilir. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə, adı sığorta şəhadətnaməsinin avtomobili idarəetmə hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur. Həmçinin, 29.12.2019-cu il tarixli “İltizam”ın 2-ci bəndinə əsasən Sizə məxsus PMİ- 014717 saylı sığorta şəhadətnaməsində qeyd olunan avtomobilin idarə olunmasına səlahiyyət verdiyiniz şəxslər barəsində "xxxx" ASC-yə məlumat verilməsi və avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbi Sizə izah olunmuş, əks halda sığorta ödənişindən imtina ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, tərəfinizdən göstərilən şərtlərə əməl edilməmiş və sığortalanmış avtomobilin idarə edilməsi hüququ Nəsibov Vusif Elhamin oğluna verilməzdən öncə adının sığorta şəhadətnaməsinə sığorta olunan kimi əlavə edilməsinə dair Cəmiyyətimizə yazılı müraciət edilməmişdir.” Bildirir ki, "xxxx" ASC sığorta ödənişini ödəməkdən imtina edir, müraciətlərinə məhəl qoymayaraq onlar əldə etməli olduqları məbləğdən əsassız olaraq məhrum emişdir. Cavabdeh "xxxx" ASC iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə İddiaçı arasında 29.12.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanaraq, ** BH *** dövlət qeydiyyat nişanlı, “Mercedec Benz G63 AMG” markalı avtomobil PMİ-014717 nömrəli şəhadətnamə üzrə 3 il müddətinə sığortalanmışdır. Sığortalanmış avtomobil Nəsibov Yusif Elhamin oğlu tərəfindən 12.04.2020-ci il tarixdə, Nəsimi rayonu ərazsində hərəkət edərkən maneəyə dəymiş və nəticədə sığortalı avtomobilə zərər dəymişdir.Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar bildirilir ki, ** BH *** dövlət qeydiyyat nişanlı, “Mercedec Benz G63 AMG”markalı avtomobilin sığortalanması zamanı, sığorta qaydalarının 1.3-cü maddəsinə əsasən sığorta müqaviləsinin ayrılmaz hissəsi olan, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığortalanma haqqında ərizə”də (ərizənin 7-ci bəndi). İddiaçıya avtomobili idarə edəcək şəxslərin adının sığorta şəhadətnaməsində sığorta olunan kimi əlavə edilməsi üçün sığortaçıya yazılı məlumat verilmədiyi halda dəyən zərərin sığorta təminatına daxil edilməməsi və belə hallarda sığorta ödənişinin verilməyəcəyi izah edilmişdir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin 4-cü bəndinə əsasən, sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara verilir. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə, adı sığorta şəhadətnaməsinin avtomobili idarəetmə hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur. Həmçinin, 29.12.2019-cu il tarixli “İltizam”ın 2-ci bəndinə əsasən iddiaçıya məxsus PMİ-014717 saylı sığorta şəhadətnaməsində qeyd olunan avtomobilin idarə olunmasına onun səlahiyyət verdiyi şəxslər barəsində "xxxx" ASC- yə məlumat verilməsi və avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbi iddiaçıya izah olunmuş, əks halda sığorta ödənişindən imtina ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən göstərilən şərtlərə əməl edilməmiş və sığortalanmış avtomobilin idarə edilməsi hüququ Nəsibov Yusif Elhamin oğluna verilməzdən öncə adının sığorta şəhadətnaməsinə sığorta olunan kimi əlavə edilməsinə dair cəmiyyətə yazılı müraciət edilməmişdir. Göstərilən müddəaları rəhbər tutularaq, 12.04.2020-ci il tarixdə ** BH *** dövlət qeydiyyat nişanlı, “Mercedec Benz G63 AMG” markalı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə sığorta ödənişinin verilməsi qeyri- mümkün hesab edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3512/2021 saylı iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə nədənsə, sığorta hadisəsinin baş verməsinə səbəb olan hdisəni tədqiq edən tərəfləri dinləməmiş, DYP orqanından təqdim edilmiş arayışla İddiaçı oğlu Nəsibli Yusif Elhamin oğlunun nzibati məsuliyyətə cəlb olunmaması halına əhəmiyyət verməmiş və hansısa Qəza Komissarı Oruclu Vüsal tərəfindən öz təşkilatının xeyrinə təqdim edilən raporta əsalanaraq maddi hüquq normasının düzgün tətbiqinidən yayınmışdır. Göründüyü kimi, cavabdeh təşkilataın mövqeyinin əksinə olaraq məhkəmə mülkiyyətçinin və onun səlahiyyət verdiyi şəxslərin mövcudluğunu yoxlamalı və məhkəməyə təqdim olunan sübutları düzgün dəyərləndirməli idi. İşə baxan məhkəmə hazırda mübahisələndirilən qətnamənin qət etdi hissəsində iddianın rədd olunmalı olması qənaətinə gələrkən nəqliyyat vasitəsinin mülkiyyətçi tərəfindən idarə olunmasına və yaxud onun səlahiyyət verdiyi şəxs tərəfindən idarə olunmasına əhəmiyyət verməyərək araşdırma aparmamışdır. Mövcud mübahisəli işdə də məhkəmə mötəbər sübutlara düzgün hüquqi qiymət verməyərək işin faktiki hallarını və tərəflərin həqiqi vəziyyətlərinin işin hallarına uyğunluğunu dəqiqliklə yoxlamamışdır. Ona görə də, hazırkı məhkəmə qətnaməsi işin bütün faktiki hallarını özündə əks etdirmir və prosessual pozuntularla qəbul olunduğundan ləğv olunmalı və mübahisəyə yenidən baxılaraq ədalətli qətnamə qəbul olunmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Musayeva Günay Abdul qızı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının sonuncu iclasında cavabdeh "xxxx" ASC nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3512/2021 saylı iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" ASC-dən sığorta məbləği olan 29135 manat və sığorta ödənişinin gecikdirilməsinə görə 12091,025 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 41256,025 (qırx bir min iki yüz əlli altı 0.025 qəpik) manat pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarına əlavə edilmiş fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin surətindən görünür ki, Rəvan Sığorta” ASC ilə İddiaçı arasında 29.12.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanaraq, ** BH *** dövlət qeydiyyat nişanlı, “Mercedec Benz G63 AMG” markalı avtomobil PMİ-014717 nömrəli şəhadətnamə üzrə 3 il müddətinə sığortalanmışdır. İş materiallarında olan 29.12.2019-cu il tarixli “İltizam”ın 2-ci bəndinə əsasən iddiaçıya məxsus PMİ-014717 saylı sığorta şəhadətnaməsində qeyd olunan avtomobilin idarə olunmasına onun səlahiyyət verdiyi şəxslər barəsində "xxxx" ASC-yə məlumat verilməsi və avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbi iddiaçıya izah olunmuş, əks halda sığorta ödənişindən imtina ediləcəyi bildirilmişdir. İş materiallarında olan 06.05.2020-ci il tarixli "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış məktubda qeyd olunur ki, Sizinlə "xxxx" ASC arasında 29.12.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanaraq, 90 BH 0C9 dövlət qeydiyyat nişanlı, “Merccdec Benz G63 AMG” markalı avtomobil PMİ014717 nömrəli şəhadətnamə üzrə 3 il müddətinə sığortalanmışdır. Nəsibov Yusif Elhamin oğlunun 12.04.2020-ci il tarixli müraciətinə əsasən onun tərəfindən idarə edilən sığortalı avtomobil, 12.04.2020-ci il tarixdə, Nəsimi rayonu ərazisində hərəkət edərkən maneəyə dəymiş və nəticədə sığortalı avtomobilə ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar bildiririk ki, Siz ** BH *** dövlət qeydiyyat nişanlı, “Mercedec Benz G63 AMG” markalı avtomobilin sığortalanması zamanı, sığorta qaydalarının 1.3-cii maddəsinə əsasən sığorta müqaviləsinin ayrılmaz hissəsi olan, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığortalanma haqqında ərizə”də (ərizənin 7-ci bəndi) Sizə avtomobili idarə edəcək şəxslərin adının sığorta şəhadətnaməsində sığorta olunan kimi əlavə edilməsi üçün sığortaçıya yazılı məlumat verilmədiyi halda dəyən zərərin sığorta təminatına daxil edilməməsi və belə hallarda sığorta ödənişinin verilməyəcəyi izah edilmişdir. Belə ki, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalar”nın 9.2.4-cü maddəsi rəhbər tutularaq Sizə bildirilmişdir ki, avtomobilin idarə edilməsi hüququnun bu ərizənin 7- ci bəndində qeyd olunan şəxslərdən başqa digər şəxslərə verilməsindən əvvəl sığortalı həmin şəxslərin sığorta müqaviləsi üzrə sığorta olunanlar kimi tanınması üçün sığortaçıya yazılı məlumat verməlidir. Həmçinin, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin 4-cü bəndinə əsasən, sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallard yerilir. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə, adı sığorta şəhadətnaməsinin avtomobili idarəetmə hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur. Həmçinin, 29.12.2019-cu il tarixli "İltizam”ın 2-ci bəndinə əsasən Sizə məxsus PMİ- 014717 saylı sığorta şəhadətnaməsində qeyd olunan avtomobilin idarə olunmasına səlahiyyət verdiyiniz şəxslər barəsində "xxxx" ASC-yə məlumat verilməsi və avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbi Sizə izah olunmuş, əks halda sığorta ödənişindən imtina adiləcəyi bildirilmişdir. Buna baxmayaraq, tərəfinizdən göstərilən şərtlərə əməl edilməmiş və sığortalanmış avtomobilin idarə edilməsi hüququ Nəsibov Yusif Elhamin oğluna verilməzdən öncə adının sığorta şəhadətnaməsinə sığorta olunan kimi əlavə edilməsinə dair Cəmiyyətimizə yazılı müraciət edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq və göstərilən müddəalar rəhbər tutularaq, 12.04.2020-ci il tarixdə ** BH *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz G63 AMG” markalı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir. Bu Sığorta Müqaviləsi üzıo hüquqlarınızın pozulduğunu hesab eldiyiniz halda Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edə bilərsiniz. İş materiallarında olan "xxxx" ASC-nin Qəza Komissarı Oruclu Vüsal tərəfindən tərtib edilmiş raportdan görünür ki, hadisə barədə 17.04.2020-ci il tarixdə çağırış edilmiş və sürücü barədə məlumatda Nəsibli Yusif Elhamin oğlu qeyd edilmiş, tərəflər imza edərək raportun həqiqiliyini və etibarlılığını təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 899.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır. Həmin Məcəllənin 901.1-ci maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin 899.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir. Həmin Məcəllənin 901.2-ci maddəsinə əsasən, müqavilə üzrə sığorta olunan eyni zamanda sığortalı olmadıqda, sığorta şəhadətnaməsi sığortalının yazılı tələbi ilə sığorta olunana da verilə bilər. Həmin Məcəllənin 923.1-ci maddəsinə əsasən, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Həmin Məcəllənin 923.2-ci maddəsinə əsasən, sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. Həmin Məcəllənin 923.3-ci maddəsinə əsasən, sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir. Həmin Məcəllənin 923.4-cü maddəsinə əsasən, bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən “Mercedes Benz G63 AMG” markalı ** BH *** dövlət qeydiyyat nişanlı şəxsi avtomobil kimin tərəfindən idarə edilməsi ilə əlaqədar cavabdeh "xxxx" ASC-yə hər hansı bir məlumat verilməmişdir. İddiaçı tərəfindən cavabdeh "xxxx" ASC-nin mülki hüquqi baxımdan təqsiri sübuta yetirilə bilməmişdir. Ona görə də, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyini əsaslı hesab etmir. Belə ki, hazırki mülki işin qanuni və ədalətli həlli baxımından araşdırmalı hal cavabdeh "xxxx" ASC tərəfindən sığorta ödənişindən imtinanın qanuni olub-olmamasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunan normalarının məzmunundan göründüyü kimi, fiziki və hüquqi şəxslər azad surətdə bağlamış olduğu və məzmununu müəyyənləşdirdikləri müqavilələr bu Məcəllədə nəzərdə tutulmamış olmasa belə, ona zidd olmamalıdır. Kollegiya hesab edir ki, cavabdeh “Rəvan Sığorta" ASC tərəfindən sığorta ödənişindən imtina edilməsi ədalətsiz olmuşdur. Belə ki, “Sığorta ödənişinin verilməsindən imtinanın əsasları” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci maddəsində təsbit edilmişdir. İş materiallarında olan cavabdeh "xxxx" ASC tərəfindən verilmş 06.05.2020-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh "xxxx" ASC imtinanın əsası kimi, MM-nin 935ci maddəsinin hər hansı bəndinə əsaslanmamış və yalnız “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əlavə şərtlər”inə və “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalar”nın rəhbər tutularaq sığorta ödənişini ödəməkdən imtina etmişdir. Kollegiya onu da qeyd edir ki, cavabdeh "xxxx" ASC-nin istinad etdiyi “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əlavə şərtlər”ində qeyd olunan müddəası mülki prosessual qanunvericiliyin təməl prinsiplərinə və sığorta fəaliyyəti üzrə formalaşmış işgüzar adətlərə uyğun deyil. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı hadisə baş verən zaman avtomobilin onun tərəfindən idarə edilmədiyi üçün cavabdeh "xxxx" ASC tərəfindən sığorta ödənişindən imtina ediləcəyini bilmiş olsaydı, məqsədli şəkildə avtomobilin məhz onun tərəfindən idarə ediliyini qeyd edərək yalan məlumat da verə bilərdi. Lakin iddiaçı bunu etməmiş və hadisəyə vicdanlı yanaşmışdır. Cavabdeh istinad etdiyi “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əlavə şərtlər”i və “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalar”ına istinad edilməklə sığortaçı olaraq sığorta ödənişindən imtina etməsi üçün əsas versə də, bu imtina bütövlükdə sığorta institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür münasibət ayrı-ayrı şəxslər tərəfindən sığorta institutuna və sığortaçı təşkilatlara olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox sığorta təşkilatları zərər çəkə bilər. Belə ki, iş materialları ilə də təsdiq olunur ki, iddiaçı “Mercedes Benz G63 AMG” markalı ** BH *** dövlət qeydiyyat nişanlı şəxsi avtomobilini “Rəvan Sığorta" ASC-nin “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə" 3 illik müqavilə bağlamaqla kasko sığorta etdirib və bu əsasla da qəbzlə 28 dekabr 2019-cu il tarixində bir il üçün 3120 manat sığorta haqqı ödənmişdir. Nəsibov Yusif Elhamin oğlunun 12.04.2020ci il tarixli müraciətinə əsasən onun tərəfindən idarə edilən sığortalı avtomobil, 12.04.2020ci il tarixdə, Nəsimi rayonu ərazisində hərəkət edərkən maneəyə dəymiş və nəticədə sığortalı avtomobilə ziyan dəymişdir. "xxxx" ASC-nin Qəza Komissarı Oruclu Vüsal tərəfindən tərtib edilmiş raportdan görünür ki, hadisə barədə 17.04.2020-ci il tarixdə çağırış edilmiş və sürücü barədə məlumatda Nəsibli Yusif Elhamin oğlu qeyd edilmiş, tərəflər imza edərək raportun həqiqiliyini və etibarlılığını təsdiq etmişlər. Göründüyü kimi, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz G63 AMG” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi və həmin avtomobilin “Rəvan Sığorta" ASC-də sığortalı olması işin mübahisəsiz haldır. Bununla yanaşı işin digər mübahisəsiz halıdır ki, yol nəqliyyat hadisəsi 12.04.2020-ci il tarixdə baş vermiş və hadisə barədə 17.04.2020-ci il tarixdə çağırış edilmişdir. Hadisə baş verən zaman “Mercedes Benz G63 AMG” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin kimin tərəfindən idarə edilməsini təsdiq edən yeganə sübut məhz cavabdeh "xxxx" ASC-nin Qəza Komissarı Oruclu Vüsal tərəfindən tərtib edilmiş raportdur. Həmçinin işin mübahisələndirilməyən daha bir halı da ondan ibarətdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi üzrə nə iddiaçı, nə də onun oğlu Nəsibli Yusif Elhamin oğlu inzibati məsuliyyətə cəlb edilməmişdir. Beləliklə, istinad olunan sübutlarla təsdiq olunur ki, cavabdeh "xxxx" ASC sığorta hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina etməklə sığorta institutunun mahiyyətinə zidd hərəkət etmiş və iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Sığorta Şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində sığortalıya vurulmuş maddi ziyanın əvəzini ona ödəməlidir. Sığorta ödənişinin məbləği ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan "xxxx" MMC-nin 05.02.2021-ci il tarixli qüsur aktından görünür ki, müştəri İddiaçı məxsus WDB4632721X266077 Ban nömrəli “Mercedes Benz G63 AMG” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə 29135 (iyirmi doqquz min yüz otuz beş) manat ziyan dəymişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC-nin 05.02.2021-ci il tarixli qüsur aktı cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyindən, həmin akt ziyanın məbləğinin müəyyən edilməsi üçün əsas sübut hesab edilməli və aktla müəyyən edilən 29135 (iyirmi doqquz min yüz otuz beş) manat sığorta ödənişi kimi sığorta şirkətindən alınaraq sığortalıya ödənilməlidir. Kollegiya həmçinin hesab edir ki, iddiaçının iddia tələbi “sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun tutulması” hissəsində də əsasldır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934-cü maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Kollegiya sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun hesablanması ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, "xxxx" ASC sığorta ödənişindən 06.05.2020-ci ildə imtina etmiş və iddiaçı hazırki iddia ərizəsi ilə 25.06.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, məhz aşağıda göstərilən qaydada dəbbə pulu hesablanmaqla "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. (06.05.2020 + 25.06.2021)= 415 gün. 29135 manat : 0,1% = 29,135 manat. 415 x 29,135 = 12091,025. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3512/2021 saylı iş üzrə 28 sentyabr 2021ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" ASC-dən sığorta məbləği olan 29135 manat və sığorta ödənişinin gecikdirilməsinə görə 12091,025 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 41256,025 (qırx bir min iki yüz əlli altı 0.025 qəpik) manat pul tutularaq İddiaçı ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3512/2021 saylı iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən sığorta məbləği olan 29135 manat və sığorta ödənişinin gecikdirilməsinə görə 12091,025 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 41256,025 (qırx bir min iki yüz əlli altı 0.025 qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2596/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2596/2022
18.05.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver